Məhkəmə qərarları › İş №2(102)-1496/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-1496/2020

11.03.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1496/2020 11.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, iddiaçının vəkili Vəkil oğlu, Cavabdeh1 və vəkili Vəkil2 oğlunun iştirakları ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 30 avqust 2019-cu il tarixli qətnaməsindən Cavabdeh1 və vəkili Vəkil2 oğlunun kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin 2(012)-4423/2018 saylı, 25 oktyabr 2018-ci il tarixli qətnam əsi ilə iddia rədd edilmiş, ödənilmiş 10 (on) manat dövlət rüsumu iddiaçıya aid edilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-888/2019 saylı, 20 fevral 2019-cu il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin olunmamışdır. AR Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-4322/2019 saylı, 11 iyun 2019cu il tarixli qətnaməsi ilə kassasiya şikayəti qismən təmin olunmuş, Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-888/2019 saylı, 20 fevral 2019- cu il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 30 avqust 2019-cu il tarixli 2(105)-3096/2019 saylı qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək hazırki iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-4423/2018 saylı 25 oktyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qətnamə qəbul edilib iddianın təmin edilməsi qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 13 avqust 2016-cı il tarixdə Abşeron rayon 1 saylı notariat kontorunda bağlanmış bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və Cavabdeh2 adına verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh1 və vəkili Vəkil2 oğlu kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışlar ki, Sumqayıt Apellyasiya Məhkəməsində mülki işdə mövcud olan və qeyd edilən əsaslı sübut ların heç biri araşdırılmamışdır. Həmçinin qeyd edirlər ki, onun xəbəri olmadan və iştirakı təmin edilmədən keçirilmiş məhkəmə iclasında, işin bütün faktiki hallarının araşdırılmadığı, bir çox hüquq və normalarının pozuntusunun olduğu Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-3096/2019 saylı 30 avqust 2019-cu il tarixli qətnaməsini qeyri qanuni və əsassız hesab edirlər. Ona görə də Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın 30 avqust 2019-cu il tarixli 2(105)-3096/2019 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edirlər. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 və vəkili Vəkil2 oğlu Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın 30 avqust 2019-cu il tarixli 2(105)-3096/2019 saylı qətnaməsindən verdikləri kassasiya şikayətinin dəli llərini müdafiə edərək şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini, iddiaçının vəkili Vəkil oğlu kassasiya şikayətinin dəilləri ilə razılaşmadığını bildirərək Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın 30 avqust 2019-cu il tarixli 2(105)-3096/2019 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə digər tərəflərə lazımi qaydada bildiriş göndərilmiş olsa da, digər tərəflər üzrlü səbəblər olmadan gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən kollegiya işə gəlməyən digər tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin MK -nın 30 avqust 2019-cu il tarixli 2(105)-3096/2019 saylı qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsini n iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası tərəfindən müəyyən edilmişdir ki, tərəflər 22 may 2004-cü il tarixdə birgə nikaha daxil olmuş və bu nikahdan 24 iyul 2009-cu ildə X4 dünyaya gəlmişdir. Xasiyyətləri uyğun gəlmədiyi üçün Abşeron Rayon Məhkəməsinin 08 avqust 2016-cı tarixli qətnaməsi ilə boşanmışlar. 30.01.2012-ci il tarixdə iddiaçı onun adından bütün əmlakının idarə edilməsinə dair bir sıra prosessual hərəkətlər in edilməsi üçün cavabdeh-həyat yoldaşı Cavabdeh1 etibarnamə vermişdir. Nikahlarına məhkəmə qətnaməsi ilə xitam verildikdən 5 gün sonra,13 avqust 2016-cı il tarixdə Cavabdeh1 İddiaçı məxsus Ünvan nömrəli fərdi yaşayış evini onun adından qızı Cavabdeh2 bağışlamışdır. İddiaçı 2012-ci ildə həmin etibarnamənin evin bağışlanması üçün deyil, onun adına ev alınması üçün verildiyini, bağışlama müqaviləsinin onun iradəsinə uyğun olmadığını, cavabdeh tərəfindən aldadılaraq hüququndan sui-istifadə edildiyini əsas gətirir. Apellyasiya kollegiyasının iş üzrə gəldiyi nəticədən görünür ki, iddiaçı cavabdehlə nikahda olduğu dövrdə mübahisəli evi almaq üçün ölkə ərazisindən kənarda olduğundan ona əmlakına dair sərəncam vermək hüququnu etibar etmişdir. Etibarnamə verildikdən sonra cavabdeh tərəfindən iddia çının adına evin alınması da bunu təsdiq edir. Tərəflər arasında münasibətlər pozulduqdan sonra onlar 08 avqust 2016-cı tarixdə boşanmışlar. Buna baxmayaraq, 13 avqust 2016-cı il tarixdə cavabdeh həmin etibarnamə əsasında iddiaçıya məxsus əmlak üzərində sərəncam verərək onu öz qızına bağışlamışdır. Göstərilənləri nəzərə alaraq, apellyasiya kollegiyası hesab etmişdir ki, bağışlama əvəzsiz özgəninkiləşdirmə olduğundan biləvasitə bağışlayanın razılığı və iradə ifadəsi əsasında həyata keçirilməlidir. Halbuki, işdən görünür ki, bağışlamadan daha əvvəl tərəflər arasında ailə münasibətləri artıq kəsilmişdi və həmin vaxt iddiaçı ölkə ərazisində olduğundan bağışlamanı özü də həyata keçirə bilərdi. Beləliklə, apellyasiya kollegiyası iddiaçının bağışlamanın onun razılğı olmadan, etibarnamədən sui-i stifadə nəticəsində həyata keçirilməsinə dair dəlillərinin ağlabatan hesab etmişdir. Belə olan halda iddiaçınınmülkiyyətçinin razılığı olmadan ona məxsus olan mübahisəli evə dair bağlanan bağışlamanın etibarlılığından söhbət gedə bilməz və bu cür əqd bağlandığı andan etibarsızdır. Apellyasiya kolegiyası bu qənaətə gələrkən iş üzrə Ali Məhkəmənin mülki kolegiyasının hüquqi mövqeyini də nəzərə almışdır. Ali Məhkəmənin hazırki iş üzrə qərarında ifadə olunmuş mövqeyinə görə iddiaçı 2012-ci ildə Cavabdeh1 etibarnamə verərkən onların arasında etibarlı ailə münasibətləri olmuş və bu etibarnamə etibarlı ailə münasibətlərinə əsaslanmışdı. Lakin 08.08.2016-cı ildə bu etibarlı ailə münasibətlərinə xitam verilmiş, tərəflər arasında nikah pozulmuşdu. Nikah pozulandan 5 gün sonra nikah dövründə verilmiş etibarnamədən istifadə etməklə ev üzərində sərəncam vermək bu əqdin məzmununun tərələrin həqiqi niyyətinə uyğun olmasına əsaslı şübhələr yaradır. Apellyasiya kollegiyası qeyd etmişdir ki, mübahisələndirilən əqd bağlanarkən Cavabdeh1 tərəfindən İddiaçı güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsinə, yəni hüquqdan sui-istifadəyə yol verilmişdir. Daha öncə qeyd edildiyi kimi bu hərəkət etibarsızdır. Apellyasiya kollegiyası belə nəticəyə gəlmişdir ki, birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, işin yuxarıda qeyd olunan hallarına əhəmiyyət verməmiş, nəticədə maddi və prosessual hüquq normalarını pozmaqla qətnamə qəbul etmişdir və bu da həmin qətnamənin ləğvi üçün əsasdır. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respulikası Mülki Məcəlləsinin 324.1, 324.2, 324.4, 324.5, 337-349, 359.1, 362.1, 404.1, 404.2, 560.1, 560.2, 560.3.3, 560.3.4, 666.1, 668.1-ci maddələrinin tələbləri ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə işin həqiqi hallarına uyğun olmaqla, iş üzrə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlinmişdir. Kollegiya cavabdehin məhkəmə iclasında iştirakının təmin edilməməsi və məhkəmə iclası barədə xəbərdar edilməməsi ilə bağlı kassasiya şikayətinin dəlili ilə əlaqədar qeyd edir ki, iş materiallarında olan telefonoqram əsasında müəyyən edilir ki, 23.08.2019-cu il tarixdə cavabdeh X3 məhkəmə iclasının yeri və vaxtı b arədə məhkəmə iclas katibi tərəfindən telefonla məlumat verilmişdir(səh.206). Kollegiya həmçinin, kassatorun əsaslı sübutların heç birinin araşdırılmaması və maddi və prosessual hüquq normalarının pozulması barədə dəlillərinə münasibətdə hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin işin araşdırılmış halları və sadalanan maddi hüquq normalarının tələbləri baxımından mübahisələndirilən bağışlama müqaviləsinin etibarsız hesab olunması üçün kifayət qədər hüquqi əsas olmasına dair nəticələri qanuni və əsaslı olmuşdur. Belə ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin h əqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verilməklə tərəfindən Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 17-ci bəndinin tövsiyyəsinə, əvvəlki kassasiya instansiyası məhkəməsini qərarında şərh edilmiş göstərişlərə, eləcə də MPM-in 14, 77, 88, 217,218, 372.1, 372.7 və 420-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməyərək iddiaçının tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bildiyi üçün iddia tələbinin təmin olunmalı olması barədə düzgün və əsaslı nəticəyə gəlmişdir. Buna görə də kassasiya şikayətində göstərilən dəlillər əsassız olduğu və hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mahiyyəti üzrə düzgün olduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəm əsinin Mülki kollegiyasının 30 avqust 2019-cu il tarixli 2(105)-3096/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar