Məhkəmə qərarları › İş №2(102)-1466/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-1466/2024

02.04.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1466/2024 02.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı nın cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarş iş üzrə QƏRARİ Açar sözlər: buraxılmış prosessual müddətin bərpa edilməsindən imtina edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Məmmədov Vidadi Məmməd oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1148/2023 nömrəli iş üzrə 16 noyabr 2023-cü il tarixli qərardadından Cavabdeh2 kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ

1. İddiaçı Zeynalova Gunel iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 ilə Cavabdeh1 arasında ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 63,4 kv.m. olan qeyri-yaşayış binasının, Xızı şəhərində yerləşən 0,60 ha torpaq sahəsinin, Sumqayıt şəhəri 10-cu mikrorayon b.371, s.8 ünvanda yerləşən ümumi sahəsi 38,1 kv.m. olan qeyriyaşayış sahəsinin, ünvan 4 ünvanda yerləşən ümumi sahəsi 71,4 kv.m. olan fərdi yaşayış sahəsinin bağışlanmalarına dair xx.xx.2021-ci il tarixli bağışlama müqavilələrinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-124/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir.

3. Birinci instansiya məhkəməsinin qətnaməsindən iddiaçı apellyasiya şikayəti vermişdir.

4. Sumqayıt Apellyasiya Məhk əməsi Mülki kollegiyasının 2(105)-1148/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilərək, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilmiş, iddia təmin edilmiş, cavabdehlər arasında ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 63,4 kv.m. olan qeyriyaşayış binasının, Xızı şəhəri ünvanda yerləşən ümumi sahəsi 0,60 ha torpaq sahəsinin, Sumqayıt şəhəri 10-cu mikrorayon b.371, s.8 ünvanda yerləşən ümumi sahəsi 38,1 kv.m. olan qeyri-yaşayış sahəsinin, ünvan 4 ünvanda yerləşən ümumi sahəsi 71,4 kv.m. olan fərdi yaşayış sahəsinin bağışlanmalarına dair xx.xx.2021-ci il tarixli bağışlama müqavilələri etibarsız hesab edilmişdir.

5. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən Cavabdeh2 kassasiya şikayəti vermişdir.

6. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-4107/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qərardadı ilə kassasiya şikayəti qeyri-mümkün hesab edilmiş, kassasiya şikayətinin qaytarılması məsələsinin həlli üçün mülki iş Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir.

7. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə xx.xx.2023-cü il tarixli qətnamədən Cavabdeh2 kassasiya şikayəti MPM-ə Əlavə 3-ə uyğun olaraq tərtib edilmədiyindən, qaytarılmışdır.

8. Bundan sonra Cavabdeh2 xx.xx.2023-cü il tarixli qətnamədən kassasiya şikayəti və qətnamədən kassasiya şikayətinin verilməsi üçün qanunla nəzərdə tutulan müddətin bərpası barədə ərizə ilə məhkəməyə müraciət etmişdir.

9. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü i l qərardadı ilə ərizə təmin edilməmiş, kassasiya şikayəti qaytarılmışdır.

10. Apellyasiya instansiyası məhkəməsinin qərardadının əsaslarına görə, “Məhkəmə kollegiyasının iclasında aparılmış araşdırma zamanı müəyyən edildi ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 26 iyul 2023-cü il tarixli, 2(105)-1148/2023 nömrəli qətnaməsi xx.xx.2023-cü il tarixdə “AZEMİS” Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış cavabdehin vəkili X3 məxsus şəxsi elektron kabinetə yerləşdirilmiş, cavabdeh həmin qətnamədən kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 04 oktyabr 2023-cü il tarixli, 2(102)-4107/2023 nömrəli qərardadı ilə Cavabdeh2 Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1148/2023 nömrəli 26 iyul 2023-cü il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti işin halları sadalanaraq, yalnız maddi və prosessual hüquq normalarının adı və mətni qeyd edildiyindən, onların pozulmasının və ya düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilmədiyindən, həmçinin, kassasiya şikayəti Mülki Prosessual Məcəllənin 407-ci maddəsində qeyd olunduğu kimi bu Məcəllə ilə müəyyən edilmiş formada (əlavə 3-ə uyğun olaraq) tərtib edilmədiyindən qeyri-mümkün hesab edilərək, kassasiya şikayətinin qaytarılması məsələsinin həlli üçün mülki iş Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarılmışdır. Sonuncu yenidən xx.xx.2023-cü il tarixdə kassasiya şikayəti və kassasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş buraxılmış müddətin bərpası barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası Cavabdeh2 xx.xx.2023-cü il tarixdən xx.xx.20 23-cü il tarixədək olan dövrü qeyd edilən nöqsanların aradan qaldırılmasına sərf edildiyini əsaslı hesab etmir və bildirir ki, Azərbaycan Respublikası MPM-nin 10-1.3-cü maddəsinə görə, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Lakin hazırki işin materiallarından isə göründüyü kimi Sumqayıt Apellyasiya Məhkəməsinin 26 iyul 2023-cü il tarixli, 2(105)-1148/2023 nömrəli qətnaməsindən Cavabdeh2 kassasiya şikayətini “Elektron məhkəmə” informas iya sistemində yaradılan elektron kabinet vasitəsilə deyil, PDF formada vermişdir.”

11. Cavabdeh2 həmin qərardaddan kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir.

12. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-5215/2023 nömrəli iş üzrə 30 dekabr 2023-cü il tarixli qərardadı ilə (hakimlər V.Məmmədov (məruzəçi), A.Abbasov, Z.Əliyev) kassasiya şikayəti, qərardaddan kassasiya şikayətinin verilməsi üçün qanunla nəzərdə tutulan prosessual müddət buraxılmaqla verildiyi üçün, qeyri-mümkün hesab edilmiş, şikayət cavabdehə qaytarılması üçün mülki iş apellyasiya instansiya məhkəməsinə göndərilmişdir.

13. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə (hakimlər İ.Dəmirov (sədrlik edən və məruzəçi), F.Məmmədov, L.Rəhimli) kassasiya şikayəti qaytarılmışdır.

14. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə (hakimlər İ.Dəmirov (sədrlik edən və məruzəçi), F.Məmmədov, L.Rəhimli) cavabdehin ərizəsi təmin edilmiş, xx.xx.2023-cü il tarixli qərardaddan kassasiya şikayətinin verilməsi üçün qanunla nəzərdə tutulan prosessual müddət bərpa edilmiş, şikayət işlə birlikdə baxılması üçün kassasiya instansiyası məhkəməsinə göndərilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

15. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il qərardadından Cavabdeh2 kassasiya şikayətinin dəlillərinə görə, məhkəmə kollegiyası cavabdehin xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövrü qeyd edilən nöq sanların aradan qaldırılmasına sərf edildiyini əsaslı hesab etməmiş, bunu öz qərarında lazımınca əsaslandıra bilməmişdir. İşdən görünür ki, cavabdeh bundan öncəki kassasiya şikayətini vaxtında vermişdir. Lakin kassasiya şikayəti vəkil tərəfindən düzgün tərtib edilmədiyindən, şikayət qeyri-mümkün hesab edilərək, geri qaytarılmışdır. Bundan sonra cavabdeh müddətin bərpasına dair ərizə də əlavə etməklə təkrar olaraq kassasiya şikayətini vermişdir. Hesab edir ki, şikayət vermə müddəti üzrlü səbəbdən ötürülmüşdür. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ

17. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə

60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. 18. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya: Maddə

6. Ədalətli məhkəmə araşdırması hüququ

1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM): Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir; Maddə 10-1.7. “Elektron məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilir; Maddə 69.1-1. Fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir; Maddə 73.1. Nümayəndənin səlahiyyəti qanuna uyğun olaraq verilmiş və rəsmiləşdirilmiş etibarnamədə əks etdirilməlidir; Maddə 74.1. Nümayəndənin məhkəmədə səlahiyyəti təmsil olunanın adından işin müvəffəqiyyətli həlli üçün zəruri olan bütün prosessual hərəkətlərin edilməsini özündə birləşdirir; Maddə 128.3. İllərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır; Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur; Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir; Maddə 133.3. Müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.); Maddə 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzə rdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir; Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılı; Maddə

405. Apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti aşağıdakı müddətlərdə verilə bilər: 405.0.1. qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində; 405.0.2. qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində; Maddə 407.1. Kassasiya şikayəti bu məcəllə ilə müəyyən edilmiş formada verilməlidir; Maddə 408.1. Kassasiya şikayəti aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır: 408.1.1. kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə; 408.1.4. kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa; Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual h üquq normalarının düzgün tətbiq edilməsini yoxlayır; Maddə 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər; Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır; Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.

20. Azərbаycаn Respublikаsı Konstitusiya Məhk əməsi Plenumunun qərarları "X1 şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 13 fevral 2007-ci il tarixli Qərar: “Qanunverici MPM-də qanunsuz və əsassız məhkəmə aktları ilə (qanuni qüvvəyə minmiş məhkəmə aktları da daxil olmaqla) pozulmuş hüquqların səmərəli bərpası mexanizminin yaradılması məqsədilə belə aktlara apellyasiya və kassasiya instansiyası məhkəmələrində yenidən baxılması prosedurlarını (MPM-nin 357-401, 402-421-ci maddələri) müəyyənləşdirmiş və həmin aktların mübahisələndirilməsini bir sıra şərtlərlə, o cümlədən şikayətin (ərizənin) verilməsi müddətlərinə riayət edilməsilə əlaqələndirmişdir. Ümumiyyətlə, imperativ xarakterə malik olduqlarından prosessual müddətlərlə bağlı qaydaların təl əblərinə qanuni qüvvəyə minmiş məhkəmə aktlarından şikayət vermək hüququnun həyata keçirilməsi zamanı da riayət edilməsi vacib şərtlərdən biridir. Belə ki, MPM-nin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə prosessual hərəkətləri etmək hüququ keçmiş olur.” “X2 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 08 may 2008-ci il tarixli Qərar: “Qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanl arından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.”

21. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Miragall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli Qərarı: “Atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini təzimləyən qaydalar ədalət mühakiməsinin lazımı qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Həm daxili, həm də beynəlxalq qanunvericilik “şikayətin verilmə müddəti” anlayışına həssas yanaşaraq hüquq münasibətləri iştirakçılarını intizamlandırdığından, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur etdiyindən, eləcə də hüquq intizamının nizamlanmasına kömək etdiyindən hüquq münasibətləri iştirakçılarından atılmalı olan formal addımları və verilməli olan şikayətləri onların verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətləri çərçivəsində edilməsini tələb edir.” KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

22. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Laki n apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilib, işə əlavə olunmuş, araşdırılmış (müəyyən edilmiş) sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

23. Kassasiya şikayətində qərardadın ləğvi tələb edildiyi üçün, apellyasiya instansiyası məhkəməsinin məhkəmə aktı şikayətdə irəli sürülən dəlillər üzrə tam yoxlanılır.

24. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən, kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. KASSASİYA İ NSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

25. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir.

26. Azərbaycan Respublikası Konstitusiyasına əsasən insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikası ərazisində birbaşa qüvvədədir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə əlaqədar mübahisələri məhkəmələr həll edir. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir (Konstitusiyanın 71-ci maddəsinin Vİ və Vİİ hissələri, 60-cı maddəsinin İ hissəsi). Məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi qəbul olunur və məhdudlaşdırıla bilməz. Bu hüquq yalnız məhkəməyə müraciət et mək hüququ ilə kifayətlənməyərək, həmçinin pozulmuş hüquq və azadlıqların qanunvericilikdə nəzərdə tutulan hədlər çərçivəsində səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Ədalət mühakiməsi vasitəsilə insan hüquq və azadlıqlarının təminatı sisteminin universal xarakteri, həmçinin, şəxsin qanunsuz və əsassız məhkəmə qərarlarından müdafiə olunması məqsədilə müvafiq məhkəmələrə şikayət etmək imkanlarını da əhatə edir. Nəzərə alınmalıdır ki, məhkəmə müdafiəsi hüququ mütləq hüquq deyil və sözügedən hüquq qanunla müəyyən edilmiş prosessual şərtlər mövcud olduqda bəzi məhdudiyyətlərə məruz qala bilər.

27. Məhkəmə qərarından yuxarı instansiya məhkəməsinə şikayət verilməsi üçün də qanunvericiliklə bəzi şərtlər, məhdudiyyətlər nəzərdə tutulur.

28. Bu qəbildən məhdudiyy ətlərdən biri də MPM-in 405-ci maddəsində kassasiya şikayətinin verilməsi üçün müəyyən olunmuş müddətlərdir. Həmin normada kassasiya şikayətinin qətnamə və qərardadın işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən müvafiq olaraq 2 ay və 10 gün müddətlərində verilməsi müəyyən olunur.

29. Həmçinin, MPM-in “Kassasiya şikayətinin forması” adlı 3 saylı Əlavəsində kassasiya şikayətinin cədvəl forması və şikayətdə hansı məlumatların göstərilməli olması müəyyən edilmiş, Əlavə ilə tələb olunmuşdur ki, kassasiya şikayətinin maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər hissəsində şikayət olunan qətnamə və ya qərardad çıxarılarkən düzgün tətbiq edilmədiyi iddia edilən hər bir maddi hüquq norması sıralanmaqla göstərilməlidir. Göstərilmiş hər bir normanı n qarşısında düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeni aydın şəkildə ifadə edən izah verilməlidir. Kassasiya şikayətinin prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər hissəsində şikayət edilən qətnamə və ya qərardad çıxarılarkən düzgün tətbiq edilmədiyi iddia olunan hər bir prosessual hüquq norması sıralanmaqla göstərilməlidir. Göstərilmiş hər bir normanın qarşısında düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeni aydın şəkildə ifadə edən izah verilməlidir. Kassasiya şikayəti verən şəxsin tələbi hissəsində isə kassasiya şikayəti verən şəxs özünün tələblərini aydın göstərməli, yəni, məhkəmə aktının tam və ya qismən ləğv edilməsinə və yaxud dəyişdirilməsinə və mübahisənin həlli ilə bağlı nə barədə qərarın qəbul edilməsi nə dair tələblərini dəqiq bildirməlidir.

30. Göründüyü kimi, kassasiya şikayəti verən şəxs şikayətini ilk öncə “Kassasiya şikayətinin forması” adlı 3 saylı Əlavə ilə tələb olunan cədvəl formasına uyğunlaşdırmalı, daha sonra həmin forma daxilində məzmun şərtlərinə əməl etməlidir.

31. Kassasiya şikayətlərinin müəyyən edilmiş forma tələblərinə əməl edilməklə verilməsinin məcburiliyi onunla bağlıdır ki, məhkəmə aktlarından verilən kassasiya şikayətinin formasını müəyyən edən 3 saylı Əlavə qanunla təsdiq edilmiş və MPM-ə daxil edilmişdir.

32. Bundan əlavə, kassasiya şikayətinin adıçəkilən Əlavədə nəzərdə tutulmuş formada verilməsi məhz MPM-in 407.1-ci maddəsinin tələbidir. Həmin normada MPM ilə müəyyən edilmiş formada verilən kassasiya şikayətinə dair tələblər göstərilmiş, Məcəllənin digər 408. 1.1-ci maddəsi isə 407.1-ci maddəsinin tələblərinə cavab verməyən kassasiya şikayətinin geri qaytarılmalı olduğunu müəyyən etmişdir.

33. Məhkəmə kollegiyası bildirir ki, iş üzrə qətnamə və qərardadlar “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmədə baxılan mülki işdə qəbul edildiyindən və bu səbəbdən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirildiyindən, qeyd olunan məhkəmə aktları tərəfin elektron kabinetinə yerləşdirildiyi andan ona rəsmi qaydada verilmiş hesab edilir.

34. Sözügedən qaydada məhkəmə sənədlərinin proses iştirakçılarına və işdə iştirak edən şəxslərə çatdırılması onların adından etib arnamə əsasında çıxış edən şəxsləri (vəkilləri, nümayəndələri) də əhatə edir. Bunun əksini düşünmək, MPM-in 69 və 74-cü maddələri ilə şəxslərə tanınan hüquqların əhəmiyyətini azaltmış olardı.

35. Bu mənada, kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsi öz qərardadında iddiaçının istinad etdiyi faktları təhlil edib, haqlı olaraq göstərdiyi kimi, xx.xx.2023-cü il tarixli qətnamə xx.xx.2023-cü il tarixdə cavabdehin vəkilinin Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetə yerləşdirilmiş, cavabdeh həmin qətnamədən kassasiya şikayəti vermiş, Ali Məhkəmənin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə xx.xx.2023-cü il tarixli qətnamədən cavabdehin kassasiya şikayəti işin halları sadalanaraq, yalnız maddi və prosessual hüquq normalarının adı və mətni qeyd edildiyindən, onların pozulmasının və ya düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilmədiyindən, həmçinin, MPM-in 407-ci maddəsində qeyd olunduğu kimi bu Məcəllə ilə müəyyən edilmiş formada (Əlavə 3) tərtib edilmədiyindən, yəni elektron kabinet vasitəsilə deyil, PDF formada verildiyi üçün, qeyri-mümkün hesab edilmişdir.

36. Məhkəmə kollegiyası qeyd edir ki, qanunla nəzərdə tutulan prosessual müddətin iddiaçı tərəfindən buraxılmasının şikayətdə göstərilən səbəblərinin onun iradəsindən asılı olmadığı, özü tərəfindən dəf edilməli imkanlardan kənara çıxdığı, bunun üçün müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətdiyi və ya məhdudiyyət yaratdığı inkarolunmaz, ağlabatan və inandırıcı dəlillərlə sübuta yetirilmir. Bu hallar da prosessual müddətin üzrsüz səbəblərdən ötürüldüyünə dəlalət edir.

37. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, şikayətin dəlilləri əsassız, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni olduğu üçün, qərardad dəyişiklik edilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.

38. Göstərilənlərə əsasən və MPM-in 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1148/2023 nömrəli iş üzrə 16 noyabr 2023-cü il tarixli qərardadı dəyişiklik edilmədən saxlanılsın. Cavabdeh2 kassasiya şikayəti təmin edilməsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar