Məhkəmə qərarları › İş №2(102)-1501/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-1501/2024

29.05.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1501/2024 29.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Bakı şəhəri 9 saylı notariat ofisi və Gəncə “ASAN xidmət” mərkəzi Notariat Ofisinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsızlığı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Bakı şəhəri 9 saylı notariat ofisinə və Gəncə “ASAN xidmət” mərkəzi Notariat Ofisinə qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv olunması, bağışlama müqaviləsinin, çıxarışın etibarsız hesab edilməsi, vərəsəlik və mülkiyyət hüququnun tanınması tələbinə dair Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1202/2023 nömrəli mülki iş üzrə 22 noyabr 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. Gəncə şəhəri, Nizami küçəsi, 113 saylı (Gəncə şəhəri, Nizami rayonu, Nizami küçəsi 3-cü dalan, 1 saylı) fərdi yaşayış evi Kirovabad şəhər notariat kontorunun xx.xx.1939-cu il tarixli 406063 saylı alqı-satqı müqaviləsinə əsasən X1.

2. İddiaçı, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ataları X7 27 iyun 1968-ci ildə, nənələri X4 xx.xx.1975-ci ildə, anaları X8 isə xx.xx.2016-cı ildə ölmüşd ür.

3. Bakı şəhəri 9 saylı notariat kontorunun xx.xx.2017-ci il tarixli 2V-41 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsi ilə miras qalmış ünvan 1 ünvanında yerləşən əmlak Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və İddiaçı adlarına hər birinə 1/4 hissədə keçmişdir.

4. Gəncə “ASAN xidmət” mərkəzində notariat kontorunun xx.xx.2017-ci il tarixli 3M168 saylı miras payın bağışlanma müqaviləsinə əsasən Cavabdeh2 və Cavabdeh3 mülkdə olan paylarını Cavabdeh1 bağışlamışdır.

5. Mübahisəli fərdi yaşayış evinə Cavabdeh1 3/4 pay olmaqla adına xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli və İddiaçı 1/4 pay olmaqla adına xx.xx.2018-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir.

6. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(011)-6923/2019 saylı qətnamə si ilə İddiaçı Tofiq oğlunun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı miras əmlakın qəbul edilmə müddətinin uzadılması, Gəncə şəhəri, Nizami küçəsi, dalan 3, 1 saylı evə dair 9 saylı notariat kontoru tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, həmin notariat kontorunda bağlanmış xx.xx.2017-ci il tarixli bağışlama müqaviləsinin, onun əsasında verilmiş çıxarışın ləğv edilməsi, miras əmlakın ilkin vəziyyətə gətirilməsi və onun tərəfindən mirasın faktiki olaraq qəbul edilmə faktının təsdiq edilməsi barədə iddiası təmin edilməmişdir. Qətnamə qanuni qüvvəsini almışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə (bundan sonra mübahisəli fərdi yaşayış evi) dair Bakı şəhəri 9 saylı notariat ofisində təsdiq olunmuş 09 mart 2017-ci il tarixli 2V-41 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv olunması, Gəncə “ASAN xidmət” mərkəzinin notariat ofisində təsdiq olunmuş 15 aprel 2017-ci il tarixli 3M168 reyestr nömrəli miras payın bağışlanma müqaviləsinin, evə dair Cavabdeh1 verilmiş 25 aprel 2017-ci il tarixli ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi və həmin fərdi yaşayış evinə tam olaraq onun vərəsəlik və mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddiaçı tələbini belə əsaslandırmışdır ki, m übahisəli fərdi yaşayış evi nənəsi X2 adına olmuşdur. X4 29 avqust 1975-ci ildə vəfat etmişdir. X3 nənəsindən əvvəl, 27 iyun 1968-ci ildə vəfat etmişdir. Atasının övladlarından yalnız o, uzun illər ərzində sözügedən mülkdə yaşamaqla təsərrüfatı idarə etmişdir. Digər qardaş-bacıları isə daimi yaşamaq üçün köçüb Bakı şəhərinə getmişlər və hazırda da orada yaşayırlar. Yəni nənəsindən qalmış mirası yalnız faktiki olaraq o qəbul etmiş və hazırda də yalnız öz ailəsi ilə birlikdə həmin mülkdə o yaşayır. Lakin sonradan cavabdehlər sözügedən fərdi yaşayış evində pasport qeydiyyatında olmalarına baxmayaraq, onun xəbəri olmadan Bakı şəhəri 9 saylı notariat ofisində təsdiq olunmuş 09 mart 2017-ci il tarixli 2V-41 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən miras əmlak hər birinin adına keçmişdir. Daha sonra isə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 öz paylarını Cavabdeh1 bağışlamışlar. Həm vərəsəlik, həm də bağışlama zamanı saxtakarlığa yol verilmişdir. Belə ki, üzərindən 40 ildən artıq keçməsinə baxmayaraq cavabdehlər nə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdikləri barədə ərizə vermişlər, nə də əmlakı faktiki idarə etməmişlər. Həmçinin, bağışlanma zamanı evdə pasport qeydiyyatında olanların razılığının tələb olunmasına baxmayaraq, belə bir razılıq alınmadan bağışlama müqaviləsi təsdiq olunmuşdur.

9. Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi eyni zamanda Cavabdeh1 bildirmişdir ki, iddiaçı ilə aralarında olan hazırki mübahisə ilə bağlı qəbul edilmiş və qanuni qüvvəsini almış məhkəmə qərarları mövcuddur. İddiaçının mübahisələndirdiyi vərəsəli k hüququ haqqında şəhadətnamə və onun əsasında bağlanmış bağışlanma müqaviləsi bütün instansiya məhkəmələri tərəfindən araşdırılaraq qanuni hesab edilmişdir. Bağışlanma müqaviləsi isə qanuni əsaslarla vərəsələrə çatan payın öz iradələrinə uğun olaraq bağışlanması olmuşdur. İddiaçı əsassız olaraq süründürüməçiliyə yol vermək məqsədi ilə hazırki iddia tələbini irəli sürmüşdür.

10. Gəncə Şəhər Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) n xx.xx.2023-cü il tarixli 2(125)-284/2023 saylı qətnaməsi ilə (hakim C.Tağıyev) iddia rədd olunmuş, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.

11. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddiaçının mübahisələndirdiyi Bakı şəhəri 9 saylı notariat kontoru tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, 2V-41 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarlı olub-olmamasına məhkəmədə baxılaraq mahiyyəti üzrə qiymət verilmişdir.

12. Bu baxımdan məhkəmə qeyd etmişdir ki, əvvəlki tələbdən fərqli olaraq qeyd olunun şəhadətnamənin ləğv olunması üçün hüquqi əsas mövcud deyildir. Bununla yanaşı qeyd olunan şəhadətnaməyə əsaslanan bağışlanma müqaviləsinin və rəsmi reyestrdən çıxarışın etibarsız hesab edilməsinə dair iddia tələbi də əsassız olduğundan təmin edilməməlidir.

13. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 390.1, 666.1-ci və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 77.1, 82.3, 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

14. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

15. İddiaçı şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə işin tam və hərtərəfli araşdırılmasına imkan vermədən, təqdim edilmiş sübutlara qiymət vermədən tamamilə qanunsuz və əsassız olaraq iddianın təmin edilməməsi barədə qətnamə çıxarmış, bununla da onun vərəsəlik və mülkiyyət hüquqlarını kobud surətdə pozmuşdur. Məhkəməyə təqdim edilmiş Bakı şəhəri 9 saylı notariat kontorunda təsdiq olunmuş 09 mart 2017-ci il tarixli 2V41 reyestr №-li qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin notariat kontorunda saxlanılan arxiv işində şəhadətnamənin verilməsi zamanı onun də ərizəsinin də olduğu görünür. Lakin o, sözügedən şəhadətnamənin verilməsi üçün heç vaxt notariusa ərizə verməmiş və ərizədə olan imza ona məxsus deyildir. Ona görə də qeyd edilən məsələnin dəqiqləşdirilməsi üçün məhkəmədə iş üzrə məhkəmə-xəttşünaslıq ekspertizası təyin edilməsi barədə vəsatət versə də, məhkəmə vəsatətə hər hansı bir əhəmiyyət verməmişdir. Məhkəmə məhkəmə-xəttşünaslıq ekspertizasının təyin edilməsi barədə vəsatətini rədd etməklə eyni zamanda onun ədalətli məhkəmə araşdırması hüququnu da süni şəkildə məhdudlaşdırmışdır.

16. Məhkəmə tərəfindən məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 4/1488 nömrəli rəyinə əsasən, ekspertizaya təqdim edilmiş İddiaçı adından ünvan 3 ünvanlanmış vərəsəliyin qəbulu barədə xx.xx.2017- ci il tarixli ərizədə “İmza” qrafasındakı imza və “Rüstəmov” yazısı-İddiaçı tərəfindən icra olunmuş, yazıların və imzanın qəsdən dəyişdirilməklə icra olunması əlamətləri müşahidə olunmamışdır.

17. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(106)-2235/2021 nömrəli iş üzrə 06 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – S.Mayılov (sədrlik edən və məruzəçi), İ.Əsədov və N.Mirzəyev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq, hesab etmişdir ki, vərəsələrdən Cavabdeh2 və Cavabdeh3 Gəncə “ASAN xidmət” mərkəzinin notariat ofisində təs diq olunmuş 15 aprel 2017-ci il tarixli 3M-168 reyestr nömrəli miras payın bağışlanma müqaviləsinə əsasən öz paylarını Cavabdeh1 bağışlamışlar, bu zaman digər vərəsənin, yəni iddiaçının razılığının alınması qanunla nəzərdə tutulmamışdır.

19. Məhkəmə qeyd etmişdir ki, hazırkı halda əqdin etibarsız hesab olunmasına əsaslar yoxdur. Belə ki, iddiaçı xx.xx.2017-ci il tarixdə Bakı şəhəri 9 saylı notariat ofisində İddiaçı adından verilmiş ərizədəki imzanı mübahisələndirmiş, məhkəmə kollegiyası tərəfindən məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş və həmin ərizədəki imzanın İddiaçı tərəfindən icra olunduğu müəyyən olunmuşdur. Bununla da müəyyən olunur ki, iddiaçının saxtalaşdırıldığı iddia edilən sənədlərdə qanun pozuntusuna yol verilməmişdir. Buna görə də birinci instansiya məhkəməsi iddia tə ləbini təmin etməməkdə haqlı olmuşdur. Qətnamə maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun olmaqla, qanuni və əsaslıdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

20. İddiaçı (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin tam olaraq təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

21. Kassasiya şikayəti iddia ərizəsi və apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmaqla əlavə olaraq göstərilmişdir ki, apellyasiya məhkəməsi tərəfindən qərar çıxarılan zaman iddiaçının iştirakı təmin olunmamışdır. Həmçinin, iddia tələbində əqdin etibarsızlığına, “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın pozulmasına dair tələ blərin yer almasına baxmayaraq, məhkəmə, qətnamədə bu barədə hər hansı bir əsaslandırma aparmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

23. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.

24. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.

25. Maddə 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.

26. Maddə 324.6. Əgər nə zahiri ifadəyə görə, nə də başqa hallara görə iradənin məzmunu dəqiq müəyyənləşdirilə bilmirsə, əqd mövcud deyildir.

27. Maddə 331.1. Yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır.

28. Maddə 334.1. əqdin notariat qaydasında təsdiqlənməsi bu Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir.

29. Maddə 666.2. Bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər.

30. Maddə

668. Bağışlama aşağıdakı hallarda eti barlıdır:

31. Maddə 668.1.1. daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə;

32. Maddə 668.1.2. rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyaların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə;

33. Maddə 668.1.3. daşınar əşyaların bağışlanması zamanı hədiyyə verən əşyanı hədiyyə alana verdikdə;

34. Maddə 668.1.4. tələblərin və digər hüquqların bağışlanması zamanı onlar bu Məcəllənin tələblərinə uyğun yazılı surətdə keçirildikdə;

35. Maddə 668.1.5. gələcəkdə bağışlama vəd edildikdə bu vəd notariat qaydasında təsdiqləndikdə. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanunu

36. Maddə

59. Notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar təl əb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Qanun üzrə vərəsələr vərəsəliyə çağırılmaq üçün əsasların olmasını təsdiq edən sənədləri təqdim etmək imkanından məhrum olduqda mirası qəbul etmiş və miras qoyanla qohumluq, nikah və ya digər münasibətlərə aid sübutları təqdim etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

37. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

38. Maddə 77.1. Hər bir tərəf öz tələbl ərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

39. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

40. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

41. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikay ətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

42. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

43. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəmə sinin mövqeyi

44. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

45. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, bu dəlillər apellyasiya şikayətində də irəli sürülmüş, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəf indən tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun huquqi qiymət verilmişdir. Kassasiya instansiya məhkəməsi bu qiymətləndirmə ilə razılaşır, əlavə dəyərləndirməyə zərurət görmür.

46. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 40 8.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

47. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

48. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməs in. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1202/2023 nömrəli mülki iş üzrə 22 noyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar