Məhkəmə qərarları › İş №2(102)-153/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-153/2021

08.02.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-153/2021 08.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı oğlunun cavabdeh “xxxx” ASC-yə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-153/21 (Açar sözlər: aktın etibarsız hesab edilməsi, borcun silinməsi) Bakı şəhəri, xx xxxxxx 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, iddiaçı İddiaçı vəkili Bədəlov Fuad Murad oğlunun, cavabdeh “xxxx” ASC-nin vəkili Vəkil oğlunun iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı “aktın etibarsız hesab edilməsi və borcun silinməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(103)-5022/2020 nömrəli qətnaməsindən cavabdeh “xxxx” ASC-nin kassasiya şikayətinə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr, 3126 məhəllə ünvanında yerləşən 0.025 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2012-ci il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır.

2. Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr, 3126 məhəllə, ev 60 ünvanında abunə kodu **********600xx xxxx 3856045M1457 saylı sayğaca xx.xx.2019-cu il tarixli R 153691 saylı akta əsasən xx.xx.2019-xx.xx.2019-cu il tarixli göstərici üzrə 3511, 42 manat borc hesablanmışdır. a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanına tərtib edilmiş 153691 nömrəli aktın qanunsuz hesab etməklə, işıqdan istifadəyə görə hesablanmış 3374 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Məhkəmə baxışı zamanı iddia tələblərinin dəqiqləşmiş, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr, 3126 məhəllə, ev 60 ünvanında tərtib edilmiş 153691 nömrəli aktın etibarsız sayılması və 3373,67 manat cərimənin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırıb ki, xx xxxxxx 2019-cu il tarixində “xxxx” ASCnin əməkdaşları onun evinə gəlib 153691 nömrəli akt tərtib ediblər. Guya yoxlama zamanı məlum ol muşdur ki, sayğacın möhürü saxtadır.

6. Akt tərtib edərkən iddiaçıya heç bir cərimə olunmayacağını bildiriblər.

7. Sonradan xx.xx.2019-cu il tarixli bildiriş təqdim edərək iddiaçıya 3374 manat cərimə olunduğunu və 3 gün ərzində tam ödəniş etməyəcəyi halda elektrik enerjisini dayandırılmasını bildiriblər.

8. Akta əsasən İddiaçı 3373,67 manat əlavə ödəniş hesablanmışdır.

9. Akt tərtib olunan zaman hal şahidinin iştirakı olmamışdır. Sayğac küçədə yerləşir. Dəfələrlə sayğaca baxış keçirilmiş, lakin sayğacın düzgün işləməməsi barədə iddiaçıya hər hansı bir xəbərdarlıq və ya məlumat bildirməmişdir.

10. Sayğac küçədə yerləşdiyindən nəzarəti də "xxxx" ASC-nin əməkdaşları etmişdir. İddiaçı özü heç vaxt sayğaca müdaxilə etməmişdir. Müdaxilə olunmuş olsa belə, bunu edə biləcək şəxslər "xxxx” ASC-nin əməkdaşları ola bilər. Həmçinin elektron tipli sayğaçıların istismar müddəti 5 il osa da, sayğac 5 ildən çoxdur quraşdırılıb.

11. Elektrik sayğacı şübhəli olub dəyişdirildikdə abonentin iştirakı ilə xüsusi qabda qablaşdırılaraq möhürlənməlidir. Labarotoriya şəraitində ilə abonentin iştirakı ilə plomb açılıb qüsur abonentə göstərilməlidir.

12. Bunların heç birində iddiaçı iştirak etməmişdir.

13. Cavabdehin nümayəndəsi etiraz edərək, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

14. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1350/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdeh “xxxx” ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş R153691 saylı akt etibarsız hesab edilmiş və həmin akta əsasən iddiaçıya hesablanmış 3373,67 manat məb ləğində əlavə ödənişin **********0060 saylı abunə hesabından silinməsi qət edilmişdir. (hakim Cəmilə Musayeva)

15. Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutlara əsaslanaraq müəyyən etmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr, 3126 məhəllə ünvanında yerləşən 0.025 ha torpaq sahəsi X1 oğlunun mülkiyyətində olmuşdur. İddiaçı ilə X1 oğlu arasında bağlanmış xx.xx.2014-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən sözügedən torpaq sahəsi alıcı İddiaçı satılmışdır. 16. xx.xx.2019-cu il tarixdə “xxxx” ASC-nin əməkdaşları tərəfindən iddiaçıya məxsus ünvanda (abunə kodu-**********60060) sayğac laboratoriya yoxlamasından keçmiş, sayğacın daxilinə baxış zamanı elektrik sayğacının sağ alt qapaq möhürünün səhv və saxta olduğu, fərdi yaşayış evini 8 mm-lik kabel xəttinin qidalandı rdığı aşkar edilmişdir, bununla əlaqədar xx.xx.2019-cu il tarixli, R 153691 saylı akt tərtib edilmiş, akta əsasən iddiaçıya müvafiq olaraq 3373,67 manat əlavə ödəniş hesablanmışdır.

17. Məhkəmə qeyd etmişdir ki, xx.xx.2019-cu il tarixli, R 153691 saylı akt Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə Qaydaları»na riayət edilmədən tərtib edilmiş, cavabdehin əməkdaşları tərəfindən imzalanmış, aktın tərtib edilməsi zamanı iddiaçının (abonentin), eləcə də hal şahidlərinin iştirakı təmin edilməmişdir. Eyni zamanda iddiaçının Aktı imza etməkdən imtina etməsi barədə qeydin aparılması da aktdan müəyyən edilmir.

18. Məhkəmə onu da müəyyən etmişdir ki, iddiaçıya məxsus ünvanda cavabdehin əməkdaşları tərəf indən sayğacda pozuntu halının mövcudluğunu və bu pozuntunun məhz istehlakçının təqsiri üzündən yarandığını təsdiq edən sübut təqdim edilməmişdir.

19. Məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq iddianı təmin etmişdir.

20. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 1096-cı, Mülki Prosessual Məcəllənin 77.1, 77.2, 76.1-ci «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Qanunun 17-ci maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2005-ci il tarixli 18 saylı Qərarı ilə əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat

21. Cavabdeh “xxxx“ ASC apelyasiya şikayəti verib, qətnamənin ləğv, iddianın rədd edilməsini xahiş etmişdir.

22. Apelyasiya şikayətinin dəlilləri ondan ibarət olub ki, Mülki Məcəllənin 373.2-ci maddəsi həddində abonentdən əvvəlki 3 il dövr ərzində hesablanmış borcların (istifadə edilmiş elektrik enerjisinin dəyəri, cərimə) ödənilməsini tələb etmək hüququ təsbit edilmişdir.

23. Birinci instansiya məhkəməsi tərəfindən iş üzrə toplanmış sənədlərə düzgün hüquqi qiymət verilməmiş, iş materiallarına əlavə olunmuş sənədlər təhrif edilmişdir.

24. Bakı Apelyasiya Məhkəməsinin 2(103)-5022/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1350/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.(hakimlər Aida Hüseyn (sədrlik edən və məruzəçi) Vidadi Məmmədov, Valeh Ağayev)

25. Apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və tətbiq etdiyi maddi hüquq normaları ilə razılaşaraq hesab e tmişdir ki, “xxxx” ASC tərəfindən sayğacda qüsurların olması qeyd edilsə də, həmin qüsurların məhz iddiaçının təqsiri üzündən yaranması ilə bağlı sübutlar təqdim edilməmişdir. 26.Apellyasiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apelyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

27. Cavabdeh “xxxx“ ASC qətnamədən kassasiya şikayəti verib.

28. Kassasiya şikayəti apelyasiya şikayətinin dəlillərinə uyğun olaraq onunla əsaslandırılıb ki, məhkəmə heç bir əsas olmadan, formal mülahizələrə əsaslanmaqla sayğac sərfiyyatı üzrə hesablanmış borcun abunə hesabından silinmə si barədə birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlamışdır. b) Kassasiya şikayətlərinə qarşı tərəflərin etirazının dəlilləri

29. Kassasiya şikayətlərinə qarşı tərəflərin yaızlı etirazı daxil olmuşdur.

30. Etiraz onunla əsaslandırılıb ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2005-ci il tarixli 18 saylı Qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 7.11-ci bəndinə əsasən yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır.

31. Akt təritb edilərkən qeyd edilən Qaydanını tələblərinə əməl edilməyib, aktın tərtibi zamanı hal şahid lərinin iştirak etməyib. Bu baxımdan iddia əsaslıdır. c) Kassasiya icraatı iştirakçılarının izahatları

32. Məhkəmə kollegiyasının iclasında cavabdeh “xxxx” ASC-nin vəkili Vəkil oğlu təmsil etdiyi təşkilatın kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin olunmasını, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, iddianın rədd edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etdil.

33. Məhkəmə kollegiyasının iclasında İddiaçı vəkili Bədəlov Fuad Murad oğlu kassasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini xahiş etdil. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 1096. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikasının Qanunu Maddə

17. Ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2005-ci il tarixli 18 saylı Qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə Qaydaları» Bənd 7.6. Enerjitəchizatı müəssisəsiiləistehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə h esablaşma aparılmasıüçün enerjiötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğaclarıilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri-cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot vənəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir vəistismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Bənd 7.11. Yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik say ğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Bənd 8.32. Məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və elektrik enerjisindən istifadə göstərişini azaltmaq məqsədi ilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçü n, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aparmağa borcludur. Bənd 8.33. Məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna mali kdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsəl ələrə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsi n və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

34. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

35. Hazırkı kassasiya şikayətlərində cavabdeh apelyasiya məhkəməsinin qətnaməsinin tam ləğv edilməsini xahiş etmişdir. Buna görə də hazırki kassasiya baxışının predmeti apellyasiya ibstansiyası məhkəməsinin qətnaməsinin tam yoxlanı lmasından ibarətdir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

36. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

36. Baxılan iş üzrə apelyasiya instansiyası məhkəməsi apelyasiya şikayəti üzrə qanuni nəticəyə gəlmişdir.

37. Qətnamədən görünür ki, apelyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən apelyasiya şikayətlərinin dəlillərini tam araşdırımış, həmin dəlillərə işin müəyyən edilmiş halları və tətbiq edilən qanunvericilik baxımından düzgün qiymət vermişdir.

38. İddia tələbi cavabdeh təşkilat tərəfindən elektrik enerjisindən istifadə qaydalarının pozulması ilə bağlı tərtib edilmiş akt əsasında hesablanmış cərimənin silinməsi barədədir.

39. İşin məhkəmələr tərəfindən müəyyən edilən hallarına görə iddiaçıya məxsus elektrik sayğacında aşkar edilmiş qüsurların məhz iddiaçı tərəfindən yol verilmiş qanun pozuntuları nəticəsində baş verməsinə dair hər hansı sübut cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmiş, mübahisələndirilən akt «Elektrik enerjisindən istifadə Qaydaları»na uyğun tərtib edilməmişdir.

40. İşin məhkəmələr tərəfindən müəyyən edilən halları tətbiq edilən qanunvericilik normalarının dispozitiv şərtləri baxımından iddianın təmin edilməsini ş ərtləndirmişdir. Bu baxımdan, kollegiya hesab edir ki, iddianın təmin edilməsi barədə gəlinən nəticə düzgün olmuşdur.

41. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.

42. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh “xxxx” ASC-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 iyun 2020-ci il tarixli, 2(103)5022/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar