Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-153/2020 13.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və X1 ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı vəkili X3 iştirakı ilə, Cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-12826/2019 nömrəli iş üzrə xx xxxxxxxx 2019-cu il tarixli qərardadından verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Bakı şəhəri Nəsimi rayon məhkəməsinin (hakim Ceyhun Tağıyev) xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək İddiaçı abunə koduna hesablanmış 611,67 manat borcun silinməsi qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər Abiddin Hüseynov - sədrlik edən və məruzəçi, Xəyalə Cəmilova, İlham Kərimli) xx xxxxxxxx 2019-cu il tarixli qərardadı ilə Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 2(006)-3640/2019 saylı iş üzrə xx xxxx 2019-cu il tarixli qətnaməsindən cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinin adından verilmiş şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilmiş və mülki işin Bakı şəhəri Nəsimi rayon məhkəməsinə göndərilməsi qərara alınmışdır. İşin halları İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi rayon məhkəməsinə müraciət etmişdir. İş üzrə yuxarıda göstərilə n məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: Cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyəti kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarının tələblərini pozmuşdur. Nəsimi rayon məhkəməsinin hazırki iş üzrə qətnaməsində X2 cavabdeh ASC-nin nümayəndəsi olaraq tanınmışdır. Bu hal iş materiallarında onun iş yerini təsdiq edən sənədin olması faktını birbaşa təsdiq edir. Əks halda birinci instansiya məhkəməsində hazırki işə baxılarkən xxxxxxx cavabdehin nümayəndəsi qismində iştirakı mümkünsüz olardı. Digər əsas - Vüqar Əhmədovun şi rkəti təmsil etmək səlahiyyətinin olub-olmaması ilə bağlı qeyd etmək laızmdır ki, Vergilər Nazirliyinin İnternet Vergi İdarəsi portalında Kommersiya qurumlarının dövlət reyestri mövcuddur. Həmin onlayn reyestr vasitəsilə hər hansı kommersiya qurumunun qanuni təmsilçinin kim olduğunu asanlıqla aydınlaşdırmaq mümkündür. Ona görə də, qeyd edilən məsələ ilə bağlı cavabdeh tərəfindən hər hansı sübutun təqdim edilməsi zəruri deyil. Məhkəmənin gəldiyi əsassız nəticə ilə cavabdehin məhkəməyə müraciət hüququ qanunsuz olaraq məhdudlaşdırılmışdır. Tərəflərin izahatları: İddiaçı vəkili X4 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iclas ının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi gəlmədiyi üçün və gəlməməyinin səbəbləri barədə məlumat verilmədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası məruzəçini, iddiaçının vəkilinin izahatını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarından görünür ki,Bakı şəhəri Nəsimi rayon məhkəməsinin xx xxxx 201 9-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək iddiaçının abunə koduna hesablanmış 611,67 manat borcun silinməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Cavabdehin adından Aysel Süleymanova apellyasiya şikayəti vermişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləyə əsasən hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir (69.2). Nümayəndənin səlahiyyəti qanuna uyğun olaraq verilmiş və rəsmiləşdirilmiş etibarnamədə əks etdirilməlidir 73.1). Apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəf indən imzalanmışdırsa şikayət birinci instansiya məhkəməsi tərəfindən qaytarılır (363,1.1). Apellyasiya instansiyası məhkəməsi sadalanan normalara istinad edərək qeyd etmişdir ki, cavabdehin adından apellyasiya şikayəti xxxxxxxxxx tərəfindən imzalansa da, sonuncunun əsas iş yerinin həmin hüquqi şəxs olduğunu təsdiq edən sənəd, yaxud vəkil orderi iş materiallarına əlavə edilməmişdir. Həmçinin, xxxxxxxx adına etibarnamə cavabdeh ASC-nin sədri vəzifəsini icra edən şəxs qismində xxxxxxx tərəfindən verilmişdir. X8 həmin hüquqi şəxsi təmsil etmək səlahiyyətini təsdiq edən hər hansı sənəd şikayətə əlavə edilməmişdir. Yaranmış vəziyyətdə isə şikayətin belə səlahiyyətə malik olan şəxs tərəfindən imzalandığını müəyyən etmək mümkün olmadığı üçün şikayət qeyri-mümkün hesab edilərək mülki işlə birlikdə birinci instansiya məhkəməsinə göndərilməlidir. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayıtinə baxılmasını qeyrimümkün edərkən Mülki Prosessual Məcəllənin tələblərinə riayət edilmişdir. Kassasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, şikayəti imzalayan şəxsin səlahiyyətli olması barədə məhkəməyə sübut təqdim etmək şikayət verən tərəfin vəzifəsidir. Məhkəmə təqdim edilmiş sənədlər əsasında cavabdehin adından imza etmiş şəxsin səlahiyyətli olmamasına görə apellyasiya şikayətini qeyri-mümkün hesab etməkdə düzgün nəticəyə gəlmişdir. Məhkəmənin şəxsin səlahiyyətli olub-olmaması ilə bağlı hər hansı bir orqandan və ya hər hansı bir orqanın İnternet porta lından məlumat əldə etmək vəzifəsi yoxdur. Odur ki, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinin kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-12826/2019 nömrəli iş üzrə xx xxxxxxxx 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov
Məhkəmə qərarları › İş №2(102)-153/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-153/2020
13.01.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver