Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1486/2025 21.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehə qarşı iş üzrə QƏRARİ Açar sözlər: təbii qazdan qeyri-qanuni istifadə, borcun silinməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-483/2025 nömrəli, 27 yanvar 2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında ba xaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı məxsus abonent saldosuna əsasən verilən qaz xətti üzrə **********00016 sayla qeydiyyata alınmış abonent koduna aktlar üzrə 2021-ci ilin dekabr ayında 10800 m3 zərərə görə 1.296 manat, 2022-ci ilin yanvar ayında 5580 m3 zərərə görə 669,60 manat, 2022-ci ilin mart ayında 12240 m3 zərərə görə 1.468,80 manat, 2022-ci ilin aprel ayında 6120 m3 zərərə görə 734,40 manat, 2024-cü ilin fevral ayında 30672 m3 zərərə görə 3.680,64 manat borc hesablanmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh İB tərəfindən Bakı şəhəri, Xəzər rayonu Gülçülük sovxozu ünvanında yerləşən evinə (abonent kodu **********00016) hesablanmış 7.8 49,44 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması haqqında yaşadığı Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi 2-ci Yeni sahə ünvanında yerləşən evə məxsus qaz sayğacına əsassız olaraq yüksək borc hesablanmışdır. Sözügedən aktlardan heç bir xəbəri olmamışdır və akt onun iştirakı olmadan tərtib edilmişdir. Məsələni araşdırdıqdan sonradan ona məlum olmuşdur ki, Cavabdeh tərəfindən tərtib edilmiş akt əsasında sayğacda nasazlıq aşkar edilmişdir və guya bu da sayğaca müdaxilə edilməsi və qaz itkisi kimi qiymətləndirilmişdir. Sözügedən akt əsasında onun üçün 7.849,44 manat məbləğində qaz borcu hesablanmışdır. İddiaçının həmin qaz sayğacına müdaxilə etmək imkanı, be lə bir niyyəti olmamışdır. Cavabdeh təşkilat qaz xəttinə bu məbləğdə müdaxilənin onun tərəfindən edilməsini sübuta yetirmədən və heç bir əsas olmadan ona yüksək məbləğdə cərimə hesablanmışdır. Müqaviləyə və qanunvericiliyin normalarına uyğun olaraq o, təqsiri olmadan baş vermiş hadisəyə görə də öhdəlik daşımır. Hazırkı iş üzrə sübutetmə vəzifəsi cavabdehin üzərinə düşür. Cavabdeh təşkilat zərərin onun qanunsuz hərəkət və yaxud hərəkətsizliyi nəticəsində vurulmasını, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olmasını və onun təqsirli olmağı sübuta yetirməlidir.
4. Məhkəmə iclasında iddiaçı bildirmişdir ki, sayğacdan kənar qaz xəttindən əvvəllər istifadə edib. Lakin sonralar qazı kəsildiyindən evdə təbii qazdan istifadə etməmişdir. Onun evində 1 ədəd qaz peçi, 1 ədəd dəmir soba və 1 ədəd QSSQ vardır. Evini odunla isidir. Lakin Cavabdeh İB tərəfindən akt əasında zərər hesablanarkən hesablanmış zərər həddən artıq şişirdilmişdir.
5. Cavabdeh iddiaya qarşı etiraz təqdim edərək bildirmişdir ki, xx.xx.2024-cü ilin ayında iddiaçının mənzilinə quraşdırılmış qaz sayğacında və qaz xətlərində yoxlama aparılmış və aşkar edilmişdir ki, iddiaçı qaz sayğacına sayğacdan kənar xətt vasitəsilə qoşulmaqla İstehsalat Birliyinə 7849,44 manat həcmində ziyan vurmuşdur. Bununla bağlı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı akt tərtib edilmişdir. Faktla bağlı fotoşəkil çəkilmişdir. Yuxarıda sadalanan və əldə olan əsaslı sənədlər iddiaçının təbii qazdan sayğacdankənar xətt vasitəsilə istifadə edərək təbii qazı taladığını təsdiq edir.
6. Bak ı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(003)2955/2024 nömrəli qətnaməsi ilə (hakim E.Məmmədli) iddia tələbi qismən təmin edilmiş, Cavabdeh tərəfindən təbii qazdan istifadə qaydalarının pozulmasına görə İddiaçı məxsus ünvana aid qaz sayğacına (abonent kodu: **********00016 olan) sayğaca hesablanmış 7.158,24 manat məbləğində borcun silinməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
7. Məhkəmə 2024-cü ilin fevral ayında akt əsasında iddiaçıya hesablanmış 3.680,64 manat zərərə münasibətdə qeyd etmişdir ki, iddia tələbi həmin hissədə əsaslı olduğundan həmin zərər iddiaçının abonent hesabından silinməlidir. Belə ki, qanunvericiliyin tələblərinə əsasən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tər tib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Hazırkı işdən isə müəyyən edilir ki, həmin aktlar tərtib edilərkən bir nüsxəsi nə akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), nə də qanunvericiliyin tələblərinə uyğun olaraq inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim edilməsi barədə cavabdeh tərəfindən hər hansı bir sübut təqdim edilməmişdir. Bu baxımdan, iddiaçının (istehlakçının) qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edilmədiyindən abonent hesabına hesablanmış borc da əsaslı hesab edilməməklə silinməlidir.
8. Məhkəmə 2021-ci ilin dekabr 2022-ci ilin aprel aylarında aktlar əsasında iddiaçıya hesablanmış 4.168,8 manat zərərə münasibətdə qeyd etmişdir ki, iddia tələbi həmin hissədə qismən əsaslı olduğundan qismən təmin edilməlidir. B elə ki, iddiaçı 2021-ci ilin dekabr 2022-ci ilin aprel aylarında təbii qazdan 1 ay ərzində qeyri-qanuni istifadə etdiyini qeyd etsə də, məhkəmə bunu inandırıcı və ağlabatan hesab etmir. Həmçinin iş materiallarından da iddiaçının təbii qazdan istifadəyə görə ödənişlər etməsi müəyyən olunmur. Lakin məhkəmə tərəfindən təbii qazdan qeyri-qanuni istifadə etməsi halı məhkəmə araşdırması zamanı müəyyən edilsə də, ziyanın hesablanması zamanı dəymiş ziyanın məhz 2021-ci ilin dekabr ayında 10800 m3 zərərə görə 1296 manat, 2022-ci ilin yanvar ayında 5580 m3 zərərə görə 669,60 manat, 2022-ci ilin mart ayında 12240 m3 zərərə görə 1468,80 manat olması sübut olunmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, xx.xx.2021-cü il tarixli ******* saylı, xx.xx.2022-ci il tarixli ******* saylı, xx.xx.2022-ci i l tarixli ******* saylı və xx.xx.2022-ci il tarixli, ******* saylı aktlara əsaslanmaqla itirilmiş qazın bərpası üçün 3434,4 manat məbləğində ziyan qanuni və əsaslı hesab edilə bilməz.
9. Məhkəmə qeyd etmişdir ki, iddiaçının evində qanunsuz qaz xəttindən istifadə olunmuşdur. Lakin iddiaçı yaşadığı evdə qanunsuz qaz xəttindən istifadə etsə də, ona ziyan hesablanarkən qaz avadanlıqlarının orta günlük iş rejimi 24 saat, 90 gün götürülməklə iddiaçıya zərər hesablanmışdır. Sayğacdan kənar qaz xəttindən istifadəyə görə iddiaçıya dəymiş zərərin aktlar üzrə ayrı-ayrılıqda 90 günə görə və hər qaz avadanlığı üzrə 24 saata görə hesablanmasını ağlabatan hesab etmək olmaz. İddiaçının evində qanunsuz qaz xəttindən istifadə olunmuşdur. Lakin məhkəmə hesab etmişdir ki, iddiaçı yaşadığı evdə qanunsuz qaz xə ttindən istifadə etsə də, məhkəmə zərərin 30 günə görə hesablanmasını ağlabatan və işin hallarına uyğundur.
10. Məhkəmə qeyd edilənlərə əsasən hesab etmişdir ki, iddia tələbi xx.xx.2021-cü il tarixli ******* saylı, xx.xx.2022-ci il tarixli ******* saylı, xx.xx.2022-ci il tarixli ******* saylı və xx.xx.2022-ci il tarixli, ******* saylı aktlar üzrə qismən təmin edilməli, iddiaçıya sayğacdan kənar qaz xəttindən istifadəyə görə hər akt üzrə 1440,0 m3 olmaqla (1,2x8x30=288; 2x8x30=498; 1,4x16x30=672), ümumilikdə 4 akt üzrə 5760 m3 görə 691,2 (5760 m3 x 0,12 manat) manat zərər hesablanmalı, əsassız hesablanmış 7158,24 (7849,44 – 691,20) manat borc silinməlidir.
11. Məhkəmə qeyd etmişdir ki, cavabdeh tərəfindən iddiaçıya aktlar üzrə ziyan hesablanarkən qazın hər kubmetrinin qiymətini 0,12 manat kimi götürmüşdür.
12. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 11.6, 13.8, 13.8-1-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 1.3, 1.4, 2.5, 2.12, 3.4.1, 3.4.4, 6.5, 6.6, 6.7-ci bəndlərinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119.2, 217.2, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
13. Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
14. Apellyasiya şikayəti onunla əsaslan dırılmışdır ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən iddiaçı tərəfindən özünə sərf etdiyi tərzdə təbii qazdan sayğacdan kənar əlavə xətt vasitəsilə istifadə etməklə təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni qeyri- qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş aktlarla rəsmiləşdirilmişdir. Abonentin qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş aktlar əsasında, cəmi 7.849,44 məbləğində Cavabdeh İB-yə maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur. İddiaçının zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməli nəticəsində cavabdehə dəymiş maddi zərər tam həcmdə ödənilməlidir. Lakin məhkəmə iddia tələbini təmin etmişdir. Təqdim edilmiş sayğacların saldoları, aktlar, fotoşəkillər sübut qismində araşdırılmamış, onlardan istifadə edilməmişdir.
15. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-483/2025 nömrəli, 27 yanvar 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər – M.Rüstəmli (sədrlik edən və məruzəçi), A.İsgəndərov və S.Səlimova) apellyasiya şikayəti qismən təmin edilmiş, Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(003)-2955/2024 nömrəli qətnaməsi ləğv edilməklə iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia qismən təmin edilərək, Cavabdeh İB tərəfindən İddiaçı (abonent kodu **********00016) hesablanmış 5.700,24 manat məbləğində borcun silinməsi qət edilmişdir.
16. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsasla ndırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Bu isə qətnamənin ləğv edilməsi üçün əsasdır. İşdən göründüyü kimi iddiaçı qaz xəttinə qeyri-qanuni qoşulduğunu işə birinci instansiya məhkəməsində baxılarkən etiraf etmişdir. Mülki prosessual qanunvericiliyin tələblərinə əsasən iddiaçının bu faktı etiraf etməsi artıq cavabdehi gələcəkdə həmin faktı sübut etmə vəzifəsindən azad edir.
17. Birinci instansiya məhkəməsi 2024-cü ilin fevral ayında akt əsasında iddiaçıya hesablanmış 3.680,64 manat iddiaçının abonent hesabından silinməli olması barədə qənaəti səhv olmuşdur. Məhkəmə hesab etmişdir ki, cavabdehin təqsiri iddiaçının qazın talanmasında təqsirli olmasını müvafiq orqanların və ya məhkəmən in qərarı ilə təsdiq edilməmişdir.
18. Bundan başqa, digər aktlar üzrə borc müəyyən edilərkən də birinci instansiya məhkəməsi tərəfindən səhvə yol verilmişdir.
19. İşə apellyasiya qaydasında baxılarkən məhkəmə kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə mütəxəssis (ekspert) rəyinin verilməsi Azərbaycan Respublikası Energetika Nazirliyinin Enerji Məsələlərinin Tənzimləmə Agentliyinə həvalə edilmiş, əldə olunan xx.xx.2024-cü il tarixli mütəxəssis rəyində qeyd olunmuşdur ki, abonentlə əlaqə saxlanılmış və sözügedən evdə 2021-2023-cü illərdə aşağıda göstərilən qaz qurğularından istifadə edildiyi müəyyən edilmişdir: 1 ədəd PQ-2 tipli qaz plitəsi, maksimal qaz sərfiyyatı 0.6 m3; 1 ədəd dəmir soba maksimal qaz sərfiyyatı 1.4 m3. Bu baxımdan istehlakçı tərəfindən qazın talanmas ında təqsirli olması müəyyən edildikdə, analogiya üzrə “Qazdan istifadə Qaydaları”nın 6.5-ci, 6.5-1-ci və 6.5-2-ci bəndlərinə əsaslanaraq, iddiaçının fərdi-yaşayış evində istifadə olunan qaz qurğularının maksimal saatlıq qaz sərfini, sutkada 12 saat işləmə müddətini (qaz plitəsi üçün analogiya üzrə sutkada 3 saat), istifadə dövrünü maksimum 3 ay nəzərə almaqla (“Qazdan istifadə Qaydaları”nın 3.1.11 maddəsinin tələbinə görə qazpaylayıcısı 3 ayda 1 dəfə qazpaylayıcı şəbəkəyə baxış keçirməlidir) qazpaylayıcısına vurulmuş zərərin miqdarının hesablanması aşağıdakı qaydada aparıla bilər: Qış ayları üçün ayda 0.6 m3 x 3 saat x 30 gün + 1.4 m3 x 12 saat x 30 gün=558 m3. Yay ayları üçün ayda 0.6 m3 x 3 saat x 30 gün = 54 m3. İtirilmiş qazın həcmi: 2021-ci ildə tərtib edilmiş 1 akt üzrə: 3 qış ayı x 558 m3 = 1674 m3. 2022-ci ildə tərtib edilmiş 3 akt üzrə: 3 qış ayı x 554 m3 = 1674 m3. 2023-cü ildə tərtib edilmiş 1 akt üzrə: 3 qış ayı x 554 m3. = 1674 m3. Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının “Təbii qazın ölkədaxili tariflərinin tənzimlənməsi barədə” müvafiq qərarlarinı nəzərə alsaq, illər üzrə itirilmiş qazın dəyəri aşağıdakı kimi olar. Hər il üzrə: 1200 x 0.12 + 474 x 0.20 = 238,80 manat olmaqla, cəmi 238,80 x 3 = 716,40 manat təşkil edə bilər. Beləliklə, abonentin qazdan qanunsuz istifadə etməsi təsdiq edilərsə (telefon əlaqəsi zamanı abonent özü bəzi hallarda qazdan qanunsuz istifadə etdiyini bildirmişdir) iddiaçının cavabdehə olan borcu 716,40 manat təşkil edə bilər.
20. Göstərilənlərə əsasən kollegiya hesab etmişdir ki, iddiaçının iddia ərizəsində silinməsi tələb edi lən borcun məbləği 7.849,44 manat təşkil etdiyindən, mütəxəssis rəyinə əsasən abonentə hesablanmış borc aktlar tərtib olunan 3 il üzrə 2.149,2 manat (716,4 x 3) müəyyən edildiyindən, cavabdeh tərəfindən aktlar əsasında hesablanmış borcun 5.700,24 manatı (7.849,44 - 2.149,2 = 5.700,24 manat) silinməlidir
21. Apellyasiya instansiyası məhkəməsi mövqeyinin hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 21.2, 1096.1, 1096.2-ci, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu 8-1, 11.6-cı maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 1.3-cü bəndinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
22. Cavabdeh k assasiya şikayəti verərək (Vəkil ) qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
23. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia tələbi əslində cavabdehə vurulmuş zərər olmasına baxmayaraq, məhkəmə iddia tələbinin böyük bir qismini əsassız olaraq təmin etmişdir. Həmçinin zərər iddiaçının tərtib etdiyi aktlarla təsbit olunaraq öz təsdiqini tapsa belə, məhkəmələr iddianın böyük bir qismini təmin etmişlər. Təmin edilmiş iddia tələbi cavabdehə dəymiş zərərlə bağlı olduğundan qətnamələrin heç bir hüquqi əsası yoxdur.
24. Dəymiş zərərlə bağlı məhkəmələr saldo aktları və fotoşəkillərə laqeyd yanaşaraq düzgün hüquqi nəticəyə gəlməmişlər. Məhkəmə dəymiş ziyanın müəyyən edilməsi məqsədi ilə mülki işə əlavə edilmiş saldoya nəzər yet irməmişdir. Halbuki, diqqət edilsəydi, təbii qazdan istifadə etmədiyini və istifadə edilmiş qaza görə hər hansı məbləğ ödənilmədiyi görünərdi. Qeyd dilən halı məhkəmə öz qətnaməsində qeyd etməsinə baxmayaraq tərtib edilmiş aktları əsassız hesab etmişdir. Bundan əlavə təqdim edilmiş saldoya diqqət yetirsək açıq aydın olur ki aktlar tərtib edilən dövrdə heç bir qaz sərfiyyatı qeydə alınmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
25. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
26. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nə zərdə tutulmasın.
27. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
28. Maddə 1096.1 Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
29. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu
30. Maddə 8-1. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələ b etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir.
31. Maddə 11.6. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və ş əbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”
32. Bənd 1.3. Qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
33. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübu tları araşdırmalı və onlardan istifadə etməlidir.
34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
35. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
36. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
37. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
38. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
39. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
40. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
41. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsi n və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
42. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
43. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
44. Məhk əmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
45. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bil ər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
46. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər, apelyasiya şikayətinin dəlillərini təşkil edirdi və apellyasiya məhkəməsi həmin dəlillərə kifayət qədər ətraflı qiymət vermişdir. Apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Odur ki, apellyasiya instan siyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
47. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
48. Kassasiya şikayətinin dəlilləri mahiyyəti etibarilə, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır. Qeyd olunmalıdır ki, işin faktiki halları ilə bağlı dəlillər üzrə kassasiya icraatında araşdırma aparılmır, onlara qiymət verilmir. Çünki kassasiya icraatı yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət verilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
49. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüqu q normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
50. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-483/2025 nömrəli, 27 yanvar 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.