Məhkəmə qərarları › İş №2(102)-1469/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-1469/2024

02.05.2024 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1469/2024 02.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 Ələşrəf oğluna, Cavabdeh2 Barat qızına və Cavabdeh3 qarşı “özbaşına inşa edilmiş hasarın cavabdehin vəsaiti hesabına sökülməsi, zəbt olunmuş torpaq sahəsinin boşaldılması, vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: mülkiyyətin müdafiəsi, torpaq sahəsinin zəbtdən azad olunması, yolun açılması, sübutetmə yükü) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərk ibdə, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 21 dekabr 2023-cü il tarixli, 2(106)120/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:

1. Şəhər daxilində olan torpaqdan istifadə etmək ixtiyarı torpaq qeydinə əsasən X1 istifadəsinə müddətsiz olaraq Lənkəran şəhəri, Fizuli 52 ünvanında yerləşən mülk altında 41,1 kv.m, həyətyanı 154,3 kv.m torpaq sahəsi İddiaçı verilmişdir.

2. Qonşuluqda, ünvan 2 ünvanında yerləşən 0,0376 ha torpaq sahəsi üzərində Cavabdeh2 Barat qızının mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində i craat

3. İddiaçı cavabdehlər Cavabdeh1 Ələşrəf oğluna və Cavabdeh2 Barat qızına qarşı iddia ərizəsi ilə və sonradan Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər tərəfindən qanunsuz tutulmuş giriş-çıxış yolunun və torpaq sahələrinin boşaldılması, cavabdehin mülkiyyətində olan 012852 qeydiyyat nömrəli çıxarışda qeyd edilən 0,0376 ha torpaq sahəsinin koordinatları daxilində öz hasarının qurulması, nümayəndəyə hüquqi yardım üçün çəkilmiş 500 manat xərcin cavabdehlərdən onun xeyrinə tutulması, cavabdehin əsassız olaraq iddiaya qarşı mübahisə etməsi və işin düzgün baxılmasına maneçilik törətməsinə görə iddiaçının və ya dövlətin xeyrinə 500 manat məbləğində pul tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia onunla əsasland ırmışdır ki, Lənkəran şəhəri, Fizuli küçəsi ev № 52 yerləşən yaşayış sahəsi 41,11 kv.m, həyətyanı torpaq sahəsi 157,3 kv.m olan torpaq sahəsi iddiaçının mülkiyyətində və ona 29 dekabr 1978-ci il tarixli 24 nömrəli torpaq qeydi verilmişdir. İddiaçı həmin torpaq sahəsində yerləşən evdə anadan olmuş, uzun illər orada yaşamışdır. Sonradan, həmin evin təmirə ehtiyacı olduğunu üçün o, Bakı şəhərinə köçmüşdür. Bununla belə, mütəmadi olaraq ata ocağı olan həmin evə gəlib getmişdir. Son günlər məlum olmuşdur ki, qonşu olan Cavabdeh1 Ələşrəf oğlu öz sahəsinə hasar çəkərkən özü üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə iddiaçının hasarını dağıtmış, iddiaçının həyətinə keçmiş, ona məxsus torpaq sahəsində yerləşən 60 yaşlı tut ağacını kəsmiş, torpağının həmin hissəsində yerləşən tualetlərini sökmüş, üzərini betonla örtmüş və həmin torpaq sahəsini zəbt edərək daş hasara almaqla öz sahəsinə qatmışdır. Həmçinin, cavabdeh iddiaçının torpaq sahəsində olan iki avtomobil və piyada yollarından birini qanunsuz zəbt edərək, öz həyətinə salaraq hasara almış, digər ümumi istifadədə olan avtomobil və piyada yolunu məhdudlaşdırmışdır. Belə ki, yolun həmin hissəsində cavabdehin tikdirdiyi evin bir küncü təqribən 1 metr kənarda olmaqla, həmin yoldan maşınların keçməsini mümkünsüz etmişdir.

5. Daha sonra, iddiaçı tərəf ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh3 cavabdeh qismində cəlb edilməsini xahiş etmişdir.

6. Birinci instansiya məhkəməsində alınmış məhkəmə tikinti-texniki ekspertizasının 15 sentyabr 2021-ci il tarixli rəyindən müəyyən olunur ki, - Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Cəlilabad LTİ-nin mütəxəssis rəyinə əsasən, Cavabdeh2 Barat qızı faktiki olaraq 0,059 ha torpaq sahəsindən istifadə edir. Hüquqların Dövlət qeydiyyat haqqında daşınmaz Əmlakın Dövlət reyestrindən **********64-10301 reyestr №-li Çıxarış və texniki pasporta əsasən Cavabdeh2 Barat qızının mülkiyyət hüquqları qeydə alınmış 0,0376 ha həyətyanı torpaq sahəsi, onun istifadəsində olan həmin 0,059 ha torpaq sahəsinin koordinatları daxilində yerləşir. - Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Cəlilabad LTİ-nin mütəxəssis rəyinə əsasən, X2 4369 №-li Torpaq Qeydi ilə ayrılan 0,01573 ha torpaq sahəsinə aid texniki sənədlər (Torpaqayırma sxemi, Torpaq sahəsinin planı və ölçüsü və s.) təqdim edilmədiyindən, eyni zamanda iddiaçının istifadəsi kimi göstərdiyi torpaq sahəsinin ta m olaraq çəpəri olmadığından, həmin torpaq sahəsinin yerləşmə vəziyyətini, sərhədlərini, döngə nöqtələrini müəyyən etmək mümkün olmadı. Buna görə də, həmin torpaq sahəsinin Hüquqların Dövlət qeydiyyat haqqında daşınmaz Əmlakın Dövlət reyestrindən **********64-10301 reyestr №-li Çıxarış və texniki pasportla Cavabdeh2 Barat qızının mülkiyyətində olan 0,0376 ha torpaq sahəsi ilə üst-üstə düşüb-düşmədiyini müəyyən etmək mümkün olmadı. - Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Cəlilabad LTİ-nin mütəxəssis rəyinə əsasən, X2 4369 №-li Torpaq Qeydi ilə ayrılan 0,01573 ha torpaq sahəsinə aid texniki sənədlər (Torpaqayırma sxemi, Torpaq sahəsinin planı və ölçüsü və s.) təqdim edilmədiyindən mübahisə predmeti olan hasarın ona məxsus olmasını, iddia etdiyi torpaq sahəsində tikildiyini t əyin etmək mümkün olmadı. - Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Cəlilabad LTİ-nin mütəxəssis rəyinə əsasən, İddiaçı istifadəsi kimi göstərilən torpaq sahəsinə naturada piyada yolu olsa da, maşın yolu mövcud deyildir. X2 4369 №-li Torpaq Qeydi ilə ayrılan 0,01573 ha torpaq sahəsinə aid texniki sənədlər (Torpaqayırma sxemi, Torpaq sahəsinin planı və ölçüsü və s.) təqdim edilmədiyindən həmin torpaq sahəsinə gedən yolun hansı tərəfdən olmasını müəyyən etmək mümkün olmadı. Həmçinin, mütəxəssis rəyində iddiaçı tərəfdən yol kimi iddia edilən torpaq sahəsinin Lənkəran şəhəri yaşayış məntəqəsinin xüsusi mülkiyyətə, bələdiyyə və dövlət mülkiyyətinə verilən torpaqların yerquruluşu planında yol kimi deyil, bələdiyyə mülkiyyətində olan torpaq sahəsi kimi öz əksini tapdığı qeyd olunsa da, Mərkəzə təqdim olunmuş Lənkəran Bələdiyyəsinin məktubunda həmin ərazinin xəritə materiallarında yol kimi qeydə alındığı və ümumi istifadədə saxlanıldığı qeyd olunmuşdur. Bununla bağlı qeyd olunur ki, ekspertiza tədqiqatına mübahisəli torpaq sahəsinə dair elektron baza məlumatları təqdim edilməmişdir. Buna görə də, ekspert tərəfindən müqayisəli tədqiqatın aparılması mümkün olmadı. Qeyd olunanlar nəzərə alınmaqla hər iki qurum tərəfindən qeyd olunmuş məlumatlara məhkəmə tərəfindən qiymət verilə bilər.

7. Lənkəran Rayon Məhkəməsinin 17 avqust 2022-cü il tarixli, 2(049)-1386/2022 nömrəli qətnaməsi ilə (hakim R.A.Məmmədov) iddia tələbi rədd edilmişdir.

8. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, iddiaçının mülkiyyətdən istifadə və onun barəsində sərən cam vermək hüquqlarına maneənin mövcudluğunu və həmin maneənin məhz cavabdehlər tərəfindən törədilməsini sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin, iddiaçı qeyd olunan halları təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir.

9. Bundan başqa, 15 sentyabr 2021-ci il tarixli ekspert rəyində də qeyd olunmuşdur ki, iddiaçının mübahisələndirdiyi torpaq sahəsi kadastr və yerquruluşu xəritə materiallarında yol kimi nəzərdə tutulmamışdır. Göründüyü kimi iddiaçının tələbi təqdim edilmiş ekspert rəyi ilə təkzib edilir.

10. Bundan başqa, iddiaçı özü torpaq sahəsinin ona məxsus olması barədə Torpaq Qeydini məhkəməyə təqdim etsə də, həmin torpaq sahəsinin texniki göstəriciləri olan texniki pasportunu məhkəməyə təqdim etməmiş, halbuki, iddiaçının torpaq sahəsinin sərhədlərinin müəyyə n edilməsi yalnız tərtib edilmiş və qanunla müəyyən edilmiş qaydada təsdiq edilmiş texniki sənədlər mövcud olduğu halda mümkündür.

11. Məhkəmə eyni zamanda iddiaçının nümayəndəsi və vəkilinin məhkəmə iclasında Cavabdeh2 onun mülkiyyətinə verilmiş 0,0376 ha həyətyanı torpaq sahəsinin ölçülərindən kənara çıxaraq istifadəsində 0,059 ha həyətyanı torpaq sahəsinin mövcud olması və bununla da, cavabdehlərin ona məxsus torpaq sahəsindən istifadə etməsinin təsdiq olunması barədə çıxışlarına qiymət verərək hesab etmişdir ki, həmin dəlillər iddianın təmin edilməsi üçün əsas kimi qəbul edilə bilməz. Belə ki, iddiaçı o halda cavabdehlər tərəfindən zəbt edilmiş torpaq sahəsinin geri qaytarılmasını tələb edə bilər ki, cavabdehlər məhz onlara məxsus olan torpaq sahəsindən qanunsuz istifadə etmiş olsunl ar, yəni iddiaçının tələb etməyə subyektiv hüququ mövcud olmuş olsun.

12. Məhkəmə, eyni zamanda Cavabdeh3 iddia qarşı iddia tələbinə qiymət verərək hesab etmişdir ki, iddiaçı iddia tələbinə dəqiqləşdirmə verərək, Cavabdeh3 qarşı tələbini konkretləşdirməmiş, yalnız vəsatət verərək, onun cavabdeh qismində cəlb edilməsini xahiş etmişdir.

13. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4, 218.3-cü maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

14. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

15. İş üzrə apellyasiya icraatında keçiril miş əlavə məhkəmə tikinti-texniki ekspertizasının 01 noyabr 2023-cü il tarixli ekspert rəyinə görə: - İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-43/2-2932/2023 saylı mütəxəssis rəyinə və rəyə əlavə edilmiş yerquruluşu planında qeyd olunanlara əsasən, Cavabdeh2 Barat qızının faktiki istifadəsində olan torpaq sahəsinin 0,059 ha təşkil etdiyi müəyyən edilmişdir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2010-cu il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışla Cavabdeh2 Barat qızının xüsusi mülkiyyətində olan 0,0376 ha torpaq sahəsinin onun faktiki istifadəsində olan 0,059 ha torpaq sahəsinin koordinatl arı daxilində yerləşməsi müəyyən olunmuşdur. - İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin 18 oktyabr 2023-cü il tarixli, 3-21-3-43/2-2932/2023 saylı mütəxəssis rəyinə və rəyə əlavə edilmiş yerquruluşu planında qeyd olunanlara əsasən, İddiaçı faktiki istifadəsində olan torpaq sahəsinin 0,015 ha təşkil etdiyi müəyyən edilmişdir. 24 №-li Torpaq Qeydi ilə İddiaçı istifadəsinə verilmiş torpaq sahəsinin konkret yerləşmə yerini göstərən torpaqayırma sxemi (torpaq sahəsinin sərhəd, yerləşmə, həndəsi ölçüləri və s. əks olunan) və ayrıc aktı (qonşu torpaq sahələri əks olunan, hər hansı bir istinad nöqtəsi olan və s.) mülki iş sənədlərinə əlavə olunmadığından və ya mövcud olmadığınd an həmin torpaq sahəsinin sənəd üzrə sərhədlərini müəyyən etmək mümkün olmamışdır. Bu səbəbdən də, 24 №-li Torpaq Qeydi ilə İddiaçı istifadəsinə verilmiş torpaq sahəsi ilə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2010-cu il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışla Cavabdeh2 Barat qızının xüsusi mülkiyyətində olan 0,0376 ha torpaq sahəsinin üst-üstə düşüb-düşməməsini müəyyənləşdirmək mümkün olmamışdır. Faktiki vəziyyətdə isə həmin torpaq sahələrinin qonşu torpaq sahələri olması müəyyən olunmuşdur. - İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin 18 oktyabr 2023-cü il tarixli, 3-21-3-43/2-2932/2023 saylı mütəxəssis rəyinə və rəyə ə lavə edilmiş yerquruluşu planında qeyd olunanlara əsasən, cavabdehlər Cavabdeh1 Ələşrəf oğlu və Cavabdeh2 Barat qızı tərəfində inşa edilən hasarın İddiaçı faktiki istifadəsində olan torpaq sahəsi ilə Cavabdeh1 Ələşrəf oğlu və Cavabdeh2 Barat qızının faktiki istifadələrində olan torpaq sahəsinin sərhədində yerləşməsi müəyyən olunmuşdur. İddiaçı istifadəsinə verilmiş torpaq sahəsinin sənəd üzrə sərhədlərini müəyyən etmək mümkün olmadığından, cavabdehlər Cavabdeh1 Ələşrəf oğlu və Cavabdeh2 Barat qızı tərəfindən inşa edilmiş hasarın İddiaçı istifadəsində olan torpaq sahəsinin üzərində inşa edilibedilməməsini müəyyən etmək mümkün olmamışdır. Faktiki vəziyyətdə iddiaçı tərəfindən iddia edilən torpaq sahəsinin mövcud baza məlumatlarında Cavabdeh1 Ələşrəf oğlu və Cavabdeh2 Barat qızının faktiki istifadələrində olan, bələdiyyə mülkiyyətinə aid torpaq sahəsi olması müəyyən edilmişdir. - İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-43/2-2932/2023 saylı mütəxəssis rəyinə və rəyə əlavə edilmiş yerquruluşu planında qeyd olunanlara əsasən, mövcud baza məlumatlarında araşdırma zamanı 24 №-li Torpaq Qeydi ilə İddiaçı istifadəsinə verilmiş torpaq sahəsinə gediş-gəliş yolunun cavabdehlər Cavabdeh1 Ələşrəf oğlu və Cavabdeh2 Barat qızı tərəfindən faktiki olaraq istifadə edilməməsi müəyyən edilmişdir. Belə ki, İddiaçı tərəfindən gediş-gəliş yolu kimi iddia edilən sahənin mövcud baza məlumatlarına əsasən yol olması müəyyən edilməmişdir.

16. Şirva n Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 21 dekabr 2023-cü il tarixli, 2(102)-1469/2024 nömrəli qətnaməsi ilə (hakim C.F.İmanovun sədrliyi və məruzəsi ilə, hakimlər P.T.Əhmədovdan və T.S.Kərimovdan ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, Lənkəran Rayon Məhkəməsinin 17 avqust 2022-cü il tarixli, 2(049)1386/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

17. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq göstərmişdir ki, apellyasiya şikayətində göstərilən dəlillər apellyasiya baxışı zamanı öz təsdiqini tapmadığından, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsaslar müəyyən edilmir.

18. Məhkəmə eyni zamanda iddiaçının nümayəndəsi və vəkilinin məhkəmə iclasında Cavabdeh2 onun mülkiyyətinə verilmiş 0,0376 ha həyətyanı torpaq sahəsinin ölçülərindən kənara çıxaraq istifadəsində 0,059 ha həyətyanı torpaq sahəsinin mövcud olması və bununla da cavabdehlərin ona məxsus torpaq sahəsindən istifadə etməsinin təsdiq olunması barədə çıxışlarına qiymət verərək hesab etmişdir ki, həmin dəlilləri iddianın təmin edilməsi üçün əsas kimi qəbul edilə bilməz. Belə ki, iddiaçı o halda cavabdehlər tərəfindən zəbt edilmiş torpaq sahəsinin geri qaytarılmasını tələb edə bilər ki, cavabdehlər məhz onlara məxsus olan torpaq sahəsindən qanunsuz istifadə etmiş olsunlar, yəni iddiaçının tələb etməyə subyektiv hüququ mövcud olmuş olsun.

19. Apellyasiya məhkəməsi eyni zamanda Cavabdeh3 qarşı iddia tələbinə qiymət verərək qeyd etmişdir ki, iddiaçı iddia tələbinə dəqiqləşdirmə verərək, Cavabdeh3 qarşı tələbini konkretləşdi rməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:

20. İddiaçı kassasiya şikayəti və sonradan kassasiya şikayətinə əlavə verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsi göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

21. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Konstitusiyasının 13-cü, Mülki Məcəllənin 157.2, 157.4, 239-cu, Mülki Prosessual Məcəllənin 88, 103.1, 185.3, 158.4, 217.3-ci maddələrinin tələblərini pozmuşdur.

22. Belə ki, mütəxəssis qarşısında suallar 4369 nömrəli Torpaq qeydi ilə iddiaçının istifadəsində olan torpaqla bağlı qoyulmuşdur. Lakin, mütəxəssis verdiyi rəyində (o cümlədən həmin rəyi olduğu ki mi köçürmüş ekspertin rəyində) məhkəmənin sorğu etdiyi 4369 nömrəli Torpaq qeydinə aid məlumatlar bilərəkdən gizlədilmiş, 24 nömrəli Torpaq qeydindən söhbət getmişdir. Hazırda mübahisə predmeti olan, zəbt olunmuş ümumi istifadədə olan torpaq sahəsi, cavabdehlərin mülkiyyətində olmamaqla, ümumi istifadədə olan yol və ya torpaq sahəsi kimi bələdiyyə mülkiyyətindədir və hamının buraxılması üçün açıq torpaq sahəsidir. Odur ki, həmin yoldan yaxud torpaq sahəsindən iddiaçının istifadə etməsinə cavabdehlər tərəfindən yaradılmış məhdudiyyət qanunsuzdur. Apellyasiya instansiyası məhkəməsi mübahisəli torpaqla bağlı ekspertin tələb etdiyi sənədləri (torpaqayırma sxemi, torpaq sahəsinin Planı və ölçüsü, elektron baza məlumatları və sair) göndərməklə, iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyi n etmişdir. Lakin, ekspert sözügedən sənədlərin Ekspertiza Mərkəzə göndərilməsi ilə bağlı dəfələrlə məktublarında (vəsatət) məhkəməyə müraciətlər etsə də, məhkəmə bununla bağlı hər hansı bir tədbir görməmişdir. Digər tərəfdən, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsində iddiaçının iddia etdiyi mübahisəli torpaqla bağlı lazımi sənədlər olduğu halda, məhkəməyə rəy vermiş mütəxəssis onları bilərəkdən üzə çıxartmamış, ekspert və məhkəmədən gizlətmişdir. Ekspert rəyi məhkəməyə daxil olduqdan sonra isə məlum olmuşdur ki, ekspertə torpaqayırma sxemi, torpaq sahəsinin Planı və ölçüsü və sair mühüm sənədlər təqdim edilmədiyindən, ekspert qarşısında qoyulan suallarla bağlı rəy verə bilməmişdir. Bundan dərhal sonra həmin sənədlərin əldə edilməsi ilə bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinə 29 noyabr 2023-cü il tarixli vəkil sorğusu verilmiş, apellyasiya instansiyası məhkəməsindən məhkəmə iclasının təxirə salınması xahiş olunsa da, məhkəmə işi iddiaçının iştirakı olmadan yekunlaşdırmışdır. Bundan 1 gün sonra isə, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsindən ekspertin tələb etdiyi sənədlər, o cümlədən 4369 nömrəli Torpaq Qeydi ilə iddiaçının istifadəsində olan torpaq sahəsinin Texniki Pasportu üzə çıxmışdır. Hesab edir ki, artıq mövcud olan və üzə çıxan torpaq sahəsinin Texniki Pasportu əsasında yenidən məhkəmə tikinti-texniki ekspertizası keçirilməlid ir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin əməkdaşı Nail Abıyevin tərtib etdiyi mütəxəssis rəyi ziddiyyətli və əsassız olmuş, torpaq sahəsinin texniki pasportu qəsdən gizlədilmişdir. Həmçinin, iddiaçı tərəfindən torpaq sahəsinə gedən yolun qalan hissəsini bağlayan Gurbanov (Qurbanov) Rüstəm Yadulla oğlundan DİN-ə şikayət edilmiş, cavab olaraq göndərilmiş arayışda həmin cavabdehin polisə verdiyi izahatda bu halı etiraf etməsi qeyd olunmuşdur.

23. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

24. Cavabdehlər Cavabdeh1 Ələşrəf oğlu və Cavabdeh2 Barat qızı kassasiya şikayətinə etiraz verərək təmin edilməməsi və apel lyasiya instansiyası məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər.

25. Etiraz işdəki sübutlara istinad edilməklə belə əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə mühüm əhəmiyyət kəsb edən işin faktiki hallarını aydınlaşdırmış, maddi və prosessual hüquq normalarının pozulmasına yol verməmişdir. Kassasiya baxışının hədləri:

26. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gə lərək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

27. Kassator apellyasiya məhkəməsinin qətnaməsinin qətnaməsini tam mübahisələndirdiyindən, kassasiya baxışının predmetini qətnamənin qanuniliyinin kassasiya şikayətinin dəlillərinə uyğun olaraq tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:

28. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29 -cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə e tdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazları nın əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şik ayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzg ün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

31. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının apellyasiya şikayətinin dəlillərinə uyğun araşdırmalar aparılmış, o cümlədən mütəxəssis və əlavə ekspertiza rəyləri alınmış, müəyyən olunmuş hallara hüquqi qiymət verilərək yekun nəticəyə gəlinmişdir. Apellyasiya məhkəməsi tərəfindən sübutların qiymətləndirilməsi ilə bağlı prosessual hüquq normalarının pozulması müəyyən olunmur.

32. Kassasiya şikayətinin dəlilləri üzrə məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, iddiaçının təl əblərinin sübut edilməsi vəzifəsi Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən iddiaçının üzərinə düşür. Belə ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.

33. Hazırki iddia 09 oktyabr 2020-ci il tarixdən məhkəmələrin icraatında olsa da, iddiaçı tələbinin sübut kimi tələb olunan torpaq sahəsinin texniki sənədlə rini işin faktiki hallarını araşdıran məhkəmələrə təqdim etməmişdir. Halbuki, kassasiya şikayətinin məzmunundan da müəyyən olunur ki, iddiaçı vaxtında bununla bağlı zəruri addımlar atdığı halda, bu sübutu əldə etmək imkanında olmuşdur. İddiaçının hazırki kassasiya şikayətinə əlavə etdiyi Texniki pasport isə gecikdirilmiş sübut olmaqla, onun qiymətləndirilməsi kassasiya məhkəməsinin səlahiyyətinə aid deyildir.

34. Kassasiya şikayətinin digər dəlili isə mütəxəssis rəyinin və həmin rəy əsasında verilmiş ekspert rəyinin qanunsuz olmasıdır ki, iddiaçının bu dəlili də hər hansı bir sübutla əsaslandırmamışdır.

35. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsa sında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Odur ki, apellyasiya instansiyası məhkəməsi mübahisəni həll edərkən iş üzrə keçirilmiş ekspert rəyinə istinad etməklə, Azərbaycan Respublikası MPM-in 88, 101.7 və 103-cü maddələrinin tələblərinə riayət etmişdir.

36. Cavabdeh Qurbanov (Gurbanov) Rüstəm Yadulla oğluna münasibətdə də iddianın qiymətləndirilməsində apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaların pozulmasına yol verilməmişdir. Belə ki, iddiaçı birinci instansiya məhkəməsində ərizə verməklə, həmin şəxsi cavabdeh qismində işə cəlb etsə də, ona qarşı hər hansı tələb irəli sürməmiş və tələbini əsaslandırmamışdır.

37. Beləliklə, məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəti cə ilə tam razılaşaraq hesab edir ki, həmin məhkəmə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.

38. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 21 dekabr 2023-cü il tarixli, 2(106)-120/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar q

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar