Məhkəmə qərarları › İş №2(102)-1505/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-1505/2020

04.03.2020 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1505/2020 04.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və X1 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2019-cu il tarixli 2(105)-233/2019 saylı qətnaməsindən iddiaçı “Qaz İxrac” İdarəsi tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Xaçmaz rayon məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ilə (hakim A.F.İbrahimov, iş № 2(067)-2861/2017) iddiaçı “Azəriqaz” İstehsalat Birliyinin Cavabdeh qarşı qaz kəmərinin mühafizə zonasında inşa olunmuş tikilinin sökülməsi tələbinə dair iddiası təmin edilərək “Qaz İxrac” X2 X3 istismarında olan 530 mm diametrli “Xaçmaz QPS qolu” yüksək təzyiqli (12-25 atm) magistral qaz kəmərinin mühafizə zonasında, Xaçmaz rayonu, Üçgün kəndi ərazisində Cavabdeh məxsus yaşayış evinin sökülməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: T.O.Quliyev, G.F.Tağızadə və E.G.Rəhimov) cavabdehin apellyasiya şikayəti təmin edilərək Xaçmaz rayon məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddia tələbinin rədd olunmasına dair yeni qətnamə qəbul edilmişdir. İşin halları: 2017-ci ilin may ayında “Qaz İxrac” İdarəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Xaçmaz rayonunun Üçgün kəndinin sakini Cavabdeh həmin kəndin ərazisində 530 mm diametrli yüksək təzyiqli qaz kəmərinin mühafizə zonasında fərdi yaşayış evi inşa etməklə “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın tələblərini pozmasını əsas göstərməklə həmin evin cavabdehin hesabına sökülməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə iddiaçı “Qaz İxrac” İdarəsi kassasiya şikayəti verərək məhkəmə kollegiyasının iddia tələbini rədd edərkən tam və hərtərəfli tədqiqata söykənməyən təkrar məhkəmə tikinti-texniki ekspertizasının rəyinə əsaslanmasını, həmin rəyin evin qaz kəmərinin mühafizə zonasından kənarda yerləşməsi barədə nəticəyə gəlmək üçün əsas verməməsini və s. əsas göstərməklə qətnamənin ləğv edilməsi və iddianın təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş e tmişdir. Kassasiya kollegiyasının iclasında iddiaçının vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə zidd olaraq məhkəmə iclasına vəkilsiz gəldiyindən məhkəmə tərəfindən onun izahatı dinlənilməmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İş materia llarından görünür ki, “Qaz İxrac” İdarəsi cavabdeh tərəfindən inşa edilmiş evin sökülməsini tələb edərkən onun yüksək təzyiqli qaz kəmərinin mühafizə zonasında, yəni qaz kəmərindən 45 metr məsafədə yerləşməsini əsas göstərmiş və bu zaman tələbin qanuni olmasını təsdiq edən əsas kimi “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”na istinad etmişdir. Həmin qaydalara görə magistral qaz kəmərinin orta oxundan hər tərəfə şərti xətlərlə 50 metr keçən torpaq sahəsi mühafizə zonası hesab edilir. İşə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən iddia tələbinin əsaslılığının yoxlanılması üçün təkrar məhkəmə tikinti-texniki ekspertizası təyin olunmuş və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən aparılmış ekspertiza tədqiqatı nəticəsində müəyyən olunmuşdur ki, cavabdeh tərəfindən inşa olunmuş ev magistral qaz kəmərindən bir tərəfdən 52 metr, digər tərəfdən 56 metr məsafədə yerləşir. Həmçinin müəyyən olunmuşdur ki, iddiaçı tərəfindən sökülməsi tələb olunan fərdi yaşayış evi Xaçmaz rayon Yergüc Bələdiyyəsinin xx xxxxxx 2005-ci il tarixli qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün Cavabdeh verilmiş və həmin torpaq sahəsinə görə Cavabdeh tərəfindən Bələdiyyəyə 1.110.000 manat məbləğində pul ödənilmişdir. Həmçinin müəyyən olunmuşdur ki, fərdi yaşayış evi tikinti məqsədləri üçün ayrılmış torpaq sahəsində, şəhərsalma və tikinti normaları və qaydalarına riayət olunmaqla inşa edilmişdir. Göstərilənlərlə əlaqədar məhkəmə kollegiyası hesab etmişdir ki, cavabdehə məxsus evin sökülməsi barədə “Qaz İxrac” idarəsinin tələbinin təmin edilməsi üçün əsaslar yoxdur. K ollegiya apellyasiya instansiyası məhkəməsinin həmin nəticəsi ilə razılaşaraq hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarının tələblərinə uyğun çıxarılmaqla qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan xx xxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar