Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1512/2021 13.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-1512/21 (Açar sözlər: müqavilənin ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Əzimova Səbinə Yaşar qızının katibliyi, İddiaçı: İddiaçı vəkili Nümayəndə iştirakları ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 sentyabr 2020-ci il tarixli, 2(107)-1468/2020 saylı qətnaməsindən İddiaçı kasasiya şikayəti üzrə işə 13 aprel 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, iddiaçı məhkəmədə cavabdehə qarşı iddia qaldıraraq, ağır xəstəlikdən 23 avqust 2019-cu il tarixdə ölmüş əri X1 ilə cavabdeh arasında notariat kontorunda 08 dekabr 2015-ci il tarixdə bağlanmış ailəsinə məxsus Şəki şəhəri, X2 prospekti, xxx saylı ünvanda yerləşən, ümumi sahəsi xxx kv.metr olan fərdi yaşayış evinə dair alqı-satlqı müqaviləsinin, cavabdehin evin dəyərini ödəməməsi səbəbindən ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Şəki Rayon Məhkəməsinin 01 iyun 2020-ci il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim C.F.İmanov) iddia rədd edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, 08 dekabr 2015-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X4 şəhəri, X2 prospekti, 6-cı dalan, mülkiyyətdə olan 0,0584 ha torpaq sahəsində yerləşən 4 otaqlı fərdi yaşayış evinin ona məxsus olan 2/3 hissəsini 40.000 manata cavabdehə satıb və sonuncu 08 dekabr 2015-ci il tarixdə həmin pul vəsaitini Bankın depozit hesabına köçürüb. İddiaçı mərhum əri xxxun cavabdehlə evin satış qiymətini 50.000 manata razılaşdıqlarını, sonuncunun həmin pulun 40.000 manatını Bankın depozit hesabına ödəməyi, qalan 10.000 manatını isə nağd şəkildə xxx verməyi öhdəsinə götürdüyünü, lakin cavabdehin öz öhdəliklərini yerinə yetirmədiyini, həmin pul vəsaitini xxx ödəmədiyini göstərsə də, tələbinin əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə heç bir sübut təqdim etməyib. Əksinə, işə əlavə edi lmiş kassa məxaric orderi ilə təsdiq olunur ki, evin dəyəri olan 40.000 manat pul vəsaiti cavabdeh tərəfindən notariat kontorunun depozit hesabına köçürülüb. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 421, 423, 567-ci maddələrinin və maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. İddiaçı apelyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Apelyasiya instansiyası məhkəməsində icraat Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər M.A.Əsədli sədrlik edən, məruzəçi, Ə.T.Məcidov və A.A.Mahmudov) apelyasiya şikayəti təmin edilmədən, iş üzrə Şəki Rayon Məhkəməsinin 01 iyun 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, iddianı rədd etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlib, maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Apelyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 421, 423, 567-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kasasiya instansiyası məhkəməsində icraat Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kasasiya şikayətinin dəlilləri İddiaçı kasasiya şikayəti verərək iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, mülki işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarı lması barədə qərar qəbul edilməsini xahiş edib. Kasasiya şikayəti belə əsaslandırılıb ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Kasasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı vəkili Nümayəndə kasasiya şikayətində göstərilənlərə uyğun olaraq izahat verdi. İddiaçı və Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kasasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Tə tbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Mülki Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 568-ci maddəsinə əsasən, satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcı əşyanı alıcıya verməklə bir vaxtda onun ləvazimatını, habelə əşyaya aid olan, qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulan sənədləri də ( texniki pasportu, keyfiyyət sertifikatını, istismar təlimatını və i.a.) verməyə borcludur. Həmin Məcəllənin 421-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Həmin Məcəllənin 423-cü maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadı qda irəli sürə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kasasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbi q edilməsini yoxlayır (MPM-nin 416-cı maddəsi). Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apelyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kasasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. İddiaçının kasasiya şikayətində iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş olunduğundan, qətnamənin əsaslılığı onun kasasiya şikayətinin dəlilləri hüdudl arında tam yoxlanılmalıdır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kasasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin kasasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. İddiaçı kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozmasını, iddianın təmin edilməsi üçün əsasların olmasını göstərsə də, kasasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmı r. Belə ki, işin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, Şəki şəhəri, X2 prospekti, x-cı dalan, mülkiyyətdə olan 0,0584 ha torpaq sahəsində yerləşən, 4 otaqlı fərdi yaşayış evi 2/3 hissədə iddiaçının əri xxxun mülkiyyətində olub və sonuncu 08 dekabr 2015-ci il tarixli notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən evin özünə aid olan 2/3 hissəsini 40.000 manata cavabdehə satıb. Apelyasiya instansiyası məhkəməsi işə əlavə edilmiş sübutları, o cümlədən iddiaçının kasasiya şikayəti ilə eyni məzmunlu olan apelyasiya şikayətinin dəlillərini araşdırıb haqlı olaraq qeyd etmişdir ki, sözügedən alqı-satqı müqaviləsinə əsasən iddiaçının mərhum əri xx mübahisəli evin 2/3 hissəsini cavabdehin mülkiyyətinə verdiyindən və sonuncu isə ev in satılan hissəsini qəbul edib əvəzində müəyyənləşdirilmiş 40.000 manat pul məbləğini (qiyməti) xxxun adına notariat kontorunun depozit hesabına köçürdüyündən, iddianı rədd etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlib və yuxarıda sadalanan maddələrin tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. İddiaçı kasasiya şikayətində mərhum əri xxxun cavabdehlə sözügedən evin ona aid olan hissəsinin satış qiymətini 50.000 manata razılaşdıqlarını, sonuncunun həmin pulun 40.000 manatını Bankın depozit hesabına ödəməyi, qalan 10.000 manatını isə nağd şəkildə xxx verməyi öhdəsinə götürdüyünü, lakin cavabdehin öz öhdəliklərini yerinə yetirmədiyini, həmin pul vəsaitini xxx ödəmədiyini göstərsə də, tələbinin əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə heç bir süb ut təqdim etməyib. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilib. Əksinə, işə əlavə edilmiş kassa məxaric orderi ilə təsdiq olunur ki, evin dəyəri olan 40.000 manat pul vəsaiti cavabdeh tərəfindən notariat kontorunun depozit hesabına köçürülüb. Mübahisəli evin satılan hissəsinin cavabdeh tərəfindən notariat kontorunun depozit hesabına köçürülmüş 40.000 manat pulun iddiaçının mərhum əri xxx tərəfindən götürülməməsinə gəlincə isə kasasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçı həmin pul vəsaitini notariat kontorunun depozit hesabından bilavasitə götürmüş şəxsə qarşı ayrıca birinci instansiya məhkəməsində iddia qaldırmaqla mübahisə aça bilər. Bu baxımdan kasasiya instansiyası məhkəməsi yuxar ıda qeyd olunanları nəzərə alıb hesab edir ki, iddiaçının kasasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilə bilməz. Ona görə də iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kasasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kasasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı kasasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 sentyabr 2020-ci il tarixli, 2(107)-1468/2020 saylı qətnaməsi kasasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1512/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-1512/2021
13.04.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver