Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1464/2020 03.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim İbayev Vəfaddin Ələm oğlunun sədrliyi və məruzəsi, hakimlər Əsgərov Qürbət Ağa oğlu və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, Cumazadə Ceyhun Rizvan oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, AR ƏMDK yanında DƏDRX-nin 2 saylı Ərazi İdarəsinin Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 dekabr 2019-cu il tarixli qərardadından verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: AR ƏMDK yanında DƏDRX-nin 2 saylı Ərazi İdarəsi Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 dekabr 2019-cu il tari xli qərardadından kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsini, işin mahiyyəti üzrə baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə qaytarılması haqqında qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı qarşı əqdin etibarlı hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sumqayıt şəhər məhkəməsinin 17 yanvar 2018-ci il tarixli qiyabi qətnaməsi ilə (sədrlik edən İ.Mahmudov, iş 2(060)-144/18) iddia tələbinin təmin edilməsi, İddiaçı ilə Cavabdeh arasında Sumqayıt şəhəri, Corat qəsəbəsi, 72-ci məhəllə, ev 43-ə dair alqısatqı müqaviləsinin etibarlı hesab edilməsi qət edilmişdir. Sumqayıt şəhər məhkəməsinin 17 yanvar 2018-ci il tarixli qiyabi qətnaməsindən ƏMDK yanında DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsitərəfindən apelyasiya şikayəti verilmiş dir. Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 dekabr 2019-cu il tarixli qərardadı ilə (hakimlər S.Qafari (sədrlik edən və məruzəçi), F.Məmmədov və L.Məmmədova, iş № 2(105)-4582/2019) Sumqayıt şəhər məhkəməsinin 17 yanvar 2018ci il tarixli qiyabi qətnaməsindən ƏMDK yanında DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360, 362-363-cü maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki işin Sumqayıt şəhər məhkəməsinə qaytarılması qərara alınmışdır. Kassasiya şikayətinin dəlilləri: AR ƏMDK yanında DƏDRX-nin 2 saylı Ərazi İdarəsi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 dekabr 2019-cu il tarixli qərardadının ləğv edilməsini, işin mahiyyəti üzrə baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə qaytarılması haqqında qərar qəbul edilməsini xahiş edir. Kassasiya şikayətinə qarşı verilmiş etiraz: Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edənlərin izahatları: Məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinin tələbinə müvafiq olaraq İddiaçı izahatı dinlənilməmişdir. Digər şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İddiaçı Cavabdeh qarşı əqdin etibarlı hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sumqayıt şəhər məhkəməsinin 17 yanvar 2018-ci il tarixli qiyabi qətnaməsi iddia tələbinin təmin edilməsi, İddiaçı ilə Cavabdeh arasında Sumqayıt şəhəri, Corat qəsəbəsi, 72-ci məhəllə, ev 43-ə dair alqı-satqı müqaviləsinin etibarlı hesab edilməsi qət edilmişdir. Sumqayıt şəhər məhkəməsinin 17 yanvar 2018-ci il tarixli qiyabi qətnaməsindən ƏMDK yanında DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən apelyasiya şikayəti verilmişdir. Apelyasiy a instansiyası məhkəməsi müəyyən etmişdir ki, ƏMDK yanında DƏDRXnin 2 saylı Sumqayıt Ərazi İdarəsi məhkəmə aktından apellyasiya qaydasında şikayət vermiş, birinci instansiya məhkəməsi qətnamənin onun hansı maraqlarına toxunduğunu müzakirə etmədən, apelyasiya şikayətini baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərmişdir. Apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə prosessual hüquq normalarının tətbiq edilməsi ilə əlaqədar aşağıdakıları qeyd etmişdir: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357.1. maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işl ərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Mülki Prosessual Məcəllənin 357.2. maddəsinə əsasən həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Prokuror bu Məcəllənin 50-ci və 306-cı maddələrində göstərilən hallarda məhkəmə baxışında iddiaçı və ya ərizəçi olarsa, məhkəmə aktlarından protest verə bilər. Mülki Prosessual Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Mülki Prosessual Məcəllənin 364-cü maddəsinə əsasən, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. AR ƏMDK yanında DƏDRX-nin 2 saylı Ərazi İdarəsi kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsinin əsası kimi ona istinad etmişdir ki, “...idarə tərəfindən qərardadda istinad edilən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bütün prosessual normalarının tələblərinə tam şəkildə riayət edilməsinə baxmayaraq, nədənsə apelyasiya instansiyası məhkəməsi özü qanunvericiliyin tələblərinə məhəl qoymadan apellyasiya şikayətinin yoxlanılması üçün Sumqayıt Şəhər Məhkəməsinə qaytarılması barədə sözügedən əsassız qərardad qəbul etmişdir.” Məhkəmə kollegiya sı kassasiya şikayətinin dəlillərini apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi üçün əsas hesab etmir. Belə ki, apelyasiya instansiyası məhkəməsi qərardadında qeyd etmişdir ki, “...bu qətnamənin ƏMDK yanında DƏDRXnin 2 saylı Sumqayıt Ərazi İdarəsinin hansı hüquqlarına və qanunla qorunan maraqlarına toxunması birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmədən apellyasiya şikayətinin apellyasiya instansiya məhkəməsinə göndərilməsi, şikayətin apellyasiya icraatına qəbul edilməsi üçün əsas ola bilməz.” Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməm işdir. Kassasiya şikayətinə baxılmasının nəticələri: Məhkəmə kollegiyası hesab edir ki, mülki işə baxıldıqda hüquq normaları düzgün tətbiq olunmuş, qərardadın ləğvi üçün əsas olan prosessual qanun pozuntularına yol verilməmişdir. Kassasiya şikayətinin dəlilləri Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 dekabr 2019-cu il tarixli qərardadının ləğv edilməsi üçün əsas hesab edilmir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 dekabr 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1464/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-1464/2020
03.03.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver