Məhkəmə qərarları › İş №2(102)-1480/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1480/2025

13.05.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1480/2025 13.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözləri: mənzildən istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı kompensasiya ödənilməsi yolu ilə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi, mənzildən çıxarılma və mənzilə köçürülmə tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-348/2025 nömrəli, 15 yanvar 2025-ci il tarixli qətnaməsind ən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 13 may 2025-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları 1. 2010-cu ildə X8 ilə Cavabdeh faktiki nikah münasibətinə girmiş və onların faktiki nikah münasibətindən 5 iyul 2014-cü il tarixdə X9 adlı övladları doğulmuşdur.

2. Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Dostluq küçəsində yerləşən 3 saylı evin, 3 otaqlı, ümumi sahəsi 72,85 kv metr olan 26 saylı mənzili daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə X4 adına qeydə alınmışdır. 3. 2016-cı ildən X8 ilə Cavabdeh arasında faktiki ər-arvad münasibətləri pozulmuş və onlar ayrılmışlar.

4. Bakı şəhəri, Qaradağ Rayon Məhkəməsinin 20 fevral 2017-ci il tarixli, 2(002)818/2017 nömrəli qiyabi qətnaməsi ilə X4 Cavabdeh qarşı iddiası təmin edilərək Cavabdeh Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Dostluq küçəsində yerləşən 3 saylı evin 26 saylı mənzilindən istifadə hüququ itirilmiş hesab edilmişdir. 5. 9 aprel 2017-ci il tarixli notarial qaydada təsdiq edilmiş bağışlama müqaviləsinə əsasən, X8 Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Dostluq küçəsində yerləşən 3 saylı evin 26 saylı mənzilini bacısı İddiaçı bağışlamışdır.

6. Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Dostluq küçəsində yerləşən 3 saylı evin 26 saylı mənzili daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə İddiaçı adına qeydə alınmışdır.

7. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 19 dekabr 2017-ci il tarixli, 2(002)-818/2017 nömrəli qətnaməsi ilə X4 Cavabdeh qarşı “mənzildən istifadə hüququnun itirilmiş he sab edilməsi” barədə iddiası rədd edilmişdir.

8. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 20 fevral 2018-ci il tarixli, 2(002)53/2018 nömrəli qətnaməsi ilə Cavabdeh X5 qarşı “mənzilin birgə nikah dövründə əldə edilmiş əmlak hesab edilməsi, mənzildən payların müəyyən olunması, mənzilə dair İddiaçı adına verilmiş Çıxarışın etibarsız hesab edilməsi, mənzildən qeydiyyatdan çıxarılma” barədə iddiası rədd edilmişdir.

9. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 16 aprel 2019-cu il tarixli, 2(103)-3318/2018 nömrəli qərardadı ilə Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 20 fevral 2017-ci il tarixli, 2(002)-818/2017 nömrəli qiyabi qətnaməsinin icrasına dönüş edilərək, Cavabdeh Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Dostluq küçəsində yerləşən 3 saylı evin 26 saylı mənzilinə istifadə hüququ v ə qeydiyyatı bərpa edilmişdir.

10. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 1 may 2019-cu il tarixli, 2(002)898/2019 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma və kirayə pulu tələbinə dair” iddiası rədd edilmişdir.

11. Bakı şəhəri, Qaradağ Rayon Məhkəməsinin 12 fevral 2020-ci il tarixli, 2(002)127/2020 nömrəli qətnaməsi ilə Cavabdeh X5 qarşı “mənzilə dair bağlanmış bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və Çıxarışın ləğv edilməsi” barədə iddiası rədd edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

12. İddiaçı iddia ərizəsi və iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh X2 5 iyul 2014-cü il tarixdə doğulmuş azyaşlı övladı X9 ilə birlikdə ona məxsus olan Bakı şəhəri, Qarada ğ rayonu, Sahil qəsəbəsi, Dostluq küçəsi 3 saylı evin 26-cı mənzilinə görə 20000 manat kompensasiya ödənilməklə istifadə hüquqlarına xitam verilməsi və cavabdehin azyaşlı övladı ilə birlikdə həmin mənzildən çıxarılması və onun həmin mənzilə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

13. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, mübahisəli mənzil üzərində mülkiyyət hüququ olmasına baxmayaraq həmin mənzildə cavabdeh öz azyaşlı övladı ilə birlikdə yaşayır və mülkiyyətçi kimi öz mənzilindən heç bir formada istifadə edə bilmir.

14. Birinci instansiya məhkəməsi tərəfindən 11 oktyabr 2023-cü il tarixdə "xxxx" MMC-nə sorğu verilmiş və Mülki Məcəllənin 228.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi üçün mübahisəli mənzilin qiymətləndirilməsi aparılmış və müəyyən edilmişdir ki, həmin mənzilə oxşar ərazidə və şəraitdə olan mənzilin aylıq kirayə haqqı əşyasız 200 manat, əşyalı 300 manat, mənzilin vizual orta bazar qiyməti 75000-80000 manat təşkil edir.

15. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2 noyabr 2023-cü il tarixli, 2(002)-2668/2023 nömrəli qətnaməsi ilə (hakim-Kamran Əsədov) iddia təmin edilərək, cavabdehin və övladı 5 iyul 2014-cü il tarixdə doğulmuş X6 iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Qaradağ Rayonu, Sahil qəsəbəsi Dostluq küçəsi 3 saylı evin 26-cı mənzilindən istifadə hüquqlarına 20000 manat kompensasiya ödənilməklə xitam verilməsi, cavabdehin və övladının həmin mənzildən çıxırılması və iddiaçının həmin mənzilə köçürülməsi qət edilmişdir.

16. Birinci instansiya məhkəməsi öz hüquqi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı cavabdehdən kompensasiya ödənilməklə mənzilə istifadə hüququna xitam verilməsi tələbinə dair iddia irəli sürmək hüququna malikdir və iddia tələbinin hüquqi əsasını Mülki Məcəllənin 228.2-ci və 228.5-ci maddələrinin tələbləri təşkil edir.

17. Bundan başqa cavabdehin mübahisəli yaşayış sahəsindən istifadə hüquqlarının saxlanılması mülkiyyətçi kimi iddiaçının Mülki Məcəllənin 152.5-ci maddəsində nəzərdə tutulan əmlaka sərbəst surətdə sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə hüquqlarının pozulmasına da gətirib çıxarır. Bu səbəbdən də iddia təmin edilməlidir.

18. Birinci instansiya məhkəməsi öz hüquqi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinə, Mülki Məcəllənin 152.1, 152.5, 158.1.2, 158.4, 228.2 və 228.5-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

19. Cavabdeh X3pellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, kompensasiya məbləği cavabdehin azyaşlı uşağı ilə birlikdə əvvəlki yaşayış şəraitinə uyğun mənzillə təmin edilməsi üçün yetərli deyildir. Bundan başqa, məhkəmə tərəfindən kompensasiya məbləğinin hesablanması üçün əsas hesab edilən mənzilin kirayə dəyəri bazar qiymətinə uyğun şəkildə müəyyən edilməmişdir.

21. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 21 fevral 2024-cü il tarixli, 2(103)-1411/2024 saylı qətnaməsi ilə (hakimlər – Akif İsg əndərov (sədrlik edən və məruzəçi), Vahid Sadıqov və Məhəmməd Rüstəmli) apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 2 noyabr 2023-cü il tarixli, 2(002)2668/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

22. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Mülki Məcəllənin 228.2-ci maddəsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünü əks etdirir. Ona görə də iddiaçı, cavabdehə kompensasiya ödənilməklə mənzildən istifadə hüququna xitam verilməsi barədə iddia irəli sürmək hüququna malikdir və iddia tələbinin hüquqi əsasını Mülki Məcəllənin 228.2-ci və 228.5-ci maddələri təşkil edir. Bundan başqa, cavabdehin mübahisəli yaşayış sahəsindən istifadə hüquqlarının saxlanılması mülkiyyətçi kimi iddiaçının Mülki Məcəllənin 152.5-ci maddəsi ilə nəzərdə tutulan əmlaka sərbəst surətdə sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə hüquqlarının pozulmasına gətirib çıxarır.

23. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir.

24. Cavabdehin kompensasiya məbləğinin hesablanması üçün əsas hesab etdiyi mənzilin kirayə dəyərinin bazar qiymətinə uyğun şəkildə müəyyən edilməməsi barədə dəlillinə münasibətdə apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdeh bununla bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən 11 oktyabr 2023-cü il tarixdə "xxxx" MMC-nə sorğu verilmiş və Mülki Məcəllənin 228.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi üçün mübahisəli mənzilin qiymətləndirilməsi aparılmış və müəyyən edilmişdir ki, həmin mənzilə oxşar ərazidə və şəraitdə olan mənzilin aylıq kirayə haqqı əşyasız 200 manat, əşyalı 300 manat, mənzilin vizual orta bazar qiyməti isə 7500080000 manat təşkil edir.

25. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, iddiaçının mülkiyyətində olan mənzilin yerləşdiyi ərazidə oxş ar şəraitli mənzillərin aylıq kirayə haqları həmin yaşayış sahəsinin yerindən (yol infrastrukturuna yaxınlığı, yaxınlıqda dükan, bazar, məktəb, bağça, xəstəxana və bu tip sosial, təhsil, səhiyyə və iaşə obyektlərinin yerləşməsi, binanın mərtəbəsi, günçıxan yaxud günbatan tərəfə baxması, mənzərə görünüşlərini izləməyə imkan verib verməməsi), təmirindən və şəraitindən (yeni tikilidə yerləşib yerləşməməsi, otaqların genişliyi, otaqların planlaşdırılması, yaşayış sahəsinin hər bir yerindən rahat istifadə etmək imkanının olub-olmaması və s.) asılı olaraq 250-450 manat arasında dəyişir.

26. Cavabdehin əvvəlki şəraitə oxşar mənzildə 3 il ərzində normal şəraitdə yaşaması üçün hər ay 450 manat kirayə haqqı ödəməsi şərti ilə yaşamalı olmasını nəzərə aldıqda, riyazi hesablamaya görə bu dövr ərzində ö dənilməli kirayə haqqının ümumi məbləği 16200 manat təşkil edir. Birinci instansiya məhkəməsi kompensasiya məbləğini göstərilən qaydada müəyyən etsə də, iddiaçı tərəfindən bundan artıq məbləğdə kompensasiya təklif olunduğunu və işin digər hallarını qiymətləndirərək təklif olunan 20000 manat kompensasiya məbləğinin daha qənaətbəxş olduğu qənaətinə gəlmişdir.

27. Cavabdeh tərəfindən bunun əksini, yəni kompensasiya məbləğinin 20000 manat deyil, 50000 manat təşkil etməli olmasını sübuta yetirən hər hansı dəlil məhkəməyə təqdim edilməmişdir. Bu səbəbdən də birinci instansiya məhkəməsi mənzildən istifadə hüququna görə iddiaçı tərəfindən cavabdehə ödəniləcək kompensasiya məbləğini 20000 manat məbləğdə müəyyən etməklə düzgün nəticəyə gəlmişdir.

28. Apellyasiya instansiyası məhkəməsi öz hüquqi mövq eyini Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinə, Mülki Məcəllənin 152.1, 152.5, 153.4, 157.2, 157.4, 228.1, 228.2 və 228.5-ci maddələrinə, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Mülki Məcəllənin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” 27 iyul 2001-ci il tarixli Qərarına istinad etməklə əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

29. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və mülki işin yeni apellyasiya baxışına göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

30. Kassasiya şikayəti apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, cavabdehin mənzildən istifadə hüququ müvafiq məhkəmə qətnaməsinə əsasən tanınmışdır. Cavabdeh 2014-cü ildən hazırkı vaxtadək fasiləsiz olaraq azyaşlı övladı ilə birlikdə həmin mənzildə yaşayır. Həmin mənzil cavabdehin yeganə yaşayış sahəsidir. İddiaçı tərəfindən təklif olunan kompensasiya məbləği cavabdehə azyaşlı övladı ilə birlikdə əvvəlki yaşayış sahəsinə uyğun mənzillə təmin edilməsi üçün yetərli deyil. Məhkəmə tərəfindən kompensasiya məbləği bazar qiymətinə uyğun şəkildə müəyyən edilməlidir. Bu zaman məhkəmə tərəfindən müqayisəli təhlil metodundan istifadə olunmaqla həmin ərazidə yerləşən mənzillərin bazar qiymətləri dəqiq müəyyən edilməli idi. Cavabdehin mənzilə olan istifadə hüququna xitam verilməsi üçün yetərli məbləğ 50000 manat müəyyən edilməli idi, lakin işə baxan məhkəmə lər iddiaçı tərəfindən cavabdehə ödəniləcək kompensasiyanın məbləğini 20000 manatdan 50000 manatadək artırmaqdan əsassız olaraq imtina etmişlər.

31. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Əhməd Əhmədov (sədrlik edən və məruzəçi), Vüqar Həsənov və İspəndiyar Şəfiyev) 2(102)-2197/2024 nömrəli, 23 iyul 2024-cü il tarixli qərarı ilə kassasiya şikayətinin təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 21 fevral 2024-cü il tarixli, 2(103)-1411/2024 saylı qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması qərara alınmışdır.

32. Kassasiya instansiyası məhkəməsi cavabdehin kassasiya şikayətinin dəlillərini əsaslı saymış və hesab etmişdir ki, hazırkı iddia tələbinin düzgün həlli üçün ilk növbədə cavabdehin mənzildən istifadə hüququna xitam verilməsi üçün iddiaçının ona təklif etdiyi 20000 kompensasiya məbləğinin bazar qiymətinə uyğun olub-olmadığı və cavabdehin azyaşlı övladı ilə birlikdə həmin kompensasiya hesabına davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə mübahisəli mənzildə onlara xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verib-vermədiyi tam, hərtərəfli və obyektiv araşdırılmalıdır.

33. Apellyasiya və kassasiya şikayətlərinin dəlillərindən, habelə cavabdehin izahatından görünmüşdür ki, o azyaşlı övladı ilə birlikdə 2014-cü ildən hal-hazıradək fasiləsiz və etirazsız olaraq mübahisəli mənzildə yaşayır və onun istifadəsində digər yaşayış sahəsi yoxdur. İddiaçı tərəfindən ona təklif olunan 20000 manat kompensasiya məbləği isə özündə bazar qiymətini əks etdir mir. Əvvəla, Qiymətləndiricinin hesabatında sözügedən mənzilə qiymət vizual (latın sözü olub- gözlə görünən deməkdir) qoyulub. Digər tərəfdən, mübahisəli mənzilə 75000-80000 manat qiymət qoyulsa da və eyni ərazidə, eyni şəraitli mənzilin orta aylıq kirayə haqqı 200-300 manat müəyyən olunsa da, hesabatda bu barədə hər hansı təhlil aparılmayıb və qiymətləndirmə dəyərləri yoxdur. Bundan başqa Sahil qəsəbəsində yerləşən 3 otaqlı mənzildən istifadə hüququna xitam verilməsinə görə iddiaçı tərəfindən cavabdehə 20000 manat kompensasiyanın təklif olunması da, sonuncunun etirazının əsası kimi istinad etdiyi halların açıq-aşkar əsassız olmaması nəticəsinə gəlməyə əsas verir.

34. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşarkən, cavabdehin 20000 manat kompensasiya məbləğinin ona azyaşlı övladı ilə birlikdə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə mübahisəli mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verməməsinə dair apellyasiya şikayətinin dəlili üzrə lazımi araşdırma aparmadan, başqa sözlə cavabdehə ödəniləcək kompensasiyanın məbləğini bazar qiymətinə uyğun müəyyən etməməklə Mülki Məcəllənin 228.2-ci maddəsinin tələblərini pozub.

35. Kassasiya instansiyası məhkəməsi hesab etmişdir ki, işə yenidən baxılarkən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutları araşdırmalı, onlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməli, iddiaçı tərəfindən cavabdehə təklif edilən 20000 manat kompensasiya məbləğinin yetərli olub-olmadığını araşdırmalı və bundan sonra iddianın əsaslı olub-olmamasına düzgün hüquqi qiymət verməlidir.

36. Kassasiya instansiyası məhkəməsi öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 153.4, 157.4, 228.1, 228.2 və 228.5-ci maddələrinə, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Mülki Məcəllənin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” 27 iyul 2001-ci il tarixli Qərarına istinad etməklə əsaslandırmışdır. ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat 37. "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli, CVN/O05-108/24 nömrəli hesabatından görünür ki, ünvan 1 ünvanında yerləşən mənzilin 15 oktyabr 2024-cü il tarixə bazar dəyəri 97000 manat müəyyən edilir. Hesabata əsasən ünvan 1 ünvanının şəraitinə uyğun həmin ərazidə oxşar mənzilin aylıq kirayə haqqı bazara uyğun 15 oktyabr 2024-cü il tarixinə əşyalı olduqda 1 ayı 400 manat, əşyasız vəziyyətdə 1 ayı 350 manat təşkil edir.

38. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 15 yanvar 2025-ci il tarixli, 2(103)- 348/2025 nömrəli qətnaməsi ilə (hakimlər – Xəyal Sarıyev (sədrlik edən və məruzəçi), Günay Axundova və Fərrux Qasımov) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi təklif olunan 20000 manat kompensasiya məbləği hissəsində dəyişdirilmiş, İddiaçı tərəfindən ödənilən kompensasiya məbləği 22000 manat müəyyən edilmiş, kompensasiyanın ödənilməsi ilə Cavabdeh və övladı xx.xx.2014-cü il təvəllüdlü X6 həmin mənzildən istifadə hüquqlarına xitam verilməklə mənzildən çıxarılmaları eyni vaxtda icra e dilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması, qiymətləndirmə hesabatının alınmasına görə ödənilməli olan 250 manat İddiaçı tutularaq "xxxx" MMC-nin hesabına köçürülməsi qət edilmişdir.

39. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, iş üzrə iddiaçı cavabdehə qarşı kompensasiya ödənilməklə onun mülkiyyətində olan mənzilə istifadə hüququna xitam verilməsi tələbinə dair iddia irəli sürməkdə haqlı olmuşdur. Belə ki, iddiaçı mübahisəli mənzilin mülkiyyətçisidir, cavabdehin isə həmin mənzilə istifadə hüquqları vardır. İddiaçı ilə cavabdeh arasında mübahisəli mənzildən istifadə hüququna xitam verilməsi haqqında razılaşma mövcud deyildir. Belə olan halda məhkəmə qeyd edir ki, iddia tələblərinin təmin edilməsinin mümkünlüyü təklif edilən kompensasiyanın məbləğinin adekvatlığının müəyy ən edilməsindən asılıdır. Nəzərə alınmalıdır ki, kompensasiyanın məbləği mülkiyyətçinin malik olduğu mənzilin dəyərinin tərkib hissəsi kimi deyil, müəyyən müddət, eyni şəraitdə davamlı yaşamaq üçün yetərlilik baxımından müəyyən edilməlidir.

40. Məhkəmə hesab etmişdir ki, "xxxx" MMC-nin rəyi kifayət qədər əsaslandırılmış, qiymətləndirmə X1 (BQS) və “Qiymətlindərmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, mənzilin yerləşdiyi ərazidə olan oxşar mənzillərə uyğun qaydada qəzet və internet məlumatlarına istinad olunmaqla, bazara uyğun şəkildə qiymətləndirmə həyata keçirilmişdir. Ona görə də, "xxxx" MMC-nin rəyi mötəbər sübut kimi qəbul olunmalıdır.

41. Məhkəmə qeyd etmişdir ki, bu cür mübahisələrdə kompensasiyanın miqdarını müəyyən edərkən ilk növbədə yaşayış binasının tərki b hissəsindən istifadə hüququ sahibinin bu hüququna xitam verilməzdən əvvəl, həmin yaşayış sahəsində qaldığı şəraitə, yaşayış sahəsinin yerləşdiyi əraziyə diqqət yetirilməsi zəruridir. Belə ki, yaşayış binasının tərkib hissəsindən istifadə hüququ sahibinin, mülkiyyətçinin mənzilində qaldığı şərtlər daxilində özünə başqa bir yaşayış yerini təmin edə bilməsi üçün nə qədər bir məsrəfə qatlanmalı olduğu nəzərə alınmaqla iddiaçının iddia tələbi üzrə cavabdehə ödənilməli olan kompensasiya məbləğinin 22000 manat müəyyən edilməsi daha ədalətli və məqsədəmüvafiqdir.

42. Məhkəmə bu qənaətə gələrkən həmçinin nəzərə almışdır ki, mübahisəli mənzilin yerləşdiyi ərazidə oxşar mənzillərdə əşyalı vəziyyətə aylıq kirayə haqqı məbləğinin 400 manat olması nəzərə alındıqda, təklif olunan 22000 manat cavabdehə həmin ərazidə 5 ilə yaxın müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı vermiş olur. Məhkəmə təcrübəsində kompensasiyanın üç illik müdət üçün verilməsi halları da nəzərə alınmışdır.

43. Məhkəmə cavabdehin ona 50000 manat məbləğində kompensasiyanın verilməsi ilə bağlı dəlillərini yuxarıda qeyd olunanlara əsasən əsaslı hesab etməmişdir. Ona görə də məhkəmə hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi təklif olunan kompensasiyanın məbləği hissəsində dəyişdirilməli, kompensasiya məbləği 22000 min manat müəyyən edilməli, kompensasiyanın ödənilməsi ilə Cavabdeh və övladı xx.xx.2014-cü il təvəllüdlü X6 həmin mənzildən istifadə hüquqlarına xitam verilməklə mənzildən çıxarılmaları eyni vaxtda icra edilməlidir.

44. Apellyasiya mə hkəməsi öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəllənin 152.1, 152.5 və 228.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

45. Cavabdeh (vəkil-Vəkil3) kassasiya şikayəti verərək apellyasiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını, işə yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir.

46. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə cavabdehin mənzilə istifadə hüququnun müvafiq məhkəmə qətnaməsi əsasında tanınmasını, cavabdehin həmin mənzildə 2014-cü ildən hal-hazırkı dövrə qədər fasiləsiz olaraq azyaşlı uşağı ilə birlikdə yaşamasını, həmin mənzilin cavabdehin yeganə yaşayış yeri olmasını, iddiaçı tərəfindən təklif olunan kompensasiya məb ləğinin cavabdehin azyaşlı uşağı ilə birlikdə əvvəlki yaşayış şəraitinə uyğun olan mənzillə təmin edilməsi üçün yetərli olmamasını nəzərə almamışdır.

47. Məhkəmə tərəfindən kompensasiya məbləğini bazar qiymətinə uyğun şəkildə müəyyən etməlidir. Bu zaman məhkəmə tərəfindən müqayisəli təhlil metodundan istifadə edilərək həmin ərazidə yerləşən mənzillərin bazar qiyməti dəqiq müəyyən olunmalı idi. Məhkəmə tərəfindən ümumilikdə bir konsaltinq şirkətinə sorğu göndərilmiş, həqiqiliyi şübhə altında olan məlumata istinad edilərək həqiqi bazar qiyməti müəyyən edilməmişdir. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

48. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası

49. Maddə

13. Hissə

1. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

50. Maddə

29. Hissə 1 və

2. Hər kəsin mülkiyyət hüququ vardır, mülkiyyətin heç bir növünə üstünlük verilmir, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsi

51. Maddə 152.1. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

52. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində ö z mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

53. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

54. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

55. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

56. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

57. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

58. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiy ası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

59. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

60. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.

61. Maddə

420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya baxışının hədləri

62. Qanunun tələbinə görə, kassasi ya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

63. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütünlüklə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

64. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlilləri ni araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin kassasiya şikayəti təmin olunmaqla apellyasiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş həmin hissədə yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməlidir.

65. Belə ki, 20000 manat kompensasiya ödənilməklə cavabdehin mənzildən içtifadə hüququna xitam vreilməsi və onun azyaşlı övladı ilə həmin mənzildən çıxarılması barədə apellyasiya məhkəməsinin qənaəti ilə razılaşmayan Ali Məhkəmənin iş üzrə 23 iyul 2024-cü il tarixli qərarının məzmununa görə kassasiya instansiyası məhkəməsi cavabdehin mənzildən istifadə hüququna xitam verilməsi üçün apellyasiya məhkəməsinin müəyyən etidiyi 20000 manat kompensasiyanın yetərli olmasının əsaslandırılması ilə razılaşmamışdır. İşə yenidən baxan apellyasiya məhkəməsi bu hala formal yana şaraq "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli, CVN/O05-108/24 nömrəli hesabatına əsasən cüzi fərqlə, yəni kompensasiyanın məbləğini 2000 manat artırmaqla iddianı təmin etmişdir

66. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya instansiyası məhkəməsinin qərarındakı göstərişlərə formal yanaşma apellyasiya məhkəməsinin qətnaməsinin əsaslı olmasını istisna edir. Ona görə də qətnamə ləğv olunmalı, iş yeni apellyasiya baxışına göndərilməlidir.

67. İşin qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən və kassasiya instansiy ası məhkəməsinin qərarındakı göstərişlərə formal yanaşmaqla gəldiyi nəticəsi qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş apellyasiya baxışına göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-348/2025 nömrəli iş üzrə, 15 yanvar 2025-ci qətnaməsi ləğv edilsin, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar