Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1467/2025 21.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Tovuz Regional “ASAN xidmət” mərkəzi notariat ofisinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vərəsəlik hüququnun tanınması və vərəsəlik hüququna dair şəhadətnamənin etibarsız hesab edilməsi, onun əsasında verilmiş çıxarışın ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu, Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, iddiaçılar İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Tovuz Regional “ASAN xi dmət” mərkəzi notariat ofisinə qarşı “vərəsəlik hüququna dair şəhadətnamənin etibarsız hesab edilməsi, onun əsasında verilmiş çıxarışın ləğv edilməsi” tələblərinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-2369/2024 nömrəli, 19 dekabr 2024-cü il tarixli qətnaməsindən iddiaçı, İddiaçı2 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. X7 ilə X8 birgə nikahlarından dörd övladları: X9, İddiaçı1, İddiaçı2 və Cavabdeh1 olmuşdur. 2. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüququ ilə tam pay olaraq X4 adına, evin yerləşdiyi 0.25 ha torpaq sahəsi üzərində mülkiyyət hüququ isə ümumi birgə mülkiyyət olaraq X6, Cavabdeh2 və Cavabdeh1 adına xx.x x.2014-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
3. Bundan başqa, Gədəbəy şəhərində yerləşən 0.12 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə tam pay olaraq X4 adına xx.xx.2019-cu il tarixdə qeydə alınmışdır.
4. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(042)-195/2020 saylı qətnaməsi ilə İddiaçı1 və İddiaçı3 Məhəmmədəli qızının X5 qarşı Gədəbəy şəhəri, İbrahim Mirzəyev küçəsində yerləşən 18 saylı fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilmişdir.
5. X7 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir.
6. X3 miras qalmış əmlaka dair xx.xx.2022-ci il tarixli, 2V-510 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Şəhadətnamədə onun vərəsələri kimi Cavabdeh2 və Cavabdeh1 hər birinin miras əmlakdan ½ hissə pay müəyyən e dilmişdir. Şəhadətnamədə miras əmlak kimi ünvan 1 ünvanda 0.25 ha torpaq sahəsi üzərində yerləşən 3 otaqlı fərdi yaşayış evi və Gədəbəy şəhərində yerləşən ümumi sahəsi 0.12 ha olan torpaq sahəsi qeyd olunmuşdur. 7. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və evin yerləşdiyi 0.25 ha torpaq sahəsi üzərində Cavabdeh1 Məmmədli qızı və Cavabdeh2 ümumi birgə mülkiyyət hüququ qeydiyyata alınmışdır.
8. Cavabdeh2 ümumi birgə mülkiyyətdə olan, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və evin yerləşdiyi 0.25 ha torpaq sahəsini, habelə Gədəbəy şəhəri, ünvan 3 ünvanında yerləşən 0.12 ha torpaq sahəsinin ona məxsus olan hissəsini xx.xx.2022-ci il tarixli bağışlama müqaviləsi əsasında Cavabdeh1 bağışlamışdır.
9. Beləliklə, ünvan 1 (yeni qaydalarla: ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi və evin yerləşdiyi 0.25 ha torpaq sahəsi, habelə Gədəbəy şəhəri, ünvan 3 ünvanında yerləşən 0.12 ha torpaq sahəsi tam pay olaraq Cavabdeh1 Məmmədli qızının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat
10. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Tovuz Regional “ASAN Xidmət” Mərkəzi notariat ofisinə qarşı miras kütləsinə daxil olan və mərhum ataları X3 miras qalan, Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş Gədəbəy şəhərində yerləşən 0.12 ha torpaq sahəsinin və ünvan 5 ünvanda yerləşən 0,25 ha torpaq sahəsində olan fərdi yaşayış evinin 1/3 hissəsinin onlar tərəfindən qəbul edilməsi müddətinin uzadılması, onların vərəsəlik hüququnun tanınması, həmin mülkə dair Tovuz Regional “Asan Xidmət” Mərkəzinin notariat ofisi tərəfindən verilmiş qanun üzrə vərəsəlik hüququna dair xx.xx.2022-ci il tarixli, 2V-510 nömrə ilə qeydə alınmış qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamənin etibarsız hesab edilməsi,onun əsasında verilmiş çıxarışın ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
11. İddia tələbi işin yuxarıda qeyd olunan hallarına uyğun əsaslandırılaraq qeyd edilmişdır ki, cavadehlər iddiaçıların xəbəri olmadan cavabdeh Tovuz Regional “ASAN Xidmət” Mərkəzinin notariat ofisinə 8 ay sonra, yəni xx.xx.2022-ci il tarixdə müraciət edərək, vərəsəlik işi açmış, özlərini miras qoyanın yeganə vərəsələri kimi təqdim etmiş və cavabdeh orqan vərəsələrin dairəsini müəyyən etmədən, vərəsələr arasında mübahisənin olub-olmadığını araşdırmadan və mir asın qəbulu ilə bağlı ərizənin qanunla müəyyən edilmiş müddət ərzində verilməməsinə baxmayaraq, onlara imtina vermək əvəzinə, bir gün ərzində bütün əməliyyatları aparmaqla xx.xx.2022-ci il tarixdə qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamə verərək, hər birinin miras əmlakdakı payını ½ hissədə müəyyən etmişdir. İddiaçılar miras qoyanın vərəsəsi olaraq miras əmlakdan qanunsuz olaraq məhrum edilmiş və buna görə də mirasın qəbul edilməsi müddətinin ötürülməsi üzürlü hesab edilərək məhkəmə qaydasında uzadılmalı, miras əmlaklara dair verilmiş qanun üzrə vərəsəlik hüququna dair xx.xx.2022-ci il tarixli şəhadətnamə etibarsız hesab edilməli, həmin şəhadətnamə əsasında verilmiş çıxarış ləğv edilməli, onun və digər iddiaçıların həmin mirasa vərəsəlik payları tanınmalıdır.
12. Cavabdeh1 iddia əriz əsinə qarşı etiraz edərək belə əsaslandırmışdır ki, idida tələbi əsassızdır. Sözügedən vərəsəlik münasibətləri miras qoyan X4 ölümü ilə, yəni, xx.xx.2021-ci il tarixdə yaranmışdır. İddiaçılar yalnız xx.xx.2023-cü il tarixdə, yəni X4 xx.xx.2021-ci ildə ölümü ilə mirasın açıldığı vaxtdan bir il üç ay sonra mirası qəbul etmək fikrinə düşmüşlər. İddiaçılar miras qoyanın ölümündən məlumatlı olmuş, lakin bu müddət ərzində miras əmlakla bağlı nə rəsmi, nə də faktiki qəbulla bağlı öz iradələrini nümayiş etməmişlər. Həmçinin, mirasın açıldığı iddiaçılara bəlli olmasına və buna hər hansı bir maneənin olmamasına baxmayaraq, iddiaçılar notariat orqanına qanunla müəyyən edilmiş müddət ərzində mirasın qəbul edilməsi barədə ərizə verməmişlər. Hazırda isə iddiaçılar belə bir ərizənin verilməməsinin üzürlü səbəbləri barədə məhkəməyə heç bir sübut təqdim etməmişlər. Bundan başqa, X1 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 baxıb qulluq etmişlər. İmanıyev Məmmədəlinin ölümündən sonra da onun mirasını faktiki olaraq Cavabdeh2 və Cavabdeh1 qəbul etmişlər. X2 İddiaçı1 və İddiaçı3 qarşı məhkəmədə iddia qaldıraraq, onların hazırki evə olan istifadə hüquqlarına xitam verilməsini tələb etmiş, Gədəbəy Rayon Məhkəməsinin 02 iyun 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı1 və İddiaçı3 Gədəbəy şəhəri, İbrahim Mirzəyev küçəsində yerləşən 18 saylı fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilmişdir. Həmin qətnamə ilə müəyyən edilmişdir ki, İddiaçı1 və İddiaçı3 1999-cu ildən etibarən Bakı şəhərinə köçmüş, yaşayış üçün evlər əldə etmiş, həmin evlərdə məskunlaşmış, mübahisəli evdə yaşamamışlar. Bu fakt onu göstərir ki, İddiaçı1, İddiaçı2 və İddiaçı3 nə miras qoyanın ölümündən əvvəl, nə də onun ölümündən sonra mübahisəli evdə yaşamamışlar, miras açıldıqdan sonra onu nə faktiki, nə də qanunla müəyyən edilmiş müddət ərzində rəsmi olaraq qəbul etməmişlər. X6 xx.xx.2021-ci ildə vəfat etmişdir. ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evi və evin yerləşdiyi 0.25 ha torpaq sahəsi və Gədəbəy şəhərində yerləşən 0.12 ha torpaq sahəsi X3 miras qalmış, mirası Cavabdeh2 və Cavabdeh1 başqa heç bir vərəsə qəbul etməmişdir. Sözügedən əmlaklara dair notariat orqanı tərəfindən Cavabdeh2 və Cavabdeh1 vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş və həmin şəhadətnamə əsasında ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evi və evin yerləşdiyi 0.25 ha torpaq sahəsi, eləcə də Gədəbəy şəhərində yerləşən 0.12 ha torpa q sahəsi daşınmaz əmlakın dövlət reyestrində ümumi birgə mülkiyyət hüququ ilə Cavabdeh2 və Cavabdeh1 adına qeydə alınmışdır. Cavabdeh2 isə həmin əmlakların öz payına düşən hissəsini öz qızı Cavabdeh1 bağışlamışdır. Bu barədə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar verilmişdir. Çıxarışların verilməsi tam qanuni əsaslarla olmuş, miras əmlakın qəbulu zamanı hər hansı qanun pozuntusuna yol verilməmişdir. Yəni, X3 qalmış miras əmlakın qəbulu üçün iddiaçıların gecikmiş müddətin üzürlü sayılaraq uzadılması, vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi və onun əsasında verilmiş çıxarışların ləğv edilməsi barədə iddia tələbi tamamilə əsassızdır. Ona görə də iddia tələblərinin təmin edilməməsi haqqında qətnamə qəbul edilməsini xahiş edir.
13. İddi açı tərəf həmçinin bidirmişdir ki, iddia ərizəsi ilə məhkəməyə 21 dekabr 2023cü il tarixdə müraciət etmişlər. Buna görə də iddia tələbinə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 26 dekabr 2023-cü il tarixli qərarında əksini tapmış hüquqi mövqelər tətbiq edilməlidir. qəbul ediləndən əvvəl, yəni, qəbul edilməsini təsdiq edən mötəbər sübut kimi qiymətləndirilməməlidir. İddiaçı tərəf bu dəlilini sübut etmək çatdırma xidmətinin qəbzini təqdim etmişdir.
14. Gədəbəy Rayon Məhkəməsinin 2(042)-288/2024 saylı, 29 may 2024-cü il-cü il tarixli qətnaməsinə ilə (hakim F.Mirzəquliyev) iddia təmin edilməmişdir.
15. Məhkəmə müəyyən etmişdir ki, miras qoyan X6 xx.xx.2021-ci il tarixdə ölmüşdür. Onun ölümündən sonra ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi, həmin evin yerləşdiyi üm umi birgə mülkiyyətdə olan 0.25 ha torpaq sahəsinin X5 məxsus olan hissəsi və Gədəbəy şəhərində yerləşən 0.12 ha torpaq sahəsi miras qalmışdır. X4 ölümündən sonra ondan qalmış mirası Cavabdeh2 və Cavabdeh1 qəbul etmişlər. Digər vərəsələr İddiaçı1, İddiaçı2 və İddiaçı3 atalarından qalmış mirası Mülki Məcəllənin 1246-cı maddəsində nəzərdə tutulmuş müddətdə qəbul etməmiş, miras qəbul etmək üçün notariat orqanına heç bir ərizə verməmişlər.
16. Məhkəmə qeyd etmişdir ki, iddiaçılar mirasqoyanın vəfatı ilə mirasın açıldığını bilmiş, lakin mirasın açıldığı vaxtdan iki ildən çox vaxt keçməsinə baxmayaraq mirası qəbul etmələrini ifadə edən heç bir hərəkətlər etməmişlər. İddiaçılar mirasın qəbul edilməsi üçün buraxılmış müddətin üzürlü hesab edilərək uzadılmasını tələb etsələr də, mirasın qəbulu müdd ətinin uzadılması üçün heç bir üzürlü səbəb göstərməmişlər.
17. Məhkəmə hesab etmişdir ki, mirasın qəbulu müddətinin uzadılması üçün əsaslar olmadığından iddia tələbi bu hissədə rədd edilməlidir. Eləcə də məhkəmə o qənaətə gəlir ki, miras qəbulu müddətinin uzadılması üçün əsaslar müəyyən edilmədiyindən, iddia tələblərinin digər hissəsi olan vərəsəlik paylarının tanınması, qanun üzrə vərəsəlik hüquq haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, çıxarışların ləğv edilməsi tələbləri də əsassız olduğundan təmin edilməməlidir.
18. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, iddia ərizəsi məhkəməyə 09 yanvar 2024-cü il tarixdə, yəni, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 26 dekabr 2023-cü il tarixli qərarı qəbul edildikdən sonra daxil olmuşdur və həmin qərarın təs iri dairəsinə düşmür.
19. Məhkəmə həmçinin iddiaçı tərəfin iddia ərizəsi ilə məhkəməyə 21 dekabr 2023cü il tarixdə müraciət etməsi, bu səbəbdən də iddia tələbinə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 26 dekabr 2023-cü il tarixli qərarında əksini tapmış hüquqi mövqelər tətbiq edilməli olduğu barədə dəlili ilə bağlı bildirmişdir ki, iddiaçılar tərəfindən təqdim edilmiş qəbz işin məhkəməyə 21 dekabr 2023-cü il tarixdə qəbul edilməsini təsdiq edən mötəbər sübut kimi qiymətləndirilməməlidir. Bundan başqa, iddiaçılar miras əmlakın qəbul edilməsi müddətinin uzadılmasını xahiş etməklə mirasın qəbul edilməsi institutunun qüvvədə olması halını etiraf etmişlər.
20. Məhkəmə iş üzrə gəldiyi nəticənin hüquqi əsası kimi Mülki Məcəllənin 1133.1, 1133.2, 1134.1,1145,1146,1246,1248.1, 1273-cü, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4-cü maddələrinə istinad etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat
21. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
22. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüququ normaları pozulmuşdur.
23. İddiaçı1 əlavə olaraq qeyd etmişdir ki,mərhum atasının vəfatından sonra evdə anası yaşamışdır. Özünün Bakı şəhərində evi vardır. Mirasın qəbul müddətini üzürsüz səbəblərdən ötürmüşdür.
24. İddiaçı2 əlavə olaraq qeyd etmişdir ki, onun Gədəbəydə öz evi var. Buna baxmayaraq, mirasdan o da pay istəyir. 2022-ci ildə anası evin sənədlərini götürüb Bakıya aparmışdır. Həmin vaxtdan sonra o bilmişdir ki, cavabdehlər vərəsəliyə dair Tovuz Notariat Ofisində şəhadətnamə almışdır. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini və Gədəbəy Rayon Məhkəməsinin 29 may 2024-cü il tarixli, 2(042)-288/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin bərpa edilməsi tələbinə dair iddianın təmin edilməsini xahiş etmişdir.
25. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 apellyasiya şikayətinə qarşı etiraz təqdim edərək bildirmişlər ki, atasından sonra evdə anası yaşamışdır. Anası atasının 40 mərasiminə qədər orada qalmış, sonra o, anasını Bakıya aparmışdır. Valideynlərinə o baxmışdır. Həmçinin anası da iddiaçılara pay verilməsini istəmir. Hesab edir ki, birinci instansiya məhkəmə sinin qətnaməsi qanuni və əsaslıdır. Ona görə də, apellyasiya şikayətinin təmin edilməməsini və Gədəbəy Rayon Məhkəməsinin 29 may 2024-cü il tarixli, 2(042)-288/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
26. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-2369/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakimlər - Loğman Süleymanov (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil və Cavadova Günay ) apellyasiya şikayəti təmin edilməyərək, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
27. Məhkəmə kollegiyası gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iş materiallarından göründüyü kimi miras qoyan X6 xx.xx.2021-ci il tarixdə ölmüşdür. Onun ölümündən sonra ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi, həmin evin yerləşdiy i ümumi birgə mülkiyyətdə olan 0.25 ha torpaq sahəsinin X5 məxsus olan hissəsi və Gədəbəy şəhərində yerləşən 0.12 ha torpaq sahəsi miras qalmışdır. X4 ölümündən sonra ondan qalmış mirası Cavabdeh2 və Cavabdeh1 qəbul etmişlər. xx.xx.2022- ci il tarixli, 2V-510 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə xx.xx.2021-ci il tarixdə vəfat etmiş X4 vərəsələri kimi Cavabdeh2 və Cavabdeh1 olması və onların hər birinin miras əmlakdan ½ hissə pay almalı olduğu, verilən miras əmlakın ünvan 1 ünvanında mülkiyyətdə olan 0.25 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 150.1 kv.m, yaşayış sahəsi 85.9 kv.m, yardımçı sahəsi 64.2 kv.m olan 3 otaqlı fərdi yaşayış evindən və həmin torpaq sahəsinin mərhuma aid hissəsindən və Gədəbəy şəhərində yerləşən ümumi sahəsi 0.12 ha olan torp aq sahəsindən ibarət olduğu müəyyən edilmişdir.
28. Məhkəə kollegiyası müəyyən etmişdir ki, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 miras əmlakı nə qanunda müəyyən edilmiş müddətdə (3-6 ay müddətində) notariat kontoruna mirasın qəbul edilməsi barədə ərizə verməməklə rəsmi qaydada, nə də ki, miras əmlaka sahiblik etməməklə, onu idarə etməməklə faktiki olaraq mirası qəbul etməmişlər. İddiaçılar cavabdeh olan bacılarının mirası qəbul edərkən, onlara məlumat vermədiyindən üzrlü səbəbdən mirası qəbul edə bilməmələrini göstərsələr də, həmin hal mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti gecikdirmənin səbəbinin üzrlü hesab edilməsinə əsas vermir. Belə ki, mülki qanunvericilik üç aylıq müddətin uzadılmasına əsas olan üzrlü səbəblərin dairəsini müəyyənləşdirməsə də, mülki hüquq elmind ə (doktrinasında) hansı halların üzrlü sayılmasına xüsusi diqqət yetirilir. Ayrı-ayrı müəlliflər həmin hallara aid edirlər: vərəsənin xəstələnməsi, vərəsənin uzaq yerə ekspedisiyaya getməsi, vərəsənin ordu sıralarında müddətli hərbi xidmətdə olması, vərəsənin xaricdə olması, vərəsənin azadlıqdan məhrumetmə yerində olması, vərəsənin uzun müddətli ezamiyyətdə olması və s. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 isə mirası həm faktiki, həm də rəsmi qaydada qəbul etmişdir.
29. Apellyasiya instansiyası məhkəməsi onu da qeyd etmişdir ki, iddiaçıların mərhum X3 qalmış mirasın qəbul edilməsi üçün qanunvericiliklə müəyyənləşdirilmiş müddəti üzürlü səbəblərdən ötürməsi müəyyən edilmədiyindən birinci instansiya məhkəməsi iddianı təmin etməməkdə haqlı olmuşdur. Məhkəməsi mübahisənin faktiki halları, tərəfl ərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətinin hazırkı dəlilləri qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz.
30. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1, 1159.1.2, 1243.2, 1246, 1248.1,1255-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 88, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
31. İddiaçı2 (Vəkil3) kassasiya şikayəti verərək, mübahisəli qətnamə ləğv edilərək, iddia tələbinin təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.
32. Kassasiya şikayəti Mülki Məcəllənin 152, 1246, 1273.1, 1300,1301-ci maddələrinə istinadla onunla əsslandı rılmışdır ki, apelyasiya məhkəməsi tərəfindən əvvəlki mərhələdə hüququn pozulduğu göstərilsə də, əlavə olaraq qeyd olunub ki, əgər bütün digər vərəsələr razıdırsa, miras müddət bitəndən sonra da məhkəməyə müraciət edilmədən qəbul edilə bilər. Halbuki, iddiaçılar nə qanunla müəyyən olunmuş 3-6 ay ərzində notariat kontoruna ərizə verməklə rəsmi şəkildə, nə də miras əmlakına sahiblənib onu idarə etməklə faktiki şəkildə mirası qəbul etməmişdir. Məhkəmənin bu məsələdə gəldiyi nəticə tamamilə əsassızdır. Çünki İddiaçı2 xx.xx.2023-cü ildə vəkillə müqavilə bağlamış, məqsədi isə məhkəməyə iddia verməmişdən öncə tələb olunan sənədləri toplamaq olub. Bu məqsədlə müvafiq dövlət qurumlarına sorğular göndərərək, sənədləri toplamış və xx.xx.2023-cü ildə həmin sənədləri poçt vasitəsilə Gədəbəy Rayon Məhkə məsinə göndərmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 26 dekabr 2023-cü il tarixli qərarına əsasən, iddia ərizəsinin poçta verildiyi tarix, onun məhkəməyə verildiyi tarix hesab olunmalıdır. Lakin məhkəmə bu qərarı düzgün tətbiq etməyərək, iddia ərizəsinin ilin son ayında verildiyini və bayram səbəbilə qeyri-iş günlərinə görə məhkəməyə sonradan daxil olduğunu əsas gətirərək, bu qərarın hazırkı işə şamil olunmasını qeyri-mümkün sayıb. Bu isə tamamilə qanunsuz və əsassız yanaşmadır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
33. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
34. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) v ə vəzifələrin toplusu daxildir.
35. Maddə 1159.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlərdir (övladlığa götürənlər).
36. Maddə 1159.1.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılır: birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər).
37. Maddə 11159.1.2. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar.
38. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.
39. Maddə 1246. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir.
40. Maddə 1248.1. Mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Maddə 1255. Vərəsə qəbul edilmiş miras açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. “Notariat haqqında” Qanun
41. Maddə
57. Mirasın açıldığı yerin notariusu vərəsəlik qaydasında keçən əmlaka vərəsələrə və dövlətə vərəsəlik hüququ haqq ında şəhadətnamə verir. Şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş müddətlərdə verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
42. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
43. Maddə 77.1. Hər hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
44. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
45. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
46. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
47. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
48. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
49. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
50. Mad də 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
51. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidi r.
52. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
53. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
54. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məh kəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
55. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər, apelyasiya şikayətinin dəlillərini təşkil edirdi və apellyasiya məhkəməsi həmin dəlillərə kifayət qədər ətraflı qiymət vermişdir. Apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qə rarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
56. Məhkəmə kollegiyası bununla yanaşı kasstorun iddia ərizəsi ilə məhkəməyə 21 dekabr 2023-cü il tarixdə müraciət etməsi, bu səbəbdən də iddia tələbinə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 26 dekabr 2023-cü il tarixli qərarında əksini tapmış hüquqi mövqelər tətbiq edilməli olduğu barədə dəlili ilə bağlı qeyd edir ki, həmin dəlilə məhkəmələr tərəfindən hüquqi qiymət verilmişdir. Məhkəmələrin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçılar tərəfindən təqdim edilmiş qəbz işi n məhkəməyə 21 dekabr 2023-cü il tarixdə qəbul edilməsini təsdiq edən mötəbər sübut kimi qiymətləndirilməməlidir.
57. Məhkəmə kollegiyası bu mövqe ilə razılaşır və əlavə olaraq qeyd edir ki, iddia ərizəsinin zərflə daxil olması da təqidlənmir. Nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikasının məhkəmələrində kargüzarlığın aparılmasına dair Təlimat”ın 117-ci maddəsində göstərilir ki, hər bir sənəd məhkəmədə ancaq bir dəfə qeydə alınır. Daxil olan sənədlər onların məhkəməyə daxil olduğu gün (6 nömrəli əlavə), göndərilən sənədlər isə, onların imzalandığı və ya təsdiq edildiyi gün qeydə alınır (11 nömrəli əlavə).
58. Həmin Təlimatın 118-ci maddəsinə əsasən, kargüzarlıq xidməti tərəfindən zərf və banderollar açılır, əlavə olunmuş siyahıya uyğunluğu yoxlanılır və sonra iş qovluğunun (məktubun və s.) birinci səhifəsinin aşağı sağ küncünə ştamp (12 nömrəli əlavə) vurulur. Həmin ştampda sənədlərin məhkəməyə daxil olduğu tarix və müvafiq kitab (6 nömrəli əlavə) üzrə sıra nömrəsi göstərilir.
59. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
60. Qeyd olunmalıdır ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdı rılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
61. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
62. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-2369/2024 nömrəli, 19 dekab r 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.