Məhkəmə qərarları › İş №2(102)-1474/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-1474/2024

30.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair müb
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1474/2024 30.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ (Açar sözlər: kredit borcunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiyməti, ekspert rəyi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığort alanması Fondunun cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ipoteka predmetinə yönəlməsi və ipoteka ilə yüklü edilmiş əmlakın açıq hərracda satılaraq əldə olunmuş vəsait hesabına borcun ödənilməsi” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-518/2023 nömrəli, 18 dekabr 2023-cü tarixli qətnaməsindən iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu (Vəkil2) tərəfindən verilmiş kassasiya şikayətinə 30 aprel 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 22 iyun 2015-ci il tarixli 294 saylı kredit müqaviləsi il ə cavabdeh 36 ay müddətinə, illik 26 % ödənilmək şərtilə 2.400 ABŞ dolları kredit götürmüşdür. Həmin müqaviləyə dair eyni tarixli və nömrəli girov müqaviləsi ilə, Cavabdeh2 öhdəliyin icrasının təminatı kimi özünə məxsus qızıl-zinət əşyalarını Banka girov qoymuş, həmin əşyaların ümumi dəyəri 2.684 ABŞ dolları məbləğində qiymətləndirilmişdir.

2. Həmin tarixdə İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 295 saylı kredit müqaviləsi ilə sonuncu 36 ay müddətinə, illik 22 % ödənilmək şərtilə 2.400 ABŞ dolları kredit götürmüşdür. Həmin müqaviləyə dair eyni tarixli və nömrəli girov müqaviləsi ilə Cavabdeh2 öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə özünə məxsus “Kia Rio” minik (buraxılış ili 2011-ci il, ban:KNADH511BB6836960, rəng: tünd boz metal, **-OU-*** dövlət nömrə nişanlı) markalı avt omobil (bundan sonra ipoteka predmeti olan avtomobil) ipoteka ilə yüklü edilmiş, ipoteka predmeti 12.000 ABŞ dolları məbləğində qiymətləndirilmişdir.

3. Həmin tarixdə İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 296 saylı kredit müqaviləsi ilə, sonuncu Bankdan 36 ay müddətinə, illik 22% ödənilmək şərtilə 6.700 ABŞ dolları kredit götürmüşdür. Həmin müqaviləyə dair İddiaçı ASC ilə Cavabdeh2 və zaminlər Cavabdeh1 və Cavabdeh3 arasında bağlanmış eyni tarixli zaminlik müqavilələri ilə, zaminlər sözügedən müqavilə üzrə öhdəliklərin icrası üçün cavabdeh ilə birgə məsuliyyət daşımağı və kreditin qaytarılması ilə bağlı onun kreditor qarşısındakı bütün öhdəliklərinin icra edilməsini öz öhdələrinə götürmüşlər.

4. İddiaçı ASC-nin “Uğur” filialı ilə borcalan Cavabdeh2 arasında bağlanmış 22 iyun 2015-ci il tarixli, 294 saylı Girov müqaviləsinə əsasən, Cavabdeh2 22 iyun 2015-ci il tarixli 294 saylı kredit müqaviləsinə əsasən Girov saxlayan Borcalana 36 (otuz altı) ay müddətinə illik 26% olmaqla 2.400 ABŞ dolları kredit verir. Həmin kredit müqaviləsi üzrə öhdəliyin icrasının təminatı kimi Girov qoyan özünə məxsus qızıl-zinət əşyalarını Girov saxlayanın xeyrinə girov qoyur. Girov qoyulan qızıl-zinət əşyalarını ümumi dəyəri 2.684 ABŞ dolları məbləğində qiymətləndirilmişdir.

5. Mülki işin materiallarında olan AC seriyalı 475577 №-li nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən müəyyən edilir ki, “Kia Rio” markalı, buraxılış ili 2011-ci il olan, **-OU-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Cavabdeh2dır. 22 iyun 2015-ci il tarixli AA seriyalı 132345 nömrəli ipoteka müqaviləsinin q eydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən çıxarışa əsasən, Cavabdeh2 məxsus “Kia Rio” markalı, **-OU-*** dövlət qeydiyyat nişanlı avtomobil ipoteka ilə yüklü edilmişdir. İpoteka saxlayan İddiaçı ASC-nin “Uğur” filialıdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:

6. İddiaçı ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu (bundan sonra iddiaçı və ya Bank) cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 (bundan sonra cavabdeh və ya ad, soyadları) qarşı iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh və zaminlərdən 296 saylı kredit müqaviləsi üzrə 5.644,91 ABŞ dolları əsas, 5.248,33 ABŞ dolları faiz, 1.438,51 ABŞ dolları cərimə, kredit üzrə müddət bitənd ən sonra Konstitusiya Məhkəməsinin Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarına əsasən hesablanan 801,06 ABŞ dolları məbləğində faiz (5%) borcu, cəmi 13.132,81 ABŞ dolları borcun; cavabdehdən 294 saylı kredit müqaviləsi üzrə 2136,75 ABŞ dolları əsas borc, 2.112,41 ABŞ dolları faiz borc, 643,57 ABŞ dolları cərimə borc, Plenum qərarına əsasən hesablanan 308,10 ABŞ dolları, cəmi 5.200,83 ABŞ dolları borcun; cavabdehdən 295 saylı kredit müqaviləsi üzrə 2.393,36 ABŞ dolları əsas, 2.162,32 ABŞ dolları faiz, 602,29 ABŞ dolları cərimə, Plenum qərarına əsasən hesablanan 338,91 ABŞ dolları məbləğində faiz (5%) borcu, cəmi 5.466,88 ABŞ dolları borcun və 30 manat məhkəmə xərcinin müştərək qaydada tutularaq Bankın hesabına ödənilməsi, tutmanın ipoteka predmeti olan avtomobilə yönəldilməsi, avtomo bilin açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi, satışdan əldə olunan vəsaitin cavabdehin borcunun tam ödənilməsinə kifayət etmədiyi halda, qalan borc məbləğinin sonuncudan tutularaq Banka ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

7. İddia tələbi işin yuxarıda qeyd olunan faktiki hallarına istinad edilməklə belə əsaslandırılmışdır ki, Bankın “Uğur” filialı ilə Cavabdeh2 arasında xx.xx.2015-ci il tarixli, 296 saylı kredit müqaviləsi bağlamışdır. Həmin kredit müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə illik faiz dərəcəsi 22 faiz ödənilmək şərtilə 6.700 ABŞ dolları məbləğində kredit verilmişdir. Verilmiş kreditin təminatı olaraq digər borclu Cavabdeh1 və Cavabdeh3 ilə həmin tarixdə zaminlik müqavilələri bağlanmışdır. Kredit m üqaviləsinə əsasən borcalan bankdan aldığı kredit üzrə tam və vaxtında hesablanmış faizləri və əsas borc məbləğini bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öz üzərinə götürmüşdür. Müqaviləyə əsasən öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi ilə əlaqədar borcun məcburi qaydada alınmasına yönəlmiş məhkəmə qətnaməsi tam icra olunub başa çatanadək hesablanmış faizləri banka ödəməlidir. Zaminlik müqaviləsinə müvafiq olaraq zaminlər borclu Cavabdeh1 və Cavabdeh3 borclunun bank qarşısında öhdəliklərini tamamilə icra etməsi üzrə məsuliyyəti öz üzərinə götürmüşdürlər. Bundan başqa, Cavabdeh2 ilə Bankın “Uğur” filialı arasında xx.xx.2015-ci il tarixli, 295 saylı kredit müqaviləsi bağlamışdır. Həmin kredit müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə illik faiz dərəcəsi 22 faiz ödənilmək şərtilə 2.400 ABŞ dolları məbləğində kredit verilmişdir. Verilmiş kreditin təminatı olaraq Cavabdeh2 ilə xx.xx.2015-ci il tarixli, 295 saylı ipoteka müqaviləsi bağlamışdır. Həmin müqaviləyə əsasən ona məxsus “Kia Rio” markalı, buraxılış ili 2011-ci il olan, **-OU-*** dövlət nömrə nişanlı avtomobil Bankda ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəldilməsi hüququnun yaranmasına əsas verir. Bundan başqa, Cavabdeh2 ilə Bankın “Uğur” filialı arasında xx.xx.2015-ci il tarixli, 294 saylı kredit müqaviləsi bağlamışdır. Həmin kredit müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə illik faiz dərəcəsi 22 faiz ödənilmək şərtilə 2.400 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən borcalan bankdan aldığı kredit üzrə tam və vaxtında hesablanmış faizləri və əsas borc məbləğini bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öz üzərinə götürmüşdür. Lakin borclu hər üç müqavilənin şərtlərini pozmuş, üzərinə götürdüyü öhdəliklərə lazımınca əməl etməmiş, götürdüyü kreditləri və ona hesablanmış faizləri vaxtında qaytarmamışdır. Dəfələrlə bank tərəfindən yazılı və şifahi xəbərdarlıq edilsə də, heç bir nəticəsi olmamışdır. Bank qarşısındakı öhdəliklərini lazımınca yerinə yetirmədiyinə görə borclunun xx.xx.2015-ci il tarixli, 296 saylı kredit müqaviləsi üzrə 5.644,91 ABŞ dolları əsas, 5.248,33 ABŞ dolları faiz, 1.438,51 ABŞ dolları cərimə, kredit üzrə müddət bitəndən sonra Konstitusi ya Məhkəməsinin Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarına əsasən hesablanan 801,06 ABŞ dolları məbləğində faiz (5%) borcu, cəmi 13.132,81 ABŞ dolları, xx.xx.2015-ci il tarixli, 294 saylı kredit müqaviləsi üzrə 2.136,75 ABŞ dolları əsas borc, 2.112,41 ABŞ dolları faiz borcu, 643,57 ABŞ dolları cərimə borcu, kredit üzrə müddət bitəndən sonar Konstitusiya Məhkəməsinin Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarına əsasən hesablanan 308,10 ABŞ dolları, cəmi 5.200,83 ABŞ dolları, xx.xx.2015-ci il tarixli, 295 saylı kredit müqaviləsi üzrə 2.393,36 ABŞ dolları əsas, 2.162,32 ABŞ dolları faiz, 602,29 ABŞ dolları cərimə, kredit üzrə müddət bitəndən sonar Konstitusiya Məhkəməsinin Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarına əsasən hesablanan 338,91 ABŞ dolları məbləğində faiz (5%) borc u, cəmi 5.466,88 ABŞ dolları borcu yaranmışdır.

8. Birinci instansiya məhkəməsinin qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilərə müvafiq rəy alınmışdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 mart 2022-ci il tarixli ekspert rəyi ilə cavabdehin xx.xx.2018-ci il tarixə (müqavilə müddəti qüvvədə olduğu tarixədək) banka ödənilməli olan borcu ümumilikdə 9.019.33 ABŞ dolları məbləğində müəyyən edilmiş, o cümlədən: 294 saylı kredit müqaviləsi üzrə: - əsas borc üzrə 2.134,26 ABŞ dolları; faiz borcu üzrə 1.492,14 ABŞ dolları; 295 saylı kredit müqaviləsi üzrə: əsas borc üzrə 2.045,57 ABŞ dolları; faiz borcu üzrə 1.133,72 ABŞ dolları; 296 saylı kredit müqaviləsi üzrə: əsas borc üzrə 5.644,71 ABŞ dolları; faiz borcu üzrə 3.374,61 ABŞ d olları.

9. Abşeron Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) e2(012)-194/2022 nömrəli, 06 iyun 2022-ci il tarixli qətnaməsi ilə (hakim Cəmilə Səfiyeva) iddia tələbi qismən təmin edilmiş, cavabdehdən iddiaçının xeyrinə 294 saylı kredit müqaviləsi üzrə 2.134,26 ABŞ dolları əsas borc, 1.492,14 ABŞ dolları faiz borcu, 64 ABŞ dolları cərimə, kredit müqaviləsi bitdikdən sonra hesablanmış 308,10 ABŞ dolları faiz borcu olmaqla, cəmi 3.998,5 ABŞ dolları; 295 saylı kredit müqaviləsi üzrə 2.045,57 ABŞ dolları əsas borc,1.133,72 ABŞ dolları faiz borcu, 60 ABŞ dolları cərimə, kredit müqaviləsi bitdikdən sonra hesablanmış 338,91 ABŞ dolları faiz borcu olmaqla, cəmi 3.578.2 ABŞ dolları; 296 saylı kredit müqaviləsi üzrə 5.644,71 ABŞ dolları əsas borc, 3.374,61 ABŞ dolları faiz borcu, 143 ABŞ dolları cərimə, kredit müqaviləsi bitdikdən sonra hesablanmış 801,06 ABŞ dolları faiz borcu olmaqla, cəmi 9.963,38 ABŞ dolları, ümumilikdə 17.537,08 ABŞ dolları məbləğində kredit borcunun qətnamə icra olunan vaxtı Azərbaycan manatı məzənnəsinə uyğun manatla və 20 manat məhkəmə xərcinin tutulması; cavabdehdən 295 saylı kredit müqaviləsi üzrə tutulmuş pul məbləğinin ipoteka predmeti olan avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin cavabdehdən tutularaq Bankın xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət olunmuşdur.

10. Birinci instansiya məhkəməsi ilk növ bədə qeyd etmişdir ki, cavabdeh kredit müqavilələri ilə üzərinə düşən öhdəlikləri vaxtında yerinə yetirmədiyindən iddia tələbi qismən təmin edilməlidir.

11. Məhkəmə hesab etmişdir ki, xx.xx.2015-ci il tarixli, 294 saylı kredit müqaviləsi üzrə hesablanmış 643,57 ABŞ dolları cərimənin məbləği azaldılmalı, 64 ABŞ dolları, xx.xx.2015-ci il tarixli, 295 saylı kredit müqaviləsi üzrə hesablanmış 602,29 ABŞ dolları cərimənin məbləği azaldılmalı, 60 ABŞ dolları, xx.xx.2015-ci il tarixli, 296 saylı kredit müqaviləsi üzrə hesablanmış 1438,51 ABŞ dolları cərimənin məbləği azaldılmalı, 143 ABŞ dolları müəyyən edilməlidir.

12. Məhkəmə onu da qeyd etmişdir ki, iddia tələbini zaminlərə münasibətdə qanunsuz və əsassız hesab edir. Belə ki, onlara münasibətdə tələb irəli sürmə müddəti keçmişdir.

13. Eyni zam anda, məhkəmə iddia tələbinin tələbin ipoteka predmetinə yönəldilməsinə dair hissəsinə münasibətdə əlavə etmişdir ki, iddia tələbinin bu hissəsi də əsaslıdır.Belə ki, zaminlik müqavilələrinin müddəti 36 aydır, müqavilənin müddəti xx.xx.2018-ci il tarixdə bitmişdir. İddiaçı isə hazırkı iddia tələbi ilə məhkəməyə 2021-ci ilin mayında müraciət etmişdir.

14. Eyni zamanda, məhkəmə iddia tələbinin tələbin ipoteka predmetinə yönəldilməsinə dair hissəsini də araşdıraraq hesab etmişdir ki, iddia tələbinin bu hissəsi də əsaslıdır və iddia həmin hissədə təmin edilməlidir. Belə ki, mülki işin materiallarına əlavə olunmuş 22 iyun 2015-ci il tarixli, 295 saylı ipoteka müqaviləsindən müəyyən edilir ki, 22 iyun 2015-ci il tarixli, 295 saylı kredit müqaviləsinin təminatı olaraq Cavabdeh2 mülkiyyətində olan “Kia Rio” markalı, buraxılış ili 2011-ci il olan, **-OU-*** dövlət qeydiyyat nişanlı, KNADH511BB6836960 ban nömrəli avtomobili Bankın xeyrinə ipoteka ilə yüklü etmişdir. İpoteka predmeti tərəflərin razılığı ilə 12.000 ABŞ dolları məbləğində qiymətləndirilmişdir.

15. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 269.4, 295, 296.1, 317, 319.1, 319.6, 427.3, 442, 443.1, 445.1, 445.7, 448.1, 449.1, 449.4, 462.1, 465.2, 467, 477.0.4-ci, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33, 34, 36.1, 36.3-cü və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107, 119.1, 216-220, 360, 376.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:

16. Qətnamədən Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil1 apell yasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, təkrar məhkəməmühasibatlıq ekspertizası keçirilməsi, 294 və 295 saylı kredit müqavilələrinə əlavə olaraq bağlanmış girov və ipoteka müqavilələri üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizasının təyin edilməsi haqqında qərardad çıxarılmaqla işə yenidən baxılmasını xahiş etmişdir.

17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəm tərəfindən hərtərəfli, tam, obyektiv araşdırma aparılmadan, onlar tərəfindən təqdim edilmiş sübutlara əhəmiyyət verilmədən, eləcə də həmin sübutlar iş üzrə icraatın materiallarına əlavə edilmədən, eləcə də prosessual hüquq normaları pozulmaqla qərar qəbul edilmişdir. Birinci instansiya məhkəməsində işə baxılan zaman mülki prosessual icraatın vəzifələrinə zidd olaraq onun hüqu q və mənafeləri təmin edilməmişdir. Belə ki, onun tərəfindən təqdim edilmiş sübutlara və vəsatətlərə əhəmiyyət verilmədən qətnamə çıxarılmışdır. Məhkəmə bütün hallarda mübahisə üzrə tərəflərin çəkişmə prinsipini təmin etməlidir. Çıxardığı qərarları çəkişmə prinsipinə əsasən tərəflərin təqdim etdiyi sübutlara əsaslandırmalıdır. İş materiallarından görünür ki, onun nümayəndəsi tərəfindən təqdim edilmiş vəsatətlər məhkəmə tərəfindən təmin edilmiş, lakin məhkəmə həmin vəsatətləri təmin etməsinə baxmayaraq vəsatətlər üzrə qərardad qəbul etməmişdir. Yekun olaraq iddia ərizəsi üzrə iddiaçının göstərdiyi hallar cavabdeh tərəfindən təkzib edilmiş və buna dair vəsatərlər təqdim edilmişdir. Birinci instansiya məhkəməsində işə baxılan zaman onun tərəfindən iddia ərizəsində göstərilənlərin iddiaçı tərə findən məqsədli olaraq təhrif edilməsi vəsatətlə təqdim edilmişdir. Belə ki, 22 iyun 2015-ci il tarixli, 294 saylı müqavilə üzrə qızıl-zinət əşyalarının girov olaraq götürülməsi, bu zaman ilkin qiymətləndirməmin keçirilməməsi, lakin iddia ərizəsində məhz həmin müqaviləyə münasibətdə öhdəliyin ödənilməsinin təminatı kimi bağlanmış girov müqaviləsinə dair heç bir sübutun təqdim edilməməsi qeyd edilmişdir. Bundan başqa 22 iyun 2015-ci il tarixli, 295 saylı kredit müqaviləsinə əlavə olaraq bağlanmış həmin tarixli və nömrəli ipoteka müqaviləsində ona məxsus 2011-ci il istehsalı olan “Kia Rio” markalı, **-OU-*** dövlət qeydiyyat nişanlı avtomobilin ilkin qiymətləndirməsi, həmin avtomobilin dəyərinin ümumiyyətlə borc öhdəliyini əvəz etməsinə dair sübutların təqdim edilmədiyi göstərilmişdir. Buna baxmayaraq məhkəmə həmin ziddiyyətli məqamlara dair vəsatətləri təmin etmiş, yalnız məhkəməmühasibatlıq ekspertizasını təyin etməklə kifayətlənmişdir. Məhkəmə iddiaçının iddia ərizəsində göstərilən halların onun tərəfindən mübahisələndirilməsinə baxmayaraq həmin hissədə araşdırma aparmamışdır. xx.xx.2021-ci il tarixdə onun nümayəndəsi tərəfindən 3 vəsatət təqdim edilmişdir. Həmin vəsatətlər hər bir müqavilə üzrə borc öhdəliyinin müəyyən edilməsi üçün məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsi, həmçinin xx.xx.2015ci il tarixli müqavilə üzrə “Kia Rio” markalı, **-OU-*** dövlət qeydiyyat nişanlı avtomobil üzrə əmtəəşünaslıq ekspertizasının keçirilməsi, eləcə də xx.xx.2015-ci il tarixli, 294 saylı kredit müqaviləsi üzrə əlavə girov müqaviləsinin iddiaçıdan tələb edilməsi, 294 saylı kr edit müqaviləsi üzrə girov götürülmüş qızıl-zinət əşyalarının ilkin qiymətinin müəyyən edilmədiyi halda məhkəmə-əmtəəşünaslıq ekspertizasının təyin edilməsi haqqında qərardad qəbul edilməsindən ibarət olmuşdur. Məhkəmə iclasında hər üç vəsatətin təmin edilməsinə dair qərardad qəbul edilmiş, lakin sonradan yalnız məhkəmə mühasibatlıq ekspertizasının təyin edilməsinə ilə kifayətlənilmişdir. Hal-hazırda həmin qızıl-zinət əşyaları həm də avtomobil ilə bağlı olan hissədə əmlakların dəyəri qeyri-müəyyən olaraq qalmışdır.

18. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli ekspert rəyi ilə, ipoteka predmeti olan avtomobillə eyni markalı, eyni il istehsalı olan normal vəziyyətdə saxlanılmış, təyinatı üzrə istifadəyə yararlı avtomobilin likvid də yəri təxminən 12.000 manat müəyyən olunmuşdur.

19. Apellyasiya instansiya məhkəməsi tərəfindən ipoteka predmeti olan avtomobilin qiymətləndirilməsi məqsədi ilə iş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilərək müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli ekspert rəyi ilə ekspertiza tədqiqatına təqdim edilmiş ipoteka predmeti olan avtomobilin hazırki vəziyyətdə likvid qiyməti təxminən 16.000 manat müəyyən olunmuşdur.

20. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiya məhkəməsi) 2(105)-518/2023 nömrəli, 18 dekabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Gülnar Cabbarova (sədrlik edən və məruzəçi), Səyyad Qafari və Almaz Süleymanova) apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilmiş, ipoteka predmeti olan avtomobilin ilkin satış qiymətinin 16.000 manat müəyyən edilməsi, qətnamənin qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

21. Apellyasiya instansiya məhkəməsi ilk növbədə qeyd etmişdir ki, işin apellyasiya baxışının predmeti olan hissədə mübahisəli halları ondan ibarətdir ki, ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməli olduğu halda, məhkəmə tərəfindən müəyyən edilməmiş, habelə girov müqaviləsi üzrə müqavilənin predmeti olan qızıl-zinət əşyaları ilə bağlı halların araşdırılmalı olduğu halda, məhkəmə tərəfindən araşdırılmamışdır.

22. Məhkəmə kollegiyası bununla bağlı bildirmişdir ki, ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti m üəyyən edilməmişdir. Halbuki, ipoteka haqqında qanunvericiliyin tələbinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməli, habelə ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilməlidir.

23. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı tərəflər arasında hər hansı razılaşma olmamışdır. Bu baxımından məhkəmə araşdırması zamanı qeyd edilən halın müəyyən edilməsi məqsədilə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, ekspert rəyi əsasında ipoteka predmeti olan əmlakın likvid dəyərinin 16.0 00 manat olduğu müəyyən edilmişdir.

24. Həmçinin, məhkəmə qeyd etmişdir ki, iddiaçının nümayəndəsi tərəfindən həmin qiymət mübahisələndirilsə də, ekspert rəyinin əsassızlığına dair heç bir dəlilə istinad edilməmiş, habelə bu halı təkzib edən heç bir sübut məhkəməyə təqdim edilməmişdir.

25. Bu baxımından məhkəmə kollegiyası hesab etmişdir ki, qeyd edilən hissədə birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilməmiş, ipoteka predmeti olan əmlakın ilkin satış qiymətini müəyyən etməli odluğu halda, bununla bağlı araşdırma aparmamış, nəticə etibarilə həmin hissədə gəldiyi qənaəti yalnış olmuş, cavabdehin apellyasiya şikayətinin dəlili isə həmin hissədə əsaslı olmuşdur.

26. Həmçinin, məhkəmə kollegiyası qeyd etmişdir ki, hazırki iş üzrə iddia tələbi yalnız kredit müqavilələri üzrə borcun tutulması və tutmanın ipoteka predmeti olan əmlaka yönəldilməsi təşkil etmiş, iddiaçının girov müqaviləsi üzrə hər hansı tələbi olmamış, habelə cavabdehin bununla bağlı qarşılıqlı iddia tələbi olmamışdır.

27. Məhkəmə kollegiyası onu da əlavə etmişdir ki, cavabdeh bununla bağlı iddiaçı tərəfindən hüquqlarının pozulduğunu iddia edirsə, pozulmuş hüququnun müdafiəsi ilə bağlı məhkəmədə iddia qaldırmaq hüququna malikdir.

28. Eyni zamanda məhkəmə kollegiyası onu da qeyd etmişdir ki, cavabdeh apellyasiya şikayətinin məzmununda təkrar məhkəmə-mühaisbatlıq ekspertizası keçirilməsi halına istinad etsə də, məhkəmə araşdırması zamanı cavabdeh hazırki iş üzrə borc müqvailəsi üzrə yaranmış borcun məbləğinin müəyyən edilməsi ilə bağlı halları mübahisələndirmədiyini, mübahisələnd irdiyi halın yalnız ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və girov predmeti olan qızl-zinət əşyalarının araşdırılmaması ilə bağlı olduğunu bildirmişdir.Bu baxımından indiki halda cavabdeh tərəfindən borcun məbləğinin müəyyən edilməsi hissəsində məhkəmə qətnaməsi mübahisələndirilmədiyindən, həmin halın araşdırılması zərurəti mövcud olmamışdır.

29. Apellyasiya instansiyası məhkəməsi kollegiyası mövqeyini Mülki Məcəllənin 269.1, 269.2, 269.4, 270.1, 281.2, 317.1, 319.4, 442, 443.1, 739.1. 739.2-ci, “İpoteka haqqında” Qanunun 1.0.9, 4.1, 33, 34, 39.3-cü, eləcə də Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 82.4, 88-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:

30. Qətnamədən iddiaç ı (Vəkil2) kassasiya şikayəti verərək apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

31. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsinin qətnaməsi ilə ipoteka predmeti olan “Kia Rio” markalı, buraxılış ili 2011-ci il olan, **-OU-*** dövlət qeydiyyat nişanlı avtomobilin ilkin satış qiymətinin 16.000 manat dəyərində müəyyən edilməsi avtomobilin real bazar (likvid) qiymətindən yüksəkdir. Belə ki, AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/5186 nömrəli ekspert rəyi ilə ipoteka predmeti olan “Kia Rio” markalı, buraxılış ili 2011-ci il olan, **-OU-*** dövlət qeydiyyat nişanlı avtomobilin haz ırki likvid qiyməti16.000 manat müəyyən edilmişdir. Məhkəmələr tərəfindən təyin olunan ekspert rəylərində olan uyğunsuzluqlara baxmayaraq, apellyasiya instansiya məhkəməs natamam olan AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/5186 nömrəli ekspert rəyini əsas sübut kimi qəbul etmiş və mülki iş üzrə tam araşdırma aparmadan qərar qəbul etmişdir. Avtomobilin ilkin satış qiymətinin orta bazar dəyəri olan 16.000 manat məbləğində müəyyən edilməsi hissəsində qətnamə qanuni və əsaslı olmamaqla maddi və prosessual hüquq normalarının pozuntusu ilə çıxarılmışdır. Ona görə də qətnamənin bu hissəsi ilə razı deyillər. Qeyd olunmalıdır ki, ipoteka predmetinin indiki vəziyyətinin qiyməti hakim tərəfindən qəbul edilmiş qətnamədə göstərilən məbləğdən çox aşağıdır. Hazır kı işə baxılarkən vahid məhkəmə təcrübəsinin pozulmaması üçün kassasiya şikayəti təmin edilməli, mübahisələndirilən qərar ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində ləğv edilməlidir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

32. Maddə 270.1. Girov və ipoteka müqavilə üzrə əmələ gəlir.

33. Maddə 281.2. Əgər müqaviləyə görə girov predmeti girov saxlayanda olmalıdırsa, girov hüququ girov predmetinin ona verildiyi an, girov predmeti müqavilə bağlanana qədər verildikdə isə onun bağlandığı an əmələ gəlir.

34. Maddə

295. Girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər.

35. Madd ə 319.4. Açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiyməti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilir.

36. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

37. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sü rülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

38. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür

39. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

40. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

41. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üç ün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

42. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu.

43. Maddə 1.0.9. İlkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir.

44. Ma ddə 39.3 və 39.3.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda, həmçinin, ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

45. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

46. Maddə 76.1. tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

47. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

48. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

49. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

50. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

51. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

52. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

53. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

54. Maddə 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

55. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:

56. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki ha lları araşdırması kimi qiymətləndirilməməlidir.

57. Kassasiya şikayətində iddiaçı tərəfindən apellyasiya instansiyası məhkəməsinin aktı ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən olunması hissəsində mübahisələndirildiyindən apellyasiya məhkəməsinin qətnaməsi həmin hissədə qismən yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:

58. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

59. Belə ki, məhkəmə kollegiyasının qənaətinə görə işə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsi işlə bağlı sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət vermişdir.

60. Bu baxımdan kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, iddiaçının kassasiya şikayəti ilə bağlı hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlilləri araşdırmağa lüzum yoxdur.

61. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kolleg iyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

62. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

63. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibar ət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. 64. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

65. İzah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.

66. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəf lərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.

67. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.

68. Bu səbəbdən, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

69. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şik ayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-518/2023 nömrəli, 18 dekabr 2023-cü tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar