Məhkəmə qərarları › İş №2(102)-151/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-151/2023

23.01.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vəsiyyət üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-151/2023 23.01.2023 ALİ MƏHKƏMƏ İddiaçı cavabdehlər Cavabdeh1, X3, Cavabdeh2, Cavabdeh3 və X9rşı iş üzrə QƏRARİ (Açar sözlər: qətnamə ilə maraqlarına toxunulan şəxs, apellyasiyanın mümkünlüyü üçün əsaslar) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-824/2022 nömrəli iş üzrə 9 avqust 2022-ci il tarixli qətnaməsindən maraqlarına toxunan şəxs X18 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmə lər işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər. 2. 644 saylı qeydiyyat vəsiqəsindən müəyyən olunur ki, mübahisələndirilən fərdi yaşayış evi iddiaçının mərhum atası X4 mülkiyyətinə verilmişdir.

3. Nikahın bağlanması haqqında şəhadətnamə ilə müəyyən olunur ki, tərəflərin ataları X10 ilə anaları X11 arasında xx.xx.2017-ci il tarixdə bağlanmışdır. 4. 05 fevral 2017-ci il tarixli vəsiyyətnaməyə əsasən, X11 ona məxsus olan bütün əmlakını iddiaçı X13 vəsiyyət etmişdir.

5. X10 xx.xx.2006-cı il tarixdə ölmüşdür.

6. Ölüm haqqında şəhadətnamədən müəyyən olunur ki, iddiaçının anası X11 xx.xx.2017-ci il tarixdə ölmüşdür.

7. JN-0059 F KOD 4020/10004 saylı torpağın mülkiyyətə verilməsinə dair dövlət aktına əsasən iddiaçı istisna olmaqla cavabdehlərin ailə üzvləri dörd nəfər olmaqla, 0,90 h a kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı Həsənova Havva Məmmədovna cavabdehlər Cavabdeh1, X3, Cavabdeh2, Cavabdeh3, X9rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mərhum anası X5 miras qalmış Zaqatala rayonu Qazangül qəsəbəsində 0,07 ha torpaq sahəsində yerləşən 3 otaqlı fərdi yaşayış evi və 0,90 ha kənd təsərrüfatlı həyətyanı torpaq sahəsinə vəsiyyətnamə üzrə vərəsəlik hüququnun müəyyən olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, atası X14 xx.xx.2006-cı il tarixdə vəfat etmişdir. Atasının vəfatından sonra mirası anası qəbul etmişdir. Anası isə xx.xx.2017-ci il tarixdə vəfat etmiş, xx.xx.2017-ci il tarixdə Zaqatala rayonu 2 saylı Dövlət Notariat Kontorunda 2V-64 reyestr nömrəli vəsiyyətnamə ilə Zaqatala rayonu Qazangül qəsəbəsində yerləşən fərdi yaşayış evini və həyətyanı torpaq sahəsini, pay torpağını, ümumiyyətlə özünə məxsus olan bütün əmlakını iddiaçıya vəsiyyət etmişdir. Zaqatala rayon Qazangül qəsəbəsində yerləşən 1969-cu ildə tikilmiş Qazangül qəsəbəsinin evlər idarəsinə məxsus olan ümumi sahəsi 62,0 kv.m olan 3 otaqlı 33 saylı mənzilin mərhum atasının əvəzsiz şəxsi mülkiyyətinə verilməsinə dair Zaqatala rayon Dövlət İnventarlaşdırma, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsinin 12 dekabr 2005-ci il tarixli 16 saylı sərəncamından Çıxarış vardır. Zaqatala rayonu Aqrar İslahat Komissiyasının 86 saylı qərarı ilə 0,90 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi JN:00 59 KOD 40201004 saylı Dövlət Aktı ilə iddiaçının mərhum anasının adına rəsmiləşdirilmişdir. Bundan başqa Zaqatala rayonu Aqrar İslahat Komissiyasının 2000-ci il 12 avqust tarixli 88 saylı qərarı ilə verilmiş 0,07 ha həyətyanı torpaq sahəsi JN:091F KOD 40201004 saylı Torpağın Mülkiyyət verilməsinə dair Şəhadətnamə də mərhum anasının adına rəsmiləşdirilmişdir. Atasının vəfatından sonra bütün mirası anası qəbul etmiş, o, da öz növbəsində özünə məxsus əmlakını ona vəsiyyət etmişdir. Lakin hazırda həmin evi və torpaq sahələrini qardaşı Cavabdeh1 Məhəmməd oğlu zəbt etmişdir və onun qeyd olunan torpaq sahələrindən və evdən istifadəsinə maneçilik törədir. Qardaşı Rzadan fərqli olaraq digər cavabdehlər onun həmin evdən və torpaq sahələrindən istifadəsinə narazılıq etmirlər. O, Zaqatala Rayon Dövlət Notariat kontoruna vərəsəliyi qəbul etmək üçün müraciət etsə də mübahisə olduğu üçün ona məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur.

10. Zaqatala Rayon Məhkəməsinin (hakim E.Məmmədov) 04 dekabr 2018-ci il tarixli, 2(033)-1213/2018 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Zaqatala rayonu Qazangül qəsəbəsində yerləşən JN 0056 KOD 40201004 saylı torpağa mülkiyyət hüququnun verilməsinə dair Dövlət Aktı ilə X7 ailə üzvlərinin mülkiyyətində olan 0.90 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ondan miras qalmış ¼ hissəsinin 6/14 hissəsinə iddiaçı X13 vəsiyyət üzrə vərəsəlik hüququnun verilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir.

11. Zaqatala Rayon Məhkəməsinin 09 yanvar 2020-ci il tarixli, 2(033)-1213/2018 nömrəli qərardadı ilə Zaqatala Rayon Məhkəməsi nin 04 dekabr 2018-ci il tarixli qətnaməsinin 1-ci səhifəsinin müəyyən etdi hissəsinin altıncı abzasında səhvən yazılmış “JN 0091 F 402010004” rəqəmləri, qətnamənin 3-cü səhifəsinin 2-ci abzasında səhvən yazılmış “JN 0056 KOD 40201004” rəqəmləri və qətnamənin nəticə hissəsinin ikinci abzasında səhvən yazılmış “JN 0056 KOD 40201004” rəqəmləri “JN 0059 KOD 40201004” rəqəmləri kimi oxunması qərara alınmışdır.

12. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı Havva Həsənova ilə Cavabdeh1 bacı-qardaşdırlar. X1 Zaqatala rayonu, Qazangül qəsəbəsində 0.07 ha torpaq sahəsinə yerləşən ümumi sahəsi 620 kv. metr olan 3 otaqlı yaşayış evi miras qalmışdır. Eyni zamanda, iş materiallarında olan JN 059 KOD ********* olan torpağa mülkiyyət hüququna dair Dövlət Aktından g öründüyü kimi mərhumların sağlığında 12 avqust 2000-ci il tarixdə Zaqatala rayon Aqrar İslahat Komissiyasının qərarı ilə onların 4 nəfərdən ibarət olmaqla, ailə üzvlərinin mülkiyyətinə 0.90 hektar kənd təsərrüfatlı torpaq sahəsi verilmişdir. Sözügedən sənəd üzrə torpaq sahəsi iddiaçının atası, anası, cavabdeh olan qardaşı və bacısı Ülviyyənin mülkiyyətinə verilmişdir. Həmin sənəd üzrə iddiaçının anasının payı ¼ hissədən ibarət olmaqla o, iddiaçıya mirasla bağlı 05 fevral 1917-ci il tarixli vəsiyyətnamə vermişdir.

13. Məhkəmə iclasında mübahisə ilə bağlı işin faktiki hallar araşdırılarkən müəyyən olunmuşdur ki, iddiaçının tələb etdiyi ümumi sahəsi 62.0 kv metr olan 3 otaqlı fərdi yaşayış evi anasından deyil, mərhum atası Məmməd Mehdiyevdən miras qalmış və sonuncunun ölümündən sonra həmin mi ras vərəsələrin o cümlədən vəsiyyət vermiş mərhum anasının mülkiyyətinə keçməmişdir. Belə olan təqdirdə isə iddiaçının anasında deyil, atasından miras qalmış evlə bağlı anasının vəsiyyətnaməsi əsasında vəsiyyət üzrə payını tələb etməkdə halı olmamışdır. Məhkəmə iddia tələbinin həmin hissəsi ilə razılaşmır, ona gör ki, mübahisə predmeti olan yaşayış evinin iddiaçının mərhum anasının mülkiyyətinə keçməsi rəsmiləşdirilməmişdir. Vəsiyyətnamə olduqda qanun üzrə vərəsələr ancaq məcburi pay hüququna malikdirlər. Məhkəmə iddia tələbinin sahəsi 0.90 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzrə iddiaçının anasından miras qalmış hissəyə vəsiyyət üzrə vərəsəlik hüququnun verilməsi hissəsinə münasibətdə tələblə razılaşmışdır. Belə ki, mübahisələndirilən 0.90 ha torpaq sahəsinin 0.28 ha hissəsi satılmışdır.

14. Məhkəmə qeyd etməyi zəruri hesab etmişdir ki, sözügedən 0.90 ha torpaq sahəsindən 0.28 ha hissəsi AN1N-0126860 nömrəli 12 oktyabr 2017-ci il tarixli alqı-satqı müqaviləsi əsasında X2. Hansı ki ev alqı-satqı müqaviləsi bağlanılarkən Biçə Mehdiyeva artıq ölmüşdür. Müqavilədə isə onun tərəfindən imza olunduğu əksini tapmışdır. Belə olduğu təqdirdə məhkəmə hesab edir ki, alqı-satqıdan iddiaçının mərhum anasının xəbəri olmadığndan 0.90 ha torpaq sahəsinin ¼ hissəsi onun mülkiyyəti hesab olunmalıdır. Mərhumun vəfatından sonra onun cavabdehə də daxil olmaqla, yeddi vərəsəsi qalmışdır. Vərəsələr məhkəməyə dəvət olunmuş, lakin məhkəmə iclasları dəfələrlə təxirə salınsa da, gəlməmişlər. Məhkəmə bunu vərəsələrin susması kimi qiymətləndirir. Belə olduğu təqdirdə əgər vəsiyyətnamə olm asaydı qanun üzrə vərəsələrin hərəsinə 0.90 ha torpaq sahəsinin 1/7 hissəsindən ibarət pay düşürdü. Lakin miras qoyan vəsiyyətnamə verdiyindən digər vərəsələrə məcburi pay qismində ¼ hissənin 1/14 hissəsi hesablanmalıdır. Beləliklə, iddiaçıya sözügedən torpaq sahəsinin ¼ hissəsinin 6/14 hissəsi vəsiyyət üzrə verilməlidir.

15. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1166, 1193, 1151, 1133 və 1133.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88 və 217.3-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

16. Maraqlarına toxunan şəxs X18 apellyasiya şikayəti verərək qətnamənin iddianın təmin edilən hissəsində ləğv edilməsinə və iddianın həmin hissədə rədd edilməsinə d air qətnamə qəbul olunmasını xahiş etmişdir.

17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, qətnamənin təmin edilən hissəsindən narazıdır. Qətnamənin həmin hissəsi onun hüquq və vəzifələrini pozur. Ona görə ki, mərhum X8 və onun torpağa mülkiyyət hüququna verilməsinə dair dövlət aktında qeyd olunan ailə üzvlərinin imzası ilə həmin dövlət aktında qeyd olunan 0.90 ha torpaq sahəsinin 0,50-52 ha hissəsini onların imzası ilə notarial qaydada xx.xx.2005-ci il tarixdə alqı-satqı yolu ilə almışdır. Aldığı torpaq sahəsi aldığı vaxtdan bu günədək onun sahibliyindədir. Lakin müəyyən səbəblərdən alqı-satqı müqaviləsi əsasında torpağa mülkiyyət hüququnu müəyyən edən sənədlər almamışdır. Biçə Mehdiyeva xx.xx.2017-ci il tarixdə ölmüşdür. Eyni zamanda o, ölməmişdən əvvəl xx.xx.2017-ci il tarix də torpaq sahəsini qızı Havva Həsənovaya vəsiyyət etmişdir. Məhkəmə işə baxarkən maddi və prosessual hüquq normalarını pozmuşdur. Belə ki, Mülki Məcəllənin 1151-ci maddəsinə əsasən mirasa miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının və vəzifələrin toplusu daxildir. Məhkəmə işə baxarkən bu maddənin tələbini pozmuş, miras qalmış torpaq sahəsinə sərəncam verərkən həmin torpaq sahəsinin satılıb-satılmaması və nə qədər hissəsinin mərhuma aid olmasını aydınlaşdırmamışdır. Beləliklə, məhkəmə MPM-in 14-cü maddəsinin tələblərini pozmuşdur. Həmin maddədə qeyd olunur ki, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Eyni zamanda məhkəmə MPM-in 88-ci maddəsinin tələblərini pozmuşdur. Qəbul olunmuş qətnamə onun hüquq və vəzifələrini pozduğuna görə MPM-in 4-cü maddəsinə əsasən apellyasiya şikayəti verərək məhkəməyə müraciət etməli olmuşdur. Həmin maddədə qeyd olunur ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqları, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

18. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər A.A.Mahmudov (sədrlik edən və məruzəçi) Ə.T.Məcidov və V.İ.Məlikov) 2(107)-824/2022 nömrəli, 9 avqust 2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, apellyatorun mübahisənin faktiki halları ilə bağlı bildirdiklərinə, onların təsdiqi kimi təqdim etdiyi sənədlərə və nəhayət tələbinin hüquqi əsası kimi istinad etdiyi qanunvericilik müddəalarına əsasən şikayəti təmin edilə bilməz. Birinci ona görə ki, həm məhkəmə bildirişi vasitəsilə, həm də məhkəmə iclasında alqısatqı müqavilsəinin əslinin və ya notarial qaydada təsdiq olunmuş surətinin təqdim olunması apellyatora təklif olunmasına baxmayaraq, sonuncu həmin sənədin əslini və ya notarial qaydada təsdiq olunmuş surətini təqdim etməməklə yanaşı, səbəb və mümkünsüzlüyünü bildirmədən məhkəmə kollegiyasının iclasına gəlməmişdir. İkincisi, kollegiyanın araşdırması zamanı müəyyən edilmişdir ki, apellyator həmin torpaq sahəsinin bir hissəsinin onun istifadəsində və sahibliyində o lduğunu bildirsə də bununla bağlı hər hansı sübutu təqdim etməmişdir. Əksinə, iş materiallarının 124-cü səhifəsindəki DƏDRX-in 03 mart 2022-ci il tarixli məktubunun məzmunundan aydın olur ki, mübahisəli torpaq sahəsi başqa mülkiyyətçinin adına keçmiş və dövlət reyestrində həmin mülkiyyətçinin adına qeydiyyata alınmışdır. Üçüncüsü, işin faktiki halları ilə müəyyən edilir ki, iddiaçı anasından miras qalmış əmlaka dair vərəsəlik hüququ ilə bağlı 2018-ci il tarixdə məhkəməyə müraciət edərkən, qeyd olunan torpaq sahəsi ümumbirgə mülkiyyət əsasında iddiaçının anasına və onun ailə üzvlərinə məxsus olmuş, hazırki apellyatorun həmin torpaq sahəsini alıb-almaması müəyyən edilməmişdir. Dördüncüsü, kollegiya qeyd edir ki, iddiaçının tələbi anasından miras qalmış əmlaka payının müəyyən edilməsindən iba rətdir, bu hələ mübahisəli torpaq sahəsinin hamısının iddiaçıya verilməsi anlamına gəlmir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

20. X18 (Vəkil1) kassasiya şikayəti verərək qətnamənin ləğv edilib işin təkrar baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

21. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə işə baxarkən Mülki Məcəllənin 1151ci maddəsinin tələbini pozmuş, miras qalmış torpaq sahəsinə sərəncam verərkən həmin torpaq sahəsinin satılıbsatılmaması və nə qədər hissəsinin mərhuma aid olmasını aydınlaşdırmamışdır. Qətnamədə bir sıra maddi və prosessual hüququ normalarının pozulmasına yol verilmişdir. Prosessual pozuntular ondan ibarətdir ki, məhkəmə tərəfindən birinci məhkəmə iclasınd a məhkəmənin təxirə salındığı qeyd olunsa da hansı tarixə təxirə salınması, təxirə salınmaya dair bildiriş maraqlarına toxunan şəxsə təqdim olunmamışdır və növbəti məhkəmənin tarixi ona rəsmi bildirilməmişdir. Qətnamədə məhkəmə iclasında alqısatqı müqaviləsinin əslinin və ya notarial qaydada təsdiq olunmuş surətinin təqdim olunması maraqlarına toxunan şəxsə təklif olunsa da guya onun tərəfindən sənədlər məhkəməyə təqdim edilməməsi qeyd olunmuşdur. Apellyasiya şikayətinə alqı-satqı müqaviləsi əlavə olunmuş, məhkəməyə təqdim olunmuşdur. Umumiyyətlə məhkəmə işin hallarını tam və hərtərəfli araşdırmamış, onlara lazımi hüquqi qiymət verməmişdir. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Prosessual Məcəllə: 2

3. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

24. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

25. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

26. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

27. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqd an sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

28. Maddə 89.1. Yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır.

29. Maddə 89.3. Yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir.

30. Maddə 357.1. Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər.

31. Maddə 35 7.2. Həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir.

32. Maddə 366.1. Apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir.

33. Maddə 366.2. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər.

34. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

35. Hazırkı iş üzrə apellya siya instansiyası məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyindən, məhkəmə aktının qanuniliyi bütövlükdə yoxlanılır.

36. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

37. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir.

38. Belə ki, baxılan işdə mübahisə İddiaçı ilə cavabdehlər Cavabdeh1 və başqaları arasında Biçə Mehdiyevadan miras qalmış əmlaka vərəsəlik hüquqlarının tanınması ilə bağlı olmuşdur (§ 8-9).

39. Zaqatala Rayon Məhkəməsinin 04 dekabr 2018-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək Zaqatala rayonu Qazangül qəsəbəsində yerləşən “JN 0059 KOD 40201004” saylı torpağa mülkiyyət hüququnun verilməsinə dair Dövlət Aktı ilə X7 ailə üzvlərinin mülkiyyətində olan 0.90 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ondan miras qalmış ¼ hissəsinin 6/14 hissəsinə iddiaçı X13 vəsiyyət üzrə vərəsəlik hüququnun verilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir (§ 10-11).

40. X18 xx.xx.2022-ci il tarixdə ərizə ilə birinci instansiya məhkəməsinə müraciət edərək qətnamənin onun hüquqlarını pozduğunu bildirmiş və məhkəmə aktının ona təqdim olunmasını xahiş etmişdir. xx.xx.2022-ci il tarixdə isə N.Abbasovun apellyasiya şikayəti Zaqatala Rayon Məhkəməsinə daxil olmuşdur.

41. Həmin məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə Zaqatala Rayon Məhkəməsinin 2(033)-1213/2018 nömrəli qətnaməsi maraqlı şəxs X16 hüquq və vəzifələrinə toxunduğundan onun apellyasiya şikayəti baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir.

42. Şəki Apellyasiya Məhkəməsinin 2(107)-824/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə N.Abbasovun apellyasiya şikayəti mümkün hesab edilərək ona apellyasiya qaydasında baxılması qərara alınmış, həmin məhkəmənin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə şikayət rədd edilmiş və birinci instansiya məhkəməsinin qətnaməsi qüvvəsində saxlanılmışdır.

43. Apellyasiya məhkəməsi iş üzrə gəldiyi yekun nəticəni həm də onunla əsaslandırmışdır ki, “həm məhkəmə bildirişi vasitəsilə, həm də məhkəmə iclasında alqı-satqı müqavilsəinin əslinin və ya notarial qaydada təsdiq olunmuş surətinin təqdim olunması apellyatora təklif olunmasına baxmayaraq, sonuncu həmin sənədin əslini və ya notarial qaydada təsdiq olunmuş surətini təqdim etməməklə yanaşı, səbəb və mümkünsüzlüyünü bildirmədən məhkəmə kollegiyasının iclasına gəlməmişdir... apellyator həmin torpaq sahəsinin bir hissəsinin onun istifadəsində və sahibliyində olduğunu bildirsə də bununla bağlı hər hansı sübutu təqdim etməmişdir...” (§ 19).

44. Göründüyü kimi, N.Abbasov birinci instansiya məhkməsinin qətnaməsindən m araqlarına toxunan şəxs kimi apellyasiya şiyakəti versə də, şikayətə nəinki istinad etdiyi alqı-satqı müqavilsəinin əslini və ya notarial qaydada təsdiq olunmuş surətini əlavə etməmiş, hətta həmin sənədləri, habelə mübahisəli torpaq sahəsinin bir hissəsinin onun istifadəsində və sahibliyində olduğunu təsdiqləyən sübutları apellyasiya kollegiyasına da təqdim etməmişdir.

45. Belə olan halda, Zaqatala Rayon Məhkəməsinin 2(033)-1213/2018 nömrəli qətnaməsinin ümumiyyətlə N.Abbasovun maraqlarına toxunub-toxunmadığı naməlum qalmışdır. Çünki, belə bir nəticəyə mülki prosessual qanunun sübut kimi tanıdığı sənədlərin əsli və ya təsdiq olunmuş surəti əsasında gəlinə bilər.

46. Məlum olduğu kimi, yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədl ər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir (§ 28-29).

47. Buna baxmayaraq məhkəmələr müvafiq sənədlərin əsli və digər sübutlar olmadığı halda qətnamənin N.Abbasovun maraqlarına toxunduğu lazımi şəkildə əsaslandırmamış, apellyasiya instansiyası məhkəməsi isə mövcud vəziyyətdə şikayətə baxmaq üçün kifayətedici prosessual əsasların olmasına lazımi hüquqi qiymət vermədən ona mahiyyəti üzrə baxmış, şikayətin mümkünlüyünə aid olan xüsusatları şikayətin rədd edilməsinin əsaslarından biri kimi göstərmişdir.

48. Halbuki, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasınd a baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər (§ 32-33).

49. Göstərilənləri nəzərə alaraq, məhkəmə kollegiyası bu qənaətə gəlir ki, qətnamə yuxarıda qeyd edilən hüquq normalarının pozulması ilə çıxarıldığı üçün ləğv edilməli, X16 şikayətinə apellyasiya qaydasında baxmaq üçün prosessual əsasların olmasının yenidən yoxlanılması və nəticəsindən asılı olaraq müvafiq qərarın qəbul edilməsi və (ya) sonrakı prosessual hərəkətlərin aparılması üçün iş apellyasiya məhkəməsinə qaytarılmalıdır.

50. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107 )-824/2022 nömrəli iş üzrə 9 avqust 2022-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar