Məhkəmə qərarları › İş №2(102)-1505/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-1505/2024

14.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1505/2024 14.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: yetkinlik yaşına çatmayanların bağladıqları əqd, alqı-satqı müqaviləsinin etibarsızlığı, əqdin bəyənilməsi, konkludent davranış Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh (üçüncü şəxslər X7, X3, X5 və X6) qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-2525/2023 nömrəli, 15 noyabr 2023-cü il tarixli q ətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Samux rayon Aqrar İslahat Komissiyasının 15 dekabr 1997-ci il tarixli, 18 nömrəli qərarı ilə Samux rayon Əhmədbəyli kənd sakinləri X8 və ailə üzvləri X7, X3, X5, X4 və X2 təsərrüfatı məhsulları istehsalı üçün 3,32 ha torpaq sahəsi verilmiş və sahəyə dair JN-118 KOD 50704018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı tərtib edilmişdir. 2. 23.04.2006-cı il tarixli alqı-satqı müqaviləsinə əsasən, X7, X3, X5 və Qurbanova Adilə Əli-Quzu qızı Samux rayonunda yerləşən və ümumi paylı mülkiyyət hüququ ilə onlara məxsus olan 3.32 hektar torpaq sahəsinin 2,24 ha hissəsini (bundan sonra – mübahi səli torpaq sahəsi) Cavabdeh satmışlar.

3. Alqı-satqı müqaviləsi bağlanan tarixdən torpaq sahəsinin 2,24 ha hissəsindən Cavabdeh istifadə edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlə 23 aprel 2006-cı ildə bağlanmış torpağa dair alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

5. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, o və digər ailə üzvləri cavabdehin mübahisəli torpaq sahəsindən çıxarılmasına dair iddia qaldırmışlar. Bundan sonra cavabdeh məhkəmədə ona və digər ailə üzvlərinə qarşı iddia qaldırmış, alqı-satq ı müqaviləsinə əsaslanaraq, onların adına daşınmaz əmlaka mülkiyyət hüququna dair çıxarışın ləğv edilməsini xahiş etmişdir. Alqısatqı müqaviləsinin mövcudluğundan həmin məhkəmə mübahisəsi zamanı məlumatlı olmuşdur. Müqavilədə onun da adı və imzası olsa da, müqaviləni bağlamaq üçün notariusa gedib-getmədiyini, müqaviləyə imza edib-etmədiyini xatırlamır. Müqavilə onun tərəfindən imzalanmış olsa belə həmin vaxt müqavilənin mahiyyətini bilməyib, imza etməsinin hüquqi nəticələri ona aydın olmamışdır. Belə ki, müqavilə bağlanarkən onun 16 yaşı tamam olmamışdır.

6. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək, bildirmişdir ki, iddiaçı və onun digər ailə üzvləri paylı mülkiyyət hüququ ilə onlara məxsus torpaq sahəsini rəsmi qaydada cavabdehə satmışlar, onlar arasında notar ial qaydada təsdiqlənmiş alqı-satqı müqaviləsi bağlanmış, lakin sonradan cavabdehin həmin əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədi almamasından istifadə edərək satdıqları torpağa dair öz adlarına mülkiyyət sənədi almışlar. Hesab etmişdir ki, iddia tələbi əsassızdır, ona görə də tələbin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. Samux Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(058)-561/2023 nömrəli iş üzrə 19 iyun 2023-cü il tarixli qətnaməsi ilə (hakim Kərimova Tərifə) iddia təmin edilməmişdir.

8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı alqı-satqı müqaviləsi bağlanarkən onun 16 yaşı tamam olmadığı üçün, müqaviləni imzaladığını xatırlamamış, hətta müqaviləni imzalamış olsa belə, həmin müqavilənin mahiyyəti və hüquqi nətic ələrinin ona aydın olmamasını bildirmişdir.

9. Bununla bağlı məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, sözügedən müqavilə bağlanarkən iddiaçının 16 yaşı olsa da, müqavilə təkcə iddiaçı tərəfindən deyil, həmin torpağın paylı mülkiyyət hüququ ilə məxsus olduğu və iddiaçının qanuni nümayəndəsi sayılan anası və digər pay hüququ olan ailə üzvləri tərəfindən də imzalanmışdır. İddiaçı alqı-satqı müqaviləsindən məhkəmənin müvafiq bildirişini və iddia ərizəsinin surətini aldıqdan sonra məlumatının olduğunu bildirsə də, müqavilənin onun anası və digər ailə üzvləri tərəfindən də imzalanmış olması nəzərə alınaraq iddiaçının həmin müqavilədən 17 il ərzində məlumatsız olması ağlabatan deyil. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

10. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən iddiaçının mülkiyyətçi olmağı, əqd bağlanarkan 18 yaşa çatmamaqla bağlı qanunvericiliyin tələblərinə əməl edilməməsi, alqı-satqı müqaviləsinin digər payçılara münasibətdə qanunvericiliyin tələblərinə riayət edilməməsi hallarına obyektiv hüquqi qiymət verilməmişdir. İşə baxan məhkəmə hesab etmişdir ki, iddia alqı-satqı müqaviləsinin etibarsızlığına dair olduğundan əqdin etibarsızlığı ilə bağlı normalar tətbiq olunmalıdır. Bundan sonra etibarsızlıqla bağlı qanunvericiliyin kəsici müddət müəyyən etməsini əsaslandırmağa çalışmışdır. Məhkəmə qalan məsələlərə hüquqi qiymət verməmişdir. Birinci instansiya məhkə məsinin hazırkı iş üzrə qətnaməsində alqı-satqı müqaviləsinin bağlanması zamanı paylı torpaq sahəsinin digər payçılara təklif edilmədən kənar şəxsə satılması, yetkinlik yaşına çatmayanların paylarının satılmasına görə yetkinlik yaşına çatmayanların işləri üzrə yerli icra hakimiyyəti orqanı yanında komissiyanın rəyi olmadan satılmasına dair dəlillərə ümumiyyətlə hüquqi qiymət verilməmişdir.

12. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(104)-2525/2023 nömrəli mülki iş üzrə 15 noyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Şamil Rzaquliyev (sədrlik edən və məruzəçi), Afiq Hüseynzadə və Loğman Süleymanov) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən sax lanılmışdır.

13. Məhkəmə qeyd etmişdir ki, X7, X3, X5 və X1 mübahisəli torpaq sahəsini cavabdehə satmaları işin mübahisəsiz halıdır. Sözügedən torpaq sahəsi faktiki olaraq da cavabdehin istifadəsinə verilmiş, keçən müddət ərzində həmin müqavilə mübahisələndirilməmişdir.

14. Məhkəmənin qənaətinə görə, mübahisəli ünvandakı torpaq sahəsinin alqısatqısına dair müqavilə 23 aprel 2006-cı il tarixdə bağlanmış, hazırki iş üzrə iddiaçı isə müqavilənin bağlandığı vaxtdan təxminən 17 il keçdikdən sonra həmin müqaviləni mübahisələndirmiş, bununla da iddia ilə məhkəməyə müraciət etmək hüququnu itirmişdir. Digər tərəfdən də, əqdin etibarsız hesab edilməsinə əsas verən hallar iş materialları ilə müəyyən edilməmişdir.

15. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülk i Məcəllə) 30.1, 324.1, 324.2, 324.4, 324.5, 337, 354-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

16. İddiaçı (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

17. Şikayət onunla əsaslandırılmışdır ki, paylı mülkiyyətin satış qaydası əqd bağlanarkən pozulmuş, əvvəl digər payçıya təklif edilməli olduğu halda, bu təklif edilmədən torpaq sahəsi payçı olmayan şəxsə satılmışdır. Ancaq məhkəmə bunu nəzərə almamış, Mülki Məcəllənin 337.1-ci maddəsini düzgün tətbiq etməmiş, qətnamədə göstərilmişdir ki, əqdin etibarsız hesab edilməsinə əsas verən hallar müəyyən edilməmişdir. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Əqdin mövcudluğu barədə məhkəmədə onlara qarşı çıxarışın ləğv edilməsi barədə cavabdeh tərəfindən iddia qaldılarkən xəbəri olmuşdur. Əqd bağlanarkən 16 yaşında olmuş, o zaman nəyə görə notariusa getdiklərini, nəyə imza etdiyini bilməmişdir. Ailənin təsərrüfat işlərini aparmamış, torpaq sahəsinin harada yerləşməsini belə bilməmiş və bu səbəbdən də torpaq sahəsinin satılıb-satılmaması, kimin istifadəsində olub-olmaması ilə maraqlanmamışdır. Daha sonra ailə qurmuş və torpaq sahəsinə dair çıxarışı ərinin vasitəsilə almışdır. Torpağın dövlət aktının əsli də onlarda olmuşdur. Belə olan halda məhkəmənin kəsici müddətin ötürülməsinə istina d edərək, iddianı rədd etməsi əsassızdır.

18. Kassator şikayətini Mülki Məcəllənin 337.1, 354.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə

20. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

21. Maddə 30.1. 14 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanlar bu Məcəllənin 30.2-ci maddəsində göstərilənlər istisna olmaqla, əqdləri öz qanuni nümayəndələrinin – valideynlərinin, övladlığa götürənlərin və ya himayəçinin yazılı razılığı ilə bağlayırlar. Bu cür yetkinlik yaşına çatmayanın bağladığı əqd sonradan valideynləri, övladlığa götürənlər və ya himayəçi tərəfindən bəyənildik də də etibarlıdır

22. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.

23. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.

24. Maddə 324.3. Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir.

25. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.

26. Maddə 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.

27. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir.

28. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.

29. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

30. Maddə 345.1. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanın bu Məcəllənin tələblərinə görə valideynlərindən, övladlığa götürənlərdən və ya himayəçidən razılıq almasının tələb edildiyi hallarda onlardan razılıq almadan bağladığı əqd etibarsızdır

31. Maddə 355.1. Əgər əqdin etiba rlığı üçüncü şəxsin razılığından asılıdırsa, onda həm razılıq, həm də razılıqdan imtina istər bir tərəfin, istərsə də digər tərəfin qarşısında ifadə edilə bilər.

32. Maddə 355.2. Razılıq üçün müəyyənləşdirilmiş əqd formasına riayət edilməsi tələb olunmur.

33. Maddə

357. Əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 aprel 2021-ci il tarixli qərarı

34. Bəzi hallarda mütləq tələb olunan razılığın olmaması səbəbilə etibarsız halda olan əqdin sonradan ağlabatan müddət ərzində müvafiq şəxs tərəfindən bəyənilməsi ilə etibarlı hala gətirilməsinin mümkün olduğu qanunvericilk tərəfind ən tənzimlənmişdir. Belə hallarda əqd başlanğıcda etibarsız olsa da, sonradan bu etibarsızlıq halı aradan qaldırılmaqla həmin əqdi etibarlı hala gətirmək hüquqi baxımdan mümkün olur. Məsələn, Mülki Məcəllənin 345-ci maddəsinə görə, 14 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanların qanuni nümayəndələrinin müvafiq razılığı olmadan bağladıqları əqdlər etibarsız olsalar da, onların qanuni nümayəndələri sonradan ağlabatan müddət ərzində həmin əqdlərə razılıq verməklə (bəyənməklə) onları etibarlı hala gətirə bilərlər (Mülki Məcəllənin 30.1-ci maddəsi). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 mart 2023-cü il tarixli qərarı

35. Mülki Məcəllənin birgə mülkiyyətdə olan əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam verilməsi ilə bağlı məsələləri tənzimləyən 222- ci maddəsinə görə isə birgə mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir.

36. Beləliklə, birgə mülkiyyətçilərdən birinin ümumi mülkiyyətdə olan əmlaka sərəncamla bağlı əqdi digər birgə mülkiyyətçilərdən hər hansı birinin razılığı olmadan bağlaması qanunvericiliyin məcburi göstərişlərinə zidd olduğu üçün etibarsızlıq halının yaranmasına səbəb olur.

37. Lakin burada nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 358-ci maddəsinə əsasən, səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur.

38. Mülki Məcəllənin Səlahiyyət verilməyən şəxsi n əqd bağlaması adlanan 360.2ci maddəsinə görə, təmsil edilən tərəfindən əqdin sonradan bəyənilməsi onun üçün əqdin bağlandığı andan əqd üzrə mülki hüquq və vəzifələr yaradır, dəyişdirir və onlara xitam verir.

39. Mülki hüququn bəyənmə - sonradan verilən razılıq institutunu nəzərdə tutan Mülki Məcəllənin 357-ci maddəsinə əsasən, əqd bağlanmasının bəyənilməsi, əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə (ex tunc) malikdir.

40. Səlahiyyət verilməyən şəxsin bağladığı əqdin təmsil edilən tərəfindən bəyənilməsi, əqd bağlanan zaman əqdi bağlayan şəxsin səlahiyyətə malik olması kimi qiymətləndirilir və təmsil edilən şəxs üçün bütün müvafiq hüquqi nəticələrə (mülki hüquq münasibətinin əmələ gəlməsi, dəyişdiri lməsi və ya xitamı) səbəb olur. Sonradan verilən razılığın nə zaman verilməsindən asılı olmayaraq, o əqdin bağlandığı andan əqdin tərəfi hesab edilir. Hüquqi təbiətinə görə əqdin bəyənilməsi birtərəfli əqd olaraq qəbul edilir, belə ki, onun bağlanması üçün yalnız təmsil edilən şəxsin iradə ifadəsi zəruri və yetərlidir. Mülki Məcəllənin 355.2-ci maddəsinin “razılıq üçün müəyyənləşdirilmiş əqd formasına riayət edilməsi tələb olunmur” müddəası mahiyyət və məzmun etibarı ilə məhz bəyənmə hallarına aiddir. Bu nöqteyi-nəzərdən də hüquqi baxımdan məcburi forma şərtinə tabe tutulan müəyyən bir əqdə dair təmsil olunanın konkludent hərəkətləri və rəftarı (məsələn, əqd üzrə icra olunanların qəbul edilməsi, əşyaya dair sənədlərin verilməsi, uzun müddət ərzində əşyadan əqd üzrə qarşı tərəfin öz əşyas ı kimi fasiləsiz və bariz istifadəsinə etiraz etməməsi və s.) onun tərəfindən əqdin bəyənilməsinə dəlalət edir.

41. Bu baxımdan, əqdin bağlanmasına zahirən razılığı olmayan ümumi mülkiyyət sahibinin bu əqddən xəbərdar olması və bəyəndiyini göstərən hərəkət və rəftarı işin hallarından bariz məlum olduğu təqdirdə, işin halları tam və hərtərəfli araşdırılıb bunlara hüquqi qiymət verilmədən, birgə mülkiyyətçilərdən hər hansı birinin imzasının olmamasına görə onun bu əqdə razılığının olmadığı qənaətinə gəlinməsi mülki hüququn vicdanlılıq və hüquqdan sui-istifadənin yolverilməzliyi prinsiplərinə zidd nəticənin yaranmasına səbəb olar.

42. Göstərilənlərə əsasən, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, müqavilənin imzalanmaması (ona razılıq verilməməsi) və ya forma tələbinə riayət edilməmə si əsasları ilə hüquqi qüvvəsinin olmaması barədə iddialara baxarkən məhkəmələr formal mülahizələrdən çıxış etməməli, tərəflərin vicdanlılığının və davranışlarının ardıcıllığının müəyyən edilməsi üçün işin bütün hallarını hərtərəfli araşdırmalı, yaranacaq nəticənin ədalətlilik və vicdanlılıq prinsiplərinə uyğunluğunu müəyyən etməli və yalnız bundan sonra müvafiq qərar qəbul etməlidir. Mülki Prosessual Məcəllə

43. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

44. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

45. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət ve rir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

46. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

47. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

48. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq ed ilməsini yoxlayır. Kassasiya baxışının hədləri

49. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

50. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

51. Məhkəmə kollegiyası hesab edir k i, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

52. Kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd olunmalıdır ki, əqd bağlanarkən onu imzalamış iddiaçının 16 yaşına çatmaması hazırkı iddianın təmin olunması üçün əsas ola bilməz.

53. Belə ki, bəzi hallarda mütləq tələb olunan razılığın olmaması səbəbilə etibarsız halda olan əqdin sonradan ağlabatan müddət ərzində müvafiq şəxs tərəfindən bəyənilməsi ilə etibarlı hala gətirilməsinin mümkün olduğu qanunvericilk tərəfindən tənzimlənmişdir. Belə hallarda əqd başlanğıcda etibarsız olsa da, sonradan bu etibarsızlıq halı aradan qaldırılmaqla həmin əqdi etibarlı hala gətirmək hüquqi baxımdan mümkün olur. Mülki Məcəllənin 345-ci maddəsinə görə, 14 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanların qanuni nümayəndələrinin müvafiq razılığı olmadan bağladıqları əqdlər etibarsız olsalar da, onların qanuni nümayəndələri sonradan ağlabatan müddət ərzində həmin əqdlərə razılıq verməklə (bəyənməklə) onları etibarlı hala gətirə bilərlər (§ 35).

54. Məhkəmələr tərəfindən işə baxılarkən müəyyən edilmişdir ki, hazırda iddiaçı tərəfindən mübahisələndirilən əqd eyni zamanda onun qanuni nümayəndələri tərəfindən imzalanmış (bəyənilmiş) və sonradan mübahisələndirilməmişdir.

55. Bununla yanaşı, iş üzrə müəyyən edilmişdir ki, mübahisəli torpaq sahəsi iddia qaldırılınadək ötən 17 il ərzində cavabdehin fasiləsiz və etirazsız sahibliyində olmuşdur. Başqa sözlə, iddiaçı əqdi bağlayandan 2 il sonra yetkinlik yaşına çatmış və sonrakı 15 il ərzində də həmin əqdi mübahisələndirməmişdir. İşə baxmış məhkəmələr işin hallarına görə iddiaçının əqd barədə məlumatsız olduğu barədə dəlilini ağlabatan saymamışdır.

56. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun F.Nəcəfovanın şikayəti üzrə 03 mart 2023-cü il tarixli qərarında ifadə edilmiş hüquqi mövqelərə əsasən mülki hüququn bəyənmə - sonradan verilən razılıq institutunu nəzərdə tutan Mülki Məcəllənin 357-ci maddəsinə əsasən, əqd bağlanmasının bəyənilməsi, əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəy yənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə (ex tunc) malikdir. Səlahiyyət verilməyən şəxsin bağladığı əqdin təmsil edilən tərəfindən bəyənilməsi, əqd bağlanan zaman əqdi bağlayan şəxsin səlahiyyətə malik olması kimi qiymətləndirilir və təmsil edilən şəxs üçün bütün müvafiq hüquqi nəticələrə (mülki hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitamı) səbəb olur. Sonradan verilən razılığın nə zaman verilməsindən asılı olmayaraq, o əqdin bağlandığı andan əqdin tərəfi hesab edilir. Hüquqi təbiətinə görə əqdin bəyənilməsi birtərəfli əqd olaraq qəbul edilir, belə ki, onun bağlanması üçün yalnız təmsil edilən şəxsin iradə ifadəsi zəruri və yetərlidir. Mülki Məcəllənin 355.2-ci maddəsinin “razılıq üçün müəyyənləşdirilmiş əqd formasına riayət edilməsi tələb olunmur ” müddəası mahiyyət və məzmun etibarı ilə məhz bəyənmə hallarına aiddir. Bu nöqteyi-nəzərdən də hüquqi baxımdan məcburi forma şərtinə tabe tutulan müəyyən bir əqdə dair təmsil olunanın konkludent hərəkətləri və rəftarı (məsələn, əqd üzrə icra olunanların qəbul edilməsi, əşyaya dair sənədlərin verilməsi, uzun müddət ərzində əşyadan əqd üzrə qarşı tərəfin öz əşyası kimi fasiləsiz və bariz istifadəsinə etiraz etməməsi və s.) onun tərəfindən əqdin bəyənilməsinə dəlalət edir.

57. İşə baxan məhkəmələr tərəfindən qanuni və əsaslı olaraq iddiaçının keçən 17 il ərzində cavabdehin mübahisəli torpaq sahəsini istifadə etdiyini görə-görə buna hər hansı bir formada maneə yaratmağa çalışmaması, hazırkı vaxtadək əqdi mübahisələndirməməsi kimi konkludent hərəkətləri və rəftarı onun tərəfindən əqdin bəyənil məsi kimi qiymətləndirilmiş, ona görə də iddia təmin olunmamışdır.

58. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

59. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı İddiaçı kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-2525/2023 nömrəli, 15 noyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar