Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1492/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: evə köçürülmə) 16.05.2023 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı, (məruzəçi) Həsənov Vüqar Təvəkgül oğlu və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı evə köçürülmə tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1243/2022 nömrəli, 24 noyabr 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə may 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydas ında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı ilə Cavabdeh1 04 noyabr 2008-ci ildə rəsmi nikaha daxil olmaqla ailə qurmuş, birgə nikahlarından 08 may 2010-cu il tarixdə X1, 26 iyun 2013-cü il tarixdə X3 və 11 may 2015-ci il tarixdə X2 anadan olmuşdur.
2. Göyçay Rayon Məhkəməsinin 2(046)-87/2020 saylı, 22 yanvar 2020-ci il tarixli qətnaməsi ilə aralarında bağlanmış nikah pozulmuş, azyaşlı uşaqların saxlanması üçün alimentin tutulması qət edilmişdir.
3. Göyçay şəhəri Ü.Hacıbəyov küçəsində yerləşən 37 saylı fərdi yaşayış evi Cavabdeh2 xüsusi mülkiyyətindədir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək üç azyaşlı uşaqları ilə birlikdə Göyçay şəhəri, Ü.Hacıbəyov küçəsi 27 ünvanında y erləşən fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, Hal-hazırda Bakı şəhərində yaşayır. 2008-ci ildə ünvan 1 ünvanda yerləşən iki mərtəbəli, on otaqdan və iki yüz kv.m. artıq yaşayış sahəsinə və üç min kv.m. torpaq sahəsinə malik olan yaşayış evinə gəlin köçərək orada 2020-ci ilin yanvar ayına kimi yaşamışdır. Bu günədək həmin evdə pasport qeydiyyatındadır. Azyaşlı uşaqları halhazırda onunla birlikdə Bakı şəhərində yaşayırlar, imkansızlıqdan və evsizlikdən təhsildən yayınmağa məhkumdurlar. Valideyinləri məcburi köçkündürlər. ünvan 2 ünvanda yerləşən həmin ev həyət evidir və şəxsi mülkiyyət hüququ əsasında keçmiş həyat yoldaşı Cavabdeh1 atası Cavabdeh 2 məxsusdur və keçmiş həyat yoldaşı Cavabdeh1 evin yeganə, tək övladıdır və yeganə varisdir. On il keçmiş qaynatası Cavabdeh2 direktor olduğu Z.Bünyadov adına Göyçay şəhəri, 3 saylı orta məktəbdə kimya müəllimi vəzifəsində çalışmış və maaş kartı heç zaman özümdə olmamışdır. On ildən çoxdur ki, onun bütün cehizləri, mebelləri və zinət əşyaları həmin evdədir.
6. Birinci instansiya məhkəməsində Cavabdeh2 iddianı qəbul etməyərək göstərmişdir ki, Göyçay şəhəri, Ü.Hacıbəyov küçəsi 27 ünvanında yerləşən fərdi yaşayış evini 1987-ci il tarixdə öz vəsaiti hesabına inşa etdirmiş, tikinti işləri 2006-cı ildə başa çatmışdır. xx.xx.2012-ci il tarixdə həmin evi dövlət reyestrində xüsusi mülkiyyətinə qeydə alınmışdır. Mülkiyyətində olan fərdi yaşayış evində cavabdehin köçürülməsinə etiraz edir.
7. Göyçay Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 2(046)-1675/2021 saylı, 15 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim İ.B.Fəttahov) iddia rədd edilmişdir.
8. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, İddiaçı Cavabdeh1 ilə 04 noyabr 2008-ci ailə həyatı quraraq mübahisəli fərdi yaşayış evinə gəlin köçərkən, Cavabdeh2 torpaq sahəsinə və həmin torpaq sahəsində inşa olunmuş fərdi yaşayış evinə gözlənilən mülkiyyət hüquq olmuşdur.
9. Məhkəmə hesab etmişdir ki, tərəflər arasında yaranmış mübahisəyə həmin vaxt qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin normaları tətbiq edilməlidir.
10. Belə ki, məhkəmə baxışı zamanı təqdim edilmiş sübutlardan görünür ki, İddiaçı mülkiyyətçi Cavabdeh2 qanunda nəzərdə tutulmuş ailə üzvləri dairəsinə daxil deyildir. Məlum ol muşdur ki, İddiaçı ilə mülkiyyətçi Cavabdeh2 arasında ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüququna dair notariat qaydasında təsdiqlənmiş yazılı razılaşma mövcud deyildir.
11. Məhkəmə hesab etmişdir ki, İddiaçı mülkiyyətçi Cavabdeh2 məxsus ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə uşaqları ilə birlikdə köçürülməsi barədə tələbi Cavabdeh2 mülkiyyət hüquqlarının məhdudlaşdırılması kimi qiymətləndirilməlidir.
12. Məhkəmə bu səbəbdən hesab etmişdir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə uşaqları ilə birlikdə köçürülməsi barədə tələbi təmin edilməməlidir.
13. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin (bundan sonra – Mülki Məcəllə) 152.1, 228.1, 228.2, “Azərbaycan Respublikası Mülki Məc əlləsinin 228.1 və 228.2-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 16 dekabr 2014-cü il tarixli Qərarı, Azərbaycan Respublikası Konstitusiyasının 29, 71 və Mülki Prosessual Məcəllənin (bundan sonra - MPM) 14.2, 77.1 və 88-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
14. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin qətnaməsi qanunsuz və əsassızdır. Cavabdehə məxsus fərdi yaşayış evinə köçmək onun üçün vacibdir, çünki başqa yaşayış yeri yoxdur, yaşayış vəziyyəti acınacaqlıdır. Atasının 2 otaqlı darısqal evində o, 2 uşağı, qardaşı və onun həyat yoldaşı, atası, anası və babası yaşayır, evdə yatmağa yer yoxdur. Belə ki, «mülkiyyətçinin razılığı» müddəası Mülki Məcəllənin 228.5-ci maddəsinə bütövlükdə deyil, həmin maddənin yalnız «digər ailə üzvlərinin (ərinin, arvadının) köçürülməsinə mülkiyyətçinin razılığı ilə yol verilir» müddəasına aiddir və mülkiyyətçinin özünün ailə üzvlərinə şamil olunmur. Sözügedən qərarda Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, «mülkiyyətçi ilə birgə yaşayan əri, arvadı, valideynləri və uşaqları onunla bərabər yaşayış sahəsindən istifadə hüququ onların mülkiyyətçinin icazəsi ilə yaşayış binasının tərkib hissəsinə köçərək orada daimi yaşamaqdan asılıdır. Bu mənada, nəzərə alınmalıdır ki, y aşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri ilə bağlı Mülki Məcəllənin 228.5-ci maddəsinə nisbətdə həmin Məcəllənin 228.1-ci maddəsi daha geniş xarakter daşıyır. Beləliklə, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilə ilə deyil, yalnız onunla etibarlı ailə əlaqələri əsasında yaranır. Həmçinin Mənzil Məcəlləsinin 30-cu maddəsində göstərilən şəxslərin yaşayış sahəsindən istifadə edə bilmələrinin hüquqi əsası yaşayış sahəsinin mülkiyyətçisi ilə bağlanan müqavilələr və onlara əsasən həyata keçirilən mülki hüquqi əməliyyatlar sayəsində əldə edilən hüquqlar deyil, məhz yaşayış sahəsinin mülkiyyətçisi olan ailə münasibətləri sayəsində yaranan hüququn həyata keçirilməsidir.
16. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(107)-1243/2022 nömrəli mülki iş üzrə 24 noyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər M.A.Əsədli (sədrlik edən və məruzəçi), Ə.T.Məcidov və A.A.Mahmudov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmış və hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəni həll edərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmış, maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilməmiş, nəticədə düzgün və əsaslı q ətnamə çıxarılmışdır.
18. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd etmişdir ki, mübahisəli ev özbaşına tikili deyil, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış ev olmuşdur, həmin evin yerləşdiyi torpaq sahəsi isə Cavabdeh2 mülkiyyətində olmuşdur. İddiaçı həmin evə köçərkən Cavabdeh2 həmin evə gözlənilən mülkiyyət hüququ olmuşdur. İş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən olunmuşdur ki, mübahisəli olan fərdi yaşayış evi hazırda da Cavabdeh2 mülkiyyətindədir. İddiaçı mübahisəli fərdi yaşayış evinin qanuni sahibi və mülkiyyətçisi olan Cavabdeh2 ailə üzvü olmadığına, onlar arasında hər hansı bir razılaşma bağlanmadığına görə onun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinə əsasən sözügedən evdən istifadə hüququ yaranm amışdır.
19. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
20. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
21. Kassasiya şikayəti əsaslandırılmışdır ki, 04 noyabr 2008-ci ildən ünvan 1 ünvanda qeydiyyatdadır və məhkəmədən xahişi ondan ibarətdir ki, qeydiyyatda olduğu evə köçürüls ün. Məhkəmə isə iddia tələbini təhrif edərək yaşayış sahəsindən istifadə hüququnun tanınmasına dair qanunvericilik aktlarına müraciət etmişdir. Onun belə tələbi yoxdur. Birinci instansiya məhkəməsi tələbə münasibət bildirməmiş, başqa tələblər üzrə qanunvericilik aktlarına müraciət etmişdir. Məhkəmə yalnız yaşayış sahəsindən istifadə hüququnun tanınması və ya kompensasiya ödənilməklə istifadə hüququna xitam verilməsi barədə iddia verdiyi halda həmin normaları tətbiq edə bilərdi, tələbi yalnız yaşayış yerinə köçməkdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə
23. Maddə 152.1. Mülkiyyətçı öz əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüquqlarını sərbəst həyata keçirir və bu hüquqlar dövlət tə rəfindən tanınır və qorunur.
24. Maddə 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxsləryaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın.
25. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquq mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. MPM
26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onl ardan istifadə etməlidir.
27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
28. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
29. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
30. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
31. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
32. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
33. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
34. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
35. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin a pellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
36. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
37. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır.
38. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
39. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və Məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri süb utlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
40. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
41. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1243/2022 n ömrəli, 24 noyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.