Məhkəmə qərarları › İş №2(102)-1474/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-1474/2019

06.03.2019 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1474/2019 06.03.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ 06 mart 2019-cu il iş № 2(102)-1474/19 Bakı şəhərində Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Allahverdiyev Qəhrəman Əli oğlu (sədrlik edən və məruzəçi) Xələfov İlqar Rəhim oğlu və Şadıyev Ənvər Əhməd oğlundan ibarət tərkibdə, ACnun katibliyi, cavabdehin vəkili ŞCnın iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 08 oktyabr 2018-ci il tarixli qətnaməsindən Cavabdeh İB tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 06 mart 2019-cu il tarixdə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai rayon məhkəməsinin 18 iyul 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən hak im S.Səlimova) İddiaçı Cavabdehnə qarşı 5310.90 manat cərimə tətbiq edilməsinə dair hərəkətlərin qanunsuz hesab edilməsinə dair iddia tələbi təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 08 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər İ.Xəlilov (sədrlik edən, məruzəçi), X.Cəmilova və A.Hüseynov, 2(103)-10710/2018 saylı mülki iş) hazırki iş üzrə Bakı şəhəri, Xətai rayon məhkəməsinin 18 iyul 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddia tələbi qismən təmin edilərək, Cavabdeh İddiaçı qaz sərfinə görə 5270, 40 (beş min iki yüz yetmiş manat qırx qəpik) manat cərimə tətbiq etməsi barədə hərəkəti qanunsuz hesab edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. İşin halları İddiaçı Cavabdehnə qarşı iddia tələbi irəli sürərək Abşeron rayon Qaz İstismarı İdarəsinin 5310,90 a zn miqdarında cərimə tətbiq etməsi barədə hərəkətlərin qanunsuz hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri Cavabdeh İB apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili ŞC kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə l azımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddənin tələbinə görə iclasın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxsdən hər hansı birinin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əml ak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 26.01.2013cü il tarixli RX seriyalı ******* saylı çıxarışın surətindən müəyyən olunmuşdur ki, Abşeron rayonu Novxanı kəndində yerləşən 0,1299 ha torpaq sahəsi İddiaçı adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 53 saylı reyestr kitabının 9 saylı, vərəqində qeydiyyata alınmışdır. Cavabdeh əməkdaşları tərəfındən tərtib olunmuş 22.05.2018-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, İddiaçı yaşadığı evdə quraşdırılmış sayğac aşağı təzyiqdə keçən qazı qeydə almamış, qaz xəttiniıı üzərində quraşdırılımş G4 tipli mexaniki qaz sayğacının maksimal saatlıq qaz sərfi mənzildə faktiki mövcud olan işlədicilə rin sərfiyyatına uyğun deyildir. Bu səbəbdən də itirilmiş qazın bərpası üçün hesabatın aparılması və hesablanmış məbləğin ödənilməsi qərara alınmışdır. Cavabdeh 31.05.2018-ci il tarixli qərarının surətindən müəyyən olunmuşdur ki, qaz işlədicilərindən maksimal saatlıq qaz sərfi 18,2 m3/saat. mövcud sayğacın maksimal ölçmə həddi 6 m3/saat, orta günlük iş rejimi 12 saat, hesabat müddəti 180 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və hesablanmış 26352 m qazın dəyərinin ödənilməsi qərara alınmış, qərarın verilməsi üçün əsas 22.05.2018-ci il tarixli ******* saylı akt olmuşdur. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş abonentin saldosundan müəyyən edilmişdir ki, iddiaçının barəsəndə tərtib olunan aktlar üzrə qaz sərfiyyatına görə borcu 5270, 40 manat təşkil etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, fiziki şəxs olan iddiaçının mənzilində cavabdehin özünün əməkdaşları tərəfındən quraşdırılan sayğacın mənzildə olan qaz cihazlarının sərfıyyatının qeydiyyatının aparmaması səbəbi ilə cavabdeh iddiaçı barəsində akt tərtib etmişdir. İstehlakçının mənzilində hansı qaz cihazlarının nə vaxtdan quraşdırılması, faktiki olaraq hansı qaz cihazından istifadə olunması, apardığı hesablamanın hansı göstəricilərə əsasən aparmasını müəyyən etmədən istehlakçıya qaz sərfıyyatına görə 5270, 40 manat ziyan hesablanmışdır. Abonentin saldosundan görünür ki, o, aylıq ödənişləri vaxtında etmiş. Həmin saldo göstəricilərinə əsasən demək olar ki, iddiaçıya məxsus olan evdə quraşdırılmış cihazların aylıq qaz sərfi sayğacın qaz ötürmə imkanlarından artı q olmamışdır. Əslində aylıq qaz sərfi sayğacın qaz buraxma imkanlarından artıq olmuş olsa, və yaxud həmin göstəriciyə yaxın olsa, onda ehtimal etmək olar ki, sayğac abonentin mənzilində istifadə olunan cihazların qaz sərfini düzgün hesablamamışdır. Cavabdeh təşkilat evdə olan bütün qaz cihazlarının qaz sərfi imkanlarını hesablamaqla belə qənaətə gəmişdir ki, abonentə quraşdırılmış sayğac evdəki cihazların hamısına eyin vaxtda qaz buraxma gücünə malik deyil. Ona görə cavabdeh ehtimal etmişdir ki, istifadə olunan təbii qazı sayğac düzgün qeydə alınmamışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məһkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.2. maddəsinə əsasən dövlət orqanlarının, i cra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Məhkəmə instansiyalarında cavabdeh təşkilat öz etirazının əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən akta əsasən hesablanmış borcdan əlavə sayğacın göstəricisinə əsasən hesablanmış məbləği də silmişdir. Belə ki, akta əsasən hesablanmış itirilmiş qaz sərfinə görə məbləğ5270, 40 manat təşkil etmişdir. İddiaçı tələbini 5310,90 manat məbləğində göstərmiş və iddia həmin həcmdə təmin olunmuşdur. Aktdan əlavə hesablanmış 40,50 manat məbləğin (5310,90-5270,40=40,50) sayğacın göstəricisi olması halını iddiaçının nümayəndəsi də mübahisələndirməmiş, ona görə həmin məbləği silməkdə məhkəmə haqlı olmamışdır. Qeyd olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv etməklə, iddia tələbi qismən təmin etməklə, Cavabdeh İddiaçı qaz sərfinə görə 5270, 40 (beş min iki yüz yetmiş manat qırx qəpik) manat cərimə tətbiq etməsi barədə hərəkətinin qanunsuz hesab edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi barədə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qətnamənin ləğv edilməsi və kassasiya şikayətinin təmin olunması üçün heç bir əsas olmadığından qətnamə dəyişd irilmədən saxlanmalı, kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh İB-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə 08 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən Hakimlər Əsli ilə düzdür Ali Məhkəmənin hakimi Qəhrəman Allahverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar