Məhkəmə qərarları › İş №2(102)-1484/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-1484/2024

23.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1484/2024 23.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdehnə, Cəfərov Vilayət Heydər oğluna və X3 (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı iş üzrə QƏRARİ Açar sözlər: mənzil-tikinti koopertivlərinin fəaliyyətindən irəli gələn mübahisələr, mənzilə istifadə hüququnun tanınması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi hakim), Əhmədov X5 İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh MMC-yə, Cəfərov Vilayət Heydər oğluna və X3 (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “müqavilənin etibarsız hesab edilməsi, çıxarışın ləğvi və mənzilin təhvil verilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6100/2023 nömrəli 13 dekabr 2023-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Cavabdeh Vilayət Cəfərov ilə Cavabdeh MMC arasında xx.x x.2007-ci il tarixli müqavilə bağlanmış və Cəmiyyət ünvan 1 ünvanında yerləşən 2 otaqlı mənzili Vilayət Cəfərovun mülkiyyətinə verməyi, Vilayət Cəfərov isə mənzilin dəyərini tam olaraq cavabdehə ödəməyi öz öhdəsinə götürmüşdür. Mənzilin dəyəri olan 60.900 manat pulun Vilayət Cəfərov tərəfindən ödənilməsi və Vilayət Cəfərovun cavabdehə borcunun olmaması barədə maliyə arayışı verilmişdir. Mənzilə dair Vilayət Cəfərovun mülkiyyət hüququ xx.xx.2020-ci il tarixdə dövlət reyestrində qeydiyyata alınmaqla bu barədə ona çıxarış (qeydiyyat nömrəsi: **********) verilmişdir.

2. İddiaçı ilə Cavabdeh MMC arasında xx.xx.2008-ci il tarixdə 212 nömrəli müqavilə bağlanmış, cavabdeh mənzili iddiaçının mülkiyyətinə verməyi, iddiaçı isə mənzilin dəyərini tam olaraq cavabdehə ödəməyi öz öhdəsinə götürmüşdür. Bu müqavilə üzrə mənzilin dəyəri razılaşdırılmış 81.200 manat pulun iddiaçı tərəfindən ödənilməsi və iddiaçının cavabdehə borcunun olmaması barədə xx.xx.2008-ci il tarixdə maliyə arayışı verilmişdir. Mənzilə dair iddiaçının mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmamışdır.

3. Cavabdeh Vilayət Cəfərovla ilə digər cavabdeh Tahir Hüseynov arasında xx.xx.2021-ci il tarixdə bağlanmış daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında ünvan 1 ünvanında yerləşən 2 otaqlı mənzili Tahir Hüseynova satılmışdır. Bu barədə ona mülkiyyət hüququ xx.xx.2021-ci il tarixdə dövlət reyestrində qeydiyyata alınmaqla çıxarış (qeydiyyat nömrəsi: **********) verilmişdir. Mənzil hazırda Tahir Hüseynovun mülkiyyətindədir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a)Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavab dehlər Cavabdeh MMC-yə, Cəfərov Vilayət Heydər oğluna və X3 qarşı iddia ərizəsi və iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC ilə Vilayət Cəfərov arasında bağlanmış mənzilin alqı-satqısına dair 12 sentyabr 2007-ci il tarixli nömrəsiz müqavilənin etibarsız sayılması, həmin müqavilə əsasında Vilayət Cəfərovun adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv olunması, X6 arasında bağlanmış mənzilə dair AN-1 № ******* saylı, 30 noyabr 2021-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız sayılması, Tahir Hüseynovun adına mənzilə dair verilmiş xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çı xarışın ləğv edilməsi, mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi və ödənilmiş dövlət rüsumunun qaytarılmasının Cavabdeh MMC-nin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh MMC arasında (təsisçi X2 şəxsində) bağlanmış 08 aprel 2008-ci il tarixli müqaviləyə əsasən mənzilin hər kv.m. üçün 800 manat olmaqla, cəmi 81.200 manata iddiaçıya satılmışdır. Göstərilən məbləğ iddiaçı tərəfindən həmin tarixdə nağd şəkildə MMC-yə ödənilmiş və bu barədə müvafiq maliyyə arayışı verilmişdir. İddiaçı uzun müddətdir Kanadada yaşayır. 2008-ci ildə Bakı şəhərində tikinti işləri aparan "xxxx" Şirkətinə məxsus ünvan 2 ünvanında yerləşən 1 saylı yaşayış binasının 7-ci mərtəbəsində 101.5 kv.m.-dən ibarət 2 otaqlı mənzil a lınması üçün müraciət etmiş və "xxxx" Şirkətinin sahibi kimi özünü təqdim edən İlham Qasımovla mənzilin hər kv.m. üçün 1.000 ABŞ dolları ödəməyə razılaşıb, tam ödəniş edərək müqavilə bağlanmışdır. Bir müddət sonra binanın tikintisinin hansı mərhələdə olduğu ilə maraqlandıqda İlham Qasımov digər şəriki ilə ayrıldığını, bu səbəbdən binanın tikintisinin hələlik dayandığını bildirmişdir. 2012-ci ildə yenidən tikintinin gedişi ilə maraqlandıqda İlham Qasımov onda olan mənzil alğı-satqısına dair "xxxx" şirkəti ilə bağlanmış müqaviləni götürərək Cavabdeh MMC-dən mənzil alınmasına dair 08 aprel 2008-ci il tarixli 211 saylı müqaviləni tərtib edərək ona vermişdir. Əlavə olaraq 2012-ci ildə qaraj sahəsinin alınması üçün Cavabdeh MMC-nin təsisçisi İlham Qasımovla qiymət razılaşdırılımış və müqavilə ba ğlanmışdır. 2015-ci ildə növbəti dəfə Bakıya gəlib mənzillə maraqlandıqda İlham Qasımov şəxsən mənzilin giriş qapısının qoyulmasına icazə vermiş və mənzilin giriş qapısı iddiaçı tərəfindən qoyularaq qıfılla bağlanmışdır. Bir müddətdən sonra Cavabdeh MMC tərəfindən mənzilə qaz xətti çəkilməsi üçün icazə istənilmiş, lakin iddiaçı ölkə xaricində olduğu, mənzilin qapısının aşılmasında heç kimin iştirak edə bilməyəcəyi üçün iddiaçının şifahi razılığı ilə mənzilin qıfılını sındırılaraq qaz xətti çəkmişlər. Hər dəfə mənzillə maraqlandıqda və mənzilə baxış keçirilən zaman Cavabdeh MMC şirkətindən icazə alınmış, bu səbəbdən 2016-cı ildə İlham Qasımov ilə görüşüb mənzilin təmiri üçün müraciət edilmişdir. İddiaçını mənzilin sahibi kimi tanıdıqları üçün mənzilə daxil olmağa icazə vermişlər. Bundan əla və mənzilin qapısının qıfılı qaz xətti çəkildiyi zaman sındırıldığı üçün 2016-ci ildə qapının qıfılı iddiaçı tərəfindən yenisi ilə əvəz olunmuşdur. İddiaçı ölkə xaricində yaşadığı üçün mənzilin tikintisinin hansı mərhələdə olduğu ilə mütəmadi olaraq maraqlana bilməmiş, 2021-ci il sentyabr ayında mənzil ilə maraqlandıqda mənzildə artıq başqa şəxs tərəfindən təmir işləri aparıldığını, mənzilə guya çıxarış da alındığını öyrənmişdir. İlham Qasımov iddiaçı ilə şəxsən danışıqlar aparıb və onu mənzil sahibi kimi tanıyıb, lakin uzun müddət və dəfələrlə müraciətlər edilməsinə baxmayaraq Cavabdeh MMC-nin məsul şəxsləri müqavilədə nəzərdə tutulmuş qanuni, etibarlı və məcburi öhdəliklərini yerinə yetirməkdən boyun qaçıraraq, bu günə qədər müqavilədə nəzərdə tutulmuş öhdəliklər yerinə yetirilməmiş, qar şı tərəflə söhbət zamanı hər dəfə mənzil veriləcəyini bildirilsə də, heç bir nəticə əldə olunmamış, müqavilədə nəzərdə tutulmuş mənzil iddiaçıya təhvil verilməsindən boyun qaçırılmışdir. Eyni iddia ilə Xətai Rayon Məhkəməsinə müraciət olunmuş, lakin cavabdehlə əldə olunmuş razılığa əsasən iddia baxılmamış saxlanılmış, lakin hazırda iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qalxdığı üçün yenidən iddia ərizəsi ilə məhkəməyə müraciət olunmalıdır. Hazırki müqavilə 08 aprel 2008-ci ilə bağlandığı üçün, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 15 dekabr 2017- ci ilə qədər qüvvədə olmuş 178.8-ci maddəsində göstərilir ki, mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj, və ya ayrı qurğu üçün pay h aqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər.

6. Cavabdeh Vilayət Cəfərov iddia ərizəsinə yazılı etiraz verərək, etirazını onunla əsaslandırmışdır ki, "xxxx" Şirkəti Bakı şəhəri, Xətai rayonu, F.Bayramov küçəsi 1156-cı məhəllədə hər hansı bir tikinti aparmamış, "xxxx" şirkətinə Bakı şəhər İcra Hakimiyyəti tərəfindən həmin ünvanda bina tikməyə razılıq sərəncamı verilməmişdir. "xxxx" şirkətinin Cavabdeh MMC-nin tikdiyi binada mənzil satmaq səlahiyyəti olmamışdır. Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2004-cü il tarixli 115 saylı sərəncamı ilə İSR Holdinq Şirkətlər qrupunun xx.xx.2005-ci il tarixli 05 saylı məktubu nəzərə alınmaqla Xətai rayon F.Bayramov küçəsi 1156-cı məhəllədə həmin şirkətlər qrupunun Azərşans müəssisəsinə gənclər diskotekası və kinozal üçün ayrılmı ş 1.9 ha torpaq sahəsinin 0.63 ha sahəsində yaşayış binasının tikintisinin layihələşdirilməsi İSR holdinq şirkətlər qurupunun istifadəsinə verilmişdir. "xxxx" MMC ilə Cavabdeh MMC arasında 2007-ci ilin fevral ayında bağlanmış birgə fəaliyyət barədə müqavilədən müəyyən olunur ki, Xətai rayonu F.Bayramov küçəsindəki 1156-cı məhəllədə Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2004-cü il tarixli, 115 saylı sərəncamı ilə Azərşans müəssisəsinə gənclər diskotekası və kinozal üçün ayrılmış 1.9 ha torpaq sahəsinin 0.63 ha sahəsi Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2005-ci il tarixli 267 saylı sərəncamı ilə yaşayış binalarının layihələndirilməsi və tikintisi məqsədi ilə İSR holdinq şirkətlər qrupunun istifadəsinə verilmiş və ayrılmış ərazidə yaşayış binasının layihələndirilməsi və inşası "xxxx" MMC-ni n vəsaitləri hesabına həyata keçirilir. Belə ki, 2007-ci ilin fevral ayından etibarən qeyd olunan ərazidə yaşayış binası Cavabdeh MMC tərəfindən və onun vəsaiti hesabına layihələndirilmiş, tikilmiş və vətəndaşlara satılmışdır. Birgə fəaliyyət haqqında müqavilədən və BŞİH-nin sərəncamından da müəyyən olur ki, həmin binanın ərazisi “İSR” Holdinqə məxsusdur və orada binaların tikilməsi və mənzillərin satılması hüququ yalnız "xxxx" MMC-yə məxsusdur. İddiaçı audit yoxlamasına dair aktda sözügedən mənzilin xx.xx.2008-ci ildə İddiaçı Kamil qızına satıldığına istinad etsə də, əslində 2012-ci ildə sözügedən mənzilə dair müqavilənin 2008-ci ilə arxa tarixlə yazıldığını iddiaçı özü öz iddia ərizəsində etiraf etmişdir. Beləliklə, həmin audit yoxlamasına dair aktın mötəbərliyindən söhbət belə gedə bilm əz. Bundan əlavə, nə Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi daşınmaz əmlaka dair mülkiyyətin reyestrini aparan orqan deyil, nə də ki audit yoxlamasına dair akt daşınmaz əmlaka dair mülkiyyəti təsdiq edən sənəd deyildir. Bununla belə, Cavabdeh MMC-yə qarşı olan oxşar işlər üzrə məhkəmələr tərəfindən Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsindən götürülmüş 30 yanvar 2013-cü il tarixli Cavabdeh MMC-də aparılmış audit yoxlamasına dair akt mötəbər sübut kimi qəbul edilməmiş, mülkiyyətçinin mülkiyyət hüququnu təsdiq edən çıxarış əsas götürülmüşdür. xx.xx.2007-ci il tarixli müqavilə üzrə Vilayət Cəfərov Cavabdeh MMC-dən mənzili almışdır. Pay dəyərinin tam ödənilməsinə dair Vilayət Cəfərova maliyyə arayışı d a verilmiş, xx.xx.2020-ci il tarixdə isə ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. xx.xx.2021-ci il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə satıcı Vilayət Cəfərov mənzili alıcı X1. Mübahisəli mənzilə dair Vilayət Cəfərovun və Tahir Hüseynov arasında alqı-satqı müqaviləsi bağlandığı vaxt mənzil üzərində sonuncunun xeyrinə reyestrdəki qeyd həqiqi olmuş, üçüncü şəxslər tərəfindən mübahisələndirilməmişdir. Tahir Hüseynova AR ƏMDK yanında DƏDRX tərəfindən xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmiş və texniki pasport tərtib edilmişdir. X4 hazırda ailə üzvləri ilə birlikdə həmin mənzildə yaşayır. Lakin mənzil alındığı vaxtdan bu günədək iddiaçı və ya hər hansı başqa şəxslər mənzillə bağlı onu və ailə üzvlərini narahat etməmiş, mənzilə iddia etməmişlər. Göründüyü kimi, Cəfərov Vilayət vicdanlı alıcıdır. Sözügedən mənzili alarkən müqavilənin legitimsizliyi barədə onda şübhə yarana bilməzdi.

7. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(011)-1333/2023 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. (hakim Zamanlı Pərviz).

8. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(011)-1333/2023 nömrəli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh MMC-yə, Cəfərov Vilayət Heydər oğluna və X3 qarşı “müqavilənin etibarsız hesab edilməsi, çıxarışın ləğvi və mənzilin təhvil verilməsi” barədə iddia ərizəsi üzrə 2(011)-1333/2023 saylı mülki işə məhkəmə baxışı zamanı Cavabdeh MMC-nin əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsində nəzərdə tutulan cinayətin əlam ətlərinin aşkara çıxarılması barədə Azərbaycan Respublikası Baş Prokurorluğuna məlumat verilməsi qərara alınmışdır.

9. Məhkəmə iddia tələbini rədd edərkən ona istinad etmişdir ki, iddiaçı Cavabdeh MMC ilə Vilayət Cəfərov arasında bağlanmış müqavilənin sonradan əvvəlki tarixlə bağlanmasına, yəni müqavilənin saxtalaşdırılmaqla onun məzmununa dair tələblərin pozulmasına istinad edərək etibarsızlığını tələb etsə də, məhkəmə araşdırması həmin müqavilənin etibarsızlığı ilə bağlı əsasların olması müəyyən edilməmişdir. Həmçinin, iddiaçı tərəf də həmin müqavilənin etibasızlığına dəlalət edən sübutları məhkəməyə təqdim etməmişdir. Cavabdeh MMC ilə iddiaçı və Vilayət Cəfərov arasında bağlanmış həm podrat müqaviləsi olduğundan, həm də mənzil fərdi-müəyyən edilən əşya olduğundan onun daha əvvəl kimə təhvil verilməsinin xüsusi önəmi vardır. Belə ki, Mülki Məcəllənin 452.1-ci maddəsinə görə kreditorun fərdi-müəyyən əşyanı borclunun əlindən alınmasına o halda ixtiyarı çatır ki, əmlak mülkiyyət hüququ ilə üçüncü şəxsdə olmasın.

10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - Mülki Məcəllə) 140-cı, 152.1-ci, 178.1-ci, 337-ci, 452-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra - MPM) 14.2, 77.1 217.2-ci və 217.4-cü maddələrinə. “S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 oktyabr 2004-cü il tarixli Qərarına, “H.Cəfərovun şikayəti üzrə Azərbaycan Res publikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 6 fevral 2012-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2014-cü il tarixli Qərarına, Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə 2018-ci il 18 iyul tarixli Qərarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

11. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Apellyasiya şikayətinin məzmunu iddia ərizəsinə uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, qətnamədə yanlışlığa yol verilmiş, 30 yanvar 2013-cü il tarixli audit aktında qeyd olunan mənzilin sahibi kimi Cəfərov Vilayət deyil, İddiaçı göstərilmişdir. Cavabdeh Vilayət Cəfərov 2007-ci ildə qeyd olunan mənzilin alınmasına dair Cavabdeh MMC ilə müqavilə bağlasaydı onun adı birmənalı olaraq həmin aktda öz əksini tapmış olardı. Göründüyü kimi, mənzilin ilk sahibi İddiaçıdır. Bundan əlavə müqavilədə "xxxx" şirkəti qeyd olunsa da, müqavilə eyni adamla yəni İlham Qasımovla bağlanmışdır və "xxxx"-yə də müqaviləni İlham Qasımov dəyişmişdir. Onu da qeyd etmişdir ki, ilk iddiaları üzrə məhkəmə prosesində iştirak edən İlham Qasımovun xahişi ilə iddia tələbi baxılmamış saxlanılması barədə razılığa gəlinmişdir. Belə ki, X11 Əliyevanı mənzillə təmin edəcəyinə məhkəmə iclasında söz vermişdir. Mənzilin alınmasına dair danışıqlar ancaq və ancaq hər iki şirkətin sahibi olan İlham Qasımovla aparılm ış və müqavilələr onun göstərişi ilə həm yazılmış və həm də dəyişdirilmişdir. Qətnamədə göstərilənlərin əksinə olaraq məhkəməyə yazılı müraciət təqdim edilərək Vilayət Cəfərovun adına olan müqavilənin onlar tərəfindən əldə edilməsinin mümkünsüzlüyü nəzərə alınmaqala həmin sənədin müvafiq təşkilatlardan götürülməsi xahiş edilmişdir. Lakin heç bir təşkilat sənədi vermək istəməmiş və Vilayət Cəfərov da həmin sənədi təqdim etməmişdir. Mübahisələndirilən çıxarışların alınmasına əsas verən Vilayət Cəfərovla "xxxx" arasında bağlanmış ilkin alqı-satqı müqaviləsinin təqdim edilməməsi və götürülməməsi onun həqiqiliyinə ciddi şübhələr yaratmış və buna görə də həmin müqavilə əldə olunduğu təqdirdə saxtalığı üzə çıxmaqla etibarsız əqd olduğu müəyyən olacaqdır.

13. Bakı Apellyasiya Məhkəməsinin Mülki ko llegiyasının 2(103)-6100/2023 nömrəli 13 dekabr 2023-ci il tarixli qətnaməsi ilə (hakimlər S.X.Bəhrəmzadə (sədrlik edən və məruzəçi), E.M.Həsənovdan və X.A.Mərdanovadan ibarət tərkibdə) İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(011)-1333/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

14. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı ilə bağlanmış müqavilədən daha əvvəl Vilayət Cəfərovla Cavabdeh MMC arasında müqavilə bağlanmışdır. Belə ki, istər Vilayət Cəfərovla, istərsə də iddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış müqavilə mahiyyətcə podrat müqavilələridir. Mülki Məcəllənin 752.1-ci maddəsində podrat müqaviləsinə verilən anlayışa əsasən bu müqavilə konsensual müqavilədir, tərəflər sifarişin həcmi və buna u yğun muzd barədə razlığa gəldikləri andan müqavilə bağlanmış sayılır. İş materialları ilə də müəyyən edilir ki, Vilayət Cəfərovla Cavabdeh MMC arasında bağlanmış xx.xx.2007-ci il tarixli müqavilə üzrə Vilayət Cəfərov öhdəliyini icra edərək mənzilin dəyərini ödəmiş, Cavabdeh MMC isə öhdəliyini yerinə yetirirək 2018-ci il tarixdə mənzili ona təhvil vermiş, Vilayət Cəfərov isə xx.xx.2020-ci il tarixdə mənzilə dair çıxarış əldə etmişdir. İddiaçı isə 2015-ci il tarixdə mənzilə giriş qapısı qoyduğunu, həmçinin 2016cı il tarixdə qaz xəttinin çəkilişi üçün icazə verildiyini iddia etsə də, bu halları təsdiq edəcək sübutları məhkəməyə təqdim edə bilməmişdir.

15. Cavabdeh MMC ilə iddiaçı və Vilayət Cəfərov arasında bağlanmış həm podrat müqaviləsi olduğundan, həm də mənzil fərdi-müəyyən edilən əşya ol duğundan onun daha əvvəl kimə təhvil verilməsinin xüsusi önəmi vardır. Belə ki, Mülki Məcəllənin 452.1-ci maddəsinə görə kreditorun fərdi-müəyyən əşyanı borclunun əlindən alınmasına o halda ixtiyarı çatır ki, əmlak mülkiyyət hüququ ilə üçüncü şəxsdə olmasın. İşin mübahisəsiz halları ilə isə müəyyən edilir ki, mənzil Vilayət Cəfərovla bağlanmış müqavilə əsasında hazırda digər cavabdeh Tahir Hüseynovun mülkiyyətindədir. Cavabdeh MMC ilə Vilayət Cəfərov arasında müqavilə daha əvvəl bağlanmış və mənzil ona daha əvvəl təhvil verilmişdir. İddiaçı ilə mənzilə dair müqavilə əvvəl "xxxx" Şirkəti ilə bağlansa da, habelə tarixi xx.xx.2008-ci il göstərilsə də, onunla Cavabdeh MMC arasında mənzilə dair müqavilənin, əslində 2012-ci ildə bağlanması məhkəmə araşdırması zamanı müəyyən edilmişdir. Belə ki, iddiaçı özü iddia ərizəsində 2012-ci ildə yenidən tikintinin gedişi ilə maraqlandıqda İlham Qasımov onda olan mənzil alqı-satqısına dair "xxxx" şirkəti ilə bağlanmış müqaviləni götürərək Cavabdeh MMC-dən mənzil alınmasına dair 08 aprel 2008-ci il tarixli 211 saylı müqaviləni tərtib edərək ona verdiyini, əlavə olaraq 2012-ci ildə qaraj sahəsinin alınması üçün Cavabdeh MMC-nin təsisçisi İlham Qasımovla qiymət razılaşdırıldığını və müqavilə bağladığını qeyd etmişdir.

16. Beləliklə, məhkəmə kollegiyası hesab etmişdir ki, nə qədər ki, Vilayət Cəfərovla Cavabdeh MMC arasında bağlanmış müqavilə etibarsız hesab edilməmişdir, iddia tələbi Vilayət X6 arasında bağlanmış müqavilənin də etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi hissəsində də təmin etməməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Belə ki, Tahir Hüseynov vicdanlı alıcı olmaqla mənzili reyestrin həqiqiliyi prezumpsiyasına istinadən əldə etmişdir.

17. Apellyasiya instansiyası məhkəməsi, Mülki Məcəlləsinin 5.3, 6.2, 140, 152.1-152.5, 178.1, 337.1, 337.2, 752.1, 762.1-ci və MPM-nin 14.2, 77.1, 88, 217.4, 384.0.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

18. İddiaçı (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

19. Şikayət onunla əsaslandırılmışdır ki, baxmayaraq ki, cavabdeh kimi ilk növbədə Cavabdeh qoyulmuş, ilkin məhkəmə prosesində də həmin şirkətin sahibi İddiaçı mənzillə təmin edəcə yini bildirərək məhkəmədən iddianın baxılmamış saxlanılmasını xahiş etmişdir. Məhkəmə tərəfində qeyd olunan hala heç bir münasibət bildirilməmişdir.

20. Bundan əlavə, iddiaçı dəfələrlə vəsatət qaldırılaraq məhkəmədən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə yanaşı, Vilayət Cəfərovun həmin Ərazi İdarəsinə hazırki mənzilə çıxarış almasına əsas olan müqavilənin götürülməsini xahiş etmişdir, lakin müqavilənin verilməsinə imtina edilmişdir. Baxmayaraq ki, bu barədə məhkəmə qərarı olmuş, müqavilənin surəti məhkəməyə təqdim edilmişdir. Buna görə də həmin müqavilənin sonradan, arxa tarixə tərtib olunmasına və sax talığına olan şübhələrimiz daha da artmışdır.

21. Belə ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsinə xx.xx.2022-ci il tarixdə müraciət olunaraq Bakı, şəhəri, Xətai rayonu, F.Bayramov küçəsi, ev 1, mənzil 21ə çıxarış veriliməsi sorğulanmış lakin, xx.xx.2022-ci il tarixli №**********68 cavabda həmin ünvanın qeydiyyata alınmasına dair hər hansı məlumat aşkar edilmədiyi bildirilmişdir. Lakin, Vilayət Cəfərov isə həmin mənzilə dair çıxarışı məhkəməyə təqdim etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsində reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta “yetirilməyincə” həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyasının qüvvədə olduğu qeyd edilir. Beləliklə, arayışı da çıxarışı da eyni təşkilatAzərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsi vermiş, lakin məhkəmə buna qiymət verməmişdir.

22. Həmçinin, məhkəmələr işdə olan rəsmi sənədlərə istinad edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsindən alınmış xx.xx.2022-ci il tarixli №**********68 arayışı nəzərə almamışlar və bunun səbəbini qətnamədə şərh etməmişlər. Mənzilin ilkin sahibi kimi İddiaçı göstərilməsinə dair sənəd-audit yoxlamasına dair sənədlər Azərbaycan Respublikası Baş Prokurorluğundan götürülərək məhkəməyə təqdim edilmiş, lakin, məhkəmə tərəfindən qətnamədə ümumiyyətlə bu hala toxunulmamışdır.

23. Bundan əlavə, məhkəməyə iddiaçı tərəfindən təqdim edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsindən alınmış xx.xx.2022-ci il tarixli №**********68 sorğuya cavab araşdırılmamış və həmin ünvanın qeydiyyata alınmasına dair hər hansı məlumat aşkar edilmədiyi bildirilməsinə qiymət verilməmişdir

24. Kassasiya şikayəti Mülki Məcəllənin 140, 337.1, 337.2, 452.1, 752.1,762.1-ci və MPM-nin 14.2,88-ci maddələri ilə əsaslandırılmışdır. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

25. Cavabdeh Cəfərov Vilayət Heydər oğlu kassasiya şikayətinə etiraz təqdim edərək, kassasiya şikayətinin təmin edilməməsini,Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6100/2023 nömrəli 13 dekabr 2023-ci il tarixli qətnaməsinin dəyişdirilmədən sa xlanılmasını xahiş etmişdir. Kassasiya baxışının hədləri

26. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

27. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi İddiaçı tərəfindən tam mübahisələndirildiyindən hazırkı kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi

28. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

29. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.

30. Maddə

140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

31. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

32. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

33. Maddə 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı t əbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.

34. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın;

35. Maddə 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qe ydə alındığı andan əldə edənə keçir.

36. Maddə 337.1. Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

37. Maddə 337.2.Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.

38. Maddə 452.1. Fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildi yi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir.

39. Maddə 452.2. Kreditor öhdəliyin predmeti olan əmlakın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər.

40. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür;

41. Maddə 762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

42. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdik ləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

43. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

44. Maddə

80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

45. Maddə

81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

46. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

47. Maddə 106.1. İşdə iştirak edən şə xslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

48. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

49. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər.

50. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

51. Maddə 416.2 Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutul muş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

52. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

53. Kassasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, mübahisəli mənzil Cavabdeh MMC ilə Vilayət Cəfərov arasında bağlanmış müqavilə ilə mənzil Vilay ət Cəfərova təhvil verilmiş, onun adına çıxarış alındıqdan sonra alğı-satqı müqaviləsi ilə mənzil digər cavabdeh Tahir Hüseynovun mülkiyyətinə keçmiş və müqavilə əsasında T.Hüseynovun mülkiyyət hüququ daşınmaz əmlakın dövləti reyestrində qeydə alınmışdır.

54. İddiaçı ilə ilkin olaraq həmin mənzilə dair "xxxx" Şirkəti ilə müqavilə, sonradan isə əvvəlki müqavilənin tarixi eyni qalmaqla Cavabdeh MMC arasında yeni müqavilə bağlamışdır.

55. İddiaçı iddia ərizəsində 2012-ci ildə yenidən tikintinin gedişi ilə maraqlandıqda İlham Qasımovun onda mənzil alqı-satqısına dair "xxxx" şirkəti ilə bağlanmış müqaviləni götürərək Cavabdeh MMC-dən mənzil alınmasına dair 08 aprel 2008-ci il tarixli 211 saylı müqaviləni tərtib edərək ona verdiyini, əlavə olaraq 2012-ci ildə qaraj sahəsinin alınması üçün Cavabd eh MMC-nin təsisçisi İlham Qasımovla qiymət razılaşdırıldığını və müqavilə bağladığını qeyd etmişdir.

56. Belə olan halda Cavabdeh MMC ilə Vilayət Cəfərov arasında bağlanmış müqavilə üzrə onun predmeti fərdi-müəyyən edilən əşya olduğundan onun daha əvvəl kimə təhvil verilməsinin xüsusi önəmi vardır.

57. Mülki Məcəllənin 452.1-ci maddəsinə görə kreditorun fərdi-müəyyən əşyanı borclunun əlindən alınmasına o halda ixtiyarı çatır ki, əmlak mülkiyyət hüququ ilə üçüncü şəxsdə olmasın.

58. İşin faktiki hallarını araşdırmaq səlahiyyətinə malik olan məhkəmələr fərdi-müəyyən əşya olan mənzilin ilkin olaraq V.Cəfərova təhvil verilməsi və onun adına hüquqi qeydiyyata alınmasına əsaslanaraq mənzilin ona aid olmasını müəyyən etmişlər.

59. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd e dilən digər dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.

60. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı X7 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 13 dekabr 2023-cü il tarixli, 2(103)-6100/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qət

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar