Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1493/2024 14.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti) ilkin, Cavabdeh1 qarşılıqlı iddia tələbləri barədə iş üzrə QƏRARİ Açar sözlər: əqdin etibarsızlığı, podrat müqaviləsi, müqavilə öhdəliklərinin icrası Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı müqavilənin etibarsız hesab edilməsi, pulun qaytarılması və mənəvi zərər tələbin ə dair ilkin; Cavabdeh1 vurulmuş ziyanın ödənilməsi tələbinə dair qarşılıqlı iddia tələbləri barədə mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-695/2023 nömrəli, 19 dekabr 2023-cü il tarixli qətnaməsindən İddiaçı və Cavabdeh1 tərəfindən ayrılıqda verilmiş kassasiya şikayətlərinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavabdeh1 (bundan sonra – birinci cavabdeh) ünvan 1 ünvanında yerləşən “Badi-Kubə” kiçik müəssisəsinin əmlakının mülkiyyətçisi olmuşdur.
2. Bakı Şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti başçısının 208 saylı, 03 noyabr 2016-cı il tarixli “yaşayış və qeyri-yaşayış binalarının layihələndirilməsi haqqında” sərəncamına əsasən Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun, Şamil Əzizbəyov, Salatın Əsg ərova və Mərdanov qardaşları küçələrinin kəsişməsindəki məhəllədə yerləşən torpaq sahəsi mövcud yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisinin layihələndirilməsi üçün icarə əsasında İddiaçı (bundan sonra – iddiaçı və ya MMC) istifadəsinə verilmişdir.
3. İddiaçı MMC ilə birinci cavabdeh əvəzinə Cavabdeh2 arasında (bundan sonra – ikinci cavabdeh) bağlanmış xx.xx.2018-ci il tarixli, 10 QYS nömrəli müqaviləyə əsasən, birinci cavabdeh öz mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 84,36 kv.m-dən ibarət qeyri-yaşayış sahəsini sökülmək üçün MMC-yə təhvil vermiş, iddiaçı müqavilə ilə şərtləndirilmiş müddətdə və qaydada “Tikinti şirkəti” tərəfindən həmin ərazidə yeni inşa ediləcək qeyri-yaşayış sahəsini qəbul etmişdir (1.1.1-ci bənd).
4. Müqaviləyə əsasən MMC ünvan 2 ünvanında ye rləşən birinci cavabdehin mülkiyyətində olan qeyri-yaşayış sahəsinin sökülməsini təmin edir və həmin ərazidə yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək, Səməd Vurğun küçəsində 3-cü blok, 1-ci mərtəbəsində, ümumi sahəsi 103,4 kv.m-dən ibarət təmirsiz qeyri-yaşayış sahəsini birinci cavabdehin mülkiyyətinə verir (1.1.2-ci bənd). MMC inşa edəcəyi çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisini başa çatdırana və birinci cavabdehi qeyri-yaşayış sahəsi ilə təmin edən günədək onun müvəqqəti fəaliyyəti təmin etmək məqsədi ilə sonuncuya aylıq 1300 manat məbləğində icarə haqqını 01 noyabr 2017-ci il tarixindən etibarən əvvəlcədən ilk ödəniş gününə istinad edilməklə üç ayda 1 dəfə ödəyir (1.2-ci bənd)
5. Tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tari xli, 10 QYS-A nömrəli əlavə müqaviləyə əsasən, təqdim edilmiş texniki pasportda və yerində qeyri-yaşayış sahəsinə baxış keçirən zaman, yuxarıda göstərilən qeyri-yaşayış sahəsinin arxasında, bitişik, başqa çıxış-girişi olmayan 14,0 kv.m qeyri-yaşayış sahənin də mövcud olduğu müəyyən edilir. Birinci cavabdehin istəyi və xahişi ilə əlavə aşkarlanmış sahənin hər kvadrat metrinin dəyəri 2857,0 manatdan hesablanması razılaşdırılır (14,0 kv.m x 2857 manat“ 40 000 manat). İdiaçı 40000 manat məbləğində pulu müqavilə bağlandığı anda birinci cavabdehə ödəməyi sonuncu da də öz növbəsində 14,0 kv.m qeyri-yaşayış sahənin sökülmək üçün İddiaçı MMC-yə təhvil verməyi öz öhdələrinə götürür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehlərə qarşı iddia ər izəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələr ilə məhkəməyə müraciət edərək, birinci cavabdeh ilə aralarında bağlanmış 10QYS-A saylı, xx.xx.2018-ci il tarixli müqaviləyə əlavənin etibarsız hesab edilməsi və əsassız yerə iddiaçı tərəfindən ödənilmiş 40000 manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada alınıb iddiaçıya qaytarılması, ikinci cavabdehdən vurduğu mənəvi ziyana görə 150000 manat məbləğində pulun alınıb iddiaçıya ödənilməsi, cavabdehlərin hərəkətlərində cinayət əlamətləri olduğu üçün barələrində xüsusi qərardad çıxarılıb, prokurorluğa göndərilməsini xahiş etmişdir.
7. İddiaçı işin yuxarıda qeyd olunan faktiki hallarından çıxış etməklə tələbini onunla əsaslandırmışdır ki, birinci cavabdeh qeyri-yaşayış sahəsi ilə bağlı “mülkiyyət hüququ haqqında” şəhadət namə təqdim etmiş və həmin şəhadətnamədə “Badi-Kubə” kiçik müəssisəsinin əmlakı qeyd edilsə də, şəhadətnamədə əmlakın sahəsi barədə heç bir məlumat yoxdur. Bu ilin əvvəllərində, müvafiq sənədlərə baxış keçirilərkən bəlli olmuşdur ki, birinci cavabdehin mülkiyyətində olan “Badi-Kubə” kiçik müəssisəsinin texniki pasportu iş materiallarında mövcud deyildir. Bununla bağlı birinci cavabdehə şifahi və yazılı şəkildə müraciətlər edilmiş, lakin qeyri-yaşayış sahəsinin texniki pasportunu təqdim etməkdən imtina etmişdir. Hətta Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət etsələr də, onlara verilən cavabda bildirilmişdir ki, yalnız əmlakın mülkiyyətçisinə müvafiq cavab veriləcəkdir. Aparılmış araşdırmalardan bəlli olmuşdur ki, birinci cavabdeh qonşuluqda yerləşən qohumu X1 mənsub qeyri-yaşayış sahəsi ni də özünə məxsus sahə kimi təqdim edərək, MMC-nin işçilərini aldatmış, külli miqdarda kompensasiya və əlavə sahə əldə etmişdir. Halbuki, müqaviləyə əlavə ilə 40000 manat məbləğində pul aldığı 14.0 kv.m qeyri-yaşayış sahəsi olmamış, həmin göstərilən sahə qohumu X1 məxsus olmaqla, dəyəri həmin şəxsə ayrıca ödənilmişdir. Bundan əlavə, əsas müqavilədə göstərdiyi sahə 84.36 kv.m olmamış, sahəsi daha az olmuşdur. Beləliklə, cavabdehlər iddiaçının aldatmaqla, tikinti şirkətinə külli miqdarda maddi ziyan vurmuşlar.
8. Birinci cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, MMC ilə aralarında bağlanmış 08 aprel 2018-ci il tarixli 10QYS saylı müqavilənin tələbinin tam yerinə yetirilməməsi nəticəsində cavabdehin ona vurduğu zərərin əvəzi olan 150.000 manat pulun cavabdehdən alınara q ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, MMC 08 aprel 2018-ci il tarixli 10QYS saylı müqavilə öhdəliyini tam yerinə yetirməmişdir. Belə ki, cavabdehin ona təhvil verdiyi qeyri-yaşayış sahəsinin ümumi sahəsi müqavilədə göstərilən ölçüyə uyğun deyil. O, bunu cavabdehin əməkdaşlarının iştirakı ilə ölçərək müəyyən etmişdir. Hazırda ona verilmiş sahə 93 kv.m-dir ki, bu da müqavilə üzrə cavabdehin öhdəsinə götürdüyü sahədən 10,4 kv.m azdır.
10. Birinci instansiya məhkəməsində icraat zamanı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir.
11. Məhkəməyə təqdim edilmiş "xxxx" MMC-ni n xx.xx.2021-ci il tarixli, ƏEM/F-21104/21 saylı rəyinə əsasən, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin 1 kv.mnin xx.xx.2021-ci il tarixinə bazar dəyəri 3500 manat təşkil edir.
12. Məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 10/5648 saylı, xx.xx.2022-ci il tarixli ekspert rəyinə əsasən, birinci cavabdeh ilə iddiaçı arasında bağlanmış 08 aprel 2018-ci il tarixli, 10QYS saylı müqaviləsi üzrə (müqavilədə 103,4 kv.m göstərilmiş) ünvan 3 ünvanında Cavabdeh1 istifadəsinə verilmiş qeyri-yaşayış sahəsinin faktiki ölçüsü 95,25 kv.m. təşkil edir. Qeyriyaşayış sahəsinin ayrı-ayrılıqda ölçülər rəyə əlavə olunmuş sxemdə göstərilmişdir.
13. Məhkəməyə təqdim edilmiş "Yeni dövr" Qiymətləndirmə Mərkəzinin xx.xx.2021ci il tarixli YD 067 saylı rəyində qeyd edilmişdir ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 103,0 kv.m olan qeyri-yaşayış sahəsinin 1 kv.m-nin qiyməti 10050 manat təşkil edir.
14. Məhkəməyə təqdim edilmiş "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli SN 34 saylı rəyində qeyd olunmuşdur ki, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin bazar dəyəri təmirsiz olaraq 1 kv.m üçün 4470 manat təşkil edir.
15. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(005)-42/2022 nömrəli, 14 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Aytən Novruzova) ilk iddia rədd edilmiş, qarşılıqlı iddia qismən təmin edilmiş, iddiaçıdan 36430,5 manatın tutularaq birinci cavabdehə ödənilməsi, qarşılıqlı iddia tələbinin qalan hissədə təmin olunmaması qət edilmişdir.
16. Birinci instansiya məhkəməsi gəldi yi nəticə ilə bağlı qeyd etmişdir ki, iddiaçı 14,0 kv.m qeyri-yaşayış sahəsinə dair 10QYS-A saylı, xx.xx.2018-ci il tarixli Əlavə bağlanarkən hər iki tərəf öz iradə ifadəsini göstərmiş, könüllü surətdə müqavilə bağlamağa razılıq vermişlər.
17. İddiaçının iddia ərizəsində göstərdiyi birinci cavabdehin qonşusu X1 məxsus qeyri-yaşayış sahəsini də özününkü kimi göstərməsi, əsas müqavilədə göstərdiyi sahənin 84.36 kv.m olmaması ilə bağlı məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Həmin dəlillər ilk iddianın təmin olunması üçün əsas yaratmır. Tərəflər arasında bağlanmış 10QYS-A saylı, xx.xx.2018-ci il tarixli əlavənin etibarsızlığı üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən ilk iddia tələbi müqavilənin etibarsızlığı hissəsində rədd edilməlidir.
18. Eyni zamanda, məhkəmə iddia ərizəsində “pulun qaytarılması və mənəvi zərərin ödənilməsi” hissəsinin törəmə tələb olduğunu və bu hissənin təmin-olunub olunmamasının bilavasitə əsas tələbin təmin olunub-olunmamasından asılı olduğunu nəzərə alaraq belə nəticəyə gəlmişdir ki, iddia tələbi “pulun qaytarılması və mənəvi zərər” hissəsində də təmin edilə bilməz.
19. Məhkəmə qarşılıqlı tələbi ilə bağlı qeyd etmişdir ki, 08 aprel 2018-ci il tarixli müqavilənin 1.1.2-ci bəndinin tələbinə görə tikinti şirkəti olan MMC ünvan 3 ünvanında yerləşən əmlak mülkiyyətçisinin mülkiyyətində olan qeyri-yaşayış sahəsinin sökülməsini təmin edir və həmin ərazidə yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək, Səməd Vurğun küçəsində 3-cü blok, 1-ci mərtəbədə ümumi sahəsi 103,4 kv.m-dən ibarət təmirsiz qeyri-yaşayış sahəs ini əmlak mülkiyyətçisinin mülkiyyətinə verir. Qeyd edilən müqavilənin 2.2.5-ci bəndinin tələbinə görə cavabdeh müqavilə şərtlərinə uyğun olaraq nəzərdə tutulmuş qeyri-yaşayış sahəsini Cavabdeh1 təhvil verməlidir. Lakin MMC tərəfindən müqavilə şərtləri pozularaq 95,25 kv.m-dən ibarət təmirsiz qeyri-yaşayış sahəsi verilmişdir. Bununla da iddiaçının 8,15 kv.m qeyri-yaşayış sahəsinə dair hüquqları pozulmuşdur. Bu hal işdə olan Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 10/5648 saylı, xx.xx.2022-ci il tarixli ekspert rəyi ilə də təsdiq edilir.
20. Beləliklə də, birinci cavabdehə müqavilə üzrə gözlədiyindən 8,15 kv.m az ölçüyə malik qeyri-yaşayış sahəsinin verilməsi nəticəsində o, iddiaçının vurduğu zərər nəticəsində müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlard an xeyli dərəcədə məhrum olmuşdur. 8,15 kv.m sahə kəmiyyət baxımından kifayət qədər böyük sahədir və nəticə etibarilə tərəflər arasında bağlanmış müqavilə üzrə 103,4 kv.m-dən ibarət təmirsiz qeyri-yaşayış sahəsinin verilməsi nəzərdə tutulduğu halda, faktiki sahəsi 95,25 kv.m təşkil edən qeyri-yaşayış yerinin verilməsi ümumi sahəyə malik olmalı olan mənzilin keyfiyyət göstəricilərinə də təsir edir. Buna görə də, iddiaçıdan birinci cavabdehə vurduğu zərərin əvəzi olaraq 36430,5 manat pul MMC-dən tutulmalıdır.
21. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 337, 331.1, 578.1, 385.1, 442, 443.1, 448.1-ci maddələrinə, Mülki Məcəllənin 460.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Ple numunun 14 iyul 2015-ci il tarixli qərarına, Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2021-ci il tarixli qərarına və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
22. İddiaçı və birinci cavabdeh ayrı-ayrılıqda qətnamədən apellyasiya şikayətləri vermişlər.
23. İddiaçı apellyasiya şikayətində qətnamənin ilkin iddianın təmin edilməməsi hissəsində ləğv edilməsini, həmin hissədə iddianın tam təmin edilməsi, qarşılıqlı iddia ilə bağlı qismən, qarşılıqlı iddianın təmin edilməsi hissəsində ləğv edilməsini, qarşılıqlı iddianın tam rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi ilə eyni məzmunlu apellyasiya şikayətində göstərilmişdir ki, məhkəmə işə baxarkən birinci cavabdehin özünə məxsus olduğunu iddia etdiyi 14.0 kv.m qeyri-yaşayış sahəsinin müvafiq sənədlərini tələb etməmiş, sadəcə olaraq göstərmişdir ki, tərəf öz iradə ifadəsini bildirdiyi üçün müqaviləyə əlavə etibarsız sayıla bilməz. Məhkəmə texniki pasportun təsdiqlənmiş surətini alıb iş materiallarına əlavə etməmiş və birinci cavabdehin qeyriyaşayış sahəsinin dəqiq sahəsini müəyyən etməmişdir. Məhkəmə MMC tərəfindən inşa edilmiş yaşayış kompleksi istismara təhvil verilmədiyi üçün istismar aktı tərtib olunmadığına görə, qeyri-qanuni qeyri-yaşayış sahəsi istifadə edən birinci cavabdehin tələb etmək hüququnun olmamasını nəzərə almamışdır.
24. Birinci cavabdeh apellyasiya şikayətində qətnamənin qarşılıqlı iddianın təmin olunmadığı hissədə ləğv edilməsini, qarşılıqlı iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində göstərilmişdir ki, məhkəmənin hesabladığı zərər məbləği öhdəliyini icra etməmiş MMC-nin ona vurduğu zərəri ödəmir. İş materiallarında qeyri-yaşayış sahəsinin bazar dəyərinə dair 3 fərqli qiymət mövcuddur. Məhkəmə zərəri hesablayarkən qiymətlər arasında orta qiymət olan 1 kv.m üçün 4470 manatı seçmiş, lakin bu nəticəsini əsaslandırmamışdır. Hesab edir ki, ona vurulmuş zərərin hesablanması ən pis halda 1 kv.m üçün 10050 manat əsas götürülməklə aparılmalı idi.
25. Məhkəmə icraatı gedişində təyin edilmiş Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli ekspert r əyində qeyd edilmişdir ki, ünvan 4 ünvanında yerləşən, təmirsiz qeyri-yaşayış sahəsinin 1 kv.m-nin hazırki orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 3207 manat təşkil edir.
26. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-695/2023 nömrəli, 19 dekabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – V.Sadıqov (sədrlik edən və məruzəçi), A.İsgəndərov və M.Rüstəmli) apellyasiya şikayətləri rədd, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qənaəti ilə razılaşaraq qeyd etmişdir ki, mübahisələndirilən əqdin bağlanması zamanı qanunvericiliyin tələblərinin pozulması halı müəyyən edilməmiş, etibarsızlıq şərtlərinin mövcudluğu aşkarla nmamışdır. Məhkəmə haqlı olaraq göstərmişdir ki, qeyd edilən müqavilənin etibarlılığını şübhə altına alan belə bir hal müəyyən edilməmişdir. Əksinə, işin həqiqi halları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, mübahisə predmeti olan daşınmaz əmlaka dair əqd bağlanarkən tərəflər səlahiyyətli, o cümlədən fəaliyyət qabiliyyətli olmuş, onların iradə ifadəsi və onun bildirilməsinin vahidliyi mövcud olmuş, əqdin forma və məzmunu qanunvericiliyin tələblərinə müvafiq olmuşdur. Buna görə də qeyd edilən müqavilələrin etibarsız hesab edilməsi üçün əsaslar yoxdur.
28. Məhkəmə, həmçinin hesab etmişdir ki, iddiaçı tərəfindən bir illik kəsici müddət ötürülmüşdür. İddiaçının bildirdiyi hal, yəni Əlavənin aldatma nəticəsində bağlanması iradənin zədələnməsi ilə bağlanan əqd olmaqla təsnifatına görə müba hisə edilən əqdlər kateqoriyasına aiddir. Belə əqdlər üçün isə qanunvericilik 1 illik mübahisələndirmə müddəti müəyyən etmişdir.
29. Məhkəmə qeyd etmişdir ki, "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli SN 34 saylı rəyi ilə mübahisəli qeyri-yaşayış sahəsinin bazar dəyərinin təmirsiz olaraq 1 kv.m üçün 4470 manat təşkil etməsini birinci cavabdeh apellyasiya şikayətində mübahisələndirmişdir.
30. Bununla bağlı məhkəmə vurğulamışdır ki, birinci instansiya məhkəməsi tərəfindən əsas götürülmüş qiymətləndirmə rəyi ilə müəyyən edilmiş məbləğ (qeyri-yaşayış sahəsinin bazar dəyəri təmirsiz olaraq 1 kv.m üçün 4470 manat) apelyasiya icraatı zamanı təqdim edilmiş ekspert rəyində müəyyən edilmiş məbləğdən (qeyri-yaşayış sahəsinin 1 kv.m-nin hazırkı orta bazar dəyəri təqribən 3207,0 manat) daha yüksəkdir. Bu na görə birinci cavabdehin apellyasiya şikayətinin məbləğin aşağı olması ilə bağlı dəlilləri əsassızdır, məhkəmənin qənaəti qanuni və əsaslı olmuşdur. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətlərinin dəlilləri
31. İddiaçı (vəkili X2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən, iddiaçının iddia tələbinin təmin edilməməsi hissəsində ləğv edilməsini, işin yeni baxışa göndərilməsini xahiş etmişdir.
32. Şikayət belə əsaslandırılmışdır ki, apelyasiya instansiya məhkəməsi məbləği azaltmaq əvəzinə birinci instansiya məhkəməsinin qətnaməsini qüvvədə saxlamaqla iddiaçıya əlavə olaraq 10293 manat məbləğdə maddi ziyan vurulmasına səbəb olmuşdur. Məhkəmə işə baxarkən xx.xx.2018-ci il tarixli əlavədə göstərilən ünvan 2 ünvanın da yerləşən 14.0 kv.m qeyri-yaşayış sahəsinin birinci cavabdehə məxsus olmamasını, həmin sahənin cavabdehin mülkiyyətində olmamasını, əmlak üzərində cavabdehin mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmamasını nəzərə almamışdır. Belə ki, cavabdehin hansısa ölçüdə qeyri-yaşayış sahəsi daşınmaz əmlakın dövlət reyestrində hər hansı bir hüquqla onun adına qeydiyyatdan keçməmişdir. Belə ki, həmin qeyri-yaşayış sahəsinə dair birinci cavabdehin adına heç bir çıxarış yoxdur. Məhkəmə, işə baxarkən 14.0 kv.m qeyri-yaşayış sahəsinə dair cavabdehin adına çıxarışın olmadığını və sair halları nəzərə almayaraq mübahisələndirilən əqdin bağlanması zamanı qanunvericiliyin tələblərinin pozulması halının müəyyən edilmədiyi, etibarsızlıq şərtlərinin mövcudluğunun aşkarlanmadığı qənaətinə gəlmişdir. Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 10/5648 saylı, xx.xx.2022-ci il tarixli ekspert rəyində mübahisəli qeyri-yaşayış sahəsinin faktiki sahəsi düzgün hesablanmamış, təkrar məhkəmə mühəndis-texniki ekspertizası təyin edilməmşdir. Həmin məsələ ilə bağlı iddiaçının da tərəf olduğu tamamilə oxşar məhkəmə mübahisəsi vardır və qeyd olunan işdə məhkəmə tərəfindən təkrar məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmişdir. Belə ki, məhkəmə qeyd olunan qərardadın qəbul edilməsinə səbəb kimi tərəflər arasındakı müqavilədə ölçü barədə konkret müddəanın olmadığını əsas gətirərək faktiki ölçünün çöl divarlarının ortasından hesablanmalı olduğunu göstərmiş və bu barədə kifayət qədər məhkəmə təcrübəsinin olduğunu iddiaçının nümayəndəsinə bildirmişdir. Hazırki işdə “iddiaçının apellyasiya şikayətind ə də birinci cavabdehin istifadəsində olan qeyri-yaşayış sahəsinin məhkəmə tərəfindən dəqiq sahəsinin müəyyən edilməməsi xüsusi qeyd edilmişdir. Lakin, buna baxmayaraq məhkəmə tərəfindən həmin məsələlərin müəyyən edilməsi üçün ekspertiza təyin edilməmişdir.
33. Birinci cavabdeh (vəkili Vəkil1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin birinci cavabdehin apellyasiya şikayətinin təmin olunmaması və qarşılıqlı iddia ərizəsinə münasibətdə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması hissəsində qismən ləğv edərək, qarşılıqlı iddianın tam təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
34. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmənin hesabladığı zərər məbləği öhdəliyini icra etməmiş MMC-nin birinci cavabdehə vurdu ğu zərəri tam ödəmir. Başqa sözlə, məhkəmə borclunun kreditora vurduğu zərərin, yəni, kreditorun məhrum olduğu əmlakının real bazar dəyəri olan zərərin tam əvəzinin ödənilməsini təmin etməmişdir. İş materiallarında ünvan 1 ünvanında yerləşən 1 kv.m. təmirsiz qeyri-yaşayış sahəsinin bazar dəyərinə dair olan qiymətləndirmə üzrə olan fərqli qiymətlər mövcuddur. Məhkəmə vurulmuş zərəri hesablayarkən bu qiymətlər arasından orta qiymət olan 1 kv.m üçün 4.470 manatı seçmiş, lakin bu nəticəsini (seçimini) əsaslandırmamışdır. Vurulmuş zərərin hesablanması ən pis halda 1 kv.m üçün 10.050 manat qiyməti ilə edilməli idi. b) Kassasiya şikayətlərinə qarşı etirazların dəlilləri
35. Kassasiya şikayətlərinə qarşı etirazlar daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə
36. Maddə 21.2. Zərər dedikdə, h üququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
37. Maddə
324. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və xitamına yönəlmiş birtərəfli, iki tərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. (1, 2 və 5-ci bəndlər).
38. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsı z əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
39. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.
40. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
41. Maddə 339.1. Hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahis ələndirilə bilər.
42. Maddə 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin.
43. Maddə 339.3. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Mülki Prosessual Məcəllə
44. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
45. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
46. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. 4
7. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
48. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
49. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materialların da olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
50. Hazırkı icraat üzrə apellyasiya instansiyası məhkəməsinin aktı iddiaçının və birinci cavabdehin kasasiya şikayətləri əsasında tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
51. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiy a instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
52. Kassasiya şikayətlərinin dəlilləri əsasən apellyasiya şikayətlərinin dəlilləri ilə eynidir və Məhkəmə kollegiyası maddi və prosessual hüquq normalarının tətbiqinə dair apellyasiya instansiyası məhkəməsinin əsaslandırılması ilə razılaşır. Apellyasiya instansiyası məhkəməsi həmin dəlillərə əsaslandırılmış qiymət verilmişdir.
53. İddiaçı tərəfindən birinci cavabdehə verilmiş sahənin ölçüsünün hesablanması ilə bağlı məhkəmələrin mövqeyi qanuni və son dövrlər oxşar mübahisələr üzrə formalaşmış məhkəmə təcrübəsinə uyğundur.
54. Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli ekspert rəyini mübahisələndirməmiş və təkrar ekspertiza keçirilməsi barədə vəsatət verməmişdir.
55. Kassasiya şikayətlərinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.
56. Qeyd olunanları nəzərə alaraq, Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayətləri təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
57. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı Kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-695/2023 nömrəli, 19 dekabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi anda