Məhkəmə qərarları › İş №2(102)-1499/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-1499/2023

12.05.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1499/2023 12.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı hüquqi varisi Cavabdeh1 və digərlərinə qarşı iş üzrə QƏRARİ İş № 2(102)-1499/2023 (Açar sözlər: hüquqmüəyyənedici sənədlərin ləğvi) Bakı şəhəri 12 may 2023-cü il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və X1 ibarət tərkibdə, İddiaçı Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Sumqayıt şəhəri N saylı Dövlət Notariat Kontoruna qarşı vəsiyyətnamənin, cavabdehlərin adlarına verilmiş vərəsəlik haqqında şəhadətnamənin, miras payın bağışlanması barədə müqavilənin və digər hüquqmüəyyənedici sənədlərin etibarsız hesab edi lməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-2415/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən İddiaçı hüquqi varisi Novruzova Gülşən Ələnur qızı tərəfindən verilmiş kassasiya şikayətinə 12 may 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı oğlu X3 isə 19 may 1979-cu ildə rəsmi nikah əsasında Cavabdeh3 ilə ailə qurmuşdur. 2. 18 iyul 2006-cı il tarixli Çıxarışa əsasən, Sumqayıt şəhəri, Corat qəsəbəsi, 80-ci məhəllədə yerləşən 109-saylı ev daşımaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə Əlibəy Novruzovun adına qeydə alınmışdır. 3. 16 oktyabr 2006-cı il tarixli notarial qaydada təsdiq edilmiş vəsiyyətnaməyə əsasən Əlibəy Novruzov sözügedən e vi və evin yerləşdiyi həyətyanı torpaq sahəsini övladları Cavabdeh1 və Cavabdeh2 vəsiyyət etmişdir. 4. 27 iyun 2010-cu ildə Əlibəy Novruzov vəfat etmişdir. Bundan sonra, notariat orqanı tərəfindən Əlibəy Novruzovdan miras qalmış sözügedən evdə hər birinin payı 7/20 hissədə olmaqla övladları Cavabdeh2 və Cavabdeh1 adına 13 noyabr 2012-ci il tarixli “Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamə, hər birinin payı 1/10 hissədə olmaqla arvadı Cavabdeh3, qızları İranə Məmmədova və İradə Saqiyevanın adına 13 noyabr 2012-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamə verilib. 21 noyabr 2012-ci il tarixli notarial qaydada təsdiq edilmiş bağışlama müqaviləsinə əsasən, İradə Saqiyeva və İranə Məmmədova miras evdən onlara çatan paylarını anaları Cavabdeh3 bağışlayıblar. 5. 13 dekabr 2012-ci il tarixli Çıxarışa əsasən, Sumqayıt şəhəri, Corat qəsəbəsi, 80-cı məhəllədə, istifadədə olan 0.0116 ha torpaq sahəsində yerləşən, 2 otaqlı, ümumi sahəsi 90,1 kv.metr olan fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə 7/20 hissədə Cavabdeh1, 7/20 hissədə Cavabdeh2 və 6/20 hissədə Cavabdeh3 adlarına qeydə alınıb. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Sumqayıt şəhəri 3 saylı Dövlət Notariat Kontoruna qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Sumqayıt şəhəri, Corat qəsəbəsi, 80-ci məhəllədə yerləşən 109 saylı fərdi yaşayış evinə dair cavabdehlərin adlarına verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamələrin, miras payın bağışlanmas ına dair müqavilənin və digər hüquqmüəyyənedici sənədlərin etibarsız hesab edilməsi və miras əmlak üzərində vərəsəlik payının tanınması və cavabdehlərin adlarına verilmiş Çıxarışın ləğvi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddiaçı tələblərini onunla əsaslandırıb ki, mübahisəli ev Sumqayıt şəhər İHB-nın 14 aprel 2006-cı il tarixli, 174 saylı sərəncamına əsasən onun mərhum oğlu Əlibəy Novruzovun adına qeydə alınıb və sonuncunun adına 18 iyul 2006-cı il tarixli Çıxarış verilib. O, həmin evdə 1971-ci ildən yaşayır və oğlu Əlibəy Novruzov 27 iyul 2010-cu ildə ölüb. Miras evin vərəsəlik əsasında cavabdehlərin adına rəsmiləşdirilməsindən məlumatsız olub. Belə ki, artıq o, uzun illərdir ki, yataq xəstəsidir və oğlu Əlibəy Novruzovun ölümündən sonra da həmin evdə fasiləsiz yaşamaqla mirası faktiki qəbul edib. Lakin, cavabdehlər onun xəbəri olmadan miras evə dair notarial qaydada təsdiq edilməklə 13 noyabr 2012-ci il tarixli “Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında” və “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamələr alıblar. 21 noyabr 2012-ci il tarixli notarial qaydada təsdiq edilmiş bağışlama müqaviləsinə əsasən, İradə Saqiyeva və İranə Məmmədova miras evdən onlara çatan paylarını anaları Cavabdeh3 bağışlayıblar. 13 dekabr 2012-ci il tarixli Çıxarışa əsasən, miras ev daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə 7/20 hissədə Cavabdeh1, 7/20 hissədə Cavabdeh2 və 6/20 hissədə Cavabdeh3 adlarına qeydə alınıb. Halbuki notariat orqanı sənədləşdirmə apararkən, onu da Əlibəy Novruzovun qanun üzrə birinci növbəli vərəsəsi kimi cəlb etməli idi. Çünki, o da digər vərəsələr kimi həmin miras evdən pay tələb etmək hüququna malikdir. 8. 02 avqust 2021-ci il tarixdə iddiaçı öldüyü üçün, Sumqayıt Şəhər Məhkəməsinin 13 avqust 2021-ci il tarixli qərardadı ilə qızı Gülşən Novruzovanın ərizəsinə əsasən, mərhum İddiaçı hüquqi varisi kimi qızı Gülşən Novruzova tanınıb.

9. Sumqayıt Şəhər Məhkəməsinin 05 may 2021-ci il tarixli qərardadı ilə mülki iş üzrə məhkəmə-xəttşünaslıq ekspertizası təyin edilib.

10. Məhkəmə Ekspertiza Mərkəzinin 09 iyul 2021-ci il tarixli ekspert rəyinə görə, ekspertizaya təqdim edilmiş Əlibəy Novruzovun adına olan 16 oktyabr 2006-cı il tarixli vəsiyyətnamənin kserosurətində “imza: Novruzov Ə” yazıları qarşısında əks olunmuş imzanın Əlibəy Novruzov tərəfindən və ya başqa şəxs tərəfindən icra olunub-olunmadını müəyyən etmək mümkü n deyil.

11. Sumqayıt Şəhər Məhkəməsinin 20 avqust 2021-ci il tarixli qətnaməsi ilə (hakim E.A.Abdullayev) iddia rədd edilmişdir.

12. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, miras ev Əlibəy Novruzovun mülkiyyətində olub və sonunucu həmin evi övladları Cavabdeh2 və Cavabdeh1 vəsiyyət edib. Əlibəy Novruzov öldükdən sonra notariat orqanında açılmış vərəsəlik işi üzrə Cavabdeh2 və Cavabdeh1 hər biri mirasdan 7/20 hissədə, Cavabdeh3 isə 6/20 hissədə pay alıblar.

13. Göründüyü kimi, vəsiyyətnamənin mövcudluğu qanun üzrə vərəsəliyi istisna edir. Ona görə də, iddiaçının qanun üzrə vərəsə kimi cəlb edilməsinə zərurət olmamışdır. Sözügedən vəsiyyətnamədə olan imzanın mirası qoyan Əlibəy Novruzova məxsus olmaması ilə bağlı mülki iş materiallarında heç bir sübut yoxdu r. Ekspert tərəfindən də vəsiyyətnamədəki imzanın mərhum Əlibəy Novruzova məxsus olub-olmadığının müəyyən edilməsi mümkün olmayıb. İddiaçının miras evdə məcburi payının olması barədə dəlilinə gəlincə isə, vərəsəlik işi 2012-ci ildə açılsa da, iddiaçı həmin mirasdan ona çatmalı olan məcburi payı tələb etməyib və miras ev üzərində artıq paylar müəyyən edilib. Qanuna görə, vərəsələr məcburi pay hüququ olan şəxslər qarşısında birgə borclu kimi çıxış edirlər. Belə olan halda, iddiaçı cavabdehlərə qarşı ayrıca birinci instansiya məhkəməsində iddia qaldırmaqla ona çatmalı olan məcburi payı tələb edə bilər.

14. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1, 1133.2, 1134.1, 1145, 1146-cı maddələrinin və digər maddi, prosessual hüquq normalarının təl əbləri ilə əsaslandırıb. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

15. İddiaçının hüquqi varisi Gülşən Novruzova apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş edib.

16. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 fevral 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Ş.R.Abasov sədrlik edən, məruzəçi, S.A.Qafari və T.Q.Məmmədov) apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Sumqayıt şəhər məhkəməsinin 20 avqust 2021-ci il tarixli qətnaməsi- miras evə dair 13 noyabr 2012-ci il tarixli vəsiyyətnamənin, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin, miras payların bağışlanması haqqında 21 noyabr 2012-ci il tarixli müqavilənin, miras əmlaka dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış 13 dekabr 2012-ci il tarixli qeydiyyatın və verilmiş reyestrdən Çıxarışın etibarsız hesab edilməsi barədə iddia tələblərinin rədd edilməsi hissəsində ləğv edilib, həmin hissədə yeni qətnamə qəbul edilməklə, iddia təmin edilib, Sumqayıt şəhəri, Corat qəsəbəsi, 80-ci məhəllə, 0.08 ha torpaq sahəsində yerləşən, 2 otaqlı, ümumi sahəsi 90,1 kv.metr olan 109 saylı fərdi yaşayış evinə dair vəsiyyətnamənin, qanun üzrə vərəsəlik hüququ haqqında 13 noyabr 2012-ci il tarixli şəhadətnamələrin, miras payın bağışlanması haqqında 21 noyabr 2012-ci il tarixli müqavilənin, miras əmlaka dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış 13 dekabr 2012-ci il tarixli qeydin və verilmiş reyestrdən Çıxarışın etibarsız hesab edilməsi və qalan hissədə qətnamənin dəyiş dirilmədən saxlanılması qət edilib.

17. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, miras qoyan Əlibəy Novruzov miras evi vəsiyyətnamə üzrə övladları Cavabdeh2 və Cavabdeh1 vəsiyyət etsə də, iddiaçı mirası qoyan Əlibəy Novruzovun birinci növbəli vərəsəsi kimi miras əmlakdan məcburi pay almaq hüququ olub. Lakin, cavabdehlər bu faktı notariusdan gizlədib və özlərindən başqa digər vərəsənin, yəni iddiaçının olması barədə məlumat verməyiblər. Halbuki, iddiaçı miras evdə 1971-ci ildən yaşamaqla mirası faktiki qəbul edib və o, uzun illər yataq xəstəsi olmaqla, mirası qoyan oğlu Əlibəy Novruzovun 27 iyul 2010-cu ildə ölümündən sonra da həmin evdə fasiləsiz olaraq yaşamaqda davam edib. Beləliklə, iddiaçının vərəsə olmaqla, miras evdə məcburi pay hüququna malik olması işin mübahisəsiz halıdır. Bundan əlavə, notarius, mirası qoyan Əlibəy Novruzovun digər vərəsələrinin olub-olmadığını və vərəsələrin dairəsinin müəyyən edilməsi üçün heç bir tədbir görməyib. Nəticədə vəsiyyət edilən miras üzrə mərhum Əlibəy Novruzovun arvadı və iki qızı məcburi paylarını almağa müvəffəq olsalar da, anası İddiaçı məcburi paydan məhrum olub. Həmçinin, vəsiyyətnamənin etibarsızlığı üçün əsaslar yoxdur. Belə ki, mərhum Əlibəy Novruzov özünə məxsus torpaq sahəsini və orada yerləşən evi övladları Cavabdeh1 və Cavabdeh2 vəsiyyət edib və bu akt notariat orqanı tərəfindən qeydə alınıb. İddiaçı, vəsiyyətnamədəki imzanın oğluna məxsus olmadığını, oradakı imzanın saxta olduğunu iddia etsə də, bu dəlillərlə bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim etməyib. Göründüyü kimi, birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları tam aydınlaşdırmayıb, işin yuxarıda qeyd olunan hallarına əhəmiyyət verməyib, iddiaçının oğlu Əlibəy Novruzova məxsus miras əmlakdan məcburi pay almaq hüququnu tanımamaqla maddi və prosessual hüquq normalarının tələblərini pozub. Bu da qətnamənin qeyd olunan hissədə ləğv edilməsi üçün əsasdır.

18. Məhkəmə kollegiyası iddianın rədd olunan hissəsi üzrə işdə iştirak edən vərəsələrə izah etmişdir ki, mərhum X2 miras qalmış Sumqayıt şəhəri, Corat qəsəbəsi, 80-ci məhəllədə, 0.08 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 2 otaqlı, 38.3 kv.m yaşayış, 51.8 kv.m köməkçi sahədən ibarət 109 saylı fərdi yaşayış evinə dair, İddiaçıın da məcburi payı nəzərə alınmaqla, vərəsəlik paylarının müəyyən edilməsi və buna uyğun vəsi yyət və qanun üzrə vərəsəlik şəhadətnamələrinin verilməsi üçün notariusa müraciət etməlidirlər.

19. Apellyasiya instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 1133, 1145, 1159.1, 1193, 1194, 1196, 1243, 1318-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. b) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

20. İddiaçı hüquqi varisi Novruzova Gülşən Ələnur qızı və Cavabdeh2 qətnamədən ayrı-ayrılıqda kassasiya şikayəti verib.

21. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-3612/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə İddiaçı hüquqi varisi Novruzova Gülşən Ələnur qızı və Cavabdeh2 ayrı-ayrılıqda verdikləri kassasiya şikayətləri qismən təmin edilib, iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 fevral 2022-ci il tarixli, 2(105)267/2022 saylı qətnaməsi ləğv edilərək, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarımışdır.

22. Kassasiya instansiyasının mövqeyi ondan ibarət olub ki, Əlibəy Novruzovun 27 iyun 2010-cu il tarixdə ölməsi ilə ondan miras qalmış əmlaka vərəsəlik açıldığı və cavabdehlərin adlarına həmin əmlaka dair 13 noyabr 2012-ci il tarixli “Vəsiyyətnamə və qanun üzrə vərəsəlik hüquq haqqında” Şəhadətnamələr verildiyi halda, iddiaçı həmin Şəhadətnamələrin etibarsızlığına dair iddia ilə məhkəməyə 7 ildən sonra, yəni 20 avqust 2020-ci il tarixdə müraciət edib.

23. Məhkəmə kollegiyası “Vəsiyyətnamə və qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamələrin etibarsız hesab edilməsinə dair hazırki mübahisənin açılması müddəti ilə bağlı qeyd etməyi zəruri hesab edib ki, Mülki Məcəllənin 1272-ci maddəsinə əsasən, mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər.

24. Mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barədə mübahisənin açılması ilə bağlı olan müddət iddia müddəti deyil, kəsici müddətdir. Qanunvericiliyin bu normasının məqsədi miras qoyanın ölümündən sonra onun əmlakına dair hüquqi münasibətlərin müqəddəratının mümkün qədər qeyri-müəyyənlikdə qalmamasını, bununla da mülki dövriyyədə hüquqi etimad və davamlılığı etibarlı bir şəkildə təmin etməkdir. Buna görə də maraqlı şəxs mirasın qəbul və imtina edilməsi ilə bağlı hüquqi mübahisəyə əsas verən halları bildiyi gündən iki ay ərzində bununla bağlı mübahisə açmaq hüququ na malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir.

25. Apellyasiya instansiyası məhkəməsi isə iddiaçının iddia tələblərini sözügedən “Vəsiyyətnamə və Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamələrin etibarsız hesab edilməsi hissəsində təmin edərkən, Mülki Məcəllənin 1272-ci maddəsində müəyyən edilmiş müddətin ötürülüb-ötürülməməsi məsələsinə lazımi hüquqi qiymət verməmişdir.

26. Həmçinin tərəflər arasında miras əmlakın qəbul edilməsi, miras əmlakdan payların müəyyən edilməsi, başqa sözlə miras əmlakla bağlı artıq tərəflər arasında məhkəmə mübahisəsi yarandığı halda, apellyasiya instaniyası məhkəməsi bir tərəfdən bu hissədə iddia tələbini rədd etmiş birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlamaqla, digər tərəfdən isə tərəflərə miras əm lakdan paylarının müəyyən edilməsi və paylara uyğun “Vəsiyyətnamə və qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamələrin verilməsi ilə bağlı notariusa müraciət etməli olmalarını qeyd etməklə ziddiyyətli nəticəyə gəlib. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanunvericiliyin tələblərinə cavab vermir və miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar var, yəni miras əmlakın bölüşdürülməsi barədə vərəsələr arasında razılıq yoxdur. Belə olan halda mirasın bölgüsü mütləq qaydada məhkəmə icraatı qaydasında aparılmalıdır. c) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

27. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-2415/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Gülnarə Tağızadə (sədrlik edən və məruzəçi), Lətif ə Məmmədova və Telman Quliyev) iddiaçının hüquqi varisi Novruzova Gülşən Ələnur qızının apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin iş üzrə 20 avqust 2021-ci il tarixli 2(060)-445/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

28. Apellyasiya instansiyası işin faktiki hallarına istinad etməklə mövqeyini belə əsaslandırıb ki, Ə.Novruzovun 27 iyun 2010-cu il tarixdə ölməsi ilə ondan miras qalmış əmlaka vərəsəlik açıldığı və cavabdehlərin adlarına həmin əmlaka dair 13 noyabr 2012-ci il tarixli “Vəsiyyətnamə və qanun üzrə vərəsəlik hüquq haqqında” Şəhadətnamələr verildiyi halda, iddiaçı həmin Şəhadətnamənin etibarsızlığına dair iddia ilə məhkəməyə 7 ildən sonra, yəni 20 avqust 2020-ci il tarixdə müraciət edib.

29. Apellyasiya instansiyası məhkəməsi “Vəsiyyətnamə v ə qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamələrin etibarsız hesab edilməsinə dair hazırkı mübahisənin açılması müddəti ilə bağlı qeyd edib ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1272-ci maddəsinə əsasən, mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. Mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barədə mübahisənin açılması ilə bağlı olan müddət iddia müddəti deyil, kəsici müddətdir. Qanunvericiliyin bu normasının məqsədi miras qoyanın ölümündən sonra onun əmlakına dair hüquqi münasibətlərin müqəddəratının mümkün qədər qeyrimüəyyənlikdə qalmamasını, bununla da mülki dövriyyədə hüquq etimad və davamlılığı etibarlı bir şəkildə təmin etməkdir. Buna gö rə də maraqlı şəxs mirasın qəbul və imtina edilməsi ilə bağlı hüquqi mübahisəyə əsas verən halları bildiyi gündən iki ay ərzində bununla bağlı mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir.

30. İddia müddətləri və kəsici müddətlərlə bağlı Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, kəsici müddət-şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitam ına səbəb olur. İddia müddəti cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir (Mülki Məcəllənin 375.2-ci maddəsi). Kəsici müddət isə məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır (B.Mürsəlovun şikayəti üzrə 2020-ci il 12 mart tarixi Qərarı).

31. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiyi digər dəlilləri də araşdırıb hesab edib ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən əsaslıdır, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir.

32. Məhkəmə kollegiyası gəldiyi nəticənin hüquqi əsası kimi Mülki Məcəllənin 1133.1, 1133.2, 1134.1, 1145, 1146, 1166, 1167, 1168, 1170.1, 1179,1, 1179.2, 1180.1, 1180.2, 1243, 1255, 1272, 375.2-ci maddələrinə, MPM-in 14.2, 77.1, 217.4-c ü maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

33. İddiaçı hüquqi varisi Novruzova Gülşən Ələnur qızı kassasiya şikayəti verərək (Vəkil2 Babalı oğlu) qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

34. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Sumqayıt Apellyasiya məhkəməsi tam araşdırma aparmamış Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli qərarında göstərilən hallar nəzərə alınmamış və Gülşən Novruzova tərəfindən məhkəmədə qaldırılmış vəsatət təmin edilməyərək iş üzrə xətşünaslıq ekspertiziası keçirilməmiş, vəsiyyətnamənin əslini notariat kontorundan tələb etməmişdir. Belə ki, istər birinci instansiya məhkəməsi ndə istərsə də apellyasiya instansiyası məhkəməsində dəfələrlə bildirilmiş və vəsatətlər verilmişdir ki, 2006-cı ildən mərhum X4 cavabdehlərə heç bir vəsiyyətnamə imzalayıb verməmişdir və həmin imzalar ona məxsus deyildir. Lakin məhkəmələr MPM-nin tələblərini kobud şəkildə pozaraq bu halı araşdırmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

35. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

36. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.

37. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamam ilə və ya qismən etibarsız sayılır. 38. “Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.

39. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat“ofisinə“mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.

40. Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.

41. Maddə 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır.

42. Maddə 1272. Mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə m araqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

43. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

44. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

45. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

46. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

47. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

48. Maddə 407.2. Kas sasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

49. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

50. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

51. Maddə 418.3. Prosessual h üquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

52. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

53. Hazırkı kassasi ya şikayətində qətnamə iddiaçının hüquqi varisi tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

54. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

55. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının apellyasiya şikayətinin dəlillərinə, həm də MPM-in 420-ci maddəsinə uyğun olaraq kassasiya instansiyası məhkəməsinin əvvəlki icraat da irəli sürdüyü göstərişlərə uyğun araşdırmalar aparılmış və toplanmış sübutlara hüquqi qiymət verilərək yekun nəticəyə gəlinmişdir. Məhkəmə kollegiyası həmin əsaslandırma ilə tam razılaşır.

56. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir.

57. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlin miş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

58. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

59. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı hüquqi varisi Novruzova Gülşən Ələnur qızı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-2415/2022 nömrəli mülki iş üzrə 19 dekabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar