Məhkəmə qərarları › İş №2(102)-1507/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-1507/2024

27.05.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1507/2024 27.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər ləğv prosesində olan Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna və Cavabdeh2na qarşı iş üzrə QƏRARİ (Açar sözlər: ipoteka müqaviləsinin etibarsız hesab edilməsi tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Məmmədov Vidadi Məmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-7468/2023 nömrəli 19 dekabr 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yaz ılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. X19 oğlu ilə ləğv prosesində olan Cavabdeh1 ASC arasında kredit müqaviləsi, həmin müqavilənin təminatı olaraq isə X14 ilə ləğv prosesində olan Cavabdeh1 ASC arasında 30 iyul 2013-cü il tarixdə 3M-73 nömrəli ipoteka müqaviləsi bağlanaraq, hazırkı iş üzrə iddiaçı və onun ailəsinin də yaşadığı ünvan, yəni ünvan 1vi ipoteka ilə yüklü edilmişdir.

2. Öhdəlik vaxtında yerinə yetirilmədiyindən bank iddia qaldırmış və qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri əsasında borc ipoteka ilə yüklü edilmiş evə yönəldilmişdir.. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehlər LPO Cavabdeh1 ASC və Cavabdeh2na qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair id dia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

4. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, X14 ilə ləğv prosesində olan Cavabdeh1 ASC arasında 30 iyul 2013-ci il tarixdə Ağdaş şəhərində 3M-73 nömrəli ipoteka müqaviləsi imzalanmışdır. Müqavilə Cavabdeh2 təsdiq edilmişdir. Həmin müqaviləyə əsasən ipotekanın predmeti Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli, **********8510301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışına əsasən X9 mülkiyyət hüququ əsasında məxsus olan ünvan 2 ünvanda yerləşən 1 mərtəbəli, 6 otaqlı fərdi yaşayış evidir. Kredit müqaviləsi üzrə kredit borcu vaxtında ödənilmədiyinə görə iddiaçı "Atabank ” ASC-nin cavabdehlər X19 oğluna, X9, X3, X4, İddiaçı, X13 və X1 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ipoteka predmeti olan daşınmaz əmlaklara yönəldilməsi və fərdi yaşayış evinin boşaldılması” tələbinə dair Ağdaş Rayon Məhkəməsinin 2(014)-59/2019 nömrəli 9 iyul 2019-cu il tarixli qətnaməsi ilə 26 iyul 2013-cü il tarixli GYF 8215 saylı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması ipoteka qoyulmuş, mülkiyyət hüququ üzrə cavabdeh X10 məxsus Ağdaş şəhəri, Azərbaycan küçəsi, 24 saylı ünvanda yerləşən, 6 otaqlı fərdi yaşayış evinə və cavabdeh X11 mülkiyyətində olan Ağdaş şəhəri, Bakı-AğdaşQəbələ yolunun 1-ci km-nin sol tərəfində yerləşən qeyri-yaşayış binasına yönəldilərək həmin daşınmaz əmlakların açıq hərrac yolu ilə satılması, ipoteka qoyulmuş mülkiyyət hüququ üzrə cavabdeh X10 məxsus Ağdaş şəhəri, Azərbaycan küçəsi, 24 saylı ünvanda yerləşən, 6 otaqlı fərdi yaşayış evi hərracda ilkin satış qiymətinin 72.000 manat məbləğində müəyyənləşdirilməsi və hərrac yolu ilə satışdan əldə edilən pul məbləğindən X19 oğlunun 26 iyul 2013-cü il tarixli GYF8215 saylı kredit müqaviləsi üzrə yaranmış cəmi 19.411,12 AZN manat məbləğində borcunun ipoteka predmetinə yönəldilməsi, cavabdeh X10 məxsus Ağdaş şəhəri, Azərbaycan küçəsi, 24 saylı ünvanda yerləşən, 6 otaqlı fərdi yaşayış evinə tutma yönəldildikdən və satıldıqdan 1 ay sonra ipoteka predmeti olan fərdi yaşayış evinin boşaldılması qət olunmuşdur. Verilmiş şikayətlərə əsasən həmin iddiaya sonuncu dəfə Azərbaycan Respublikası Ali Məhkəməsində baxılmış və ipoteka qoyulmuş mülkiyyət hüququ üzrə cavabdeh X10 məxsus Ağdaş şəhəri, Az ərbaycan küçəsi, 24 saylı ünvanda yerləşən, 6 otaqlı fərdi yaşayış evi hərracda ilkin satış qiymətinin məbləği 70.300 manat məbləğində təyin olunmuşdur. Hal-hazırda məhkəmə işi yekunlaşmış və qətnamə icra olunması üçün Ağdaş Rayon İcra şöbəsinə göndərilmişdir. Borcun əsas hissəsi ödənildiyinə görə bugünkü günə qətnamə üzrə ödənilməli məbləğ 16.911 manat təşkil edir. Kredit müqaviləsi üzrə ipoteka ilə yüklü edilmiş fərdi yaşayış evində mülkiyyətçi X14 və onun həyat yoldaşından başqa, oğlu X7 və onun ailə üzvləri, hazırkı iddia üzrə İddiaçı və onların övladları xx.xx.2009-cu il təvəllüdlü X6 və xx.xx.2016-cı il təvəllüdlü X12 yaşayırlar. Uşaqlar vaxtı ilə ipotekaya qoyulan evdə dünyaya gəlmişlər. Bununla da onların həmin evdən istifadə hüququ yaranmışdır. Mübahisəli ipoteka müqaviləsi bağl anarkən iddiaçının böyük qızının 3 yaşı tamam olmuş, kiçik qızı isə hələ dünyaya gəlməmişdir. Həmin dövrdə hesab edilirdi ki, kredit götürən qohumları X19 oğlu kredit məbləğini vaxtında qaytaracaq və yaşadıqları evlə bağlı problem olmayacaq. Lakin reallıq ondan ibarətdir ki, hazırda cavabdehin ödəmə qabiliyyəti çox zəifdir və ancaq hissə-hissə ödəməklə öhdəliyi icra edə bilər. Borclu borc məbləği üzrə ödəniş edir, lakin birdən-birə qətnamə üzrə borcu tam ödəməyə gücü çatmır. Nəzərə alınmalıdır ki, icra rəsmi olaraq borc tam ödənilmədiyi təqdirdə yaşadıqları fərdi yaşayış evini hərraca çıxara bilər. Göstərilən səbəblərdən yaşadıqları evin icra qurumu tərəfindən hərracdan satılma ehtimalı artdığından hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. 30 iyul 2013-ci il ta rixli 27 sentyabr 2011-ci il tarixli, 3M-73 saylı ipoteka müqaviləsi etibarsızdır. Çünki həmin ipoteka müqaviləsi imzalanarkən iddiaçının övladı X2 hüquqları kobud şəkildə pozulmuşdur. Evə dair Cavabdeh2 ipoteka müqaviləsi bağlanarkən notarius həmin evdə yaşayan şəxslər barədə arayış tələb etməmişdir. Arayış tələb olunacağı təqdirdə, həmin evdə azyaşlı uşağı xx.xx.2009-cu il təvəllüdlü X2 yaşadığı məlum olardı. Hal-hazırda isə fərdi yaşayış evində iki azyaşlı uşağı yaşayır və evin hərracdan satılacağı təqdirdə onların hüquqları kobud şəkildə pozulacaqdır. Məlum olduğu kimi, mübahisəli ev ipoteka ilə yüklü edilən zaman Qəyyumluq və Himayəçilik Orqanının razılıq məktubu olmalı idi ki, bu qaydaya da nə Cavabdeh2, nə Cavabdeh1 ASC, nə də ipoteka qoyan şəxslər riayət etməmişlər. Halbuki həm Cav abdeh2, həm də Cavabdeh1 ASC bundan xəbərdar olmuşlar və bu arayışı vətəndaşdan tələb etməli idilər. Göründüyü kimi, ipoteka müqaviləsi Cavabdeh2 tərəfindən törədilmiş ciddi qanun pozuntusu mövcudluğu şəraitində təsdiq edildiyindən etibarsızdır. Yəni azyaşlı uşaqlarının gələcəkdə yeganə yaşayış yerlərindən məhrum olmaları ilə nəticələnə biləcək müqaviləni imzalamışdır.

5. Cavabdeh ləğv prosesində olan Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi iddia tələbinə etiraz etmiş və etirazını onunla əsaslandırmışdır ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 271.1-ci maddəsinin həmin Məcəllənin 158.2 və 158.4-cü maddələri baxımından şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 3 noyabr 2015-ci il tarixli Qə rarına əsasən "Mülki Məcəllənin 271.1-ci maddəsinə əsasən əşyanı girov qoyan (ipoteka qoyan) yalnız onun mülkiyyətçisi ola bilər. Mülki Məcəllədə girov (ipoteka) müqavilələrinin bağlanması zamanı mülkiyyətçi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərinin və digər şəxslərin razılıqlarının alınması zəruri şərt kimi göstərilməmişdir. Belə razılığın alınması mülkiyyətçinin sərəncam hüququnun həyata keçirilməsini digər (mülkiyyətçi olmayan) şəxslərin iradəsındən asılı edə bilər. Bu isə öz növbəsində mülkiyyətçinin hüquqlarının qeyri-mütənasib məhdudlaşdırılması ilə nəticələnə bilər. Buna görə mülkiyyətçi olmayan şəxslərin razılıqlarının alınmaması girov (ipoteka) müqavilələrinin etibarsız hesab edilməsi üçün əsas hesab edilə bilməz. Əks yanaşma mülkiyyətçinin Konstitusiyanın 29-cu maddəsində təsbit olunmuş mülkiyyət hüququnun pozulmasına gətirib çıxara bilər.

6. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 sentyabr 2023-cü il tarixli 2(006)3353/2023 nömrəli qətnaməsi ilə (hakim Natavan Tağıyeva) iddia təmin edilməmişdir.

7. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, mülkiyyətçi tərəfindən ona məxsus əmlakın ipoteka və ya girov qoyulması zamanı həmin ünvanda yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərinin və digər şəxslərin razılığının alınmasına zərurət olmadığı qanunvericilikdə müəyyən edilmişdir. Belə ki, mülkiyyətdə olan daşınmaz əmlakın girov və ya ipoteka ilə yüklü edilməsi onun özgəninkiləşdirilməsi anlamına gəlmir. Bu əsasdan ailə üzvlərinin və digər şəxslərin razılıqlarının alınması şərtini qanunvericilik istisna edir. Göründüyü kimi bu ə sasa istinad etməklə ipoteka müqaviləsinin etibarsız hesab edilməsi yol verilməzdir. İddiaçı tərəfindən həmin ipoteka müqaviləsi mübahisələndirilsə də, onun qanuniliyini şübhə altına alan hər hansı bir sübut müəyyən olunmamışdır. Bundan başqa, əqdin etibarsızlığı barədə iddia vermək üçün nəzərdə tutulmuş 1 illik müddətdə keçmişdir. Etibarsız əqdlərdə müddət iddia müddəti kimi deyil kəsici müddət kimi götürüldüyündən əqdin imzalandığı andan müddət axımı başlayır ki, bu müddətdə 30 iyul 2013-cü il tarixdən hesablanmaqla artıq üzərindən 10 ildən çox müddət keçmişdir.

8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 271.1, 269 və 324.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9, 14, 88, 217, 218 və 220-ci maddələrinə və Azərbaycan Respublikası K onstitusiya Məhkəməsi Plenumunun 3 noyabr 2015-ci il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

9. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Apellyasiya şikayəti iddia ərizəsi ilə eyni məzmunda əsaslandırılmış və qeyd olunmuşdur ki, məhkəmə qətnamədə iddia müddətinin ötürülməsi məsələsinə qiymət vermişdir. Qətnamədə göstərilən hal Mülki Məcəllənin 375.2-ci maddəsinin tələblərinə uyğun deyil. Belə ki, Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

11. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-7468/2023 nömrəli 19 dekabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Xumar Mərdanova - sədrlik edən və məruzəçi Elnur Həsənov və Sabit Bəhrəmzadə) apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır.

12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmış və apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd etmişdir ki, dəlillər formal xarakter daşıyır.

13. Mübahisəli evin ipoteka ilə yüklü edilən zaman Qəyyumluq və Himayəçilik orqanının razılığının alınmalı olduğu halda alınmadığını, bu qaydaya nə Cavabdeh2, nə Cavabdeh1 ASC-nin, nə də ipoteka qoyan şəxslərin riayət etmədiyinə dair kollegiya qeyd etmişdir ki, daşınmaz əmlaklar ipoteka ilə yüklü edilən zaman mənzildə yaşayan yetkinlik yaşına çatmayan uşaqlarla bağlı Qəyyumluq və Himayəçilik Orqanlarının razılıq məktubunun alınması qanunvericilikdə nəzərdə tutulmamışdır. Belə olan halda həm Cavabdeh2, həm də Cavabdeh1 ASC -nin qanunvericiliyin hansı normaları pozduğu başa düşülən deyil.

14. Həmçinin kollegiya iddiaçının hazırkı iddianı iddia vermək üçün nəzərdə tutulmuş 1 illik müddətdə keçməsinə dair nəticə ilə razılaşmış və buna dair apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd etmişdir ki, iş üzrə kəsici müddət tətbiq olunarkən müddətlə bağlı ərizənin verilməsi qanunvericiliklə nəzərdə tutulmayıb (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 2020-ci i l tarixli qərarı). Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

15. İddiaçı kassasiya şikayəti verərək (Vəkil) qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

16. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, kredit müqaviləsi və ipoteka müqaviləsi bağlanarkən iddiaçı yalnız bir dəfə notariusda olmuşdur, kredit müqaviləsinin və ipoteka müqaviləsinin bağlanması ilə əlaqədar digər sənəndləşmələrdə iştirak etməmişdir. İddiaçının ipoteka müqaviləsinin bağlanması üçün borc alan və ipotekaqoyanın etdiyi hərəkətlər, o cümlədən hüquqi hərəkətlər, sənədləşmə barədə xəbəri olmamışdır. Yalnız evin hərracdan satılması barədə 9 avqust 2022-ci il tarixli "xxxx" MMC tərəfindən verilən bildiriş evə poç tla çatdırıldıqda, iddiaçı həmin bildirişlə tanış olandan sonra evin hərracdan satıla bilinməsi ona məlum olmuşdur. Daha sonra, Qəyyumluq və Himayəçilik Orqanı olan Ağdaş rayonu İcra Hakimiyyətindən uşağa münasibətdə yaşayış evinin ipoteka ilə yüklənməsinə razılıq verilməməsi halı barədə sorğuya cavab gələndən sonra bəlli olmuşdur və məhkəmələrdə azyaşlı uşaqların hüquqlarının qorunmasının əsası olmuşdur. Göründüyü kimi, iddiaçının iddia vermək üçün nəzərdə tutulmuş 1 illik müddət onun hərracın keçirilməsi barədə bildirişin evlərinə verildiyi tarixdən və ya Ağdaş İcra Hakimiyyətinin cavab məktubunun çatma tarixindən hesablanmalıdır. Yəni apellyasiya instansiyası məhkəməsi Konstitusiya Məhkəməsinin 12 mart 2020-ci il tarixli qərarını da işin hallarına uyğun tətbiq edə bilməmişdir.

17. Məhkə mə qərar qəbul edərkən ipoteka ilə yüklü edilmiş evdə yaşayan azyaşlı X2 və X5 hüquqlarını nəzərə almamışdır.

18. Mənzildən istifadə hüququ yaranmış şəxslər, xüsusilə də yetkinlik yaşına çatmayan şəxslər, mənzildə yaşamaq hüququnu özlərində saxlayırlar. Bu isə məhkəmənin gəldiyi nəticə ilə ziddiyyət təşkil edir. Yəni apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 3 noyabr 2015-ci il tarixli qərarını işə düzgün tətbiq etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

20. Maddə 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısın da pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur.

21. Maddə 271.1. Əşyanı girov qoyan (ipoteka qoyan) yalnız onun mülkiyyətçisi ola bilər. Mülkiyyətçi olmayan şəxsdən ipoteka (girov) hüququnun əldə edilməsinin hüquqi nəticələri bu Məcəllənin 140-cı və 182-ci maddələrinin müddəalarına uyğun olaraq müəyyən edilir.

22. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

23. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

25. Maddə

88. Məh kəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

26. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

27. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

28. Qa nunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

29. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli h üquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

31. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdıraraq bu qənaətə gəlmişdir ki, daşınmaz əmlak ipoteka ilə yüklü edilən zaman mənzildə yaşayan yetkinlik yaşına çatmayan uşaqlarla bağlı Qəyyumluq və Himayəçilik Orqanlarının razılıq məktubunun alınması qanunvericilikdə nəzərdə tutulmamışdır.

32. Məlum olduğu kimi, ipoteka müqaviləsi bağlanarkən daşınmaz əşyanın mülkiyyətçilərinin razılığı tələb olunur. Evdə yaşayan şəxslərin razılığının alın maması həmin əqdin etibarsız hesab edilməsinə əsas vermir.

33. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 271.1-ci maddəsinin həmin Məcəllənin 158.2 və 158.4-cü maddələri baxımından şərh edilməsinə dair” 3 noyabr 2015-ci il tarixli Qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 271.1-ci maddəsinə əsasən girov (ipoteka) müqaviləsinin bağlanması zamanı mülkiyyətçi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərinin və digər şəxslərin razılıqlarının alınmaması girov (ipoteka) müqaviləsinin etibarsız hesab edilməsi üçün əsas ola bilməz.

34. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçını n dəlillərinə mülki prosessual qanunvericiliyə əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası hazırkı iddiaya kəsici müddətin tətbiqi barədə hüquqi mövqe ilə razılaşmasa da hesab edir ki, yuxarıda göstərilənlər əsasında iş üzrə gəlinən nəticə doğrudur və apellyasiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması üçün yetərlidir.

35. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilibedilmədiyini yoxlayır.

36. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılm ası üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

37. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

38. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7468/2023 nömrəli mülki iş üzrə 19 dekabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar