Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1520/2024 07.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiаçı İddiaçı Cavabdeh (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində X5 və Bakı şəhəri 37 saylı Dövlət Notariat Ofisi cəlb edilməklə) qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ (Açar sözlər: vərəsəlik hüququ haqqında şəhadətnamənin, daşınmaz əmlakın alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, qeydiyyat vəsiqəsinin və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, miras əmlakdan payların yenidən müəyyən olunması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində Esmira Məmmədova və Bakı şəhəri 37 saylı Dövlət Notariat Ofisi cəlb edilməklə) “vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, daşınmaz əmlakın alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, qeydiyyat vəsiqəsinin və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, miras əmlakda payların yenidən müəyyən olunması” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5881/2023 nömrəli, 25 dekabr 2023-cü il tarixli qətnaməsindən İddiaçı (Vəkil Nümayəndə) tərəfindən verilmiş kassasiya şikayətinə 07 may 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasın da yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Bakı şəhəri, Bülbülə qəsəbəsi, Əzizbəyov küçəsi, dalan 5, 5 nömrəli yaşayış evi xx.xx.1967-ci il tarixdə xüsusi mülkiyyət hüququ ilə İddiaçı atası, Cavabdeh isə babası X2 məxsus olmuşdur. Ağakərim Məlikov xx.xx.1999-cu il tarixli vəsiyyətnamə ilə həmin evi Cavabdeh vəsiyyət etmişdir.
2. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2-528/2001 nömrəli, 20 avqust 2001-ci il tarixli qətnaməsi əsasən, Ağakərim Məlikovun xx.xx.2000-ci il tarixdə ölməsinin qeyd edilmə faktının müəyyən edilməsi, onun ölüm haqqında şəhadətnaməsinin verilməsi Suraxanı rayon VVAQ orqanına tapşırılmışdır.
3. Cavabdeh ərizəsi əsasında Bakı şəhəri 37 saylı Dövlət Notariat ofisi tərəfindən vərəsəlik işi açılmış və Cavabdeh xx.xx.2003-cü il tari xdə miras əmlak - Bakı şəhəri, Bülbülə qəsəbəsi, Əzizbəyov küçəsi, dalan 5, 5 nömrəli yaşayış evinə dair “Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə verilmişdir.
4. Vərəsəlik işində olan xx.xx.2000-ci il tarixli ölüm haqqında şəhadətnamədə Ağakərim Məlikovun xx.xx.2000-ci il tarixdə öldüyü qeyd olunmuşdur.
5. Həmin evə dair Cavabdeh mülkiyyət hüququ xx.xx.2003-cü il tarixdə dövlət qeydiyyatından keçirilmişdir. 6. xx.xx.2004-cü il tarixli alğı-satqı müqaviləsinə əsasən Cavabdeh Bakı şəhəri, Bülbülə qəsəbəsi, Əzizbəyov küçəsi, dalan 5, 5 nömrəli yaşayış evin 2/7 hissəsini X1. İddiaçı xx.xx.1982-ci il tarixdən həmin evdə qeydiyyatdadır.
7. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən xx.xx.1998-ci il tarixdə İddiaçı müddətsiz İİ qrup əlillik təy in edilmiş və əmək qabiliyyətini 80% itirdiyindən onun əmək qabiliyyətsizliyi müəyyən edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:
8. İddiaçı (bundan sonra iddiaçı) nümayəndəsi və vəkili Nümayəndə Cavabdeh (bundan sonra cavabdeh) qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində Bakı şəhəri 37 saylı Dövlət Notariat Ofisi cəlb edilməklə) iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, miras əmlakdan məcburi pay almaq hüququ pozulduğu üçün xx.xx.2000-ci il tarixdə vəfat etmiş atası Ağakərim Məlikovdan miras qalmış Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Əzizbəyov küçəsi, dalan 5, 5 nömrəli evə dair cavabdehin adına xx.xx.2003-cü il tarixdə verilmiş Bakı şəhəri 37 saylı Dövlə t Notariat Kontorunda reyestrdə 2-V-06 nömrə ilə qeyd edilmiş vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və həmin şəhadətnamə əsasında cavabdehin adına Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən xx.xx.2003-cü il tarixdə verilmiş FM seriyalı, 019622 nömrəli qeydiyyat vəsiqəsinin ləğv edilməsi, vətəndaş cavabdehlə Esmira Məmmədova arasında Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Əzizbəyov küçəsi dalan 5, 5 nömrəli evin 2/7 hissəsinin Bakı şəhəri 37 saylı Dövlət Notariat Kontorunda xx.xx.2004-cü il tarixdə alğı-satqısına dair AN-İ ******* nömrəli (reyestrdə 4Ə-1/204) müqavilənin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında verilmiş Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın ləğv edilməsi, Bakı şə həri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Əzizbəyov küçəsi, dalan 5, 5 nömrəli evə dair onun məcburi payının nəzərə alınmaqla miras əmlakda payların yenidən müəyyən olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
9. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, o, ailəsi ilə birlikdə ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayır. Atasından miras qalmış əmlakın ona aid olan hissəsini öz adına sənədləşdirmək istəyərkən ona məlum olmuşdur ki, miras əmlak bütünlüklə qardaşı oğlu Cavabdeh adına sənədləşdirilmişdir. Belə ki, atası Ağakərim Məlikovun verdiyi vəsiyyətnaməyə əsasən, evə dair nəvəsi Cavabdeh adına xx.xx.2003-cü il tarixdə Bakı şəhəri 37 saylı Dövlət Notariat Kontorunda reyestrdə 2-V-06 № ilə qeyd edilmiş vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş və həmin şəhadətnamə əsasında evə dair Cavabdeh adına Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən FM seriyalı 019622 saylı qeydiyyat vəsiqəsi verilmişdir. Suraxanı rayon İcra Hakimiyyəti başçısının Bülbülə qəsəbəsi üzrə səlahiyyətli nümayəndəsi tərəfindən verilmiş arayışda onun da həmin evdə qeydiyyatda olan və yaşayan şəxslərin siyahısında olduğu görünür. Lakin notarius onun həmin evdə məcburi payının olmasına baxmayaraq, bu barədə ona məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin məcburi payla bağlı maddələrinin tələbləri və onun miras əmlakdan məcburi pay almaq hüququ pozulmuşdur. Bundan əlavə, Cavabdeh vəsiyyətnamə ilə əldə etdiyi evin 2/7 hissəsini (məcburi pay almaq hüququnu pozmaqla) Esmira Məmmədovaya satmış və bu barədə də ona məlumat verilməmişdir. Esmira Məmmədovanın isə kirayədə qalması barədə ona məlumat vermişlər. İndi isə ona məlum olmuşdur ki, cavabdeh ona məlumat vermədən (qardaşının xəbəri olmuş, bu barədə vərəsəlik işində məlumat var) miras əmlakı öz adına sənədləşdirmiş və evin 2/7 hissəsini də satmışdır. O, həmin evdə yaşayır, atası öləndən sonra da həmin miras əmlakı vərəsə kimi qəbul edərək idarə edir. Hesab edir ki, Cavabdeh tərəfindən mülki hüquq pozuntusu (delikt) törədilmişdir.
10. Cavabdeh iddia ərizəsinə qarşı etiraz edərək məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, hazırkı iddia tələbi əsassızdır və təmin edilməməlidir. Belə ki, mülki qanunvericiliyin tələbləri baxımından iddia müddəti ötürülmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci mad dəsində əsasən, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. İddiaçı yalan və əsassız iddialarla başqasının əmlakına yiyələnmək niyyətindədir. Belə ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. İddiaçı tərəfindən qanunla müəyyən edilmiş iddia müddəti buraxıldığından və tərəfindən iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edilmədiyindən iddia tələbi təmin edilməməlidir. Həmçinin mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İş materiallarından görünür ki, iddiaçı qanunla müəyyən edilmiş iddia müddətini heç bir üzrlü səbəb olmadan ötürmüş və həmin müddətin üzrlü səbəbdən ötürülməsini təsdiq edən əsaslı sübutu məhkəməyə təqdim etməmişdir. Qeyd edilənlərə əsasən, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
11. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş Esmira Məmmədova məhkəmə iclasında iştirak edərək izahatında bildirmişdir ki, o, heç vaxt mübahisəli evdə kirayəçi kimi yaşamamış, evi cavabdehdən almışdır və bu barədə çıxarış da mövcuddur. İddiaçının özü və vəfat etmiş yoldaşını n da bu barədə məlumatları olmuş və evin çıxarışını da görmüşlər. O, aldığı evə hasar çəkdiyi zaman iddiaçının mətbəx pəncərəsinin bağlanmasını və yerində nəfəslik qoyulmasını təklif etmiş, iddiaçının yoldaşı onunla razılaşmış, lakin İddiaçı onunla razılaşmamışdır. Onlar ikinci mərtəbədə yaşamış, iddiaçı isə birinci mərtəbədə yaşamışdır. Onların evlərinin çıxarışları ayrı-ayrıdır. İddiaçının evinə giriş qarajın içindəndir, orada 3 otaq var, onun isə öz qapısı mövcuddur. 2002-ci ildən atası, anası, oğlu və özü həmin evdə yaşayırlar.
12. Məhkəmədə icraat zamanı cavabdehin vəkili tərəfindən verilmiş sorğuya cavab olaraq, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi X3 Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş 3-17-4/217296/2 023 saylı məktubdan müəyyən olunmuşdur ki, İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi üçün Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” alt sistemində qeyd edilən dövrə aid məlumat aşkar edilməmişdir. Bununla əlaqədar araşdırılma məqsədi ilə tibbi sənədləri ilə birlikdə qeydiyyatda ərazi üzrə xidmət göstərən 3 nömrəli tibbi-sosial ekspert komissiyasına müraciət etmək tövsiyyə olunmuşdur.
13. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) e-2(010)-1161/2023 nömrəli, 10 iyul 2023-cü il tarixli qətnaməsi ilə (hakim Firuzə Mirzəyeva) iddia tələbi təmin edilməmişdir.
14. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, vəsiyyətnamə əsasında vərəsəlik işi xx.xx.2003-cü il tarixdə açılmış, qeyd olunmuş qanunvericiliyin normalarına uyğun olaraq məcburi pay almaq hüququ olan şəxlərin dairəsi yoxlanılmış və yalnız Ağakərim Məlikovun yoldaşı barədə məlumat göstərilmişdir. Həmin dövrdə isə onun həyat yoldaşı (əmək qabiliyyətsiz) vəfat etmişdir. Vərəsəlik işindən həmçinin müəyyən olunmuşdur ki, notariat kontoruna əmək qabiliyyəti olmayan qanun üzrə digər vərəsələr barədə məlumat verilməmişdir.
15. Məhkəmə iddiaçının əmək qabiliyyətinin olmaması ilə bağlı dəlilinə münasibətdə qeyd etmişdir ki, iş materialları ilə İddiaçı həqiqətən də 1986-cı ildə Çernobıl AES-da baş vermiş qəzanın nəticələrinin aradan qaldırılmasında iştirak etmiş və onun əliliyi müəyyən edilmişdir. Lakin məhz miras açıldığı zaman, yəni 2000-ci ilin aprel (may) aylarında onun əmək qabiliyyətsiz olması iş materialları ilə müəyyən olunmamışdır. Vərəsəlik şəh adətnaməsi həm əvvəlki, həm də hal-hazırda qüvvədə olan qanunvericiliyin tələblərinə riayət olunmaqla 6 ay gözləmək şərti ilə verilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, vərəsəlik şəhadətnaməsinin ləğv edilməsi üçün əsaslar mövcud deyildir.
16. Məhkəmə həmçinin hesab etmişdir ki, vərəsəlik şəhadətnaməsi düzgün verilmiş olduğudan onun əsasında verilmiş qeydiyyat vəsiqəsinin (çıxarışın) ləğv edilməsi üçün də əsas yoxdur. Belə ki, məhkəməyə təqdim olunmuş sübutlarla müəyyən olunmuşdur ki, İddiaçı atası Ağakərim Məlikovun ölüm faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etmiş və Ağakərim Məlikovun xx.xx.2000-ci il tarixdə ölməsi faktı müəyyən edilmişdir. Lakin həmin vaxt Ağakərim Məlikovun rəhmətə getməsi ilə əlaqədar artıq ölüm haqqında şəhadətnamə mövcud olmuşdu r. Həmin qətnamə ilə həmçinin müəyyən olunmuşdur ki, atasının ölüm haqqında şəhadətnaməsi ona vərəsəlik payının müəyyən edilməsi üçün lazım olmuşdur. Beləliklə də iddiaçı keçən 22 il ərzində öz hüquqları barədə məlumatı olmuş, lakin o vərəsəliklə (məcburi payın alınması ilə) bağlı heç bir hərəkət etməmişdir. İddiaçı həmçinin, buraxılmış prosessual müddətin bərpa edilməsi üçün məhkəməyə müraciət etməmişdir.
17. Məhkəmə həmçinin hesab etmişdir ki, Cavabdeh ilə Esmira Məmmədova arasında bağlanmış daşınmaz əmlakın alğı-satqı müqaviləsi üzrə alınmış qeydiyyat vəsiqəsi (çıxarış) tam əsaslı olduğundan ləğv edilməlidir. Belə ki, Cavabdeh tam hüquqlu mülkiyyətçi olaraq, notarial qaydasında bağlanmış alğı-satqı müqaviləsi üzrə özünə məxsus Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Əzizbəyov kü çəsi dalan 5, 5 nömrəli evin tam payından yeddidə iki (2/7) hissəsini (2 otağını) Esmira Məmmədovaya satmışdır. İddiaçının Esmira Məmmədovanın kirayəçi olduğunu bilməsi kimi dəlilləri iş materialları ilə öz təsdiqini tapmamışdır.
18. Birinci instansiya məhkəməsi öz mövqeyini xx.xx.2000-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 527, 528, 537, 538, 545, 552, 554, 555, 561, 562-ci, hazırda qüvvədə olan Mülki Məcəllənin 140, 144.1, 144.2, 646.1, 646.2, 647, 648.1, 648.2, 1246, 1248.1, 1249, 1262, 1272, 1273-1, 1321.1, 1321.2, 1321.3, 1322, 1325-ci, “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 57, 58, 60-cı maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respubl ikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 104-cü bəndinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:
19. Qətnamədən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən xx.xx.1998-ci il tarixdə verilmiş 031575 nömrəli TSEK-də müayinə aktından çıxarışa istinad etdiyi halda qətnamədə göstərmişdir ki, guya miras açıldığı zaman, yəni 2000-ci ilin aprel (may) aylarında onun əmək qabiliyyətsiz olması iş materialları ilə müəyyən olunmur. Məhkəmə həmin sənədə istinad etsə də, həmin sənədin nəticə hissəsini göstərməmişdir. Belə ki, nəticə hissəsində göstərilir ki, İddiaçı əmək qabiliyyətsizdir. Deməli, mirasın açıldığı vaxt onun əmək qabiliyyətsiz olması iş materiallarında olan sənədlə tam sübuta yetirilir. Bundan əlavə, məhkəmə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2001-ci il tarixli qətnaməsinə istinad edərək göstərir ki, iddiaçı atası Ağakərim Məlikovun ölüm faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etmiş, atasının ölüm haqqında şəhadətnaməsinin ona vərəsəlik payının müəyyən edilməsi üçün lazım olduğunu göstərmişdir. İddiaçının keçən 22 il ərzində öz hüquqları barədə məlumatı olmuş, lakin o, vərəsəliklə (məcburi payın alınması ilə) bağlı heç bir hərəkət etməmişdir. Məhkəmə həmin qətnaməyə istinad etsə də, göstərdiklərini əsaslandıra bilməmişdir. Belə ki, iddiaçının nə o vaxt, nə də indi hər hansı məhkəmə prosesində iştirak etmək üçün fiziki imkanı olmamış və yoxdur. Həmin qətnamə də onun adından istifadə olunaraq çıxarılmışdır. Əgər ərizədə göstərildiyi kimi iddiaçıya vərəsəlik payını həll etmək üçün ölüm faktının müəyyən edilməsi lazım idisə onda nə üçün o, ölüm haqqında şəhadətnaməni aldıqdan sonra notariat kontoruna mirasdan məcburi payı almaq üçün müraciət etməmişdir? Deməli, bu işdə onun adından istifadə olunmuş, onun bu işdən xəbəri olmamışdır. Məhkəmənin istinad etdiyi əsas sənəd ölüm faktının müəyyən edilməsi barədə qətnamədir. Lakin məhkəmə həmin qətnamənin hansı sənədlər əsasında qəbul o lunmasını müəyyən etmək üçün heç bir araşdırma aparmamışdır. Həmin sənədin hüquqi nəticəsi isə onu göstərir ki, həmin ərizə iddiaçının adından olsa da onun həmin sənəddən heç bir xəbəri olmamışdır, əks təqdirdə o, həmin vaxt mirasdan ona düşən məcburi payı almış olardı. Bundan başqa, vərəsəlik işinin materiallarında yaşayış yerindən arayış mövcuddur ki, həmin arayışda İddiaçı adı var. Bu isə o deməkdir ki, həmin vaxt vəsiyyətnamə üzrə mirası qəbul edən şəxsin nümayəndəsi bu barədə notariusa xəbər verməmiş, notarius isə həmin siyahını dəqiq yoxlamamışdır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin (qüvvədən düşmüş) 538-ci maddəsinin tələbləri pozulmuşdur. Hal-hazırda qüvvədə olan Mülki Məcəllənin maddələrinə isə bu halda istinad oluna bilməz.
21. Cavabdeh apellyasiya şika yətinə qarşı yazılı etiraz verərək göstərmişdir ki, qətnamədən görünür ki, İddiaçı atası Ağakərim Məlikovun ölüm faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etmiş və atasının xx.xx.2000-ci il tarixdə ölməsi faktı müəyyən edilmişdir. Ona vərəsəlik payının müəyyən edilməsi üçün atasının ölümü barədə şəhadətnamə tələb olunurdu. Göründüyü kimi, hazırki iddia tələbi əsassızdır və qanunvericiliyin tələbləri baxımından iddia müddəti ötürülmüşdür.
22. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiya məhkəməsi) 2(103)-5881/2023 nömrəli, 25 dekabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Məhəmməd Rüstəmli (sədrlik edən və məruzəçi), Vahid Sadıqov və Akif İsgəndərov) apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnamə si ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi rədd olunmuşdur.
23. Məhkəmə kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, xx.xx.1998-ci il tarixdə verilmiş TSEK-də müayinə aktından çıxarışa əsasən İddiaçı müddətsiz İİ qrup əlillik təyin edilmiş və əmək qabiliyyətini 80% itirdiyindən onun əmək qabiliyyətsizliyi artıq müəyyən edilmişdir. İddiaçı Çernobıl AES-da baş vermiş qəzanın nəticələrinin aradan qaldırılmasında iştirak etdiyi və onun əlilliyi müəyyən edildiyi halda, onun sonradan, o cümlədən miras açıldığı vaxt sağalması və əmək qabiliyyətinin bərpası ağlabatan deyildir. Belə ki, iddiaçının əmək qabiliyyətinin olmaması xx.xx.2009-cu il tarixli müayinə aktı əsasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi N azirliyi 3 saylı Zona Tibbi Sosial Ekspert Komissiyası tərəfindən verilmiş arayışla da təsdiq olunur.
24. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının vəsiyyət üzrə vərəsə olan cavabdehdən məcburi pay tələb etmək hüququ yaranmışdır. Miras açılan vaxt qüvvədə olan mülki qanunvericilikdə bununla bağlı müddəa nəzərdə tutulmasa da, hazırda qüvvədə olan Mülki Məcəllənin 1194-cü maddəsinə əsasən məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər.
25. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçı atasının ölümündən sonra üç il müddətində məcburi pay tələbi ilə məhkəməyə müraciət etməmiş, bununla da həmin vaxt qüvvədə olan mülki qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətini ötürmüşdür. Cavabdeh tərəfindən iddia müddətinin tətbiqi ilə bağlı əri zənin verilib-verilməməsindən asılı olmayaraq, iddia müddəti məhkəmə tərəfindən tətbiq olunur. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin xx.xx.2001-ci il tarixli qətnamədən iddiaçının xəbəri olmadığı, məhkəməyə ərizə iddiaçının adından verildiyi bildirilsə də, vərəsəlik işinə miras qoyanın ölüm haqqında xx.xx.2000-ci il tarixli şəhadətnaməsi əlavə edilmiş, yəni yenidən ölüm haqqında şəhadətnamənin əldə edilməsi üçün cavabdeh tərəfindən sonradan məhkəməyə müraciət etmək zərurəti olmamışdır.
26. Apellyasiya instansiya məhkəməsi mövqeyini xx.xx.2000-ci il tarixədək qüvvədə olmuş Mülki Məcəllənin 73, 77, 78, 527, 528, 532, 538, 552-ci, hazırda qüvvədə olan Mülki Məcəllənin 1194-cü maddələrinə, “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə M əhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217.4, 384.0.2, 385.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:
27. Qətnamədən iddiaçı (vəkil Nümayəndə) kassasiya şikayəti verərək apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
28. Kassasiya şikayəti iddia ərizəsi və apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmış, əlavə olaraq bildirilmişdir ki, məhkəmə qanunsuz və əsassız qətnamə qəbul e dərək maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. xx.xx.2000ci il tarixə kimi qüvvədə olmuş Mülki Məcəllənin 538-ci maddəsinə əsasən iddiaçının vəsiyyətnamənin məzmunundan asılı olmayaraq məcburi pay almaq hüquq vardır. Burada məhkəmə kollegiyasının mövqeyi ilə razılaşmır. Həmçinin məhkəmə kollegiyasının iddia müddəti ilə bağlı mövqeyi ilə razı deyil. Belə ki, iddiaçı miras açılan gündən əvvəl və halhazıra kimi həmin evdə yaşayır. Mirasın faktiki olaraq qəbul edilməsi faktı danılmazdır. Belə olan halda vərəsə istədiyi zaman mirasın sənədləşdirilməsi üçün müraciət edə bilər və burada iddia müddətinin ötməsindən söhbət belə gedə bilməz. Bundan əlavə cavabdehin tam hüquqlu mülkiyyətçi kimi qəbul edilməsi əsassızdır. Bu səbəbdən də alğısatqı müqaviləsinin etibarsız hesab edil məsi və Çıxarışın ləğv edilməsi barədə iddia tələbi tam əsaslıdır. Məhkəmənin bu barədə gəldiyi nəticə də tam əsassızdır. İddia tələbi həmin hissədə də təmin edilməlidir, yəni alğı-satqı müqaviləsi etibarsız hesab edilməli və çıxarış ləğv edilməlidir. Qətnamə maddi hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi nəticəsində qəbul edildiyindən ləğv edilməlidir. Tətbiq edilən hüquq: 01 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
29. Maddə
73. Hüququ pozulmuş şəxsin iddiası üzrə onun hüquqlarını müdafiə etmək üçün ümumi müddət (iddia müddəti) üç il, dövlət təşkilatlarının, kolxozların və kooperativ və sair ictimai təşkilatların bir-birinə olan iddiaları üzrə isə bir il müəyyən edilir.
30. Maddə
77. İddia müddəti tərəflərin bildirməsindən asılı olmayaraq, məhkəmə, arbitraj və ya münsiflər məhkəməsi tərəfindən tədbiq olunur.
31. Maddə
78. İddia müddətinin axımı iddia hüququ əmələ gələn gündən başlanır; iddia hüququ, şəxsin öz hüququnun pozulmasını bildiyi və ya bilməli olduğu gündən əmələ gəlir.
32. Maddə
527. Vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Vərəsəlik o vaxt qanun üzrə ola bilər ki, o, vəsiyyətlə dəyişdirilməsin.
33. Maddə
528. Vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. Vərəsəliyin açılma vaxtı, miras qoyan şəxsin öldüyü gün, o, ölmüş elan edildikdə isə, bu Məcəllənin 21-ci maddəsində göstərilən gün hesab olunur.
34. Maddə
530. Aşağıdakılar vərəsə ola bilərlər: Qanun üzrə vərəsəlikdə - miras qoyan şəxs ölən zaman sağ olan vətəndaşlar, habelə miras qoyan şəxsin öl ümündən sonra doğulan uşaqlar; Vəsiyyət üzrə vərəsəlikdə - miras qoyan şəxs ölən zaman sağ olan vətəndaşlar, habelə miras qoyanın sağlığında ana bətnində olan və onun ölümündən sonra doğulanlar.
35. Maddə
532. Qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Şəxsin ölümündən sonra doğulan uşaq da birinci növbə üzrə vərəsələr sırasına daxildir.
36. Maddə
538. Miras qoyanın həddi-büluğa çatmamış və ya əmək qabiliyyəti olmayan uşaqları (o cümlədən övladlığa götürülənlər), habelə əmək qabiliyyəti olmayan əri (arvadı), valideynləri (övladlığa götürənlər) və ölənin himayəsində olanlar, vəsiyyətnamənin məzmunundan asılı olmayaraq, onlardan hər birinə qanun üzrə vərəsəlik zamanı çatası payın (məcburi payın) üçdə iki hissədən az olmayan hissəsini alırlar. Məcburi payın miqdarı müəyyən edilərkən adi ev avadanlığı və məişət predmetlərindən ibarət olan əmlakın dəyəri də nəzərə alınır.
37. Maddə
552. Mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
38. Maddə 1194. Məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. Məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
39. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
40. Maddə 76.1. tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
41. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
42. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
43. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
44. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
45. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
46. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
47. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
48. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
49. Maddə 417.1.1. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
50. Maddə 418.3. Prosessual hüquq normalarının pozul ması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:
51. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
52. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:
53. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
54. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz.
55. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
56. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düz gün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
57. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasi ya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.
58. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
59. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5881/2023 nömrəli, 25 dekabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəy