Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1524/2024 ALİ MƏHKƏMƏ Azərbaycan adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: özbaşına tikilinin sökülməsi) 16.05.2024 Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6657/2023 nömrəli, 12 dekabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 16 may 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İşin halları
1. İddiaçı (bundan sonra iddiaçı) ilə Cavabdeh (bun dan sonra cavabdeh) qardaşdır.
2. Bak şəhəri, ünvan 1 ünvanda yaşayan iddiaçı Bakı şəhəri, Qaradağ rayonu Qobustan bələdiyyəsinə ərizə ilə müraciət edərək həmin küçədə yerləşən fərdi yaşayış evinin və istifadə etdiyi ümumi sahəsi 600 kv.metr olan torpaq sahəsinin onun adına sənədləşdirilməsini xahiş etmişdir. Bələdiyyə tərəfindən ərizə araşdırılmış və müəyyən edilmişdir ki, iddiaçı həmin küçədə öz vəsaiti hesabına fərdi yaşayış evi tikmiş və istifadə olunan 600 kv.metr torpaq sahəsinin Qaradağ Rayon İcra Hakimiyyəti aparatının memarı ilə razılaşdırılmış situasiya planı əsasında sənədləşdirilməsi mümkündür.
3. Bu səbəbdən Qobustan bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 50/04 saylı qərarı ilə qeyd olunan torpaq sahəsinin iddiaçının adına sənədləşdirilməsi qərara alınmışdır. Bələdiyyə ilə i ddiaçı arasında xx.xx.2007-ci il tarixdə alqı-satqı müqaviləsi bağlanmış, bu barədə akt tərtib olunmuşdur. İddiaçı yerli (bələdiyyə) büdcənin vergi ödəyicisi kimi uçota alınmış, ona xx.xx.2022-ci il tarixdə 81 saylı şəhadətnamə verilmişdir.
4. Cavabdeh 1993-cü ildə ailə qurmuş və ataları yaşadığı evin bir otağını cavabdehə vermişdir. Cavabdehin yaşadığı evin çıxışı Dzerjinski küçəsinə (indiki Arif Zeynalov küçəsi), iddiaçının evinin çıxışı isə arxa küçəyədir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı «pəncərənin qabağına vurulmuş dəmir lövhənin və evinə bitişik talvarın sökülməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona məxsus olan Bakı şəhəri Qaradağ rayonu ünvan 3 ünvanda yerləşən evin pəncərəsinin cava bdeh tərəfindən dəmir lövhə ilə bağlanmış hissəsinin və ya həmçinin cavabdeh tərəfindən tikilərək onun evinə birləşdirilmiş talvarın sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı işin hallarına istinad etməklə tələbini onunla əsaslandırmışdır ki, cavabdehin yaşadığı evlə onların arasında 7-8 metr məsafə vardır. Cavabdehin evinin çıxışı Dzerjinski küçəsinə (indiki Arif Zeynalov), iddiaçının çıxışı isə arxa küçəyədir. 2006-cı ildə evi yandığından, o, həmin yerdə 2007-ci ildə yenidən ev tikmişdir. 2013-2014-cü illərdə bir müddət evində olmamasından istifadə edən cavabdeh ona məxsus torpaq sahəsində onun evinə bitişik ev tikmişdir. Qardaşı olduğundan cavabdehin qeyd edilən hərəkətinə dinməmişdir. Lakin cavabdeh 2022-ci ilin may-iyun aylarında həyətdə talvar tikməklə iddiaçı nın evinə birləşdirmiş və iddiaçının pəncərəsini dəmir lövhə ilə bağlamışdır. Halbuki cavabdeh özü də bilir ki, iddiaçı həm onkoloji xəstə, həm də gözdən əlil olmaqla, dövlətdən aldığı əlillik pensiyası ilə dolanır, dava-dərmanına belə pul çatdıra bilmir, xəstəliyi ilə bağlı təmiz havaya ehtiyacı olmaqla stressdən uzaq olmalıdır. İddiaçının cavabdehə qanunsuz hərəkətləri ilə bağlı dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq cavabdeh onu eşitməmişdir. Bu səbəbdən iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
7. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 09 iyun 2023-cü il tarixli, 10/1274 saylı ekspert rəyinə əsasən pəncərəyə vurulmuş dəmir lövhələrin hər hansı şəxsə maneə törədib-törətməməsinin müəyyən edilməsi mühəndistexniki ekspertizalar şöbə sinin həll etdiyi məsələlər dairəsinə aid deyildir. Lakin iddiaçıya məxsus Bakı şəhəri, Qaradağ rayonu, ünvan 4 ünvanın pəncərəsinə vurulmuş dəmir lövhə yaşayış evinin təbii işıqla təmin olunmasını və havalandırılmasını məhdudlaşdırır. Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Dzerjinski küçəsi, 3 saylı evin həyətində inşa edilmiş talvarın iddiaçının evinə dəmir boru vasitəsi ilə qaynaq olunduğunu nəzərə alaraq talvar tikilisinin iddiaçının yaşayış evinə bitişik vəziyyətdə olduğu müəyyən edilir. İddiaçıya məxsus Bakı şəhəri, Qaradağ rayonu, ünvan 4 ünvanda yerləşən tikililərdə nəmişlik olmadığından yağış nəticəsində talvardan süzülən suyun evə təsir etmədiyi müəyyən olunur.
8. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(002)-176/2023 saylı, 06 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim Kamran Əsədov) iddia tələbi təmin edilmişdir.
9. Məhkəmə qeyd etmişdir ki, cavabdeh tərəfindən iddiaçının yaşadığı fərdi yaşayış evinin pəncərəsi dəmir lövhə ilə bağlanmışdır və həmin evə bitişik talvar tikilisi inşa edilmişdir. Cavabdeh özü də etiraf edir ki, pəncərəni dəmir lövhə ilə o bağlamış, talvar tikilisini inşa etdirmişdir.
10. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdeh tərəfindən iddiaçının yaşadığı evin həyətində iddiaçının fərdi yaşayış evinə bitişik talvar tikilisi inşa edilmiş, eləcə də, iddiaçının yaşadığı fərdi yaşayış evinin pəncərəsinə dəmir lövhə vurulmuşdur. Həmin dəmir lövhə iddiaçının yaşadığı evə düşən təbii işığın və hava axınının qarşısını kəsməklə tikinti norma və qaydalarına ziddir. Talvar da öz növbə sində özbaşına tikili olmaqla cavabdehin öz hesabına sökülməlidir. Cavabdehin talvar tikilisi inşa edilmiş torpaq sahəsi üzərində hər hansı hüququ mövcud deyil.
11. Məhkəmə öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1, 180.2, 180.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhkəməsindəki icraat
12. Cavabdeh apellyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
13. Cavabdeh apellyasiya şikayətini iddia tələbinə qarşı etirazla eyni məzmunda əsaslandırmaqla əlavə olaraq qeyd etmişdirki, məhkəmə ekspertiza tərəfindən verilmiş qeyri-müəyyən rəyi sübut kimi qəbul edilməməli idi. Belə ki rəydə ilkin olaraq göstərilir mişdir ki, lövhənin maneə törədib-törətməməsinin müəyyən edilməsi mühəndistexniki ekspertizalar şöbəsinin həll etdiyi məsələ deyil. Lakin sonradan göstərilir ki, dəmir lövhə yaşayış evinin işıqla təmin olunmasını və havalandırılmasını məhdudlaşdırır. Evlərin yerində müayinə edilməsi barədə vəsatət verilsə də, təmin edilməmişdir. Rayon məhkəməsi cavabdehin evinin, talvarın özbaşına tikili olmasını hər hansı faktla sübut etməmişdir. İddiaçının təqdim etdiyi bələdiyyə sənədləri torpaq komitəsində qeydiyyatdan keçmədiyi üçün sübut kimi qəbul edilə bilməz. Rayon məhkəməsinin gəldiyi nəticə əsas götürülsə, onda iddiaçının evi də özbaşına tikili sayılır və iddiaçının belə bir iddia qaldırmaq üçün subyektiv hüququ yoxdur.
14. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyas iya instansiya məhkəməsi) 2(103)-6657/2023 nömrəli, 12 dekabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – Məmməd Məmmədov (sədrlik edən və məruzəçi), Azad İmanov və Fuad Talışinsk) apellyasiya şikayəti təmin edilməyərək, iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 06 sentyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
15. Məhkəmə kollegiyası qeyd etmişdir ki, talvarı qeyd edilən qaydada quraşdırmış cavabdeh bununla bağlı iddiaçının razılığını almamış, iddiaçıya məxsus tikiliyə müdaxilə etmişdir.
16. Bundan başqa işin faktiki hallarından və işdə olan foto şəkillərdən (fotoşəkillər cavabdehin vəkili (nümayəndəsi) tərəfindən elektron qaydada məhkəməyə təqdim edilmiş və məhkəmə tərəfindən “CD”-yə köçürülmüş, “CD” iş materiallarına əlavə edilmişdir) göründüyü kimi cavabd eh tərəfindən iddiaçının yaşadığı fərdi yaşayış evinin pəncərəsinin qarşısında, pəncərədən təxminən 10 santimetr aralı dəmir lövhə quraşdırılmışdır.
17. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının evinin müvafiq sənədlərinin olmaması, həmin evin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməməsi, tikintiyə icazəsinin olub-olmaması, evin tikildiyi torpaq sahəsinin tikinti məqsədləri üçün ayrılmasına dair sənədlərin olmaması və bu halların işə baxmış rayon məhkəməsi tərəfindən araşdırılmaması barədə cavabdehin dəlillərinə gəldikdə nəzərə alınmalıdır ki, iddiaçıya məxsus ev iddiaçıya qanuni əsasla, yuxarıda qeyd edildiyi kimi Qobustan bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 50/04 saylı qərarı ilə ayrılmış və iddiaçı ilə həmin bələdiyyə arasında bağlanmış “Alqı-satqı müqaviləsi” əsasında iddiaçıya satılmışdır. Həmin qərar və müqavilə qüvvədədir. Belə olan halda qəbul edilməlidir ki, özünə məxsus torpaq sahəsi üzərində inşa etdirdiyi tikili üzərində iddiaçının gözlənilən mülkiyyət hüququ mövcuddur.
18. Məhkəmə kollegiyası öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1, 180.2, 180.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
19. Cavabdeh (Vəkil1) kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
20. Kassasiya şikayəti onunla əsaslandırmışdır ki, cavabdehin evinin yerləşdiyi torpaq sahəsi atalarından qalmış torp aq sahəsidir, ataları həmin torpaq sahəsini 3 qardaş arasında bölmüş, hər birinin həyətləri və evləri ayrıdır. Şikayətçi öz həyətində talvar inşa etmiş və bunun üçün hər hansı bir icazə və razılıq tələb olunmamışdır. Qətnamədə isə göstərilmişdir ki, guya cavabdeh iddiaçının yaşadığı evinin həyətində, iddiaçının yaşayış evinə bitişik talvar tikilisi inşa etmiş, eləcə də iddiaçının yaşadığı fərdi yaşayış evinin pəncərəsinə dəmir lövhə vurmuşdur. Talvarın inşa edildiyi həyət cavabdehə məxsusdur. İddiaçının cavabdehin həyətinə hər hansı aidiyyatı yoxdur. İddiaçı və cavabdehin həyətləri bir-birindən hasarla təcrid olunmuşdur. Cavabdeh iddiaçının evinin pəncərəsinə deyil, onun qabağındakı dirəklərə lövhə vurmuşdur. Lövhə nə pəncərənin qabağını, nə də ora gedən hava axınının qabağını kəsməmişdir. Bununla bağlı foto şəkillər məhkəməyə təqdim edilmişdir. Şikayətçi onu da qeyd etmişdir ki, cavabdehin evi sənədləşdirilməsə də o, özbaşına tikili deyil və həmin tikililərə görə vergi və kommunal xərclər ödənilir. Şikayətçi əlavə olaraq qeyd etmişdir ki, məhkəmə iddiaçının evinin müvafiq sənədlərinin olmamasını, həmin evin də daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməməsini, tikintiyə icazənin olub-olmamasını, evin tikildiyi torpaq sahəsinin tikinti məqsədləri üçün ayrılmasına dair sənədlərin olub-olmadığını yoxlamadan iddiaçının haqlı olduğu qənaətinə gəlmişdir. İddiaçının təqdim etdiyi kimi onun 600 kv.metr torpaq sahəsi yoxdur. Ona məxsus ərazi təxminən 2,5 sot (250 kv.metr) ancaq olar. Cavabdehin bu barədə apellyasiya instansiyası məhkəməsinə bildirməsinə və yerli baxış ke çirilməsini xahiş etməsinə baxmayaraq məhkəmə kollegiyası cavabdehin hüquqlarını pozan qərar qəbul etməyə üstünlük vermişdir. Məhkəmə ekspertin verdiyi qeyri-müəyyən rəyi də sübut kimi qəbul etmişdir. Belə ki rəydə ilkin olaraq göstərilmişdir ki, pəncərəyə vurulmuş dəmir lövhələrin hər hansı şəxsə maneə törədib-törətməməsinin müəyyən edilməsi mühəndistexniki ekspertizalar şöbəsinin həll etdiyi məsələlər dairəsinə aid deyildir. Lakin sonradan qeyd etmişdir ki, pəncərəyə vurulmuş dəmir lövhə yaşayış evinin təbii işıqla təmin olunmasını və havalandırılmasını məhdudlaşdırır. Belə bir rəyi necə ciddi sənəd kimi qəbul etmək olar?. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəllə si
22. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.
23. Maddə180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.
24. Maddə 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, g östərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi
25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
26. Maddə 77.1. Hər bir tərəf öz tələblərini və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
27. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
28. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
29. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
30. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
31. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
32. Maddə 416.2.Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
33. Qanun un tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
34. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin yoxlanıldı. tərəfindən tam aktı bütövlükdə Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi
35. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq edib və işdə kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
36. Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın təmin edilməsi üçün əsasların olmadığını və sair göstərsə də kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.
37. Belə ki apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşaraq qeyd etmişdir ki, mübahisəli talvarı qeyd edilən qaydada quraşdırmış cavabdeh bununla bağlı iddiaçının razılığını almamışdır, əksinə iddiaçıya məxsus tikiliyə müdaxilə etmişdir.
38. Bundan başqa işin faktiki hallarından və işdə olan foto şəkillərdən görünür ki, cavabdeh tərəfindən iddiaçının yaşadığı fərdi yaşayış evinin pəncərəsinin qarşısında, pəncərədən təxminən 10 santimetr aralı dəmir lövhə quraşdırılmışdır.
39. Apellyasiya instansiya məhkəməsi iddiaçının evinin müvafiq sənədlərinin olmaması, həmin evin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməməsi, tikintiyə icazəsinin olub-olmaması, evin tikildiyi torpaq sahəsinin tikinti məqsədləri üçün ayrılmasına dair sənədlərin olmaması və bu halların işə baxmış birinci instansiya məhkəməsi tərəfindən ar aşdırılmaması barədə cavabdehin kassasiya şikayəti ilə eyni məzmunlu dəlillərini araşdıraraq qeyd etmişdir ki, iddiaçıya məxsus ev ona qanuni əsasla, yuxarıda qeyd edildiyi kimi Qobustan bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 50/04 saylı qərarı ilə ayrılmış və iddiaçı ilə həmin bələdiyyə arasında bağlanmış “Alqı-satqı müqaviləsi” əsasında iddiaçıya satılmışdır. Həmin qərar və müqavilə qüvvədədir.
40. Belə olan halda apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, özünə məxsus torpaq sahəsi üzərində inşa etdirdiyi tikili üzərində iddiaçının gözlənilən mülkiyyət hüququ mövcuddur və cavabdeh onun qanunla qorunan hüququnu pozub.
41. Göstərilənlərə əsasən kassasiya instansiyası məhkəməsi cavabdehin kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi onun kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin digər dəlillərini də araşdıraraq onlara düzgün hüquqi qiymət verdiyi üçün, həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür və belə qənatə gəlir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır.
42. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 12 dekabr 2023-cü il tarixli, 2(103)-6657/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.