Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1501/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh X və qeyrilərinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vicdanlı alıcının hüquqlarının müdafiəsi) 30.03.2021 Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi ilə, Cavabdeh X9 və onun vəkili Zamanov Gülbala Sabir oğlunun iştirakları ilə, İddiaçı Cavabdeh1 və digərlərinə qarşı işi üzrə Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-726/2020 nömrəli, xx xxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin b inasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı verdiyi etibarnamə əsasında Cavabdeh1 etibar edənə məxsus olmuş iki mənzili və bir bağ evini başqa şəxslərə satmışdır. İddiaçı həmin əmlaklarla bağlı bağlanmış əqdlərin etibarsız olması əsası ilə hazırkı mübahisəni başladaraq əmlaklarının geri qaytarılmasını tələb etmişdir. İki mənzilə dair hissədə mübahisə üzrə qəbul edilmiş məhkəmə qərarı qanuni qüvvəsini almışdır. Hazırkı icraatda bağ evi ilə bağlı mübahisəyə baxılır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx xxxx 2017-ci il tarixdə Bakı şəhəri 21 saylı notariat kontorunda Bakı şəhəri, XXX 768 E saylı bağ evinin satılması ilə əlaqəd ar tərtib edilmiş AN-İ ******* saylı alqı-satqı müqaviləsi və onun əsasında X7 Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən X5 adına verilmiş RX seriyalı ******* nömrəli (qeydiyyat tarixi xx.xx.2017-ci il) Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın etibarsız hesab edilməsi, həmin müqavilə etibarsız hesab edildiyindən müqavilə üzrə ödənilmiş 68 000 (altmış səkkiz min) manat pulun Cavabdeh1 alınaraq X6 qaytarılması, xx xxxxxx 2017-ci il tarixdə Bakı şəhəri 21 saylı notariat kontorunda Bakı şəhəri, X ünvanında yerləşən mənzilin satılması ilə əlaqədar tərtib edilmiş AN-İ ******* saylı alqı-satqı müqaviləsi və onun əsasında X7 Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən X3 adına verilmiş RX seriyalı ******* nömrəli (qeydiyyat tarixi xx.xx.2017-ci il) Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın etibarsız hesab edilməsi, xx xxxxxx 2017-ci il tarixdə Bakı şəhəri 21 saylı notariat kontorunda ünvan 1 ünvanında yerləşən mənzilin satılması ilə əlaqədar tərtib edilmiş AN-İ ******* saylı alqısatqı müqaviləsi və onun əsasında X7 komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən X3 adına verilmiş RX seriyalı ******* nömrəli (qeydiyyat tarixi xx.xx.2017-ci il) Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia tələbi belə əsaslandırılmışdır: 2017-ci ilin may ayında övladının müalicəsinə külli miqdarda pul lazım olduğu üçün özünə məxsus olan daşınmaz əmlakları – ünvan 2 ünvanında yerləşən mənzilini; ünvan 3vanında yerləşən mənzilini; ünvan 4 və həmin bağ evinin yerləşdiyi 0,12 ha torpaq sahəsini satmaq qərarına gəlmiş, bununla əlaqədar ev alqı-satqısı ilə məşğul olan şəxslərə, həmçinin də mənzillərin yerləşdiyi ərazi üzrə mənzil-istismar sahəsinin əməkdaşlarına müraciət etmişdir. Bir müddət keçdikdən sonra Mənzil İstismar Sahəsinin rəisi Qalib adlı şəxs onunla əlaqə saxlayaraq əmlaklarını potensial almaq qabiliyyətində olan bir şəxsi tanıdığını bildirmiş və Bakı şəhərində anadan olmuş və hal-hazırda Rusiya Federasiyasının vətəndaşı olan Cavabdeh1 ilə onu tanış etmişdir. Minəvvər-xanım onunla söhbətdə mənzilini və bağ evini almaqda maraqlı olduğunu, həmçinin bu əmlakları almaq imkanı məhdud olarsa, ona kömək məqsədi ilə hər iki mənzilini dəyəri 34 0 000 manat, bağ evi və onun yerləşdiyi 0,12 ha torpaq sahəsini isə dəyəri 1 000 000 manat olmaqla satmaqda kömək edəcəyini bildirmişdir. Ona təcili pul lazım olduğundan bununla razılaşmış, bu səbəbdən də həm mənzillərin və həm də bağ evinin satılmasının təşkil edilməsi üçün Minəvvər-xanıma Bakı şəhəri 28 saylı notariat kontorunda etibarnamələr vermişdir. Satışa qoyduğu əmlaklara görə Minəvvər-xanım ona 1 340 000 manat ödəməli olmuş, lakin mənzillərin və bağ evinin satılmasına baxmayaraq pul ödəməmiş və hər dəfə müxtəlif bəhanələrlə ödənişi gecikdirmişdir. Onda olan məlumata əsasən Minəvvər-xanım bağ evini əvvəlcədən borclu olduğu XX adlı şəxsə satmış, ünvan 5 ünvanında yerləşən mənzilləri isə anasının adına özgəninkiləşdirmişdir. Hazırda cavabdeh və onun anası həmin mənzillərdə yaşayırl ar. Aralarında hüquq münasibətlərinin yarandığı ilk gündən Cavabdeh1 qanunvericiliyin tələblərini pozmuş və bununla da onun hüquqlarına zidd hərəkətlər etmişdir. Aldığı məlumata görə Minəvvərxanım bağ evini XX adlı şəxsə 68 000 manata satmışdır, halbuki, evin qiyməti 1 000 000 manat dəyərindədir. Bu hərəkəti ilə Minəvvər-xanım XXə olan borcunu bağlamış, onu isə aldatmışdır. Onun bu hərəkətlərinin qeyri-qanuni olduğunu evi ucuz qiymətə əldə etmiş XX də başa düşməli idi. Mənzillərin və bağ evinin satılması üçün cavabdehə etibarnamələr verməsinə, mənzillərin və bağ evinin satılmasına, lakin satışdan əldə edilən vəsaitlərin ona ödənilməməsinə, həmçinin mənzillərin və bağ evinin həqiqi dəyərindən dəfələrlə aşağı qiymətə satılmasına və göstərilən hallar nəticəsində hüququnun pozulmasına görə idd iasının əsaslı olduğunu hesab edir.
4. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə (hakim N.Bağırov, iş № 2(009)-598/18) İddiaçı Cavabdeh1 qarşı daşınmaz əmlaka dair alqı-satqı müqavilələrinin və mülkiyyət hüquqlarına dair sənədlərin etibarsız hesab edilməsi tələbinə dair iddiası rədd edilmişdir.
5. Məhkəmə iddia tələbini rədd edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 359.1, 421.2, 567, 646.1, 646.2-ci maddələrinə istinad etmişdir. Apelyasiya instansiyası məhkəməsindəki İ icraat
6. Bakı Apelyasiya Məhkəməsi MK-nın xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər- E.Həsənov (sərlik edən və məruzəçi), X.Mərdanova və İ.Vəliyev) Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-598/2018 saylı iş üzrə xx xxxx 2018-cı il tarixli qətnaməsi ləğv edilmə klə iş üzrə yeni qətnamə çıxarılmış, iddia təmin edilərək xx xxxx 2017-ci il tarixdə Bakı şəhəri 21 saylı notariat kontorunda Bakı şəhəri, XXX 768 E saylı bağ evinin satılması ilə əlaqədar tərtib edilmiş AN-İ ******* saylı alqı-satqı müqaviləsi və onun əsasında X7 Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən X5 adına verilmiş RX seriyalı ******* nömrəli (qeydiyyat tarixi xx.xx.2017-ci il) Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın etibarsız hesab edilməsi, həmin müqavilə etibarsız hesab edildiyindən müqavilə üzrə ödənilmiş 68 000 (altmış səkkiz min) manat pulun Cavabdeh1 alınaraq X6 qaytarılması, xx xxxxxx 2017-ci il tarixdə Bakı şəhəri 21 saylı notariat kontorunda Bakı şəhəri, X ünvanında yerləşən mənzilin satılması ilə əlaqədar tərt ib edilmiş AN-İ ******* saylı alqı-satqı müqaviləsi və onun əsasında X7 Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən X3 adına verilmiş RX seriyalı ******* nömrəli (qeydiyyat tarixi xx.xx.2017-ci il) Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın etibarsız hesab edilməsi, xx xxxxxx 2017-ci il tarixdə Bakı şəhəri 21 saylı notariat kontorunda ünvan 1 ünvanında yerləşən mənzilin satılması ilə əlaqədar tərtib edilmiş AN-İ ******* saylı alqısatqı müqaviləsi və onun əsasında X7 komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən X3 adına verilmiş RX seriyalı ******* nömrəli (qeydiyyat tarixi xx.xx.2017-ci il) Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın etibarsız hesab edilməsi, iddiaçının ödədiyi d övlət rüsumlarının və bank xidməti xərclərinin əvəzi olaraq 25,80 manat məbləğində pulun Cavabdeh1 alınaraq İddiaçı ödənilməsi qət edilmişdir.
7. Apelyasiya instansiyası məhkəməsi öz qətnaməsini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 359.3-cü maddələrinə və “M.Şahverdiyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-nın xx xxxxxx 2012-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2013-cü il tarixli Qərarına əsaslanmışdır. Kassasiya insiyasiyasında İ icraat
8. Azərbaycan Respublikası Ali Məhkəməsi MK-nın xx xxxxxx 2019-cu il tarixli 2(102)606/19 saylı qərarı ilə (sədrlik edən hakimlər E.Vəliyeva, Q.Əsgərov və S.Hacıyev) kassasiya şikayətinin təmin olunması, Bakı Apellyasiya Məhkəməsinin Mül ki Kollegiyasının 2(103)-9531/2018 saylı, xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsinin ləğv edilərək və mülki işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır.
9. Ali Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, iddiaçının mənzilin satılmasından və ya hansı qiymətə satılmasından məlumatının olub-olmamasının qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən halların araşdırılması, həmçinin alqı-satqı müqaviləsi əsasında bağ evinin alıcıya təhvil verilib-verilmədiyinin aydınlaşdırılması mübahisənin həllində mühüm əhəmiyyət kəsb edir. Məhkəmə işin nəticəsi üçün əhəmiyyət kəsb edən həmin halları araşdırmamış, etibarsızlığı tələb olunan alqı-satqının tərəfi olan şəxsi cavabdeh qismində cəlb etməmişdir. Eyni zamanda alıcının vicdanlı olmasına qiymət vermək üçün vacib ola n bir sıra dəlillər yoxlanılmamışdır. İşdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir. Apellyasiya instansiyası məhkəməsində İİ icraat
10. Bakı Apelyasiya Məhkəməsi MK-nın xx xxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər- T.Səmədov (sərlik edən və məruzəçi), İ.Şirinov və E.Kazımov) apellyasiya şikayəti təmin edilərək Səbail Rayon Məhkəmə sinin xx xxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilərək İddiaçı iddiası təmin edilmiş, xx xxxx 2017-ci il tarixdə Bakı şəhəri 21 saylı notariat konturunda Bakı şəhəri, XXX 768 E saylı bağ evinin satılması ilə əlaqədar tərtib edilmiş AN-İ ******* saylı alqı-satqı müqaviləsi və onun əsasında X7 Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reysteri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən X5 adına verilmiş RX seriyalı ******* nömrəli (qeydiyyat tarixi xx.xx.2017-ci il) Daşınmaz Əmlakın Dövlət Reysterindən çıxarış etibarsız hesab edilmiş, həmin müqavilə etibarsız hesab edildiyindən müqavilə üzrə ödənilmiş 68 000 manatın Cavabdeh1 alınaraq X6 qaytarılması,xx xxxxxx 2017-ci il tarixdə Bakı şəhəri 21 saylı notariat konturunda Bakı şəhəri, X ünvanında yerlə şən mənzilin satılması ilə əlaqədar tərtib edilmiş AN-İ ******* saylı alqı-satqı müqaviləsi və onun əsasında X7 Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reysteri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən X3 adına verilmiş RX seriyalı ******* nömrəli (qeydiyyat tarixi xx.xx.2017-ci il) Daşınmaz Əmlakın Dövlət Reysterindən çıxarış etibarsız hesab edilməsi, xx xxxxxx 2017-ci il tarixdə Bakı şəhəri 21 saylı notariat konturunda ünvan 6 ünvanında yerləşən mənzilin satılması ilə əlaqədar tərtib edilmiş AN-İ ******* saylı alqı-satqı müqaviləsi və onun əsasında X7 Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reysteri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən X3 adına verilmiş RX seriyalı ******* nömrəli (qeydiyyat tarixi xx.xx.2017-ci il) Daşınmaz Əmlakın Dövlət Reysterindən çıxarışın etibars ız hesab edilməsi qət olunmuşdur.
11. Apelyasiya instansiyası məhkəməsi qətnaməsini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 339.3, 351, 359.1-ci maddələri ilə əsaslanılmışdır. Kassasiya insiyasiyasında İİ icraat
12. Azərbaycan Respublikası Ali Məhkəməsi MK-nın xx xxxxxxx 2019-cu il tarixli 2(102)-6443/19 saylı qərarı ilə (sədrlik edən hakimlər A.İsgəndərov, Ə.Əhmədov və İ.Dəmirov) cavabdehlər A.Quliyevin, Cavabdeh1, E.Hüseynovanın, üçüncü şəxs Bakı şəhəri 21 saylı Notariat Kontorunun xüsusi notariusu D.Kərimovun kassasiya şikayətləri qismən təmin olunaraq, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2019-cu il tarixli qətnaməsi qismən - “xx xxxx 2017-ci il tarixdə Bakı şəhəri 21 saylı notariat konturunda Bakı şəhəri, XXXndə yerləşən 768 E saylı bağ evinin satılması ilə əla qədar tərtib edilmiş AN-İ ******* saylı alqı-satqı müqaviləsinin və onun əsasında X7 Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reysteri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən X5 adına verilmiş RX seriyalı ******* nömrəli (qeydiyyat tarixi xx.xx.2017-ci il) Daşınmaz Əmlakın Dövlət Reystrindən çıxarışın etibarsız hesab edilməsi, müqavilə üzrə ödənilmiş 68 000 manat pulun Cavabdeh1 alınıb X6 qaytarılması” hissəsində ləğv edilərək, iş həmin hissədə yeni apellyasiya baxışına qaytarılmış, qətnamənin qalan hissələri cavabdehlər Cavabdeh1, E.Hüseynovanın, üçüncü şəxslər İddiaçı, Bakı şəhəri 21 saylı Notariat Kontorunun xüsusi notariusu D.Kərimovun kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
13. Ali Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, məhkəmə kollegiyası ilk növbədə bu hissədə mübahisəli hüquq münasibətinə Mülki Məcəllənin 182-ci maddəsinin tətbiqini düzgün saymır və qeyd edir ki, mülki qanunvericiliyin tələbinə müvafiq olaraq həmin maddə daşınar əşyalarla bağlı əldə edənin vicdanlı olub-olmamasına qiymət vermək üçün tətbiq oluna bilər. Hazırkı işdə isə mübahisə predmeti olan bağ evi daşınar deyil, daşınmaz əmlakdır. Bundan başqa, iddiaçı istinad etdiyi kimi, mübahisəli evin qiymətinin 1 000 000 manat olması və bu qiymət barədə A.Quliyevin məlumatlı olmasına dair işə baxan məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Müqavilə məbləğinin iddiaçıya verilməməsi əqdin etibarsızlığı üçün deyil, vurulmuş ziyanın ödənilməsi barədə etibarnamə üzrə nümayəndə Cavabdeh1 qarşı müstəqil iddia qaldırmaq üçün əsas verir. İşə yenidən baxan məhkəmə apellyasiya baxışının predmeti olan hissədə qeyd olunan pozuntuları aradan qaldırmaqla yanaşı Ali Məhkəmənin Mülki Kollegiyasının xx.xx.2019-cu il qərarında şərh olunan göstərişlərin də yerinə yetirilməsini təmin etməli, işin həmin hissədə hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, tərəflərin bununla bağlı dəlillərini ətraflı araşdırmalı, işdə iştirak edən şəxslərin, əsasən də iddiaçının və cavabdehlər Cavabdeh1 və A.Quliyevin məhkəmə iclasında iştiraklarını təmin etməli, mübahisənin sülh yolu ilə həllinin mümkünlüyü məsələsini müzakirə etməli, işin həqiqi hallarının müəyyən edilməsi istiqamətində qanunla nəzərdə tutulan bütün tədbirləri görməli və işin müəyyən edilən hallarına uyğun gələn maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməlidir. Apellyasiya instansiyası məhkəməsində İİİ icraat
14. Bakı Apelyasiya Məhkəməsi MK-nın xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlərE.Mehdiyev (sərlik edən və məruzəçi), Ş.Məmmədova və X.Sarıyev) Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(009)-598/2018 saylı qətnaməsi mübahisələndirilən hissədə - xx xxxx 2017-ci ildə Bakı şəhəri 21 saylı Notariat Kontorunda Bakı şəhəri, XXX 768 E saylı bağ evinin satılması ilə əlaqədar tərtib edilmiş AN-İ ******* saylı alqı-satqı müqaviləsinin və onun əsasında Daşınmaz Əmlakın Dövlət Reysteri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən X5 adına verilmiş RX seriyalı ******* nömrəli (qeydiyyat tarixi xx.xx.2017-ci il) daşınmaz əmlakın dövlət reystrindən çıxarışın etibarsız hesab edilməsi hissəsində dəyişdirilm ədən saxlanılması, işin apellyasiya baxışı zamanı keçirilmiş qiymətləndirmənin dəyəri qismində 500 (yüz) manat İddiaçı tutularaq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi qət edilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
15. İddiaçı kasasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
16. Kassasiya şikayəti belə əsaslandırılmışdır: Müqaviləyə əsasən bağ evi 68.000 manata satılmışdır. Amma əslində bağ evinin dəyəri 700000 manatdır. Həmin evin alqı-satqısı barədə ona məlumat verilməmişdir. Bununla bağlı cavabdehin dəlilləri yoxlanılmışdır. “Azersell Telekom”dan alınm ış cavab onu təsdiq edir ki, bağı alan XX adlı şəxs notariusda olarkn ona zəng etməmişdir. Bu barədə onun dedikləri yalandır. Ona görə alıcı vicdanlı hesab oluna bilməz. Bununla bağlı normaları məhkəmə düzgün tətbiq etməmişdir. O, bağı satın alan XXlə ancaq 2017-ci ilin oktyabr-noyabr aylarında danışmış, bu danışıq bağın təhlükəsizlik kodları ilə bağlı olmuşdur. Onda başa düşmüşdür ki, onun bağı başqa şəxsə satılmışdır. Bağın açarı mühafizəçidən alınmış və bağda tikinti işləri aparılmamışdır. Münəvvərlə Türkiyədə bağlanmış müqavilələr yalandır. Onunla heç bir işbirliyi olmamışdır. Məhkəmə iş üçün əhəmiyyət kəsb edən sübutları düzgün qiymətləndirməmiş və nəticə etibarı ilə maddi hüquq normasını düzgün tətbiq etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Kassasiya şik ayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
18. Cavabdeh X9 və onun vəkili Zamanov Gülbala Sabir oğlu kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişlər.
19. İddiaçı, cavabdeh və digər üçüncü şəxslər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq:
20. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə görə, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
21. Həmin Məcəllənin 148.2-ci maddəsinə görə, daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir.
22. Həmin Məcəllənin 149.2-ci maddəsinə görə, əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır.
23. Maddə 398.1. Müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Qanunda nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən və ya tənzimlənən qiymətlər (tariflər, normalar, dərəcələr və s.) tətbiq edilir. 24. "S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunlugunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli Qərarında qeyd edilir ki, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Həmçinin vurğulanmalıdır ki, mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqe nin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə Mülki Məcəllənin 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır.
25. Həmin qərarda Konstitusiya Məhkəməsinin Plenumu xüsusi olaraq qeyd etmişdir ki, əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə MM-in 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır. 26. "Könül Qəribovanın şika yəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx xxxxxx 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarında qeyd edilir ki, əmlakın üçüncü şəxsə keçməsində mülkiyyətçinin birbaşa və ya dolayısı iştirakının olmaması, əldə edənin (vicdanlı sahibin) əmlakla bağlı hüquqlarının yaranmasının əsasının isə onun mülkiyyətçisi ilə bağlanan əqddən törənən əlaqələrə söykənməməsi, onun mülkiyyətçiyə geri qaytarılmasına məhdudiyyət qoyan təminatın əqdin etibarsız hesab edilməsi ilə bağlı iddia ilə dəf olunmasını istisna edir. 27. "N.Manafovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Ko llegiyasının xx xxxxxx 2008-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2009-cu il tarixli Qərarında qeyd edilir ki, mülkiyyət hüququnun toxunulmazlığına dair konstitusiya prinsipi qanunla müəyyən olunmuş qaydada belə hüququ əldə etmiş və müvafiq qaydada rəsmi qeydə aldırmış şəxslərin mülkiyyət hüququ ilə bağlı məsələlərin həllində məhkəmələrin üzərinə formal mülahizələrdən çıxış etməmək, bu cür məsələləri qanunvericiliyin onlara verdiyi bütün mümkün vasitələrdən istifadə edərək tam və hərtərəfli araşdırmaq vəzifəsi qoyur. Mülki qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə görə rəsmi reyestrdə qeydə alınmış daşınmaz əmlak mülkiyyətçisi yalnız o halda vicdansız hesab edilir ki, bu qeydə dair etiraz əvvəlcədən reyestrə daxil edilmiş olsun və ya əldə edən şəxs qeydin qeyridəqiq olmasını bilsin”.
28. Mülki Məcəllənin 359.1-ci maddəsinə əsasən əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir.
29. Mülki Məcəllənin 362.1-ci maddəsində göstərilmişdir. Həmin normaya əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamədir. 30. “M.Şahverdiyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiy asının xx xxxxxx 2012-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2013-cü il tarixli Qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “...təmsil olunan təmsilçilikdə ən üstün müdafiəyə malik olduğundan onun qanuni maraqları təmin edilməlidir. İlk növbədə, aydınlaşdırılmasına ehtiyac olan hal təmsil edilən şəxsin belə etibarnamənin verilməsində hansı əqdlərin bağlamasına yönələn iradə ifadəsinin olması nəzərə alınmalıdır. Belə ki, həmin şəxs tərəfindən verilən etibarnamədə konkret subyektə münasibətdə konkret şərtlərlə əqdin bağlanmasına dair səlahiyyətlər əks olunmuşdursa, o zaman təmsil olunanın iradə və maraqları müəyyən şəkildə ifadə olunur və təmsilçi təmsil olunanın özünün formalaşdırdığı iradənin vasit əçisi qismində çıxış edir”. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
33. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
34. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
35. İlk növbədə qeyd olunur ki, hazırkı kassasiya şikayətinin prdemeti idiaçıya məxsus olmuş bağ evinə aid əqdin (alqı-satqının) və Çıxarışın mübahisələndirilməsi ilə bağlıdır.
36. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına görə mübahisəli bağ evi iddiaçıya məxsus olmuşdur. İddiaçı 28 saylı notariat kontorunda təsdiq edilmiş xx xxx 2017-ci il tarixli, daha sonra xx xxx 2017-ci il tarixli etibarnamələrə əsasən həmin bağ evi və yerləşdiyi torpaq sahəsi üzərində sərəncam vermək hüququ da daxil olmaqla bütün səlahiyyətləri həyata keçirməyi Münəvvər-xanım Məhərrəmovaya 1 il müddətinə etibar etmiş, iddiaçının adından xx xxx 2017-ci il tarixli etibarnamələr əsasında hərəkət edən Münəvvər-xanım Məhərrəmova Bakı şəhəri 21 saylı notariat kontorunda bağlanmış xx xxxx 2017-ci il tarixli alqı-satqı müqaviləsinə görə mübahisəli bağ evini və onun yerləşdiyi torpaq sahəsini 68000 manata XX Quliyevə (40 000 manata ev, 28 000 manata isə torpaq sahəsi qiymətləndirilmişdir) satmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən mübahisəli bağ evi və yerləşdiyi torpaq sahəsi XX Quliyevin adına mülkiyyət hüququ üzrə qeydiyyata alınmış və ona xx.xx.2017-ci il tarixli çıxarış verilmişdir.
37. İşin mübahisəsiz halıdır ki, iddiaçı bağ evini satmaq üçün Mün əvvər-xanım Məhərrəmovanı səlahiyyətləndirmişdir. Bu halı iddiaçı özü də təsdiq edir və bildirir ki, cavabdeh əmlakları satıb razılaşdıqları vəsaiti verməli idi. Deməli bu hal onu təsdiq edir ki, bağ evini satan Münəvvər-xanım Məhərrəmova ona verilmiş səlahiyyətlərdən kənara çıxmamışdır. Çünki etibarnaməni verməkdə məqsəd bağın satılması olmuş və bağ satılmışdır.
38. Bağın satılmaması, onun XXə olan hansısa borcun əvəzi olaraq verilməsi halını nə bağı alan Aqli Quliyev və nədə onu satan Münəvvər-xanım Məhərrəmova təsdiq etməmişlər. Bu halı sübut etmə yükü iddia edənin üzərinə düşür. Lakin iddiaçı belə halın mövcudluğunu sübuta yetirə bilməmişdir. Ona görə Apelyasiya Məhkəməsi haqlı olaraq belə qənaətə gəlmişdir ki, mübahisəli bağ evinə dair alqı-satqı müqaviləsi iddiaçının verdiyi etibarna mə əsasında onun iradəsinə uyğun bağlandığından, əmlak alıcıya təhvil verildiyindən İddiaçı hüquqlarının və qanunla qorunan mənafələri pozulmamışdır.
39. Bağ sahəsinin ucuz qiymətə satılması və yaxud əldə edilən vəsaitin mülkiyyətçiyə verilməməsi ilə bağlı iddiaçının hüquqları pozulmuşdursa, bu hal etibar olunana qarşı (təmsilçiyə) irəli sürülən tələb ola bilər.
40. Bu qərarın tətbiq edilən maddi hüquq normaları qarfasında sadalanan normalar daşınmaz əmlakın dövlət reyestrindəki qeydə etimad etməklə daşınmaz əmlak əldə edən şəxslərin, yəni vicdanlı əldə edənlərin hüquqlarını qoruyur. Mülki Məcəllənin 140-cı maddəsindəki “prezumpsiya” sözü əksi sübut edilənə qədər, əldə edən şəxsin vicdanlı olmasının qəbul edilməli olmasıdır. Başqa sözlə, əldə edən şəxs özünün vicdanlı əldə edən olmasını isbat etməli deyil, əksinə, şəxsin vicdanlı əldə edən olmadığını iddia edən tərəf sübuta yetirməlidir. Vicdanlı olmama faktının isbatı üçün əldə edən şəxsin əmlakı və ya hüququ əldə etməsinə mane olan halı bilməsi və ya bilmək üçün ondan gözlənilən diqqəti göstərməməsinin sübut olunması tələb edilir ki, iddiaçı belə sübut növü təqdim etməmişdir.
41. Məhkəmə kollegiyası qeyd edir ki, əqdin etibarsızlığı üçün onun etibarsızlığı halını əqdin bütün tərəfləri əvvəlcədən bilməli və ya bilməli olmalı, buna baxmayaraq əqdi bağlamalıdırlar. Hazırkı halda A.Quliyev bağladığı əqdə münasibətdə vicdanlı olduğunu, müqavilə bağlayarkən əqdin legitimsizliyi barədə onda hər hansı şübhə olmadığını, bağ evini əvəzli şəkildə əldə edərək hüquqlarını qeydə aldırdığını və ona faktiki sahibləndiyini göstərmişdir. Məhkəmə kollegiyası hesab edir ki, A.Quliyevin bu dəlillərinin əksini sübut etmək onun deyil, əqdi mübahisələndirən və A.Quliyevin vicdanlı əldə edən olmadığını iddia edən tərəfin vəzifəsidir.
42. Vicdanlı sahibin xoşniyyət, ağlabatan ehtiyatlılıq və sayıqlıq göstərməklə bağladığı əqdin başqa müdafiə vasitəsilə şübhə altına alınmasını, habelə onun nəticələrinin tətbiqini mümkün edən və faktiki olaraq onu mülkiyyətçi ilə müdafiəsiz üzbəüz qoyan belə hüquqi qeyri-müəyyənlik isə mülki dövriyənin davamlılığına, əmlakla bağlı yaranan münasibətlərin sabitliyinə mənfi təsir göstərməklə yanaşı, həmçinin tərəflərin birbirinə olan inamının da azalmasına gətirib çıxarardı.
43. Mülki qanunvericiliyə əsasən əqdin etibarsızlığı dedikdə, tərəflərin əqd bağladıqları zaman arzu etdikləri hüquqi nəticənin baş verməməsi və əmələ gəlməməsi başa düşülür. Etibarsız əqdlər elə hüquqa zidd hərəkətlərdir ki, bu hərəkətlər əqdin etibarlı olması şərtlərindən heç olmazsa birinə uyğun gəlmədiyinə görə arzu edilən hüquqi nəticəyə səbəb olmur. Hər hansı əqdin etibarlılığı üçün isə, onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə görə, “bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə e tibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır”.
44. İşdən görünür ki, mübahisəli bağ evinə dair alqı-satqı müqaviləsi bağlanarkən, müqavilələrin bağlanması ilə əlaqədar qanunvericiliyin tələblərinə riayət edilmiş, hər-hansı nöqsana yol verilməmişdir. Müqavilələr rəsmiləşdirilərkən İddiaçı X1 vermiş olduğu etibarnamədə etibar edilmiş səlahiyyətlər notarius tərəfindən yoxlanılmış, sonuncunun İddiaçı adından əqdlərin rəsmiləşdirilməsinə dair tam səlahiyyətli olduğu müəyyən edilmişdir. İddiaçı tərəfindən Cavabdeh1 verilmiş etibarnamələrdə verilmiş səlahiyyətlər geniş formada olmuş və onun iradə ifadəsi ilə bağlı hər hansı səlahiyyət məhdudlaşdırılmamışdır.
45. Eyni zamanda, həm in səlahiyyətlərdə (etibarnamədə) bağ evinin hansı qiymətə satılması ilə bağlı mülkiyyətçinin iradə ifadəsi olmamışdır. Ona görə alıcının təklif olunan qiymətin məhz mülkiyyətçinin iradəsinin ifadəsi olmamasına münasibətdə də A.Quliyev vicdanlıdır. Çünki səlahiyyət verilərkən bununla bağlı qeyd-şərt nəzərdə tutula bilərdi.
46. İddiaçı müqavilənin etibarsızlığını onun bağlanması anında mövcud olan hallarla deyil, müqavilənin bağlanmasından sonrakı hallarla əlaqələndirir. O cümlədən əmlakların aşağı qiymətə satılması və satılmasından əldə olunmuş pul vəsaitinin ona verilməməsinə əsaslanmaqla mövcud iddia tələbini irəli sürmüşdür. Bu isə müqavilənin etibarsızlığı üçün əsas ola bilməz. Çünki etibarsızlığı səbəb olan hallar müqavilənin bağlanması anında vəyaxud ondan əvvəl baş verməlidir.
47. Bağ evinin qiymətinin 1.000.000 manat olmasını göstərən iddiaçı bu hala dair məhkəməyə hər hansı bir sübut təqdim etməmiş, ziddiyətli məlumat verərək kassasiya şikayətində bu qiyməti 700.000 manat qeyd etmişdir. İddiaçının sifarişinə əsasən Bakı şəhəri, XXX 768 E saylı bağ evinin “xxxx” MMC qiymətləndirmə şirkəti tərəfindən qiymətləndirilməsi həyata keçirilmiş və xx.xx.2017-ci il tarixə olan vəziyyətinə görə bağ evinin bazar dəyəri 246450 manat, likvid dəyəri isə 221800 manat qiymətləndirilmişdir.
48. Azərbaycan Respublikası X7 Komitəsi yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən təsdiq edilmiş sənədlərdən müəyyən edilir ki, mübahisəli bağ sahəsi ilkin olaraq X4 mülkiyyətində olmuş, xx.xx.2013-cü il tarixli dəyişmə müqaviləsinə əsasə iddiaçıya məxsus ünvan 7 ünvanında yerləşən m ənzillə dəyişdirilmişdir. Həmin müqavilənin 4-cü bəndindən müəyyən edilir ki, tərəflər dəyişdirilməli olan bağ evini və mənzili 100 000 manat qiymətləndirmişlər. Ona görə Apelyasiya Məhkəməsi 4 il ərzində bağ sahəsinin dəyərinin 10 qat bahalaşmasını inandırıcı hesab etməmişdir.
49. Apellyasiya baxışı zamanı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 091/Mİ/20 saylı qiymətləndirmə rəyinə əsasən, X5 mülkiyyətində olan Bakı şəhəri, XXXndə yerləşən, 0.12 torpaq sahəsi və üzərində yerləşən 139,4 kv.m ümumi sahədən ibarət 768E nömrəli bağ evinin xx xxxx 2017-ci il tarixinə qiyməti 260000 manat, hal-hazıra olan bazar qiyməti 270000 manat təşkil edir.
50. Göründüyü kimi, bağ evinin qiyməti heç bir halda iddiaçının göstərdiyi qiymətə uyğun gəlmir.
51. Eyni za manda məhkəmə haqlı olaraq qeyd etmişdir ki, bağ evinin real dəyərindən aşağı qiymətə satılması müqavilənin etibarsızlığı üçün əsas sayıla bilməz. Belə ki, Mülki Məcəllənin 398.1-ci maddəsinə əsasən, müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Göründüyü kimi qanunverici tərəflərin müqavilə azadlığı prinsipinə uyğun olaraq, alqı-satqı müqaviləsinin bağlanması zamanı müqavilənin mümhüm şərti olan qiyməti də könüllü surətdə razılaşmalarını müəyyən etmişdir. Bu hüquqi mövqe, “Ə.Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2003-cü il tarixli qərarının qanuniliyinin yoxlanılmasına dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli qərarında qeyd edilmişdir.
52. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi mübahisəni həll edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etdiyi üçün qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.
53. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-726/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi İddiaçı kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.