Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1487/2020 03.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim İbayev Vəfaddin Ələm oğlunun sədrliyi və məruzəsi, hakimlər Əsgərov Qürbət Ağa oğlu və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, Cumazadə Ceyhun Rizvan oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh vəkili Behbudov İlkin Adil oğlunun iştirakları ilə, Cavabdeh Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 avqust 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Cavabdeh Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 avqust 2019cu il tarixli qətnaməsindən kassasiya şikayət i verərək, qətnamənin ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. İşin halları: İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sumqayıt şəhər məhkəməsinin 30 aprel 2019-cu il tarixli qətnaməsi ilə (hakim P.Hacıyev, iş № 2(060)-2775/2019) İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair iddiası təmin edilmiş, Cavabdeh “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 04.10.2018-ci il tarixli, ******* saylı akta əsasən İddiaçı məxsus Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 18-ci məhəllə, 236/16 saylı fərdi yaşayış evinə hesablanmış 2764,80 manat cərimə borcunun silinməsi qət edilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 avqust 2019-cu il tarixl i qətnaməsi ilə (hakimlər E.Rəhimov (məruzəçi), G.Tağızadə, T.Quliyev, iş № 2(105)2932/2019) Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, iş üzrə üzrə Sumqayıt şəhər məhkəməsinin 30 aprel 2019-cu il tarixli, 2(060)- 2775/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 avqust 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş edir. Kassasiya şikayətinə qarşı verilmiş etiraz: Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdı r. Məhkəmə iclasında iştirak edənlərin izahatları: Cavabdeh vəkili Behbudov İlkin Adil oğlu izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 avqust 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş edir. Məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinin tələbinə müvafiq olaraq İddiaçı izahatı dinlənilməmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhk əməsi apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işi n faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apelyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, MH ******* saylı, 20 fevral 2007-ci il tarixli reyestrdən çıxarışdan görünür ki, Sumqayıt şəhəri, ünvan 1 ünvanında fərdi yaşayış evinin mülkiyyətçisi İddiaçıdur. Sumqayıt şəhəri, ünvan 1 ünvanında fərdi yaşayış evində yerləşən istehlakçı İddiaçı aid qaz sayğacına baxış keçirilmiş və qazdan istifadə qaydalarının pozulması barədə 04.10.2018-ci il tarixli, ******* saylı akt tərtib olunmuşdur. **********00000 saylı abonent saldosundan görünür ki, 2018-ci ilin oktyabr ayı üçün qazdan istifadə etməklə yaranmış sərfin məbləği 0 man at, qalıq və akta görə hesablanmış borc 2764,80 manat təşkil edir. Apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə maddi hüquq normalarının tətbiq edilməsi ilə əlaqədar aşağıdakıları qeyd etmişdir: “Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 №li qərarı ilə təsdiq olunmuş “Qazdan İstifadə Qaydaları”nın 4.7-ci bəndində göstərilmişdir ki, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Qaydaların 4.8-ci bəndinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sa yğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.” Cavabdeh kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi ona istinad etmişdir ki, “Şumqayıt şəhər Məhkəməsinin qətnaməsindən Cavabdeh İB tərəfindən verilmiş apellyasiya şikayətinin əsasını abonent İddiaçı tərəfindən qaz xəttinə qanunsuz qoşulma nəticəsində dəymiş ziyanın ödənilməsi təşkil etmişdir. İddiaçı isə iddia ərizəsində borcun ona qanunsuz hesablandığını bildirmişdir. Lakin, Apellyasiya instansiya Məhkəməsi abonent İddiaçı tərəfindən qaz xəttinə qanunsuz qoşulma nəticəsində tərtib olunmuş aktlara hüquqi qiymət verməmiş, ümumiyyətlə abonentə hesablanmış borc məbləğinin əsasını təşkil edən halları tam araşdırmamışdır.” Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini əsaslı hesab edir. Belə ki, Cavabdeh apelyasiya şikayətində qeyd etmişdir ki, “ünvan 1 ünvanına əməkdaşlarımız tərəfindən baxış keçirilmiş və əməkdaşlarımız tərəfindən yerində ******* saylı 04.10.2018ci il tarixli akt tərtib edilmiş və aktda qeyd olunmuşdur ki, “abonentin sayğacına baxış keçirən zaman qaz xətti abonentin həyətinin divarından içəri keçdiyi üçün Sumqayıt QİSnin əməkdaşlarına xəttə baxış keçirilməsinə tam şərait yaradılmaması” yazılmışdır. Abonentin mənzilinə baxış keçirərək istifadə olunan avadanlıqların siyahısını tutaraq akt tərtib edilmişdi. Dövlətə vurduğu ziyan müəyyən edilmiş və 04.10.2018-ci il tarixli aktla qaz işlədicilərindən PQ3-ün maksimal saatlıq qaz sərfi 0,8m3/saat, orta günlük iş rejimi 6 saat və hesabat müddəti 180 gün, QSQ-nin maksim al saatlıq qaz sərfi 1,5 m3/saat, orta günlük iş rejimi 8 saat və hesabat müddəti 180 gün, kombinin maksimal saatlıq qaz sərfi 2,6 m3/saat, orta günlük iş rejimi 18 saat və hesabat müddəti 180 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün 2764,80(iki min yeddi yüz altmış dörd manat 80qəp.)manat cərimə hesablanmışdır.” Apelyasiya instansiyası məhkəməsi apelyasiya şikayətinin həmin dəlillərini araşdırmamış və beləliklə də tərəfin əsaslandırılmış qərar almaq, yəni ədalətli məhkəmə baxışına olan hüququnu pozulmuşdur. Azərbaycan Respublikası tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında tərəfin əsaslandırılmış qərar almaq hüququnu ədalətli məhkəmə baxışına olan hüququnun tərkib hissəsi kimi qiymətləndirilmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı" iş üzrə 09 dekabr 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz... Ərizəçinin arqumentinin apellyasiya məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın deyil. Hər halda, həmin məhkəmə bu arqumenti rədd etsəydi, bunu öz qərarında əsaslandırmalı idi... Avropa Məhkəməsi “Kastravet Moldovaya qarşı” iş üzrə 13 mart 2007-ci il tarixli qərarında məhkəmələr tərəfindən hüquq tətbiqediciliyinə aid olan daha bir hüquqi mövqeyini ifadə edərək belə qənaətə gəlmişdir ki, müvafiq məsələləri həll edərkən ölkə məhkəmələri qanunvericiliyin müddəalarını təkrar etməklə kifayətlənərək onların bu işə tətbiqini izah etməmişlər və beləliklə, həmin qərarlar əsaslandırılmış və kifayətedici deyildir. Kassasiya şikayətinə baxılmasının nəticələri: Məhkəmə Kollegiyası hesab edir ki, mülki işə baxıldıqda hüquq normaları düzgün tətbiq olunmamış, qətnamənin ləğvi üçün əsas olan prosessual qanun pozuntularına yol verilmişdir. Kassasiya şikayətinin dəlilləri Sumqayıt Apelyasiya Məhkəməsini n Mülki Kollegiyasının 28 avqust 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq Məhkəmə Kollegiyası QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilsin. Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 avqust 2019-cu il tarixli qətnaməsi ləğv edilsin, iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1487/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-1487/2020
03.03.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver