Məhkəmə qərarları › İş №2(102)-1480/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-1480/2020

11.03.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1480/2020 11.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və X1 ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 19 sentyabr 2019-cu il tarixli qətnaməsindən ilk iddia üzrə iddiaçı “xxxx” Mənzil Tikinti Kooperativi və vəkili X oğlunun kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin 26 oktyabr 2018-ci il tarixli, 2(012)-3860/2018 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Şövkət Nəcəfova) iddiaçı “xxxx” mənzil tikinti kooperativinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı müqavilənin etibarsız hesab edilməsi barədə iddiası təmin edilərək iddiaçı “xxxx” mənzil tikinti kooperativi ilə Cavabdeh2 arasında bağlanmış 17 oktyabr 2014-cü il tarixli, 072/0033 saylı müqavilənin etibarsız hesab edilməsi, Cavabdeh1 “xxxx” mənzil tikinti kooperativinə qarşı pul tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 19 sentyabr 2019-cu il tarixli, 2(105)-3071/2019 saylı qətnaməsi ilə (hakimlər T.Q.Məmmədov (sədrlik edən və məruzəçi) Ş.R.Abasov və A.Ə.Abbasov) ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilərək Abşeron Rayon Məhkəməsinin 26 oktyabr 2018-ci il tarixli, 2(012)-3860/2018 say lı qətnaməsinin qarşılıqlı iddiaya aid hissədə ləğv edilməsi, qarşılıqlı iddianın təmin edilməsi qət edilmişdir. İŞİN HALLARİ: “xxxx” mənzil tikinti kooperativi iddia ilə məhkəməyə müraciət edərək 17 oktyabr 2014-cü il tarixli, 072/0033 saylı Cavabdeh1 ilə Cavabdeh2 adına bağlanmış müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 “xxxx” mənzil tikinti kooperativinə qarşı pul tələbinə dair qarşılıqlı iddia ilə məhkəməyə müraciət edərək “xxxx” mənzil tikinti kooperativindən 47300 manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İlk iddia üzrə iddiaçı “xxxx” Mənzil Tikinti Kooperativi və vəkili X oğlu kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışlar ki, maddi hüquq normalarını və ya prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi səbəbindən Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-3071/2019 saylı 19.09.2019-cu il tarixli qətnaməsi ləğv edilməli və yenidən baxılması üçün həmin apellyasiya məhkəməsinə göndərilməlidir. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada bildirişlər göndərilmiş olsa da, tərəflər üzrlü səbəblər olmadan gəlməmişlər. Azərba ycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən kollegiya işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın 2(105)-3071/2019 saylı 19.09.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhk əməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 567, 600.1 600.4-cü maddələrinə əsasən işin materialları üzrə gəldiyi nəticəd ən görünür ki, 17 oktyabr 2014-cü il tarixdə 072/0033 saylı coxmənzilli yaşayış binasının tikinti haqqında fərdi müqavilə etibarsız hesab edildiyi halda, tərəflər əvvəlki vəziyyətə qaytarılmalıdır. Apellyasiya instansiyası məhkəməsinin işin materialları üzrə gəldiyi nəticədən görünür ki, iddiaçının əsas tələbi öz təsdiqini tapmadığından, ondan doğan əlavə tələb kimi irəli sürdüyü mənəvi ziyan tələbi də əsassız olduğundan təmin edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə işin həqiqi hallarına uyğun olmaqla, iş üzrə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlinmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsinin işin araşdırılmış halları ilə müəyyən etdiyi kimi, C avabdeh1 “xxxx” mənzil tikinti kooperativinə 47300 manatlıq taxta material vermiş, bunun müqabilində Cavabdeh1 atası olan digər Cavabdeh2 ilə “xxxx” mənzil tikinti kooperativi arasında 17 oktyabr 2014-cü il tarixdə 072/0033 saylı coxmənzilli yaşayış binasının tikintisi haqqında fərdi müqavilə bağlanmış və Cavabdeh2 Ünvan, binanın 2-ci blokunun 3-cü mərtəbəsində, ümumi sahəsi 120 kv.metr olan 33 saylı mənzil verilmişdir. Həmin müqavilə hazırki iş üzrə olan qətnamə ilə etibarsız hesab edilmiş, sonuncu qətnaməni mübahisələndirməmişdir. Hazırki iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsini ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 apellyasiya qaydasında mübahisələndirmiş və əqdin etibarsızlığı tələbi əsaslı olduğu halda bu zaman mənzilin alqı-satqısı üçün verilmiş taxta materialın dəyərinin geri qaytarılması təmin edilməməsini mübahisələndirmişdir. Azərbaycan Respublikası MM-nin 337.5-ci maddəsinə görə əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. “T.Mənsurovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 4 oktyabr 2010-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 05 dekabr 2011- ci il tarixli Qərarında Azərbayçan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, əşya hüquqlarının müdafiəsi vasitələrindən biri də mübahisəli əmlaka dair bağlanmış əqdin etibarsız hesab edilməsi və onun nəticələrinin tətbiq olunmasıdır. Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd etibarsız olduqda isə tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir (Mülki Məcəllənin 337.5-ci maddəsi). Göründü yü kimi, həmin maddənin müddəaları əqdin etibarsızlığı zamanı tərəflərin ilkin vəziyyətə qaytarılmasını, o cümlədən alıcının ödədiyi məbləğin ona qaytarılmasını ehtiva edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli qərarında göstərilir ki, əqd məhkəmə tərəfindən ləğv edildikdə və ya etibarsız hesab edildikdə qətnamənin nəticə hissəsində əqdin iştirakçılarının əqd üzrə aldıqlarını eyni vaxtda geri qaytarmalı olmaları və yaxud qətnamənin hər iki tərəf üçün eyni vaxtda icra edilməli olması göstərilməlidir. Tərəflərin əvvəlki vəziyyətə qaytarılması üçüncü şəxslərin hərəkətləri ilə əlaqədar olduqda qətnamədə bu məsələ də həll edilməlidir. (6.10 bəndi) Məhkəmə kollegiyası sadalanan qanunvericilik normalarının tələblərinə əsasən he sab edir ki, apellyasiya instansiyası məhkəməsinin 17 oktyabr 2014-cü il tarixdə 072/0033 saylı coxmənzilli yaşayış binasının tikinti haqqında fərdi müqaviləni etibarsız hesab etdiyi halda, tərəflələrin əvvəlki vəziyyətə gətirilməsinə dair qarşılıqlı iddianın təmin edilməsinə dair nəticəsi qanuni və əsaslı olmuşdur. Belə ki, işin materiallarından görünür ki, həmin müqavilə üzrə nağd şəkildə pul ödənilməsə də, Cavabdeh1 “xxxx” mənzil tikinti kooperativinə 47300 manatlıq taxta material verməsi və bunun müqabilində Cavabdeh1 atası Cavabdeh2 ilə “xxxx” mənzil tikinti kooperativi arasında 17 oktyabr 2014-cü il tarixdə 072/0033 saylı coxmənzilli yaşayış binasının tikinti haqqında fərdi müqavilə bağlanmasını tərəflər də təsdiq etmişlər. Məhkəmə kollegiyası kassasiya şikayətinin apellyasiya instan siyası məhkəməsi tərəfindən kassatorun məhkəmə proseslərində cavabdehdən 47300 manat məbləğində tikinti materiallarını qəbul etməyini etiraf etmələrinin yalandan qeyd edilməsinə dair dəlilinə qiymət verərək hesab edir ki, bu dəlil əsassızdır. Belə ki, apellyasiya instansiyası məhkəməsi işin araşdırılmış halları üzrə düzgün olaraq müəyyən etmişdir ki, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 “xxxx” mənzil tikinti kooperativinə 47300 manatlıq taxta material verməsini həmin mənzil tikinti kooperativi iddia ərizəsində də qeyd etmiş, bu hal sözügedən MTKnın cavabdeh olduğu iş üzrə Abşeron Rayon Məhkəməsinin 20 fevral 2018-ci il tarixli, 2(012)- 678/2018 saylı qətnaməsində öz əksini tapmış, həmçinin də hazırki iş üzrə apellyasiya məhkəməsinin kollegiyasının iclasında da i ddiaçının nümayəndəsi Cavabdeh1 “xxxx” mənzil tikinti kooperativinə 47300 manatlıq taxta material verməsini etiraf etmişdir. İşin bu halları həmçinin iş materiallarında olan, yol verilmiş yanlışlıqlar və ya natamamlıqlarla bağlı qeydlər verilməmiş məhkəmə iclas protokollarının məzmunu ilə tam təsdiq edilir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, bu dəlillər qanuni, əsaslı və mahiyyətcə düzgün olan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyildir. Belə ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək qarşılıqlı iddiaçı tərəfindən iddia tələbinin faktiki əsasları ilə bağlı mötəbər sübut təqdim edilməsinə dair düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, qarşılıqlı iddiaçının apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verilməklə tərəfindən Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 17-ci bəndinin tövsiyyəsinə, eləcə də MPM-in 14, 77, 88, 217, 218, 372.1 və 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apel lyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməyərək düzgün və əsaslı nəticəyə gəlmişdir. Buna görə də kassasiya şikayətində göstərilən dəlillər əsassız olduğu və hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mahiyyəti üzrə düzgün olduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İlkin iddia üzrə iddiaçı “xxxx” Mənzil Tikinti Kooperativinin kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Mə hkəməsi Mülki kollegiyasının 19 sentyabr 2019-cu il tarixli, 2(105)-3071/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar