Məhkəmə qərarları › İş №2(102)-1515/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1515/2025

21.05.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1515/2025 21.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X9, X10, X11, X14, Xaçmaz rayon 1 saylı notariat ofisi cəlb olunmaqla) mülki iş üzrə QƏRARİ Açar sözlər: məcburi paydan məhrum edilmənin əsasları Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi hakim), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh və qeyrilərinə qarşı “vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və mirasdan payların müəyy ən edilməsi” tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(105)1237/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. X12 ilə X3 birgə nikahından İddiaçı, Cavabdeh, X9, X10, X11, X14 anadan olmuşdur.

2. X13 1995-ci ildə vəfat etmişdir. 3. 1996-cı ildə X12 və adları yuxarıda qeyd olunan 5 uşağının (X14 istisna olmaqla) ümumi birgə mülkiyyətlərinə Xaçmaz rayonu Yergüc kəndində yerləşən 0.41 ha torpaq sahəsi (bundan sonra – torpaq sahəsi) verilmişdir. 4. 1999-cu ildə Xaçmaz rayonu Yergüc kəndində X4 mülkiyyətində 2 mərtəbəli, 4 otaqlı, ümumi sahəsi 169.4 kv.m olan fərdi yaşayış evi (bundan sonra - ev) qeydiyyata alınmışdır. 5. 2010-cu ildə notarial qaydada verilmiş vəsiyyətnamə ilə, X12 ona məxsus olan Xaçmaz rayonu, Yergüc kəndində yerləşən şəxsi evini və həyətyanı torpaq sahəsini Cavabdeh vəsiyyət etmişdir. Bundan başqa, oğlu İddiaçı vərəsəlik hüququndan məhrum etməsi barədə iradəsini də həmin vəsiyyətnamədə rəsmiləşdirmişdir.

6. X12 2015-ci ildə vəfat etmişdir. 7. 2017-ci ildə Cavabdeh torpaq sahəsinin 7/12 hissəsinə dair, X5 isə 1/12 hissəsinə dair vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir. Həmçinin, həmin şəhadətnamələrlə torpaq sahəsinin hər birinə 1/12 hissə olmaqla, X10, X14, İddiaçı, X6 adına açıq saxlanılmışdır. 8. 2017-ci ildə Cavabdeh evin 7/12 hissəsinə dair, X5 isə 1/12 hissəsinə dair vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir. Həmçinin, h əmin şəhadətnamələrlə evin hər birinə 1/12 hissə olmaqla, X10, X14, İddiaçı, X6 adına açıq saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, cavabdehin adına verilmiş torpaq sahəsinin 7/12 hissəsinə dair vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, həmin torpaq sahəsindən paylarının, habelə X1 miras qalmış hissədə payların müəyyən edilməsi, evə münasibətdə mirasın onun tərəfindən qəbul edilməsi faktını müəyyən etməklə mirasdan paylarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. İddiaçı tələbini işin yuxarıda qeyd olunan faktiki hallarına istinad etməklə onunla əsaslandırmışdır ki, mərhum an ası X4 birinci növbəli vərəsəsi olaraq ondan miras qalmış yaşayış evinə və torpaq sahəsinə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün 2024-cü ilin iyun ayında notariat ofisinə müraciət etmiş və ona bildirilmişdir ki, evlə əlaqədar 2017-ci ildə vərəsəlik işi açılmış və miras əmlaka cavabdehin adına vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. İddiaçı hesab edir ki, notariat ofisi vərəsəlik hüququ haqqında şəhadətnamələri tərtib edərkən yanlışlığa yol vermiş, bütövlükdə 0.41 ha torpaq sahəsini vəsiyyət üzrə vərəsəliyin predmeti kimi qəbul etmişdir. Halbuki, həmin torpaq sahəsi mərhum anası ilə bərabər altı nəfərin birgə mülkiyyətidir. Torpaq sahəsində mövcud olan ev isə tam olaraq mərhum anaları adına qeydə alınmışdır. Torpaq sahəsində onun payı şəhadətnaməyə uyğun olaraq 0,068 h a təşkil edir. Mərhum anasından miras qalmış 1/12 hissəni (0,034 ha) hissəni üzərinə gəldikdə onun payı 0,10 ha təşkil edir. Habelə evdən, yəni 169,4 kv.m ümumi sahəsi olan evdən onun payı 1/12 hissədə olmaqla 14,11 kv.m təşkil edir. Vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən (mülkiyyət sənədinin alınıb-alınmaması ona məlum deyildir) evin əsas mülkiyyətçisi olan Cavabdeh təklif etmişdir ki, evdən ona çatası hissənin dəyəri olan 14000 manat pulu rəsmi surətdə ona versin. Bu halda evdəki payından qanuna müvafiq olaraq imtina edəcək və yaxud bağışlama yolu ilə mülkiyyətini hədiyyə edəcəkdir. Lakin cavabdeh ona cavab verməmişdir.

11. Cavabdeh iddiaya dair etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, mərhum anası sağlığında oğlu Kamilin onu döyüb-söyməsi ilə bağlı polisə müraciət etmişdir. Anası 2010-cu ildə notarial təsdiqlənmiş vəsiyyətnamə ilə özünə məxsus evi və həyətyanı torpaq sahəsini ona vəsiyyət etmiş, həmçinin oğlu Kamili vərəsəlik hüququndan məhrum etmişdir. Eləcə də, 2000-ci ildə verilmiş ayrı bir vəsiyyətnamə ilə, evini, həyətyanı və özəl torpaq payını ona vəsiyyət etmişdir ki, buradan da anasının iradəsi aydın görünür. Bütün bunlarla bərabər, X15 Rayon Məhkəməsinə oğlu Kamili vərəsəlik hüququndan məhrumetmə ilə bağlı iddia ərizəsi ilə müraciət etmişdir.

12. İddiaçı izahatında bildirmişdir ki, cavabdeh 0.41 ha torpaq sahəsindən ona 0.06 ha torpaq sahəsi təklif edir, lakin o, buna razı deyil. O, 2019-cu ildə həmin həyətyanı torpaq sahəsinin 0.01 ha hissəsində ev tikib oraya köçmüş, həmin evi bankdan kredit götürərək tikib hazırlam ışdır. O, 0.06 sot həyətyanı torpaq sahəsini hasarlasa da, cəmi 0.01 ha hissəsində ev tikmişdir. Torpaq sahəsindən 0.10 ha ayrılıb verilərsə, miras əmlakdan payına düşən evdən imtina edər. 6 uşaq arasında 0.41 ha torpaq sahəsi bölünərsə torpaq sahəsinin yarı hissəsi onun payına düşür. Anasından miras qalmış ev bir bacısına vəsiyyət olunub. Vəsiyyətnamə düzgün yazılmamışdır, o, həmin vəsiyyətnaməni saxta hesab edir. İddia verməsinə səbəb odur ki, 2009-cu ildə anası evi Əsmirə ilə bölməsini demişdir. Bacı-qardaşları onu əmlak payından məhrum ediblər. O, əsas əmlak payı olan 41 sot torpaq sahəsindəki payından məhrum olmuşdur. Orada torpaq sahəsi ümumilikdə 41 sotdur. Anasının mirası Yergüc kəndində yaşayış evi və torpaq sahəsidir. Hamısı orada yaşamışlar. O, 2019-cu ildə həmin həyətdə yaşayış evi tikib çıxmışdır. 7 sot torpaq sahəsi ayırıb oradan çıxmışdır. Köhnə evdə Əsmərlə Əsmirə yaşayır. O, ümumiyyətlə vərəsəlik üzrə evdən və həyətyanı torpaq sahəsindən qanuna uyğun payının müəyyən olunmasını istəyir. Bacıları anasının başını aldadıb dərman verib notariusa apararıb sənədlərə imza etdiriblər. Həmin vaxt anası beyin xəstəsi idi, ağlı o dərəcədə yerində deyildi. Verdikləri dərmanlardan ağlını itirmişdi. Onu da əsassız olaraq polisə şikayət edərək 15 gün həbs etdiriblər. Anasının beyin xəstəsi olması barədə sənədləri yoxdur.

13. Cavabdeh tərəf izahatında bildirmişdir ki, iddiaçı ona şər atır, guya onun anasına dərman verib notariusa apardığını bildirir, bu əsassızdır. Onlar iddiaçını şər atıb tutdurmayıblar. İddiaçı anasının sağlığında ikən daim evdə münaqişələr yaradıb, anası nı həmişə incidib, onu hədələyib, balta ilə üstünə gedib, anasını dəfələrlə məhkəməyə salıb, polisə müraciət edib. Torpaq sahəsində bir ev vardır. O, həmin evdə yaşamışdır. Hazırda evlidir və Bakı şəhərində yaşayır. Evdə isə Əsmirə yaşayır. Anası ilə iddiaçının münaqişəsi iddiaçının arvadına görə olmuşdur. İddiaçının arvadı anası ilə yol getməmiş, daim evdə münaqişə yaratmış, dəfələrlə onlar anasını təhqir etmişlər. Sonra anası da əmlakı ona vəsiyyət etmişdir. Anasına Əsmirə ilə Əsmər baxıblar. Bunlar isə anasını yola verməyiblər. Anası şikayət etmiş və Kamil barəsində 2009-cu ildə inzibati işə də baxılmışdır. Vəsiyyətnamənin mübahisələndirilməsi üçün qanunvercilikdə nəzərdə tutulmuş iki illik müddət isə ötürülmüşdür.

14. Üçüncü şəxs X9 izahatında bildirmişdir ki, iddiaçı öz evində, o, isə anasının ona vəsiyyət etdiyi evdə yaşayır. Həmin evin kommunal xərclərini o, ödəyir. Miras qalan ev və torpaq sahəsi 6 uşaq arasında bölünməlidir. İddiaçının tələb etdiyi 0.10 ha torpaq sahəsinin ona verilməsinə etiraz edir. O, iddiaçının tələbi ilə razı deyil. Çünki xəstə anasına onlar baxmışlar. Anasının ciyərinə su yığılmışdı, ancaq əqli geriliyi olmamışdır

15. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(067)-549/2024 nömrəli qətnaməsi ilə (hakim Nərmin Abiyeva) iddia qismən təmin edilərək: İddiaçı, X2, X7 və X6 torpaq sahəsinin ümumi paydan hər birinə 1/6 hissəsinə və anaları X1 miras qalan 0.068 ha torpaq sahəsinə münasibətdə hər birinə 1/12 hissəsinə paylarının müəyyən edilməsi; Cavabdeh torpaq sahəsinin ümumi paydan 1/6 hissəsinə və anası X1 miras qalan 0.068 ha torpaq s ahəsinə münasibətdə 7/12 hissəsinə payın müəyyən edilməsi; X8 anası X1 miras qalan 0.068 ha torpaq sahəsinə münasibətdə 1/12 hissəyə payın müəyyən edilməsi; İddiaçı, X8, X2, X7 və X6 hər birinə evin 1/12 hissəsinə paylarının müəyyən edilməsi; Cavabdeh evin 7/12 hissəsinə vəsiyyət üzrə vərəsəlik qaydasında payının müəyyən edilməsi; 25 dekabr 2017-ci il tarixdə Xaçmaz rayon notariat ofisi tərəfindən təstiq olunmuş və reyestrdə 2V-54 nömrə və 2V-55 nömrə ilə qeydə alınmış vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin və 25 dekabr 2017-ci il tarixdə Xaçmaz rayon Notariat Ofisi tərəfindən təsdiq olunmuş və reyestrdə 2V-52 nömrə və 2V-53 nömrə ilə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi hissəsində iddianın təmin edilməməsi, iş üzrə ödənilmiş dövlət rüsumun iddiaçıya aid edilməsi qət edilmişdir.

16. Məhkəmə qeyd etmişdir ki, X1 miras qalmış əmlaklar evdən və torpaq sahəsindəki 1/6 hissə (0,68 ha) payından ibarət olmuşdur.

17. Bununla bərabər, X4 xx.xx.2000-ci il tarixli və xx.xx.2010-cu il tarixli vəsiyyətnamələrindən sonuncu tarixə olan xx.xx.2010-cu il tarixli vəsiyyətnaməsi nəzərə alınmalıdır. Qanunvericilikdə vəsiyyətnamənin qüvvədən düşmüş sayılması barədə iddianın mirasın açıldığı gündən iki il ərzində irəli sürülməsi nəzərdə tutulsa da, İddiaçı bu müddəti ötürmüşdür. Belə ki, X12 xx.xx.2015-ci il tarixdə vəfat etmiş və həmin tarixdə miras açılmış, eyni zamanda X4 xx.xx.2010-cu il tarixli vəsiyyətnaməsi qüvvəyə minmişdir. İddiaçı isə anasının ölümündən iki il müddətində bu hüququndan istifadə etməmişdir.

18. Həm çinin, Mələk Şixəmirova 2010-cu ildə verdiyi vəsiyyətnaməsində oğlu iddiaçını vərəsəlik hüququndan məhrum etməsini qeyd etsə də, sağlığında qanunvercilikdə nəzərdə tutulduğu qaydada ləyaqətsiz vərəsə kimi oğlunun vərəsəlik hüququndan məhrum edilməsi barədə məhkəməyə müraciət etməmişdir. Ona görə də İddiaçı ləyaqətsiz vərəsə hesab oluna bilməz. Beləliklə, iddiaçının anasından miras qalmış əmlaka vərəsəlik hüququ mövcuddur.

19. Məhkəmə iddiaya etiraz ərizəsinə münasibətdə bildirmişdir ki, iddiaçının anası Mələk Şixəmirova sağlığında söydüyünü, döydüyünü, incitdiyini və bu səbəbdən anası tərəfindən vəsiyyətnamədə vərəsəlik hüququndan məhrum edildiyini, özlərinin də hazırda İddiaçı vərəsəlik hüququndan məhrum edilməsini istədiklərini və ona anasından pay verilməsinin düzgün olmadığı qeyd edils ə də, İddiaçı ləyaqətsiz vərəsə sayılması barəsində həmin şəxsin mirasa sahibliyə başladığı andan beş il ərzində iddia irəli sürməmişdir.

20. Məhkəmə iddianın birinci tələbi ilə bağlı qeyd etmişdir ki, Xaçmaz rayon Notariat Ofisi tərəfindən Cavabdeh və X2 adına verilmiş vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr qanunvericiliyin tələblərinə uyğun tərtib olunmuşdur. Belə ki, Cavabdeh və X2 adına verilmiş vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi üçün heç bir əsas müəyyən olunmamışdır. İddiaçı sözügedən şəhadətnamələrin etibarsız hesab edilməsinin əsasını təsdiq edən sənədi və sübutu məhkəməyə təqdim edə bilməmişdir. Belə olduğu h alda, İddiaçı vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsinə dair iddiası təmin edilməməlidir.

21. Məhkəmə iddianın mirasdan payların müəyyən edilməsi tələbi ilə bağlı qeyd etmişdir ki, iddia həmin hissədə təmin edilməlidir. Belə ki, işin halları ilə müəyyən olunmuşdur ki, İddiaçı ləyaqətsiz vərəsə hesab olunmamış və vərəsəlik hüququndan məhkəmə qaydasında məhrum edilməmişdir. Bundan başqa İddiaçı vəsiyyət edən X4 birinci növbəli vərəsəsi olduğundan vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Habelə Xaçmaz rayon notariat ofisi tərəfindən Cavabdeh və X2 adına verilmiş vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadə tnamənin qeyd hissəsində Xaçmaz rayonu, Yergüc kəndində yerləşən torpaq sahəsindən və fərdi yaşayış evindən paylar müəyyən edilərkən hər birinə 1/12 hissə olmaqla X7, X8, İddiaçı və X6 adına payları açıq saxlanılmışdır.

22. Belə ki, mübahisəli torpaq sahəsi X4, İddiaçı, Cavabdeh, X2, X7 və X6 ümumi paylı mülkiyyətinə verilib. Bununla da hər birinə 1/6 hissə pay müəyyən edilib. 2015-ci ildə vəfat etmiş X12 özünə məxsus olan 1/6 hissə torpaq payını xx.xx.2010-cu il tarixli vəsiyyətnaməyə əsasən Cavabdeh vəsiyyət edib. b) Apellyasiya instansiyası məhkəməsində icraat

23. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

24. Apelyasiya şikayəti onunla əsaslandı rılmışdır ki, məhkəmə iş üçün mühüm əhəmiyyət kəsb edən halları araşdırmamış, iddiaçının evin qapısını qanunsuz, özbaşına açarla qifillamasını, yaşamadan zəbt etməsi faktını nəzərə almamışdır. Məhkəmə iddiaçının sübutsuz iddia tələbini qismən təmin edilmişdir. İddiaçı X1 miras qalan 0.068 ha torpaq sahəsinin yarıdan çox hissəsini hədə-qorxu yolu ilə, qanunsuz özbaşına zəbt etmiş və sözügedən torpaq sahəsi üzərində digər vərəsələrin iqtisadi köməkliyi ilə, 2015-ci ildə, hər bir şəraiti olan böyük yaşayış evi tikmişdir. Sözügedən torpaq sahəsi yerində ekspertə göstərilməklə həmin torpaq sahəsi ümumi paydan çıxıldıqdan sonra yeni bölgü barədə ekspert rəyi alınmalıdır.

25. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(105)-1237/2024 nömrəli qətnaməsi ilə (h akimlər - Lalə Rəhimli (sədrlik edən və məruzəçi), Almaz Süleymanova və Fuad Məmmədov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

26. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşan apellyasiya instansiyası məhkəməsi, şikayətin İddiaçı anasından miras qalan 0.068 ha torpaq sahəsinin yarıdan çox hissəsini qanunsuz özbaşına zəbt etməsi və orada yaşayış evi tikməsi barədə dəlilinə münasibətdə bildirmişdir ki, həmin dəlil miras əmlaka məcburi paylar nəzərə alınmaqla vəsiyyət üzrə mirasın bölüşdürməsinə mane olmur. Əgər gələcəkdə hər hansı mülkiyyət hüququ pozularsa tərəflərin məhkəməyə müraciət etmək hüququ istisna edilmir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

27. Cavabdeh (Vəkil2) kassasiya şikayəti vermiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

28. Kassator şikayətini aşağıdakı dəlillərlə əsaslandırmışdır: Mərhum anası Mələk Şixəmirova bütün əmlakını ona vəsiyyət etməsinə baxmayaraq işin bu halı apellyasiya instansiyası məhkəməsi tərəfindən nəzərə alınmamışdır; İşə baxılarkən Mülki Məcəllənin 1203-cü maddəsinin tələbləri nəzərə alınmamış, mərhum anasının oğlu Kamili vərəsəlik hüququndan məhrum etməsinə dair iradəsinə qiymət verilməmişdir; İddiaçı mübahisəli torpaq üzərində ev tikərək orada yaşamasına dair sübutlar təqdim olunsa da, apellyasiya məhkəməsi tərəfindən düzgün qiymətləndirilməmişdir. Belə ki, məhkəmələr yerli baxış keçirib, iddiaçının hansı həcmdə torpaq sahəsini zəbt edərək üzərində tikili inşa etməsinə qiymət verməli olmalarına baxmayaraq, işin bu halına qiymət verməmişlər. Beləliklə, gələcəkdə icrası mümkün olmayacaq qətnamə qəbul edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

29. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz ünvanlayaraq, şikayətin əsassız olduğu üçün təmin olunmamasını, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

30. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.

31. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.

32. Maddə 1134.2. Vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər.

33. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır.

34. Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır.

35. Maddə 1151.2. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadı qda isə bu əmlakın dəyəri daxildir.

36. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər).

37. Maddə 1176.1. Vəsiyyət edən qanun üzrə vərəsələrdən birini, bir neçəsini və ya hamısını vəsiyyətnamə ilə mirasdan məhrum edə bilər və bunu əsaslandırmağa borclu deyildir.

38. Maddə 1193. Vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir.

39. Maddə 1195. Məcburi payın tam həcmi vəsiyyət tapşırığını və ya ümumi faydalı məqsədlər üçün hə r hansı hərəkəti yerinə yetirməkdən ötrü nəzərdə tutulan əmlak da daxil olmaqla, bütün mirasdan müəyyənləşdirilir.

40. Maddə 1196. Vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır. Vəsiyyət üzrə vərəsələr nəzərə alınmır.

41. Maddə 1203.1. Məcburi pay almaq hüququndan məhrumetmə, ümumiyyətlə, vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar olduqda mümkündür.

42. Maddə 1203.2. Məcburi pay almaq hüququndan məhrumetməni miras qoyan hələ öz sağlığında məhkəməyə müraciət etmək yolu ilə həyata keçirə bilər.

43. Maddə 1203.3. Məcburi pay almaq hüququndan məhrumetmə barəsində məhkəmənin çıxardığı qərar mirasın açıldığı andan qüvvədə olur. Miras qoyanın hələ öz sağlığında məhkə məyə müraciət etdiyi, lakin qərarın onun ölümündən sonra qəbul edildiyi halda da bu cür nəticə baş verir.

44. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.

45. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

46. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

47. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

48. Maddə

88. Məhkəmə sübutlara ob yektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

49. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

50. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

51. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəl i sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

52. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

53. Kassator apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasını xahiş etməs inə baxmayaraq, onun hüquqi marağı iddianın təmin olunan hissəsində ləğvinə yönəlmişdir. İddianın təmin edilməyən hissəsindən cavabdehin şikayəti mümkün olmadığına görə, iddianın təmin edilmədiyi hissədə qətnamənin qanuniliyinə qiymət verilə bilməz. Buna görə də apelyasiya instansiyası məhkəməsi qətnaməsinin qanuniliyi, iddianın təmin olunan hissəsində yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

54. Məhkəmə kollegiyası hesab edir ki, iddianın təmin olunan hissəsində apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Mübahisələndirilən hissədə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Mübahisələ ndirilən hissədə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

55. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

56. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddia tələbi ilə bağlı məsələlər lazımi qayda da araşdırılmışdır. Kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər, apelyasiya şikayətinin dəlillərini təşkil edirdi və apellyasiya məhkəməsi həmin dəlillərə kifayət qədər ətraflı qiymət vermişdir. Apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

57. Bununla yanaşı, məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.

58. Mülki Məcəllənin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır (Mülki Məcəllənin 1133.2-ci maddəsi).

59. Mirasda məcburi pay sosial-iqtisadi və əxlaqi yükü olan vərəsəlik hüququnun ənənəvi hissəsidir. Məcburi pay hüququ ölən şəxsin yaxınlarının müəyyən kateqoriyasına (yəni məcburi vərəsələrinə) münasibətdə sosial təminat rolunu oynayır. Azərbaycan Respublikasının mülki qanunvericiliyi vərəsəlik hüququnda sosial ədalət prinsipindən çıxış edərək, dövlətlə fərd arasında münasibətləri, gender əlaqələrini, gənclə ahıl insan, sabit ailə və digər münasibətləri tarazlayaraq hüquq münasibətlərinin iştirak çısı olan müəyyən kateqoriyalı imtiyazlı şəxslərə (uşaqlar, qadınlar, fiziki qüsurlu insanlar) digərləri ilə nisbətdə bərabər hüquqi imkanlar yaradır.

60. Azərbaycan Respublikasının mülki qanunvericiliyinə görə hər bir şəxs vəsiyyətnamə əsasında öz vərəsələrini mirasdan məhrum edə bilər. Mülki Məcəllənin 1176-cı maddəsində müəyyən olunmuş qaydaya görə vəsiyyət edən qanun üzrə vərəsələrdən birini, bir neçəsini və ya hamısını vəsiyyətnamə ilə mirasdan məhrum edə bilər və bunu əsaslandırmağa borclu deyildir.

61. Qeyd edilməlidir ki, vəsiyyət edənin qanun üzrə vərəsələrdən birini, bir neçəsini və ya hamısını vəsiyyətnamə ilə mirasdan məhrum edə bilməsi və bunu əsaslandırmağa borclu olmaması vəsiyyət azadlığı prinsipinə əsaslanır. Mülkiyyətçinin vəsiyyətnaməni hələ öz sağlığında qanunvericiliyi n tələblərinə uyğun olaraq tərtib etməsi və vərəsələrdən birini, bir neçəsini və ya hamısını vəsiyyətnamə ilə mirasdan məhrum edə bilməsi vəsiyyət edənin öz mülkiyyəti üzərində sərəncam vermək hüququnu təmin edən amillərdən biridir.

62. Lakin vəsiyyətnamə ilə mirasdan məhrumetmə məcburi pay hüququ olan şəxslərə şamil edilmir. Belə ki, mülki qanunvericilik məcburi pay almaq hüququndan məhrumetmənin yalnız məhkəmə qərarı əsasında həyata keçirilməsini nəzərdə tutur.

63. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyas ı apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

64. Kassasiya şikayətinin digər dəlilləri mahiyyəti etibarilə, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır. Qeyd olunmalıdır ki, işin faktiki halları ilə bağlı dəlillər üzrə kassasiya icraatında araşdırma aparılmır, onlara qiymət verilmir. Çünki kassasiya icraatı yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət verilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesd ə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

65. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin mübahisələndirilən hissəsində ləğv edilməsi üçün əsas təşkil etmir.

66. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(105)-1237/2024 nömrə li qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar