Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1502/2021 13.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçı “xxxx” Bank Olmayan Kredit X1 Cəmiyyətinin cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 qarşı QƏRARİ Açar sözlər: kassasiya şikayətinin geri qaytarılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Dəmirov İlqar Kamal oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, Cavabdeh2 vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3976/2019 nömrəli iş üzrə 30 oktyabr 2020-ci il tarixli qərardadından Cavabdeh2 tərəfindən verilmiş kas sasiya şikayətinə dair işə 13 aprel 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Birinci və apellyasiya instansiyası məhkəməsində icraat İddiaçı “xxxx” Bank Olmayan Kredit X1 Cəmiyyəti cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması və sair” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh2 arasında 16.03.2015-ci il tarixdə bağlanmış *******saylı kredit müqaviləsinin ləğv edilməsi, həmin müqavilə üzrə yaranmış əsas kredit borcunun ödənilməsi məqsədi ilə 24.962,75 ABŞ dolları, kreditdən istifadəyə görə hesablanmış faizlərin ödənilməsi məqsədilə 9.192,95 ABŞ dolları, ödənişin gecikdirilməsinə görə tətbiq edilmiş cərimənin (dəbbə pulunun) ödəni lməsi məqsədilə 16.386,49 ABŞ dolları məbləğində pulun, habelə ipoteka piredmetinin sığorta edilməsi üçün ödənilmiş 159,80 manat sığorta haqqının və “Tələbin ipoteka predmetinə yönəldilməsi barədə bildirişin” Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydə alınması üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pulun borc alan olan Cavabdeh2 və onun yuxarıda qeyd edilmiş kredit müqaviləsi üzrə MMC qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasına zamin durmuş cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 onun xeyrinə tutulması, tutmanın ipoteka predmetinə - Bakı şəhəri, Qaradağ rayonu. ünvan 1 ünvanda yerləşən 140,5 kv.m. ümumi, 140,5 kv.m. yaşayış və yardımçı sahədən ibarət bir mərtəbəli 4 otaqlı 8 nömrəli fərdi yaşayış evinə (evin 3/4 hissəsi Cavabdeh2, 1/4 hissəsi isə cavabdeh Cavabdeh1 məxsusdur) yönəldilməsi, evin ilkin satış qiymətinin 55.000 manat məbləğində müəyyən edilməklə açıq hərracdan satılması, cavabdehlərin ipoteka predmeti olan evdən hərrac keçirildikdən bir ay sonra məcburi qaydada çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 12 iyul 2018-ci il tarixli, 2(002)1960/2018 saylı qətnaməsi ilə (hakim R.K.Mürsəlov) iddianın qismən təmin edilməsi, iddiaçı MMC ilə Cavabdeh2 arasında bağlanmış 16.03.2015-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlərdən müştərək qaydada 24.962,75 ABŞ dolları əsas borc, 9.192,95 ABŞ dolları faiz borcu və 1.000 ABŞ dolları dəbbə borcu, cəmi 35.155,70 ABŞ dolları (ödənildiyi zaman manata məzənnəsi ilə) kredit borcunun, ipoteka predmetinin sığo rta edilməsi üçün ödənilmiş 159,80 manat sığorta haqqının və bildirişin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydə alınması üçün ödənilmiş 30 manat və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq iddiaçıya ödənilməsi, tutmanın ipoteka predmeti olan mənzilə yönəldilməsi, mənzilin ilkin satış qiymətinin 55.000 manat məbləğində müəyyən edilməsi və mənzilin açıq hərracdan satılması, satışdan əldə edilmiş məbləğin yaranmış borcun ödənilməsinə yönəldilməsi, tutma mənzilə yönəldikdən və mənzil satıldıqdan bir ay sonra cavabdehlərin həmin mənzildən çıxarılması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən Cavabdeh2 apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 noyabr 2019-cu il tarixli, 2(103)-3976/2019 saylı qətnaməsi il ə (hakimlər M.A.Məmmədov– sədrlik edən və məruzəçi, X.Ə.Sarıyev və E.Y.Şamayev) Cavabdeh2 apellyasiya şikayəti təmin edilərək, hazırki iş üzrə Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 12 iyul 2018-ci il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə, yəni ipoteka predmeti olan mənzilin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində ləğv edilməsi, həmin hissədə iş üzrə yeni qətnamənin qəbul edilməsi, ipoteka predmeti olan və Bakı şəhəri, Qaradağ rayonu. ünvan 1 ünvanda yerləşən 140,5 kv.m. ümumi, 140.5 kv.m. yaşayış və yardımçı sahədən ibarət bir mərtəbəli 4 otaqlı 8 nömrəli fərdi yaşayış evinin ilkin satış qiymətinin 100.000 (yüz min) manat məbləğində müəyyən edilməsi qət edilmişdir. Cavabdeh2 həmin qətnamədən kassasiya şikayəti və “kassasiya şikayətini n verilməsi prosessual müddətinin buraxılmamış hesab edilməsi barədə” ərizə vermişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2020-ci il tarixli, 2(103)-3976/2019 saylı qərardadı ilə (hakimlər M.A.Məmmədov– sədrlik edən və məruzəçi, X.Ə.Sarıyev və R.M.Həsənov) Cavabdeh2 verdiyi “kassasiya şikayətinin verilməsi prosessual müddətinin buraxılmamış hesab edilməsi barədə” ərizəsinin təmin edilməməsi və Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 noyabr 2019-cu il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinin qaytarılması qərara alınmışdır. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları Cavabdeh2 kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi və kassasiya şikayətinin verilməsi müddətinin üzürlü hesab edilərək kassasiya şikayətinin icraata qəbul edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kasasiya şikayətində qeyd olunmuşdur ki, apellyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarının tələblərini pozmuş, nəticədə qanunsuz və əsassız məhkəmə qərardadı qəbul etmişdir. Məhkəmə iclasında Cavabdeh2 vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iddiaçı “xxxx” Bank Olmayan Kredit X1 Cəmiyyətinin nümayəndəsi, cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişlə r. Bu səbəbdən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-yə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edil məsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidi r. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: -MPM-nin 134.1.5-ci maddəsinin tələbinə görə, məhkəmə aktları işdə iştirak edən şəxslərə rəsmi qaydada verməlidir. -MPM-nin 135-ci maddəsinə görə, Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri, o cümlədən məhkəmə aktları, “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər (maddə 135.1.). Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənəd lərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər (maddə 135.2.). Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir (maddə 135.3.). Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər bunu məhkəmə sənədlərini aldıqları tarixdən sonra gələn gündən gec olmayaraq yerinə yetirməli və məhkəmə sənədlərinin çatdırılması barədə bir gün müddətində məhkəməyə xəbər verməlidirlər (maddə 135.4.). Məcəllənin 135.2-ci və 135.3-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir (135.5.). Kassasiya instansiyası məhkəməsinin mövqeyi İş materiallarından görünür ki, apellyasiya instansiyası məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi 01.11.2019-cu il tarixli qətnamə cavabdehin qeydiyyatda olduğu - Bakı şəhəri, ünvan 2 ünvanına 28.01.2020-ci il tarixdə poçt vasitəsi ilə göndərilmiş, iş materiallarında olan xəbərnamədən görünür ki, həmin ünvan üzrə Cavabdeh1 (hazırki iş üzrə digər cavabdeh) tərəfindən 30.01.2020-ci il tarixdə qəbul edilmişdir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, qətnamə cavabdehə rəsmi qaydada verilmiş və qətnamədən apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin sonuncu günü 30.03.2020-ci il hesab edilir. Lakin cavabdeh tərəfindən kassasiya şikayəti 13.10.2020-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 133.1-ci maddəsinə görə, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Müəyyən edilmişdir ki, cavabdehin ərizədə qeyd etdiyi hallar təsdiq olunmur, qətnamə rəsmi şəkildə təqdim edilmişdir. Prosessual müddətin üzrlü səbəbdən buraxılması müəyyən edilmədiyindən apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, ərizə təmin edilə bilməz və cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 408.1.4-cü maddəsinin mənasına görə, kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddət bərpa edilməmişsə kassasiya şikayəti qaytarılmalıdır. Kassasiya kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi düzgün olaraq MPM-nin 408.1.4-cü maddəsinə istinad edərək kassasiya şikayətinin geri qaytarılmasına dai r qərardad qəbul etmişdir. Buna görə kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin olunmamalı, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2020-ci il tarixli, 2(103)-3976/2019 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1502/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-1502/2021
13.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver