Məhkəmə qərarları › İş №2(102)-1529/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-1529/2023

01.05.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1529/2023 01.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı1 və X2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Şəmkir rayon 1 saylı notariat ofisi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir ərazi idarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: vərəsəlik hüququ haqqında şəhadətnamənin və daşınmaz əmlakın dövlət reyesterindən çıxarışın ləğv edilməsi, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, mirasın qəbulu faktının müəyyən edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər X11 (məruzəçi), Əliyev Zaur Əli oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə İddiaçı1 və X2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Şəmkir rayon 1 saylı notariat ofisi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir ərazi idarəsinə qarşı vərəsəlik haqqında şəhadətnamənin və onun əsasında verilmiş çıxarışın ləğvi, alqı-satqı müqaviləsinin etibarsızlığı, qanun üzrə vərəsə kimi tanınma, mirasın qəbulu faktının müəyyən edilməsi, miras əmlakda payların müəyyən edilməsi tələblərinə dair iddia ərizsəi ilə bağlı Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-2355/2022 nömrəli iş üzrə 17 oktyabr 2022-ci il tarixli qətnaməsindən İddiaçı1 və Cavabdeh1 kassasiya şikayətlərinə Ali Məhkəmənin bin asında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Miras əmlak ünvan (yeni qaydalarla AZ5700 ünvan 1 ünvanda yerləşən 0,0948 ha topraq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 182,5 kv.m. olan fərdi yaşayış evindən ibarətdir.

2. Sözügedən əmlak X6 (miras qoyan) məxsus olmuşdur. Miras qoyanın əri XXX 1962-ci ildə, miras qoyan 24 aprel 2001-ci ildə ölmüşdür.

3. Miras qoyanın 9 övladı olmuşdur: X4 (xx.xx.2020-ci il ölmüşdür), X7 (xx.xx.2021-ci il ölmüşdür, X12 adlı övladı var), Cavabdeh1, X15 (xx.xx.2017-ci il tarixdə ölmüşdür), X8 (xx.xx.2020-ci il tarixdə ölmüşdür), İddiaçı1, X9 (1999-cu ildə ölmüşdür), İddiaçı2 və X10 (2002-ci ildə ölmüşdür). 4. 09.12.2020-ci ildə Cavabdeh1 notarial qaydada ərizə ilə müraciət edərək qardaşı X1 xx.xx.20 20-ci ildə vəfat etdiyini bildirmiş və ondan qalan miras əmlakı qəbul etdiyini göstərmişdir. 5. 24.12.2020-ci ildə miras əmlak X5 adına xüsusi mülkiyyət kimi qeydə alınmışdır.

6. Cavabdeh1 xx.xx.2021-ci il tarixdə ərizə ilə Şəmkir rayon notariat ofisinə müraciət edərək anasından miras qalan əmlaka dair vərəsəlik haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Ərizədə digər vərəsələrin olub-olmaması göstərilməmişdir. 7. xx.xx.2021-ci ildə Cavabdeh1 miras əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Şəhadətnaməyə əsasən vərəsə miras əmlakdan tam hissədə pay almalıdır. 8. 22.12.2021-ci il tarixdə miras əmlak tam pay hüququ ilə Cavabdeh1 xüsusi mülkiyyətinə keçmiş və bu barədə çıxarış verilmişdir. 9. xx.xx.2021-ci ildə Cavabdeh1 miras qalmış əmlakı notarial qaydad a alqı-satqı yolu ilə Cavabdeh2 satmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat

10. İddiaçılar cavabdehlərə qarşı məhkəməyə müraciət edərək, mərhum anaları X3 miras qalmış mülkə dair Cavabdeh1 tam pay hüququ verilməsi barədə Şəmkir rayon 1 saylı notariat ofisinin 05 mart 2021-ci il tarixli 2V-XXX nömrəli reyestrlə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, həmin şəhadətnamə əsasında tərtib edilmiş mülkiyyət hüququna dair çıxarışın ləğv edilməsi, həmin miras əmlaka dair xx.xx.2021-ci il tarixli 4Ə-XXX saylı reyestrlə qeydə alınmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, miras mülkə qanun üzrə vərəsə kimi tanınma, mirasın faktiki olaraq qəbul edilməsi faktının müəyyən edilməsi, miras mülkdən payların müəyyən edilmə sinə dair qətnamə çıxarılmasını xahiş etmişlər.

11. İddianın əsaslarına görə, analarının sağlığında qardaşı X4 anası ilə birlikdə yaşamışdır. Lakin XXX xəstə olduğuna görə ona və anasına ailəsi ilə birlikdə İddiaçı1 qulluq etmiş, eləcə də anasının vəfatından sonra həmin miras evdə qardaşının qeydinə qalmışdır. Ailəsi ilə birlikdə evin abad saxlanılmasını, həyətyanı torpaq sahəsinin suvarılmasını, meyvələrinin yığılmasını təmin etmişdir. Qardaşı İddiaçı2 Rusiyada yaşasa da, il ərzində bir neçə dəfə gəlmiş və həmin evdə yaşamışdır. Bundan başqa, qardaşı İddiaçı2 ona Rusiyadan pul göndərmiş, İddiaçı1 isə həmin vəsaiti miras evin dam örtüyünün, pəncərələrin, pilləkənin inşasına sərf etmişdir. Anasından qalan miras mülkdə XXX, XXX və XXXdən başqa heç kim yaşamamış və mirasın qəbulunu həyata keç irməmişlər. Lakin 2022-ci ilin yanvar ayının əvvəllərində miras mülkün qarşısına tanımaqdıqları şəxslərin yük maşını ilə gələrək həmin evdən əşyalarını çıxartmaq istəməsinin şahidi olmuş və buna görə polisə məlumat vermişlər. Araşdırma zamanı məlum olmuşdur ki, həmin şəxslər anasından qalmış miras əmlakı cavabdeh qardaşı Cavabdeh1 satın almışlar. Sorğulara cavab olaraq müəyyən edilmişdir ki, miras əmlak Şəmkir rayonu 1 saylı notariat ofisində 05 mart 2021-ci il tarixli 2V-XXX reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında tam pay hüququ ilə Cavabdeh1 verilmişdir. Həmin şəhadətnamə əsasında miras əmlak Cavabdeh1 adına 22 dekabr 2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışla dövlət qeydiyyatına alınmışdır. Bundan sonra Cavabdeh1 Şəmkir rayonu, 1 saylı notariat ofisində 23 dekabr 2021-ci il tarixli 4Ə-XXX reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında digər Cavabdeh2 satmışdır. Qardaşı Cavabdeh1 qanunsuz olaraq miras əmlakı öz adına rəsmiləşdirmişdir. Belə ki, Cavabdeh1 heç vaxt anasından qalmış mirası qəbul etməmiş, sadəcə formal olaraq anasına məxsus olan evdə pasport qeydiyyatında olmuşdur. Cavabdeh1 digər vərəsələri notariat kontorundan gizlədərək, miras əmlakı tam şəkildə öz adına rəsmiləşdirmişdir.

12. Şəmkir Rayon Məhkəməsinin 2(076)-1004/2022 nömrəli iş üzrə 27 may 2022-ci il tarixli qətnaməsi ilə (hakim K.Məmmədov) iddia qismən edilərək, ünvan 2 ünvanda yerləşən mərhum X3 miras qalmış 0,0948 ha həyətyanı torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 182,5 kv.m. olan fərdi yaşayış evindən ibarət miras mülkdən Cavabdeh1 tam pay hüququ verilməsinə dair Şəmkir rayon 1 saylı Notariat Ofisi tərəfindən verilmiş 05 mart 2021 ci il tarixli 2V-XXX reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və həmin miras mülk üzərində Cavabdeh1 mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında 22 dekabr 2021-ci il tarixli ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, İddiaçı1 və İddiaçı2 həmin miras əmlaka qanun üzrə vərəsə tanınmaları və həmin miras əmlakı faktiki olaraq qəbul etmələri faktının müəyyən edilməsi, həmin miras əmlakdan İddiaçı1 payının 1/2 hissədə, İddiaçı2 payının 1/2 hissədə müəyyən edilməsi qət edilmiş, iddia tələbinin miras əmlakın Cavabdeh1 Cavabdeh2 satılmasına dair Şəmkir rayonu 1 say lı notariat ofisində 24 dekabr 2021-ci il tarixdə 4Ə-XXX nömrəli reyestrlə qeydə alınmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi hissəsinə münasibətdə qanunsuz və əsassız olduğuna görə təmin edilməmiş, iddiaçılar İddiaçı1 və İddiaçı2 gələcəkdə 24 dekabr 2021-ci il tarixdə 4Ə-XXX nömrəli reyestrlə qeydə alınmış alqı-satqı müqaviləsinin bağlanması nəticəsində onlara vurulmuş ziyanla bağlı məhkəməyə müraciət etmək hüquqları izah edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat

13. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşmayan İddiaçı1 və Cavabdeh1 ondan apellyasiya şikayəti vermişlər.

14. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-2355/2022 nömrəli iş üzrə 17 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər R.Muradov (sədrlik edən və məruzəçi), Ə.Məmmədov və F.Mehtiyev) İddiaçı1 apellyasiya şikayəti təmin edilməmiş, Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi İddiaçı1 və İddiaçı2 həmin miras əmlaka qanun üzrə vərəsə tanınmaları və həmin miras əmlakı faktiki olaraq qəbul etmələri faktının müəyyən edilməsi, həmin miras əmlakdan İddiaçı1 payının 1/2 hissədə, İddiaçı2 payının 1/2 hissədə müəyyən edilməsi hissədə ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilərək, iddia həmin hissədə qismən təmin edilmiş, X3 miras qalmış ünvan 3 ünvanda yerləşən 0,0948 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 182,5 kv.m. olan fərdi yaşayış evindən ibarət mirasın birinci növbə vərəsələr İddiaçı1, X13 və Cavabdeh1 tərəfindən qəbul edilməsi faktının müəyyən edilməs i və miras əmlakda hər birinin payının 1/3 hissədə müəyyən olunması qət olunmuş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

15. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsaslarına görə, XXXnın vəfatından sonra miras əmlakda subay olan uşaqları XXX və XXX yaşamış, XXXin ölümündən sonra isə XXX tək yaşamışdır. XXX Quliyevin ölümündən sonra isə miras əmlakdə sağ qalan vərəsələrdən heç kim yaşamamışdır. Lakin buna baxmayaraq miras əmlak sağ qalan vərəsələr, yəni XXX, XXX və XXX tərəfindən idarə olunmuşdur. Belə ki, işdən müəyyən olunur ki, XXXin ölümündən sonra evin açarları XXX və XXXdə olmuş, hər ikisi fərdi yaşayış evinin idarə olunmasında və saxlanılmasında iştirak etmişlər. İddiaçı2 Rusiya Federasiyasında yaşasa da, evin təmiri üçün pul göndərmiş, XXX də öz növbəsin də həmin pula fərdi yaşayış evinin pəncərələrini, dam örtüyünü və digər təmir işlərini həyata keçirtmişdir. İşin qeyd olunan bu halı İddiaçı1 izahatı, eləcə də şahid ifadələri ilə təsdiq olunur. Miras qoyanın adları qeyd olunan sağ qalan vərəsələri birlikdə mirası faktiki olaraq qəbul etmələrinə baxmayaraq, Cavabdeh1 notariat kontoruna müraciət edərək, adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almış və sonradan adına çıxarış alaraq, həmin əmlakı Cavabdeh2 satmışdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, qanun üzrə vərəsəlik haqqında şəhadətnamə və mülk üzərində Cavabdeh1 mülkiyyət hüququnu təsdiq edən çıxarışın ləğv edilməsi hissəsində iddianı təmin etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlsə də, iddianın təmin olunan digər hissəsinə münasibətdə düzgün nəticəyə gəlməmişdir. Belə ki, miras əmlak həm iddiaçılar, həm də Cavabdeh1 tərəfindən qəbul olunmuşdur. Ona görə də apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, qətnamə İddiaçı1 və İddiaçı2 həmin miras əmlaka qanun üzrə vərəsə tanınmaları və həmin miras əmlakı faktiki olaraq qəbul etmələri faktının müəyyən edilməsi, həmin miras əmlakdan İddiaçı1 payının 1/2 hissədə, İddiaçı2 payının 1/2 hissədə müəyyən edilməsi hissədə ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməli, iddia tələbi həmin hissədə qismən təmin edilməli, X3 miras qalmış ünvan 4 ünvanında yerləşən 0,0948 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 182,5 kv.m olan fərdi yaşayış evindən ibarət mirasın, sağ qalan birinci növbə vərəsələr İddiaçı1, X13 və Cavabdeh1 tərəfindən q əbul edilməsi faktı müəyyən edilməli və miras əmlakda hər birinin payı 1/3 hissədə müəyyən olunmalıdır.

16. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140, 146.1, 146.2, 146.3, 149.2, 178.1, 182-ci maddələrinə istinadla əsaslandırmışdır. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

17. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə razılaşmayan İddiaçı1 və Cavabdeh1 ondan kassasiya şikayəti verərək, iddiaçı qətnamənin tam, cavabdeh iddia təmin olunan hissədə ləğv edilib, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmasını xahiş etmişlər.

18. İddiaçının kassasiya şikayətinin dəlillərinə görə, satılan əmlakda 1/3 hissədə payı olsaydı belə, Cavabdeh1 onu digər mülkiyyətçi lərin razılığı olmadan sata bilməzdi. O və qardaşı XXX mirasın qəbul edilməsi faktının müəyyən edilməsini tələb edəndə öz paylarının müəyyən edilməsini nəzərdə tutmuşlar. Apellyasiya məhkəməsi isə onların iddiasında cavabdeh olan, hər hansı tələb irəli sürməyən Cavabdeh1, iddiası olmayan şəxsə mülkiyyət hüququ vermişdir. Apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 140-cı maddəsini səhv tətbiq etmişdir. Apellyasiya instansiyası məhkəməsi qətnaməsini işdə olan sübutlar əsasında çıxardığı halda, başqa heç nə tədqiq etmədiyi halda miras evin açarının Cavabdeh1 olması barədə heç nə ilə təsdiq edilməyən uydurma əsasında iddia tələbindən kənara çıxıb, mirasın 1/3 hissəsini ona vermişdir.

19. Cavabdehin kassasiya şikayətinin dəlillərinə görə, anası xx.xx.2001-ci ildə vəfat edib. Bununla da miras açılıb. İddiaçılar mirasın açılması barədə məlumatlı olmuşlar. Lakin notariat kontoruna mirası qəbul etmələri ilə bağlı məlumat verməmişlər. X17 xx.xx.2020-ci ildə vəfat edib. Onun ölümü də iddiaçılara məlum olmuş, lakin mirasın qəbulu ilə bağlı iddiaçılar yenə də notariata müraqciət etməmiş, nə də mirası faktiki olaraq qəbul edib idarə etməmişlər. Bununla da iddiaçılar miras əmlakdan pay almaq hüquqlarını itirmişlər. 22 ildən sonra iddiaçılar hazırki tələblə iddia qaldırmış, iddia müddətini ötürmüşlər. Məhkəmə aktlarında göstərilir ki, miras açıldığı gündən altı ay müddətində vərəsəlik müəyyən olunur. 6 aydan sonra mirasın qəbuluna yol verilmir. Mirası faktiki qəbul etmiş vərəsə mirası idarə etməyə başladığı vaxtdan miras varisin mülkiyyəti sayılır. O da qanun üzrə vərəsə olaraq mirası faktiki qəbul edib idarə etmişdir. Miras mülkdə yaşamışdır. Miras mülkü o, idarə etmişdir. Mirası qəbul etməsi ilə bağlı notariat kontoruna rəsmi qaydada o, müraciət etmişdir. İddiaçılar hələ valideynlərinin sağlığında miras mülkdən çıxmışlar və kənarda öz ailə üzvləri ilə birgə yaşamışlar. Bunu məhkəmə baxışında özləri də təsdiq etmişlər. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Cavabdehin kassasiya şikayətinə qarşı iddiaçının etirazının dəlilləri sonuncunun kassasiya şikayətinin dəlilləri ilə eyni omuşdur. TƏTBİQ EDİLƏN HÜQUQ

21. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə

13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bil ər; Maddə

29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır; İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur; İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir; Vİİ. Dövlət vərəsəlik hüququna təminat verir; Maddə

60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. 22. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya: Maddə

6. Ədalətli məhkəmə araşdırması hüququ

1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. 23. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyaya dair Protokol: Maddə

1. Mülkiyyətin müdafiəsi Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi q anunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır.

24. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; Maddə

140. Daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir; Maddə 148.2. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir; Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir; Maddə 1145. Mirasın açılması Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır; Maddə 1146. Mirasın açıldığı vaxt Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır; Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir; Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər); Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır; Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir; Maddə 1255. Mirasa mülkiyyətin əmələ gəlməsi Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 25. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 16.6. Dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Müqavilə əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hə r hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

26. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər; Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir; Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxla yır; Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır; Maddə 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər; Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır; Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamə nin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.

27. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2014-cü il tarixli Qərarı: “Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahib lik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Məhkəmələr tərəfindən vərəsəlik hüququnu, o cümlədən mirasın qəbul edilməsini tənzimləyən və iş üzrə tətbiq edilən hüquq normalarının müddəaları Konstitusiyanın 29-cu maddəsinin V hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təmin edilməsi sahəsində dövlətin üzərinə düşən konstitusiya öhdəlikləri baxımından şərh edilməlidir. Burada nəzərə alınmalıdır ki, həmin öhdəliklərin yerinə yetirilməsi vərəsəlik hüququnun əsasını təşkil edən sosial ədalətlilik prinsipinin təmin edilməsinə və gələcəkdə hər hansı vərəsənin qanuni əsaslarla qəbul edilmiş miras əmlak üzərində mülkiyyət hüququndan formal tələblərə görə məhrum edilməməsinə yönəlmişdir.” KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

28. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilib, işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməli dir.

29. Kassasiya şikayətləri bir iddiaçı və bir cavabdeh tərəfindən verildiyi və şikayətlərdə qətnamənin qismən və tam ləğvi xahiş edildiyi üçün, apellyasiya instansiyasının yekun məhkəmə aktı həmin kassatorlara aid hissədə kassasiya şikayətlərində irəli sürülən dəlillər üzrə yoxlanılır.

30. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən, kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Həmçinin, iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının p ozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellylasiya instansiyası məhkəməsinin qətnaməsinin tam yaxud qismən ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

32. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları və apellyasiya şikayətlərinin dəlilləri üzrə lazımi araşdırma aparılmış, sübutetmə yükü düzgün bölüşdürülmüş, sübutlara hüquqi qiymət verilmişdir.

33. İlk olaraq, vərəsəlik hüququ mülkiyyətçinin sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlərin ölümündən sonra onun iradəsinə uyğun olaraq müəyyən etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçməsini ehtiva edir. Mülki hüququn bu institutu vasitəsi ilə miras qoyanın, onun kreditorlarının, eləcə də vərəsələrinin mənafeyi qorunur, miras qoyanın əmlakın aqibəti ilə bağlı niyyətinin həyata keçirilməsinə şərait yaradılır, bununla da etibarlı və sağlam ailə münasibətlərinin qorunub inkişaf etdirilməsi təmin olunur. Qeyd olunan hallar həm şəxsiyyətin qorunması, həm də ictimai mənafelərin təmin olunması məqsədinə xidmət etməklə, vərəsəlik hüquq qaydalarının məcburiliyini, yəni qanunverici tərəfindən müəyyən tənzimetmənin imperativliyini şərtləndirir. Ailə üzvlərinin mənafeyinin üstünlüyü vərəsəlik hüququnun əsasında duran ailə təminatı prinsipindən irəli gəlir. Bu prinsip vətəndaş cəmiyyətinin özəyini təşkil edən ailənin təminatı məqsədilə yaxın qohumluqla (uşaq, ər, arvad, valideynlər) miras qoyana bağlı olan şəxslərin mənafeyinin digər şəxslərin mənafeyindən üstün olmasını nəzərdə tutur. Ailə-təminat prinsipini n məntiqinə əsasən mülkiyyətçiyə yaşadığı dövrdə məxsus olan əmlak (əmlakın müəyyən hissəsi) üzərində sərəncam vermək hüququ onun vəfatından sonra yaxın ailə üzvlərinə məxsus olmalıdır. Bu prinsip qanun üzrə vərəsəlik zamanı növbəlik, irsi transmissiya qaydalarında özünü göstərir və mirasın daha yaxın şəxslər dairəsinə çatmasına xidmət edir. Vərəsəlik hüququ vasitəsilə mülki dövriyyə iştirakçıları olan fiziki şəxslərin ölməsi halında onların sağlığında qurduqları hüquqi münasibətlərdən irəli gələn hüquq və öhdəliklərinin aradan qalxmaması, vərəsələri tərəfindən həyata keçirilməsi üçün hüquqi şərait yaradılır ki, nəticədə mülki dövriyyənin davamlılığı və fasiləsizliyi təmin edilməklə hüquqi müəyyənlik və hüquqi etimad prinsipləri qorunmuş olur. Vərəsəlik institutu hər bir şəxsə zəmanət ve rir ki, sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlər (onların yüklülükləri ilə birlikdə) ölümündən sonra onun iradəsinə uyğun olaraq ifadə etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçsin. Vərəsəlik hüququ obyektiv hüquq kimi ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin qanun üzrə və ya vəsiyyət üzrə digər şəxslərə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Qanunverici tərəfindən mirasın qəbulunun formal və qeyri-formal üsulları müəyyən edilmişdir. Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etməsi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu isə vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyə tinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək və miras əmlakı faktiki idarə etmək.

34. Miras əmlakın hansı üsulla qəbul edilməsindən asılı olmayaraq vərəsə tərəfindən miras əmlakın saxlanması və təsərrüfatın aparılması üçün icra edilmiş hərəkətlərin bariz şəkildə nümayiş etdirilməsi onun miras aktivini və miras passivini qəbul etməsinə dəlalət edir. Əks yanaşma, yəni vərəsə sayılan şəxslərin qeyri-formal üsulla mirası qəbul etməsinə baxmayaraq formal mülahizələrə əsasən bu faktın inkar edilməsi vərəsəlik hüququnun mahiyyətinə zidd olmaqla, həmin şəxslərin subyektiv hüququnun olmaması səbəbi ilə ədalətli m əhkəmə araşdırması hüquqlarının, bu isə öz növbəsində mülkiyyət hüququnun və qanunla qorunan maraqların əhəmiyyətli dərəcədə pozulmasına səbəb olar.

35. Kassasiya şikayətlərinə gəldikdə, cavabdehin şikayətinin dəlilləri işin hallarının sübut olunmaması, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və yaxud qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlı olduğu üçün, hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır və onlara qiymət verilmir.

36. İddiaçının kassasiya şikayətinin Mülki Məcəllənin 140-cı maddəsinin mübahisəyə səhv tətbiq edilməsi barədə dəlili əsassızdır. Belə ki, Konstitusiya Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə görə, Azərbaycan Respublikasının qanun vericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 2010-cu il 25 oktyabr tarixli Qərar). Mülki Məcəllənin 140-cı maddəsi, eləcə də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 16.6-cı maddəsində dövlət reyestrinin açıqlığı prinsipindən irəli gələrək daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası öz əksini tapmışdır. Belə ki, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası dövlət orqanının həyata keçirdiyi reyestrə ictimai inam və hüquqi etimadın təmin edilməsi məqsədi daşıyır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Belə hüquqi akta ictimai güvənin və etimadın təmin edilməsi üçün daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qəbul edilmişdir. Bu prezumpsiyaya əsasən, dövlət orqanının həyata keçirdiyi reyestrə və verdiyi hü quqi aktın məzmununa inanaraq əşya üzərində hüquqlar əldə edən vicdanlı üçüncü şəxslərin hüquqları dövlət tərəfindən qorunur (Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə 2018-ci il 18 iyul tarixli Qərarı). Əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı, vicdanlı hesab edilir. Mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir (S.N.Məmmədovanın şikayəti üzrə 2004-cü il 27 oktyabr tarixli Qərar).

37. Əşya üzərində mülkiyyət, habelə ipoteka və s. kimi əşya hüquqları əldə edən şəxs həmin əşya ilə bağlı hüquqlara dair dövlət reyestrindəki qeydə inanaraq hərəkət edirsə və bu zaman qeydiyyatın düzgün olmadığını bilmirsə və ya qeydiyyatın qeyridəqiqliyinə dair qeyd reyestrə daxil edilməyibsə, vicdanlı əldə edən hesab edilir və onun hüquqları qorunur. Bu mənada, Cavabdeh2 qeydin qeyri-dəqiq olmasını bildiyi məhkəmələr tərəfindən müəyyən edilməmişdir, fakt iş materialları ilə təkzib olunmur.

38. Eyni şikayətin apellyasiya instansiyası məhkəməsinin iddia tələbindən kənara çıxıb, mirasın 1/3 hissəsini cavabdehə verməsinə dair dəlil də əsaslı deyil. Belə ki, mübahisə üç vərəsə arasında miras əmlaka pay hüququnun müəyyən edilməsi ilə bağlı yaranmışdır və iddianın həmin mübahisənin tərəflərinə mübasibətdə qismən təmin edilməsi MPM-in 218.3-cü maddəsi anlamında məhkəmənin iddia tələblərindən kənara çıxması kimi qiymətləndirilməməlidir.

39. Beləliklə, mülki işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, kassasiya şikayətləri təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.

40. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-2355/2022 nömrəli iş üzrə iş üzrə 17 oktyabr 2022-ci il tarixli qətnaməsi İ ddiaçı1 və Cavabdeh1 aid hissələrdə dəyişiklik edilmədən saxlanılsın. İddiaçı1 və Cavabdeh1 kassasiya şikayətləri təmin edilməsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar