Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1477/2019 11.03.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, Əkbərli Əkbər Eldar oğlunun katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 11 oktyabr 2018-ci il tarixli qətnaməsindən İddiaçı və vəkili Vəkil oğlunun kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-2750/2018 saylı, 25 may 2018-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 11 oktyabr 2018-ci il tarix li qətnaməsi ilə (sədrlik edən V.Baxışova, hakimlər V.Həsənov və N.Cəfərov, İş № 2(103)-10669/2018) İddiaçı apellyasiya şikayəti təmin edilməyərək Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-2750/2018 saylı, 25 may 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, 01 iyun 2012-ci il tarixdə onunla Cavabdeh “Quba” filialı arasında bağlanmış Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, ünvan 1 fərdi yaşayış evinə dair ipoteka müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçı və vəkili Vəkil kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışlar ki, məhkəmə faktları araşdırmamış, işin faktiki hallarını tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdırılmasına dair Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin, tərəflərin izahatlarının işdəki digər sübutlarla yoxlanılması və qiymətləndirilməsinə dair MPM-nin 106.1-ci maddəsinin tələblərinə əməl etməmiş və nəticədə qanuna zidd qətnamə çıxarmaqla göstərdiyim maddələrin tələblərini də pozmuşdur.Ona görə də Bakı Apellyasiya Məhkəməsininn 11 oktyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilərək işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş edirlər. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada bildiriş göndərilmiş olsa da, tərəflər üzrlü səbəblər olmadan gəlməmişlər. Azərbaycan Re spublikası MPM-nin 415.3-cü maddəsinə əsasən kollegiya işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin MK-nın qəbul etdiyi 11 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən süb ut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiyainstansiyasıməhkəməsi tərəfindən müəyyən edilmişdir ki,Cavabdeh “Quba” filialı ilə X3 və İddiaçı arasında bağlanmış 01 iyun 2012-ci il tarixli, 09QBi/12 saylı ipoteka müqavil əsinin surətindən görünür ki, İddiaçı borclu X2 01 iyun 2012-ci il tarixli, 09QB/12 saylı kredit müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsinin təmini məqsədilə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən 1 nömrəli fərdi yaşayış evini “xxxx” KB ASC qarşısında ipoteka ilə yüklü etmişdir. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 09 oktyabr 2017-ci il tarixli, 2(008)-250/2017 saylı qətnaməsinin surətindən görünür ki, X1 159.430.66 ABŞ dolları əsas, 36843.53 ABŞ dolları faiz, 500 ABŞ dolları cərimə olmaqla cəmi 196.774,19 ABŞ dolları Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla borcun, iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manat pul vəsaitinin, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xid mət haqqı kimi ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq «xxxx» Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, tələbin ipoteka predmeti olan İddiaçı mülkiyyətində olan Bakı şəhəri Binəqədi rayonunda yerləşən 1 saylı fərdi yaşayış evinə yönəldilməsi, bu əmlakın hərracda satılması və onun satışından əldə olunmuş vəsait hesabına cavabdeh X2 “xxxx” KB ASC-yə olan 159.430.66 ABŞ dolları əsas, 36843.53 ABŞ dolları faiz, 500 ABŞ dolları cərimə olmaqla cəmi 196.774.19 ABŞ dolları Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla borcun, iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manat pul vəsaitinin, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 30 manat dövlət rüsumunun ödənilməsi, ipoteka predm eti olan Bakı şəhəri Binəqədi rayonunda yerləşən 1 saylı fərdi yaşayış evinin ilkin satış qiymətinin 235000 manat məbləğində müəyyən olunması, ipoteka predmeti olan Bakı şəhəri Binəqədi rayonu yerləşən 1 saylı fərdi yaşayış evinə tutma yönəldikdə və o satıldıqda ən geci 1 ay ərzində cavabdeh İddiaçı AbdulSalamovnanın həmin evdən çıxarılması qət edilmişdir. İddiaçı 01 iyun 2012-ci il tarixli, 09QBi/12 saylı ipoteka müqaviləsini imzalayarkən onun məzmununu başa düşmədiyini və yanıldığını göstərərək Mülki Məcəllənin 347.1-ci maddəsinə əsasən həmin müqavilənin etibarsız hesab edilməsini xahiş etmişdir. İddiaçının pasportu və ya şəxsiyyət vəsiqəsi olmasa da nümayəndəyə verdiyi notarial qaydada təsdiq edilmiş etibarnamədən və mübahisələndirilən ipoteka müqaviləsində qeyd edilmiş məlumatlardan görünür ki, o Rusiya Federasiyası vətəndaşıdır. İddiaçı özü məhkəmə iclaslarına gəlmədiyindən məhkəmə tərəfindən onun ana dilinin hansı dil olduğunu, Azərbaycan dilini başa düşüb-düşmədiyini araşdırmaq mümkün olmamışdır. Apellyasiyainstansiyasıməhkəməsininişinmateriallarıüzrəgəldiyinəticədəngörünürki, iddiaçının iddianın hüquqi əsası kimi istinad etdiyi Mülki Məcəllənin 347.2.1-ci maddəsinə əsasən şəxs razılıq verdiyi əqdi deyil, başqa əqdi bağlamaq istəmişsə vacib əhəmiyyətli yanılma baş verir. İddiaçı iddia ərizəsində borcalan X3 ilə işgüzar münasibətlərlə bağlı müqavilə imzaladığını zənn edərək ipoteka müqaviləsini imzaladığını göstərsə də iddianın bu dəlili ilə bağlı məhkəməyə heç bir sübut təqdim edilməmiş, iddiaçının X3 ilə həqiqətən birlikdə fəaliyyət göstərmək niyyəti olduğu, bu f əaliyyətin nədən ibarət olduğu əsaslandırılmamışdır. İddiaçının bu dəlili əsassızdır. Belə ki, mübahisələndirilən ipoteka müqaviləsi üç tərəfli müqavilə olduğu üçün eyni zamanda “xxxx” Kommersiya Bankının səlahiyyətli şəxsi tərəfindən imzalanaraq bankın möhürü ilə təsdiq edildiyindən iddiaçı həmin müqavilənin biznes fəaliyyəti ilə məşğul olmaq üçün bağlandığını zənn edə bilməzdi. Bundan əlavə ipoteka müqaviləsi bağlanarkən mülkiyyətçidən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və əmlak üzərində yüklülüyün olmamasına dair daşınmaz əmlakın dövlət reyestrindən arayış tələb edildiyindən mülkiyyətçinin ona məxsus əmlakın ipoteka qoyulduğunu bilməməsi inandırıcı deyil. İddianın əsaslılığını sübut etmə yükü iddiaçının üzərinə düşdüyündən, iddiaçı isə apellyasiya şikayətinin dəlillərinin əsas lı olmasına dair məhkəməyə hər hansı sübut təqdim etmədiyindən, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-2750/2018 saylı, 25 may 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının iddia tələblərinin əsası kimi istinad etdiyi hallara işin araşdırılmış halları və qüvvədə olan qanunvericilik normalarının tələblərinə uyğun düzgün hüquqi qiymət vermişdir. Məhkəmə kollegiyası kassasiyaşikayətinin dəlillərinə hüquqiqiymətverərək hesabedirki, bu dəlillərsubyektivmülahizəxarakterliolmaqlaqanunivəəsaslıolanapellyasiyainstansiyasıməhk əməsininqətnaməsininləğviüçünəsasdeyildir. Belə ki, apellyasiyainstansiyasıməhkəməsininnəticələriişinfaktiki hallarınauyğun olmaqlaonu n tərəfindən Azərbaycan Respublikasının 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmişdir. Göstərilən səbəblərdən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiyainstansiyasıməhkəməsi işə baxarkən həqiqətə nail olmaq üçün işin faktiki hallarını düzgün müəyyənləşdirmiş, işin hallarının hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmış, sübutları tam, hərtərəfli araşdırmış, işdə olan sübutlarla tərəflərin irəli sürdüyü dəlillərə lazımi hüquqi qiymət vermiş, iş üzrə maddi və prosessual hüquq normalarının pozulmasına yol verməmiş və iş üzrə düzgün hüquqi nəticəyə gəlmişdir. Buna görə də kassasiya şikayəti təmin edilmədən, Apellyasiya Məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 4 16, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın iş üzrə 11 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1477/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-1477/2019
11.03.2019 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver