Məhkəmə qərarları › İş №2(102)-1506/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-1506/2020

11.03.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1506/2020 11.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, X1 və X2 ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(012)436/2019, hakim C.İ.Səfiyeva) İddiaçı Cavabdeh1 qarşı mülkiyyət hüququnun ləğv edilməsi, reyestrdən çıxarışın etibarsız hesab edilməsi, birgə mülkiyyət hü ququnun tanınması və bu barədə qeydiyyatın aparılması tələbinə dair iddiası rədd edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(105)-3243/2019, hakimlər E.G.Rəhimov, G.F.Tağızadə, T.O.Quliyev) İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən iddiaçıverdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: Cavabdeh1 ilə İddiaçı xx xxxxxxx 2014-cü il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuş, tərəflər arasındakı nikah xx xxxxxx 2016-cı il tarixli məhkəmə qətnaməsi ilə pozulmuşdur. Abşeron rayonu, Masazır kəndi, Şıxəli Qurbanov küçəsi, 68 saylı fərdi yaşayış evi xx xxxxxx 2015-ci il tarixdə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Abşeron Rayon Məhkəməsinin xx xxxxxxxx 2017-ci il tarixli qətnaməsi ilə Abşeron rayonu, Masazır kəndi, Şıxəli Qurbanov küçəsi, 68 saylı fərdi yaşayış evinə dair fərdi yaşayış evinin tərəflərin birgə mülkiyyəti hesab edilməklə evin 2/3 hissəsinə İddiaçı, 1/3 hissəsinə Cavabdeh1 payının müəyyən edilməsi, X4 və tərəflərin birgə nikahlarından anadan olmuş oğlu xx xxxxxxxx 2015-ci il təvəllüdlü X5 Abşeron rayonu, Masazır kəndi, Şıxəli Qurbanov küçəsi, 68 saylı fərdi yaşayış evinə köçürülməsi və həmin evə istifadə hüquqlarının tanınması qət edilmişdir. Həmin qətnamə Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə ləğv edilmiş, İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı əq din etibarsız hesab edilməsi, əmlakın bölünməsi və istifadə hüququ tanınmaqla mənzilə köçürülmə tələblərinə dair iddiası rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəmənin xx xxxxxx 2018-ci il tarixli qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. xx xxxxxx 2018-ci il tarixdə İddiaçı Cavabdeh1 qarşı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Abşeron rayonu, Masazır kəndi, Şıxəli Qurbanov küçəsi, 68 saylı fərdi yaşayış evinə dair Cavabdeh1 xx.xx.2015-ci il tarixdə qeydiyyata alınmış mülkiyyət hüququnun ləğv edilməsi, Cavabdeh1 adına verilmiş reyestrdən çıxarışın etibarsız hesab edilməsi və onun mülkiyyət hüquqları bərpa edilməklə mənzil üzərində onların birgə mülkiyyə t hüquqlarının tanınması, habelə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Ərazi İdarəsində qeydiyyat aparılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə dair etirazlar və tərəflərin izahatları: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuş, iş üzrə əhəmiyyət kəsb edən hallara düzgün hüquqi qiymət verilməmişdir. Apellyasiya məhkəməsi gəldiyi nəticənin əsası kimi istinad etdiyi qətnamədəki tələblə hazırkı tələb müxtəlif hüquqi əsaslara malik olmaqla, əvvəlki məhkəmə qətnaməsinin mövcudluğu hazırkı iddianın rədd edilməsi üçün əsas hesab edilə bilməz. Məhkəm ə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiya məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İşin mübahisələndirilməyən halları ilə müəyyən edilir ki, iddiaçı ilə cavabdeh xx xxxxxxx 2014-cü il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə q urmuş, tərəflər arasındakı nikah xx xxxxxx 2016-cı il tarixdə məhkəmə qaydasında pozulmuşdur. Abşeron rayonu, Masazır kəndi, Şıxəli Qurbanov küçəsi, 68 saylı fərdi yaşayış evi xx xxxxxx 2015-ci il tarixdə cavabdehin adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə həmin fərdi yaşayış evinin tərəflərin birgə nikahlarından əvvəl cavabdeh tərəfindən əldə edilməsi, bu səbəbdən də sonuncunun ayrıca mülkiyyəti hesab edilməsi müəyyən edilir. İddiaçı hazırki tələbini onunla əsaslandırır ki, onun atası cavabdehlə nişanlı olduqları dövrdə sonuncunun maddi imkanının zəif olduğu üçün ona köməklik göstərərək 10.000 manat pul vermiş, cavabdeh həmin pula xx xxxxxxx 2014-cü il tarixdə ünvan 1 ünvanda yerləşən 72 kv.m torpaq sahəsini almışdır. Həmin torp aq sahəsində Abşeron rayonu İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsi tərəfindən xx xxxxxxx 2014-cü il tarixdə təsdiq olunmuş “eskiz layihə” əsasında birgə vəsait hesabına ev tikilmişdir. Həmin ev tikildikdən sonra, ünvan 1 saylı fərdi yaşayış evi üzərində mülkiyyət hüququ cavabdehin adına qeydiyyata alınmışdır. Həmin evə dair cavabdehin çıxarış alması ona son vaxtlar məlum olmuşdur. Mübahisəli evi birgə yaşadıqları dövrdə və birgə vəsaitləri hesabına tikdirdikləri üçün həmin evə hər ikisinin mülkiyyət hüququ olmasına baxmayaraq, cavabdeh onun etibarından sui-istifadə etməklə, aldatmaq yolu ilə sənədləşdirmə işlərini saxtalaşdırıb məqsədyönlü şəkildə öz adına rəsmiləşdirilməsinə nail olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Qeyd edilən normanın mənasına görə eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsind ə eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Qüvvədə olan qanunvericiliyə əsasən məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyü deməkdir. Yuxarıda qeyd edildiyi kimi, qanuni qüvvəsini almış məhkəmə aktlarından müəyyən edilir ki, Abşeron rayonu, Masazır kəndi, Şıxəli Qurbanov küçəsi, 6 8 saylı fərdi yaşayış evi tərəflərin birgə nikahınadək iddiaçı tərəfindən əldə edildiyindən onun mülkiyyətindədir, yəni tərəflərin birgə mülkiyyəti hesab edilə bilməz. Bu əsasla iddiaçının mübahisəli əmlakla bağlı başqa iddia qaldırması isə yuxarıda sadalanan normaların tələbinə əsasən təmin edilə bilməz. Beləliklə, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə gəlinən nəticəqanunvericiliyin tələblərinə uyğun olmaqla, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mü lki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar