Məhkəmə qərarları › İş №2(102)-1513/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-1513/2020

03.03.2020 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1513/2020 03.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim İbayev Vəfaddin Ələm oğlunun sədrliyi və məruzəsi, hakimlər Kalbalıyev Aslan Kalbalı oğlu və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, Cumazadə Ceyhun Rizvan oğlunun katibliyi ilə, iddiaçı “Qaz İxrac” İdarəsinin vəkili Nağıyev Azər Loğman oğlunun iştirakı ilə, “Qaz İxrac” İdarəsinin Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 oktyabr 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: “Qaz İxrac” İdarəsi Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 oktyabr 2019-c u il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı «Qaz İxrac» İdarəsi Cavabdeh qarşı qaz kəmərinin mühafizə zonasında inşa olmuş tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qusar rayon məhkəməsinin 05 iyul 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən R.Kazımov, iş 2(029)-66/2018) iddia tələbi rədd edilmiş, iş üzrə keçirilmiş məhkəmə ekspertizasına dair ekspertiza xərcinin dəyəri 100 (yüz) manatın iddiaçı “Qaz İxrac” İdarəsindən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 dekabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlə r L.Məmmədova (sədrlik edən və məruzəçi), A.Abbasov və E.Əhmədov, iş № 2(105)-4276/2018) “Qaz İxrac” İdarəsi tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilmiş, Qusar Rayon Məhkəməsinin 2(029)-66/2018 saylı, 05 iyul 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Qaz İxrac” İdarəsinin Cavabdeh qarşı qaz kəmərinin mühafizə zonasında inşa olunmuş tikilinin sökülməsi tələbinə dair iddiası təmin edilərək, “Qaz-İxrac” idarəsi, Siyəzən Magistral Qaz Kəmərləri Sahəsinin istismarında olan 325 mm diametrli “Qusar QPS qolu” yüksək təzyiqli (12-25 atm) magistral qaz kəmərinin mühafizə zonasında, Qusar rayonu, Bədirqala kəndi ərazisində Cavabdeh tərəfindən inşa olunmuş yaşayış evinin və hasarın sökülməsi, iş üzrə keçirilmiş məhkəmə ekspertizasına da ir ekspertiza xərcinin dəyəri 100 (yüz) manatın Cavabdeh tutularaq Məhkəmə Ekspertizası hesabına keçirilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 03 iyun 2019-cu il tarixli qərarı ilə (hakimlər S.Hacıyev (sədrlik edən və məruzəçi), Q.Əsgərov və E.Vəliyeva, iş № 2(102)-3594/2019) Cavabdeh kassasiya şikayəti təmin edilmiş, iş üzrə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 dekabr 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər G.Tağızadə (sədrlik edən və məruzəçi), T.Quliyev və E.Rəhimov, iş № 2(105)-3408/2019) iddiaçının nümayəndəsi X1 apelyasiya şikayəti təmin edilməmiş, Qusa r Rayon Məhkəməsinin bu iş üzrə 05 iyul 2018-ci il tarixli 2(029)66/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin dəlilləri: “Qaz İxrac” İdarəsi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 oktyabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinə qarşı verilmiş etiraz: Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edənlərin izahatları: “Qaz İxrac” İdarəsinin vəkili Nağıyev Azər Loğman oğlu izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instans iyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 oktyabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə iş üzrə yeni qərar qəbul edilməsini xahiş edir. Digər şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxl ayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araş dırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apelyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, Məhkəmə Ekspertizası Mərkəzinin 17 may 2018-ci il tarixli, 6228 saylı ekspert rəyinə görə, tədqiq olunan ərazidən yerüstü qaz kəmərinin keçməsini, kəmərin istiqamətini 50 metr məsafədə müəyyən edilmiş mühafizə zolağını, cavabdehin inşa etdiyi tikilinin planlı yerləşməsini və Siyəzən MQKS-nin nümayəndələrinin tərtib etdiyi aktın göstəricilərini, eləcə də mütəxəssis rəyində qeyd olunanları nəzərə alaraq, Qusar rayonu, 3 Bədirqala kəndi ərazisində “Qaz İxrac”İdarəsi Siyəzən Magistral Qaz Kəmərləri Sahəsinin istismarında olan 325 mm diametri “Qusar QPS qolu” yüksək təzyiqli (12-15 atm) magistral qaz kəmərinin mühafizə zonasında, 29 metr məsafə də Cavabdeh tərəfindən fərdi yaşayış inşa edildiyi və həmin tikilinin mühafizə zonasına düşdüyü müəyyən edildi. Tədbiq olunan Cavabdeh faktiki istifadə etdiyi 0.27 ha həyətyanı torpaq sahəsinin bütövlükdə 325 mm diametrli “Qusar QPS qolu” yüksək təzyiqli (15-25 atm) magistral qaz kəmərinin mühafizə zonasında yerləşdiyi və həmin torpaq sahəsində cavabdeh tərəfindən qanunsuz tikililər inşa olunduğu müəyyən edildi. İstifadə edilən torpaq sahəsində 142 kv.metr yaşayış evi, 68 kv.metr tövlə və 16 kv.metr-lik toyuq hini vardır. «Qaz İxrac» İdarəsinin Siyəzən MQKS-nin 06 sentyabr 2019-cu il tarixli 17 saylı arayışdan məlum olur ki, həqiqətən Q477/Q325 mm-lik L=18300 m Qusar qaz kəməri qolu 1986-cı ildə istismara verilib. Qusar QPS qaz kəməri qolunun layihə üzrə təzyiqi 5,5 Mpa, işçi təzyiqi isə 1,5 Mpa-dır. Qusar QPS qaz kəməri qolu Qusar rayon ərazisində yerləşir. 14 noyabr 1989-cu il tarixli həyətyanı torpaq sahələrinin təhkim edilməsinə dair aktın təsdiq edilmiş surətinə görə, SSRİ Nazirlər Kabinetinin 03 avqust 1989-cu il tarixli, 328 nömrəli qərarı ilə Cavabdeh mülkiyyətinə Qusar rayonu, Bədirqala kəndi ərazisindən şəxsi istifadəsi və fərdi yaşayış evinin tikintisi məqsədi ilə 0.10 ha həyətyanı torpaq sahəsi verilmişdir. Apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə Azərbaycan Respublikası Konstitusiyasının 13,29-cu, Mülki Məcəllənin 152.1, 152.5, 180.1,180.4-cü, Torpaq Məcəlləsinin 49, 84.1, 111-ci maddələrini tətbiq etmişdir. “Qaz İxrac” İdarəsi kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi, prosessual hüquq normalarının pozulmasına və apelyasiya instansiyası məhkəməsinin sübutlara düzgün hüquqi qiymət verməməsinə istinad etmişdir. Məhkəmə kollegiyası mülki işlərə məhkəmə qaydasında baxılarkən sübutlara düzgün hüquqi qiymət verilməsinə önəm verir. Belə ki, mülki prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq məhkəmə qətnamənin əsaslandırıcı hissəsində sübutları sadalamaqla kifayətlənməməli hər bir sübutun o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 28 dekabr 2004-cü il tarixli qəra rının Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2006-cı il tarixli qərarında göstərilir ki, “məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir”. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli qərarında göstərilir ki, “qətnamənin əsaslandırıcı hiss əsində işin məhkəmə tərəfində müəyyən olunmuş halları, məhkəmənin nəticələrini əsaslandırdığı sübutlar, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər, rəhbər tutduğu qanunlar və ya digər normativ aktlar göstərilməlidir. Sübutlar əlaqəli şəkildə şərh edilməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəbləri orada aydın izah edilməlidir”. Göstərilənlərlə yanaşı məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, kassasiya şikayətinin həmin dəlili iş materialları ilə təsdiq olunmur. Apelyasiya instansiyası məhkəməsi iş üzrə sübutları araşdırmış, onlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tət biq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Kassasiya şikayətinə baxılmasının nəticələri: Məhkəmə kollegiyası hesab edir ki, mülki işə baxıldıqda hüquq normaları düzgün tətbiq olunmuş, qətnamənin ləğvi üçün əsas olan maddi və prosessual qanun pozuntularına yol verilməmişdir. Kassasiya şikayətinin dəlilləri Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 oktyabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilmir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 oktyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi a

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar