Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-1482/2022 28.01.2022 ALİ MƏHKƏMƏ QƏRARDAD Kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimləri Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8262/2021 nömrəli, 12 oktyabr 2021-ci il tarixli qətnaməsindən cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, 294,40 manat borcun silinməsi və dəymiş zərərin əvəzi olaraq 8500 manat pulun cavabdeh “Azəriqaz” İstehsalat Birliyindən tutulması barədə qətnamə çıxarılma sını xahiş etmişdir. Binəqədi Rayon Məhkəməsinin 2(001)-2088/2021 saylı, 12 aprel 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, itirilmiş qaza görə hesablanmış borcdan 294,40 mant pyulun silinməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verib, qətnamənin ləğv, iddianın tam təmin edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8262/2021 nömrəli, 12 oktyabr 2021-ci il qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmişdir. Hazırda cavabdeh “Azəriqaz” İstehsalat Birliyi apellyasiya instansiyasını qətnaməsindən kassaiya şikayəti verib. Cavabdeh apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin iddianın təmin edilən hissəsində ləğv, iddianın tam rədd edilməsini xahiş etmişdir. Mülki Prosessual Məcəllənin 403.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnamələrindən və qərardadlarından tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. Göründüyü kimi, prosessual qanunvericiliyə görə tərəflər apellyasiya instansiyası məhkəməsinin qətnamələrindən o halda şikayət verə bilərlər ki, onların tələbləri təmin olunmasın. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyi birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verməmişdir. Buna görə də məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayəti vermədiyi üçün, başqa sözlə, cavabdehin apellyasiya instansiyası məhkəməsi tərəfindən təmin olunmayan hər hansı tələbi olmadığı üçün Mülki Prosessual Məcəllənin 4 03.1-ci maddəsinin tələbi baxımından onun apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti vermək hüququ da yoxdur. Bundan əlavə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin cavabdeh tərəfindən mübahisələndirildiyi hissədə iddianın qiyməti Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsində müəyyən olunmuş məbləğdən azdır. Belə ki, Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya k ollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. İş materiallarından müəyyən olunur ki, iddia tələbi ümumilikdə 8794,40 manat (294,40 manat borcun silinməsi və dəymiş zərərin əvəzi olaraq 8500 manat pulun tutulması) həddində olmuş, birinci instansiya məhkəməsi həmin iddianı yalnız 294,40 manat məbləğində borcun silinməsi hissəsində təmin etmiş, apellyasiya məhkəməsi də qaətnaməni dəyişdirmədən saxlamışdır. Başqa sözlə, kassasiya şikayətində mübahisələndirlən hissə 5 min manatdan aşağıdır. Belə olan halda, həmin qətnamədən kassasiya şikayəti verilə bilməz. Mülki Prosessual Məcəllənin 408.1.1-ci maddəsinə əsasən kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tə rəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə, kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Mülki Prosessual Məcəllənin 409-cu maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir. Buna baxmayaraq, apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətini iş materialları ilə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərmişdir. Qeyd olu nanlara əsasən, kassasiya şikayətinə baxmaq üçün prosessual əsaslar müəyyən edilmədiyindən kassasiya şikayəti icraata qəbul edilə bilməz. Odur ki, kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Şərh edilənləri və Mülki Prosessual Məcəllənin 402.1, 408.1.1 və 408.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin Bakı Apellyasiya Məhkəməsinin 2(103)8262/2021 nömrəli, 12 oktyabr 2021-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti qeyri-mümkün hesab edilsin və kassasiya şikayətinin qaytarılması məsələsinin həlli üçün mülki iş Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın.
Məhkəmə qərarları › İş №2(102)-1482/2022
Ali Məhkəmə Qərardad — İş №2(102)-1482/2022
28.01.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver