Məhkəmə qərarları › İş №2(102)-1468/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1468/2025

20.05.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1468/2025 20.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı (üçüncü şəxslər: Gəncə 2 saylı Asan Xidməti Mərkəzində Notariat Kontoru və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsi) iş üzrə QƏRARİ Açar sözlər: alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və X3 ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-395/2025 nömrəli, 03 fevral 202 5-ci il tarixli qətnaməsindən İddiaçı2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər:

2. Şəmkir rayonu, Məşədi Hüseynli kəndində yerləşən 0.2206 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində İddiaçı1 mülkiyyət hüququ xx.xx.2016-ci il tarixdə dövlət qeydiyyatına alınmış və adına hüquqların dövlət qeydiyyatından **********71 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir;

3. AN-İ seriyalı ******* nömrəli xx.xx.2016-cı il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsin əsasən, İddiaçı1 **********71 reyestr nömrəli, ********** qeydiyyat nömrəli reyestrindən çı xarışa əsasən onun tam mülkiyyətində olan 0.2206 ha torpaq sahəsini Cavabdeh 4900 manata satmışdır. a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə İddiaçı1 arasında Gəncə Asan Xidmət Mərkəzində Notariat kontorunda 0.2206 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə görə bağlanmış xx.xx.2016-cı il tarixli, 4Ə-1916 reyestr saylı alqı-satqı müqaviləsinin etibarsız hesab olunmasına, 100+1 manat dövlət rüsumunun, 600 manat vəkil xidmət haqqının cavabdehdən alınıb onlara verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər.

5. İddiaçılar tələbi belə əsasladırmışlar ki, Cavabdeh onların iddiaçıların həmkəndlisidir. O, İddiaçı2 Cavabdeh ilə xala oğludurlar. 2015-ci ildə Vüsal ona birlikdə istilikxana qurmağı təklif etmişdir. Torpaq onlardan, həmin torpaqda istilikxananı qurmaq isə ondan olması barədə razılaşmışlar. Onun təklif etdiyi torpaq sahəsinin yaxınlığında torpaq sahəsi olmuş və o həmin torpaq sahəsində artıq iş qurmuşdur. Həmin işdən yaxşı gəlir də əldə etmişdir. Bu səbəbdən o cavabdehin təklifini qəbul etmişdir. Onların 0.99 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində istilikxana qurmuşlar. Həmin ərəfədə İddiaçı1 da ona məxsus olan və onun istilikxanasının qonşuluğunda yerləşən 0.2206 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini satmışdır. O həmin torpaq sahəsini də alıb, təsərrüfatını daha da genişləndirmək qərarına gəlmişdir. Həmin torpaq sahəsini digər İddiaçı1 ilə razılaşıb, 4900 manata almışdır. Lakin, həmin torpaq sahəsi öz adına deyil, cavabdehin adına rəsmi qeydə alınmışdı r. Alqı-satqı müqaviləsini bağladıqda onlar öz aralarında belə qərara gəlmişlər ki, o istədiyi vaxt həmin torpaq sahəsini öz adına rəsmi qeydə aldıracaq. 22 iyul 2016-cı ildə Gəncə Asan Xidmət Mərkəzində alqı-satqı predmeti olan torpaq sahəsinə görə İddiaçı1 4900 manat pul ödəmişdir. Torpaq sahəsində öz vəsaiti hesabına istilikxana qurmuşdur. Həmin istilikxanadan bu gün də öz təyinatı üzrə istifadə edir. O həmin torpaq sahəsini öz adına rəsmi qeyd aldırmaq istəmiş, lakin cavabdeh buna etiraz etmişdir. Buna görə də hazırkı iddia ilə məhkəməyə müraciət etməli olmuşdur. İddiaçı1 iddia tələbi ilə bağlı bildirir ki, doğrudan da mübahisə predmeti olan torpaq sahəsini İddiaçı2 satmışdır. Həmin torpaq sahəsinə görə ona pulu İddiaçı2 ödəmişdir. Eyni zamanda onların yaxın qohum olduqları ona məlum o lmuşdur. Onların arasında olan razılaşmaya görə Pərvin istədiyi vaxt onun torpaq sahəsini öz adına qeydə aldıracaqdır. Buna cavabdeh heç bir etiraz etməmişdir. O hesab edir ki, cavabdehlə onun arasında 22 iyul 2016-cı ildə Gəncə Asan Xidmət Mərkəzində bağlanmış alqı-satqı müqaviləsi əsl həqiqəti əks etdirmir. Həmin alqı-satqı müqaviləsində göstərilən torpaq sahəsini ondan İddiaçı2 almışdır. Həmin müqavilədə nəzərdə tutulmuş məbləği ona İddiaçı2 ödəmişdir. Onun cavabdehlə heç bir razılaşması olmamış və o, ona ödəniş etməmişdir. Hesab edir ki, həmin alqı-satqı müqaviləsi etibarsız hesab olunmalıdır. Çünki onun heç vaxt əmlakını cavabdehə satmaq niyyəti olmamışıdır.

6. Şəmkir Rayon Məhkəməsinin 14 may 2024-cü il tarixli 2(076)-909/2024 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir (hakim Həva yət Məhəmmədli).

7. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçılar istinad etdikləri halı təsdiq edəcək mötəbər sübutları məhkəməyə təqdim etməmişlər. Mübahisələndirilən alğı-satqı müqaviləsi qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş və müqavilə tərtib edilərkən qanunvericiliyin tələblərinə əməl edilmiş, müqavilə və ya əqd əxlaq tələblərinə zidd olmamış və üçüncü şəxslərin mənafeləri pozulmamış, əqd onun barəsində mübahisə etmək hüququna malik olan satıcı və alıcı tərəfindən təsdiq edilmiş, dəyəri alıcı tərəfindən satıcıya ödənilmiş, alıcının mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır.

8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1, 324.2, 324.4, 329.2, 337.1, 337.4, 340.1, 340.2, 351, 354.2, 389.1, 389.2, 390.1, 390.5-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 aprel 2021-ci il tarixli Qərarına və Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

9. İddiaçı2 apellyasiya şikayəti ilə məhkəməyə müraciət edərək Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(076)-909/2024 nömrəli qətnaməsinin ləğv, iddianın təmin edilməsini xahiş etmişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə sübutlara obyektiv qiymət verməmiş, maddi hüquq normalarının tələblərinə əməl etməmiş, bununla da həm maddi, həm də prosessual hüquq normalarını pozmuşdur. Ca vabdeh onun yaxın qohumu xalası oğludur. O, cavabdehin adına çoxlu sayda torpaq sahələri almışdır və sonradan həmin torpaq sahələrini satmışdır. Bu torpaq sahəsini də eyni qaydada almışdır. Cavabdeh özü onunla üz-üzə gəlməkdən imtina etmiş və atasını məhkəmə iclasına göndərmişdir. Cavabdehin atası əslində iddia tələbini qəbul etmiş və ondan 5000 (beş min) manat ona pul ödəməyini tələb etmişdir. O, öz torpaq sahəsini cavabdehdən yenidən alınması düzgün deyil. Həmin torpaq sahəsi faktiki olaraq onun istifadəsindədir. Torpaq sahəsini aldığı şəxs də məhkəmədə tərəf olaraq dindirilmiş və o, da onun dediklərini təsdiq etmişdir. Mübahisəli torpaq sahəsini satıcıdan o almış və həmin torpaq sahəsi üçün tələb olunan məbləği satıcıya özü ödəmişdir.

11. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 03 fevral 2025-ci il tarixli, 2(104)-395/2025 nömrəli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş, Şəmkir Rayon Məhkəməsinin 14 may 2024-cü il tarixli 2(076)-909/2024 nömrəli qətnaməsi İddiaçı2 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanması qət edilmişdir (hakimlər X1 edən və məruzəçi, X2 və X4 ibarət tərkibdə).

12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsi apellyasiya baxışının predmeti olan, müzakirə olunan hissədə iş üzrə düzgün nəticəyə gələrək qanuni və əsaslı qətnamə qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin apellyasiya baxışının predmeti olan hissədə tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsas lar yoxdur.

13. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144.1., 324.1., 334.1., 337.1., 337.2., 337.3., 340.1., 340.2., 341.1., 341.2., 567., 568.1., 597.1., 398.3, 646.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun T.Qasımovanın şikayəti üzrə 2020-ci il 1 dekabr tarixli Qərarına, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2021-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2., 77.1., 217., 384.0.1., 402.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəli lləri

14. İddiaçı2 kassasiya şikayəti verərək, kassasiya şikayətinin təmin olunması, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-395/2025 saylı 03 fevral 2025-ci il tarixli qətnaməsinin ləğv edilməsi və işin təkrar apellyasiya baxışına göndərilməsi barədə yeni qərar xahiş etmişdir.

15. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunda əsaslandırılmışdır.

16. Kassator şikayətini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 324.1, 324.4, 337.1, 337.2, 337.3, 337.4, 329.2, 389.1, 390.1, 567-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə, Azərbaycan Respublikası Konstitusiyasının 71- ci maddəsinin 1-ci və 2-ci hissəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.1, 14.2, 24.1, 77.1, 78.1, 88, 216.2, 217.3, 217.4, 385.1.2, 388, 418.1, 418. 2, 418.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi:

18. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər

19. Maddə 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

20. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

22. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

23. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

24. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya in stansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

25. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozul masına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər.

26. Kassasiya şikayətində qətnamə tam mübahisələndirldiyi üçün apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

28. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş materiallarını araşdıraraq bu qənaətə gəlmişlər ki, iddiaçı əqdin etibarsızlığının faktiki əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Belə olan halda iddianın təmin edilməsi üçün qanuni əsaslar müəyyən edilmir.

29. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

30. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halla rın əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

32. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

33. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiy ası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-395/2025 nömrəli, 03 fevral 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar