Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1526/2019 04.03.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Ali Məhkəmənin hakimləri Rüstəmov Əli Məhəmməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Cumazadə Ceyhun Rizvan oğlunun katibliyi, İddiaçı və vəkili X37, cavabdeh X25 vəkili X76 oğlunun iştrakları ilə, İddiaçı Bakı Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 avqust 2018-cı il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 20 oktyabr 2017-ci il tarixli qətnaməsi ilə (hakim: A.S.Məm mədov; 2(004)-104/2017) iddiaçı İddiaçı cavabdeh X28, cavabdeh tərəfindən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə və 5 saylı Dövlət Notariat Kontoruna qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və qeydiyyat vəsiqəsinin etibarsız hesab edilməsi və Bakı şəhəri, *************** saylı evinə vərəsəlik hüququnun tanınması tələbinə dair iddiası qismən təmin edilmiş, iddiaçının babası X8 miras qalmış Bakı şəhəri, *********** saylı evə 46,8/200 hissəsinin atası X31, ondan İddiaçı mirası faktiki qəbul etməyini nəzərə alaraq Bakı şəhəri, *********** saylı evin 46,8/200 hissəsinə dair İddiaçı qanun üzrə birinci növ bə vərəsəlik hüququnun, əmisi X20 adına olmuş Bakı şəhəri, *********** saylı evin 15,6/200 hissəsinə dair isə İddiaçı qanun üzrə ikinci növbə vərəsəlik hüququ tanınaraq, ümumilikdə Bakı şəhəri, *********** saylı evin 62,4/200 hissəsinə dair ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi öhdəliyi Bakı şəhəri 5 saylı Notariat Kontoruna həvalə edilməsi, cavabdeh X67 adına 05.09.1987-ci il tarixdə Bakı şəhəri, *********** saylı evin 15,6/200 hissəsinə dair Bakı şəhəri 5 saylı Notariat Kontoru tərəfindən verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, həmin şəhadətnamə əsasında göstərilən hissəyə dair Cavabdeh adına verilmiş 30.09.1987-ci il tarixli qeydiyyat vəsiqəsinin (müvafiq qeydiyyat yazısının) ləğv edilməsi hissəsində rədd edilm əsi, X21 aid olan 15,6/200 hissəsi dəyişdirilmədən saxlanılması, iddiaçı tərəfindən ödənilmiş 11(on bir) manat dövlət rüsumunun 50%-i, yəni 5.50 (beş manat əlli qəpik) hissəsi iddiaçının özünə aid edilməsi, qalan 50%-i, (beş manat əlli qəpik) hissəsi cavabdeh X10 tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 fevral 2018-ci il tarixl, qətnaməsi ilə (hakimlər: İ.Ş.Vəliyev (sədrlik edən və məruzəçi), X.A.Mərdanova və E.M.Həsənov; 2(103)712/2018) İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Yasamal Rayon Məhkəməsinin 20 oktyabr 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 03 iyul 2018-ci il tarixli, (hakimlər: A.Ə.İsgəndərov (sədrlik edən və məruzəçi), Ə.A.Əhmədov,İ.K.Dəmirov; 2(102)-4469/18) qərarı ilə İddiaçı kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 fevral 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 avqust 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər: A.N.İmanov (sədrlik edən və məruzəçi), E.Q.Nəbiyev R.Ə.Qurbanov; 2(103)-8836/18) İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 20 oktyabr 2017-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni 05 sentyabr 1987-ci il tarixdə Bakı şəhəri 5 saylı Notariat Kontoru tərəfindən miras evin 15,6/200 hissəsi üçün cavabdeh (əmisi) X67 adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsinin və həmin şəhadətnamə əsasında göstərilən hissəyə dair Cavabdeh adına verilmiş 30.09.1987-ci il tarixli qeydiyyat vəsiqəsinin (müvafiq qeydiyyat yazısının) ləğv edilməsinin təmin edilməsi hissəsində İddiaçı münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İşin halları İddiaçı cavabdeh X28 qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, qeydiyyat vəsiqəsinin və mirasın qəbul edilməsi tələbinə" dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, ************* saylı evin 15,6/200 hissəsinə dair 30.09.1987-ci il tarixdə verilmiş qeydiyyat vəsiqəsinin etibarsız hesab edilməsi və həmin evin 31.2/200 hissəsində vərəsəlik hüququnun tanınması barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. Sonra İddiaçı iddia ərizəsinə əlavə təqdim edərək cavabdeh X67 adına 05.09.1987c i il tarixdə Bakı şəhəri, ************* saylı evin 15,6/200 hissəsinə dair Bakı şəhəri 5 saylı Notariat kontoru tərəfindən verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, həmin şəhadətnamə əsasında göstərilən hissəyə dair Cavabdeh adına verilmiş 30.09.1987-ci il tarixli qeydiyyat vəsiqəsinin (müvafiq qeydiyyat yazısının) ləğv edilməsinə, X21 adına olmuş Bakı şəhəri, ************* saylı evin 15,6/200 hissəsinə dair onun qanun üzrə birinci növbə vərəsəlik hüququnun, əmisi X20 adına olmuş Bakı şəhəri, *********** saylı evin 15,6/200 hissəsinə dair isə onun qanun üzrə ikinci növbə vərəsəlik hüququnun tanınaraq, ümumilikdə Bakı şəhəri, *********** saylı evin 15,6/200 hissəsinə dair ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə qə tnamə çıxarılmasını xahiş etmişdir. Bundan sonra birinci instansiya məhəməsində işə baxılan zaman İddiaçı iddia ərizəsinə dəqiqləşdirmə verərək, cavabdeh X67 adına 05.09.1987-ci il tarixdə Bakı şəhəri, ************* saylı evin 15,6/200 hissəsinə dair Bakı şəhəri 5 saylı Notariat Kontoru tərəfindən verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, həmin şəhadətnamə əsasında göstərilən hissəyə dair Cavabdeh adına verilmiş 30.09.1987-ci il tarixlı qeydıyyat, vəsiqəsinin (müvafiq qeydiyyat yazısının) ləğv edilməsi, X25 adına Bakı şəhəri, *********** saylı evin 15,6/200 hissəsinin, eləcə də babası X8 miras qalmış Bakı şəhər, ************* sayl evin 46,8/200 hissəsinin atası X40, ondan isə onun qəbul etməyini nəzərə alaraq Bakı şəhəri, ************ saylı evin 62,4/200 hissəsinə dair onun qanun üzrə birinci növbə vərəsəlik hüququnun, əmisi X20 adına olmuş Bakı şəhəri, *********** saylı evin 15,6/200 hissəsinə dair onun qanun üzrə ikinci növbə vərəsəlik hüququnun tanınaraq, ümumilikdə Bakı şəhəri, *********** saylı evin 78/200 hissəsinə dair ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, *********** saylı evin 78/200 hissəsi iddiaçının babası X14, 70/200 hissəsi X68 və X2, qalan hissələr isə Nəcəfqulu Yusif oğlunun, X9, X47 və X59 mülkiyyətində olmuşdur. Babası X32 X11 ilə nikahda olmuş və onların birgə nikahlarından Ömər və Məmməd adlı uşaqları anadan olmuşdur. Ömər iddiaçının atasıdır. O, 10 iyun 1931-ci ildə anadan olmuş və 08 iyul 2000ci il tarixdə ölmüşdür. Əmisi M6 isə 07 iyul 2002-ci il tarixdə ölmüşdür. İddiaçının əmisi Məmməd nikahda olmamışdır və onun vərəsələri də olmamışdır. 1972-ci ildə cavabdeh X28 Bakı şəhəri, ********** mənzil verilmiş və Cavabdeh həmin tarixdən göstərilən mənzilə köçərək orda yaşamışdır. Cavabdeh miras qoyan babaları X14 24 sentyabr 1977-ci il tarixdə ölməsindən sonra Bakı şəhəri, ************* saylı evdə yaşamadığından, həmin evə dair mirası qəbul etməmişdir. Lakin Cavabdeh 05 oktyabr 1987-ci il tarixdə Bakı şəhəri, *********** saylı evin 15,6/200 hissəsinə Bakı şəhəri 5 saylı Notariat Kontorundan qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almış və həmin şəhadətnamə əsasında göstərilən hissəyə dair 30 sentyabr 1987-ci il tarixdə öz adına qeydiyyat vəsiqəsi almış dır. İddiaçı atası X89 atası X32 öləndən sonra ondan miras qalmış Bakı ************* saylı evdə faktiki yaşamaqla mirası faktiki olaraq qəbul etmişdir. Atasından isə həmin mirası faktiki olaraq iddiaçı qəbul etmişdir. Mülki Məcəllənin müvafiq tələblərinə əsasən vərəsəlik miras qoyan şəxsin ölməsi və ya ölmüş elan edilməsi ilə açılır. Vərəsə miras əmlakı faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş sayılır. Göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Mirasın qəbulu dedikdə elə bir hərəkət başa düşülür ki, bu hərəkətin vasitəsilə vərəsəliyə çağırılan şəxs subyektiv vərəsəlik hüquqlarını həyata keçirir və miras əmlakı əl də etmək imkanı qazanır. Mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünü miras əmlakı əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına öz razılığını bildirir. Məhz həmin hərəkət əsasında vərəsə miras qoyanın hüquq və vəzifələrinin daşıyıcısı olur. Vərəsəlik hüququna görə mirasın qəbul edilməsinin iki forması: formal və qeyri-formal üsulu vardır. Mirasın qəbul edilməsinin formal forması dedikdə, vərəsənin notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməsi başa düşülür. Mirasın qəbul edilməsinin qeyri-formal üsulu isə odur ki, bu üsula görə vərəsənin konkret hərəkətləri və rəftarı onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir. Cavabdeh X35 Bakı şəhəri, *********** evə dair mirası nə formal üsulla, nə də qeyri-formal üsulla qəbul etməmişdir. Kassasiya şikayətinin dəlilləri İddiaçı və vəkili X52 kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin 15 avqust 2018-ci il tarixli qətnaməsinin iddianın təmin edilməyən hissəsində ləğv edilməsi və iddianın tam şəkildə təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişlər. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəflər arasındakı mübahisəyə 2000-ci ilədək qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 73,78-ci maddələri səhv tətbiq edilmiş. Beləki işə təkrar baxan apellyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətlərinin yarandığı vaxt qüvvədə olan mülki qanunvericiliyinin müvafiq normasına istinad etsədə, onu səhv tətbiq etmişdir. X21 adına 05.09.1987-ci il tarixdə **************** saylı evin 15.6/200 hissəsinə dair Bakı şəhəri Dövlət Notariat kontoru tərəfindən qanun üzrə vərəsəlik hüququ şəhadətnamənin verilməsi barədə iddiaçı yalnız 2005-ci ildə, Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının qeydiyyatı İdarəsi tərəfindən müvafiq şəkil sorğusuna vermiş cavab məktubu vasitəsi ilə məlumat əldə etmişdir. Halbuki, məhkəmə ümumiyyətlə bu məsələyə əhəmiyyət verməyib və qətnamədən də bəlli deyil ki, iddiaçının bu arqumenti ilə bağlı məhkəmə mövqeyi nədən ibarətdir.Bununla məhkəmə eyni zamanda iddiaçının əsaslandırılmış məhkəmə qərarını almaq hüququda pozulub Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi həmçinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1, 217.3, 217.4-cü maddəsinin tələblərinin pozumuş işin faktiki hallarını araşdır ılmamış, nəticədə maddi və prosessual hüquq normalarının pozulması ilə əsassız və qanunsuz qətnamə qəbul edilmişdir. Tərəflərin izahatı Məhkəməkollegiyasınıniclasında İddiaçı və vəkili X96 kassasiyaşikayətinə uyğun izahat verərək şikayətin təmin edilməsini xahişetdilər. Məhkəmə kollegiyasının iclasında cavabdeh X38 və vəkili X39 kassasiya şikayətinin təmin edilməməsini xahiş etdilər. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, 3-cü şəxslər heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onuniştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya insta nsiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıd ır.Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisə ilə əlaqədar qəbul edilmiş hüquqi akta təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən, o cümlədən Bakı şəhər X13 İcraiyyə Komitəsinin çıxarışına əsasən Bakı şəhəri ************* saylı evin ******* hissəsi X12, 70/200 hissə X68 və X1, qalan hissələri isə N6, X9, X47 və X59 mülkiyyətində olmuşdur. Bakı şəhəri ******** rayon ZAQS tərəfindən 15.01,1962-ci il tarixdə verilmiş A3N 136519 seriyalı doğum haqqında şəhadətnamənə əsasən İddiaçı 20 dekabr 1961-ci il tarixdə Bakı şəhərində anadan olmuşdu r. Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsi (keçmiş Oktyabr) tərəfındən 24.09.1977-ci il tarixdə verilmiş ********* seriyalı ölüm haqqında şəhadətnaməyə əsasən, X32 24 sentyabr 1977-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 24.09.1977-ci ildə 1116 № ilə qeyd edilmişdir. 5 saylı notariat kontoru tərəfindən təsdiq olunmuş 05.09.1987-сi il tarixli 2N-42 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnasinə əsasən X12 vərəsələri oğlanları-X36 və Cavabdehdur. X20 6/200 hissə və Cavabdeh (15,6/200 hissə) adlarına qediyyyatdan keçmişdir. Bakı şəhəri Yasamal rayon VVAQ (vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı) şöbəsi tərəfindən 08.07.2000-ci il tarixdə verilmiş ************ seriyalı ölüm haqqında şəhadətnaməyə əsasən X44 08 iyul 2000-ci il tarixdə ölmüşdür.Bu barədə ölüm haqqında akt qeydləri kitabında 08.07.2000-ci il tarixdə 755 nömrə ilə qeyd edilmişdir. Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı idarəsinin************ seriyalı qeyyat vəsiqəsinə əsasən Bakı şəhəri, Yasamal rayonu, *********** saylı yaşayış evin 98,8/200 hissəsi İddiaçı, 15,6/200 hissəsi X20, 15,6/200 hissəsi Cavabdeh, hər birinə 70/200 hissə olmaqla X5 və X1 adlarına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçmişdir və bu barədə 108 saylı reyestr kitabında 2626 səhifəsində 30/261 nömrə ilə 2002-ci il tarixdə qeydiyyat aparılmışdır. Yasamal Rayon icra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Birliyinin 42 saylı MKİS-nin 24.01 2005-ci il tarixli arayışıa əsasən X71 30.12.1967-ci ildən 07.07.200 2-ci ilə qədər, yəni ölənə kimi *********** saylı ünvanda qeydiyyatda olub. Həmçinin qeyd edilmişdir ki, tənha olub. Yasamal Rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatınin 42 saylı MKİS-nin 24.01,2005-ci il tarixli arayışa əsasən X55 22.02.1972-ci ildə orderə əsasən 8 mikrorayonda ev aldığı üçün qediyyatdan çıxıb. Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən 2002-ci il tarixdə verilmiş AZ-İ003091 seriyalı ölüm haqqında şəhadətnaməyə əsasən X36 07 iyul 2002-ci il tarixdə ölmüşdür.Bu barədə ölüm haqqında akt qeydləri kitabında 09.07.2002-ci il tarixdə 714 nömrəilə qeyd edilmişdir Bakı şəhəri Yasamal Rayon Məhkəməsınin 2-14.73/2002 9.09.2002-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı- İddiaçı cavabdeh N6 və qeyrilərinə qarşı alqı.-satqı müqaviləsinin bağlanmış hesab edilm əsinə dair iddia tələbi təmin edilmiş, X29, ilə X48 Bala oğlu arasında Bakı şəhəri, ************* saylı evin 52/200 hissəsinə dair alqı-satqı müqaviləsi bağlanmış hesab edilmiş, İddiaçı Bakı şəhəri, *********** saylı evin 130/200 hissəsinə dair mirası qəbul etməsi faktı üəyyən edilmiş, İddiaçı Bakı şəhəri, ************* saylı lin 130/200 hissəsi üzərində mülkiyyət hüququ tanınmışdır.Bakı şəhəri, ************* saylı evin 130/200 hissəsinə dair İddiaçı adına qeydiyyat vəsiqəsinin verilməsi Bakı şəhər Tİ və MHQİ-nə tapşırılmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2-1732/2005 saylı, 17.06.2005-ci il tarixli qiyabi qətnaməsindən görünür ki, İddiaçı cavabdeh X26 qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi və vərəsəlik hüququnun tanınması barədə iddia tələbi təmi n edilmiş, Bakı şəhəri, ************* saylı evin,6/200 hissəsinə dair 05.09.1987-ci il tarixdə Bakı şəhəri 5 saylı Notariat Kontoru tərəfindən Cavabdeh adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və Bakı şəhəri, ************* saylı evin 15,6/200 hissəsinə dair 30.09.1987-ci il tarixdə X22 adına verilmiş qeydiyyat vəsiqəsi etibarsız hesab edilmiş, X22 adına olmuş Bakı şəhəri, ************* saylı evin 15,6/200 hissəsinə dair İddiaçı qanun üzrə birinci növbəli vərəsəlik hüququ: X20 adına olmuş Bakı şəhəri, ************* saylı evin 15,6/200 hissəsinə dair isə İddiaçı qanun üzrə ikinci növbəli vərəsəlik hüququ tanınmışdır. X22 adına olmuş Bakı şəhəri, ************* saylı evin 15,6/200 hissəsinə X20 adına olmuş Bakı şəhəri, ************* saylı evin 15,6/200 hissəsinə (birlik də 31,2/200 hissəyə) dair İddiaçı qanun adına qeydiyyat vəsiqəsinin verilməsi Bakı şəhəri Ti VİHQİ-nə tapşırılmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 19.05.2015-ci il ıli qərardadı ilə, Məhkəmənin 2-1732/2005 saylı, 17.06.2005-ci il tarixlı qiyabi qətnaməsi ləğv edilmiş və iş üzrə icraat təzələnmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7003/2015 saylı, 26.11.2015-ci il tarixli qərardadın surətindən görünür ki, X102 apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 09.09.2002-ci il tarixli qətnaməsi ləğv edilmiş, İddiaçı N6, X15, X60 və X73 qarşı alqı-satqı müqaviləsinin bağlanması, mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və mülkiyyət hüququnun tanınmasına dair ərizəsi baxılmamış saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının l2)-774/16 saylı, 02.03.2016-cı il tarixli Qərarından görünür ki, İddiaçı kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə 26.11.2015-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin ********** saylı, 08.09.2017-ci il tarixli məktubuna əsasən, Bakı şəhəri, ************** küçəsi, ev 14 X56, X46, X30, Q6, X3, X17, X6, X57, Zibeydə Kərbəlayı qızının, X47, X59 adlarına ilkin qeydiyyatdan keçmişdir. 9 saylı DNK-nın ****** reyestr nömrəli 17.08.1957-ci il tarixli şəhadətnaməsinə əsasən X56 vəfatından sonra ona məxsus 70/200 hissəsi X7 və Bəhramova X42 adlarıına qeydiyyatdan keçmişdir. 2 saylı DNK -nın 5286 reyestr nömrəli 16.10.1929-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən X61 X43 X18, Qasım Kərbəlay ismayıl oğlundan, X4. K6, X106 ismayıl qızından onlara məxsus olan 78/200 hissəsini almışdır. 5 saylı DNK-nın ****** reyestr nömrəli 05.09.1987-ci il tarixli qanun üzrə vərəsəlik shadətnaməsinə əsasən X12 vəfatından sonra X20 (15,6/200 hissə) və Cavabdeh (15,6/200 hissə) adlarına qeydiyyatdan keçmişdir. 5 saylı DNK-nın ****** reyestr nömrəli 26.03.1997-ci il tarixli qanun üzrə vərəsəlik şəhadətnaməsinə əsasən İbrahimova (Vəliyeva) X58 vəfatından sonra 78/200 hissəsi X5 adına qeydiyyatdan keçmişdir. Yasamal rayon Məhkəməsinin 09.09.2002-ci il tarixli qətnaməsinə əsasən Qasımov za Qulu İbrahim oğlu ilə N6, X34, A6 lli B6 və X90 arasında sözügedən evin 52/200 hissəsinə dair alqı-satqı müqaviləsi bağlanmışdır, İddiaçı evin 130/200 hissəsinə dair mirası qəbul etməsi faktı müəyyən edilmişdir və onun adına həmin hissə qeydiyyatdan keçmişdir. Yasamal rayon Məhkəməsinin 2-1732 saylı, 17.06.2005-ci il tarixli qiyabi fetnaməsinə əsasən 5 saylı DNK-nın 2N-42 reyestr nömrəli 05.09.1987-cı il tarixli qanun üzrə vərəsəlik şəhadətnaməsinə əsasən X27 (15,6/200 hissə) və Cavabdeh (15,6/200 hissə) adlarına verilmiş qeydiyyat vəsiqəsi ləğv edilmişdir. Cavabdeh adına olmuş evin 15,6/200 hissəsinə dair İddiaçı qanun üzrə birinci növbəli vərəsəlik hüququ X20 adına olmuş evin 15,6/200 hissəsinə dair İddiaçı qanun üzrə ikinci növbəli vərəsəlik hüququ tanınmışdır. Cavabdeh adına olmuş evin 15,6/200 hissəsinə X20 adına evin 15,6/200 hissəsinə (birlikdə 31,2/200 hissəyə) dair İddiaçı adına qey diyyat vəsiqəsi verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 1159.1.3-cü maddəsinə əsasən bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın.Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. - 1159.2-ci maddəsinə əsasən, ikinci növbədə - ölənin bacıları və qardaşları.Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın.Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. -1229-cu maddəsinə əsasən vəsiyyətnamənin etibarsız say ıldığı halda bu vəsiyyətnamə ilə vərəsəlik hüququndan məhrum edilmiş vərəsə mirası ümumi əsaslar üzrə ala bilər. - 1230-cu maddəsinə əsasən qanun üzrə vərəsələr və digər əlaqədar şəxslər əqdin etibarsızlığına səbəb olan hallar üzrə vəsiyyətnamənin etibarlığı barəsində mübahisə edə bilərlər. - 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfındən qəbul edilmiş sayılır. - 1243.3-cü bəndində göstərilir ki, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamil ə qəbul etmişdir - 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər.Miras açıldığı gündən altı keçdikdən sonra mirasın qəbuluna yol verilmir. - 1321.1-ci maddəsinə əsasən vərəsəliyə çağrılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. -1322-ci maddəsinə əsasən vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən 6 ay keçdikdən sonra istənilən vaxt verilir.Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnamə altı aydan da tez verilir. Sübutları tətqiq edən apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, qanun üzrə vərəsələr və digər əlaqədar şəxsiər əqdin etib arsızlığına səbəb olan hallar üzrə vəsiyyətnamənin etibarlığı barəsində mübahisə edə bilərlər. Hər bir vərəsə həm daşınar, həm də daşınmaz əmlakdan öz payının naturada ayrılmasını tələb edə bilər, bir şərtlə ki, bu şəkildə ayırma mümkün olsun və ya qanunla qadağan edilməsin. Dövlət Hakimiyyəti orqanının və ya özünü idarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. İddia tələbi cavabdeh X67 adına 05.09.1987-ci il tarixdə Bakı şəhəri, ************* saylı evin 15,6/200 hissəsinə dair Bakı şəhəri 5 saylı Notariat kontoru tərəfindən verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, həmin şəhadətnamə əsasında göstərilən hissəyə dair Cavabdeh adına verilmiş 30.09.1987-ci ıl tarixli qeydiyyat vəsiqəsinin (müvafiq qeydiyyat yazısının) ləğv edilməsi hissəsində rədd edilməlidir. Apellyasiya qaydasında içə baxan məhkəmə kollegiyası haqlı olaraq qeyd etmişdir ki, mübahisəli hüquq münasibətinə iddia müddətinin tətbiqinin mümkünlüyü 01 sentyabr 2000-ci ilədək qüvvədə olmuş Mülki Məcəllənin 73-cü maddəsi ilə müəyyən edilmiş iddia müddətinin keçib-keçmədiyi müəyyən edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001ci il tarixli qərarında qeyd etmişdir ki, 2000-ci il sentyabrın 1-dən sonra yaranan hüquq münasibətlərindən irəli gələn tələblər üzrə Mülki Məcəllənin 373-cü maddəsində nəzərdə tutulan iddia müddətləri, 2000-ci il sentyabrın 1-nə qədər yaranmış hüquq münasibətlərindən irəli gələn tələblər üzrə isə əvvəlki Mülki Məcəllənin 73-cü maddəsində göstərilən iddia müddətləri əsas götürülməlidir. Qərarda daha sonra qeyd edilmişdir ki, qanunverici başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edir. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəf lərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. 01 sentyabr 2000-ci ilədək qüvvədə olmuş Mülki Məcəllənin 73-cü maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası üzrə onun hüquqlarını müdafiə etmək üçün ümumi müddət (iddia müddəti) üç il, dövlət təşkilatlarının, kolxozların və kooperativ və sair ictimai təşkilatların bir-birinə olan iddiaları üzrə isə bir il müəyyən edilir. Qanunvericiliyin qeyd edilən normalarından göründüyü kimi iddiaçı məhkəmə qaydasında notariat kontoru tərəfindən 1987-ci ildə verilmiş qanun üzrə vərəsəlik şəhadətnaməsini və Cavabdeh adına verilmiş 30.09.1987-ci ıl tarixli qeydiyyat vəsiqəsinin (mü vafiq qeydiyyat yazısının) ləğv edilməsi barədə iddia iddia ərizəsi ilə 25.05.2005-ci il tarixdə müraciət etməklə qanunvericiliklə müəyyən edilimiş 3 illik iddia müddətini ötürmüşdür. Birinci instansiya məhkəməsi tərəfindən iddianın həmin hissədə rədd edilməsi barədə düzgün nəticəyə gəlinmiş, yalnız iddia müddətinin məhz ötürülməsi hazırki mülki qanunvericiliyin müddəaları baxımdan qiymət verilmişdir ki, kollegiya faktlar nöqteyinəzərindən qanuni, əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməni yalnız bu kimi əsasla ləğv edilməsini qanuni və əsaslı hesab etmir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinin tələbinə müvafiq olaraq tam hüquqlu məhkəmə kimi iş üzrə toplanmış sübutları tədqiq edib onlara hüquqi qiymət verərək və yuxarıda göstərilən maddi və prosessual hüquq normalarını rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi haqlı olaraq nəticəyə gəlmişdir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-104/2017 saylı iş üzrə 20 oktyabr 2017-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni 05 sentyabr 1987-ci il tarixdə Bakı şəhəri 5 saylı dövlət notariat kontoru tərəfindən miras evin 15,6/200 hissəsi üçün cavabdeh (əmisi) X67 adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsinin v ə həmin şəhadətnamə əsasında göstərilən hissəyə dair Cavabdeh adına verilmiş 30.09.1987-ci ıl tarixli qeydiyyat vəsiqəsinin (müvafiq qeydiyyat yazısının) ləğv edilməsinin təmin edilməməsi hissəsində İddiaçı münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. İşin şərh olunan hallarını müzakirə edərək məhkəmə kollegiyası nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməklə qanuni və əsaslı qətnamə qəbul edildiyinə görə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya şikayətinin dəlilləri əsassız olduğu üçün qanuni və əsaslı olan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də kassasiya şikayəti təmin olunmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mü lki-Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının bu iş üzrə 15 avqust 2018-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1526/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-1526/2019
04.03.2019 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver