Məhkəmə qərarları › İş №2(102)-1497/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1497/2025

21.06.2025 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1497/2025 21.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar İddiaçı1 və İddiaçı2 (Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyi və Azərbaycan Respublikası Şəhərsalma və Arxitektura Komitəsi mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçün şəxs qismində cəlb edilməklə) Cavabdeh qarşı iş üzrə QƏRARI (açar sözlər: özbaşına tikilinin sökülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi hakim), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabd eh qarşı, Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyi və Azərbaycan Respublikası Şəhərsalma və Arxitektura Komitəsi mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçün şəxslər olmaqla “qanunsuz inşa edilmiş tikililərin sökülməsi tələbinə dair” mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 yanvar 2025-ci il tarixli 2(103)-498/2025 nömrəli qətnaməsindən iddiaçılar tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə Azərbaycan Respublikası Ali Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, 43q saylı bağ sahəsinin bir hissəsində yerləşən 0,04 ha torpaq sahəsi üzərində İddiaçı1 xüsus i mülkiyyət hüququ xx.xx.2014-cü il tarixdə qeydiyyata alınmışdır. 2. ünvan ünvanında yerləşən 0,1192 ha torpaq sahəsi üzərində İddiaçı2 xüsusi mülkiyyət hüququ xx.xx.2016-cı il tarixdə qeydiyyata alınmışdır.

3. Cavabdeh Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, 43q saylı bağ sahəsinin bir hissəsində yerləşən 0,0726 ha torpaq sahəsini alğı-satqı yolu ilə X2 almışdır. Həmin torpaq sahəsi üzərində Cavabdeh xüsusi mülkiyyət hüququ xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmışdır. Bundan sonra cavabdeh həmin sahəni üç hissəyə bölərək Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində 43M, 43N və 43T saylı bağ sahələri kimi yenidən qeydiyyata aldırmışdır. Cavabdeh özünə məxsus torpaq sahəsinin hər üçündə tikililər inşa etdirmişdir. Torpaq sahələri daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsa da, üzərindəki tikililər müvafiq qaydada qeydə alınmamışdır.

4. Sabunçu RİH-in Maştağa qəsəbəsi üzrə nümayəndəsinin cavabdeh İddiaçı2 ünvanladığı xx.xx.2021-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, Cavabdeh adına rəsmiləşdirilmiş torpaq sahəsinin 0,0726 ha torpaq sahəsi xüsusi mülkiyyət olduğundan və tikinti işləri başa çatdığı üçün həmin evlərin söküntüsü mümkün olmamışdır.

5. Cavabdeh, Sabunçu RİH-in başçısına ünvanladığı xx.xx.2021-ci il tarixli ərizəsində bildirmişdir ki, “Şəhərsalma və Tikinti” Məcəlləsinin 80-ci maddəsinin tələblərini rəhbər tutaraq, xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan Sabunçu rayonu, Maştağa qəsəbəsi ünvanında yerləşən 43q saylı bağ sahəsinin bir hissəsində ərizəsinə əlavə etdiyi memarlıq-planlaşdırma layihələri əsasında üç fərdi yaşayış evi inşa etdi rmək niyyətindədir. "xxxx" MMC-nin 002658 saylı bildirişinin surətindən görünür ki, Cavabdeh tərəfindən Sabunçu RİH-nə ünvanlanmış məktub xx.xx.2021-ci il tarixdə, saat 09:50-də “Gülməmmədzadə” soyadlı şəxs tərəfindən qəbul edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, "43q" saylı bağ sahəsinin bir hissəsi (sonradan üç hissəyə bölünərək: 43M, 43N və 43T saylı bağ sahəsi olaraq dövlət qeydiyyatına alınmış) ünvanında yerləşən, Cavabdeh məxsus olan 3 (üç) ədəd qanunsuz tikilinin öz vəsaiti hesabına sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

7. İddia tələbi onunla əsasl andırılmışdır ki, İddiaçı2 Bakı şəhəri, Sabunçu rayonu, Maştaga qəsəbəsi, Savalan yaşayış massivinin 1-ci kvartalında yerləşən, "40M" saylı torpaq sahəsinin, İddiaçı1 isə Bakı şəhəri, Sabunçu rayonu, Maştaga qəsəbəsi, Savalan yaşayış massivinin 1-ci kvartalında yerləşən "43Q" saylı torpaq sahəsinin mülkiyyətçisidir. Cavabdeh X5, 2021-ci ilin yay aylarının sonunda alğı-satqı müqaviləsi əsasında Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi ünvanında yerləşən "43q" saylı bağ sahəsinin bir hissəsini - 0,072 ha torpaq sahəsini əldə etmişdir və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən **********34 nömrəsi ilə sözügedən torpaq sahəsi adına rəsmiləşdirilmişdir. Bundan sonra cavabdeh həmin sahəni üç hissəyə bölərək Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində 43M, 43N və 43T saylı bağ sahələri kimi yenidən qeydiyyata aldırmışdır. Sözügedən torpaq sahəsi iddiaçıların mülkiyyətində olan torpaq sahələri arasında, yəni qonşuluqda yerləşir, aralarında olan ortaq çəpər torpaq sahələrinin sərhədini təşkil edir. Cavabdeh qısa müddət ərzində 2021-ci ilin 21 oktyabr tarixindən başlayaraq 02 noyabr tarixinədək, ona məxsus torpaq sahəsini hasarla üç yerə bölərək, mişardaşından, üçtəməlli yaşayış binası inşa etmişdir. İnşa edilmiş hər üç evin hündürlüyü beş metrdən artıqdır və iddiaçıların fərdi yaşayış evlərindən ortaq hasara demək olar ki, bitişik inşa edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarlarına, “Şəhərsalma və Tikinti” Məcəlləsinin müddəalarına və Sabunçu rayonu ərazisində müfəssəl planlaşdırma normaları və qaydalarına müvafiq olaraq, fərdi yaşayış evləri nin tikintisi üçün ayrılan 0,06 ha torpaq sahəsində, bir fərdi yaşayış evinin tikilməsi nəzərdə tutulduğu halda, cavabdeh sözügedən sahəni hasarla üç hissəyə bölərək, mişardaşı ilə, üçtəməlli fərdi yaşayış evləri inşa etmişdir. xx.xx.2021-ci il tarixə mövcud vəziyyət cavabdeh tərəfindən aparılan qeyri-qanuni inşa işləri, hələlik bu günə olan üç tikilidən ibarət inşa etdiyi qanunsuz yaşayış evləri, müvafiq tikinti norma və qaydalarını kobud şəklində pozaraq, iddiaçıların evinin və çəpərinin qəbuledilməz yaxınlığında (10-20 sm), hündürlüyü 5-6 metrdən çox olan divarlar inşa edilməsi səbəbindən, ilk növbədə evə günəş şüalarının daxil olmasının qarşısını alır, həmçinin təsir göstərəcək səs-küy izolyasiya standartlarını pozur, evin yanğın təhlükəsizliyinə mənfi təsir göstərə bilər və iddiaçılar ın ailə üzvlərinin həyatına və sağlamlığına mənfi təsir göstərərək xələl gətirə bilər. Xüsusi olaraq qeyd edilməlidir ki, cavabdehin qanunsuz tikilmiş evlərinin (üç evinin) pəncərələrinin birbaşa iddiaçının həyətinin və evinin pəncərələrinin yaxınında yerləşməsi, ən qədim xalqlardan biri kimi Azərbaycanlıların milli mentalitetinin əsasını təşkil edən cəmiyyətdə mövcud olan mənəvi-əxlaqi normalara ziddir. Cavabdehin yuxarıda qeyd edilən hərəkətləri (yəni mövcud olan tikinti qaydalarının və normalarının pozulması ilə üç qanunsuz tikilinin inşası), iddiaçıların hüquq və qanunla qorunan mənafelərini kobud şəkildə pozduğu üçün bir mülkiyyətçi kimi öz torpaq sahəsi və evlərindən istifadəni yuxarıda göstərilən səbəblərə görə nəinki məhdudlaşdırır, hətta mümkünsüz edir.

8. Sabunçu RİH-in başçısını n İ müavini tərəfindən məhkəmənin sorğusuna xx.xx.2024-cü il tarixli cavab məktubunda bildirilmişdir ki, “Şəhərsalma və tikinti” Məcəlləsinin 80-ci maddəsinin tələblərinə uyğun olaraq, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən 43T, 43N və 43M sahələrində inşa edilmiş fərdi yaşayış evlərinin tikinti niyyəti barədə müraciətlər icra hakimiyyətinə daxil olmamışdır. Cavabdeh “Şəhərsalma və Tikinti” Məcəlləsinin 102.6-cı maddəsinə əsasən Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən 43T, 43N və 43M sahələrində tikinti işlərinin başa çatdırılması ilə bağlı icra hakimiyyətini məlumatlandırmışdır.

9. Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2022-ci il tarixli müayinə aktında qeyd edilmişdir ki, İddiaçı1 hal-hazırda hasarı daxilində olan, istifadə etdiyi 440.0 kv.m torpaq sahəsinin 1 4.0 kv.m hissəsi **********4 reyestr nömrəli çıxarışa əsasən Cavabdeh mülkiyyətindədir. Qərb tərəfdən 1.2 metr, şərq tərəfdən 0.6 metr məsafədə İddiaçı1Cavabdeh məxsus torpaq sahəsinə keçmişdir.

10. Məhkəmənin tikinti-texniki ekspertizasının təyin olunması barədə qərardadı əsasında təqdim edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/3996 saylı ekspert rəyindən görünür ki, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən İddiaçı1 adına verilmiş RX ******* seriya nömrəli çıxarışa əsasən 0,40 ha torpaq sahəsinin, İddiaçı2 adına verilmiş RX ******* seriya nömrəli çıxarışa əsasən 0,1192 ha olan torpaq sahəsinin, Cavabdeh adına verilmiş **********24 reyestr nömrəli çıxarışa əsasən 0,0246 ha olan bağ sahəs inin, **********37 reyestr nömrəli çıxarışa əsasən 0,0258 ha olan bağ sahəsinin, **********31 reyestr nömrəli çıxarışa əsasən 0,0172 ha olan bağ sahəsinin “Torpaq sahəsinin planı və ölçüsü” sənədlərindəki koordinatlarına əsasən bir-birinə bitişik yerləşməklə qonşu torpaq sahələri olduğu müəyyən edilir. Həmin torpaq sahələrinin hüquqmüəyyənedici sənədlər üzrə üst-üstə düşmədiyi (kəsişmədiyi) müəyyən edilir. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********79 saylı mütəxəssis rəyinə əsasən, İddiaçı1 hal-hazırda hasarı daxilində olan faktiki istifadə etdiyi torpaq sahəsinin 440 kv.m təşkil etdiyi, **********24 reyestr nömrəli çıxarışa əsasən X4 mül kiyyətində olan torpaq sahəsinin 14,00 kv.m hissəsinin cavabdeh tərəfindən istifadə edildiyi müəyyən edilir. Cavabdeh tərəfindən inşa edilmiş tikililərin öz mülkiyyətində olan **********24 reyestr nömrəli çıxarışa əsasən 0,0246 ha olan bağ sahəsinin, **********37 reyestr nömrəli çıxarışa əsasən 0,0258 ha olan bağ sahəsinin, **********31 reyestr nömrəli çıxarışa əsasən 0,0172 ha olan bağ sahəsinin hüdudları daxilində yerləşdiyi müəyyən edilir. Həmin tikililərin (fərdi yaşayış evlərinin) inşası zamanı Şəhərsalma və Tikinti Məcəlləsinin 69.5.2-1-ci maddəsində qeyd olunan ara məsafəsinin saxlanılmadığı müəyyən edilir. Cavabdeh mülkiyyətində olan torpaq sahəsində inşa edilmiş tikililərin hazırkı vəziyyətinin İddiaçı1 və İddiaçı2 mülkiyyətində olan tikililərdən (torpaq sahəsindən) təyinatı üzrə istifadə etməsinə maneə yaradıb-yaratmamasının müəyyən olunması hüquqi xarakter daşıdığından tikinti ekspertin səlahiyyətlərinə aid deyil. Lakin qeyd olunur ki, İddiaçı1 məxsus fərdi yaşayış evi ilə cavabdehə məxsus torpaq sahəsində yerləşən tikili arasında 13 metr məsafə olmasını, digər iddiaçı X7 məxsus torpaq sahəsinin üzrərində hər hansı tikili inşa edilməməsini nəzərə alaraq, faktiki vəziyyətdə Cavabdeh mülkiyyətində olan torpaq sahəsində inşa edilmiş tikililərin İddiaçı1 və İddiaçı2 mülkiyyətində olan tikililərdən təyinatı üzrə istifadə etməsinə məhdudiyyət yaratmadığı müəyyən edilir.

11. Məhkəmənin əlavə tikinti-texniki ekspertizasının təyin olunması barədə qərardadı əsasında təqdim edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il ta rixli, 3-16-16/2-10/6472 saylı ekspert rəyində göstərilmişdir ki, Maştağa qəsəbəsi, 43q saylı bağ sahəsində yerləşən, mübahisə predmetini təşkil edən fərdi yaşayış evlərinin inşası zamanı Şəhərsalma və Tikinti Məcəlləsinin 69.5.2-1-ci maddəsinin tələbinin pozulduğu müəyyən olunur. Ekspert rəyində qeyd olunan əlavə materialların ekspertə təqdim edilməməsi əsası ilə digər suallar üzrə rəy verilməsi mümkün olmamışdır.

12. İddiaçı tərəfin təqdim etdiyi X1 xx.xx.2022-ci il tarixli, 69 nömrəli rəyindən görünür ki, rəyin tədqiqat hissəsində qeyd olunanlara, o cümlədən baxış zamanı aşkar olunmuş faktiki vəziyyətə əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən, Cavabdeh məxsus olan olan birinci inşa olunmuş fərdi yaşayış evinin tikinti altı sahəsinin 122,82 kv.m, xarici hürlüyünü n 5,20 metr, ikinci fərdi yaşayış evinin tikinti altı sahəsinin 98,56 kv.m, xarici hündürlüyünün 4,30 metr və üçüncü fərdi yaşayış evinin tikinti altı sahəsinin 117,08 kv.m, xarici hündürlüyünün 4,30 metr təşkil etdiyi müəyyən edilir. Lakin Cavabdeh fərdi yaşayış evlərinə dair eskiz layihələri ekspertiza tədqiqatına təqdim olunmadığından, layihə sənədləri ilə evlərin mövcud vəziyyətini müqayisə edib evlərin faktiki ölçü parametrlərinin (eni, uzunluğu, hündürlüyü və s.) layihə sənədlərinə uyğun olub-olmamasını müəyyən etmək mümkün olmadı. Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən, Cavabdeh tərəfindən fərdi yaşayış evlərinin inşa olunması nəticəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 fevral 2014-cü il tarixli 51 nömrəli qərarı ilə təsdiq edilmiş «Ərazilərin zona laşdırılması, tikintinin növü və miqyası ilə müfəssəl Qaydalar»ın 4.13-cü bəndinin tələblərinin pozulması müəyyən edilir. Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən, Cavabdeh tərəfindən inşa olunmuş fərdi yaşayış evləri ilə qonşuluqda yerləşən İddiaçı1 və İddiaçı2 ayrı-ayrılıqda mülkiyyətində olan bağ torpaq sahələrinin sərhədlərarası mövcud məsafələrin (0,400,75metr) Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin 69.5.1-ci bəndinin tələblərinə uyğun olmadığı müəyyən edilir. 13. 17.03.2023-cü il tarixli məhkəmənin yerli baxış protokolunda qeyd olunur ki, cavabdehin inşa etdirdiyi sözügedən üç tikili Savalan yaşayış məntəqəsinin daxilində avtomobil yolunun kənarında sağ tərəfdə yerləşir. Həmin tikililər iddiaçılara məxsus evlərin arxa tərəfində onlara yaxın məsafədə yerləşir. Həmin tikililərə xaricdən suvaq çəkilmiş, inşası başa çatdırılma ərəfəsindədir. Hər üçünün layihəsi eyni olmaqla, təmiri natamamdır. Tikililər iddiaçılara məxsus evlərə yaxın məsafədə yerləşsələr də, iddiaçıların evlərindən təyinatı üzrə istifadə etməsinə hansısa formada məhdudiyyət yarada biləcəyi müəyyən edilmir.

14. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-92/2024 nömrəli 29 mart 2024-cü il tarixli qətnaməsi ilə (X8) iddia təmin edilməmiş, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilmiş və iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat pulun iddiaçılardan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir.

15. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, cavabdeh tərəfindən fərdi yaşayış evlərinin tikilməsi ilə iddiaçıların hüquq və qanuni mənafelərinin məhdudlaşdırılması halları müəyyən edilməmişdir. Həmçinin qeyd olunan hallar ekspert rəyi ilə də təsdiqini tapmamışdır.

16. Buna görə də məhkəmə iddiaçıların hazırkı iddia ilə məhkəməyə müraciət etmələri üçün subyektiv hüquqlarının olmaması qənaətinə gəlmiş və bildirmişdir ki, İddiaçı tərəf cavadehin məlumatlandırma icraatına riayət etməməsinə diqqət çəksə də, məhkəmə bununla bağlı qeyd edir ki, iş materiallarına əlavə edilmiş Sabunçu RİH-in başçısına ünvanladığı xx.xx.2021-ci il tarixli ərizəsində Cavabdeh, memarlıq-planlaşdırma layihələri əsasında üç fərdi yaşayış evi inşa etdirmək niyyətində olduğunu b ildirmiş və həmin ərizə müvafiq icra hakimiyyətinə sürətli poçt vasitəsilə çatdırılaraq, xx.xx.2021-ci il tarixdə, saat 09:50-də səlahiyyətli şəxs tərəfindən qəbul edilmişdir. Məhkəmə hesab edir ki, cavabdeh məlumatlandırma icraatına əməl etməmiş olsa belə, hazırkı iddiaçıların bu halı mübahisələndirməyə subyektiv hüquqları müəyyən edilmir.

17. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının “Şəhərsalma və Tikinti” Məcəlləsinin 80, 69.5.2-1, Mülki Prossesual Məcəllənin 14.2, 77.1, 88, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

18. İddiaçılar qətnamədən apellyasiya şikayətləri verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər.

19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır k i, qətnamə qanunsuz və əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual normaların pozulmasına yol verilmişdir. Məhkəmə hazırki hüquq münasibətinə tətbiq etdiyi normanı göstərmədən, iddia irəli sürməyə subyektiv hüququn olmamasının qənaətinə gələrək və iddianı rədd edərək, faktiki olaraq iddiaçıların məhkəmə müdafiəsini hüququnu təmin etməmişdir. Göstərilən normaların tələbləri pozulmaqla, işə baxılması son dərəcə qərəzli, ədalətsiz, işin hallarına uyğun faktlara, sübutlara və ya qanunlara əsaslanmamışdır və işə baxılması əsassız olaraq 28 ay davam etmişdir. İşdə olan mötəbər sübutlarla təsdiq edilmiş işin faktiki halları əsasında yaranmış mövcud hüquq münasibətlərini tənzimləmək üçün qanunverici tərəfindən nəzərdə tutulmuş qanunun tətbiq edilməməsinə yol verilmişdir. Yəni, iddiaçıların hüquqların qorunması bilavasitə qanundan irəli gəldiyi hal kimi, nəticədə əsassız və qanunsuz qətnamə çıxarılmışdır.

20. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-498/2025 nömrəli 28 yanvar 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər – Vahid Sadıqov (sədrlik edən və məruzəçi), Xumar Mərdanova və Sabut Bəhrəmzadə) Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-92/2024 nömrəli, 29 mart 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

21. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, məhkəmə kollegiyası tərəfindən mübahisəli ərazidə yerində müayinə aparılmış və müəyyən edilmişdir ki, İddiaçı1 məxsus torpaq sahəsində 2 mərtəbəli fərdi yaşayış evi inşa edilmişdir. Digər İddiaçı2 məxsus torpaq sahəsində isə heç bir tiki li mövcud deyil. Cavabdehə məxsus torpaq sahələrinin hər birində fərdi yaşayış evi inşa edilmişdir. Qeyd edilən evlər tikinti normalarına uyğun gəlmədikdə belə, iddiaçılara hər hansı qaydada maneə törətməsi müəyyən olunmur. Müayinə zamanı iddiaçıların qeyd etdikləri çirkab suların axıdılması üçün nəzərdə tutulan quyuların (şanbon) hər bir həyətdə cavabdehin öz evinə yaxın məsafədə yerləşir.

22. Bundan əlavə, müəyinədə iştirak edən cavabdehin əri X6 və cavabdehin nümayəndəsi-vəkili bildirdilər ki, hər üç ev şəxsi istifadə üçün tikilmişdir. İddiaçı1 evinə yaxın birinci ev cavabdehin öz ailəsi, digər ev oğlunun, üçüncü ev isə qaynının istifadəsi üçün inşa olunub. İddiaçı1 xahişi ilə birinci evin pəncərələrinin yerini dəyişmişdir.

23. Məhkəmə həmçinin qeyd edib ki, evlərin arxa pəncərələri d igər cavabdeh İddiaçı2 boş torpaq sahəsinə açılır. Həmin torpaq sahəsinin digər tərəfində isə mübahisə predmetinə aid olmayan 2 mərtəbəli tikili yerləşir. İddiaçıların torpaq sahələrinə girişçıxışında, eləcə də ondan istifadə edilməsində hər hansı məhdudiyyət müəyyən olunmamışdır. Əksinə İddiaçı1 cavabdehə məxsus 14 kv.m torpaq sahəsini zəbt etməsi işin halları ilə müəyyən olunsa da, cavabdeh tərəf bu halı hazırki mərhələdə mübahisələndirmir.

24. Kollegiya qeyd edib ki, iddiaçılar Mülki Məcəllənin 180.4-cü maddəsinə əsasən hazırki iddia qaldıraraq hesab edirlər ki, cavabdeh tərəfindən hər bir ev üzrə ara məsafələrinin az saxlanılması onların mənafeyini pozur. Həmin normaya görə, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikin ti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.

25. Əvvəla nəzərə alınmalıdır ki, cavabdeh tərəfindən hər üç ev mülkiyyətində olan torpaq sahəsində inşa olunmuşdur. Həmin evlərin tikintisi üçün isə xüsusi icazə tələb olunmur, belə evlərin inşası məlumatlandırma icraatı qaydasında həyata keçirilir. Hər bir evlə qonşu hasar arasındakı məsafəyə dair Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69.5.2-1-ci maddəsində göstərilən tələblərə tam əməl olunmasa da, bunun iddiaçılar üçün heç bir maneə yaratmadığı müəyyən olunmuşdur. Həmin ara məsafəsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanı mübahisə aça bilər. Cavabdeh tərə findən inşa edilən fərdi yaşayış evləri iddiaçılara heç bir maneə törətmir, onların maraqlarına toxunmur. Belə olan halda isə birinci instansiya məhkəməsi mübahisəni düzgün həll etmiş, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verməmişdir.

26. Məhkəmə kollegiyası öz mövqeyini Azərbaycxan Respublikası Mülki Məcəlləsinin 171, 180-cı, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 384, 385-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

27. İddiaçı1 (Vəkil3) kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Mülkü Kollegiyasının 2(103)-498/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsini tamamilə ləğv edərək işi yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmi şdir.

28. Kassasiya şikayəti iddia ərizəsi və apelyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, apelyasiya məhkəməsi birinci instansiya məhkəməsində olan qanun pozuntularını təkrarlayaraq, hazırki hüquq münasibətlərinə tətbiq etdiyi normanı səhv müəyyən edərək, iddianı irəli sürməyə subyektiv hüququnun olmaması qənaətinə gəlməklə səhv nəticəyə gəlmişdir.

29. Apellyasiya məhkəməsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilən hüquqi mövgeyni nəzərə almamış, şikayətdə göstərilən heç bir dəlili faktiki olaraq nəzərə almamışdır. Apellyasiya şikayətində Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cü maddəsinin səhv təfsir edilməsi və tətbiq edilməməsi, MM-nin 180.4-cü maddəsinin tətbiq edilməməsi barədə p ozuntular aydın şəkildə ifadə olunub, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün digər dəlil və sübutlar göstərilsə də, kKollegiya qətnaməni ləğv etməmişdir.

30. İddiaçı2 (Vəkil3) kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Mülkü Kollegiyasının 2(103)-498/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsini tamamilə ləğv edərək işi yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

31. İddiaçı2 kassasiya şikayəti də İddiaçı1 kassasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

32. Kassasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası

33. Maddə

13. İ hissəsi. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövl ət tərəfindən müdafiə olunur.

34. Maddə

29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

35. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

36. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surət də sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

37. Maddə 152.6. Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir.

38. Maddə 171.1. Torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səsk üyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz.

39. Maddə 171.2. Təsirin əhəmiyyətli olduğu, lakin digər torpaq sahəsindən və ya başqa daşınmaz əmlakdan adi istifadədən törəndiyi və istifadəçilərin həmin növü üçün normal təsərrüfat fəaliyyəti sayılan tədbirlərlə qarşısı alına bilmədiyi hallarda da eyni qayda qüvvədə olur.

40. Maddə

180. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əq dlər bağlamaq ixtiyarı yoxdur. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi

41. Maddə

1. A zərbaycan Respublikasının şəhərsalma və tikinti qanunvericiliyi şəhərsalma və tikinti fəaliyyətinin hüquqi əsaslarını, prinsiplərini, eləcə də dövlətin, bələdiyyələrin, fiziki və ya hüquqi şəxslərin şəhərsalma və tikinti fəaliyyəti sahəsində hüquq və vəzifələrini müəyyən edir.

42. Maddə 69.1. Binaların xarici divarlarının önündə ara məsafəsi sahələri nəzərdə tutulmalıdır. Həmin sahələrin üzərində yerüstü tikinti obyektlərinin inşasına yol verilmir.

43. Maddə 69.2. Ara məsafəsi hər torpaq sahəsinin öz üzərində olmalıdır. Nəqliyyat yollarında, ümumi istifadədə olan yaşıllıqlarda və su sahələrində də ara məsafələrinin olmasına yol verilir. Hər iki tərəfdən becərilə bilən torpaq sahələrində isə ara məsafələri yalnız həmin torpaq sahələrinin ortasına qədər nəzərdə tutulur.

44. Maddə 69.4. Ara m əsafəsi divarın hündürlüyünə əsasən müəyyən edilir. Divarla yerin üst səthinin kəsişmə nöqtəsindən divarın sonuna qədər olan şaquli məsafə divarın hündürlüyünü, binanın xarici divarının səthindən həmin binanın yerləşdiyi torpaq sahəsinin sərhədinə qədər olan məsafə isə ara məsafəsini təşkil edir.

45. Maddə 69.5. Ara məsafəsi aşağıdakı qaydada müəyyən edilir: 69.5.1. divar hündürlüyünün 0,6 hissəsi; 69.5.2. xüsusi yaşayış ərazilərində (hərbi şəhərciklər, tələbə şəhərcikləri, müvəqqəti məskunlaşma əraziləri) divar hündürlüyünün 0,4 hissəsi; 69.5.2-1. bu Məcəllənin 80-ci maddəsinə əsasən barəsində məlumatlandırma icraatı tətbiq edilən yaşayış evlərinə münasibətdə - divar hündürlüyünün 0,3 hissəsi; 69.5.3. yalnız sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün nəzərdə tutulmuş ərazilərdə və sənaye ərazilərində divar hündürlüyünün 0,25 hissəsi. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

46. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

47. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

48. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

49. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfi ndən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

50. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

51. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhk əməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

52. Hazırkı kassasiya şikayətlərində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

53. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

54. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

55. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Kassasiya şikayətlərində irəli sürülən mahiyyətcə eyni dəlillər, apelyasiya şikayətlərinin dəlillərini təşkil edirdi və apellyasiya məhkəməsi həmin dəlillərə kifayət qədər ətraflı qiymət vermişdir. Apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

56. Bununla yanaşı, məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.

57. İddia tələbləri Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin işığında həll edilməlidir. Həmin Məcəllənin 69.1-ci maddəsinin tələbinə əsasən, binaların xarici divarlarının önündə ara məsafəsi sahələri nəzərdə tutulmalıdır. Həmin sahələrin üzərində yerüstü tikinti obyektlərinin inşasına yol verilmir.

58. Adı çəkilən Məcəllənin 69.4-cü maddəsində deyilr ki, ara məsafəsi divarın hündürlüyünə əsasən müəyyən edilir. Divarla yerin üst səthinin kəsişmə nöqtəsindən divarın sonuna qədər olan şaquli məsafə divarın hündürlüyünü, binanın xarici divarının səthindən həmin binanın yerləşdiyi torpaq sahəsinin sərhədinə qədər olan məsafə isə ara məsafəsini təşkil edir.

59. Məcəllənin 69.5-ci maddəsində ara məsafəsinin ölçülərinin müəyyən edilməsi qaydaları təsbit olunaraq qeyd olunur ki, ara məsafəsi divar hündürlüyünün 0,6 hissəsi, xüsusi yaşayış ərazilərində divar hündürlüyünün 0,4 hissəsi; məlumatlandırma icraatı tətbiq edilən yaşayış evlərinə münasibətdə - divar hündürlüyünün 0,3 hissəsi kimi müəyyən edilmişdir.

60. Tikinti obyektinin torpaq sahəsinin sərhədində tikilməsi müfəssəl planda nəzərdə tutulduqda (mövcud tikintinin ara mə safəsi sahəsinin saxlanılmasını tələb etdiyi hallar istisna olmaqla); tikinti obyektinin torpaq sahəsinin sərhədində tikilməsinə yol verilməsi müfəssəl planda nəzərdə tutulduqda və qonşu torpaq sahəsində də tikintinin müvafiq torpaq sahəsinin sərhədində tikilməsi şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələbləri baxımından mümkündürsə, torpaq sahələrinin sərhədlərindəki xarici divarların önündə ara məsafəsi sahəsinin saxlanılması zəruri deyildir (Məcəllənin 69.1.1 və 69.1.2 maddələri).

61. Apelyasiya instansiyası məhkəməsi iddia tələbini bu müddəalar əsasında araşdırmış, ekspert rəyi əsasında müəyyən edilmişdir ki, iddiaçının inşa etdiyi hündürlüyü 5,3 metr olan evin sərhəd hasarı ilə məsafəsi 1,59 m. olmalı halda 0,7-0,8 m., hündürlüyü 4,3 m olan evlərin sərhəd hasarı ilə məsaf əsi 1,5m. olmalı halda 0,4-0,5 m. aralıda inşa edilmişdir. Bununla da cavabdeh tərəfindən tikilən evlərin ara məsafəsi üçün müəyyən edilmiş ölçülərə əməl olunmadan inşa etməsi sübut olunur. Bununla yanaşı, həm ekspert tərəfindən həm də yerli baxış keçirən məhkəmələr tərəfindən, tikililərin iddiaçıların evlərindən təyinatı üzrə istifadə etməsinə məhdudiyyət yarada bilməsi müəyyən edilməmişdir.

62. Apelyasiya instansiyası məhkəməsi iddia tələbini rədd edərkən Mülki Məcəllənin qonşu təsirinə dözmək vəzifəsindən bəhs edən 171-ci maddəsinə istinad etmişdir.

63. Məhkəmə kollegiyası qeyd edir ki, ara məsafəsi barədə ölçülər tikinti norması olmaqla yanaşı, bu tələblərin əsasında, tikilinin qonşulara hədsiz təsirlərinin qarşısını almaq məqsədi dayanır. Təsadüfi deyildir ki, Şəhərsalma və Tikinti Mə cəlləsində bu normativlər “Tikinti obyektləri arasında məsafələr və qonşuluq hüququ” başlıqlı 13-cü fəslində əksini tapmışdır.

64. Qonşuluq münasibətlərində eyni zamanda “qonşu təsirinə dözmək vəzifəsi” hakimdir və bu qaydaya görə, daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səsküyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz.

65. İddiaçıların dəlilləri əsasən ondan ibarətdir ki, cavabdehin inşa etdiyi evlər onların evinə günəş şüalarının daxil olmasının qarşısını alır, həmçinin təsir göstərəcək səs-küy izolyasiya standartlarını pozur, cavabdehin tikdiyi üç evin pəncərələri birbaşa iddiaçını n həyətinin və evinin pəncərələrinin yaxınında yerləşir, cavabdehin tikinti qaydalarına riayət etməməsi iddiaçıların öz torpaq sahəsi və evlərindən istifadəni məhdudlaşdırır, hətta mümkünsüz edir.

66. Lakin iddiaçıların bu dəlilləri təsdiqini tapmamışdır. Buna görə də məhəmə kollegiyası, apelyasiya instansiya məhkəməsinin “Hər bir evlə qonşu hasar arasındakı məsafəyə dair Şəhərsalma və Tikinti Məcəlləsinin 69.5.2-1-ci maddəsində göstərilən tələblərə tam əməl olunmasa da, bunun iddiaçılar üçün heç bir maneə yaratmadığı” barədə gəldiyi nəticəni qanuni və əsaslı sayır.

67. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət ver ilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

68. Kassasiya şikayətinin dəlilləri mahiyyəti etibarilə, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır. Qeyd olunmalıdır ki, işin faktiki halları ilə bağlı dəlillər üzrə kassasiya icraatında araşdırma aparılmır, onlara qiymət verilmir. Çünki kassasiya icraatı yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət verilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır. Kassasiya instansiyası məhkəməs i sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

69. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

70. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegi yasının 28 yanvar 2025-ci il tarixli 2(103)-498/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar