Məhkəmə qərarları › İş №2(102)-1494/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1494/2025

03.06.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1494/2025 03.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qızına qarşı iş üzrə QƏRARİ Açar sözlər: mənzil mübahisəsi, kompensasiya verilməklə mənzildən istifadə hüququna xitam verilmə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı mənzildən istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi və s tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-139/2025 nömrəli, 23 yanvar 2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şi kayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı Cavabdeh ilə 2002-ci ilin avqust ayında rəsmi nikaha daxil olmuş və cavabdeh iddiaçıya məxsus ünvan 1 ünvana köçmüşdür. xx.xx.2010-cu il tarixində tərəflər arasındakı nikah məhkəmə qaydasında pozulmuşdur. Daha sonra Cavabdeh İddiaçı və X1 qarşı yaşayış hüququnun tanınması, evə köçürülmə və qeydiyyata alınması tələbi ilə Ağdaş Rayon Məhkəməsinə müraciət etmişdir. Ağdaş Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli qətnaməsi ilə, ünvan 2 ünvanda yerləşən yaşayış evinə Cavabdeh istifadə hüququ tanınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 36 aylıq kompensasiya məbləği qismində 3600 (üç min altı yüz) manat ödənilməklə cavabdehin ünvan 2 ünvanda yerləşən mənzildən istifadə hüququna xitam verilməsi, cavabdehin sözügedən mənzildə qeydiyyatdan çıxarılması, mənzilin boşaldılaraq təhvil verilməsi, 50 manat məbləğində mediasiya xərcinin, 120 manat məbləğində vəkil xərcinin və 50 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Cavabdeh ilə rəsmi nikaha daxil olmuşdur. Həmin vaxt cavabdeh iddiaçının yaşadığı və xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışa əsasən hal-hazırda sonuncunun mülkiyyətində olan ünvan 1 ünvana köçmüşdür. Daha sonra xx.xx.2010-cu il tarixində tərəflər arasındakı nik ah məhkəmə qaydasında pozulmuşdur. Daha sonra Cavabdeh İddiaçı və X1 qarşı yaşayış hüququnun tanınması, evə köçürülmə və qeydiyyata alınması tələbi ilə Ağdaş Rayon Məhkəməsinə müraciət etmişdir. Ağdaş Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli qətnaməsi ilə, ünvan 2 ünvanda yerləşən yaşayış evindən Cavabdeh istifadə hüququ tanınmışdır. Sözügedən qərarda məhkəmə mənzildən istifadə hüququna xitam verilməsinin kompenasiya ödənilmək və ödənilməməklə iki halının mümkün olduğunu qeyd etmişdir. Cavabdehin atası Nümayəndə2 mülkiyyətində yaşayış evi vardır. Bu səbəbdən cavabdeh atası ilə birgə yaşaya bilər. Yəni Cavabdeh yaşayış sahəsinə olan ehtiyacını atasının evindən istifadə etməklə qarşılaya bilər. Tərəflərindən bazar qiymətləri də nəzərə alınmaqla 36 aylıq kompensasiya məbləği hesablanılmışd ır. Belə ki, Ağdaş rayonunda yerləşən mənzil üçün bazar qiymətləri də nəzərə alınmaqla ortalama kirayə qiyməti 100 manatdır. Buna müvafiq olaraq 36 aylıq kirayə məbləği isə 3600 manat olacaqdır. Odur ki, cavabdehə mübahisəli ünvanda yerləşən mənzildən istifadə hüququna xitam verilməsi üçün 3600 manat məbləğində kompensasiya təklif edilmişdir.

4. Ağdaş Rayon Məhkəməsinin e-2(014)-423/2024 nömrəli, 17 iyul 2024-cü il tarixli qərardadı ilə məhkəmə-tikinti-texniki ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 9/3112 nömrəli, 28 iyun 2024-cü il tarixli ekspert rəyində qeyd edilmişdir ki, ünvan 3 ünvanında yerləşən 0,6 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 88,47 kv.m olan fərdi yaşayış evinin və ona oxşar şəraitli fərdi yaşayış evlər inin orta təmirli vəziyyətdə aylıq icarə haqqının orta bazar qiyməti nəzəri qaydada təxminən 200 manat müəyyən edilir.

5. Ağdaş Rayon Məhkəməsinin (hakim Cavid Sultanov) 4 sentyabr 2024-cü il tarixli, e-2(014)-423/2024 qərardadı ilə İddiaçı Cavabdeh qarşı mənzildən istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi və s. tələbinə dair iddia ərizəsi üzrə mülki iş üzrə Cavabdeh ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evindən qeydiyyatdan çıxarılmasına dair hissədə iş üzrə icraata xitam verilməsi qərara alınmışdır.

6. Ağdaş Rayon Məhkəməsinin 4 sentyabr 2024-cü il tarixli, e-2(014)-423/2024 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh ünvan 3 ünvanında yerləşən İddiaçı mülkiyyətindəki 0,6 ha torpaq sahəsində yerləşən 88,47 kv.m olan fərdi yaşayış evinə olan istifadə hüququna 7200 (yeddi min iki yüz) manat kompensasiya verilməklə xitam verilməsi və mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi, iddiaçı tərəfindən mediasiya xərcinə görə ödənilmiş 50 manatın, vəkil xidmət haqqına ödənilmiş 120 manatın və ödənilmiş 50 manat dövlət rüsumunun əvəzinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, Ağdaş Rayon Məhkəməsinin 04 sentyabr 2024-cü il tarixli, e-2(014)423/2024 saylı qərardadı ilə iddia tələbinin Cavabdeh ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evindən qeydiyyatdan çıxarılmasına dair hissədə iş üzrə icraata xitam verilməsinin nəzərə alınması qət edilmişdir.

7. Məhkəmə qeyd etmişdir ki, İddiaçı Cavabdeh ilə 2002-ci ilin avqust ayında rəsmi nikaha daxil olmuş və nikah xx.xx.2002-ci il tarixində qeydə alınmışdır. Həmin vaxt cavabdeh iddiaçının yaşad ığı və xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışa əsasən hal-hazırda sonuncunun mülkiyyətində olan ünvan 1 ünvana köçmüşdür. xx.xx.2010-cu il tarixində tərəflər arasındakı nikah məhkəmə qaydasında pozulmuşdur. Daha sonra Cavabdeh tərəfindən İddiaçı və X1 qarşı “yaşayış hüququnun tanınması, evə köçürülmə və qeydiyyata alınma tələbinə dair” Ağdaş Rayon Məhkəməsinə müraciət edilmişdir. Ağdaş Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli 2(014)10 C/2011 saylı qətnaməsi ilə, ünvan 2 ünvanda yerləşən yaşayış evindən Cavabdeh istifadə hüququ tanınmışdır. Sözügedən qərarda məhkəmə mənzildən istifadə hüququna xitam verilməsinin kompenasiya ödənilməklə və ödənilməməklə iki halının mümkün olduğunu qeyd etmişdir.

8. Birinci instansiya məhkəməsi ekspert rəyini mötəbər qəbul edərək qeyd olunan mənzilin aylıq kirayə haqqının 200 manat olmasını ağlabatan hesab etmiş və iddianın qismən təmin olunması nəticəsinə gəlmişdir.

9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3, 228.1, 228.2-ci maddələri, Mülki Prosessual Məcəllənin 14.2, 76.1, 76.2, 119.1, 217.3. 217.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

10. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı artıq bir dəfə qeyd olunan tələblə xx.xx.2023-cü il tarixində Ağdaş Rayon Məhkəməsinə müraciət etmiş və 3 ay araşdırma aparılandan sonra məhkəmə xx.xx.2023-cü il tarixli qərardad ilə iddiaçı baxış iclasına gəlmədiyinə görə işi baxılmamış saxlamışdır. Qeyd olunan məhkəmə tərəfindən işin hazırlıq prosessində mübahisəli evə uyğun evdə aylıq kirayə pulunun hesablanılması ilə bağlı mütəxəssis rəyi alınmış və qeyd olunan mütəxəssis rəyinə əsasən, aylıq kirayə haqqı 280 manat təşkil etmişdir. Qeyd olunan mütəxəsis rəyi xx.xx.2023-cü il tarixində təqdim edilmişdir, yəni xx.xx.2023-cü il tarixində qeyd olunan evin kirayə haqqı aylıq 280 manat təşkil edirdi. Həmin mütəxəsis rəyinə əsasən kompensasiya məbləği 10080 (on min səksən) manat təşkil etdiyi üçün və iddiaçı bunu başa düşərək qəsdən baxış iclasına gəlməmişdir ki, iddia tələbi baxılmamış saxlanılsın və yenidən iddia verərək kompensasiya məbləği yenidən hesablansın, mütəxəsis rəyi də n əzərə alınmasın. xx.xx.2023-cü il tarixində mütəxəssis rəyinə əsasən qeyd olunan evin kirayə haqqın məbləği 280 manatdır, lakin bir ildən sonra xx.xx.2024-cü il tarixində orta kirayə haqqı 200 manat təşkil edir. Evlərin qiymətlərinin qalxdığını nəzərə alaraq, kirayə haqqının dа qalxmağını başa düşmək çətin deyil və buna görə də hesab etmişdir ki, ekspert rəyində qeyd olunan kirayə haqqı real bazar qiymətinə uyğun deyildir.

12. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər Zamin Tahirov-sədrlik edən və məruzəçi, Ələddin Məcidov və Elçin Mehdiyev)2(107)-139/2025 nömrəli, 23 yanvar 2025-ci il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilərək, qətnamə ləğv edilmiş, iş üzrə üzrə yeni qətnamə qəbul edilməklə iddia rədd edilmişdir.

13. Apellyasiya instansiyası məh kəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd etmişdir ki, məhkəmə qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərini nəzərə almamış, iddianı düzgün olmayaraq təmin etmişdir.

14. Məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi qanunvericiliyin normasına və Konstitusiya Məhkəməsinin Qərarlarına istinad edərək iddiaçının təklif etdiyi kompensasiyanın cavabdehin davamlı surətdə və müəyyən müddət ərzində mübahisəli mənzillə müqayisədə oxşar şəraiti olan başqa yerdə yaşamaq imkanını verməsi qənaətinə gəlsə də, qətnaməsində müəyyən etdiyi məbləğ buna uyğun olmamışdır.

15. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi məhkəmənin müəyyən etdiyi kompensasiya məbləğinin cavabdehə və iki övladına əvvəlki şəraitə oxşar mənzildə kirayə yaşamasına imkan verməməsinə, aşağı məbləğdə kompensasiya müəyyən edilməsinə, təklif edilən kompensasiya məbləği ilə müəyyən müddət ərzində cavabdehin övladları ilə birlikdə eyni şəraiti olan mənzildə yaşamasının mümkün olmamasına, onun iki az yaşlı uşaqlarının da mənzildə istifadə hüququnun olmasına dair dəlilləri ilə razılaşaraq, həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 iyul 2016-cı il tarixli Qərarında göstərilənlərə uyğun olaraq belə qənaətə gəlir ki, iddiaçı tərəfin cavabdehə təklif etdiyi məbləğ (kompensasiya) hazırkı bazar qiymətinə uyğun deyil. Cavabdehin istifadə hüququna xitam verilməsinə təyin edilən kompensasiya hazırki bazar qiymətinə uyğun olmalıdır. Belə ki, 7200 manat məbləğ cavabdehin uşaqları ilə birlikdə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı vermək üçün kifayət deyildir. Odur ki, belə bir vəziyyətdə həmin məbləğin verilməsi ilə cavabdehin mübahisəli mənzilə istifadə hüququna xitam verilməsi cavabdehin mənzil hüquqlarını pozmuş olacaqdır.

16. Məhkəmə kollegiyası bu qənaətə gələrkən yuxarıda qeyd edilən Konstitusiya Məhkəməsinin Plenumun un qərarını nəzərə almışdır. Qeyd olunan qərarda Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etmişdir ki, mülki prosessual qanunvericilik iddianın predmetini dəqiq göstərməklə prosessual qənaət prinsipini qorumuş olur. Prosessual qənaət prinsipi məhkəmə prosesinin uzadılmasının aradan qaldırılmasına, bir sıra prosessual institutların münasib hala gətirilməsinə, onların qanunvericiliklə daha dəqiq tənzimlənməsinə və tərəflərin tarazlaşdırılmış vəziyyətə gətirilməsinə yönəlmişdir. Mülki Məcəllənin 228.2-ci maddəsində göstərilən kompensasiya məbləğinin iddianın predmetinə aid edilməməsi həmin işlərə baxılarkən məhkəmə prosesinin əsassız uzadılmasının qarşısının alınmasına xidmət edəcəkdir. Kompensasiyanın məbləği iddianın predmetinə aid olmadığı üçün həmin məbləğin yuxarı instansiya məhkə mələri tərəfindən dəyişdirilməsi mümkündür. Lakin bu zaman məhkəmələr nəzərə almalıdırlar ki, kompensasiya məbləğinin bazar qiymətinə uyğun olması birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyin tələləblərinə əsasən tədqiq olunmuş sübutlar əsasında müəyyən edilir. Bu baxımdan yuxarı instansiya məhkəmələri birinci instansiya məhkəməsinin müəyyən etdiyi kompensasiya məbləğini yalnız Mülki Prosessual Məcəllə ilə nəzərdə tutulan səlahiyyət hədləri çərçivəsində dəyişdirə bilərlər.

17. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfdən məhkəmə kollegiyasına birinci instansiya məhkəməsinin yetərli hesab etdiyi kompensasiya məbləğinin artırılmasına dair heç bir rəsmi müraciət təqdim edilməmişdir.

18. Göründüyü kimi, hazırkı iddia tələbi barədə Azərbaycan Respublikası Ko nstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarlarında formalaşdırdığı hüquqi mövqe mövcuddur.

19. Formalaşmış hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsində nəzərdə tutulmuş mülkiyyətçinin əmlakı barəsində sərəncam vermək hüququna təminat verməklə yanaşı onun real olaraq həyata keçirilməsi imkanına da şərait yaratmışdır. Bununla yanaşı, məhkəmə, iddiaçının cavabdehə təklif etdiyi kompensasiya məbləğini ağlabatan hesab etmir və cavabdehin ünvan 3 ünvanında İddiaçı mülkiyyətindəki 0,6 ha torpaq sahəsində yerləşən 88,47 kv.m olan fərdi yaşayış evindən istifadə hüququnа xitam verilməsi üçün Cavabdeh 7200 manat kompensasiya məbləğinin ödənilməsini ədalətli hesab etmir. Çünki cavabdeh ən azı həmin pul vəsaiti ilə 3 il müddətinə eyni şəraitli mənzildən istifad ə hüququ əldə etməlidir ki, bu dа mümkün görünmür. Belə ki, işin hаllаrındаn müəyyən оlunur ki, təklif edilən kоmpensаsiyа məbləği hаzırkışərаitdə cаvаbdehə iki аzyаşlı uşаğı ilə birlikdə eyni şəraitli mənzildən istifadə hüququnu reаllаşdırmаq üçün imkаn vermir.

20. Məhkəmə kоllegiyаsı hesаb etmişdir ki, iş mаteriаllаrınа əsаsən xx.xx.2024-cü il tаrixli ekspertizа rəyində оxşаr şərаitli mənzilin kirаyə hаqqının оrtа bаzаr qiymətinin аylıq 200 mаnаt оlmаsı аğlаbаtаn deyildir. Belə ki, iddiаçının cаvаbdehə qаrşı 2023-cü il tаrixdə kоmpensаsiyа tələbi üzrə qаldırdığı və məhkəmə tərəfindən bаxılmаmış sаxlаnılmış işlə bаğlı аlınаn və hаzırkıişə əlаvə оlunmuş "xxxx" MMC-nin xx.xx.2023-cü il tаrixli rəyindən görünür ki, Аğdаş şəhərində iddiа predmetini təşkil edən fərdi yаşаyış evinə оxşаr şərаit li evin оrtа аylıq kirаyə hаqqı 280 mаnаt təşkil edir. Həmin mütəxəssis rəyinin verildiyi xx.xx.2023-cü il tаrixdən sоnrа dаşınmаz əmlаk bаzаrındа evlərin kirаyə və sаtış qiymətlərinin аrtmаsı ümumməlum fаktdır. Sözügedən evlə bаğlı kirаyə hаqqının 2023-cü ilin оktyаbrındа 280 mаnаt оlduğunun qeyd edildiyi şərаitdə həmin kirаyə hаqqının 2024cü il tаrixində аzаlmаsı, yəni 80 mаnаt аzаlаrаq 200 mаnаt təşkil etməsi inаndırıcı deyildir. Оnа görə də məhkəmə kоllegiyаsı hesаb edir ki, bu kоnteksdə qətnаmənin ləğvi ilə bаğlı hаzırkıаpellyаsiyа şikаyəti əsаslıdır.

21. Bu xüsusdа məhkəmə kollegiyası cavabdehin yaşamaq üçün başqa yaşayış yerinin olmamasının nəzərə alınmamasına dair dəlili ilə razılaşaraq qeyd edir ki, iş materiallаrınа əsаsən həqiqətən də cavabdehin başqa bir yaşayış sahəsinə malik olması müəyyən edilməmişdir.

22. Məhkəmə kollegiyası apellyatorun mənzilin hazırki bazar qiymətinin nəzərə alınmamasına dair dəlilinə münasibət bildirərək vurğulаyır ki, «Bazar qiyməti ilə müvafiq kompensasiya» ifadəsi mülkiyyətin dəyərinə münasibətdə deyil, davamlı surətdə başqa mənzildə yaşamağı davam etdirmək üçün zəruri olan vəsait kimi başa düşülməlidir. Kompensasiya məbləği mülkiyyətçinin malik olduğu evin dəyərinin tərkib hissəsi kimi deyil, müəyyən müddət eyni şəraitdə davamlı yaşamaq üçün yetərlilik baxımından müəyyən edilməlidir.

23. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 27.2, 152.1, 152.2, 152.3,157.2, 228.1, 228.2-ci maddələrinə, “Azərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbаycаn Respublikаsı Konstitusiya Məhkəməsi Plenumunun 12 iyul 2016-cı il tarixli Qərarına və “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 31 mart 2006-cı il tarilxi qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Аzərbаycаn Respublikаsı Kоnstitusiyа Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarında istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

24. İddiaçı (vəkil Nümayəndə1) kassasiya şikayəti verərək, Şəki Apellyasiya Məhkəməsinin MülkiKollegiyasının 2(107)-139/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarının tam ləğv edilməsi barədə qərar qəb ul edilməsini xahiş etmişdir.

25. Şikayət onunla əsaslandırılmışdır ki, Şəki Apellyasiya Məhkəməsində icraat zamanı məhkəməyə sədrlik edən hakim iddiaçının 7200 manat kompensasiya ödəməsinə razılığının olmadığını bildirdi. İddiaçı tərəf olaraq Ağdaş Rayon Məhkəməsində iclas zamanı bu məbləğə etiraz etmədiklərini bildirmişlər və Şəki Apellyasiya məhkəməsində bu razılıqlarını təsdiq edən yazılı ərizə təqdim etmişlər. Daha sonra bildirmişlər ki, Ağdaş Rayon Məhkəməsinin qətnaməsini rəsmi qaydada almışlar və Qətnamədən apellyasiya şikayəti verməməkləri qətnamə ilə və məntiqi olaraq da kompensasiya məbləği ilə razılıqlarını təsdiq edir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)139/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarına əsasən, Cavabdeh tərəfindən verilmiş аpellyasiya şi kayəti təmin edilmişdir. Məhkəmə qətnaməsi belə əsaslandırılmışdır ki, iddiaçının cavabdehə təklif etdiyi kompensasiya məbləğini ağlabatan hesab etmir və cavabdehin ünvan 4 ünvanında İddiaçı mülkiyyətindəki 0,6 ha torpaq sahəsində yerləşən 88,47 kv.m olan fərdi yaşayış evindən istifadə hüququnа xitam verilməsi üçün Cavabdehna 7200 manat kompensasiya məbləğinin ödənilməsini ədalətli hesab etmir. Çünki cavabdeh ən azı həmin pul vəsaiti ilə 3 il müddətinə eyni şəraitli mənzildən istifadə hüququ əldə etməlidir ki, bu dа mümkün görünmür. Belə ki, işin hаllаrındаn müəyyən оlunur ki, təklif edilən kоmpensаsiyа məbləği hаzırkışərаitdə cаvаbdehə iki аzyаşlı uşаğı ilə birlikdə eyni şəraitli mənzildən istifadə hüququnu reаllаşdırmаq üçün imkаn vermir. Qeyd etmək istəyir ki, məhkəmə İddiaçı iki yolla – kompensasiya ödəməklə və ya ödəməməklə evinin boşaldılmasını təklif etmişdir. İddiaçı isə 3600 manat məbləğində kompensasiya ödəyəcəyini öz iddasında bildirmişdir. Əlavə olaraq ekspert rəyinə əsasən, 7200 manat məbləğində kompensasiya ödəyəcəyi barədə birinci instansiya zamanı şifahi razılığını, apellyasiya instansiyası zamanı isə yazılı şəkildə öz razılığını bildirmişdir. Bu razılığa əsasən, Ağdaş Rayon Məhkəməsinin 4 sentyabr 2024-cü il tarixli, 2(014)423/2024 saylı qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş iddia təmin edilmişdir. X5 Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-139/2025saylı, xx.xx.2025-ci il tarixli qərarı isə, tamamilə əsassız qəbul edilmişdir.

26. Kassator şikayətini Mənzil Məcəllənin 30.4-cü maddəsinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etira zın dəlilləri

27. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

28. Maddə 27.2. On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır.

29. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bil ər. “Azərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbаycаn Respublikаsı Konstitusiya Məhkəməsi Plenumunun 12 iyul 2016-cı il tarixli Qərarı

30. Azərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi üçün kompensasiyanın məbləği iddianın predmetinə daxil deyildir; birinci instansiya məhkəməsi belə işlərə baxarkən, iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir; bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi h aqqında iddianı təmin edərkən məhkəmə, mülkiyyətçinin həmin məbləgin ödənilməsinə dair razılığını nəzərə almalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

33. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

34. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq no rmalarına uyğun çıxarılmalıdır.

35. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

36. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

37. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

38. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

39. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

40. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

41. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

42. Məhkəmə kollegiyası aşağıda qeyd edilənlərə əsasən belə qənaətə gəlir ki, apellyasiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının tələbi pozulduğuna görə ləğv edilməli və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

43. Belə ki, İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 36 aylıq kompensasiya məbləği qismində 3 600 manat ödənilməklə cavabdehin ünvan 2 ünvanda yerləşən mənzildən istifadə hüququna xitam verilməsi, cavabdehin sözügedən mənzildə qeydiyyatdan çıxarılması, mənzilin boşaldılaraq təhvil verilməsini xahiş etmiş, Ağdaş Rayon Məhkəməsinin 4 sentyabr 2024-cü il tarixli, e-2(014)-423/2024 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh ünvan 3 ünvanında yerləşən İddiaçı mülkiyyətindəki 0,6 ha torpaq sahəsində yerləşən 88,47 kv.m olan fərdi yaşayış evinə olan istifadə hüququna 7200 (yeddi min iki yüz) manat kompensasiya verilməklə xitam verilməsi və mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi qət edilmişdir.

44. Apellyasiya məhkəməsi tərəfindən birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iddia rədd edilərkən ləğvin əsaslarından biri kimi fərdi yaşayış evindən is tifadə hüququnа xitam verilməsi üçün Cavabdeh 7200 manat kompensasiya məbləğinin ödənilməsinin ədalətli hesab edilmədiyi, çünki cavabdehin ən azı həmin pul vəsaiti ilə 3 il müddətinə eyni şəraitli mənzildən istifadə hüququ əldə etməli olduğunu ki, bunun dа mümkün görünmədiyi, işin hаllаrındаn təklif edilən kоmpensаsiyа məbləğinin hаzırkı şərаitdə cаvаbdehə iki аzyаşlı uşаğı ilə birlikdə eyni şəraitli mənzildən istifadə hüququnu reаllаşdırmаq üçün imkаn vermədiyinin müəyyən оlunduğu göstərilmişdir.

45. Lakin apellyasiya məhkəməsi kompensasiya məbləğini bazar qiymətinə uyğun olaraq müəyyənləşdirib mülkiyyətçinin həmin məbləğin ödənilməsinə razılığının olubolmamasını aydınlaşdırmamışdır.

46. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 12 iyul 2016-cı il tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlmişdir ki, Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi üçün kompensasiyanın məbləği iddianın predmetinə daxil deyildir. Birinci instansiya məhkəməsi belə işlərə baxarkən, iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir. Bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən məhkəmə, mülkiyyətçinin həmin məbləgin ödən ilməsinə dair razılığını nəzərə almalıdır.

47. Azərbaycan Respublikasının MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

48. İş üzrə cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi ilə müəyyənləşdirilən kompensasiya məbləğinin az olduğunu, kompensasiya məbləğinin daha çox olmasını ifadə etmişdir.

49. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən müəyyənləşdirilən kompensasiya məbləğini ağlabatan və ədalətli hesab etmədiyinə görə, özü kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməli, mülkiyyətçinin həmin məbləğin ödənilməsinə dair razılığının olub-olmamasını nəzərə alaraq yekun məhkəmə aktı qəbul etməli ol duğu halda belə etməmişdir.

50. Nəzərə alınmalıdır ki, məhkəmə aktlarının əsaslandırılmış olması iş üzrə tərəflərdə qəbul edilmiş qərarın qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir.

51. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının birinci bəndində qeyd edilir ki, məhkəmə qətnaməsi mülki və kommersiya mübahisələrindən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.

52. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə a id bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2008-ci il tarixli qərarı).

53. Məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onun hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin m əzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarı).

54. Ona görə də kassasiya şikayəti təmin edilməli, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 23 yanvar 2025-ci il tarixli 2(107)-139/2025 nömrəli qətnaməsi ləğv edilməli, iş yenidən baxılmaq üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilməlidir. Apellyasiya məhkəməsi tərəfindən işə yenidən baxılarkən şərh edilən nöqsanlar aradan qaldırılmaqla maddi və prosessual hüquq normalarının tələbinə uyğun, qanuni və əsaslı məhkəmə aktı qəbul edilməlidir.

55. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 23 yanvar 2025-ci il tarixli 2(107)-139/2025 nömrəli qətnaməsi ləğv edilsin. İş yenidən baxılmaq üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar