Məhkəmə qərarları › İş №2(102)-1520/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-1520/2023

08.05.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1520/2023 08.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı1 və İddiaçı2 Mənzil Tikinti Kooperativinin cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə, Cavabdeh2 Nəriman qızına, Cavabdeh3 və Bakı şəhəri 32 saylı Dövlət Notariat Kontoruna qarşı iş üzrə QƏRARİ Açar sözlər: müqavilənin etibarsız sayılması, daşınmaz əmlakın dövlət reyestri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və X2 ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5413/2022 nömrəli, 04 noyabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayət inə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər.

2. Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 66 ünvanda yerləşən, sahəsi 3130,9 m2 olan qeyri yaşayış sahəsi (ikimərtəbəli tikililər və zirzəmisi, həmçinin onların içərisində hazırda mübahisə predmeti olan "xxxx" tikilisi də mövcuddur) və onun yerləşdiyi 5372,4 m2 olan torpaq sahəsi İddiaçı1 xüsusi mülkiyyətində olmuş, həmin daşınmaz əmlakı 25 dekabr 2004-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən "xxxx" MMC-yə satmış, sonuncunun mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. Hazırki iş üzrə İddiaçı2 MTK "xxxx" MMC-nin hüquqi varisi olmaqla adına qeyd edilən əmlaklar üzəri ndə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış (qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2015, daşınmaz əmlakın ünvanı - Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 66, təyinatı qeyri-yaşayış sahəsi, ümumi sahəsi - 3130,9 m2, torpaq sahəsinin ölçüsü 0,53724 ha, hüququn növü – xüsusi mülkiyyət və s.) verilmişdir.

3. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 08 iyul 2011-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin olunmuş, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin özbaşına zəbt etdiyi Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 66 ünvanda yerləşən iddiaçılara məxsus qeyri-yaşayış sahəsinin "xxxx" tikilisindən çıxarılması, həmin tikilinin üstündə cavabdeh tərəfindən inşa edilmiş özbaşına tikililərin sökülməsi, həmin tikilidə cavabdeh tərəfindən açılmış girişlərin bağla nılması, "xxxx" tikilisinin Dağıstan küçəsi istiqamətində bağlanmış girişlərin cavabdehin hesabına açılmaqla, "xxxx" tikilisinin texniki pasportuna uyğun vəziyyətə gətirilməsi və həmin tikilinin iddiaçıların sahibliyinə qaytarılması qət olunmuşdur (cavabdeh "xxxx" MMC-nin apellyasiya və kassasiya şikayətləri müvafiq olaraq Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 29 sentyabr 2011-ci il tarixli və Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının 10 aprel 2012-ci il tarixli qərarı ilə təmin olunmamışdır).

4. Bundan sonra "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı iddia ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmiş, həmin məhkəmənin 28 iyun 2013-cü il tarixli qərarı ilə iddia təmin olunmuş, ünvan 2 ünvanda yerləşən 714,2 m2 əlavə tikiliyə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, bu barədə çıxarışın verilməsi öhdəliyi cavabdeh inzibati orqanın üzərinə qoyulmuş, qərar icra edilmiş və mübahisəli 714,2 m2 qeyri-yaşayış sahəsi üzərində "xxxx" MMC-nin mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış və bu barədə çıxarış verilmişdir. 5. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti iddiaçıya məxsus olan 714,2 m2 sahədə "xxxx" tikilisinin də yer aldığı, ümumilikdə 1896,1 m2 sahəyə dair adına verilmiş çıxarışdan (halbuki, yuxarıda da qeyd edildiyi kimi həmin çıxarış 714,2 m2 sahədə "xxxx" tikilisinə dair hissədə etibarsız sayılmışdır) istifadə edərək, həmin 1896,1 m2 qeyri-yaşayış sahəsini Cavabdeh2 Nəriman qızına bağışlamış, bu barədə aralarında 13 avqust 2014-cü il tarixli müqavilə bağlanmışdır.

6. Sonradan "xxxx" MMC-nin vəsatəti üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 28 iyun 2013-cü il tarixli qərarı ləğv olunmuş, sonuncu və İddiaçı1 3-cü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuş, işə mahiyyəti üzrə baxılması təzələnmiş, həmin məhkəmənin 16 sentyabr 2014-cü il tarixli qərardadı ilə 28 iyun 2013-cü il tarixli qərarın icrasına dönüş edilmiş, 714,2 m2 qeyri-yaşayış sahəsi üzərində "xxxx" MMC-nin mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına dair çıxarış ləğv edilmiş, nəticədə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 03 oktyabr 2014-cü il tarixli qərardadı ilə "xxxx" MMC-nin həmin iddia tələbi əvvəllər də məhkəmə baxışının predmeti olduğundan mümkün sayılmamışdır. Belə ki, "xxxx" MMC əvvəllər də məhkəməyə müraciət edərək həmin qeyri- yaşayış sahəsi üzərində mülkiyyət hüququnun tanınmasını və adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsini tələb etmiş, lakin iddiası rədd olunmuş, həmin qərardan apellyasiya şikayəti vermiş, lakin apellyasiya baxışı zamanı iddiasından imtina etmiş, bu səbəbdən də icraata xitam verilmişdir.

7. İddiaçı1 və "xxxx" MMC cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və Cavabdeh2 Nəriman qızına qarşı «bağışlama müqaviləsinin etibarsız sayılması, çıxarışın ləğv olunması” barədə iddia ilə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qanuni qüvvədə olan 29 dekabr 2014-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin olunmuş, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh2 Nəriman qızı ar asında Bakı şəhəri 11 saydı notariat kontorunda bağlanmış 13 avqust 2014-cü il tarixli, 4Ə-354 reyestr nömrəli bağışlama müqaviləsinin iddiaçının mülkiyyətində olan 714,2 m2 qeyri yaşayış sahəsinə dair hissədə etibarsız hesab edilməsi və həmin müqavilə əsasında Cavabdeh2 Nəriman qızının adına daşınmaz əmlakın dövlət reyestrində 19 avqust 2014cü il tarixli, RX0480901 seriyalı qeydiyyatın 714,2 m2 hissədə ləğv olunması qət edilmişdir (həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 02 iyun 2015-ci il tarixli qətnaməsi ilə dəyişdirilmədən saxlanılmış, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin və Cavabdeh2 Nəriman qızının ayrı-ayrılıqda verdikləri apellyasiya şikayətləri təmin olunmamışdır).

8. Cavabdeh2 Nəriman qızı, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsa sən mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 1896,1 kv.metr olan qeyri-yaşayış binasını 21 oktyabr 2017-ci il tarixli AN-İ seriyalı ******* saylı alqı-satqı müqaviləsinə əsasən Cavabdeh3 satmışdır. Həmin əmlak üzərində Cavabdeh3 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla xx.xx.2017-ci il tarixli RX seriyalı ******* nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” Çıxarışla rəsmiləşdirilmişdir.

9. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh İddiaçı1 ("xxxx" MMC və DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi üçüncü şəxs qismində cəlb olunmaqla) qarşı «çıxarışın ləğv edilməsi, müqavilənin etibarsız hesab edilməsi, hüququn dövlət qeydiyyatına alınması” barədə iddia ilə məhkəməyə müraciət edərək, İddiaçı1 Bakı şəhəri, Azadlıq prospekti, 66 ünvanında yerləşən 714,2 m2 olan "xxxx" tikilisinin mülkiyyətçisi olması barədə 22 aprel 2004-cü il tarixli 002653 saylı şəhadətnamənin ləğv olunması, İddiaçı1 ilə "xxxx" MMC arasında Bakı şəhəri, Azadlıq prospekti, 66 ünvanında yerləşən 714,2 m2 olan "xxxx" tikilisinə dair müqavilənin etibarsız hesab olunması və həmin tikilinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin adına qeydə alınması barədə qətnamə çıxarılmasını xahiş etmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 08 yanvar 2018-ci il tarixli qətnaməsi ilə iddia təmin olunmamış, lakin Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 25 aprel 2018-ci il tarixli qərardadı ilə qətnamə ləğv olunmuş, iş üzrə icraata xitam verilmişdir (MPM-nin 261.0.2-ci maddəsinə əsasən - iddiaçının əvvəllər eyni tələbinə məh kəmə tərəfindən baxılaraq, rədd olunması barədə məhkəmə aktlarının olması). İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

10. İddiaçılar İddiaçı1 və İddiaçı2 Mənzil Tikinti Kooperativi cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə, Cavabdeh2 Nəriman qızına, Cavabdeh3 və Bakı şəhəri 32 saylı Dövlət Notariat Kontoruna qarşı «müqavilənin etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 Nəriman qızı ilə Cavabdeh3 arasında Nəsimi rayonu, Kaveroçkin 30A ünvanında yerləşən sahəsi 1896.1 kv.m olan qeyriyaşayış sahəsinə dair ünvan 4ariat kontorunda bağlanmış 21 oktyabr 2017-ci il tarixli AN-İ seriyalı ******* saylı alqı-satqı müqaviləsinin iddiaçılara məxsus "xxxx" tikilisi hissəsində etibarsız hesab edilməsi və hə min müqavilə əsasında Daşınmaz Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz əmlakın Dövlət Reystri Xidməti tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışının ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

11. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh3 iddia ərizəsi ilə Bakı İnzibati məhkəməsinə müraciət edərək Bakı şəhəri Nəsimi rayonu, Kaveroçkin 30A ünvanında yerləşən "xxxx" tikilişə dair çıxarışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsini xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, 21.10.207-ci il tarixdə əmlakın alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri Nəsimi rayonu Kaveroçkin 30 A ünvanında yerləşən ümumi sahəsi 1896 kv.m olan qeyri-yaşayış binasını almışdır. Həmin qeyri-yaşayış sahəsi “A” və "xxxx" tikililərindən ibarətdir. Həmin alqı-satqı müqaviləsinə görə qeyd edilən qeyri-yaşayış sahəsinin dəyəri 850000 manat müəyyən edilmişdir. Cavabdeh orqana "xxxx" tikilisinə dair ayrıca çıxarışın verilməsini xahiş etmişdir. Reyestr orqanı tərəfindən xahişləri təmin edilməmiş və nəticədə onalara imtina cavabı verilmişdir. Məhkəmə baxışı zamanı İddiaçı1, "xxxx" MMC və Cavabdeh2 Nəriman qızı iş üzrə 3-cü şəxslər qismində cəlb edilmişdir. Məhkəmənin 21 oktyrabr 2021-ci il tarixə təyin edilmiş məhkəmə iclasında məlum olmuşdur ki, çıxarışın verilməsi xahiş edilən həmin "xxxx" tikilisi əvvələr İddiaçı1 sonradan isə "xxxx" MMC-nin hazırda isə İddiaçı2 MTK-nın mülkiyyətində olan Azadlıq prospekti 66 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin tərkib hissəsi olan "xxxx" tikilisidir. Həmin "xxxx" tikilisi ilə bağlı iddiaçılar ilə "xxxx" KM və Cavabdeh2 arasında çox saylı məhkəmə çəkişmələri olmuş və nəticədə "xxxx" tikilisi iddiaçıların sahibliyinə verilmişdir. Həmin "xxxx" tikilisinə dair məhkəmə qərarları və onun əsasında Cavabdeh2 ilə bağlanmış bağışlanma müqaviləsi və reyestrdən çıxarış da ləğv edilmişdir. Bütün məhkəmə qətnamələri hazırda qanuni qüvvəsini almışdır. Sözü gedən "xxxx" tikilisi əvvəl İddiaçı1 sonradan "xxxx" MMC-nin hazırda isə "xxxx" MTK-nın mülkiyyətindədir. Qeyri-yaşayış sahəsi Kaveroçkin küçəsi hissəsində "xxxx" KM-ilə həm sərhəddir. Yəni həmin hissədə "xxxx" KM -nin mülkiyyətində sahəsi 1051 kv.m olan qeyri-yaşayış sahəsi vardır. "xxxx" KM həmin qeyri-yaşayış sahəsini Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə icarəyə verdikdən sonra iddiaçılara məxsus həmin "xxxx" tikilisini zəbt edərək üzərində qeyri-qanuni tikililər tikmişdir. Bundan sonra iddiaçılar tərəfindən məhkəmələrə müraciət edilmiş və iddiaları təmin edilərək "xxxx" tikilisinin üzərində tikilmiş qeyri-qanuni tikililərin sökülməsi və həmin tikiliyə açılmış giriş qapısının bağlanması Qərara alınmışdır. "xxxx" MMC cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə və cavabdeh tərəfindən üçüncü şəxs "xxxx" MMC-yə qarşı ünvan 2 ünvanında yerləşən uzunluğu 66.55 metr, eni 12 metr olan qeyri-yaşayış sahəsi üzərində "xxxx" MMC-nin mülkiyyət hüququnun tanınması və MMC-yə hüquqların dövlət qeydiyyatı haqqında Dövlət Reyestrindən çıxarışın verilməsinin cavabdehə həvalə edilməsi barədə iddia ərizəsi ilə 1 saylı Bakı Yerli İqtisad məhkəməsinə müraciət etmiş, məhkəmə baxışında "xxxx" MMC tərəfindən zəbt edilmiş “Bakmonollit" MMC-yə məxsus Kaveroçkin küçəsinə çıxan "xxxx" tikilisindən "xxxx" MMC-nin çıxarılması və "xxxx" tikilisinə açılmış girişlərin bağlanması “"B” tikilisi üstündə inşa edilmiş qeyri-qanuni tikililərin sökülməsi ilə bağlı qarşılıqlı iddia ərizəsi verilmişdir. 1 saylı Bakı Yerli İqtisad məhkəməsinin 01 noyabr 2010-cu il tarixli 1137/2010 saylı qətnaməsi ilə ilk iddia rədd edilmiş, qarşılıqlı iddia isə təmin edilmiş, "xxxx" MMC-yə məxsus Bakı şəhəri, Azadlıq prospekti 66 “ünva nında yerləşən qeyri-yaşayış sahəsinin Kaveroçkin ünvanına çıxan hissələrdə yerləşən "xxxx" tikilisinə "xxxx" MMC tərəfindən açılmış qeyri-qanuni girişlərin bağlanması, "B tikililisinin üstündə tikilmiş qeyri-qanuni tikililərin sökülməsi və "xxxx" MMC-nin çıxarılması qət edilmişdir. Həmin məhkəmə qətnaməsindən "xxxx" MMC tərəfindən apellyasiya şikayəti verilmiş, apellyasiya baxışında "xxxx" MMC öz iddiasından imtina etmiş, "xxxx" MMC-nin qarşılıqlı iddia ərizəsi isə baxılmamış saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 09 mart 2011-ci il tarixli qərardadı ilə "xxxx" MMC-nin iddiadan imtinası qəbul edilmiş, "xxxx" MMC-nin mülkiyyət hüququnun tanınması və həmin qeyri-yaşayış sahəsinə dair "xxxx" MMC-yə dövlət reyestrindən çıxarışın verilməsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə həvalə edilməsi tələbinə dair iş üzrə icraata xitam verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin həmin tarixli qərardadı ilə "xxxx" MMC-nin qarşılıqlı iddia ərizəsi baxılmamış saxlanılmışdır. Bundan sonra iddiaçılar "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, "xxxx" MMC-yə məxsus Bakı şəhəri, Azadlıq prospekti, 66 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin Kaveroçkin 30 A ünvanına çıxan hissəsində yerləşən "xxxx" tikilisinə "xxxx" MMC tərəfindən açılmış qeyriqanuni girişlərin bağlanması, "xxxx" tikilisinin üstündə tikilmiş qeyri-qanuni tikililərin sökülməsi və "xxxx" MMC-nin zəbt edilmiş sahədən çıxarılması, cavabdeh tərəfindən pozulmuş mülkiyyət hüququnun bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İşə birin ci instansiya məhkəməsində baxılarkən iddiaçılar iddia tələbini artıraraq "xxxx" MMC-dən vurulmuş maddi zərərin əvəzi olaraq 200000 manat pulun iddiaçılara ödənilməsi, Bakı şəhəri, Azadlıq prospekti, 66 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin çıxan hissəsində yerləşən "xxxx" tikilisinə "xxxx" MMC tərəfindən açılmış qeyri-qanuni girişlərin bağlanması, "xxxx" tikilisinin üstündə tikilmiş qeyri-qanuni tikililərin "xxxx" MMCnin hesabına sökülməsi, zəbt edilmiş sahədən çıxarılması, iddiaçılara məxsus "xxxx" tikilisinin Dağıstan küçəsi istiqamətində bağlanmış girişlərin MMC-nin hesabına açılmaqla "xxxx" tikilisinin texniki pasportuna uyğun vəziyyətə gətirilməsi və həmin tikilinin iddiaçıların sahibliyinə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Bakı şəhəri Nəsimi Rayon Məh kəməsinin 08 iyul 2011-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Bakı şəhəri, Azadlıq prospekti 66 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin Dağıstan küçəsinə çıxan hissəsində yerləşən "xxxx" tikilisinə "xxxx" MMC tərəfindən açılmış qeyri-qanuni girişlərin bağlanması, "xxxx" tikilisinin üstündə tikilmiş qeyri-qanini tikililərin "xxxx" MMC-nin hesabına sökülməsi, zəbt edilmiş sahədən çıxarılması, iddiaçılara məxsus "xxxx" tikilisinin Dağıstan küçəsi istiqamətində bağlanmış girişlərin "xxxx" MMC-nin hesabına açılmaqla "xxxx" tikilisinin texniki paspotuna uyğun vəziyyətə gətirilməsi və həmin tikilinin iddiaçıların sahibliyinə qaytarılması qət edilmişdir. "xxxx" MMC həmin qətnamədən şikayət vermiş, Bakı Apellyasiya Məhkəməsinin 29 sentyabr 2011-ci il tarixli qətnaməsi ilə şikay ət təmin edilməmişdir. "xxxx" MMC-nin kassasiya şikayəti də təmin edilməmişdir. Bundan sonra "xxxx" MMC "xxxx" MMC və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı həmin qeyri-yaşayış sahəsinin ilkin icarə və özəlləşdirmə müqavilələrinin etibarsız hesab edilməsinə dair yeni iddia ilə 1 saylı Bakı İnzibati-İqtisadi məhkəməsinə müraciət etmiş, 1 saylı Bakı İnzibati-İqtisad məhkəməsinin xx.xx.2012-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Həmin qətnamədən verilən apellyasiya və kassasiya şikayətləri də təmin edilməmişdir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri icra olunması üçün Nəsimi rayon İcra Şöbəsinə göndərilərək qətnamənin icra mərhələsi başlanmışdır. Həmin "xxxx" tikilisinin yarısı boşaldılmış və iddiaçılara təhvil verilmişdir. "xxxx" MMC özünə məxsus qeyri-yaşayış sahəsinin bir hissəsini Bakı Gömrük İdarəsinə satmış, bir hissəsini isə Korrupsiyaya qarşı Mübarizə İdarəsinə icarəyə vermişdir. İdarənin xahişi ilə icra hərəkətləri onlar köçənədək dayandırılmışdır. Məhz Korrupsiya Qarşı Mübarizə İdarəsinin orada yerləşməsindən "xxxx" MMC-nin rəhbərliyi sui-istifadə edib müxtəlif vasitələrlə iddiaçılara məxsus "xxxx" tikilisini zəbt etmişdir. Lakin hal-hazırda məhkəmə qətnamələrinə əsasən "xxxx" MMC "xxxx" tikilisi və onun üzərində inşa edilmiş qeyri-qanuni tikililərini sökməlidir. Korrupsiyaya Qarşı Mübarizə İdarəsi öz idarəsinə köçəndən sonra yenidən icra hərəkətləri başlanılmış, icra mərhələsində məlum olmuşdur ki, Çapçı” kiçik müəssisəsi Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət reyestri xidmətinin ünvan 9 ünv anında yerləşən "xxxx" kiçik müəssisəsinin istifadəsində olan mövcud 714.2 m2 əlavə tikiliyə dair mülkiyyət hüququnun daşınmaz əmlakın Dövlət Reyestrində qeydə alınması və bu barədə Dövlət Reyestrindən çıxarışın verilməsi öhdəliyinin Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin üzərinə qoyulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, 1 saylı Bakı İnzibati-İqtisadi məhkəməsi qeyd edilən işə 28 iyun 2013-cü il tarixdə baxaraq iddianı təmin etmişdir. İddiaçılar tərəfindən 3cü şəxs qismində cəlb etmə barədə məhkəməyə vəsatət verilmiş, 1 saylı Bakı İnzibatiİqtisadi məhkəməsinin 30 iyun 2014-cü il tarixli qərardadı ilə vəsatət təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi məhkəməsinin 28 iyun 2013-cü il tarixli 2515/2013 sayl ı qərarı ləğv edilmişdir. Bundan sonra 1 saylı Bakı İnzibati-İqtisadi məhkəməsinin xx.xx.2014-cü il tarixli qərardadı ilə xx.xx.2013-cü il tarixli qərarın icrasına geriyə dönüş edilmiş və həmin Qərar əsasında "xxxx" MMC-yə verilmiş ünvan 10 ünvand yerləşən 714.2 m2 tikiliyə dair mülkiyyət hüququnun qeydə alınması barədə Dövlət reyestrindən çıxarış ləğv edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə qərarları qanuni qüvvəsini almışdır. Sonradan məlum olmuşdur ki, Cavabdeh2 Nəriman qızı Bakı şəhəri Gömrük İdarəsinə qarşı “qeyri-yaşayış sahəsinin boşaldılması, cavabdehin həmin sahədən çıxarılması və s.” tələbinə dair iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. Cavabdeh2 Nəriman qızı iddia ərizəsində göstərmişdir ki, Bakı şəhəri 11 saylı Notariat kontorunda təsdiqlənmiş 13 avqust 2014-cü il tarixli 4Ə-354 reyestr nömrəli Bağışlama müqaviləsinə əsasən Nəsimi rayonu, Kaveroçkin küçəsi 30A ünvanında yerləşən qeyri-yaşayış sahəsi "xxxx" kiçik müəssisəsi tərəfindən ona hədiyyə edilmiş, həmin müqavilə əsasında qeyri-yaşayış sahəsi onun mülkiyyətinə keçmiş və ona bu barədə Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən 19 avqust 2013-cü il tarixdə çıxarış verilmişdir. Cavabdeh2 Nəsimi Rayon Məhkəməsinə müraciətindən sonra məlum olmuşdur ki, İddiaçı1 məxsus mülkiyyət qeyri-qanuni yolla "xxxx" kiçik müəssisəsi tərəfindən Cavabdeh2 Nəriman qızına hədiyyə edilmişdir. Həmin qeyri-yaşayış sahəsinə dair "xxxx" kiçik müəssisəsinin adına verilmiş reyestrdən çıxarış və onun əsasını təşkil etmiş məhkə mə qərarı ləğv edilməsinə baxmayaraq "xxxx" kiçik müəssisəsi qeyri-qanuni yolla Əmlakı öz arvadı Cavabdeh2 bağışlamışdır. Bundan sonra iddiaçılar yenidən Nəsimi Rayon Məhkəməsinə həmin müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə müraciət etmişlər, Nəsimi Rayon Məhkəməsinin 29 dekabr 2014-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir və Nəsimi Rayon Məhkəməsinin qeyd edilən qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Qüvvədə olan məhkəmə qətnamələrinin icrasına başlanılmış, "xxxx" tikilisi tamamilə onların sahibliyinə qaytarılmışdır. Bir müddətdən sonra "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti İddiaçı1 qarşı ("xxxx" MMC-ni və ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsini üçüncü şəxs qismində göstərməklə) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı1 Bakı şəhəri, Azadlıq prospekti 66 ünvanında yerləşən 714,2 kv.m. olan "xxxx" tikilisinin mülkiyyətçisi olması barədə 22 aprel 2004-cü il tarixli 002653 saylı şəhadətnamənin ləğv edilməsi, onunla "xxxx" MMC arasında Bakı şəhəri, Azadlıq prospekti 66 ünvanında yerləşən 714,2 kv.m. olan "xxxx" tikilisinə dair müqavilənin etibarsız hesab olunması və həmin tikilinin "xxxx" kiçik müəssisəsinin adına qeydə alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 08 yanvar 2018-ci il tarixli qətnaməsi ilkin və qarlşılıqlı iddia tələbləri təmin olunmamışdır. Qətnamədən "xxxx" KM tərəfindən apellyasiya şikayəti verilmişdir. Apelyasiya şikayətinə əsasən Bakı Apellyasiya Məhkəməsi tərəfindən məhkəmə qətnaməsi ləğv edilmiş və iş üzrə icraata xitam verilmişdi r. İşə baxan apellyasiya instansiya məhkəməsi belə bir nəticəyə gəlmişdir ki, həmin Məcəllənin 261.0.2-cü maddəsinə görə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraatın xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. Kollegiyanın qənaətinə görə, "xxxx" MMC-nin hazırkı iddia tələbləri ilə eyni predmetli və eyni əsaslı iddia tələbləri üzrə qanuni qüvvədə olan məhkəmə qərar(lar)ı olduğundan, eyni predmetli tələbə mahiyyəti üzrə yenidən baxılması mülkiprosessual qanunverciliyin mənasına, habelə hüquqi müəyyənlik prinsipinə uyğun deyildir. İnsan hüquqları üzrə Avropa Məhkəməs i Ryabix Rusiya Federasiyasına qarşı iş üzrə 24 iyul 2003-cü il tarixli qərarında qeyd edir ki, “hüquqi müəyyənlik res fudicata prinsipinə, yəni bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyi prinsipinə hörmət edilməsini nəzərdə tutur. Prinsip onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə yekun, qanuni qüvvəyə minmiş qərara yenidən baxılmanı tələb edə bilməz”. İddiaçılara indi məlum olmuşdur ki, "xxxx" MMC mülkiyyətində olmayan və iddiaçıların mülkiyyətində olan "xxxx" tikilisinin alqı-satqısına dair müqavilə bağlamışlar. Cavabdeh2 "xxxx" KM-nin direktoru olmuş Akif Hüseynovun arvadıdır. "xxxx" KM ilə Cavabdeh2 arasında bağlanmış bağışlama müqaviləsi "xxxx" tikilisinə münasibətdə etibarsız hesab edilmişdir. Məhkəmə q ətnaməsi qanuni qüvvəsini almışdır. Bundan sonra Cavabdeh2 ilə Cavabdeh3 arasında bağışlanmanın ləğv edilmiş hissəsi də daxil olmaqla yenidən alqı-satqı müqaviləsi bağlanmışdır. Alqı-satqı müqaviləsi 21 oktyabr 2017-cil tarixdə 32 saylı Notariat kontorunda bağlanmışdır. Həmin alqı-satqı müqaviləsinə əsasən qeyri-yaşayış sahəsinin dəyəri 850000 manat müəyyən edilmişdir. Alqı-satqı müqaviləsi bağlanarkən Cavabdeh2 mülkiyyətində iddiaçılara məxsus "xxxx" tikilisi mövcud olmamışdır. Belə ki, Nəsimi Rayon Məhkəməsinin 29 dekabr 2014-cü il tarixli qətnaməsi 29 iyun 2017-ci il tarixdə qanuni qüvvəsini almış, icra vərəqəsi isə 25 sentyabr 2017-ci il tarixdə verilmişdir. İşin qeyd edilən hallarından görünür ki, "xxxx" KM və Cavabdeh2 onlara məxsus olmayan əmlakı müxtəlif üsullarla ələ keçirməyi və özgəninkiləşdirməsində israrlı olmuşdurlar. Alqı-satqı müqaviləsinin tərəfləri olan Cavabdeh2 Nəriman qızı və Cavabdeh3 bacı-qardaşdırlar. Onlar arasında bağlanmış əqd etibarsız əqddir. Belə ki, Sima mülkiyyətində olmayan əmlaka dair sərəncam vermişdir. Bütün bu hərəkətlər "xxxx" MMC-nin direktoru X16 tərəfindən düşünülmüş və həyata keçirilmişdir. Hazırki alqı-satqı müqaviləsini bağlamaqla Hüseynov Akif və Cavabdeh2 əmlakın əvəzli özgəninkiləşdirilməsi görüntüsü yaratmağa və Hüseynov Akifin qaynı Simanın isə qardaşı olan Cavabdeh3 vicdanlı əldə edən kimi müəyyən edilməsinə cəhd etmişdirlər. Qeyd edilən alqı-satqı müqaviləsinin iddiaçılara məxsus "xxxx" tikilisinə dair hissəsi etibarsız hesab edilməli və onun əsasında verilmiş çıxarış da ləğv edilməlidir. Belə ki, iddiaçılara məxsus olan hə min "xxxx" tikilisinin hazırda da bütün hüquq müəyyənedici sənədlərə görə iddiaçıların qanuni mülkiyyətindədir. "xxxx" tikilisi boşaldıldığı gündən bu günə kimi iddiaçıların qanuni istifadəsindədir. "xxxx" MMC öz hüquqi təşkilati formasını dəyişmişdir. Cəmiyyət hazırda İddiaçı2 MTK-ya çevrilmişdir.

12. Məhkəmə iclasında şahid X8 ifadəsində bildirmişdir ki, təxminən 6-7 ildir ki, burada gözətçi işləyir Mübahisəli qeyri-yaşayış sahəsi işlədiyi müddət ərzində həmişə iddiaçıların istifadəsində olmuşdur. Həmin "xxxx" tikilinin üstündə yerləşən qeyri-qanuni tikililərin sökülməsi ilə bağlı məhkəmə mübahisələrinin olduğundan xəbərdardır. Bütün bu mübahisələri Cavabdeh2 əri Akif Hüseynov yaratmışdır. X3 heç bir vaxt "xxxx" MTK-ya məxsus "xxxx" tikilisinə sahiblik etməmişdir. Həmin "xxxx" tikilisini n ümumiyyətlə heç bir vaxt Kaveroçkin ünvanına çıxışı olmamışdır. Həmin "xxxx" tikilisinin çıxışı Azadlıq Prospekti 66 ünvanınadır. Səxavət Hüseynov tərəflər arasında olan məhkəmə çəkişmələrindən xəbərdar olmuşdur. "xxxx" tikilisi üzərində tikilmiş qeyri-qanuni tikililərin sökülməsi mərhələsində "xxxx" MMC-nin rəhbərliyinin əvəzinə iştirak da etmişdir. Onda olan məlumata görə "xxxx" MMC-yə məxsus qeyri-yaşayış sahəsində Sima Hüseynovun əri Akif Hüseynovla birgə biznesləri vardır, həmin ərazidə otelçilik biznesi ilə məşğul olurlar.

13. Məhkəmə iclasında şahid X5 ifadəsində bildirmişdir ki, 2015-ci il tarixdən İddiaçı2 MTK-da gözətçi vəzifəsində işləyir. Tikili İddiaçı2 MTK-nın mülkiyyətindədir. Cavabdeh3 "xxxx" MMC-nin direktoru və bütün bu cox saylı məhkəmə mübahislərinin səbəbkarı və Cava bdeh2 Nəriman qızının əri Akif Hüseynovun ortağıdır, X4 bu işdən xəbərdardır, məhkəmə qətnamələinin icra mərhələlərində iştirak etmişdir. Hazırda da Hüseynov Akifin göstəişlərini yerini yetirir.

14. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(006)-1225/2022 nömrəli, 15 aprel 2022-ci il tarixli qətnaməsi ilə (hakim X7) iddia tələbi təmin edilmiş, Cavabdeh2 Nəriman qızı ilə Cavabdeh3 arasında Nəsimi rayonu, Kaveroçkin 30A ünvanında yerləşən sahəsi 1896.1 kv.m olan qeyri-yaşayış sahəsinə dair ünvan 4ariat kontorunda bağlanmış 21 oktyabr 2017-ci il tarixli AN-İ seriyalı ******* saylı alqı-satqı müqaviləsi hazırda İddiaçı2 Mənzil Tikinti Kooperativinə məxsus "xxxx" tikilisi hissəsində etibarsız hesab edilmiş, 21 oktyabr 2017-ci il tarixli AN-İ seriyalı ******* saylı alqı-satqı müqaviləsi əsasında Daşınmaz Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz əmlakın Dövlət Reystri Xidməti tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli RX seriyalı ******* nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” çıxarış ləğv edilmişdir.

15. Birinci instansiya məhkəməsi qətnaməni onunla əsaslandırmışdır ki, alqı-satqı müqaviləsi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə ləğv edilmiş dövlət reyestrindən çıxarış əsasında bağlanmışdır. Yəni əmlak, onun mülkiyyətçisi olmayan şəxs tərəfindən satılmışdır. Belə olan halda məhkəmə hesab edir ki, 21 oktyabr 2017-ci il tarixli AN-İ seriyalı ******* saylı Alqı-satqı müqaviləsi Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış bir əqddi r. Belə ki, həmin əqdi mülkiyyətçi qismində heç bir səlahiyyəti olmayan şəxs imzalamış, Cavabdeh2 Nəriman qızının satdığı əmlak ona məxsus olmamışdır. Ona görə də etibarsız əqddir.

16. Bundan əlavə, məhkəmə hesab etmişdir ki, cavabdehlər arasında olan müqavilə qanunsuz olduğuna görə məhkəmə tərəfindən ləğv olunduğundan Cavabdeh3 Cavabdeh2 Nəriman qızına qarşı əmlakla bağlı sonuncuya ödənilmiş pul vəsaitinin geri qaytarılması ilə bağlı iddia verə bilər.

17. Həmçinin məhkəmə qeyd etmişdir ki, məhkəmə tədqiqatı zamanı iddiaçı tərəfindən 21 oktyabr 2017-ci il tarixli AN-İ seriyalı ******* saylı müqavilənin sonradan bəyənilməsi halı da müəyyən olunmur. Belə ki, iş materiallarından göründüyü kimi iddiaçılar həmin müqavilə və onun ləğv olunmasına əsas verən hallar barədə məlumatı olduqdan sonra m üqaviləni mübahisələndirmişlər ki, bu halda müqavilənin bəyənilməsindən söhbət gedə bilməz.

18. Bununla yanaşı məhkəmə onu da qeyd etmişdir ki, iş üzrə iddiaçı və cavabdehlər arasında 10 ildən çox həmin əmlaka münasibətdə məhkəmə çəkişmələri olmuş və bütün məhkəmə baxışlarında qəbul edilmiş və qanuni qüvvəsini almış məhkəmə qətnamələri ilə mübahisəli qeyri-yaşayış sahəsinin iddiaçılara məxsus olduğu müəyyən edildiyindən cavebdeh X3 hazırkı halda heç cür vicdanlı əldə edən hesab edilmədiyindən Azərbaycan Respublkası Konstitusiya məhkəməsinin vicdanlı əldə edənlə bağlı müxtəlif qərarlarında şərh etdiyi hüquqi mövqeyi tərəflərin bu münasibətinə tətbiq edilə bilməz.

19. Eyni zamanda məhkəmə hesab etmişdir ki, Cavabdeh3 adına verilmiş xx.xx.2017-ci il tarixli RX seriyalı ******* nömrəli “Hüquql arın Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” çıxarış etibarsız əqd əsasında verildiyindən göstərilən çıxarış da etibarsız olduğundan ləğv edilməlidir.

20. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM) 324.1, 324.4, 324.5, 337.1, 337.2, 337.4, 360.1-ci, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 14.2, 82.3, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

21. Cavabdeh3 apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

22. Apellyasiya şikayəti qətnamənin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması, əmlakı əldə edən zamanı Cavabdeh3 vicdanlı alıcı o lması, bu halın nəzərə alınmaması, mübahisələndirilən əqdin etibarlı olması kimi dəlillərlə əsaslandırılmışdır.

23. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(103)-5413/2022 nömrəli, 04 noyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – X11 (sədrlik edən və məruzəçi), X6 və X12) Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 aprel 2022-ci il tarixli, 2(005)-1225/2022 saylı qətnaməsi qismən (yəni “21 oktyabr 2017-ci il tarixli AN-İ seriyalı ******* saylı alqı-satqı müqaviləsi əsasında Daşınmaz Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz əmlakın Dövlət Reystri Xidməti tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli RX seriyalı ******* nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” Çıxarışın ləğv edilməsi” və Mülki Məcəllənin 337.5-ci maddəsinin tətbiq olunmaması hissələrində) ləğv olunmuş, iddianın həmin hissədə qismən təmin olunması, cavabdehlər Cavabdeh2 Nəriman qızı ilə Cavabdeh3 arasında bağlanmış 21 oktyabr 2017-ci il tarixli, AN-İ seriyalı ******* saylı alqı-satqı müqaviləsi əsasında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Cavabdeh3 adına verilmiş xx.xx.2017-ci il tarixli, RX seriyalı ******* nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” Çıxarışın (qeydiyyat) "xxxx" tikilisinə dair hissədə ləğv olunması, Cavabdeh2 Nəriman qızından 320175 (üç yüz iyirmi min yüz yetmiş beş) manat məbləğində pul vəsaitinin alınaraq Cavabdeh3 qaytarılması qət edilmişdir.

24. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, digər əmlaklarla yanaşı həmçinin onların tərkib hissəsi olan mübahisəli "xxxx" tikilisi hələ 2004-ci ildən etibarən Bakı şəhəri, Azadlıq prospekti, 66 ünvanı altında "xxxx" MMC-nin (hazırda İddiaçı2 MTK) mülkiyyəti kimi dövlət qeydiyyatına alınmış, hazırda da həmin qeydiyyat mövcuddur. "xxxx" tikilisi əsassız qeydiyyatla digər ünvan altında (ünvan 11arışsa da, həmin qeydiyyat dərhal ləğv olunmuşdur. İddiaçı2 MTKnın mübahisəli "xxxx" tikilisi üzərində mülkiyyət hüquqları dövlət qeydiyyatında mövcud olduğu halda isə digər şəxsin (şəxslərin) onun üzərində sərəncam hüququnu həyata keçirməsi qanunsuz olmaqla, mülkiyyət hüququnun kobud surətdə pozulması ilə nə ticələnmişdir.

25. Bununla yanaşı, istər birinci instansiya məhkəməsində icraat zamanı, istərsə də apellyasiya baxışı zamanı yerində müayinə (baxış) həyata keçirilmiş, müəyyən olunmuşdur ki, "xxxx" tikilisi məhz iddiaçının sahibliyində və istifadəsindədir. Eyni zamanda, X1 alqı-satqı müqaviləsinə əsasən əldə etdiyi əmlakın digər mübahisə olunmayan hissəsindən (hazırda otel kimi fəaliyyət göstərir) "xxxx" tikilisinə ümumiyyətlə giriş-çıxış mövcud deyildir. Yerində müayinə zamanı iştirak etmiş cavabdeh X3 bildirmişdir ki, əmlakı əldə etdiyi 2017-ci ildən etibarən "xxxx" tikilisindən faktiki istifadə edə, ona sahiblik edə bilməmiş, bunu həmin əmlakın mübahisəli olması ilə izah etmişdir. Bu hal işin qeyd edilən halları ilə yanaşı, həmçinin işdə olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 08 iyu l 2011-ci il tarixli qətnaməsinin icrası ilə bağlı Nəsimi rayon İcra Şöbəsinin tərtib etdiyi 07 oktyabr 2016-cı il tarixli aktla da təsdiq olunur. Belə ki, həmin akta əsasən borclu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tələbkara məxsus "xxxx" tikilisini boşaltmış, oradan çıxmış, bu səbəbdən də həmin sahə tələbkarın sahibliyinə qaytarılmış, Dağıstan küçəsi istiqamətində bağlanmış girişlər açılmış, "xxxx" tikilisi texniki pasportuna uyğun vəziyyətə gətirilmişdir. Lakin, cavabdeh X3 vicdanlı olduğu halda əmlakın "xxxx" tikilisi hissəsini necə əldə etməsini, ora daxil ola bilmədiyi halda nəyə görə keçən 5 il müddət ərzində bu halı mübahsələndirməməsini, hərəkətsizlik göstərərək mövcud vəziyyətlə razılaşmasını və s. bu kimi sadə məntiqə sığmayan hallara aydınlıq gətirə bilməmişdir.

26. Həmçinin, birnici instansiya məhkəməsində icraat zamanı şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, 2015-ci il tarixdən İddiaçı2 MTK-da gözətçi vəzifəsində işləyir. Tikili İddiaçı2 MTK-nın mülkiyyətindədir. Cavabdeh3 Nərimn oğlu "xxxx" MMC-nin direktoru və bütün bu cox saylı məhkəmə mübahislərinin səbəbkarı və Cavabdeh2 Nəriman qızının əri Aki Hüseynovun ortağıdır, X4 bu işdən xəbərdardır, məhkəmə qətnamələinin icra mərhələlərində iştirak etmişdir. Hazırda da Hüseynov Akifin göstəişlərini yerini yetirir. Məhkəmə kollegiyası qəbul edir ki, qanunverici (MM-nin 182-ci mad. və s.) vicdanlı alıcıların hüquqlarını da müdafiə edir, lakin hazırkı işin halları baxımından X1 vicdanlı alıcı kimi qəbul edilərək iddiaçının mülkiyyətində olan "xxxx" tikilisinin həm də S.Hüseynovun mülkiyyətində sax lanılması mümkün deyildir.

27. Məhkəmə qeyd etmişdir ki, əqdi mübahisələndirməkdə hazırda əmlak mülkiyyətçisi olan İddiaçı2 Mənzil Tikinti Kooperativi subyetiv (tələb) hüquqlara malik olduğundan, eyni zamanda İddiaçı1 da həmin tələbi irəli sürməsi əsaslı sayıla bilməz. Bu səbəbdən də məhkəmə kollegiyası məhz İddiaçı2 Mənzil Tikinti Kooperativinin tələbi üzrə iddianın əsaslılığını yoxlamaqla, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verir.

28. Kollegiya həmçinin qeyd etmişdir ki, birinci instansiya məhkəməsi X1 adına verilmiş çıxarışı tam ləğv etməkdə haqlı olmamışdır. Belə ki, "xxxx" tikilisindən kənar hissələrin iddiaçıya aidiyyəti olmadığından, çıxarış (qeydiyyat) sahəsi 714,2 m2 olan "xxxx" tikilisinə aid hissədə ləğv olunmalıdır.

29. Bununla yanaşı kollegiya hesab etmişdir k i, Mülki Məcəllənin 337.5-ci maddəsinin tətbiqi məhkəmənin xidməti vəzifəsi olaraq müvafiq tələbin irəli sürülməsindən asılı deyildir. Ona görə də mübahisələndirilən əqd sahəsi 714,2 m2 olan "xxxx" tikilisinə aid hissədə etibarsız olduğundan, etibarsızlığın nəticələri tətbiq olunmaqla, alqı-satqı müqaviləsi üzrə tərəflərin hüquqi statusu həmin hissədə ilkin vəziyyətə qaytarılmalıdır. Alqı-satqı müqaviləsinə əsasən tərəflər (satıcı Cavabdeh2 Nəriman qızı, alıcı Cavabdeh3) ümumilikdə satılan 1896,1 m2 qeyri-yaşayış sahəsinin satış qiymətini 850000 manat müəyyən etmişlər. Belə olan halda, qeyri-yaşayış sahəsinin 1 m2 - nin dəyəri 448,3 manat (850000: 1896,1 = 448,3) təşkil edir. Bu minvalla əsassız satılmış 714,2 m2 olan "xxxx" tikilisinə görə məbləğ 320175 manat olacaqdır ki, həmin pul vəsa iti də Cavabdeh2 Nəriman qızından Cavabdeh3 xeyrinə tutulmalı, eyni zamanda dəymiş ziyanla bağlı tələb hüquqları tərəflərin özündə saxlanılmalıdır.

30. Məhkəmə öz mövqeyini MM-in 140, 152.1, 337.1, 337.3, 337.4, 337.5-ci, MPM-in 82.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

31. Cavabdeh3 kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

32. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi 10 il davam edən mübahisədə Cavabdeh3 iştirak etməmişdir. Onun bu mübahisədən xəbəri olmamış, ola da bilməzdi. Həmçinin Cavabdeh3 mübahisəli qeyri-yaşayış sahəsini 2017-ci ildə əldə edərkə n mübahisənin olmasına heç bir işarə olmamışdır. Daşınmaz əmlakın dövlət reyestrində hər hansı bir qeyd mövcüd olmamışdır. Cavabdeh3 satıcı Cavabdeh2 mübahisəli qeyri-yaşayış obyektini vahid əmlak kimi əldə etmiş, daşınmaz əmlakdan əldə edilmiş arayışda həmin obyektlərə dair hər hansı bir məhdudiyyətin olmaması təsdiq edildikdən sonra, Cavabdeh2 məxsus dövlətin verdiyi çıxarışa etimad etmiş və sonra vahid əmlakı, hazırki mübahisəli hissə də daxil olmaqla 850.000 manata əldə etmişdir. 93.000 manat da vergi ödəmişdir. Yəni, apellyasiya instansiya məhkəməsi Cavabdeh3 mübahisəli obyekti aldıqdan əvvəl mövcüd olmuş müxtəlif mübahisələri sadalamaqla Cavabdeh3 vicdansız alıcı kimi qələmə verməyə çalışmışdır. Halbuki, həmin mübahisələrin olmasından Cavabdeh3 məlumatının olmaması öz təsdiqini tapmı şdır. 2017-ci ildə Cavabdeh3 ümumilikdə 1781 kv.m olan obyekti almış, onu böldürmüş və bir hissəsini yenidən satmışdır. Həmin hissədə otel inşa etdirmişlər. Məhkəmə qətnaməsi ilə bölgü aparılarkən isə digər 714 kv.m hissəsinə dair mübahisənin olmasını bilmişdir. Sonradan da Bakı İnzibati Məhkəməsinə 714 kv.m hissəsinə ayrıca texniki pasportun və çıxarışın verilməsi barədə iddia qaldırmışdır. Bundan sonra isə hazırki iş üzrə iddiaçılar Cavabdeh3 mübahisəli obyektin 714 kv.m hissəsinə dair alğı-satqı müqaviləsinin etibarsızlığı və çıxarışın ləğvi ilə bağlı iddia qaldırmışlar. Göründüyü kimi, iddiaçı tərəf də iddiaçı Cavabdeh3 mübahisəli obyektə mülkiyyətçi olmasından Bakı İnzibati Məhkəməsində iddia qaldırıldıqdan sonra xəbərdar olmuşlar. Ona görə də Cavabdeh3 iddiaçıların başqa şəxslərlə əv vəllər mövcüd olan mübahisələrdən xəbərinin olması kimi dəlilləri əsassızdır. Apellyasiya instansiya məhkəməsinin Cavabdeh3 mübahisəli obyektə dair sahiblik etməməsi kimi dəlilləri də əsassızdır.

33. Ümumiyyətlə apellyasiya instansiya məhkəməsinin birinci instansiya məhkəməsinin “10 il mübahisənin olmasına və mübahisəli obyektin iddiaçıya məxsusluğu öz təsdiqini tapdığına görə Cavabdeh3 vicdanlı hesab edilə bilməməsi kimi dəlilləri ilə razılaşması anlaşılan deyildir. Çünki, Cavabdeh3 2017-ci ildə əldə etdiyi obyektə dair 10 il əvvəl mübahisə mövcüd olmuşsa bunun hansı əsasla Cavabdeh3 vicdanlı olmaması əsaslandırılmamışdır. Eyni zamanda əgər iddiaçı tərəfin mülkiyyət sənədi əvvəllər mövcüd olmuşsa belə Cavabdeh2 yeni çıxarış əldə etdikdə sonuncu çıxarış keçərli hesab olunur. Bir tikiliyə 2 (iki) çıxarışın verilməsi mümkünsüzdür. Bu da yenə də onu göstərir ki, Cavabdeh2 adına çıxarış qüvvədə olduğu halda mübahisəli obyektə əvvəllər kimin mülkiyyətçi olması Cavabdeh3 vicdanlı əldə edən olmasını istisna etmir. Vicdanlı alıcı institutunun mahiyyəti də məhz əvvəlki və sonuncu mülkiyyətçilərin arasında yaranmış mübahisələrin həllinə yönəlmişdir ki, sonuncu mülkiyyətçinin hüquqları üstün hüquq hesab olunur və əmlak hüququ sonuncu alıcı da saxlanılır. Qeyd olunan mülki qanunvericiliyin tələblərinə görə, əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Göründüy ü kimi, mübahisəli q e yri - ya ş a yış obyekti əldə edilərkən daşınmaz əmlakın dövlət reyestrinə heç bir qeyd daxil edilməmiş və Cavabdeh3 dövlətin sənədinə etimad edərək həmin obyektə 850.000 manat ödəməklə əldə etmişdir. Alğı-satqı müqaviləsi bağlanarkən heç bir qanun pozuntusuna yol verilməmişdir ki, onun etibarsız hesab edilməsi üçün əsaslar olmamışdır. Mülki qanunvericiliyin qeyd edilən müddəalarına görə, belə əldə etmiş şəxslərin hüquqları müdafiə edilməlidir. Eyni zamanda mülki Mülki Məcəllənin149-cu maddəsi onu göstərir ki, vicdanlı şəxs hər bir halda əldə etdiyi əmlakı özündə saxlayır. Birinci instansiya məhkəməsinə təqdim edilmiş, çoxsaylı Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında da bu hüquqi mövqe öz təsdiqi tapmışdır.

34. Bundan başqa apellyasiya instansiyası məhkəməsini n Mülki Məcəlləsinin 337.5-ci maddəsinə istinad etməklə pulun Cavabdeh2 tutularaq Cavabdeh3 qaytarılması tam əsassızdır. Bununla bağlı Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında şərhlər verilmişdir ki, həmin qərarlara əsasən məhkəmələr hazırki işdə pulun Cavabdeh2 tutularaq əvvəlki mülkiyyətçiyə qaytarılması məsələsinə baxmalıdır.

35. Apellyasiya instansiya məhkəməsi qətnaməsində göstərmişdir ki, “Yerində müayinə zamanı iştirak etmiş cavabdeh X3 bildirmişdir ki, əmlakı əldə etdiyi 2017-ci ildən etibarən "xxxx" tikilisindən faktiki istifadə edə, ona sahiblik edə bilməmiş, bunu həmin əmlakın mübahisəli olması ilə izah etmişdir.” Bununla bağlı da qeyd edilməlidir ki, Cavabdeh3 yerində keçirilmiş baxış zamanı da məhkəməyə mübahisəli obyektə girişin məhz onun bir hissəsi olan otelin içərisi ndən daxil olmasının mümkün olmasını, hazırda həmin hissənin mübahisəli olmasını və məhkəmədə çıxarışın verilməsi barədə iddia qaldırdığını və işin icraatının dayandırıldığını bildirmişdir. Ümumiyyətlə göründüyü kimi, həm birinci və həm də onunla razılaşan apellyasiya instansiya məhkəməsi Cavabdeh3 məhkəmələrə ünvanladığı izahatlarını, onun dediklərini eşitməyərək işin məhz iddianın təmin olunmasını mümkün edən fikirləri qətnamələrdə qeyd edirlər. İzahatlar rəsmi qaydada məhkəmələrə ünvanlandığı üçün Cavabdeh3 güya yerli baxışda hazırki mübahisəli obyektə dair mübahisənin olması kimi dedikləri yazılır. Necə ola bilər ki, Cavabdeh3 dəfələrlə məhkəmələrə hazırki obyektin vahid bina kimi aldığı, mübahisədən xəbəri olmadığı barədə yazılı izahat və etirazlar göndərir, yerli baxışda isə mübahisə nin olmasını göstərir. Bir sözlə məhkəmələr hazırki işdə bir tərəfli mövqe nümayış etdirərək, iddianın təmin olunması üçün qanunu müxtəlif üsullarla yozaraq iddiaçının istəklərinə nail olmuşlar. Ali Məhkəmənin çoxsaylı qərarlarında öz təsdiqini tapmış və formalaşmış praktikaya əsasən vicdanlı əldə edənin hüquqları üstün hüquqa malikdir.

36. Göründüyü kimi, apellyasiya instansiya məhkəməsi tərəflər arasında yaranmış münasibətlərə maddi və prosessual hüquq normaları düzgün tətbiq etməmişdir. Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında olan göstərişlərə əməl etməmişdir. Nəticədə maddi və prosessual hüquq normaların tələblərini pozmuşdur. Bundan başqa apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini çıxarışın ləğv edilməsi hissəsində ləğv edib iddianı həmin hissə də rədd etsə də, qətnamənin qalan hissənin (alğı-satqı müqaviləsinə dair) necə olması bəlli deyildir. Bu da qətnamənin qeyridəqiq və prosessual hüquq pozuntusunun da olmasını göstərir. Kassasiya şikayəti yazılan günə qədər də elektron sistem də bununla bağlı heç bir sənəd yüklənməmişdir (yalnışlıq və sair). b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

37. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə:

38. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.

39. Maddə

140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

40. Maddə 141.1. Əgər daşınmaz əmlakın dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs daşınmaz əmlakın dövlət reyestrində qeyddə düzəliş in aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər.

41. Maddə 141.2. Bu Məcəllənin 141.1-ci maddəsində nəzərdə tutulmuş hallarda daşınmaz əmlakın dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər.

42. Maddə 141.3. Daşınmaz əmlakın dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququ toxunulan şəxsin razılığı ilə həyata keçirilir.

43. Maddə 144.2. Sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması və ya ixtiyarlı şəxsin ona həmin səlahiyyəti verməsi ilə təsdiqlənir.

44. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

45. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

46. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

47. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.

48. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

49. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytar mağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

50. Maddə 358.1. Səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. Mülki Prosessual Məcəllə:

51. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

52. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

53. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə ü çün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

54. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

55. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

56. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalar ının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

57. Kassasiya şikayətində qətnamə tam mübahisələndirldiyi üçün apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

58. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması v ə ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

59. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara, habelə Cavabdeh3 dəlillərinə mülki prosessual qanunvericiliyə əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

60. İşə mahiyyəti üzrə baxan apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, “mübahisəli "xxxx" tikilisi hələ 2004-ci ildən etibarən Bakı şəhəri, Azadlıq prospekti, 66 ünvanı altında "xxxx" MMC-nin (hazırda İddiaçı2 MTK) mülkiyyəti kimi dövlət qeydiyyatına alınmış, hazırda da həmin qeydiyyat mövcuddur. "xxxx" tikilisi əsassız qeydiyyatla digər ünvan altında (ünvan 11arışsa da, həmin qeydiyyat dərhal ləğv olunmuşdur. İddiaçı2 MTKnın mübahisəli "xxxx" tikilisi üzərində mülkiyyət hüquqları dövlət qeydiyyatında mövcud olduğu halda isə digər şəxsin (şəxslərin) onun üzərində sərəncam hüququnu həyata keçirməsi qanunsuz olmaqla, mülkiyyət hüququnun kobud surətdə pozulması ilə nəticələnmişdir”.

61. Kassasiya kollegiyası qeyd olunan xüsusatı və apellyasiya məhkəməsinin işin digər faktiki hallarına verdiyi hüquqi qiyməti nəzərə alaraq hesab edir ki, Cavabdeh3 mübahisəli daşınmaz əşyanı vicdanlı əldə edən şəxs sayılmaması və bağladığı müqavilənin (müvafiq hissədə) etibarsız olması barəd ə gəlinən qənaət yuxarıda sadalanan maddi hüquq normalarına uyğun olmuşdur (§ 38-50).

62. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

63. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

64. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5413/2022 nömrəli, 04 noyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar