Məhkəmə qərarları › İş №2(102)-1471/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-1471/2023

16.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1471/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı X Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər:subroqasiya qaydasında pul tələbinə dair 16.05.2023 Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 05 dekabr 2022-ci il tarixli, 2(103)4511/2022 saylı qətnaməsindən Cavabdeh vediyi kassasiya şikayəti üzrə işə 16 may 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İşin halları

1. İşin hallarına görə, 19 noyabr 2021-ci il tarixli, İXP ******* saylı “İnzibati xəta haqqında” protokola əsasən, Cavabdeh nəqliyyat vasitəsini idarə etmək üçün müvafiq etibarnaməsi olmadan idarə etdiyi “X” minik markalı, **-TX-*** dövlət qeydiyyat nişanlı avtomobillə yol-nəqliyyat hadisəsi törətməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 332.1-ci maddələrində nəzərdə tutulan inzibati xəta törədib. 2. “İcbari sığorta müqaviləsinə dair” məlumatdan görünür ki, “Chevrolet Cruze” minik markalı, **-TX-*** dövlət qeydiyyat nişanlı avtomobil 02 iyul 2021-ci il tarixdən 12 ay müddətinə "xxxx" ASC tərəfindən sığortalanıb. 3. “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışdan görünür ki, “Chevrolet Cruze” markalı, ** -TX-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X2r, hadisə zamanı avtomobili Cavabdeh müvafiq etibarnamə olmadan idarə etmişdir. “Ford Focus” minik markalı, **-DK-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X9r, hadisə zamanı həmin avtomobili X5 idarə etmişdir. “X12” minik markalı, **-ZN-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X3, hadisə zamanı avtomobili o, özü idarə etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı "xxxx" ASC (bundan sonra iddiaçı) Cavabdeh (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Ford Focus” minik markalı, **-DK-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərlə bağlı 2.225,31 manat, “X12” minik markalı, 99- ZN-239 dövlət qeydiyyat nişanlı avtomob ilə dəymiş zərərlə bağlı 2.774,69 manat pulun cavabdehdəndən tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Chevrolet Cruze” minik markalı, **-TX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi icbari sığorta növündə sığortalanıb. Cavabdeh yol-nəqliyyat hadisəsi törədərək X1 idarə etdiyi “Ford Focus” minik markalı, 10- DK-990 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə, həmçinin X4 idarə etdiyi “X12” minik markalı, **-ZN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə zərər vurmuşdur. Cavabdeh hadisə zamanı avtomobili etibarnaməsi olmadan idarə etmişdir. Baş vermiş hadisə ilə bağlı onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 332.1-ci maddələri ilə inzibati protokol tərtib edilmişdir. İ ddiaçı tərəfindən “Ford Focus” minik markalı avtomobilə dəymiş zərərlə bağlı 2.225,31 manat, “X12” minik markalı avtomobilə dəymiş zərərlə bağlı isə 2.774,69 manat sığorta ödənişi verilmişdir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 25.1.3-cü maddəsinə əsasən, icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Bununla da, sığortaçının ödədiyi pul vəsaitini mübahisəsiz qaydada geri tələb etmə hüququ yaranm ışdır.

6. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 11 aprel 2022-ci il tarixli, e-2(001)2172/2022 saylı qətnaməsi ilə (hakim E.M.Mustafayev) iddia təmin edilərək, cavabdehdən “Ford Focus” markalı, **-DK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərlə bağlı 2225,31 manat və “X12” minik markalı, **-ZN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərlə bağlı 2.774,69 manat pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir.

7. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh, 19 noyabr 2021-ci il tarixdə müvafiq etibarnaməsi olmadan idarə etdiyi “Chevrolet Cruze” minik markalı, 99-TX218 dövlət qeydiyyat nişanlı avtomobillə yolnəqliyyat hadisəsi törədərək “Ford Focus” minik markalı, **-DK-*** dövlət qeydiyyat nişanlı və “X12” minik markalı, **-ZN-*** dövlət qeydiyyat nişanlı avtomobillərlə toqquşmuş, nəticədə onun idarə etdiyi avtomobilin sığortaçısı kimi iddiaçı tərəfindən zərərçəkmişlərə müvafiq olaraq 2.225,31 manat və 2.774,69 manat olmaqla ümumilikdə 5.000 manat sığorta ödənişi edilmişdir. Cavabdeh barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 332.1-ci maddələri ilə inzibati protokol tərtib edilmişdir. Beləliklə, iddiaçının cavabdehə qarşı subroqasiya hüququ yaranmışdır.

8. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 1096.1, 1108.1-ci maddələrinə, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 25.1.3-cü maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apell yasiya instansiyası məhkəməsində icraat

9. Cavabdeh apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 28 iyun 2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə-Ekspertiza Mərkəzinin ekspertinə həvalə edilmişdir. Ekspert rəyində göstərilənlərə əsasən nəzəri hesablama yolu ilə “Kia Motors” tərəfindən tərtib edilmiş 19 noyabr 2021-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avto-hissələrin qiymətləri nəzərə alınmaqla, 2020-ci il buraxılışlı “Kia Rio XLine” markalı, **-ZN-*** dövlət qeydiyyat nişan lı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 4.611 manat müəyyən edildiyi, nəzəri hesablama yolu ilə “X11” tərəfindən tərtib edilmiş 23 noyabr 2021-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avto-hissələrin qiymətləri nəzərə alınmaqla 2015-ci il buraxılışlı “Ford Focus” markalı, **-DK-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avto-ehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 3.500 manat müəyyən edildiyi qeyd edilmişdir.

11. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 05 dekabr 2022-ci il tarixli, 2(103)-4511/2022 saylı qətnaməsi ilə (hakimlər F.Ş.Talışinski sədrlik edən, məruzəçi, A.N.İmanov və Q.A.Əsgərov) apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 11 aprel 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

12. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq etmişdir və işdə, birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

13. Apellyasiya instansiyası məhkəməsi, cavabdehin irəli sürdüyü dəlillər barədə qeyd etmişdir ki, hazırki mülki mübahisə inzibati xəta haqqında qanunvericiliklə tənzimləndiyindən, yəni cavabdehin təqsiri müəyyən edildiyindən, iddianı təmin etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.

14. Apellyasiya instansiyası məhkəm əsi hüquqi mövqeyini Mülki Məcəllənin 936.6-cı maddəsinə, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 25-ci maddəsinə istinadla əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin, ona etirazın dəlilləri və işdə iştirak edən şəxslərin izahatları Kassasiya şikayətinin dəlilləri

15. Cavabdeh kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

16. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsi təqdim edilmiş apellyasiya şikayətini və sənədləri hər tərəfli və obyektiv araşdırmamış, onlara düzgün hüquqi qiymət verməmiş, nəticədə maddi hüquq normaları pozulmuş, tətbiq edilməməli maddi hüquq normalarını tətbiq etmiş və nəticədə tam qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Məhkəmə mübahisəyə hüquqi qiymət verərkən tərəflər arasındakı mübahisənin məğzini başa düşməmiş və düzgün qiymətləndirməmişdir. Belə ki, ilk növbədə məhkəmə iddiaçı tərəfindən tələb olunan pul məbləğini necə müəyyən etdiyini araşdırmalı idi. Yəni, iddiaçı tərəfindən tələb olunan sığorta pulu necə və hansı əsasa görə hesablanmışdır. Məhkəmənin gəldiyi nəticə isə yalnız iddiaçı tərəfindən “Kia Motors” tərəfindən hər hansı bir sübuta əsaslanmayan 19 noyabr 2021-ci il tarixli qüsur aktında göstərilən ehtiyyat hissələrinin dəyişdirilməsinə görə müəyyən edilən qiymətlə bağlıdır. Belə ki, sözügedən avtomobil tam təmir olunmuşdur. Bundan əlavə iddiaçı, sözügedən avtomobillərə sığorta pulu ödəyərkən hansı meyarlara əsasən “Ford-Focus” **-DK-*** dövlət markalı avtomobilə dəymiş zərər kimi 22.513 manat və “Kiorio Cross” minik markalı, **-İN-*** dövlət nişanlı avtomobilə dəymiş zərər kimi 2.774,69 manat pulun ödənilməsinə hüquqi qiymət verməmişdir. Hansı ki, “Ford Fokus”-a vurulmuş zərərin məbləği “X13” minik maşınına vurulmuş zərərdən daha çoxdur (şəkillərdən görünür). Məhkəmə mübahisəyə hüquqi qiymət verərkən Mülki Məcəllənin 936-cı maddəsinə istinad etsə də, onun tələbinə əməl etməmişdir. Həmin maddənin tələbinə əsasən əvvəlcə dəymiş zərərin məbləği müəyyənləşdirilməlidir. Bu tələb eyni zamanda Mülki Məcəllənin 1097.1-ci maddəsində nəzərdə tutulub. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulm uş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə dəymiş zərərin məhkəmə dəymiş zərərin məbləğini müəyyən etmədən iddiaçının irəli sürdüyü tələb həcmində qətnamə qəbul etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. İşdə iştirak edən şəxslərin izahatları

18. Azərbaycan Respublikası MPM-nin 10.8-1 və 414-cü maddələrinə əsasən işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxıldı. Tətbiq edilən hüquq Mülki Məcəllə

19. Maddə 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzə rə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur.

20. Maddə 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir.

21. Maddə 936.3. Faydalanan şəxs sığorta ödənişini aldıqda subroqasiya hüququnun həyata keçirilməsi üçün özündə olan bütün lazımi sənədlərlə sığortaçını təmin etməlidir.

22. Maddə 936.4. Faydalanan şəxs zərərvuran şəxsə qarşı iddiadan və ya tələbi təmin edən hüquqlardan, yaxud lazımi sənədləri sığortaçıya verməkdən imtina etdikdə sığortaçı sığorta ödənişi ve rməkdən zərərvuran şəxsdən subroqasiya qaydasında ala biləcəyi məbləğ həcmində azad edilir.

23. Maddə 936.5. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər.

24. Maddə 936.6. Həyat sığortası siniflərinə və fərdi qəza sığortasına aid olan hallarda subroqasiya hüququ tətbiq edilmir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu

25. Maddə

25. Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstə rilən hallarda yaranır: 25.1.1. sığorta hadisəsi inzibati məsuliyyəti istisna edən və ya əməlin cinayət olmasını aradan qaldıran hərəkətlər istisna olmaqla, sığortalının və ya sığorta olunanın həmin hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi qanunazidd hərəkətlərinin nəticəsi olduqda; 25.1.2. Bu Qanunun Xüsusi bölməsində hər hansı sığorta növü üzrə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta hadisəsi baş verərkən sığortalının və ya sığorta olunanın, yaxud onların nümayəndəsinin, etibar etdikləri şəxsin əmlakı (binanı, tikilini, avtonəqliyyat vasitəsini, cihazı, qurğunu, avadanlığı və s.) alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə istismar etməsi, həmçinin qeyd olunan maddələrdən ist ifadənin müəyyənləşdirilməsi ilə bağlı səlahiyyətli orqan tərəfindən aparılan müayinədən boyun qaçırması; 25.1.3. icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır; 25.1.4. sığorta hadisəsi icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onun texniki təyinatına uyğun olmayan məqsədlərlə istifadə edilməsi zamanı baş verdikdə; 25.1.5. sığortalı (sığorta olunan) və ya onun nümayəndəsi sığorta hadisəsi zamanı əmlaka daha çox zə rərin dəyməsinin qarşısının alınması və (və ya) onun azaldılması istiqamətində, həmçinin zərər çəkmiş və ya zərər çəkmə ehtimalı olan şəxslərin həyatını xilas etmək üçün mümkün olan tədbirləri qəsdən görmədikdə; bu zaman subroqasiya hüququ o həcmdə yaranır ki, qeyd olunan tədbirlər görülmüş olsaydı, zərərin miqdarı həmin həcmdə azalmış olardı; 25.1.6. sığorta hadisəsi sığortalının və ya zərərçəkən olmayan sığorta olunanın bu və ya digər fəaliyyət növü ilə məşğul olarkən, belə fəaliyyət növünü tənzimləyən qanunun tələblərini pozmaqla qəsdən törədilən əməli ilə müşayiət olunduqda; 25.1.7. sığortalı və ya sığorta olunan sığorta müqaviləsi bağlanarkən, sığorta müqaviləsinin məzmununa daxil edilməli olan, həmçinin özünə məlum olan, habelə sığortaçının yazılı surətdə tələb etdiyi və müqaviləd ən imtina etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən, habelə müqavilə bağlandıqdan sonra sığorta riskinin dəyişməsi ilə bağlı bütün hallar barədə sığortaçıya qəsdən məlumat vermədikdə, yaxud qəsdən yanlış məlumat verdikdə; 25.1.8. Bu Qanunun 63.1-ci maddəsində nəzərdə tutulmuş halda; 25.2. Bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs işlərin təhlükəsiz aparılmasına əmək müqaviləsi, mülki hüquqi müqavilə və ya muzd əsasında müəyyən tapşırığın yerinə yetirilməsi üçün müvafiq əmlakı işlətməsi, idarə etməsi və ya digər qaydada istifadəsi üçün ona verən sığortalının (sığorta olunanın) nəzarəti altında fəaliyyət göstərdiyi və ya fəaliyyət göstərməli olduğu halda, subroqasiya hüququ həmin sığortalıya (sığorta olunana) qarşı da istifadə edilə bilər. Mülki Prosessual Məcəllə

26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

28. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

29. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qə tnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

30. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

31. Maddə 416.2.Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

32. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə q əbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

33. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

34. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanıldı. Kassasiya instansiyas ı məhkəməsinin hüquqi mövqeyi

35. Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

36. Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın təmin edilməsi üçün əsasların olmadığını və sair göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.

37. Bel ə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə cavabdeh, 19 noyabr 2021-ci il tarixdə müvafiq etibarnamə olmadan idarə etdiyi “Chevrolet Cruze” minik markalı, 99-TX218 dövlət qeydiyyat nişanlı avtomobillə yolnəqliyyat hadisəsi törədərək “Ford Focus” minik markalı, **-DK-*** dövlət qeydiyyat nişanlı və “X12” minik markalı, **-ZN-*** dövlət qeydiyyat nişanlı avtomobillərlə toqquşmuş, nəticədə onun idarə etdiyi avtomobilin sığortaçısı kimi iddiaçı tərəfindən zərərçəkmişlərə müvafiq olaraq 2.225,31 manat və 2.774,69 manat olmaqla ümumilikdə 5.000 manat sığorta ödənişi edilmişdir.

38. Bundan başqa, işdən görünür ki, cavabdeh barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 332.1-ci maddələri ilə inzibati protokol tərtib edilmişdir.

39. Göründüyü kimi, iddiaçının cavabdehə qarşı subroqasiya hüququ yaranıb, ona görə də birinci instansiya məhkəməsi iddianı təmin təmin etməklə düzgün nəticəyə gəlmiş və aşağıdakı maddələrin tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq etmişdir.

40. Mülki Məcəllənin 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur.

41. Həmin Məcəllənin 936.2-ci maddəsində göstərilir ki, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir.

42. Apellyasiya instansiyası məhkəməsi, cavabdehin kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşdırıb haqlı olaraq qeyd etmişdir ki, cavabdehin təqsiri, yəni onun inzibati xətaya yol verməsi, həmçinin faydalanan şəxslərin zərərvuran şəxs- cavabdehə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçı-iddiaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçdiyindən və işdə, bunun əksini təsdiq edən başqı sübut olmadığından, iddianı təmin etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.

43. Bu baxımdan kassasiya instansiyası məhkəməsi, cavabdehin kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və yuxarıda qeyd olunanları nə zərə alıb hesab edir ki, onun kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır.

44. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 05 dekabr 2022-ci il tarixli, 2(103)-4511/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüv

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar