Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1497/2024 27.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdehna qarşı iş üzrə QƏRARİ Açar sözlər: vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Məmmədov Vidadi Məmməd oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə İddiaçı Cavabdehna qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X13) qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin və çıxarışın etibarsız sayılması tələbinə dair iddia ərizəsi ilə bağlı Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-2572/2023 nömrəli iş üzrə 14 dekabr 2023-cü il t arixli qətnaməsindən iddiaçının kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. X1 xx.xx.2000-ci ildə vəfatından sonra onun adına ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi miras qalmışdır. Mərhumun birincı növbə vərəsə olan uşaqları - X6, X7, X10 öz paylarından mərhum ataları X4 xeyrinə imtina etmiş, miras evə dair X4 adına qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2000-ci il tarixli 2V-1-XXX nömrəli şəhadətnamə və xx.xx.2000-ci il tarixli 761 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir.
2. Qeydiyyat vəsiqəsi itdiyi üçün X8 əmlaka (0.0561 ha torpaq sahəsində yerləşən tikili “A"-da 83.6 kv.m. üç yaşayış otaqları, 69.7 kv.m. köməkçi sahə, 42.2 kv.m. zirzəmi, tikili “B”-də 13.3 kv.m. hamam, tikili “C’’-də 15 kv.m. mətbə x, “D"-də 42.2 kv.m. dam, tikili “T”-də 96 kv.m. talvar) xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir.
3. X12 mübahisəli əmlakı xx.xx.2018-ci ildə vəsiyyətnamə ilə ikinci nikahda olan həyat yoldaşı X11 vəsiyyət etmiş, özü xx.xx.2021-ci il tarixdə vəfat etmişdir.
4. İddiaçılar X9, X5 və X10 Cavabdehna qarşı (üçüncü şəxs X13) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2000-ci il tarixli 2V-1-XXX saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinin etibarsız hesab edilməsi, ünvan 2 ünvana dair X4 adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi, miras mül kün vərəsələr arasında paylara bölünməsini xahiş etmiş, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 21 fevral 2022-ci il tarixli 2(044)-XXX/2022 nömrəli qətnaməsi ilə iddia rədd edilmiş, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 iyul 2022-ci il tarixli 2(104)XXX3/2022 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, qətnamə ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş və iddia rədd edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qərarı ilə iddiaçıların kassasiya şikayəti təmil edilməmiş, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvanə dair Cavabdeh tərəfindən X4 adına verilmiş xx.xx.2000-ci il tarixli 2V-1-XXX saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və AR ƏMDK DƏDRX 3 saylı ərazi idarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
6. Gəncə Şəhər Məhkəməsinin e-2(125)-2600/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakim X.Səfərli) iddia rədd edilmişdir.
7. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslarına görə, “Hazırkı iş üzrə iddiaçı xalası olduğunu bildirdiyi X2 miras qalmış əmlaka dair verilmiş vərəsəlik haqqında şəhadətnamənin və çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Soyad və ata adının eyni olmasına görə iddiaçının anası ilə miras qoyanın qohum olması ağlabatan ehtimal olsa da, iddiaçı tərəfdən, həmin qohumluq əlaqələrini birbaşa təsdiqləyən hər hansı sübut, vərəsələrin dairəsi özündə əks etdirən ailə tərkibinə dair sənəd məhkəməyə təqdim olunmamışdır.” b) Apellyasiya instansiyası məhkəməsində icraat
8. Birinci instansiya məhkəməsinin qətnaməsindən iddiaçı apellyasiya şikayəti vermişdir.
9. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-2572/2023 nömrəli iş üzrə 14 dekabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər L.Süleymanovun sədrliyi və məruzəsi ilə, İ.Həsənov və Ş.Rzaquliyevdən ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, Gəncə Şəhər Məhkəməsinin 14 sentyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
10. Apellyasiya instansiyas ı məhkəməsinin qətnaməsinin əsaslarına görə, “Məhkəmə kollegiyasında müəyyən edildi ki, əvvəla İddiaçı ikinci növbə vərəsə olması işə əlavə edilmiş sənədlərlə təsdiq edilmir. Azərbaycan Respublikası MM-nin 533-ci maddəsinə tələblərinə uyğun olaraq, hazırkı miras mübahisəsi üzrə birinci növbə vərəsələr mövcud olmuşdur ki, bu hal ikinci növbə vərəsəliyi istisna edir və bu baxımdan iddiaçı tərəf bu iş üzrə subyektiv hüquqa malik deyildir. Belə ki, yuxarıda qeyd edildiyi kimi, məhkəmə qərarları üzrə birinci növbə vərəsələrin vəkili olan Vəkil3 Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qərarının qəbulundan sonra, (birinci növbə vərəsələrin eyni predmet üzrə iddiaları təmin edilmədikdən sonra) hazırkı iş üzrə ikinci növbə vərəsə hesab etdiyi İddiaçı n ümayəndəsi və vəkili kimi hazırkı iddianı irəli sürmüşdür.” KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
11. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə razılaşmayan iddiaçı ondan kassasiya şikayəti verərək, qətnamənin ləğv edilib, iddianın təmin olunmasını xahiş etmişdir.
12. Kassasiya şikayətinin dəlillərinə görə, iddiaçı Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qərarının qəbulundan sonra birinci növbə vərəsələrin (mərhum doğma xalası Xanım Mustafayevanın övladlarının) öz paylarından imtina etdiyini və beləliklə özünün ikinci növbə vərəsə kimi hüququnun yarandığını bilmiş və pozulmuş hüququnun bərpası üçün məhkəmədə iddia qaldırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Kassasiya şi kayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ
14. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə
29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır; İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur; İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir; Vİİ. Dövlət vərəsəlik hüququna təminat verir; Maddə
60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir; Maddə
125. Məhkəmə hakimiyyətinin həyata keçirilməsi Vİİ. Məhkəmə icraatı həqiqəti n müəyyən edilməsini təmin etməlidir; Maddə
129. Məhkəmə qərarları və onların icrası İİİ. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. 15. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya: Maddə
6. Ədalətli məhkəmə araşdırması hüququ
1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. 16. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyaya dair Protokol: Maddə
1. Mülkiyyətin müdafiəsi Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. 17. 11 sentyabr 1964-cü il tarixli Qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə
532. Qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Şəxsin ölümündən sonra doğulan uşaq da birinci növbə üzrə vərəsələr sırasına daxildir; Maddə
552. Mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Yalnız başqa vərəsələr olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində, onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bu müddət üç aydan az olduqda isə həmin müddət üç aya qədər uzadılır. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur; Maddə
554. Qanun üzrə və ya vəsiyyət üzrə vərəsəliyə çağırılmış vərəsə, vərəsəlik açıldıqdan sonra onu qəbul edənə qədər ölərsə, ona çatası miras payını almaq hüququ onun vərəsələrinə keçir. Ölmüş vərəsənin həmin hüququ mirası qəbul etmək üçün qalan müddət ərzində, ümumi əsaslar üzrə, onun vərəsələri tərəfindən həyata keçirilir. Müddətin qalan hissəsi üç aydan az olduqda, həmin müddət üç aya qədər uzadılır; Maddə
556. Qanun üzrə və ya vəsiyyət üzrə vərəsə, vərəsəlik açıldığı gündən altı ay müddətində mirasdan imtina etməyə haqlıdır. Bu halda o, qanun üzrə və ya vəsiyyət üzrə olan vərəsələrdən qalan hər hansı birinin xeyrinə, dövlətin və ya ayrıca dövlət, kooperativ və ya sair ictimai təşkilatların xeyrinə mirasdan imtina etdiyini göstərə bilər. Vərəsə tərəfindən mirasdan imtina etməyin kimi xeyrinə olduğu göstərilməməklə edilən imtina, mirası qəbul etməmək hallarında baş verən nəticələrə səbəb olur. Vərəsə, vərəsəlik açılan yerin notariat kontoruna mirası qəbul etmək və ya vərəsəlik hüququ barədə ona şəhadətnamə verilməsinə dair ərizə verdikdə, mirasdan imtina etməyə yol verilmir. Mirasdan imtina vərəsə tərəfindən vərəsəliyin açıldığı yerin notariat kontoruna ərizə vermək yolu ilə edilir.
18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə
81. Sübutların mümkünlüyü Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz; Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir; Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayəti ndə irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır; Maddə 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər; Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır; Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbu l edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.
19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli Qərarı: “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.”
20. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2 noyabr 2005-ci il tarixli 4 nömrəli Qərarı: Bənd 2.2. Məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir; Bənd 2.4. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
21. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin ap ellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilib, işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
22. Kassasiya şikayətində qətnamənin ləğvi xahiş edildiyi üçün, apellyasiya instansiyasının yekun məhkəmə aktı şikayətdə irəli sürülən dəlillər üzrə tam yoxlanılır.
23. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən, kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Həmçinin, iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellylasiya instansiyası məhkəməsinin qətnaməsinin tam yaxud qismən ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
25. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları və apellyasiya şikayətinin dəlilləri üzrə lazımi araşdırma aparılmış, sübutetmə yükü düzgün bölüşdürülmüş, sübutlara hüquqi qiymət verilmişdir.
26. İlk olaraq, vərəsəlik hüququ mülkiyyətçinin sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlərin ölümündən sonra onun iradəsinə uyğun olaraq müəyyən etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçməsini ehtiva edir. Mülki hüququn bu institutu vasitəsi ilə miras qoyanın, onun kreditorlarının, eləcə də vərəsələrinin mənafeyi qorunur, miras qoyanın əmlakın aqibəti ilə bağlı niyyətinin həyata keçirilməsinə şərait yaradılır, bununla da etibarlı və sağlam ailə münasibətlərinin qorunub inkişaf etdirilməsi təmin olunur. Qeyd olunan hallar həm şəxsiyyətin qorunması, həm də ictimai mənafelərin təmin olunması məqsədinə xidmət etməklə, vərəsəlik hüquq qaydalarının məcburiliyini, yəni qanunverici tərəfindən müəyyən tənzimetmənin imperativliyini şərtləndirir. Ailə üzvlərinin mənafeyinin üstünlüyü vərəsəlik hüququnun əsasında duran ailə təminatı prinsipindən irəli gəlir. Bu prinsip vətəndaş cəmiyyətinin özəyini təşkil edən ailənin təminatı məqsədilə yaxın qohumluqla (uşaq, ər, arvad, valideynlər) miras qoyana bağlı olan şəxslərin mənafeyinin digər şəxslərin mənafeyindən üstün olmasını nəzərdə tutur. Ailə-təminat prinsipinin məntiqinə əsasən mülkiyyətçiyə yaşadığı dövrdə məxsus olan əmlak (əmlakın müəyyən hissəsi) üzərində sərəncam vermək hüququ onun vəfatından sonra yaxın ailə üzvlərinə məxsus olmalıdır. Bu prinsip qanun üzrə vərəsəlik zamanı növbəlik, irsi transmissiya qaydalarında özünü göstərir və mirasın daha yaxın şəxslər dairəsinə çatmasına xidmət edir. Vərəsəlik hüququ vasitəsilə mülki dövriyyə iştirakçıları olan fiziki şəxslərin ölməsi halında onların sağlığında qurduqları hüquqi münasibətlərdən irəl i gələn hüquq və öhdəliklərinin aradan qalxmaması, vərəsələri tərəfindən həyata keçirilməsi üçün hüquqi şərait yaradılır ki, nəticədə mülki dövriyyənin davamlılığı və fasiləsizliyi təmin edilməklə hüquqi müəyyənlik və hüquqi etimad prinsipləri qorunmuş olur. Vərəsəlik institutu hər bir şəxsə zəmanət verir ki, sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlər (onların yüklülükləri ilə birlikdə) ölümündən sonra onun iradəsinə uyğun olaraq ifadə etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçsin.
27. Bu kontekstdə kassasiya şikayətinə münasibətdə qeyd edilməlidir ki, şikayətin dəlilləri əsassızdır. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçının ikinci növbə vərəsə olması işə əlavə edilmiş sənədlərl ə təsdiq edilmir. Bundan əlavə, hazırkı miras mübahisəsi üzrə birinci növbə vərəsələr mövcud olmuş və onlar arasında miras əmlakla bağlı hüquq mübahisəsi birinci növ vərəsələrdən birinin lehinə məhkəmə qaydasında həllini artıq tapmışdır ki, bu hal ikinci növbə vərəsəliyi istisna edir. Qeyd olunanlar da ona dəlalət edir ki, iddiaçı hazırkı iddianı qaldırmaq üçün öz hərəkətlərinə hüquqi ixtiyar, tələb və müdafiə hüququ kimi üç elementin məcmusundan ibarət olan subyektiv hüquqa malik olmamışdır.
28. Beləliklə, mülki işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.
29. Göstərilənlərə əsasən və MPM- in 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-2572/2023 nömrəli iş üzrə 14 dekabr 2023-cü il tarixli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. İddiaçı kassasiya şikayəti təmin edilməsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.