Məhkəmə qərarları › İş №2(102)-1478/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1478/2025

21.05.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1478/2025 21.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh İB-nə qarşı ilkin, iddiaçı Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-1478/2025 (Açar sözlər: qazdan istifadəyə görə qanunsuz hesablanmış borcun silinməsi, debitor borcun ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh İB-nə qarşı qanunsuz borcun silinməsi tələbinə dair ilkin, Cavabdeh İddiaçı qarşı dəymiş maddi zərərin əvəzinin və debitor borcun ödənilməsi tələbinə dair q arşılıqlı iddiası barədə mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)287/2025 nömrəli, 27 yanvar 2025-ci il tarixli qətnaməsindən Cavabdeh İB tərəfindən verilmiş kassasiya şikayətinə 21 may 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. “Təbii qazdan istifadə qaydalarının pozulması” haqqında 2019-cu ilin fevral ayından 2023-cü ilin iyun ayına qədər tərtib olunmuş aktlar əsasında ünvan 1 ünvanda sayğacdankənar təbii qazdan istifadə etməsi səbəbi ilə 11.716,64 manat ziyan məbləği hesablanmışdır.

2. Mənzilin mülkiyyətçisi X2 xx.xx.2023-cü ildə vəfat etmişdir. 3. ünvan 2 saylı ümumi sahəsi 173.23 kv.m. olan evin 2/12 hissəsinə dair İddiaçı mülkiyyət hüququ xx.xx.2023-cü il tarixdə dövlət rey estrində qeydiyyata alınmışdır.

4. Cavabdeh İB tərəfindən verilmiş ünvan 1 ünvan üzrə xx.xx.2019-cu il tarixli **********00010 nömrəli abonentin saldosundan görünür ki, ünvanda abonent tərəfindən qazdan istifadə olunsa da, 2019-cu ilin yanvar ayından 2023-cü ilin dekabr ayına qədər ödəniş edilməmiş və 1532,80 manat borc (debitor borc) qalmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əməkdaşları tərəfindən tərtib edilmiş: xx.xx.2019-cü il tarixli, № ******* akta əsasən hesablanmış 712,80 manat; xx.xx.2019-cü il tarixli, № ******* akta əsasən hesablanmış 108 manat; xx.xx.2019-cü il tarixli, № ******* akta əsasən hesablanmış 111,60 manat; xx.xx.2019-cü il tarixli, № **** *** akta əsasən hesablanmış 9,60 manat; xx.xx.2019-cü il tarixli, № ******* akta əsasən hesablanmış 9,60 manat; xx.xx.2019-cü il tarixli, № ******* akta əsasən hesablanmış 27,60 manat; xx.xx.2019-cü il tarixli, № ******* akta əsasən hesablanmış 27,60 manat; xx.xx.2019-cü il tarixli, № ******* akta əsasən hesablanmış 32,40 manat; xx.xx.2019-cü il tarixli, № ******* akta əsasən hesablanmış 32,40 manat; xx.xx.2019-cü il tarixli, № ******* akta əsasən hesablanmış 57,60 manat; xx.xx.2019-cü il tarixli, № ******* akta əsasən hesablanmış 275,60 manat; 30.01,2020ci il tarixli, № ******* akta əsasən hesablanmış 273,60 manat; xx.xx.2020-ci il tarixli, № ******* akta əsasən hesablanmış 273,60 manat; xx.xx.2020-ci il tarixli, № ******* akta əsasən hesablanmış 273,60 manat; xx.xx.2020-ci il tarixli, № ******* akta əsasən hesablanmış 273,60 manat; 30.11,2020-ci il tarixli, № ******* akta əsasən hesablanmış 273,60 manat; xx.xx.2020-ci il tarixli, № ******* akta əsasən hesablanmış 273,60 manat; xx.xx.2021-ci il tarixli, № ******* akta əsasən hesablanmış 273,60 manat; xx.xx.2021-ci il tarixli, № ******* akta əsasən hesablanmış 194,40 manat; xx.xx.2021-ci il tarixli, № ******* akta əsasən hesablanmış 273,60 manat; xx.xx.2021-ci il tarixli, № ******* akta əsasən hesablanmış 273,60 manat; xx.xx.2021-ci il tarixli, № ******* akta əsasən hesablanmış 273,60 manat; xx.xx.2021-ci il tarixli, № ******* akta əsasən hesablanmış 273,60 manat; xx.xx.2021-ci il tarixli, № ******* akta əsasən hesablanmış 273,60 manat; xx.xx.2021-ci il tarixli, № ******* akta əsasən hesablanmış 273,60 manat; xx.xx.2021-c i il tarixli, № ******* akta əsasən hesablanmış 273,60 manat; xx.xx.2021-ci il tarixli, № ******* akta əsasən hesablanmış 273,60 manat; xx.xx.2021-ci il tarixli, № ******* akta əsasən hesablanmış 328,32 manat; xx.xx.2021-ci il tarixli, № ******* akta əsasən hesablanmış 328,32 manat; 31.01,2022-ci il tarixli, № ******* akta əsasən hesablanmış 328,32 manat; xx.xx.2022-ci il tarixli, № ******* akta əsasən hesablanmış 328,32 manat; 31,03.2022-ci il tarixli, № ******* akta əsasən hesablanmış 328,32 manat; xx.xx.2022-ci il tarixli, № ******* akta əsasən hesablanmış 328,32 manat; xx.xx.2022-ci il tarixli, № ******* akta əsasən hesablanmış 328,32 manat; xx.xx.2022-ci il tarixli, № ******* akta əsasən hesablanmış 328,32 manat; 31,08.2022-ci il tarixli, № ******* akta əsasən hesablanmış 328,32 manat; xx.xx.2022-ci il tarixli, № ******* akta əsasən hesablanmış 328,32 manat; 31,10.2022-ci il tarixli, № ******* akta əsasən hesablanmış 328,32 manat; 30.11,2022-ci il tarixli, № ******* akta əsasən hesablanmış 328,32 manat; xx.xx.2022-ci il tarixli, № ******* akta əsasən hesablanmış 328,32 manat; xx.xx.2023-cü il tarixli, № ******* akta əsasən hesablanmış 328,32 manat; xx.xx.2023-cü il tarixli, № ******* akta əsasən hesablanmış 328,32 manat; xx.xx.2023-cü il tarixli, № ******* akta əsasən hesablanmış 328,32 manat; xx.xx.2023cü il tarixli, № ******* akta əsasən hesablanmış 328,32 manat; xx.xx.2023-cü il tarixli, № ******* akta əsasən hesablanmış 103,68 manat cərimənin qanunsuz və əsassız olmaqla məhrum atası X1 adına olan **********00010 saylı abonent kodlu qaz sayğacının üzərinə borc kimi köçürülmüş ümumi 13.249,24 manat borcun silinməsi barədə qətnamə qəbul qəbul edilməsini xahiş etmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Səbail rayonu, Aydın Məmmədov küçəsi, ev 23, mənzil 1-də məhrum atası X1 vəfatından sonra o yaşayır. Atası xx.xx.2023-cü ildə Bakı şəhərində “kor bağırsağın bədxassəli yenitörəməsi” nin diaqnozu ilə ölmüşdür. Həmin fərdi yaşayış evində məhrum atasının adına qeydiyyata alınmış **********00010 abonent koduna əsasən qaz sayğaçı quraşdırılmışdır. Atasının vəfatından sonra məlum olmuşdur ki, atasının adına quraşdırılmış **********00010 saylı abonent kodu ilə qaz sayğacı üzrə qırx altı (20192023cü il) dəfə Aktlar yazılaraq guya sayğacdan kənar istifadə edildiyi üçün həmin aktlara əsasən ümumi 13.249,24 manat olan cərimə hesablanmışdır. Hesab edir ki, Cavabdeh İBnin əməkdaşları tərəfindən tərtib olunan yuxarıda qeyd etdiyi Aktlar tamamilə qanunsuz və əsassızdır.

7. Cavabdeh İddiaçı qarşı dəymiş maddi zərərin əvəzinin və debitor borcun ödənilməsi barədə məhkəməyə qarşılıqlı iddia tələbi ünvanlayaraq, cavabdeh İddiaçı tərəfindən iddiaçı Cavabdeh İB-yə 11.716,64 manat məbləğində zərərin, debitor borc (sayğac vasitəsi ilə istifadə) üzrə 1.532,80 manat pulun və 129,75 manat ödənilmiş dövlət rüsumu əvəzinin, ümumilikdə 13.378,99 manat pulun cavabdehdən məcburi qaydada tutularaq iddiaçı Cavabdeh İB-nin bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, Səbail rayonu ərazisində Cavabdeh İBnin əməkdaşları tərəfindan Birliyin balans və istismarında olan küçə qaz x ətlərinə baxış keçirilərkən Səbail rayonu, A.Məmmədov küçəsi, ev 23, mənzil 1 ünvanda qeydiyyatda olan İddiaçı tərəfindən qaz xəttinə qanunsuz qoşulmaqla təbii qazdan özbaşına istifadə etməsi, yəni qeyri-qanuni şəkildə təbii qazı talaması faktı aşkar olunmuş, aşkar olunmuş fakt yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin təqsirli hərəkəti nəticəsindən irəli qələn hal Birliyin əməkdaşları tərəfındən foto çəkilişlərlə lentə alınmışdır. Həmçinin qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Belə ki, cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş: xx.xx.2019-cu il tarixli ******* akt əsasında 7 12,80 manat; xx.xx.2019-cu il tarixli ******* akt əsasında 108 manat; xx.xx.2019-cu il tarixli ******* akt əsasında 111,60 manat; xx.xx.2019-cu il tarixli ******* akt əsasında 9,60 manat; xx.xx.2019-cü il tarixli ******* akt əsasında 9,60 manat; xx.xx.2019-cü il tarixli ******* akt əsasında 27,60 manat; xx.xx.2019-cü il tarixli ******* akt əsasında 27,60 manat; xx.xx.2019-cü il tarixli ******* akt əsasında 32,40 manat; xx.xx.2019-cü il tarixli ******* akt əsasında 32,40 manat; xx.xx.2019-cü il tarixli ******* akt əsasında 57,60 manat; xx.xx.2019-cü il tarixli ******* akt əsasında 275,60 manat; xx.xx.2020-ci il tarixli ******* akt əsasında 273,60 manat; xx.xx.2020-ci il tarixli ******* akt əsasında 273,60 manat; xx.xx.2020-ci il tarixli ******* akt əsasında 273,60 manat; xx.xx.2020-ci il tarixli ******* akt əsasında 273,60 manat; xx.xx.2020-ci il tarixli ******* akt əsasında 273,60 manat; xx.xx.2020-ci il tarixli ******* akt əsasında 273,60 manat; xx.xx.2021-ci il tarixli ******* akt əsasında 273,60 manat; xx.xx.2021-ci il tarixli ******* akt əsasında 194,40 manat; xx.xx.2021-ci il tarixli ******* akt əsasında 273,60 manat; xx.xx.2021-ci il tarixli ******* akt əsasında 273,60 manat; xx.xx.2021-ci il tarixli ******* akt əsasında 273,60 manat; xx.xx.2021-ci il tarixli ******* akt əsasında 273,60 manat; xx.xx.2021-ci il tarixli ******* akt əsasında 273,60 manat; xx.xx.2021-ci il tarixli ******* akt əsasında 273,60 manat; xx.xx.2021-ci il tarixli ******* akt əsasında 273,60 manat; xx.xx.2021-ci il tarixli ******* akt əsasında 273,60 manat; xx.xx.2021-ci il tarixli ******* akt əsasında 328,32 manat; xx.xx.2021-ci il tarixli ******* akt əsasında 328,32 manat; xx.xx.2022-ci il tarixli ******* akt əsasında 328,32 manat; xx.xx.2022-ci il tarixli ******* akt əsasında 328,32 manat; xx.xx.2022-ci il tarixli ******* akt əsasında 328,32 manat; xx.xx.2022-ci il tarixli ******* akt əsasında 328,32 manat; xx.xx.2022-ci il tarixli ******* akt əsasında 328,32 manat; xx.xx.2022-ci il tarixli ******* akt əsasında 328,32 manat; xx.xx.2022-ci il tarixli ******* akt əsasında 328,32 manat; xx.xx.2022-ci il tarixli ******* akt əsasında 328,32 manat; xx.xx.2022-ci il tarixli ******* akt əsasında 328,32 manat; xx.xx.2022-ci il tarixli ******* akt əsasında 328,32 manat; xx.xx.2022-ci il tarixli ******* akt əsasında 328,32 manat; xx.xx.2023-cü il tarixli ******* akt əsasında 328,32 mana t; xx.xx.2023-cü il tarixli ******* akt əsasında 328,32 manat; xx.xx.2023-cü il tarixli ******* akt əsasında 328,32 manat; xx.xx.2023-cü il tarixli ******* akt əsasında 328,32 manat; xx.xx.2023-cü il tarixli ******* akt əsasında 103,68 manat, cəmi 11.716,64 manat məbləğində Cavabdeh İB-yə maddi zərərin dəyimiş olduğu müəyyən olunmuşdur. Həmçinin, Azəriqaz İB-nın əməkdaşları tərəfindən xx.xx.2019-cü il tarixində istehlakçının iştirakı ilə sayğaca baxış keçirilmiş və sayğac çıxarılan zaman, sayğacın mexaniki göstəricisində 13763 m3 təbii qaz sərfiyyatı aşkar edilmiş, lakin onun dəyərinin ödənilmədiyi müəyyən edilmişdir. Bu fakt qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2019-cu il tarixli ******* saylı aktla Cavabdeh İB nümayəndələrinin və istehlakçının imz aları ilə rəsmiləşdirilmişdir. Göründüyü kimi, sayğacın mexaniki göstəricisinə əsasən iddia üzrə cavabdeh tərəfindən dəyəri ödənilməyən 1.532,80 manat məbləğində qaz sərf etməsi müəyyən edilmişdir. 2019-cu ilin yanvar ayından 2023-ci ilin dekabr ayına qədər cavabdeh ödəniş etməmişdir. Yuxarda qeyd olunlardan əlavə cavabdehin sayğac üzrə faktiki istifadə edilmiş və dəyəri ödənilməmiş 1532,80 manat borcu (debitor borc) da qalmışdır. Beləliklə, cavabdehin Cavabdeh İB-yə ödənilməli borc məbləği hazırda Abonentin saldosu və Gazrep üzrə ümumi 13.249,24 manat təşkil etməkdədir. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində Cavabdeh İB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün tərəfi mizdən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Tərəflər arasında imzalanmış, «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqısatqısı Müqaviləsi» nin 2.3.4-cü yarımbəndinə əsasən istehlakçı (iş üzrə cavabdeh) təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir.

9. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(009)106/2024 nömrəli qərardadı ilə iş üzrə məhkəmə-trosoloji ekspertizası təyin edilmişdir.

10. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-3/205 nömrəli ekspert rəyi ilə müəyyən olunmuşdur ki, tədqiqata təqdim edilən qaz sayğacının və borunun üzərin də müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar edilmədi. Qaz sayğacından kənar xətlərin çəkilməsi müşahidə edilmədi.

11. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(009)-106/2024 nömrəli qətnaməsi ilə (hakim M.A.Bağırova) iddia tələbi qismən təmin edilmiş, İddiaçı məxsus Bakı şəhəri, Səbail rayonu, A.Məmmədov küçəsi, ev 23 ünvan üzrə **********00010 saylı abonent hesabına hesablanmış 11.716, 64 manat borcun silinməsi, qalan hissədə iddianın təmin edilməməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, İddiaçı Cavabdeh xeyrinə debitor borcu üzrə 1.532,80 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 62 manatın tutulması, qalan hissədə qarşılıqlı iddianın təmin edilməməsi, ekspertiza tədqiqatının dəyəri 64 manatın Cavabdehndən tutularaq AR Ədliyy ə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir.

12. Məhkəmə qeyd etmişdir ki, hazırki iş üzrə cavabdeh iddiaçının-istehlakçının barəsində müvafiq səlahiyyəti olan orqan tərəfindən onun təqsirini müəyyən edən qərar qəbul edilməsinə dair sübutları məhkəməyə təqdim etməmişdir. Bununla yanaşı, iş materiallarında olan əksər aktlardakı fotoşəkillərin eyni olması, fotoşəkillərin çəkilmə tarixinin göstərilməməsi, bununla da hansı aktları əsaslandırdığını müəyyənləşdirməyin qeyri-mümkün olması aktların düzgünlüyünə şübhə yaradır.

13. Bundan əlavə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi və Cinayət Məcəlləsində təbii qaz şəbəkəsinə qoşulmaqla ondan istifadə edilməsi vurulmuş ziyanın məbləğindən asılı olaraq inzibati və cinayət məsuliyyəti yaradır. Belə olan halda uzun müddət ərzində dəfələrlə qanunsuz qoşulma faktı olduğu halda iddiaçının bu fakt barədə hüquq mühafizə orqanlarına məlumat vermədən davamlı olaraq yeni aktlar tərtib etməsi həmin aktların mötəbərliyi barədə şübhə doğurur.

14. Məhkəmə həmçinin qeyd etmişdir ki, istinad olunan qaydalara uyğun olaraq tərtib edilmiş aktların bir nüsxələrinin iddiaçı tərəfindən cavabdehə təqdim edilməsi, habelə ondan vurulmuş zərərin tələb edilməsi barədə sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir.

15. Məhkəmə ekspert rəyini də nəzərə alaraq, göstərilənlərə məcmu şəkildə hüquqi qiymət verərək hesab etmişdir ki, iddiaçı tərəfindən sayğacdan kənar qeyri-qanuni olaraq qazdan istifadə etməsi faktı öz təsdiqini tapmadığı üçün iddia tələbi qismən təmin edilərək, Bakı şəhəri, Səbail rayon u, A.Məmmədov küçəsi, ev 23 ünvana Cavabdeh tərəfindən hesablanmış 11.716, 64 manat borc silinməlidir.

16. Bununla yanaşı, məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olunmuşdur ki, qeyd olunan ünvanda abonent tərəfindən qazdan istifadə olunsa da, 2019cu ilin yanvar ayından 2023-cü ilin dekabr ayına qədər ödəniş edilməmiş və 1.532,80 manat borc (debitor borc) qalmışdır.

17. Məhkəmə iclasında eləcə də müəyyən olunmuşdur ki, iddia üzrə cavabdeh R.Əkbərovun qazdan sayğac üzrə faktiki istifadə edilmiş və dəyəri ödənilməmiş 10,48 manat debitor borcu vardır.

18. Məhkəmə hesab etmişdir ki, istehlakçı tərəfindən istifadə edilmiş və dəyəri ödənilməmiş 1.532,80 manat debitor borcu qarşılıqlı iddia üzrə cavabdehdən Cavabdeh xeyrinə tutulmalı, qarşılıqlı iddia qismən təmin edilməlidir.

19. Məhkəm ə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 442, 443.1-ci maddələrinə, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3, 26-cı maddələrinə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 6.5-ci maddəsinə, "Qaz təchizatı haqqında” Qanunun 6.2-ci maddəsinə, 13-cü maddəsinin 8-1-ci bəndinə, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhkəməsindəki icraat

20. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir.

21. Apellyasiya şikayəti onunla əsa slandırılmışdır ki, Cavabdeh əməkdaşları tərəfindən qanunvericiliyin tələblərinə uyğun hazırlanmış aktlar iddiaçı tərəfindən birliyə vurulmuş zərərləri sübut edir. Cavabdeh əməkdaşları tərəfindən hazırlanmış aktlar qanunvericiliyin tələblərinə uyğun hazırlanmışdır və bir nüsxəsi abonentə təqdim edilmişdir və abonentin həmin aktları imza etməkdən imtinası həmin aktların qanunsuz olduğuna dəlalət etmir. Bundan əlavə olaraq bildirmək istəyir ki, əməkdaşları tərəfindən aktlar tərtib olunarkən çəkilən fotoşəkillərdə açıqaşkar görünür ki, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulma mövcuddur. Həmçinin, məhkəmə mülki işin icraatı zamanı yerli baxış müəyyən etmişdir. Yerli baxış zamanı iddiaçının təbii qazdan sayğacdan kənar istifadə etdiyi açıq-aşkar istifadə etdiyi müəyyən edilsə d ə, məhkəmə tərəfindən etinasız yanaşılmışdır. Qeyd edilənlərlə yanaşı yerli baxış zamanı tərəfindən müəyyən edilənlər məhkəmə qətnaməsində ehtiva edilməmişdir. Məhkəmə mülki işi araşdırarkən istehlakçının təbii qazdan istifadə etsə də, ödənişin ödənilməməsini və ya istifadə olunmuş təbii qazın nədən qeydə aklına bilməməsini araşdırmamışdır. Halbuki, bu deyilən meyarlar araşdırılsa, abonentin Cavabdeh İB-yə dəymiş ziyanı öz təsdiqini tapmış olardı.

22. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası (sədrlik edən M.Rüstəmli, hakimlər S.Səlimova və A.İsgəndərov) 2(103)-287/2025 nömrəli iş üzrə 14 oktyabr 2024-ü il tarixli qərardadı ilə iş üzrə məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmişdir.

23. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü i l tarixli, 10/8861 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, PQ-3 (duxovkasız) tipli qaz avadanlığının yaz-yay mövsümü üzrə bir gün istifadəsi zamanı sərf olunan təbii qazın miqdarı 3.2 m3, payız-qış mövsümü üzrə bir gün istifadəsi zamanı sərf olunan təbii qazın miqdarı isə 4.8 m3 təşkil edir. Kamin tipli qızdırıcı sobanın payız-qış mövsümü üzrə bir gün istifadəsi zamanı sərf olunan təbii qazın miqdarı 32.4 m3 təşkil edir. Həmin sobanın yazyay mövsümü üzrə istifadəsi nəzərə tutulmadığı üçün həmin mövsüm üzrə hesabat aparılmır. “Qaz işlədicilərinin saatlıq qaz sərfi normaları haqqında Təlimatın tələblərinə əsasən 80 litr həcmli su qızdırıcısının saatlıq sərfiyyatı 0.75 m3/saat, 120 litr həcmli su qızdırıcısının saatlıq sərfiyyatı 1.5 m3/saat, 200 litr həcmli su qızdırıcısının saatlıq sərfiyyatı 2.5 m3/saat, “Sayğacla ölçülməyən qaz həcmlərinin hesabatının aparılmasına dair metodiki tövsiyyələr”in tələblərinə əsasən həcmli su qızdırıcısının yaz-yay mövsümləri üzrə gündəlik işləmə müddəti 4 saat, payız-qış mövsümləri üzrə isə 10 saat qəbul edilmişdir. Məhkəmə tərəfindən mübahisə predmeti olan suqızdırıcısının həcmi müəyyən edilməklə su qızdırıcısının günlük sərfiyyatı müəyyən edilə bilər.

24. Daha sonra məhkəmə kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə mütəxəssis (ekspert) rəyinin verilməsi Azərbaycan Respublikası Energetika Nazirliyinin Enerji Məsələlərinin Tənzimləmə Agentliyinə həvalə edilmiş, əldə olunan xx.xx.2024-cü il tarixli mütəxəssis rəyində qeyd olunmuşdur ki, abonentin nümayəndəsi (Elmira x. tel ***-***-**-**) ilə əlaqə saxlanılmış və sözü gedən evdə 2019-2023-cü illərdə aşağıda göstərilən qaz qurğularından istifadə edildiyi müəyyən edilmişdir: -1 ədəd PQ-2 tipli qaz plitəsi, maksimal qaz sərfiyyatı 0.6 m3 -1 ədəd divar sobası maksimal qaz sərfiyyatı 1.8 m3. Bu baxımdan istehlakçı tərəfindən qazın talanmasında təqsirli olması müəyyən edildikdə, analogiya üzrə “Qazdan istifadə Qaydalarının 6.5-ci, 6.5-1-ci və 6.5-2ci bəndlərinə əsaslanaraq, iddiaçının fərdi-yaşayış evində istifadə olunan qaz qurğularının maksimal saatlıq qaz sərfini, sutkada 12 saat işləmə müddətini (qaz plitəsi üçün analogiya üzrə sutkada 3 saat), istifadə dövrünü maksimum 3 ay nəzərə almaqla (“Qazdan istifadə Qaydaları”-nın 3.1.11 maddəsinin tələbinə görə qazpaylayıcısı 3 ayda 1 dəfə qazpaylayıcı şəbəkəyə baxış keçirməlidir) qazpaylayıcısına vurulmuş zərəri n miqdarının hesablanması aşağıdakı qaydada aparıla bilər: Qış ayları üçün ayda 0.6 m3 x 3 saat x 30 gün + 1.8 m3x 12 saat x 30 gün=702 m3. Yay ayları üçün ayda 0.6 m3 x 3 saat x 30 gün = 54 m3. İtirilmiş qazın həcmi: 2019-cu ildə tərtib edilmiş 11 akt üzrə: 3 qış ayı x 702 m3 + 8 x 54 m3 = 2538 m3. 2019-cu ildə tərtib edilmiş 6 akt üzrə: 4 qış ayı x 702 m3+ 2 x 54 m3 = 2916 m3. 2019cu ildə tərtib edilmiş 12 akt üzrə: 5 qış ayı x 702 m3 + 7 x 54 m3 = 3888 m3. 2019-cu ildə tərtib edilmiş 12 akt üzrə: 5 qış ayı x 702 m3+ 7 x 54 m3 = 3888 m3. 2019-cu ildə tərtib edilmiş 5 akt üzrə: 2 qış ayı x 702 m3 + 3 x 54 m3 = 1566 m3 Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının “Təbii qazın ölkədaxili tariflərinin tənzimlənməsi barədə” müvafiq qərarlarinı nəzərə alsaq, illər üzrə itirilmiş qazın d əyəri aşağıdakı kimi olar: 2019 cu il üzrə:1700 x.10 + 838 x.20 = 337 manat. 2020-ci il üzrə:1700 x10 +1216 x 0.20 = 413,20 manat. 2021 və 2022-ci illər üzrə hər il üçün: 1200 x 0.12 +1300 x 0.20 +1388 x 0.25 = 751 manat 2023 cü il üçün: 1200 x 0.10 + 366 x 0.20 = 217,20 manat olmaqla, cəmi 337+413,20+751+751+217,20 = 2.469,40 manat təşkil edə bilər. Bundan əlavə abonent saldosunun təhlili abonentin qazpaylayıcısına 1.532,80 manat istehlak borcunun (qaz sayğacından keçən və ödənilməmiş qazın dəyəri) olduğunu müəyyən etmişdir. Beləliklə, abonentə hesablanmış borcun 2.469,40 manat təşkil edə biləcəyini və istehlak borcunun 1.532,80 manat nəzərə alsaq, iddiaçının cavabdehə olan borcu 2.469,40+1.532,80=4.002,20 manat təşkil edə bilər.

25. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası (sədr lik edən M.Rüstəmli, hakimlər S.Səlimova və A.İsgəndərov) 2(103)-287/2025 nömrəli iş üzrə, 27 yanvar 2025-ci il tarixli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(009)-106/2024 nömrəli qətnaməsi ilkin iddianın təmin olunan, qarşılıqlı iddianın təmin olunmayan hissəsində ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək ilkin və qarşılıqlı iddia tələbləri qismən təmin edilmiş, Cavabdeh İB tərəfindən İddiaçı məxsus Bakı şəhəri, Səbail rayonu, A.Məmmədov küçəsi, ev 23 ünvan üzrə **********00010 saylı abonent hesabına aktlar üzrə hesablanmış 9.247,24 manat məbləğində borc silinmiş, İddiaçı aktlar üzrə hesablanmış 2.469,40 manat borc tutularaq Cavabdeh İB-nin xeyrinə ödənilmişdir.

26. Apellyas iya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı aşağıdakıları qeyd etmişdir:

27. Məhkəmə kollegiyası ilkin olaraq qeyd etmişdir ki, qaz xəttinə qeyri-qanuni qoşulmanın olması iş materiallarında olan fotoşəkillər ilə (qaz xəttinə boru vasitəsilə qoşulma) öz təsdiqini tapır. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçının nümayəndəsi də işdə olan fotoşəkillərdəki evin hazırda qızına məxsus evin olduğunu bildirmişdir.

28. Kollegiya qeyd etmişdir ki, ilk iddia üzrə iddiaçının nümayəndəsi mübahisəli ünvanda uzun müddət yaşayış olmadığını bildirsə də, məhkəmə tərəfindən ünvan 2 ünvanında elektrik enerjisindən və sudan istifadə ilə bağlı 02.2019-cu il tarixdən 05.2023-cü il tarixinədək (Cavabdeh İB tərəfindən aktlar tərtib edildiyi dövr) edilmiş ödənişlər barədə "xxxx" ASC və "xxxx" ASC-yə sorğ ular verilmiş, daxil olmuş Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri şəhərlərin birləşmiş su təchizatı xidməti” PHŞ-in xx.xx.2024-cü il tarixli cavab məktubuna əlavə edilmiş abonent kartına əsasən həmin ünvanda 2019-2023-cü illər üzrə sudan istifadə olunması ilə bağlı hər ay ödənişlər edildiyi müəyyən edilmişdir.

29. Qeyd olunanlara əsasən, ünvan 2 ünvanında Cavabdeh İB tərəfindən aktlar tərtib edildiyi dövrdə yaşayış olduğu və qazdan qeyri-qanuni istifadə edilməsi aşkar görünür.

30. Kollegiya həmçinin qeyd etmişdir ki, mülki qanunvericiliyin yuxarıda istinad olunan normalarına əsasən vərəsə miras qoyanın öhdəlikləri üçün qəbul etdiyi miras həcmində məsuliyyət daşıyır və miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etmə yükü vərəsənin üzərinə düşür.

31. Məhkəmə gəldiyi nətic əni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1096.1, 1096.2, 1151.1, 1306.1, 1307, “Qaz təchizatı haqqında” Qanunun 11.6, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları” nın 1.3, 1.4, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

32. Qətnamədən Cavabdeh İB kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, ilkin iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

33. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə dəymiş ziyanın müəyy ən edilməsi məqsədi ilə mülki işə əlavə edilmiş saldoya nəzər yetirməmiş halbuki diqqət etməli olsa idi iddiaçının təbii qazdan istifadə etmədiyini və istifadə edilmiş qaza görə hər hansı məbləğ ödənilməmişdir. Qeyd edilən halı məhkəm öz qətnaməsində qeyd etməsinə baxmayaraq tərtib edilmiş akları əsassız hesab etmişdir. Məhkəmə kollegiyası etiraf edilməyən aktları əsaslı hesab etməyərək birliyə vurulmuş ziyanın həqiqiliyini araşdırmaqdan yan keçərək iddianın çox hissəsini təmin etmişdir. Belə ki, mülki iş materiaallarına əlavə edilmiş saldodan istehlak edilmiş təbii qazın göstəricilərindən məlum olsa da ki, abonent təbii qazdan qanuni şəkildə istifadə etməmiş və ya qeyd edilən bu hala dair sübut təqdim etməməsinə baxmayaraq, məhkəmə qətnaməsində cavabdehin kənar xəttdən istifadə etmə halın ı sübut edə bilməməsini qeyd edərək iddianı təmin etmişdir. Tərtib edilmiş aktlar həmçinin saldodan qeyd edilən göstəricilərin əslində iddianın əsassızlığını sübut etmişdir. Məhkəmə qətnaməsində istfadə ediləcək təbii qazın dəyərini və ya həcmini nəzərə alsa da, birliyə vurulmuş ziyanı nəzərə almamışdır.

34. Məhkəməyə təqdim edilmiş aktlar və şəkillər hadisənin həqiqiliyini o cümlədən zərərin reallığını əks etdirsə də, məhkəmələr demək olar ki, bu xüsusatlara diqqət yetirməyərək qətnamə qəbul edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

35. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri

36. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

37. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

38. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzi nin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

39. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

40. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

41. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

42. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik oldu ğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.

43. Maddə 1306.1. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar.

44. Maddə 1307. Mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”

45. Maddə 1.3. Qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqısatqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edə n akt (1 nömrəli əlavə) əlavə edilir.

46. Maddə 1.4. İstehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. 47. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunu

48. Maddə 11.6. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alğı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alğı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

49. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

50. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

51. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

52. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

53. Maddə

88. Məhkəmə sübutlara obyek tiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

54. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

55. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

56. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instan siyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

57. Belə ki, məhkəmə kollegiyasının qənaətinə görə işə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsi iş üzrə sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət vermişdir. Apellyasyia instansiya məhkəməsinin mövqeyinə görə abonent saldosunun təhlili abonentin qazpaylayıcısına 1.532,80 manat istehlak borcunun (qaz sayğacından keçən və ödənilməmiş qazın dəyəri) olduğunu müəyyən etmişdir. Abonentə hesablanmış borcun 2.469,40 manat təşkil edə biləcəyini və istehlak borcunun 1.532,80 manat nəzərə alınsa, iddiaçının cavabdehə olan borcu 2.469,40+1.532,80=4.002,20 manat təşkil edə bilər.

58. Kassasiya şikayətinin dəlilləri açıq-aydın əsassızdır. Belə ki, şikayətdə pozulması kimi göstərilən maddi və prosessual hüquq normalarının pozulmaması aşkardır, şikayətin əsaslandırılması isə işin faktiki hallarının araşdırılmaması ilə bağlıdır.

59. Halbuki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimo vun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

60. Bu səbəbdən məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşaraq hesab edir ki, həmin məhkəmə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq no rmalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.

61. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 27 yanvar 2025-cü il tarixli, 2(103)287/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar