Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1494/2024 15.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh X7 qarşı iş üzrə QƏRARİ Açar sözlər: mənzildən istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı cavabdeh X7 qarşı “yaşayış binasının tərkib hissəsindən istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-1706/2023 nömrəli, 19 dekabr 2023-cü il tarixli qətnaməsindən İddiaçı hüquqi varisi X9 tərəf indən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Astara rayonu, Ərçivan qəsəbəsində yerləşən 0.07 hektar torpaq sahəsi və 115.5 kvadrat metr fərdi yaşayış evi İddiaçı xüsusi mülkiyyətindədir.
2. Astara rayon Məhkəməsinin 06 iyul 2021-ci il tarixli, 2(018)- 759/2021-ci il tarixli qətnaməsi ilə X10, uşaqları 14 aprel 2012-ci il təvəllüdlü X15 və 03 avqust 2013-cü il təvəllüdlü X16 ilə birlikdə Hüquqların Dövlət Qeydiyyatı haqqında DƏDRX-dən reyestr nömrəsi **********49-10301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 21 iyun 2021-ci il olan çıxarışında qeyd edilən, Astara rayonu, Ərçivan qəsəbəsində 0.07 hektar torpaq sahəsində yerləşən, ümumi sahəsi 115,5 kvadrat metr İddiaçı xüsusi mülkiyyətində olan fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir.
3. İddiaçı cavabdeh X5 14 aprel 2012-ci il təvəllüdlü X15 və 03 avqust 2013-cü il təvəllüdlü X16 ilə birlikdə mülkiyyətində olan Astara rayonu Ərçivan qəsəbəsində 0,07 hektar torpaq sahəsində yerləşən, ümumi sahəsi 115,5 kv metr olan fərdi yaşayış evindən 3000 (üç min) manat kompensasiya ödənilməklə istifadə hüququna xitam verilməsi barədə tələb üzrə iddianın təmin edilməsinə dair Astara Rayon Məhkəməsinin 27 aprel 2022-ci il tarixli 2(018)-364/2022 saylı qətnaməsi cavabdeh X10 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 avqust 2022ci il tarixli 2(106)- 1689/2022 saylı qətnaməsi ilə ləğv edilmiş və iddia rədd edilmişdir.İşə apellyasiya məhkəməsində baxılarkən məhkəmə kollegiy ası iddiaçıya 4000 (dörd min) manat kompensasiya verməsi təklif edilmiş, iddiaçı razılaşmamışdır.Həmin qətnamədə Astara rayon İHB-nin Ərçivan qəsəbə İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş atrayışa istinad edilməklə qəsəbədə orta aylıq kirayə haqqının 60(altmış) manat miqdarında olduğu qeyd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(102)143/2023 saylı qərarı ilə İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş və Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 avqust 2022-ci il tarixli 2(106)1689/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdeh X7 qarşı iddia ərizəsi və iddianın predmetinin həcminin artırılmasına dair ərizə il ə məhkəməyə müraciət edərək, cavabdeh X10 mülkiyyətində olan Ərçivan qəsəbəsində 0,07 hektar torpaaq sahəsində yerləşən, ümumi sahəsi 115,5 kvadrat metr olan fərdi yaşayış evindən 4000 (dörd min) manat kompensasiya ödənilməklə istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, oğlu X12 və X10 02 dekabr 2013-cü il tarixdə evləndikdən sonra onun mülkiyyətində olan Astara rayonu, Ərçivan qəsəbəsində yerləşən fərdi yaşayış evində 2021-ci ilin əvvəlinədək yaşamışlar. Bu müddətdə onların 14 aprel 2012-ci il təvəllüdlü X15 və 3 avqust 2013-cü il təvəllüdlü X16 adlı iki uşaqları anadan olmuşdur. Birgə yaşadıqları dövrdə cavabdeh ona mütəmadi olaraq hörmətsizlik etmişdir. Cavabdeh 2021- ci ilin fevral ayında evdə n çıxıb getmişdir. Fərdi yaşayış evi 21 iyun 2021-ci il tarixdən onun mülkiyyətindədir. Cavabdeh onunla fərdi yaşayış evindən istifadəsinə dair hər hansı bir müqavilə bağlamamışdır. Buna baxmayaraq, Astara Rayon Məhkəməsinin 06 iyul 2021-ci il tarixli 2(018)-759/2021 saylı qətnaməsi ilə cavabdehin “yaşayış sahəsinə köçürmə və yaşayış sahəsindən istifadə qaydasının müəyyən edilməsi” tələbi qismən təmin edilmiş, X10, uşaqları - 14 aprel 2012-ci il təvəllüdlü X15 və 03 avqust 2013-cü il təvəllüdlü X16 ilə birlikdə Astara rayonu Ərçivan qəsəbəsində 0.07 hektar torpaq sahəsində yerləşən, ümumi sahəsi 115,5 kvadtar metr İddiaçı xüsusi mülkiyyətində olan fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir. Cavabdehin həmin evdə onunla birlikdə yaşaması qeyri-mümkündür. Astara rayonu Ərçivan qəsəbəsi ndə orta aylıq mənzil kirayə haqqın 60 (altmış) manat məbləğ təşkil edir.
6. Məhkəmə baxışı iclasında iştirak edən cavabdeh iddia tələbini qəbul etmərək izahatında bildirmişdir ki, Astara rayon Məhkəməsinin 06 iyul 2021-ci il tarixli, 2(018)759/2021 saylı qətnaməsi ilə onun uşaqları 14 aprel 2012- ci il təvəllüdlü X15 və 3 avqust 2013-cü il təvəllüdlü X16 ilə birlikdə Astara rayonu, Ərçivan qəsəbəsində 0.07 hektar torpaq sahəsində yerləşən, ümumi sahəsi 115,5 kvadtar metr İddiaçı xüsusi mülkiyyətində olan fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir. Onun başqa yerdə yaşamağa imkanı yoxdur. Odur ki, o, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
7. Astara Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 17 iyul 2023-cü il tarixli 2(01 8)-608/2023 saylı qətnaməsi ilə (hakim Mübariz Məmmədov) iddia tələbi təmin edilərək, cavabdeh X5 İddiaçı xüsusi mülkiyyətində olan Astara rayonu, Ərçivan qəsəbəsində 0,07 hektar torpaq sahəsində yerləşən, ümumi sahəsi 115,5 kvadratmetr ümumi sahədən ibarət fərdi yaşayış evinə istifadə hüququna 4000 (dörd min) manat kompensasiya verilməklə, xitam verilməsi və İddiaçı tərəfindən ödənilmiş 55 (əlli beş) manat məbləğində olan dövlət rüsumu və mediasiyaya dair xərcinə görə 25 (iyirmi beş) manat məbləğində pulun cavabdeh X4 alınaraq İddiaçı verilməsi qət edilmişdir.
8. Məhkəmə hesab etmişdir ki, tərəflərin izahatlarına və iş materiallarına əsasən müəyyən olunmuşdur ki, iddiaçının oğlu olan X12 cavabdeh X10 ilə 02 dekabr 2013-cü il tarixdə evlənmişlər. Evləndikdən sonra iddiaçının mülkiyyətində olan Astara rayonu, Ərçivan qəsəbəsində yerləşən fərdi yaşayış evində 2021-ci ilin əvvəlinədək yaşamışlar. Bu müddətdə onların 14 aprel 2012-ci il təvəllüdlü X15 və 03 avqust 2013-cü il təvəllüdlü X16 adlı iki uşaqları anadan olmuşdur. 06 iyul 2021-ci il tarixli, 2(018)-759/2021 saylı qətnaməsi ilə X10, uşaqları, 14 aprel 2012-ci il təvəllüdlü X15 və 03 avqust 2013-cü il təvəllüdlü X16 ilə birlikdə Hüquqların Dövlət Qeydiyyatı haqqında DƏDR-dən reyestr nömrəsi **********49-10301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 21 iyun 2021-ci il olan çıxarışında qeyd edilən, Astara rayonu, Ərçivan qəsəbəsində 0.07 hektar torpaq sahəsində yerləşən, ümumi sahəsi 115,5 kvadtar metr İddiaçı xüsusi mülkiyyətində olan fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir. Azərbaycan Respublikası ƏMDK ya nında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı haqqında DƏDR-dən 21 iyun 2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışına əsasən Astara rayonu, Ərçivan qəsəbəsində yerləşən 0.07 hektar torpaq sahəsi və 115.5 kvadrat metr fərdi yaşayış evi İddiaçı xüsusi mülkiyyətinə verilmişdir. Cavabdeh isə iddiaçı ilə onun fərdi yaşayış evindən istifadəsinə dair hər hansı bir müqavilə bağlamamışdır. Həmçinin kompensasiya verilməklə yaşayış sahəsindən istifadə hüququna xitam barədə tələbi evin mülkiyyətçisi İddiaçı vermişdir. Hazırda iddiaçı cavabdehin 4000 (dörd min) manat kompensasiya müqabilində evdən istifadə hüququna xitam verilməsini tələb etməkdə haqlıdır.
9. Məhkəmə hesab etmişdir ki, iddiaçının cavabdehə mübahisəli evdəki istifadə hüququna xitam verilməsi üçün təklif edilən 400 0 (dörd min) manat məbləğdə kompensasiya ağlabatan olmaqla, onun mənafeyinə uyğundur. Cavabdeh X5 yaşayış sahəsindən istifadə etmək hüququna 4000 (dörd min) manat pul verməklə, onun istifadə hüququna xitam verilməsi elə bir əvəzləşdirmədir ki, cavabdeh iddiaçının verdiyi kompensasiya hesabına əvvəlki mənzilə xas olmuş şəraitə oxşar mənzildə müəyyən müddət ərzində yaşaya bilər.
10. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 29-cu maddəsinə, 71-ci maddəsinin İ hissəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146, 152.1, 228.2-ci maddələrinə, R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməs indəki icraat
11. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdilər.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işin faktiki halları ilə iddia tələbi ziddiyyət təşkil edir. Məhkəmə tərəfindən işin faktiki halları tam, hərtərəfli araşdırılmadan, sübutlarla təsdiq edilmədən, hüquqi əsası olmadan qətnamə qəbul edilmişdir. Məhkəmənin qətnamədə müəyyən etdiyi hallar işin həqiqi halını təsdiq etmir. Belə ki, qətnamədə qeyd olunduğu kimi Astara Rayon Məhkəməsinin 06 iyul 2021-ci il tarixli 2(018)-759/2021 saylı qətnaməsi ilə onun uşaqları - 14 aprel 2012-ci il təvəllüdlü X15 və 3 avqust 2013-cü il təvəllüdlü X16 ilə birlikdə Hüquqların Dövlət Qeydiyyatı haqqında DƏDRX-dən reyes tr nömrəsi **********49-10301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 21 iyun 2021-ci il olan çıxarışında qeyd edilən, Astara rayonu Ərçivan qəsəbəsində 0.07 hektar torpaq sahəsində yerləşən ümumi sahəsi 115,5 kv.m İddiaçı xüsusi mülkiyyətində olan fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir. Onun başqa yerdə yaşamağa imkanı yoxdur. Təyin edilən kompensasiya isə çox az miqdardadır. İddiaçının məqsədi onu və uşaqlarını incitmək, onlara əzab verməkdir. Məhkəmə onun fərdi yaşayış evindən istifadə hüququna xitam verdiyi qənaətinə gəldiyi zaman onun və uşaqlarının harada yaşayacaqlarını nəzərə almamışdır. Onların adı çəkilən yaşayış evində yaşamaq hüquqları vardır. Bu halın məhkəmə tərəfindən araşdırılmasının məhkəmənin diqqətinə çatdırılmasına baxmayaraq məhkəmə tərəfindən nəzərə al ınmamışdır.
13. İddiaçı tərəfindən məhkəməyə göndərilmiş apellyasiya şikayətinə etiraz onunla əsaslandırılmışdır ki, mübahisəli fərdi yaşayış evinin bazar dəyəri 31000 manat məbləğ təşkil edir. İş materiallarına əlavə edilmiş arayışdan da müəyyən edilir ki, Astara rayonu Ərçivan qəsəbəsində aylıq kirayə haqqı 60 manat miqdarındadır Aylıq 60 manat məbləğində pulu 4 il ərzində hesabladıqda 2880 manat təşkil edir. Hazırda isə cavabdehə 4000 manat məbləğində kompensasiya təklif edilir. Bu da cavabdehin davamlı olaraq uzun müddət başqa yerdə yaşamasına yetəcək məbləğdir. Cavabdeh hər ay iki uşağa görə 240 manat məbləğində aliment alır. Mübahisəli fərdi yaşayış evi resmi dövlət qeydiyyatına alınmış, sonradan daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Həmin fərdi yaşayış evi iddiaç ının mülkiyyətindədir və cavabdehin oradan istifadə etməsi onun mülkiyyət hüquqlarının pozur. Cavabdeh iddiaçının ailə üzvü deyil və onların bir evdə yaşaması gələcəkdə bədbəxt hadisələrin törədilməsi ilə nəticələnə bilər. Kompensasiyanın təklif edilməsi isə iddiaçının hüququdur və onun təşəbbüsü ilə mümkündür. Təklif edilən kompensasiya məbləği ağlabatandır.
14. Cavabdeh məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat vermiş əlavə olaraq bildirmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən təyin edilən 4000 manat kompensasiya məbləği ilə razı deyildir. Həmin məbləğin 6000 manat olduğu təqdirdə, iddianın təmin edilməsinə etirazı yoxdur. Belə ki, hazırda Masallı rayonu Ərçivan qəsəbəsində yerləşən mübahisəli evdə yaşayır. Qəsəbədə 2 otaqlı fərdi yaşay ış evinin kirayəsi təqribən 60-70 manat məbləğ civarındadır. Birgə nikahdan iki uşaqları doğulmuş və onların hər ikisi xəstədir. Özü heç bir yerdə işləmir və qış aylarında evin kommunal xərcləri 120-130 manat məbləğ təşkil edir. Kommunal xərcləri ancaq qohumlarının və valideynlərinin köməkliyi ilə ödəyir. Uşaqların saxlanması üçün müəyyən edilmiş aliment də qəsdən vaxtında ödənilmir və kompensasiya məbləği yalnız 6000 manat olduqda onunla razılaşar.
15. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(106)-1706/2023 nömrəli, 19 dekabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – Pərviz Əhmədov (sədrlik edən və məruzəçi), Tale Kərimov və Cahid İmanov) apellyasiya şikayəti təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamənin qəbul edilməsi və iddia tələbinin təmin edilməməsi qət edilmişdir.
16. Apellyasiya instansiya məhkəməsi mövqeyini əsaslandırarkən qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin tam hüquqlu məhkəmə olaraq tam və hərtərəfli araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçı tərəfindən təklif edilən 4000 manat məbləğində kompensasiya ağlabatan məbləğ deyildir. Kollegiya 4000 manat kompensasiya məbləğini cavabdehin mənafeyinə uyğun hesab etməməklə, həmin kompensasiya hesabına cavabdehin əvvəlki mənzilə xas olmuş şəraitə oxşar mənzildə müəyyən müddət ərzində yaşamasını məqsədəuyğun hesab etmir. Qeyd edilən hal isə iddianın təmin edilməməsi üçün əsasdır. İddiaçı məhkəmə iclasında iştirak etmədiyindən, onun təklif edilən məbləğin artırıl ıb-artırılmaması barədə fikrini aydınlaşdırmaq da mümkün deyildir. Belə ki, MPM-in 218-ci maddəsinin tələblərinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Habelə məhkəmə iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirməlidir. Bunun üçün işin konkret halları və həmin halları təsdiq edən, işin həlli üçün əhəmiyyətə malik olan sübutlar müəyyən olunmalıdır. Eyni zamanda, məhkəmə qətnamə çıxararkən iddia tələblərindən kənara çı xmamalı və iddiaçının dispozitiv hüququnu pozmamalıdır. Beləcə, məhkəmə bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianın təmini zamanı mülkiyyətçinin həmin məbləğin ödənilməsi barədə razılığını nəzərə almalı, mülkiyyətçi isə öz növbəsində məhkəmə tərəfindən müəyyən edilmiş bazar qiymətinə uyğun kompensasiya məbləği ilə razılaşa da bilər, razılaşmaya da bilər. Yəni, belə halda, mülkiyyətçinin razılığının nəzərə alınmaması dispozitiv prinsipinə ziddir. Kollegiya, həmçinin qeyd edir ki, iddiaçı kompensasiya məbləğini 5000 manat miqdarında artıraraq hazırkı iddia tələbi ilə yenidən məhkəməyə müraciət edə bilər və həmin məbləğdə kompensasiya ağlabatan hesab edilə bilər. Belə ki, diqqətə çatdırılmalıdır ki, İddiaçı cavabdeh X5 14 ap rel 2012-ci il təvəllüdlü X15 və 03 avqust 2013-cü il təvəllüdlü X16 ilə birlikdə mülkiyyətində olan Astara rayonu Ərçivan qəsəbəsində 0,07 hektar torpaq sahəsində yerləşən, ümumi sahəsi 115,5 kv metr olan fərdi yaşayış evindən 3000 (üç min) manat kompensasiya ödənilməklə istifadə hüququna xitam verilməsi barədə tələb üzrə iddianın təmin edilməsinə dair Astara Rayon Məhkəməsinin 27 aprel 2022-ci il tarixli 2(018)-364/2022 saylı qətnaməsi cavabdeh X10 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 avqust 2022-ci il tarixli 2(106)-1689/2022 saylı qətnaməsi ilə ləğv edilmiş və iddia rədd edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(102)-143/2023 saylı qərarı ilə İddiaçı tərəfindən verilmiş kassasiya şik ayəti təmin edilməmiş və Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 avqust 2022-ci il tarixli 2(106)-1689/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, iddiaçı fərdi yaşayış evindən 3000 (üç min) manat kompensasiya ödənilməklə istifadə hüququna xitam verilməsi barədə tələb üzrə əvvəllər məhkəməyə müraciət etmiş, lakin həmin iddia təmin edilmədikdə yenidən 4000 (dörd min) manat məbləğdə kompensasiya ödənilməklə istifadə hüququna xitam verilməsini xahiş etmişdir. İddiaçı əvvəlki iddiaya yalnız 1000 (min) manat məbləğ əlavə etsə də, həmin məbləğin cavabdehin əvvəlki mənzilə xas olmuş şəraitə oxşar mənzildə müəyyən müddət ərzində yaşamasının ağlabatanlığı və məqsədəuyğunluğu haqqında hər hansı sübut təqdim etməmişdir. Habelə bu hazırkı mülki işin faktiki hal ları ilə də təsdiq edilmir.
17. Məhkəmə koollegiyası birinci insitansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmamış və qeyd etmişdir ki, mübahisəli evdə iddiaçının mülkiyyət, cavabdehin isə istifadə hüquqları vardır. Cavabdehin yaşadığı evin şəraitinə uyğun bir şəraitli evdə yaşaması üçün cavabdehin deməsinə görə 6000 manat kompensasiya tələb olunur. İddiaçı isə yalnız 4000 manat məbləğdə kompensasiya ödəməyə razıdır. Habelə cavabdehin (uşaqları ilə birlikdə) istifadəsində digər yaşayış sahəsi yoxdur və iddiaçının təklif etdiyi 4000 manat kompensasiya məbləği isə ona davamlı surətdə və müəyyən müddət daxilində mübahisəli yaşayış sahəsinə oxşar digər yaşayış sahəsində yaşamasına imkan vermir.
18. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 29-cu maddəsinə, 71-ci maddəsinin İ hissəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146, 152.1, 228.2-ci maddələrinə, “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 31 mart 2006-cı il tarixli Qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli Qərarına, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 iyul 2016-cı il tarixli qərarın istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
19. İddiaçı hüquqi varisi X9 (Vəkil) qətnamədən kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, işin yenidən apellyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
20. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarından görünür ki, iddiaçının oğlu X12 cavabdeh X10 ilə 02 dekabr 2013-cü il tarixdə evlənmişlər. Evləndikdən sonra onun mülkiyyətində olan Astara rayonu, Ərçivan qəsəbəsində yerləşən fərdi yaşayış evinə köçmüşlər. Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən30.4. əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. İş materiallarından açıqaydın görünür ki, X10 mübahisəli fərdi yaşayış evinə 2013-cü ildə gəlin gəlmişdir. Belə olan halda apellyasiya instansiya məhkəməsi maddi hüquq normalarının tətbiqində səhvə yol vermiş, Mənzil Məcəlləsinin 30.4. maddəsinin müddəlarını tətbiq etmək əvəzinə Mülki Məcəllənin 228.5-ci maddəsini tətbiq edərək iş üzrə düzgün olmayan hüquqi nəticəyə gəlmişdir. Bundan əlavə iş materiallarından görünür ki, X10 Astararayonu, Ərçivan qəsəbəsi 0,07 hektar torpaq sahəsində yerləşən, ümumi sahəsi 115,5 kv.metr ümumi sahədən ibarət fərdi yaşayış evində qeydiyyatda deyil.
21. İş materiallarından görünür ki, cavabdeh X10 iddiaçı ilə onun fərdi yaşayış evindən istifadəsinə dair hər hansı müqavilə bağlamamışdır. Mülki işə əlavə edilmiş “Daşınmaz əmlakın real bazar münasibətlərinə uyğun dəyərinin müəyyənləşdirilməsinə dair” arayışdan görünür ki, Astara rayonu, Ərçivan qəsəbəsində yerləşən MəmmədovSəxavət Məhərrəm oğlunun xüsusi mülkiyyətinə verilmiş 0.07 hektar torpaq sahəsi və 115.5 kvadrat metr fərdi yaşayış evinin bazar dəyəri 31.000 ( otuz birmin) manat məbləğində təşkil edir. Mülki işə əlavə edilmiş Astara rayon İHB-nın Ərçivan qəsəbə İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Ərçivan qəsəbəsində orta aylıq kirayə haqqı 60 ( altmış) manat miqdarındadır. 60 manat x 12 ay= 720 AZN x 3 il = 2160 AZN ( 4 illik hesablayanda isə 2880 AZN edir) Qeyd: 3-4 illik müddət davamlı yaşamaq üçün əsas götürülən il sayı hesab oluna bilər. Eyni zamanda iş materiallarından görünür ki, i ddiaçının cavabdehə təklif etdiyi məbləğ fərdi yaşayış evinin bazar dəyərinin 10 %-ni təşkiledir. 30.000 manatın 10 faizi 3.000 manatedir. Hesab edirdik ki, bu çox ağlabatan məbləğ idi. Lakin məhkəmə bununla razılaşmadığı üçün kompensasiyanın məbləğini 4000 ( dörd min) manata qaldırıblar. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququ verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı şəkildə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Mülki Məcəllənin 228.2-ci maddəsində təsbit olunmuş “bazar qiyməti ilə müvafiq kompensas iya”ifadəsi mənzilinin dəyərinə münasibətdə deyil, davamlı şəkildə və müəyyənmüddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı vermək üçün zəruri olan vəsait kimi başa düşülməlidir. Bildirirlər ki,Astara rayonu, Ərçivan kəndində evlərin kirayəsi 60 ( altmış) manatdan 100 ( yüz) manata qalxsa belə cavabdeh X10 4000 manat pulla 3 (üç) ilə yaxın müddətdə davamlı şəkildə başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı əldə edər. Üstəlik nəzərə almaq lazımdır ki, cavabdeh X10 məhkəmə qərarı əsasında himayəsində saxlanılan 14 aprel 2012-ci il təvəllüdlü X15 və 03 avqust 2013-cü təvəllüdlü X13 görə iddiaçının oğlu X6 hər ay sabit pul məbləğində 2 uşağa görə 240 ( iki yüz qırx) AZN məbləğində aliment alır. Ape llyasiya instansiya məhkəməsi bütün bu qeyd olunan hallara düzgün hüquqi qiymət verməmiş, qanunsuz və əsassız olaraq Astara Rayon Məhkəməsinin qətnaməsini ləğv edərək yeni qətnamə qəbuletmişdir.
22. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı haqqında DƏDR-dən 21 iyun 2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Astara rayonu, Ərçivan qəsəbəsində yerləşən 0.07 hektar torpaq sahəsi və 115.5 kvardrat metr fərdi yaşayış evi İddiaçı xüsusi mülkiyyətinə verilmişdir. 1987-ci iltarixli fərdi yaşayış evinin texniki pasportundan görünür ki, həmin pasport X2 adınadır və qanunsuz tikili deyil. Qanunvericiliyin məzmununa fikir verdikdə və ümumi məhkəmə təcrübəsinə nəzər saldıqda aydın olur ki, adətən keçmiş gə linin evə köçürülməsi qanunsuz tikililərə mümkündür. İş materiallarından görünür ki, mübahisəli mənzil heç vaxt qanunsuz tikili olmamış, rəsmi dövlət qeydiyyatına alınmış, sadəcə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış sonradan verilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən və Astara rayon İHB-nın Ərçivan qəsəbə İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı xx xxxxxxxx 1955-ci il tarixdə Astara rayonu, Ərçivan kəndində anadan olmaqla Ərçivan qəsəbə İƏD-si üzrə nümayəndəliyində qeydiyyatdadır. Onun hüquqi varisi X9 da Ərçivan qəsəbə İƏD-si üzrə nümayəndəliyində qeydiyyatdadır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 140-cı maddəsində daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həq iqiliyi və tamamlığı prezumpsiyası özəksini tapmışdır. Həmin maddəyə əsasən,reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. İş materiallarından açıq-aydın görünürki, Astara rayonu, Ərçivan qəsəbəsində yerləşən 0.07 hektar torpaq sahəsi və 115.5 kvardrat metr fərdi yaşayış evi iddiaçının mülkiyyətində olmaqla açıq cavabdehin oradan istifadə etməsi iddiaçının hüquqi varislərinin mülkiyyət hüquqlarını kobud surətdə pozur. Cavabdeh iddiaçının ailə üz vü deyil. Cavabdehlə iddiaçının hüquqi varisləri ilə eyni evdə “bir damın altında” yaşaması qətiyyən mümkün deyil. Onların bir yerdə yaşaması gələcəkdə bədbəxt hadisələrə, hətta cinayət hadisənin baş verməsinə səbəb ola bilər. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasında qeyd olunmuşdur ki, mülkiyyətdən şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. İş materiallarına əlavə olunan bir ədəd fotoşəkildən görünür ki, cavabdeh tərəfindən iddiaçının həyat yoldaşına qarşı zorakılıq aktı törədilmiş və iddiaçının həyat yoldaşı X3 cavabdehin qanuna və hüquqa zidd hərəkətləri nəticəsində gözünün altından xəsarət almışdır. İş materiallarına əlavə edilən general-polkovnik Vilayət Eyvazova ünvanlanan ərizədən görünür ki, iddiaçının həyat yoldaşı X1 şikayət edərək bildirmişdir ki, dəfələrl ə cavabdehin qanunsuz hərəkətləri barədə Astara Rayon Polis Şöbəsinə müraciət etmiş, hər dəfə cavabdeh Həqiqət Məmmədovanın dilindən iltizam alınsa da o, öz çirkin əməllərinə davam etmiş, növbəti “ziyarəti zamanı” yenə də söyüşlə təhqir edərək fiziki xəsarət yetirmişdir. Belə ki, onun üz nahiyəsinə mobil telefonla zərbə vurduqdan sonra iddiaçının halı pisləşmiş və yoldaşı yenidən Polisə müraciət etmişdir. Vaxtilə cavabdeh Həqiqət Məmmədova barəsində Astara Rayon Polis şöbəsində cinayət işi qaldırılmışdır. Göründüyü kimi cavabdeh və iddiaçının hüquqi varislərinin bir yerdə yaşaması qeyrimümkündür. Hazırda cavabdeh iddiaçının hüquqi varisləri ilə birgə yaşamır və yaşayası da deyil. Ancaq “prinsipə” o evə məhkəmənin qərarı ilə köçürülmək istəyir. Bildirirlər ki, cavabdeh 2021-ci ilin fevral a yından mübahisəli mənzildən çıxıb getmişdir və bu gün də iddiaçının hüquqi varisləri ilə birlikdə yaşamır. Lakin apellyasiya instansiyaməhkəməsi bütün bu qeyd olunanlara düzgün hüquqi qiymət verməmiş, Azərbaycan Respublikasının Konstitusiasında qeyd olunan müddəalara zidd olmaqla iddiaçının hüquqi varisinin konstitusion hüquqlarının kobud şəkildə pozulmasına səbəb olmuşdur.
23. İş materiallarından görünür ki, cavabdeh iddiaçının evinə 2013- cü ildən sonra gəlin gəldiyinə görə ümumiyyətlə cavabdehin kompensasiya hüququ mövcud deyil. Buna baxmayaraq iddiaçı humanist və vicdanlı davranış sərgiləyərək 4000 ( dörd min) manat ağlabatan kompensasiya verməklə keçmiş gəlininin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsini istəyir. Bundan başqa cavabdeh X5 atası X14 mülkiyyətində Astara r ayon, Ərçivan qəsəbəsində 0.0559 ha və 0.9843 ha olmaqla ayrı-ayrı yerlərdə torpaq sahəsi, eyni zamanda 07 B G526 dövlət qeydiyyat nömrəli, ağ rəngli, 1977-ci il buraxılışlı VAZ 2101 sedan tipli minik avtomobili mövcuddur. Bundan əlavə cavabdehin atası 268 (iki yüzaltmış səkkizmanat) pensiya alır. Cavabdeh X10 2 uşağa görə iddiaçının oğlundan hər ay aliment alır. Habelə İddiaçı 3 ilərzində davamlı kirayədə yaşamaq üçün keçmiş gəlininə 4000 ( dörd min) manat kompensasiya təklif edir. Göründüyü kimi Şirvan Apellyasiya Məhkəməsi bu hallara düzgün hüquqi qiymət verməyərək tətbiq olunmalı olan normaları tamamilə səhv tətbiq etmişdir.
24. Şirvan Apellyasiya Məhkəməsi qətnamənin“mülki işə tətbiq edilən hüquq” hissəsində xüsusilə cavabdehin məhkəmədə verdiyi izahatına istinad edərək göstərmişdir k i, cavabdeh bildirmişdir ki, 4000 manat kompensasiya onun və 2 nəfər azyaşlı uşağının başqa yerdə, başqa şəraitdə yaşamaları üçün əlverişli məbləğ deyil, iddiaçının təklif etdiyi məbləğ azdır, ən azı 5000 manat kompensasiya verilməsini tələb edir. Həmçinin cavabdeh bildirmişdir ki, Astara rayonu, Ərçivan qəsəbəsində aylıq kirayə haqqı 70-90 manat arasındadır, habelə aylıq qaz, işıq və su puluna görə ən azı 100 manat pul ödəyir. Birincisi, qeyd olunmalıdır ki, yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi üçün kompensasiyanın verilməsi adam sayına uyğun tənzimlənmir. İkincisi, MM-nin 27.2-ci maddəsindən görünür ki, on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlərinin yaşayış yeri sayılır. Kirayədə yaşayacaq olan ailə hər adama görə ayrıca kirayə haqqı ödəmir. Üçüncüsü isə, iş materiallarında görünür ki, cavabdeh izahatında açıq aşkar 4000 manatın əvəzinı 5000 manat kompensasiya tələb edir. Halbuki, hesab edirlər ki, cavabdehin belə bir hüququ yoxdur, kompensasiyanın təklif edilməsi iddiaçının hüququdur və yalnız onun təşəbbüsü ilə mümkündür. Dördüncüsü isə, qeyd olunmalıdır ki, kompensasiya oxşar şəraitli mənzildə yaşamaq üçün verilir, qaz, işıq, su pulunun kompensasiya məbləğinə daxil edilərək hesablanması birbaşa qanunvericiliyə ziddir. Beşincisi isə,cavabdehin iddia etdiyi 90 AZn x 12 ay x 3 il= 3240 AZN edir. Yenə də məlum olur ki, iddiaçı yenidən Astara rayonunda bazar qiymətini nəzərə alaraq çox ağlabatan bir kompensasiya təklif etmişdir. (4000 AZN) Cavabdeh öz irəli sürdüyü dəlili əsaslandıra bilməsə də, iddiaçı mötəbər sübut təqdim edərək sübut etmiş dir ki, Astara rayonu, Ərçivan kəndində kirayə haqqı 60 AZN-dir. Altıncısı isə, cavabdeh Həqiqət Məmmədova nə kirayədə qalır, nə də qaz, su, işıq pulu ödəyir. Həqiqət Məmmədova hazırda öz atasıgildə qalır. Şirvan Apellyasiya Məhkəməsi hüququn tətbiqində səhv buraxmış, tətbiq edilməli olan normaların əvəzinə hazırki işə tətbiq edilməməli olanları tətbiq etmişdir.
25. İş materiallarından görünür ki, tərəflər arasında mübahisəyə düzgün hüquqi qiymət verən Astara Rayon Məhkəməsi Mənzil Məcəlləsinin normalarını rəhbər tutaraq qanuni və əsaslı qətnamə qəbul etsə də, Şirvan Apellyasiya Məhkəməsi şikayətin dəlilləri ilə bağlı müfəssəl və düzgün hüquqi nəticəyə gələ bilməyərək birinci instansiya məhkəməsinin qanuni və əsaslı qərarını qanunsuz olaraq ləğv etmişdir.
26. Apelyasiya instansiya məhkəməs i şikayət edilən vəziyyətin reallıqlarını araşdırmamışdır.
27. Mülkiyyət hüququ hamılıqla tanınan əsas hüquqdur və ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl prinsiplərindən biri hesab olunur. Mülkiyyət hüququ “İnsan hüquqlarının və əsas azadlıqlarınmüdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 1 saylı Protokolunun 1-ci maddəsində öz əksini tapmışdır. Apelyasiya instansiya məhkəməsi“İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1-ci maddəsininmüddəalarını da kobud şəkildə pozmuşdur.
28. İş materiallarından görünür ki, apelyasiya instansiya məhkəməsi tərəfindən ədalətli məhkəmə araşdırması hüquqları pozulmuş və iddiaçının xeyrinə olan qanunvericilik müddəalarının tətbiq olunmasının heç bir dəlilinə apely asiya məhkəməsi tərəfindən hüquqi qiymət verilməmişdir
29. İş materiallarından görünür ki, kompensasiyanın məbləğinin bazar qiymətinə uyğun olmasını tam olaraq sübuta yetirmişlər. Belə ki,mülki işə əlavəedilmiş “Daşınmaz əmlakın real bazar münasibətlərinə uyğun dəyərinin müəyyənləşdirilməsinə dair” arayışdan görünür ki, Astara rayonu, Ərçivan qəsəbəsində yerləşən MəmmədovSəxavət Məhərrəm oğlunun xüsusi mülkiyyətinə verilmiş 0.07 hektar torpaq sahəsi və 115.5 kvadrat metr fərdi yaşayış evinin bazar dəyəri 31.000 ( otuz birmin) manat məbləğindətəşkiledir. Mülki işə əlavəedilmiş Astara rayon İHB-nın Ərçivan qəsəbə İƏD-si üzrə nümayəndəliyi tərəfindənverilmiş arayışdan görünür ki, Ərçivan qəsəbəsində orta aylıq kirayə haqqı 60 ( altmış) manat miqdarındadır. Qeyd: 60 AZN x 12ay x 4 il = 2880 AZ N ( Biz isə hazırda 4000 AZN təklifetmişik)
30. Bildirirlər ki, mübahisə obyektinin (yaşayış sahəsinin) hüquqi statusu-daşınmaz əmlakın dövlət reyestrindən rəsmi çıxarışı olan iddiaçının adına xüsusi mülkiyyətdə olan fərdi yaşayış evidir. Yəni, mübahisəli fərdi yaşayı evi tək fiziki baxımdan mövcud deyil, həmçinin həmin fərdi yaşayış evi dövlət tərəfindən rəsmi qaydada tanınmış və həmin evə rəsmi çıxarış verilmişdir. Şirvan Apellyasiya Məhkəməsi qeyd olunan hala da düzgün hüquqi qiymət verməmişdir.
31. Bildirirlər ki,cavabdehin iddiaçının xüsusi mülkiyyətində olan evdə yaşaması iddiaçının əmlaka ( əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququnu kobud şəkildə pozur. Göründüyü kimiŞirvan Apellyasiya Məh kəməsinin çıxardığı qanuna və hüquqa zidd qətnamə iləiddiaçının mülkiyyət hüquqları pozulmuşdur. Belə ki, qanunvericilik mülkiyyətçinin könüllü iradəsi əsasında məhkəmə qaydasında tələbinə əsasən kompensasiya verilməkləistifadə hüququna xitam verilməsinin mümkünlüyünü birmənalı təsbitedir. Astara Rayon Məhkəməsinin 17 iyul 2023-cü il tarixli 2(018)- 608/2023 saylı qətnaməsində qeyd etmişdir ki, göstərilən müddəaya əsasən hazırki iş üzrəİddiaçı cavabdeh X7 qarşı kompensasiya ödənilməklə yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitamverilməsi tələbinə dair iddia irəli sürməkdə haqlıdır. Hesab edirik ki, Astara RayonMəhkəməsinin 17 iyul 2023-cü il tarixli 2(018)-608/2023 saylı qətnaməsi tam qanuni və əsaslıdır.
32. İş materiallarından görünür ki, çoxsaylı mötəbər dəlillər təqdim edilməsinə baxmayaraq apellyasiya instansiya məhkəməsi tamamilə əsassız olaraq qanuni və əsaslı qətnaməni ləğv edərək iddianı rədd etmişdir.
33. İş materiallarından görünür ki, Şirvan Apellyasiya Məhkəməsi tətbiq edilməli olan hüquq normalarına düzgün tətbiq etməyərək qəbul etdiyi qətnaməsini iş üzrətərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandıra bilməmiş və səhv hüquqi nəticəyə gəlmişdir. Məhz buna görə də, həmin qərar ləğv olunmalı və iş yenidən araşdırılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır.
34. İş materiallarından görünür ki, apellyasiya instanisya məhkəməsi tərəfindən yuxarıda sadalanan maddi hüquq normaları pozulmuş, tətbiq olunmalı olan maddi hüquq norması tətbiq edilməmiş və əvəzində tətbiq olunmuş maddi hüquq normaları səhv təfsir və yanlış tövsif ol unmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
35. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
36. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
37. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensa siya verməsi yolu ilə xitam verilə bilər. “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli Qərarı:
38. Eyni mənzildə ailə üzvləri (və ya onlara bərabər tutulan şəxslər) yaşadığı halda, onlardan birində (və yaxud bir neçəsində) mənzilə mülkiyyət hüququ (o cümlədən, yaşayış sahəsindən istifadə etmək hüququ), digərlərində isə yalnız yaşayış sahəsindən istifadə etmək hüququnun mövcud olması mümkündür. Bu şəxslər arasında yaranan mübahisələrin həlli zamanı mülkiyyət hüququ və yaşayış sahəsindən istifadə etmək hüququnun təbiəti, onların mütənasib liyi və həyata keçirilməsinə dair qüvvədə olan Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları nəzərə alınmalıdır. Habelə, mülkiyyət hüququ yaşayış sahəsindən istifadə etmək hüququndan fərqlənsə də, hər iki hüquq müəyyən mənada mütənasib şəkildə tarazlaşdırılmaqla təmin olunmalıdır.
39. Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçinin və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi x itamını deyil, onun elə bir əvəzləndirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
40. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
41. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
42. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun mə hkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
43. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
44. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
45. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və d əlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 46. 417.1. Kassasiya məhkəməsi işə baxarkən:... 417.1.4. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər; Kassasiya baxışının hədləri
47. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instans iyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
48. Hazırki kassasiya şikayətinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
49. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuşdur və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edilməsi üçün əsaslar var.
50. Belə ki, Astara rayon Məhkəməsinin 06 iyul 2021-ci il tarixli, 2(018)- 759/2021-ci il tarixli qətnaməsi ilə X10, uşaqları 14 aprel 2012-ci il təvəllüdlü X15 və 03 avqust 2013-cü il təvəllüdlü X16 ilə birlikdə Hüquqların Dövlət Qeydiyyatı haqqında DƏDRX-dən reyestr nömrəsi **********49-10301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 21 iyun 2021-ci il olan çıxarışında qeyd edilən, Astara rayonu, Ərçivan qəsəbəsində 0.07 hektar torpaq sahəsində yerləşən, ümumi sahəsi 115,5 kvadrat metr İddiaçı xüsusi mülkiyyətində olan fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir
51. İddiaçı hazırki işdə 4000 (dörd min) manat kompensasiya ödənilməklə cavabdehin fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, birinci instansiya məhkəməsi iddianı təmin etsə də apellyasiya instansiyası məhkəməsi birinci instansiyas məhkəməsinin qətnaməsini ləğv edərək iddianı rədd etmişdir.
52. Apellyasiya instansiyası məhkəməsi mövqeyini əsaslandırarkən ona da istinad etmişdir ki, İddiaçı ca vabdeh X5 14 aprel 2012-ci il təvəllüdlü X15 və 03 avqust 2013-cü il təvəllüdlü X16 ilə birlikdə mülkiyyətində olan Astara rayonu Ərçivan qəsəbəsində 0,07 hektar torpaq sahəsində yerləşən, ümumi sahəsi 115,5 kv metr olan fərdi yaşayış evindən 3000 (üç min) manat kompensasiya ödənilməklə istifadə hüququna xitam verilməsi barədə tələb üzrə iddianın təmin edilməsinə dair Astara Rayon Məhkəməsinin 27 aprel 2022-ci il tarixli 2(018)-364/2022 saylı qətnaməsi cavabdeh X10 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 avqust 2022ci il tarixli 2(106)-1689/2022 saylı qətnaməsi ilə ləğv edilmiş və iddia rədd edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(102)-143/2023 saylı qərarı ilə İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş və Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 avqust 2022-ci il tarixli 2(106)1689/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
53. R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 26 sentyabr 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləndirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəy yən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır. 54. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 iyul 2016-cı il tarixli qərarından da müəyyən edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi üçün kompensasiyanın məbləği iddianın predmetinə daxil deyildir. Birinci instansiya məhkəməsi belə işlərə baxarkən, iddia ərizəsində kompensasi ya məbləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir. Bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən məhkəmə, mülkiyyətçinin həmin məbləğin ödənilməsinə dair razılığını nəzərə almalıdır.
55. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin mövqeyini əsaslandırarkən istinad etdiyi Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 avqust 2022-ci il tarixli 2(106)-1689/2022 saylı qətnaməsi ilə təsdiq edilir ki, məhkəmə kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən edərək, 4000 (dörd min) manat kompensasiya verilməsini iddiaçıya təklif etmiş, iddiaçı isə məhkəmə kollegiyasının təkli fi ilə razı olmamışdır.Hazırki işdə isə iddiaçı 4000(dörd min) manat kompensasiya təklif etmişdir.
56. Hazırki iş üzrə isə apellyasiya instansiyası məhkəməsi fərqli ağlabatan kompensasiya məbləği müəyyən etməmiş, sadəcə qeyd etmişdir ki, cavabdehin yaşadığı evin şəraitinə uyğun bir şəraitli evdə yaşaması üçün cavabdehin deməsinə görə 6000 manat kompensasiya tələb olunur. İddiaçı isə yalnız 4000 manat məbləğdə kompensasiya ödəməyə razıdır. Habelə cavabdehin (uşaqları ilə birlikdə) istifadəsində digər yaşayış sahəsi yoxdur və iddiaçının təklif etdiyi 4000 manat kompensasiya məbləği isə ona davamlı surətdə və müəyyən müddət daxilində mübahisəli yaşayış sahəsinə oxşar digər yaşayış sahəsində yaşamasına imkan vermir.
57. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 avqust 2022-ci il tarixli 2(106)-1689/2022 saylı qətnaməsində Astara rayon İHB-nin Ərçivan qəsəbə İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş atrayışa istinad edilməklə qəsəbədə orta aylıq kirayə haqqının 60(altmış) manat miqdarında olduğu qeyd edilmişdir. Cavabdeh hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsində verdiyi izahatında da qəsəbədə 2 otaqlı fərdi yaşayış evinin kirayəsinin 60-70 manat civarında olduğunu bildirmişdir. Aylıq kirayə haqqı cavabdehin izahatında göstərdiyi yuxarı həddə- 70 manat götürülsə belə 4000 manat kompensasiya 57 aya, yəni 4 il 9 aya kifayət edər.
58. Yuxarıda şərh edilən hallar iddianın təmin edilməsinə əsas verdiyi halda apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə iddia rədd edilmişdir.
59. Məhkəmə kollegiyası gö stərilənlərə əsasən belə qənaətə gəlir ki, iddiaçının təklif etdiyi 4000 manat kompensasiya məbləği cavabdehə davamlı surətdə və müəyyən müddət daxilində mübahisəli yaşayış sahəsinə oxşar digər yaşayış sahəsində yaşamasına imkan verdiyinə görə İddiaçı hüquqi varisi X9 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilməli, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 19 dekabr 2023-cü il tarixli 2(106)-1706/2023 nömrəli qətnaməsi ləğv edilməli, yeni qərar qəbul edilərək iddia təmin edilməli və cavabdeh X5 İddiaçı xüsusi mülkiyyətində olmuş Astara rayonu, Ərçivan qəsəbəsində 0,07 hektar torpaq sahəsində yerləşən, ümumi sahəsi 115,5 kvadratmetr ümumi sahədən ibarət fərdi yaşayış evinə istifadə hüququna 4000 (dörd min) manat kompensasiya verilməklə xitam verilməlidir.
60. Göstər ilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: İddiaçı hüquqi varisi X9 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 19 dekabr 2023-cü il tarixli 2(106)-1706/2023 nömrəli qətnaməsi ləğv edilsin. Yeni qərar qəbul edilsin. İddia təmin edilsin. Cavabdeh X5 İddiaçı xüsusi mülkiyyətində olmuş Astara rayonu, Ərçivan qəsəbəsində 0,07 hektar torpaq sahəsində yerləşən, ümumi sahəsi 115,5 kvadratmetr ümumi sahədən ibarət fərdi yaşayış evinə istifadə hüququna 4000 (dörd min) manat kompensasiya verilməklə xitam verilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.