Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5694/2021 19.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı "xxxx" KB ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-5694/21 (Açar sözlər: kredit borcu, borcun ipoteka predmetinə yönəldilməsi) Bakı şəhəri, 19 oktyabr 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-587/2021 nömrəli iş üzrə 25 may 2021-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh2 və Cavabdeh3 tərəfindən birgə verilmiş kasasiya şikayəti üzrə işə 19 oktyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı "xxxx" KB ASC cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qarşı “kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 15 avqust 2014-cü il tarixli 54B8/14 saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış 17 may 2017-ci il tarixli 54B8/14-2 saylı əlavə kredit müqaviləsinə əsasən əsas kredit borcu üzrə 45105,11 manat, faiz borcu üzrə 1940,49 manat, cərimə borcu üzrə 56,01 manat, cəmi 50101,61 manat borcun v ə iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 30 manat məbləğində pulun tutulması, tələbin ipoteka predmeti olan Cavabdeh2 mülkiyyətində olan E nömrəli mənzilə yönəldilməsi, bu əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh1 17 may 2017-ci il tarixli 54B8/14-2 saylı əlavə kredit müqaviləsi üzrə 50101,61 manat və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 30 manat məbləğində pulun tutularaq iddiaçı "xxxx" KB ASC-yə ödənilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 62000 manat məbləğində müəyyən edi lməsi, ipoteka predmeti olan E nömrəli mənzilə tutma yönəldikdə və o, satıldıqda ən geci 1 ay ərzində həmin mənzildən Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və X1 çıxarılması və qeyd olunan mənzilin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" KB ASC ilə Cavabdeh1 arasında 15.08.2014-cü il tarixli 54B8/14 saylı əsas kredit müqaviləsinin çərçivəsində yaranmış 17.05.2017-ci il tarixli 54B8/14-2 saylı əlavə kredit müqaviləsinə əsasən borcluya ay müddətinə, 17.05.2019-cu il tarixədək, illik 22 faiz ödəmək şərtilə 53.675.00 AZN məbləğində kredit verilmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi "xxxx" KB ilə Cavabdeh2 arasında bağlanmış 15.08.2014-cü il tarixli 54Bİ8 14 saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh2 mülkiyyətində olan E nömrəli mənzili "xxxx" KB-na ipotekaya qoyulmuşdur. İpoteka müqaviləsi 18.08.2014-cü il tarixdə AR ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən dövlət qeydiyyatına alınmışdır. Kredit müqaviləsinə əlavədə nəzərdə tutulmuş ödəniş qrafiki üzrə dövri olaraq "Unibank” KB-na ödənilməli olan kredit və faiz borclarının həmin qrafikə uyğun ödənilməsi təmin edilməmiş müəyyən olunmuş ödəmə müddətləri pozulmuşdur. Borclu Cavabdeh1 19.02.2018-ci il tarixə 17.05.2017-ci il tarixli 54B844-2 saylı əlavə kredit müqaviləsinə görə əsas kredit borcu üzrə 48.105.11 AZN. faiz borcu üzrə 1 940.49 manat, cərimə borcu üzrə 56.01 manat, cəmi 50.101.61 manat məbləğində banka borcu təşkil edir. Kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh1 bankdan aldığı kredit və ona hesablanmış faizləri müqaviləyə əsasən sərbəst ödəniş cədvəlinə uyğun ödəməklə qaytarmalıdır. Lakin kredit müqaviləsinin müddətinin bitməsinə baxmayaraq bu günə kimi cavabdeh kreditin və kredit faizlərinin qaytarılmasına dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş və onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 02 may 2018-ci il tarixli, 2(001)-4037/2018 saylı qərardadları ilə (hakim Abbas Rzayev) məhkəmə qiymətləndirmə ekspertizası təyin edilmiş, qiymətləndirmə ekspertizasının aparılması "xxxx" MMC-yə və məhkəmə-mühasibatlıq ekspertizasının aparılması Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmışdır. "xxxx" MMC-nin 20.06. 2018-ci il tarixli rəyinə əsasən, ünvan 1 ünvanındakı 9 mərtəbəli binanın 2-ci mərtəbəsində yerləşən, 45.92 kv.m ümumi, 28.82 kv.m yaşayış və 17.1 kv.m yardımçı sahədən ibarət 2 otaqlı, 32 nömrəli mənzilin hal-hazırda 1 kv.m qiyməti 1524 manat, ilkin satış (bazar) qiyməti 70000 manat təşkil edir. Məhkəmə Ekspertizası Mərkəzinin 16.10.2018-ci il tarixli rəyinə əsasən, iddiaçı "xxxx" KB ASC ilə Cavabdeh1 arasında bağlanmış 15.08.2014-cü il tarixli, 54B8/14 kredit müqaviləsi üzrə Cavabdeh1 kredit məbləğinin verilməsi müəyyən edilmədi. Birinci instansiya məhkəməsinin 23 noyabr 2018-ci il tarixli, 2(001)-4037/2018 saylı qətnaməsi ilə (hakim Abbas Rzayev) iddia tələbinin rədd edilməsi qət olunmuşdur. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinin 16.10.2018-ci il tarixli, 15063 saylı ekspert rəyinə əsasən məlum olur ki. iddiaçı "xxxx" KB ASC ilə Cavabdeh1 arasında bağlanmış 15.08.2014-cü il tarixli. 54B8/14 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 məbləğinin verilməsi müəyyən olunmamışdır. Beləliklə də, ekspert rəyinə əsasən məlum olur ki, cavabdehin əsas müqavilə üzrə Banka borcu yoxdur və beləliklə də, cavabdehin icra olunmamış öhdəliyi qalmamışdır. Ona görə də iddia tələbi rədd olunmalıdır. Birinci instansiya məhkəməsi qənaətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1, 385.1, 386.1, 427.3, 442, 445.2.1, 448.1, 449.1, 449.4-cü, “İpoteka haqqında” Qanunun 33, 34, 36.1, 36.3, 39.3.3, 59.3, 59.4-cü və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 115, 119.1, 217.4, 218.3-cü maddələri ilə əsa slandırmışdır. Qətnamədən narazı qalan iddiaçı apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində birinci icraat Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – Elşad Şamayev- sədrlik edən və məruzəçi, Məmməd Məmmədov, Şeyda Məhərrəmova) 13 iyun 2019-cu il tarixli, 2(103)-5535/2019 saylı qərardadı ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin 03.02.2020-ci il tarixli rəyinə əsasən, iddiaçı "xxxx" KB ASC ilə Cavabdeh1 arasında bağlanmış 15.08.2014-cü il tarixli, 54B8/14 kredit müqaviləsi üzrə Cavabdeh1 kredit məbləğinin verilməsi müəyyən edilmədi. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – Elşad Şamayev- sədrlik edən və məruzəçi, Məmməd Məmmədov, Şeyda Məhərrəmova) 12 mart 2020-ci il tarixli, 2(103)-234/2020 saylı qətnaməsi ilə apelyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 23 noyabr 2018-ci il tarixli, 2(001)-4037/2018 saylı qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbinin rədd edilməsi qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, məhkəmə kollegiyası iddiaçının 17 may 2017-ci il tarixli, 54B8/14-2 saylı əlavə kredit müqaviləsində göstərilən pul vəsaitinin Cavabdeh1 verildiyini təsdiq edən mötəbər sənədi məhkəməyə təqdim etmədiyini nəzərə alaraq, Azərbaycan R espublikası MPM-in 88, 101.3 və 103.2-ci maddələrinə əsasən iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəylərini mötəbər sübut qismində qiymətləndirir və hesab edir ki, iddiaçı "xxxx" KB ASC tərəfindən kredit müqaviləsi üzrə öhdəliklərini icra edərək, borcalana müqavilədə müəyyən olunmuş pul vəsaiti verməyi təsdiq olunmadığından, həmin pul vəsaitinin və hesablanmış faizlərin tutulmasına dair iddiası əsassızdır. Bununla belə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mahiyyəti üzrə düzgün nəticəyə gəlsə də, prosessual hüquq normalarının pozulmasına yol verdiyindən, mübahisələndirilən qətnamə ləğv edilməlidir. Belə ki, iş materiallarında olan ölüm haqqında şəhadətnamənin sürətindən müəyyən olunur ki, Cavabdeh1 17 noyabr 2018-ci il tarixdə, yəni hazırki iddia birinci ins tansiya məhkəməsinin icraatında olduğu vaxtda, ölmüşdür. Lakin məhkəmə qanunvericiliklə müəyyən olunmuş qaydada cavabdehin hüquq varisliyini həll etmədən yekun məhkəmə aktı qəbul etmişdir. Apelyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehlər Cavabdeh2 və Cavabdeh3 Cavabdeh1 prosessual hüquq varisləri kimi tanınmışlar. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməlidir. Qətnamədən narazı qalan iddiaçı kasasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. c) Kasasiya instansiyası məhkəməsində birinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kolle giyasının (hakimlər – Əhməd Nurməmmədov- sədrlik edən və məruzəçi, Abiddin Hüseynov, İsmayıl Xəlilov) 06 avqust 2020- ci il tarixli, 2(102)-5310/2020 saylı qərarı ilə kasasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 12 mart 2020-ci il tarixli, 2(103)-234/2020 saylı qətnaməsinin ləğv edilərək mülki işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması qərara alınmışdır. Kasasiya instansiyası məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, İddia tələbini rədd edən birinci instansiya məhkəməsi və məhkəmənin gəldiyi nəticə ilə razılaşan apelyasiya instansiyası məhkəməsi iş üzrə keçirilmiş ekspert rəylərinə istinad edərək iddiaçı tərəfindən cavabdehin banka borcunun olmaması qənaətinə gəlmiş və bu əsasla iddia tələbini rədd etm işlər. Lakin məhkəmələr bu qənaətə gələrkən Mülki Prosessual Məcəllənin 101.7, 103.1 və 88ci maddələrinin tələblərini nəzərə almamış, ekspert rəyinin məhkəmə üçün məcbur olmaması və digər sübutlarla yanaşı qiymətləndirilməli olmasına əhəmiyyət verməyərək iş üzrə düzgün olmayan qətnamənnin çıxarılması ilə nəticələnən prosessual hüquq normalarının pozuntusuna yol verilmişdir. Belə ki, baxılan iş üzrə apelyasiya instansiyası məhkəməsinin 13.06.2019-cu il tarixli qərardadı ilə təyin olunmuş əlavə məhkəmə-mühasibatlıq ekspertizası ilə ekspert qarşısında konkret olaraq iş materiallarında olan bank ilə Cavabdeh1 arasında bağlanmış 15.08.2014-cü il tarixli 54B8 14 saylı əsas kredit müqaviləsi çərçivəsində bağlanmış 17 may 2017-ci il tarixli, 54B8 14-2 saylı əlavə kredit müqaviləsinə əsasən Cavabde h1 18.02.2018-ci il tarixə (iddia tələbində borc hesablandığı tarixə) hansı məbləğdə əsas, faiz və cərimə borcunun olması barədə sual qoyulmuş, lakin ekspert rəyindəborcun verilməməsi ilə bağlı hüquqi nəticəyə gəlmişdir. Ekspert tədqiqat apararkən 03.02.2020-ci il tarixli rəyində iş materiallarına əlavə olunan Cavabdeh1 17.05.2017-cı il tarixli, 54B8 14-2 saçdı əlavə kredit müqaviləsi üzrə 53675,00 manat məxaric edilməsi barədə xahişinin olduğu tranş ərizəsini, eyni zamanda 17.05.2017-ci il tarixli 54B8 14-2 saylı əlavə kredit müqaviləsi üzrə hesabdan çıxarış məlumatlarında 53675,00 manatın 31532,72 ABŞ dolları məbləğin 07.03.2017-ci il tarixli qərara əsasən refinans olunan məbləğin konvertasiyası olduğunu və hesabdan çıxarış məlumatlarında Cavabdeh1 sözügedən kredit müqaviləsi üzrə hesabı na 11900,00 manat mədaxil edildiyinə əhəmiyyət verməmiş, məhz kredit məbləğinin verilməsinə dair kassa məxaric orderi təqdim edilmədiyinə görə kredit məbləğinin verilmədiyi qənaətinə gəlməklə kifayətlənmiş, məhkəmənin ekspert qarşısında qoyduğu sualı cavablandırmamışdır. Məhkəmənin ekspertiza qarşısında qoyduğu sualda kreditin kassa məxaric orderi imzalanmaqla verilib-verilməməsi deyil, məhz iş materiallarında olan sənədlər əsasında hesablama aparılması sual olunmuşdur. Apelyasiya instansiyası məhkəməsi bu hala diqqət verməmiş, həmçinin 54B8 14-2 saylı əlavə kredit müqaviləsi üzrə kreditin verilməmsi halında Cavabdeh1 tərəfindən ödənişlərin hansı əsasla həyata keçirilməsinə hüquqi qiymət verməmişdir. Qanunvericiliyin tələblərindən də görünür ki. ekspert rəyinin məhkəmə üçün qabaqcadan heç bir hüquqi qüvvəsi yoxdur və rəy məhkəmə iclasında digər sübutlarla birgə qiymətləndirilir. Məhkəmənin ekspert rəyi ilə razılaşmaması və ekspert rəyinin kifayət qədər aydın və ya tam olmaması əlavə ekspertizanın təyin edilməsi üçün əsasdır. Lakin işə baxan məhkəmə iş materiallarına lazımi hüquqi qiymət verməmişdir. ç) Apelyasiya instansiyası məhkəməsində ikinci icraat Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – Qürbət Əsgərov- sədrlik edən və məruzəçi, Azad İmanov, Vahid Sadıqov) 29 sentyabr 2020-ci il tarixli, 2(103)-7143/2020 saylı qərardadı ilə təkrar məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin 9/4113 saylı, 08 oktyabr 2020-ci il tarixli ekspert rəyinə əsasən, Cavabdeh1 kredit üzrə banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, 54B8/14-2 saylı, 17 may 2017-ci il tarixli əlavə kredit müqaviləsinin şərtlərinə uyğun olaraq kreditin verilməsi nəzərə alınmaqla Cavabdeh1 18.02.2018-ci il tarixə (sualda göstərilən tarix) "xxxx" KB ASC-yə olan borcu əsas borc üzrə 48.046,22 manat, faiz borcu üzrə 2.055,31 manat təşkil edir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – Qürbət Əsgərov- sədrlik edən və məruzəçi, Azad İmanov, Vahid Sadıqov) 23 fevral 2021-ci il tarixli, 2(103)-587/2021 saylı qərardadı ilə əmlakın qiymətləndirilməsi barədə ekspertiza təyin edilmiş, ekspertizanın aparılması "xxxx" MMC-yə tapşırılmışdır. "xxxx" MMC-nin əmlakın qiymətləndirilməsi barədə G-04/21-175 saylı, 07 aprel 2021-ci il tarixli müt əxəssis rəyindən görünür ki, hazırki dövrə olan orta bazar dəyəri 77.000 manat, Likvid dəyəri 71.000 manat təşkil edir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – Qürbət Əsgərov- sədrlik edən və məruzəçi, Azad İmanov, Vahid Sadıqov) 25 may 2021-ci il tarixli, 2(103)-587/2021 saylı qətnaməsi ilə apelyasiya şikayəti qismən təmin edilərək, İş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)4037/2018 saylı, 23 noyabr 2018-ci il tarixli qətnaməsinin iddiaçı "xxxx" KB ASN-nin nümayəndəsi Seymur Məmmədovun apelyasiya şikayətinə əsasən ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, iddia tələbinin qismən təmin edilməsi, cavabdehlər, eyni zamanda Cavabdeh1 prosessual hüquq varisləri Cavabdeh2 və Cavabdeh3 54B8/14 saylı, 15 avqust 2014cü il tarixli əsas kredit müqaviləsi çərçivəsində bağlanmış 54B8/14-2 saylı, 17 may 2017-ci il tarixli əlavə kredit müqaviləsi üzrə 48.046,22 manat əsas, 1.940,49 manat hesablanmış faiz, 56,01 manat dəbbə pulu olmaqla, cəmi 49.986,71 manat məbləğinda pulun, 30 manat ödənilmiş dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 30 manat məbləğində pulun iddiaçı "xxxx" KB ASC-nin xeyrinə tutulması, borc tələbinin ipoteka predmeti olan və öhdəliyin təminatı kimi mülkiyyət hüququ əsasında Cavabdeh2 mülkiyyətindəki E nömrəli mənzilə yönəldilməsi, ipoteka ilə yüklü edilmiş Cavabdeh2 məxsus olan E nömrəli mənzilinin ilkin satış (likvid dəyəri) qiymətinin 71.000 manat məbləğində müəyyənləşdirilməsi, Cavabdeh2 məxsus olan E nömrəli mənzil açıq hərrac yolu i lə satılsın, satışdan əldə olunmuş vəsait hesabına cavabdehlərin banka olan borcu ödənilməsi, borc ödənildikdən sonra artıq qalan məbləğin cavabdehlərə qaytarılması, satışdan əldə ediləcək məbləğ borcun ödənilməsinə kifayət etmədikdə qanunvericiliklə nəzərdə tutulmuş qaydada cavabdehlərdən tutularaq iddiaçının xeyrinə ödənilməsi, ipoteka predmeti olan E nömrəli mənzili satıldıqdan sonra ən geci 1 ay ərzində cavabdehlər Cavabdeh2, Cavabdeh3 və X1 həmin mənzildən çıxarılmaları, həmin mənzilin boşaldılması, ekspertiza tədqiqatının dəyəri olan 200 manat ekspertiza xərcinin cavabdehlər Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına, ütəxəssis rəyinin verilməsi üçün nəzərdə tutulmuş 300 (üç yüz) manat cavabdehlər Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada alınaraq "xxxx" MMC-nin hesabına köçürülməsi qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, məhkəmə kollegiyası müəyyən edir ki, iddiaçı "xxxx" KB ASC və Cavabdeh1 arasında 15 avqust 2014-cü il tarixdə əsas kredit müqaviləsi bağlanılaraq, bank cavabdehə 60 ay müddətinə 1.000.000 manat məbləğində, bu müqavilə çərçivəsində əlavə kredit müqaviləsi bağlamaqla kredit verilməsinə dair öhdəlik götürmüş və tərəflər arasında bağlanmış 17 may 2017-ci il tarixli, 54B8/14-2 saylı Əlavə kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə 22% ödəmək şərti ilə 53675 ABŞ dolları məbləğində kredit verməyi, cavabdeh isə həmin krediti məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə qaytarmağı öhdəsinə götürmüşdür. Həmçinin ipoteka saxlayan Bank və ipoteka qoyan digər Cavabdeh2 və borcalan Cavabdeh1 arasında bağlanmış 15 avqust 2014-cü il tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi, 137 saylı evdə yerləşən 32 nömrəli mənzil ipoteka ilə yüklü edilmiş və həmin müqavilə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İşin materialları ilə o da müəyyən edilir ki, borcalan Cavabdeh1 17.05.2017-ci il tarixli, 54B8/14-2 saylı əlavə kredit müqaviləsi üzrə hesabdan çıxarış məlumatlarında 53.675,00 manatın 31.532,72 ABŞ dolları məbləğin 07.03.2017-ci il tarixli qərara əsasən referans olunan məbləğin konvertasiya olunduğu və hesabdan çıxarış məlumatlarında Cavabdeh1 sözügedən kredit müqaviləsi üzrə hesabına 11.900 manat mədaxil edilmişdir. Məhkəm ə kollegiyası cavabdehin nümayəndəsinin 17.05.2017-ci il tarixli, 54B8/14-2 saylı əlavə kredit müqaviləsi üzrə hər hansı bir məbləğdə pul verilmədiyi, onlar tərəfindən həmin kredit müqaviləsi üzrə hər hansı bir ödəniş edilməməsi barədə dəlillərini formal mülahizə kimi qiymətləndirir və hesab edir ki, həmin dəlillər işin məhkəmə tərəfindən müəyyən edilmiş halları ilə təkzib edilir. İşə baxan birinci instansiya məhkəməsi məhkəmə-mühasibatlıq ekspertizasının 16 oktyabr 2018-ci il tarixli, 15063 saylı rəyinə əsaslanaraq hesab etmişdir ki, iddia tələbi sübuta yetirilmir və bu səbəbdən də iddianı rədd etmişdir. Kollegiya birinci instansiya məhkəməsinin məhkəməmühasibatlıq ekspertizasının rəyinə əsaslanaraq iddia tələbini rədd etməsi barədə gəldiyi nəticəni qanuni və əsaslı hesab etmir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, birinci instansiya məhkəməsinin 02.05.2018-ci il tarixli qərardadı ilə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizası ilə ekspert qarşısında konkret olaraq iş materiallarında olan Bank ilə Cavabdeh1 arasında bağlanmış 15 avqust 2014-cü il tarixli 54B8/14 saylı əsas kredit müqaviləsi çərçivəsində bağlanmış 17 may 2017-ci il tarixli, 54B8/14-2 saylı Əlavə kredit müqaviləsinə əsasən Cavabdeh1 18.02.2018-ci il tarixə (iddia tələbində borc hesablandığı tarixə) hansı məbləğdə əsas, faiz və cərimə borcunun olması barədə sual qoyulmuş, lakin ekspert rəyində borcun verilməməsi ilə bağlı hüquqi nəticəyə gəlmişdir. Lakin, birinci instansiya məhkəməsi ekspert tərəfindən qoyulan suala cavab verilməməsinə əhəmiyyət verməmişdir. Məhkəmə kollegiyasının qənaətinə g örə birinci instansiya məhkəməsi iş üzrə nəticəyə gələrkən prosessual qanunvericiliyin qeyd edilən tələblərini nəzərə almamış, ekspert rəyinin məhkəmə üçün məcbur olmaması və digər sübutlarla yanaşı qiymətləndirilməli olmasına əhəmiyyət verməyərək, iş üzrə düzgün olmayan qətnamə çıxarılması ilə nəticələnən prosessual hüquq normalırının pozulmasına yol vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, qeyd edilən ekspertiza rəyində ekspert qoyulan suala cavab vermədiyindən, rəy əsaslı hesab edilə bilməz və bu səbəbdən də mötəbər sübut kimi qəbul edilmir. Hazırki apelyasiya icraatı zamanı məhkəmənin 29.09.2020-ci il tarixli qərardadı ilə təkrar məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və həmin qərardada əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə-Ekspertiza Mərkəzi tərəfin dən verilmiş 30 dekabr 2020ci il tarixli rəydə Cavabdeh1 17.05.2017-ci il tarixli 54B8/14-2 saylı əlavə kredit müqaviləsinin şərtlərinə uyğun olaraq 18.02.2018-ci il tarixə banka olan əsas və faiz borcunun 50.101,53 (əsas borc üzrə - 48.046,22 manat, faiz borcu üzrə - 2.055,31 manat) manat olduğu müəyyən edilmişdir. Məhkəmə kollegiyası həmin ekspert rəyini Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88, 101.7 və 103.1-ci maddələrinə əsasən qiymətləndirib, əsaslı hesab edərək, sübut kimi qəbul edir. Məhkəmə kollegiyası işin müəyyən edilmiş hallarını və qeyd edilən mülki qanunvericiliyin normalarını nəzərə alıb hesab edir ki, tərəflər arasında azad surətdə və şərtləri müəyyənləşdirilməklə kredit müqaviləsi bağlanılmış və cavabdehə 24 ay müddətinə 22% ödənilməklə, 17.05.2019-cu i l tarixə kimi 53.675 manat borc pul verilmiş, cavabdeh isə öz öhdəliklərini lazımınca və vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu iddiaçıya ödəməlidir. İddiaçı iddia tələbində əsas kredit borcu üzrə 48.105,11 manat tələb edir. Lakin ekspert rəyi ilə əsas borc üzrə olan məbləğ 48.046,22 manat müəyyən edildiyindən, kollegiya hesab edir ki, əsas borc üzrə cavabdehin ödəməli olduğu borcun məbləği ekspertiza rəyinə uyğun olaraq, 48.046,22 manat müəyyən edilməlidir. İddiaçı iddia ərizəsində faiz borcu üzrə 1.940,99 manat tələb etmiş, lakin ekspertiza rəyi ilə faiz borcu üzrə məbləğ 2.055,31 manat müəyyən edilmişdir. Kollegiya Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, faiz borcu iddia tələbində göstərilən məbləğdə, 1.940,49 AZN müəyyən edilməlidir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, iddiaçı tərəfindən hesablanmış və tələb edilən 56,01 manat məbləğində cərimə də ədalətli olduğundan, cavabdehdən tutulmalıdır. Məhkəmə kollegiyası onu da qeyd edir ki, əvvəlki apelyasiya icraatı zamanı iş üzrə cavabdeh olduqlarından, Cavabdeh2 və Cavabdeh3 Cavabdeh1 prosessual hüquq varisləri kimi tanındıqlarından, kredit müqaviləsi üzrə yaranmış borc da həmin şəxslərdən tutularaq, iddiaçıya ödənilməlidir. İş materiallar ı ilə müəyyən edilir ki, "xxxx" KB АSC-nin 8 saylı filialı ilə Cavabdeh1 arasında bağlanmış 17 may 2017-ci il tarixli 54B8/14-2 saylı əlavə kredit müqaviləsi üzrə cavabdehin bank qarşısında götürdüyü öhdəliyin təminatı kimi DƏDRX verdiyi RX seriyalı ******* nömrəli, **********705101-093013 reyestr nömrəli, ********* qeydiyyat nömrəli, 18.08.2014-cü il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən Cavabdeh2 məxsus olan E saylı mənzili ipoteka ilə yüklü edilmişdir. "xxxx" MMC-nin əmlakın qiymətləndirilməsi barədə G-04/21-175 saylı, 07 aprel 2021-ci il tarixli mütəxəssis rəyindən görünür ki, hazırki dövrə olan orta bazar dəyəri 77.000 (yetmiş yeddi min) manat, Likvid dəyəri 71.000 manat təşkil edir. Məhkəmə kоllegiyası hesab edir ki, ipotek a predmeti olan E nömrəli mənzilinin hazırki dövrə olan likvid dəyərinin 71.000 manat həddində müəyyən edilməsi nəzərə alınmalıdır. Məhkəmə kоllegiyası hesab edir ki, iddia tələbi tutmanın ipoteka predmetinə yönəldilməsi hissəsində əsaslı olduğundan təmin edilməlidir. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 (vəkili Vəkil) kasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya məhkəməsi araşdırmasını yalnız prosessual pozuntuların müəyyən edilməsi üzərində qurmuş və maddi hüquq normalarının düzgün tətbiqinə önəm verməmişdir. Apelyasiya məhkəməsi iddia tələbinin əsaslılığını yalnız iş üzrə təyin edilmiş məhkəmə mühasibatlıq ekspertizasının 08.10.2020-ci il tarixli rəyi üzərində qurmuşdur. Nəzərə alınsa ki, ekspertiza mərkəzinin əvvəlki rəylərində kreditin verilməsinin müəyyən olunmadığı nəzərə çatdırılmışdır, hazırki rəydə də kreditin verilməsinin nəzərə alınması zərurəti vurğulanmışdır. Məhkəmə kollegiyası əlavə kredit müqaviləsi üzrə kreditin verilib-verilməməsi xüsusatını müəyyən etmədən, sanki bank tərəfindən krediti verilmiş kimi qəbul edərək, kredit üzrə borcun və faizlərin tutulması qənaətinə gəlmişdir. Halbuki, 17.05.2017 tarixli əlavə kredit müqaviləsi üzrə Cavabdeh1 pulun verilməsini təsdiq edən yeganə dəlil kassa mədaxil və məxaric orderlərinin mövcud olmaması məhkəmə kollegiyasını n diqqətindən kənar qalmış, qətnamədə ümumiyyətlə bu xüsusata hüquqi qiymət verilməmişdir. Məhkəmə kollegiyasının qətnaməsini əsaslandırarkən, onlar tərəfindən hər hansı bir kredit üzrə ödənişin edilməməsi, əgər edilmişdirsə bunun hansı bank və ya ödəniş terminalında ödənilməsi, bununla bağlı çəkiliş və ödəniş qəbzlərindəki imzaların kimə məxsusluğunun müəyyən edilməməsi barədə dəlillərinə və tələblərinə münasibət bildirilməmiş və iddiaçı tərəfindən də bu xüsusata dair hər hansı bir sübut təqdim edilməmişdir. Belə olan halda məhkəmənin onların dəlillərinin formal mülahizə kimi qiymətləndirməsi və həmin dəlillərin məhkəmə tərəfindən iş üzrə müəyyən edilmiş halları ilə təkzib edilməsi barədə qənaəti əsassızdır. Bu xüsusat iş materiallarında heç bir xüsusatla təkzib edilmir. İş materiallarınd a 17.05.2017 tarixli əlavə kredit razılaşması üzrə cavabdehə pulun verilməsi bankın öz mənafeyi naminə verilmiş maliyyə arayışı və kreditin verilməsi nəzərə alınmaqla verilmiş ekspert rəyindən başqa heç bir xüsusatla təsdiq edilmir. Apelyasiya məhkəmə kollegiyası ali məhkəmənin tövsiyəsinə əsasən pozulması iddia edilən prosessual pozuntunun qətnamənin ləğv edilməsi üçün əsas olmasını qətnamədə yetərincə əsaslandırmamışdır. Təsəvvür edilsə ki, iş üzrə heç bir ekspert rəyi mövcud deyil və iddiaçı da əlavə kredit razılaşması üzrə müəyyən edilmiş pul məbləğinin cavabdehə verilməsinə dair hər hansı bir sübutu məhkəməyə təqdim etmir. Cavabdeh adından edilmiş guya kredit ödənişləri kimin tərəfindən və haradan edilməsi məlum deyil. Belə olan halda prosessual pozuntu kimi ekspert tərəfindən qoyulmu ş sualın cavablandırılmaması nəticə etibarı ilə iş üzrə gəlinən nəticəyə heç bir təsir göstərmir. Belə olan halda bu prosessual pozuntunun işin hüquqi əsaslarına və gəlinmiş nəticəsinə hər hansı bir təsiri mövcud deyildir. Halbuki, ekspertiza mərkəzinin əvvəlki 2 rəyində kredit üzrə pulun verilməməsi qeyd edilmiş və sonuncu yəni 3-cü rəydə də kredit üzrə pulun verilməsi nəzərə alınmaqla faizləri hesabladığını diqqətə çatdırmışdır. Məhkəmə kollegiyası ekspertin hüquqi məsələlərlə bağlı mövqeyinə tənqidi yanaşmış yəni səlahiyyətindən kənar hüquqi məsələlərə münasibətinin əsassız olduğunu qeyd etsə də bu hissədə özü hüquqi məsələlərə düzgün hüquqi münasibət bildirməmişdir. Ümumiyyətlə məhkəmə kollegiyası mübahisəli əlavə kredit razılaşması üzrə iş materiallarında kassa mədaxil və məxaric orde rlərinin, ödəniş tapşırıqlarının ssuda, cərimə, faiz hesabından çıxarışların olmamasına ümumiyyətlə münasibət bildirməmişdir. 30.12.2020-ci il tarixli ekspert rəyi iddia tələbinin rədd edilməsinin əsası kimi qəbul edilməli olan sübutlar siyahısına daxildir. Çünki həmin ekspert rəyi ilə hesablanmış kredit borcu kreditin verilməsi nəzərə alınmaqla hesablanmış borca əsaslanır. Əgər məhkəmə həmin rəyi kreditin verilməsinin əsası kimi hesablanmış borca əsaslanırsa, o zaman bu rəy iş materiallarında digər sübutlarla ziddiyyət təşkil edir və mötəbər sübut kimi qəbul edilə bilməz. Bu rəy əlavə kredit razılaşması üzrə kreditin verilməsinin əsası kimi qəbul edilə bilməz ona görə ki, bank tərəfindən əsas öhdəliyi - yəni kredit üzrə pulun verilməsi xüsusatı heç bir sənədlə təsdiq edilmir. Ekspert rəyi MPM-nin 101.7. maddəsinin tələblərinə uyğun olaraq digər sübutlarla yanaşı qiymətləndirilməmişdir. Məhkəmə kollegiyası iş materiallarında olan sübutlara obyektiv və hərtərəfli baxmamış, işdə olan sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmişdir ki, bu da MPM-nin 88-ci maddəsinin tələblərinə ziddir. Apelyasiya məhkəməsi tərəfindən qətnamədə maddi hüquq norması kimi istinad etdiyi AR Mülki Məcəlləsinin 385.1. maddəsi iddianın təmin edilməsinin əsası kimi tətbiq edilməli olmadığı halda tətbiq edilmişdir. Belə ki. mübahisə predmetini təşkil edən əlavə kredit razılaşması üzrə kreditor - bank tərəfindən əsas öhdəliklərinin icrasını təsdiq edən yəni kredit razılaşması üzrə pulun verilməsinə dair hər hansı bir sübut təqdim edə bilməmiş, bununla da öhdəlikləri icra e tməmişdir. AR Mülki Məcəlləsinin 442-ci maddəsi də maddi hüquq norması kimi iddia tələbinin təmin edilməsinin və cavabdehin öhdəliklərinin icra edilməməsinin əsaslan kimi qəbul edilə bilməz Çünki, hazırki mübahisəli əlavə kredit razılaşmasında öhdəliklər iddiaçı bank tərəfindən icra edilməmişdir. AR Mülki Məcəlləsini 425.2.. 430.1.. 443.1., 445.2.1., 449.1. 462.3. maddələri hazırki mübahisə predmetinə münasibətdə əsas öhdəliyin icrasından sonra tərəflər arasında yaranan hüquq münasibətlərini tənzimləyən normalar olduğundan tətbiq edilməli olmadığı halda məhkəmə tərəfindən maddi hüquq norması kimi tətbiq edilmişdir. Məhkəmə tərəfindən qətnamədə maddi hüquq norması kimi istinad edilən AR Mülki Məcəlləsinin 448.1. maddəsi düzgün tətbiq edilməmişdir. Belə ki, hazırki mübahisə predmetini təşkil edən əlavə kredit razılaşması üzrə cavabdeh - borclunun risk dairəsinə hər hansı bir öhdəlik və xüsusat daxil deyildir. Qeyd edilən maddənin 448.2. bəndinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıdığı qeyd edilmişdir. İş materiallarında hazırki mübahisə predmeti və öhdəliklərlə bağlı cavabdehin məsuliyyətinə dair əsaslar mövcud deyildir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Məhkəməyə kasasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı "xxxx" KB ASC-nin səlahiyyətli nümayəndəsi, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəblə ri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 vəkili Vəkil kasasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımın ca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kasasiya şikayətində işin hallar ının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kasasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətində n irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırda apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin tam ləğvi xahiş edildiyindən məhkəmə aktı tam yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya i nstansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kasasiya şikayətinin dəlilləri üzrə qeyd edilməlidir ki, cavabdehlər kasasiya şikayətini onların iddiaçıya borclarının olmaması, sonucu ekspert rəyinin əsassızlığı və iş materialları ilə ziddiyyət təşkil etməsi ilə əsaslandırsa da, kasasiya yoxlaması nəticəsində müəyyən edilmişdir ki, işə daha əvvəl baxmış kasasiya kollegiyası apelyasiya kollegiyasının qəbul etdiyi qətnaməni ləğv edib apelyasiya baxışına geri qaytararkən ekspert tərəfindən onun qarşısında qoyulmuş suallara tam cavab vermilməməsinə əhəmiyyət verilməməsini pozuntu olaraq göstərmiş, kasasiya kollegiyasının göstərişinə əməl etmiş apelyasiya kollegiyası təkrar ekspertiza təyin edərək, ekspert qarşısında qoyulmuş, lakin cavablandırılmamış suala da cavab əldə etməklə cavabdehlərin banka olan borcunu müəyyən etmiş, bu səbəblə həmin ekspert rəyini mötəbər sübut kimi nəzərə almış, digər rəyləri isə qarşıya qoyulmuş suallara tam cavab verilməməsi ilə bağlı qeyri-mötəbər sübut kimi müəyyən etmişdir. Sonuncu rəylə cavabdehlərin banka borcunun olması sübut edildiyi halda cavabdehlərin banka borclarının olmamasını bildirmələri bununla bağlı sübut etmə yükünü cavabdehlərin üzərinə qoyur ki, cavabdehlər bu barədə hər hansı sübuta istinad edə bilməmişlər və sonuncu ekspert rəyinin qeyri-mötəbər olması barədə də hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişlər. Odur ki, kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Bundan əlavə, cavabdehlərin kasasiya şikayə tində istinad etdikləri maddi və prosessual hüquq normalarının pozuntusu ilə bağlı dəlilləri üzrə isə qeyd edilməlidir ki, kasasiya yoxlaması nəticəsində cavabdehlərin bank qarşısında öhdəliklərinin mövcudluğu müəyyən edildiyindən, apelyasiya kollegiyası da bununla bağlı maddi və prosessual hüquq normalarına istinad etdiyindən cavabdehlərin bu barədə də dəlilləri əsaslı hesab edilə bilməz. Ümumilikdə kasasiya yoxlaması həyata keçirilərkən həmçinin müəyyən edilmişdir ki, işə mahiyyəti üzrə baxmış apelyasiya kollegiyası işə daha əvvəl baxmış kasasiya kollegiyasının göstərişlərinə əməl etmiş və qətnamə qəbul edərkən hər hansı maddi və ya prosessual hüquq normasının pozuntusuna yol verməmişdir. Göstərilənlərə əsasən kasasiya kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qətna məsi dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 tərəfindən birgə verilmiş kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-587/2021 nömrəli iş üzrə 25 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.