Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1479/2025 17.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 32 saylı Notariat ofisinə (Maraqlı şəxs müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı iş üzrə QƏRARİ İş № 2(102)-1479/2025 (Açar sözlər: müqavilə münasibətlərindən irəli gələn mübahisələr) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Rəşad Məhəmməd oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 32 saylı Notariat ofisinə (Maraqlı şəxs müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarş ı kredit müqaviləsinin etibarsız hesab olunması tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1011/2025 nömrəli, 24 yanvar 2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı borc alan kimi eyni gündə - xx.xx.2022-ci il tarixdə notariat qaydasında iki kredit müqaviləsi bağlamışdır: 1) xx.xx.2022-ci il tarixli 3M-1777 reyestr nömrəli müqavilə və xx.xx.2022-ci il tarixli 3M-1778 reyestr nömrəli müqavilə.
2. Hər iki kredit müqaviləsi üzrə borc verən ər-arvad olmuşdur. Birinci müqavilə üzrə borc verən hazırkı iş üzrə cavabdehin əri Maraqlı şəxs, ikinci müqavilə üzrə borc verən isə Cavabdeh1dır. Hər iki müqaviləyə g örə, borc verənlər 10.000 manat pulu notariusun bankda açdığı depozit hesabı vasitəsilə borc alana verir, borc alan isə həmin pulu müqavilədə göstərilən müddətdə qaytarmağı öhdəsinə götürür.
3. Kredit müqavilələrinin bağlandığı zaman məhkəmənin icraatında iddiaçının qızının əri Firudin Ağayevin AR Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi olmuş, cavabdehin əri Maraqlı şəxs həmin cinayət işi üzrə zərər çəkmiş şəxs olmuş, habelə zərər çəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı zərərin əvəzinin ödənilməsi barədə mülki iddiası olmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 32 saylı Notariat ofisinə (Maraqlı şəxs müstəqil tələb irəli sürməyən üçüncü şəx s qismində cəlb edilməklə) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh1 arasında bağlanmış 10 dekabr 2022-ci il tarixli 3M-1778 nömrəli reyestrdə qeydə alınmış kredit müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, qızının əri, yəni onun yeznəsi X1 Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək azadlıqdan məhrum edilmişdir. Məhkəmənin gedişində zərərçəkmiş şəxs olan Maraqlı şəxs (cavabdehin əri) bildirmişdir ki, onun 10.000 manat zərərini ödəsinlər, sonuncu da öz növbəsində şikayətini geri çəkəcəkdir. O isə bildirmişdir ki, onun 10.000 manat pulu yoxdur. Zərərçəkmiş isə cavabında “gedək notariusda borc müqaviləsi imzalayaq. Mən öz 10.000 manat pulumu qoya cam banka, sən də götürüb qaytaracaqsan mənə. Sonra mən ərizə verəcəm ki, yeznənin zərəri ödənilib və onunla barışmışam. Yaranmış “borcu” ayda 1.000 manat olmaqla 10 ay müddətində ödəyəcəksən” sözlərini demişdir. Ancaq bu əməliyyatı aparmaq üçün arvadı da notariusda qol çəkməlidir. Onlar notariusa getmişlər, o, notariusda müqaviləyə qol çəkərək pulu götürmüş və Maraqlı şəxs vermişdir. Cavabdeh1 ilə də, yenidən 10 dekabr 2022-ci il tarixdə müqavilə imzalamışdır. 1-ci müqavilə ilə 2-ci müqavilə arasında 17 dəqiqə fərq olmuş və müqavilə imzalanmışdır. Yenidən bankdan təkrar həmin pulu qəbul etmiş, təkrar həmin pulu cavabdehin əri İlhama vermişdir. Sonra İlham ona zərərin ödənilməsi barədə və qızının əri ilə barışması barədə ərizə vermişdir və yeznəsini həbsdən buraxmışlar. İddiaçı pulu ödəməy ə başlamış, sonra ödəmələrində gecikmələr olduğundan, tutma onun əmək haqqına yönəldilmişdir. İcra məmuru ona iki kredit müqaviləsinin olmasını bildirmişdir. İcra məmuru ona bu barədə dedikdən sonra anlamışdır ki, onu aldatmışlar və ona iki borc müqaviləsi imzalatdırmışlar. O, 10.000 manat pula görə borclanmış, artıq borcunu demək olar ki yekunlaşdırmışdır. İddiaçı qeyd etmişdir ki, cavabdeh onu aldadaraq kredit müqaviləsi bağlamış və bağlanmış müqavilə bağlandığı andan etibarsız sayılmalıdır. Odur ki, onunla Cavabdeh1 arasında bağlanmış 10 dekabr 2022-ci il tarixli 3M-1778 nömrəli reyestrdə qeydə alınmış kredit müqaviləsi etibarsız hesab edilməlidir.
6. Cavabdeh məhkəməyə etiraz ərizəsi təqdim edərək qeyd etmişdir ki, ona qarşı irəli sürülmüş iddia tələbini qəbul etmir və dövlət notaria t kontorunda bağlanmış müqavilənin etibarsız hesab edilməsi üçün əsaslar mövcud deyildir.
7. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs iddia tələbinin əsassız olduğunu bildirməklə yanaşı, hazırkı iş üzrə iddiaçının qızı Aksana Ağayevanın və onun əri Firidun Ağayevin ümumilikdə 32.320 manat borclarının olduğunu, məhkəmə tərəfindən mülki iddiaya münasibət bildirilərkən səhvə yol verildiyini əsas gətirərək, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs həmçinin bildirmişdir ki, iddiaçı tərəfindən notariat kontorunda müqavilə bağlanan zaman 20.000 manat məbləğində pul vəsaiti də məhz ona məxsus olmuşdur.
8. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3996/2024 nömrəli, xx.xx.2024cü il tarixli qətnaməsi ilə (X3) iddia təmin edilmişdir.
9. Məhkəmə qeyd etmişdir ki, iddiaçının qızı və kürəkəni ilə Maraqlı şəxs arasında borc münasibətlərinin mövcud olmadığı, onların hərəkətlərində məhz dələduzluq əlamətləri sübut edildiyi, bu hərəkətləri nəticəsində iddiaçının qızı və kürəkəni tərəfindən Maraqlı şəxs maddi zərərin vurulması qüvvədə olan məhkəmə qərarları ilə təsdiq edilmişdir. Tərəflərin izahatları, həmçinin iş materiallarında olan sənədlərlə təsdiq edilmişdir ki, Maraqlı şəxs vurulan maddi zərərin bir qisminin, yəni 10.000 manatın Maraqlı şəxs ödənilməsi və bunun nəticəsində onun tərəfindən verilmiş şikayətdən imtina edilməsi məqsədilə hazırkı iş üzrə iddiaçı ilə eyni tarixdə 17 dəqiqə fərqlə iki kredit müqaviləsi Bakı şəhəri 32 saylı dövlət notariat kontorunda bağlanmışdır. Bu müqavilələr dən biri Maraqlı şəxs ilə İddiaçı arasında, digər müqavilə isə onun yoldaşı, hazırkı iş üzrə Cavabdeh1 ilə İddiaçı arasında bağlanmış və hər iki müqavilənin predmetini 10.000 manat məbləğində pul vəsaitinin borc olaraq verilməsi təşkil etmişdir.
10. Maraqlı şəxs izahatında bildirmişdir ki, 32 saylı notariat ofisində bağlanmış kredit müqaviləsi məhz cinayət nəticəsində vurulmuş maddi ziyanla bağlı olmuş, müqavilələrin predmeti olan 20.000 manat məbləğində pul vəsaiti məhz onun tərəfindən notariat ofisinə təqdim edilmiş, bununla da bir daha təsdiq edilmişdir ki, sözügedən müqavilə formal olaraq bağlanmışdır.
11. Məhkəmə qeyd etmişdir ki, hazırda iddiaçı cavabdehlər tərəfindən aldadıldığına istinad edərək, onunla Cavabdeh1 arasında bağlanmış 10 dekabr 2022-ci il tarixli 3M1778 nömrəli reyestr də qeydə alınmış kredit müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Məhkəmə iş materiallarında olan sübutlara əsaslanaraq belə qənaətə gəlmişdir ki, İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 10 dekabr 2022-ci il tarixdə Bakı şəhəri 32 saylı notariat ofisində 3M-1778 nömrə ilə qeyd edilmiş kredit müqaviləsi etibarsız hesab edilməlidir.
13. Belə ki, iddiaçı ilə cavabdeh arasında faktiki borc münasibətləri mövcud olmamış, iddiaçıya cavabdeh tərəfindən hər hansı pul vəsaiti verilməmiş, həmin müqavilə iddiaçının qızı və kürəkəni tərəfindən Maraqlı şəxs vurulmuş maddi zərərin hissə-hissə ödənilməsi ilə bağlı bağlanmış, nəticə etibarı ilə tərəflərin həqiqi iradə ifadəsi borc münasibətləri olmamışdır. Məhkəmə iclasında cavabdeh iddiaçı ilə arasında bor c münasibətlərinin real mövcud olmasını təsdiq edə bilməmiş, sübut kimi formal olaraq bağlanmış kredit müqaviləsinin notariat orqanı tərəfindən təsdiq edilməsinə iddianın rədd edilməsi üçün yeganə əsas kimi istinad etmişdir.
14. Məhkəmə mübahisəli borc müqaviləsinin bağlanması ərəfəsində mövcud olan faktiki halları nəzərə alaraq belə qənaətə gəlmişdir ki, iddiaçının qızı və kürəkəni tərəfindən Cavabdeh1 əri Maraqlı şəxs maddi zərər vurulduqdan sonra onun tərəfindən həmin şəxslərin anasına (qayınanasına) yenidən borcun verilməsi ağlabatan deyil, həmin müqavilənin bağlanması məhz iddiaçının qızı və kürəkəni tərəfindən törədilmiş dələduzluq cinayəti nəticəsində cavabdehin ərinə vurulmuş maddi ziyanla bağlı olmuş, ümumiyyətlə cavabdehə iddiaçının qızı və kürəkəni tərəfindən hər hansı bir maddi ziyan dəymədiyi təqdirdə məhz onun adına kredit müqaviləsinin bağlanmasına zərurətin və həqiqi iradə ifadəsinin mövcud olması məhkəmə baxışında sübuta yetirilməmişdir.
15. Cavabdeh tərəfin etiraz ərizəsində və məhkəmə iclasında verdiyi izahatında göstərmiş olduğu iddia ərizəsinin müqavilə bağlandığı müddətdən 18 ay keçdikdən sonra qaldırılması ilə bağlı dəlilinə münasibətdə məhkəmə qeyd etməyi zəruri hesab etmişdir ki, iddiaçı qızı ilə kürəkəni tərəfindən 10.000 manat məbləğində vurulmuş ziyanın ödənilməsi üçün müqavilənin bağlanmasına razılıq vermiş, həmin 10.000 manatı hər ay müxtəlif tarixlərdə müxtəlif məbləğlərdə ödənişlər etməklə, eyni zamanda görülmüş icra tədbirləri nəticəsində ödəmiş, həmin məbləğ tam icra edildikdən sonra icra məmuru tərəfindən 17 oktyabr 2024-cü il tarixdə ic ra sənədi üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilmiş, bundan sonra icra məmuru tərəfindən çağırılaraq əlavə olaraq 10.000 manat məbləğində Cavabdeh1 ilə kredit müqaviləsinin də mövcud olması barədə məlumatlandırıldıqdan sonra hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
16. Beləliklə, məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfin borc müqaviləsinin bağlanması ilə bağlı həqiqi iradə ifadəsinin mövcud olmaması, mübahisəli müqavilənin real olaraq bağlanmamasını və icra edilməməsini təsdiq edən kifayət qədər sübutlar iş materiallarında mövcud olduğundan, iddia tələbi təmin edilməli, tərəflər arasında bağlanmış kredit müqaviləsi etibarsız hesab edilməlidir.
17. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni 337.1, 337.2, 339.2, 339.3, 347.1, 347.2, 329.1, 340.1, 340.2, 354.2, 354.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
18. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilib, iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə Cavabdeh1 ilə İddiaçı arasında olan borc müqaviləsini 3-cü şəxslərin arasında gedən proseslərlə əlaqələndirərək qanunsuz və əsassız nəticəyə gəlmişdir. Halbuki, əqd tərəflərin iradə ifadəsidir. İddiaçı əqd bağlamağa məcbur edilməyib, ona təzyiq edilməyib, o, öz iradəsinə uyğun olaraq istədiyi şəkildə hərəkət edib, Cavabdeh1 notariusun depozit hesabı vasitəsilə 10.000 manat pul alıb. Burada onu aldadan olmayıb, belə çıxır ki, onda da iddiaçı cavabdehi aldadıb, onunla müqavilə bağlayıb, sonra da mübahisələndirir ki, həmin müqavilə etibarsızdır.
20. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1011/2025 nömrəli, 24 yanvar 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər: Namiq Cəfərov - sədrlik edən və məruzəçi, İkram Şirinov və Elşən Kazımov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır.
21. Məhkəmə kollegiyası hesab etmişdir ki, tərəflərin arasında bağlanmış xx.xx.2022ci il tarixli 3M-1778 reyestr nömrəli kredit müqaviləsi uydurma əqddir.
22. Bununla bağlı məhkəmə kollegiyası qeyd etmişdir ki, kredit müqaviləsinin bağlandığı zaman məhkəmənin icraatında iddiaçının qızının əri Firudin Ağayevin Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi olub. Cavabdehin əri Maraqlı şəxs isə həmin cinayət işi üzrə zərər çəkmiş şəxs olub, habelə zərər çəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı zərərin əvəzinin ödənilməsi barədə mülki iddiası olub. Zərərin hələ ödənilmədiyi halda, zərər çəkmiş şəxsin (mülki iddiaçının) arvadının təqsirləndirilən şəxsin (mülki cavabdehin) qayınanasına 10.000 manat borc verməsi ağlabatan deyil. Həmçinin, iddiaçı (borc alan) ilə ər-arvad (borc verənlər) arasında eyni gündə iki kredit müqaviləsi bağlanıb. Kredit müqavilələri ardıcıl bağlanıb, əvvəlcə cavabdehin əri borc verən kimi müqavilə bağlayıb, bunun ardınca isə cavabdehin özü borc verən kimi müqavilə bağlayıb. Müqavilələrin ardıcıl bağlandığını isə onların reyestr nömrələrinin ardıcıllığı təsdiq edir: 3M-1777 və 3M-1778.
23. Məhkəmə kollegiyası qeyd etmişdir ki, ərin 10.000 manat borc verməsi ndən dərhal sonra arvadın da eyni şəxsə 10.000 manat borc verməsi ağlabatan deyildir.
24. Beləliklə, məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçının istinad etdiyi hallar sübut olunur, yəni kredit müqaviləsi uydurma əqddir.
25. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 340.1-ci maddəsinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
26. Cavabdeh (vəkili Vəkil2) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və işə yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmasını xahiş etmişdir.
27. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh apellyasiya şikayətinə baxılan zaman məhkəmə iclasında iştirak edə bilmədiyi üçün hüquqlarını müdafiə edə bilməmiş və müəyyən sübut və dəlillərini məhkəməyə təqdim edə bilməmişdir.
28. Cavabdeh qeyd etmişdir ki, Mülki Məcəllənin 354.2-ci maddəsində müəyyən edilmiş müddətlər iradə ifadəsinin zədələnməsi hallarında əqdi mübahisələndirmək hüququnun həyata keçirilməsi ilə bağlı nəzərdə tutulmuş kəsici müddətlərdir. İddiaçı müqavilə bağlandığı andan həmin müqavilənin varlığından xəbərdar olmuşdur. xx.xx.2022-ci il tarixdə iddiaçı müqavilənin bağlanmasını özü arzu və xahiş etmişdir. Hal hazırda bunu inkar etməsi əsassızdır və məqsədi borcun ödənilməsindən yayınmaqdır. İddiaçı müqavilə bağladıqdan 18 ay sonra iddia tələbi ilə məhkəməyə müraciət etdiyindən 1 illik kəsici müddət tətbiq edilməlidir. Belə ki, sözügedən normanın tətbiqi üçün əvvəlcə əqdin etibarsız sayılmasına əsas verən faktiki hallar dəqiq müəyyən edilməli, bu hallara uyğun gələn (etibarsızlıq şər tini nəzərdə tutan) qanunun norması müəyyən edilməli, eləcə də etibarsızlığın növü təsbit edilməli, əgər tərəf mübahisə edilən əqdə istinad edirsə, mübahisələndirmənin Mülki Məcəllənin 337.2-ci və 354.2-ci maddələrinə uyğun şəkildə və kəsici müddətlərdə edilib-edilmədiyinə qiymət verilməlidir.
29. Hazırkı mülki iş üzrə iddiaçı birinci instansiya məhkəməsini yanıltmışdır. Belə ki, iddiaçı bir müqavilə üzrə öhdəliyini tam icra etdikdən sonra cavabdeh ilə kredit müqaviləsinin də mövcud olması barədə xəbəri olduğunu bildirmiş və həmin müqavilənin etibarsızlığı ilə bağlı məhkəməyə müraciət etdiyini bildirmişdir. Qeyd olunan müqavilənin 13-cü bəndinin tələbinə görə, 32 saylı notariat ofisi tərəfindən müqavilə üç nüsxədə tərtib edilməklə, bir nüsxəsinin iddiaçıya təqdim edilməsi şərtləri qeyd edi lmişdir. Həmin müqavilə iddiaçıya təqdim edildiyi andan həmin müqavilədən xəbərdar olmuşdur.
30. Kassasiya şikayəti Mülki Məcəllənin 324.4, 340.1-ci maddələrinə istinadla əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
31. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
32. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.
33. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.
34. Maddə 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdiril məlidir.
35. Maddə 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir.
36. Maddə 390.1 Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
37. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.
38. Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
39. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
40. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
41. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
42. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
43. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
44. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
45. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının d üzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
46. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Məhkəmə Kollegiyasının mövqeyi:
35. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini müzakirə edərək onları əsaslı hesab edir və bu qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir.
36. Kollegiya gəldiy i nəticəni aşağıdakılarla əsaslandırır.
37. İş materialları ilə və tərəflərin izahatları ilə müəyyən edilmişdir ki, hazırkı iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs olan cavabdehin əri Maraqlı şəxs iddiaçının qızı və kürəkəninin təqsirləndirilən şəxslər kimi cəlb edildiyi cinayət işi üzrə zərərçəkmiş şəxs olmuş və onun həmin şəxslərə qarşı mülki iddiası olmuşdur.
38. İddiaçı ilə cavabdehin əri arasında cinayət işi üzrə dəymiş ziyanla bağlı razılaşma olmuş və məhz həmin razılıq əsasında tərəflər notariat ofisinə gedərək hazırda mübahisələndirilən borc müqaviləsini imzalamışlar. Eyni tarixdə, bir neçə dəqiqə fərqlə iddiaçı ilə Maraqlı şəxs arasında eyni məbləğlə bağlı daha bir borc müqaviləsi də imzalanmışdır.
39. Hər iki borc müqaviləsinə görə, iddiaçı cavabdehdən və müstəqil təl əb irəli sürməyən üçüncü şəxsdən ayrı-ayrılıqda 10.000 manat olmaqla, cəmi 20.000 manat borc almışdır.
40. Elə həmin gün, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs iddiaçının kürəkəninin ona qaytarmalı olduğu 32.320 manat pulun 10.000 manatının İddiaçı tərəfindən qaytarıldığı, qalan 20.000 manatla bağlı isə sonuncu ilə aralarında notarial qaydada borc müqaviləsi bağlandığı və onun iddiaçının kürəkəninə qarşı hər hansı şikayəti və tələbi olmaması barədə yazılı ərizə vermişdir.
41. Hazırda iddiaçı qeyd edilən müqavilələrdən birini – cinayət işi üzrə zərərçəkmiş şəxs olan Maraqlı şəxs arvadı Cavabdeh1 ilə bağladığı borc müqaviləsini mübahisələndirmişdir. İddiaçı həm iddia ərizəsində, həm də məhkəmə iclaslarında verdiyi izahatında müqavilə bağlanarkən cavabdeh və onun əri tərəfind ən aldadıldığına istinad etmişdir.
42. İşə baxan birinci instansiya məhkəməsi iddianı təmin edərkən tərəflər arasında real borc müqaviləsinin mövcud olmadığına, həmin müqavilə üzrə cavabdehin iddiaçıya hər hansı pul vəsaiti vermədiyinə, bu müqavilənin iddiaçının qızı və kürəkəni tərəfindən Maraqlı şəxs vurulmuş maddi zərərin hissə-hissə ödənilməsi ilə bağlı olduğuna və nəticə etibarı ilə tərəflərin həqiqi iradə ifadəsinin borc münasibətləri olmadığına istinad etmişdir.
43. Qətnamədən verilmiş apellyasiya şikayətini təmin etməyən apellyasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, mübahisənin predmeti olan borc müqaviləsi uydurma əqddir. Bu zaman məhkəmə ona əsaslanmışdır ki, tərəflər arasındakı faktiki münasibətlər baxımından cavabdehin iddiaçıya borc verməsi, habelə ər və arvadın qısa zaman kəsiyində eyni şəxsə borc verməsi ağlabatan olmamışdır.
47. Məhkəmə Kollegiyası aşağı instansiya məhkəmələrinin gəldiyi nəticələrlə razılaşmayaraq hesab edir ki, işin məhkəmələr tərəfindən müəyyən edilən faktiki halları baxımından hazırkı iddianın qanuni əsası kimi Mülki Məcəllənin 340.2-ci maddəsi nəzərdən keçirilə bilər.
48. Həmin maddənin dispozisiya şərtlərinə görə, yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir.
49. Normanın məzmunundan göründüyü kimi yalan əqddə tərəflər əslində görünən müqavilədən başqa bir müqavilə barədə razılığa gəlmiş olurlar, lakin görünən əqdlə həmin müqavil əni pərdələyirlər. Beləcə, tərəflər xarici aləmə (üçüncü şəxslərə) qarşı əslində istəmədikləri bəyanları ilə meydana gələn müqavilə ilə görünməyi, amma gerçəklikdə başqa bir müqavilənin bağlanmasını arzu edir və bu xüsusda anlaşırlar. Başqa sözlə, tərəflərin bağladıqları müqavilədə göstərilən hüquqi nəticəni əmələ gətirmək niyyətləri olmur və bu cür pərdələmə müqavilə tərəflərinin hər ikisinin qəsdi ilə əhatə olunur.
50. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” 18 mart 2022ci il tarixli Qərarında da göstərilmişdir ki, yalan əqd tərəflərin həqiqi iradələri ilə bu iradənin ifadəsi arasında bilərəkdən yaratdıqları uyğunsuzluqdur. Tərəflər əslində bir hüquqi prosedur həyata keçirmək iradəsinə sahib olduqları halda, üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyəti ilə qəsdən sanki başqa bir hüquqi prosedur həyata keçirmək iradəsində olduqlarını göstərirlər. Xüsusilə qeyd olunmalıdır ki, tərəflərdən yalnız birində yalan əqdi bağlamaq niyyətinin mövcudluğu Mülki Məcəllənin 340.2-ci maddəsinin tətbiqi üçün kifayət deyil. Yalan əqd aşağıda sadalanan əsas tərkib əlamətlərinə malikdir: görüntüdə bağlanan əqd və ya pərdələyən əqd - tərəflərin üçüncü şəxslərdə hüquqa uyğun və etibarlı bir müqavilə bağladıqları təəssüratını yaradır. Bu müqavilədə tərəflərin əks etdirdikləri iradə ifadələri arzuladıqları hüquqi nəticəyə uyğun olmur. Tərəflərin görünüş üçün bağladıqları bu müqavilə üzrə hüquqi nəticə, hüquq və öhdəliklər əmələ gətirmək niyyətləri olmur; gizli bağlanan əqd və ya pərdələ nən əqd - tərəflərin görüntüdə bağladıqları əqdin arxasında gizlətdikləri və həqiqi iradələrini ifadə edən bir müqavilədir. Bu, yalan əqdi uydurma əqddən fərqləndirən əsas əlamətdir; yanlış təsəvvür yaratmaq niyyəti - tərəflərin həqiqi iradələrini gizli tutaraq hər hansı bir mənfəət əldə etmək üçün üçüncü şəxslərdə buna dair fikir formalaşdırmaqda və görüntü yaratmaqda ifadə olunur.
51. Müqavilənin yalan əqd olması səbəbindən etibarsız sayılması üçün sadalan şərtlərin hər biri məhkəmə tərəfindən mötəbər və kifayətedici sübutlarla təsdiq olunmalıdır. Onlardan birinin sübuta yetirilməməsi MM-in 340.2-ci maddəsinə söykənən tələbin rədd edilməsi üçün əsasdır.
44. Hazırkı işin məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, mübahisələndirilən kredit müqaviləsi iddiaçının v ə cavabdehin ailə üzvlərinin cəlb olunduğu cinayət işi ilə bağlı, iddiaçının qızı və kürəkəni tərəfindən cavabdehin ərinə dəymiş maddi ziyanın təminatı kimi rəsmiləşdirilmiş və müqavilədə kreditor kimi Cavabdeh1, borclu kimi isə İddiaçı qeyd olunmuşdur.
45. Burada nəzərə alınmalıdır ki, Cavabdeh1 qeyd edilən cinayət işində hər hansı şəkildə tərəf olmasa da, həmin iş üzrə zərərçəkmiş şəxs olan Maraqlı şəxsla əmlak birliyinə və ümumi əmlak maraqlarına malik olan şəxsdir.
46. Qeyd edilməlidir ki, kredit müqaviləsinin mövcud borcun sənədləşdirilməsi məqsədi ilə bağlanması, bu zaman müqavilə üzrə pul vəsaitinin alınmaması sübuta yetirilirsə, bu hallar əqdin etibarsız sayılmasına deyil, müqavilənin təfsir edilməsinə əsas ola bilər.
47. Başqa sözlə, mövcud borc kredit müqaviləsi kimi sənədləşdiri ldikdə tərəflər arasında olan münasibətin həqiqi xarakteri əsas götürülməklə həmin müqavilə mücərrəd borcun etirafı kimi qiymətləndirilə bilər. Məlum olduğu kimi, müqavilə təfsir edilərkən təkcə söz və ifadələrin hərfi mənası deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənası, habelə müqaviləyə qədərki və ondan sonrakı danışıqlar, hərəkətlər, qarşılıqlı münasibətlərdə yaranmış praktika və işgüzar adətlər nəzərə alınır.
48. Buna baxmayaraq, məhkəmələr mübahisə predmeti olan 10 dekabr 2022-ci il tarixli borc müqaviləsinin mücərrəd borcun etirafına dair müqavilə kimi təfsir olunması imkanını müzakirə etməmişlər.
49. Kollegiya vurğulayır ki, borcun etirafı institutu tərəflər arasındakı hər hansı (müqavilədən, yaxud qanundan irəli gələn) öhdəlik üzrə mövcud olan borcun təsdiqlənməsini, əvv əlki hüquq münasibətlərinə istinad edilmədən etiraf olunmuş borcun nəzərə alınmasını təmin edir. Başqa sözlə, tərəflər borcun etirafına dair sənəd tərtib etməklə əslində özlərinin əvvəlki mübahisəli münasibətlərini bu formada rəsmiləşdirilən yazılı sübutla yeni müstəviyə keçirmiş olurlar (barışıq sazişinə oxşar şəkildə). Bununla da tərəflər əvvəlki qeyri-müəyyən münasibətləri mücərrəd hal kimi qəbul edərək yeni razılaşmanı əsas götürürlər. Məhz bu səbəbdəndir ki, Mülki Məcəllənin 882-ci maddəsindəki mövcud borcun etirafı haqqında razılaşma “mücərrəd” müqavilə adlandırılmışdır. Odur ki, borc etiraf edildikdən sonra onun əsasında dayanan mübahisəli hallara və ya əslində belə bir öhdəliyin olmamasına istinad edilməsi yolverilməz sayılır. Təsadüfi deyil ki, qanunverici mövcud borcun etirafı ha qqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etirazın irəli sürülə bilməyəcəyini nəzərdə tutmuşdur.
50. Həmçinin qeyd edilməlidir ki, iddiaçı öz tələbinin faktiki əsası kimi cavabdeh və onun əri tərəfindən aldadıldılaraq, arzulamadığı müqaviləni imzaladığına istinad etmişdir. Lakin işə baxan məhkəmələr bu dəlillə bağlı ətraflı araşdırma aparmamışlar.
51. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı mübahisənin yuxarıda şərh edilən qaydada həlli baxımından bu dəlillərin araşdırılması zəruridir. Bu zaman müqavilənin notariat ofisində notariat hərəkətlərinin aparılması qaydalarına uyğun şəkildə bağlanması (iddiaçı müqavilə bağlanarkən notarius tərəfindən hər hansı pozuntuya yol verildiyinə istinad etməmişdir), həmin müqavilənin bir nüsxəsinin iddiaçıya verilməsi, müqavilə imzalandıqdan sonra cavabdehin ərinin cinayət işi üzrə zərərçəkmiş şəxs olaraq, təqsirləndirilən şəxsə qarşı hər hansı tələb və şikayətinin olmaması barədə ərizə verməsi və həmin ərizədə məhz 20.000 manatla bağlı iddiaçı ilə borc müqaviləsi bağlandığının açıq şəkildə göstərilməsi, bu müqavilənin İddiaçı verilməsini onun özünün iddia ərizəsində etiraf etməsi, həmin ərizənin iddiaçının kürəkəninə cəza təyin edilərkən nəzərə alınması və s. əhəmiyyətli hallar nəzərə alınmalı, hazırkı müqaviləni mübahisələndirərkən iddiaçının vicdanlı davranması məsələsinə də qiymət verilməlidir.
52. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 a prel 2021-ci il tarixli qərarında göstərilir ki, əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir.
53. Qeyd edilənlər ona dəlalət edir ki, apellyasiya instansiyası məhkəməsi yuxarıda göstərilən halları və maddi hüquq normalarını nəzərə almamış, işdəki sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verməmiş, qətnaməni iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırmamış və nəticədə iş üzrə düzgün olmayan qətnamə çıxarmışdır.
54. Ona görə də apellyasiya məhkəməsinin qətnaməsi ləğv edilməli, yuxarıda göstərilən hallar nəzərə alınmaqla, mübahisənin yenidən araşdırılması və nəticəsindən asılı olaraq müvafiq qərarın qəbul edilməsi üçün iş yeni apellyasiya baxışına göndərilməlidir.
55. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1011/2025 nömrəli, 24 yanvar 2025-ci il tarixli qətnaməsi ləğv edilsin, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.