Məhkəmə qərarları › İş №2(102)-1530/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1530/2025

12.06.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1530/2025 12.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı X7 cavabdehlər Hacıqabul rayon notariat ofisinə və Cavabdeh2 (X15 və X10 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində tərtib edilməklə) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vərəsəlik münasibətlərindən irəli gələn mübahisələr) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, iddiaçı X7 cavabdehlər Hacıqabul rayon notariat ofisinə və Cavabdeh2 qarşı vəsiyyətnamənin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kol legiyasının 2(106)-195/2025 nömrəli 16 yanvar 2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 12 iyun 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Hazırki iş üzrə iddiaçı X11, miras qoyan X4 (iddiaçının atası) Cavabdeh2 Məmməd qızı ilə nikahından olan oğlu, Cavabdeh2 isə miras qoyanın ikinci nikahda olduğu arvadıdır. Miras qoyan X4 əvvəlki arvadı Cavabdeh2 Məmməd qızı ilə nikahından iddiaçıdan başqa 2 övladı da (cəmi 3 uşaq) olmuşdur- X10 və X15. İddiaçının valideynləri X8 xx.xx.2021-ci ildə, Cavabdeh2 Məmməd qızı isə xx.xx.2002-ci il tarixdə ölmüşdür. Ölməmişdən əvvəl ev şəraitində verdiyi xx.xx.2021-ci il tarixli vəsiyyətnaməyə görə, Muradxan Şükürov ölən günədək ona məxsus ol an bütün daşınar və daşınmaz əmlakını ünvan 1 ünvanında qeydiyyatda olan arvadı Cavabdeh2 (cavabdehə) qızına vəsiyyət etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı X11 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Hacıqabul rayon notariat ofisi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli vəsiyyətnamənin etibarsız hesab edilməsini xahiş etmişdir.

3. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki,X1 tərəfindən xx.xx.2021-ci il tarixdə ona məxsus olan bütün daşınar və daşınmaz əmlakın sonrakı arvadı Cavabdeh2 (cavabdehə) vəsiyyət edilməsi haqqında Hacıqabul rayon notariat ofisi tərəfindən vəsiyyətnamə tərtib edilmişdir. O və bacısı X10 və qardaşı X15 tərtib edilmiş vəsiyyətnamədən bir neçə ay olar ki, xəbər tutmuşlar və narazıdırlar. Bu səbəbdən də məhkəməyə müraciət edərək, qanunun tələblərinə zidd olaraq ağır xəstə vəziyyətində olan atasının aldadılaraq Hacıqabul rayon notariat ofisi tərəfindən tərtib edilmiş sözügedən vəsiyyətnaməni həmin vaxt xəstə olan atasının öz hərəkətlərini, onun nəticələrini dərk etməyən vəziyyətdə məcburən imza etdirilmişdir. X1 və anaları Cavabdeh2 Məmməd qızı 1975-ci ildə rəsmi nikaha girməklə ailə qurmuşlar. Birgə nikahdan onların 3 (üç) övladı olmuşdur: İddiaçı xx.xx.1976-cı ildə anadan olmuşdur; X15 1977-ci ildə anadan olmuşdur; X10 1980-ci ildə anadan olmuşdur. Onlar hər üçü ata-anası ilə birgə atası tərəfindən sarğıçı işlədiyi Əli-Bayramlı (indiki Şirvan şəhəri) “Cihazlar zavodu”ndan 30 iyun 1987-ci ildə 395 nömrəli order əsasında aldığı 4 otaqlı evdə həmin vaxtdan qeydiyyata düşməklə y aşamışlar və hal-hazırda da həmin ünvanda qeydiyyatdadırlar. Bu ev atasının sağlığında özəlləşdirilməmiş və atası 2021-ci il 12 oktyabr tarixində vəfat etmişdir. Lakin, bu evə birgə mülkiyyət hüququ verən xx.xx.2022-ci il qeydiyyat tarixli ********** reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reysterindən çıxarış verilmişdir. Hesab edirlər ki, bu çıxarış qanunsuzdur, atasının ölümündən bir il sonra verilmişdir və o, bacısı və qardaşı evin özəlləşdirilməsində heç vaxt iştirak etməmişlər. Sözügedən ünvanda həyat yoldaşı X16 və 3 övladı qeydiyyatdadırlar. Anası avtomobil qəzasında vəfat etmişdir. X1 tək qalmasın deyə ehtiyacı olduğu üçün xx.xx.2007-ci il tarixində cavabdeh Hüseynova (Şükürova) Şəfiqə Məstəli qızı ilə evlənərək rəsmi nikaha daxil olmuşlar. So nradan onlar Rusiyaya gedərək orada o, bacısı və qardaşı ilə müvəqqəti qalaraq işləməyə başlamışlar. Atası 2021-ci ilin əvvəllərində ağır insult keçirmişdir. Bədəninin sol tərəfi, əl-ayaqları işləməmiş, yataq xəstəsi olmuşdur. Atasına cavabdeh qulluq edirdi. Sonralar eşitmişdir ki, cavabdeh 19 mart 2021-ci ildə atasından onun xəstə, imkansız, anlaqsız vəziyyətdə olmasından istifadə edərək onu aldadaraq ondan bütün daşınar və daşınmaz əmlakın ona vəsiyyət edilməsi barədə qanunsuz yolla vəsiyyətnamə almışdır. Eşitmişlər ki, o, əvvəlcə Şirvan şəhər 1 saylı notariat ofisinə müraciət etsə də, atasının ağır xəstəliyi səbəbindən, eləcə də vəsiyyətnamə vermək iqtidarında olmadığı üçün Şirvan şəhər 1 saylı notariat ofisi tərəfindən vəsiyyətnamə tərtib edilməmişdir. Bundan sonra cavabdeh Hacıqabul rayon notariat ofisinə müraciət edib, onunla razılaşaraq gəlib atasından qanunsuz yolla, məcburi imza etdirməklə (nəyə qol çəkdiyini, imza etdiyini bilməyən, oxumaq iqtidarında olmayan) atasından cavabdehin arzusuna uyğun vəsiyyətnamə alıb. Vəsiyyətnamə alınarkən orada tanımadığı iki şahid X34, Şahid4 olsa da, orada mütəxəssis - həkim olmamışdır ki, atasının vəsiyyətnamə verməyə fiziki cəhətdən imkanını, sağlamlığını yoxlayıb rəy versin. Bu səbəblərə görə də, bu barədə ekspertiza keçirilərək mütəxəssis həkim-ekspert rəyi alınmasından ötəri ekspertiza təyin edilməsini xahiş etmişdir. Əmisi, atasının böyük qardaşı X6 xx.xx.2021-ci ildə atası tərəfindən vəsiyyətnamə verildiyini eşidəndən sonra əmisi və digər qohumlar, yaxın şəxslər həmin ünvanına – atasının yanına gəlib ondan yaşadıqları ünv an 2 ünvanında yerləşən evin bütövlükdə və ünvan 3 ünvanda yerləşən torpaq sahəsinin və iki mərtəbəli bağ evinin, eləcə də bütün daşınar və daşınmaz əmlaklarının nə üçün ikinci arvadı Cavabdeh2 adına vəsiyyət etdiyini soruşanda o bildirmişdir ki, bağ evini oğlu Müşviq öz vəsaiti hesabına onun adına tikdirib, bağ evi bütövlükdə Müşviqindir, onun ailəsinə aiddir, onun o evə heç bir aidiyyəti yoxdur. Yaşadığı mübahisəli ünvandakı evdən isə evin yalnız bir otağını arvadı Cavabdeh2 vəsiyyət etmişdir. O bildirmişdir ki, vəsiyyətnamədən imtina edir, vəsiyyətnamədə yazılanlardan xəbəri yoxdur, vəsiyyətnaməni oxumamış, oxuya bilmir, orada nə yazıldığını, nəyə imza etdiyini bilmir, ona görə də notariusun təzədən gətirilməsini və yaşadıqları evin yalnız bir otağının arvadı Cavabdeh2 verilməsi barədə vəsiyyət etmək istəyir. Bundan sonra yaxın adamlar Hacıqabul rayon Dövlət Notariusu Nümayəndə2 yanına gedib bu haqda ona bildirmişlər və öz etirazlarını və atasının sözlərini ona çatdırmışlar. Notarius Nümayəndə2 onların dediklərinə etiraz etməmiş, onlarla birlikdə atasının yanına gəlmişlər, cavabdeh əmisi və digər şəxsləri atasının yanına buraxmamış, notarius isə 2 şahidlə birlikdə atasının yanına gəlib onu yenidən dinləmişdir. Atası ona xx.xx.2021-ci il tarixli vəsiyyətnamənin ləğv edilməsini və yaşadıqları evdən yalnız bir otağın arvadına verilməsi barədə vəsiyyətnamə tərtib etməsini notariusdan tələb etmişdir. Notarius da ona söz vermişdir ki, sabah gəlib dediyi kimi yeni vəsiyyətnamə tərtib edəcək, əvvəlki vəsiyyətnaməni isə ləğv edəcəkdir. Notarius Nümayəndə2 bütün bu olanları telefo nuna çəkib, çəkilənləri əmimgilə göstərib, onları arxayın etmişdir ki, indi gedib, vəsiyyətnaməni ləğv edəcək, sabah isə gəlib atasının dediyi kimi yaşadıqları evin yalnız 1 otağının cavabdehə vəsiyyət edilməsi barədə vəsiyyətnamə tərtib edəcəkdir. Bundan əlavə, videoçəkilişi də notarius Nümayəndə2 həmişə özündə saxlayacağını bildirmişdir. Əmisigil notariusa arxayın olduqlarına görə hesab etmişlər ki, notarius əvvəlki vəsiyyətnaməni ləğv edib atasının adından onun dediyi kimi yalnız 1 otağın cavabdehə verilməsi barədə vəsiyyətnamə tərtib edəcək. Lakin bir neçə ay bundan əvvəl onlara məlum olmuşdur ki, Hacıqabul rayon Notariat Ofisinin notariusu Nümayəndə2 xx.xx.2021ci il tarixli vəsiyyətnaməni ləğv etməmiş, eləcə də atasının adından yeni vəsiyyətnamə tərtib etməmişdir. Cavabdeh sözügedən v əsiyyətnamə əsasında ünvan 2 ünvanındakı evi və ünvan 4nda yerləşən torpaq sahəsini və iki mərtəbəli bağ evini öz adına keçirmək məqsədi ilə Şirvan şəhər 1 saylı Notariat Ofisinə müraciət etmişdir, lakin notarius Əlixan Şirvanov notariat hərəkətlərinin aparılmasından imtina edilməsi barədə qərar verərək cavabdehə mülkiyyət hüququ haqqında şəhadətnamənin və vəsiyyət üzrə vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina etmişdir. Cavabdeh isə bununla əlaqədar digər orqanlara müraciət etmişdir. Şirvan şəhərində yaşayan əmisi, qaynatası və digər qohumlar bununla əlaqədar Hacıqabul rayon Notariat Ofisinin notariusu Nümayəndə2 müraciət etdikdə o bildirmişdir ki, istənilən orqanda və məhkəmədə X1 tərəfindən yaşadıqları ünvandakı evdən yalnız 1 otağının Cavabdeh2 vəsiyyət edilməsi barədə ifadə verə bilər. Cavabdeh atasının xəstəliyindən onların (onun övladlarının) Azərbaycanda olmamaqlarından sui-istifadə edərək atasına və onlara (vərəsə kimi onun övladlarına məxsus) atasının adına olan sənədləşdirdiyi bütün daşınar və daşınmaz əmlakları öz mülkiyyətinə keçirmək istəyir.

4. Elektron kabinet vasitəsi ilə xx.xx.2024-cü il tarixdə Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə1 Mayis oğlu iddia ərizəsinə etiraz göndərərək, qeyd etmişdir ki, vəsiyyətnamə verildliyi tarixdən xx.xx.2021-ci il tarixdən iddianın məhkəmədə qaldırıldığı xx.xx.2024-cü il tarixinə kimi 3 il müddət keçmişdir, birtərəfli əqdlərin etibarsızlığı üzrə iddia müddəti - 1 il keçmişdir, İddiaçı vəsiyyətnamənin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia irəli sürmək hüququnu itirmişdir. Ona görə də, iddianın təmin e dilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Məhkəmə iclasında iştirak etmiş cavabdeh Hacıqabul rayon notariat ofisinin notariusu Nümayəndə2 bildirmişdir ki, xx.xx.2021-ci il tarixdə Anar Əliyevin müraciəti əsasında ofisdən kənar vəsiyyətnamə tərtib edilmişdir. O, vəsiyyətnamə tərtib edilərkən orada olmamışdır. Lakin sonradan Muradxanın qardaşı Məmmədxanın ona müraciətindən sonra yenidən vəsiyyətnamə tərtib edilməsi üçün Muradxanın yaşadığı evə getmişlər. Lakin vəsiyyətnaməni qoyan şəxsin keçmiş arvadı onu evə buraxmadığından yenidən vəsiyyətnamə tərtib edə bilməmişlər. X4 qardaşına bildirmişdir ki, qarşı tərəfi razılığa gətirsinlər, gün təyin etsinlər, o da gəlib yeni vəsiyyətnamə tərtib edərək rəsmiləşdirsin. Lakin tərəflərin sonradan müraciəti olmadığından o yeni vəsiyyə tnaməni tərtib etməmişdir.

6. Məhkəmə iclasında iştirak etmiş Hacıqabul rayon notariat ofisinin aparıcı mütəxəssisi X17 izahat verərək bildirmişdir ki, X23 müraciəti əsasında vəsiyyətnamə tərtib edilməsi üçün X4 yaşadığı evə getmişdir. Həmin vaxt notarius olmadığıdan vəsiyyətnamənin tərtib edilməsi üçün özü getmiş, iki nəfər şahid, vətəndaşın iştirakı ilə vəsiyyətnamə tərtib edilmişdir. Vəsiyyətnamə tərtib edilən zaman vətəndaş Şükürov Muradxan divanda oturaq vəziyyətdə olmuş, eyni zamanda öz hərəkətlərini başa düşmüşdür. Ona hüquq və vəzifələri izah olunmuş və o, bütün əmlakının arvadını verəcəyini bildirmiş, vəsiyyətnamə tərtib edildikdən sonra ona oxunmuş, razı olduğunu bildirdikdən sonra vəsiyyətnaməni imzalamışdır. Sonradan vəsiyyətnamə ilə bağlı hər hansı narazılıq olmamışdır, bu bar ədə onun məlumatı yoxdur. O, həmçinin bildirmişdir ki, notariat hərəkətinin aparılmasına dair kitabdan çıxarışda barəsində müraciət olunan şəxs qismində X8 əvəzinə texniki səhv olaraq X9 yazılmışdır.

7. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 bildirmişdir ki, X8 ilə qonşu olmuşlar, Şəfiqə ilə qonşudur, münasibətləri yaxşıdır. Qonşu kimi bir-birilərinin xeyir, şərində iştirak etmişlər. Muradxan rəhmətə gedənə qədər psixi vəziyyəti yaxşı olmuşdur. Muradxanın uşaqları Rusiya Federasiyanda olduqlarından evə gediş-gəliş etməmişlər. O, özü sağlığında söhbət əsnasında bildirmişdir ki, nəyi varsa onu Şəfiqəyə vəsiyyət edəcəkdir. Bacı, qardaşları da onu görməyə gəlməmişlər.

8. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 İvanovan bildirmişdir ki, Şəfiqə onun qonşusudur. Muradxan Şükürovla həm qonşu olmuş, həm də birlikdə zavodda işləmişlər. Muradxanın iki oğlu, bir qızı vardır. Uzun müddətdir ki, onun uşaqlarının evinə gəlməsini görməmişlər. Muradxan özü bildirmişdir ki, onun Şəfiqədən başqa heç kimi yoxdur. Muradxan həmişə demişdir ki, ona məxsus olan hər şeyi Şəfiqəyə verəcəkdir.

9. Şirvan Şəhər Məhkəməsinin 16 iyul 2024-cü il tarixli qətnaməsi ilə (hakim-Aydan Məmmədli) iddia rədd edilmişdir.

10. İddianı rədd edən birinci insansiya məhkəməsi ilk öncə qeyd etmişdir ki, iş üzrə olan sübutlarla, X4 19 mart 2021-ci il tarixli vəsiyyəti edərkən öz hərəkətləri barəsində şüurlu mühakimə yürüdə bilməməsi, öz iradəsini aydın ifadə edə bilməməsi, fəaliyyət qabiliyyəti olmayan şəxs sayılması, bununla da vəsiyyətnamənin qanunvericiliyin tələbləri pozulmaqla verilməsi halı sübut edilməmişdir.

11. Məhkəmə eyni zamanda qeyd etmişdir ki, iddia ərizəsinin məzmunundan və işin hallarından göründüyü kimi, iddiaçının əmisi - atasının böyük qardaşı X6 xx.xx.2021-ci ildə X1 tərəfindən vəsiyyətnamə verildiyini eşidəndən bir ay sonra onun oğulları və digər yaxın qohumlar, ünvan 2 ünvanına – atasının yanına gəlib ondan adıçəkilən yerləşən evin bütövlükdə və ünvan 3 ünvanda yerləşən torpaq sahəsinin və iki mərtəbəli bağ evinin, eləcə də bütün daşınar və daşınmaz əmlaklarının nə üçün ikinci arvadı Cavabdeh2 adına vəsiyyət etdiyini soruşanda o bildirmişdir ki, bağ evini oğlu Müşviq öz vəsaiti hesabına onun adına tikdirib, bağ evi bütövlükdə Müşviqindir, onun ailəsinə aiddir, onun o evə heç bir aidiyyəti yoxdur.

12. Bununla da məhkəmə hesab etmişdir ki, iddiaçının həmin va xtdan da hazırkı mübahisəli əqddən məlumatı olmuş, lakin iddia tələbini 3 il müddət ötdükdən sonra irəli sürmüşdür. Yəni iddia tələbi əsaslı olduğu təqdirdə belə, iddia artıq qanunla müəyyən edilmiş müddət ötürülməklə verilmişdir.

13. Məhkəmə iş üzrə tədqiq olunmuş sübutların məcmusuna hüquqi qiymət verib belə qənaətə gəlmişdir ki, xx.xx.2021-ci il tarixli 2V-1/59 saylı reyestrlə qeydə alınmış vəsiyyətnamənin etibarsız hesab edilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş əsaslar müəyyən edilmədiyindən, iddia tələbi təmin edilə bilməz.

14. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1166, 1170.1, 1180.1, 1180.2, 1243.2, 1225.3-cü, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci madddələrinə, “Notariat hərəkətlərinin aparılması qayda ları haqqında Təlimat”ın 5-ci bəndinə istinadla əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhkəməsindəki icraat

15. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunması və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

16. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş və düzgün tətbiq edilməmişdir. Məhkəmə iddia tələbində qeyd edilən dəlillərlə bağlı heç bir araşdırma aparmamış, iddiaçı tərəfindən verilmiş vəsatət əsasında göstərən şahidlərdən yalnız X2 ifadəsini almış, digər şahidlər X12 və X5 məhkəməyə gəlməsinə baxmayaraq, onların ifadələrini almamışdır. Bundan əlavə, X3 xx.xx.2021-ci il tarixli vəsiyyətnamə alınarkən əvvəlcə Şirvan şəhər Notariat Ofisinə müraciət olunub, notarius evə gəlib X4 xəstə olduğunu görüb, onunla söhbət edib, lakin onun vəsiyyətnamə vermək iqtidarında olduğunu görüb vəsiyyətnamə tərtib etməkdən imtina etmişdir. Bu hal iddia ərizəsində qeyd olunsa da, məhkəmə zamanı Şirvan şəhər notariusunun məhkəmədə şahid qismində dindirilməsini xahiş etsə də, məhkəmə onu dindirməmişdir. Şirvan şəhər Notariusu vəsiyyətnamə tərtib etməkdən imtina etdikdən sonra Cavabdeh2, X27 Hacıqabul rayon Notariat Ofisinə göndərmişdir. Orada aparıcı mütəxəssis X17, Anar Əliyevlə razılaşaraq heç bir ərizə almadan, qeydiyyat kitabında səhv qeyd apararaq (Muradxanın adını Nadirxan yazmışdır) ünvan 1 ünvanına getmiş, orada xəstə vəziyyətdə olan, öz hərəkətlərini dərk etməyən X3 ona məxsus daşınar və daşınmaz əmlakın arvadı Cavabdeh2 vəsiyyətnamə verməsi barədə razılıq almışdır. Lakin bu vəsiyyətnaməni o yox, X20 Nümayəndə2 imzalayaraq möhürləmişdir. Bu, qanuna ziddir. Belə ki, notarius şəxsən özü vəsiyyət edəni dinləməli, şəxsin sağlamlığına əmin olduğdan sonra vəsiyyətnaməni tərtib etməli, şəxsə imzalatdırmalı, özü imzalamalı, möhürləməlidir. Lakin vəsiyyətnamə tərtib edilən gün notarius vəsiyyət edəni görməmişdir. Cavabdeh Hacıqabul Notariusu Nümayəndə2 məhkəmədə ifadə verərkən iddianı qəbul etdiyini bildirmişdir. (Lakin məhkəmə qətnamədə bu barədə heç nə yazmamışdır). Bundan əlavə, notarius Nümayəndə2 məhkəmə zamanı bildirmişdir ki, vəsiyyətnamə vermiş M.Q.Şükürovun qardaşı Məmmədxan Şükürov və digər qohumları hadisədən bir neçə gün sonra onun yanına gəlib bildirmişlər ki, vəsiyyətnamə düzgün tərtib edilməyib, belə ki, Şükürov Muradxan, arvadına bütün əmlakını vəsiyyət etmir, yaşadıqları mübahisəli evdən yalnız 1 otağını Şəfıqəyə verir, 1 otağı vəsiyyət edir və indi səni evdə gözləyir. Onlarla birlikdə Muradxan Şükürovun olduğu evə getmiş, lakin əvvəlcə Cavabdeh2 onu və İddiaçı qardaşıgili evə buraxmamış, ona “dünən gələn notariusam” deyərək aldadıb evə tək girib özünü təqdim etmiş, İddiaçıla təklikdə danışmaq istəmişdir. Bu zaman İddiaçı xəstə halda yataqda uzanmışdı. Lakin yenə də Cavabdeh2 ona mane olmağa başlayıb.Notarius hər şeyi əl telefonuna çəkməklə ondan hansı əmlakını arvadı Şəfiqəyə vəsiyyət edirsən, deyə soruşmuş, Muradxan Şükürov demişdir ki, dünən yaxşı başa düşməmişdir. Vəsiyyət edən bildirmişdir ki, bağ evini oğlu Müşviq öz pulu ilə tikib, həmin ev oğlunundur. O, yaşadığı 4 otaqlı evdən 1 otağı Şəfiqəyə vəsiyyət edir. Şəfiqə i sə onun sözünü kəsərək əl barmaqları ilə 2 göstərərək 2 otaq ver, 2 otaq vəsiyyət elə deyirdi. Lakin Cavabdeh2 yeni vəsiyyətnamə tərtib etməyə imkan verməmişdir. Notarius evi tərk etmiş, səhərisi gün gəlib vəsiyyətnamə tərtib edəcəyini demiş, ya da İddiaçı bir az sağalandan sonra gətirmələrini tapşırmışdır. Məhkəmə yuxarıda göstərilən halları, ifadələri nəzərə almamış, iş üçün mühüm əhəmiyyəti olan faktiki halları araşdırmamış, o cümlədən digər şahidləri dindirməmiş, İddiaçı xx.xx.2021-ci il tarixdə vəsiyyətnamə verməyə xəstəliyinin imkan verib-verməməsinə, psixi vəziyyətinə, öz hərəkətlərinin nəticələrini dərk edib-etməməsinə aydınlıq gətirilməmişdir. Mütəxəssis və ekspert rəyi alınmasından ötrü ekspertiza təyin etməli olduğu halda bunları etməməklə əsassız qətnamə qəbul etmişdir.

17. Ape llyasiya baxışında X15 və X10 iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilmişlər.

18. Cavabdeh1 nümayəndəsi Nümayəndə2 iddianı qəbul etmiş, işin halları ilə bağlı izahatında bildirmişdir ki, hazırki iş üzrə şahid olan Anar Əliyev notariat ofisinə yaxınlaşaraq ev şəraitində vəsiyyətnamə tərtib etmək lazım olduğunu bildirmişdir. Onun işi çox olduğuna görə işi notariat kontorunun mütəxəssisi İmanova Qızyetərə həvalə etmişdir. Vəsiyyətnamə əvvəlcə notariat ofisində kompyuterdə tərtib edilmiş, çap edildikdən sonra Q.İmanova şahidlərlə evə getmişlər. Şahidlər vəsiyyətnaməyə həmin ünvanda qol çəkmişlər. Sonradan vəsiyyət edənin qardaşı Məmmədxan Şükürov ona müraciət edərək, vəsiyyətnamənin düzgün tərtib edilmədiyini bildirmişdir. Ona görə o, həmin evə getmişdir. X24, əv vəl başa düşmədiyini, oğlunun ayrı evi olduğunu, bu evin ona, bağ evinin isə oğluna məxsus olduğunu bildirmişdir. Muradxandan vəsiyyətnamə ilə bağlı soruşduqda o, bildirmişdir ki, bu evdən bir və ya iki otağını (dəqiq yadında deyil) vəsiyyət edir. Ona görə də yeni vəsiyyətnamə tərtib etmək üçün həmin ünvana getmiş, lakin cavabdeh xanım sonrakı vəsiyyətnaməni tərtib etmək üçün ona şərait yaratmamışdır. Sonra vəsiyyətnamə tərtib etmək ona görə lazım idi ki, qanunun tələbinə görə vəsiyyət edənin sonuncu iradəsi əsas götürülür. Notarius onu da qeyd etmişdir ki, vəsiyyət edənin sonradan ona bildirdiklərini telefona çəkmiş, lakin telefonu format olduğundan həmin videoçəkiliş qalmamışdır.

19. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-195/2025 nömrəli, 16 yanvar 2025-ci il tarixl i qətnaməsi ilə (hakimlər: İlham Əsədov (sədrlik edən və məruzəçi), Aytən Novruzova və Tofiq Heydərov) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək qətnamə ləğv edilmiş, iddia təmin edilmiş, X8 tərəfindən verilmiş və Hacıqabul rayon notariat ofisi tərəfindən xx.xx.2021-ci il tarixdə 2V-1/59 saylı reyestrlə qeydə alınmış vəsiyyətnamə etibarsız hesab edilmişdir.

20. Məhkəmə kollegiyası ilk öncə qeyd etmişdir ki, mübahisəli xx.xx.2021-ci il tarixli vəsiyyətnamə tərtib və təsdiq edilərkən Azərbaycan Respublikasının Mülki Məcəlləsi və qüvvədə olan digər qanunverilcilik aktları ilə müəyyənləşdirilmiş qaydalar kobud şəkildə pozulmuşdur.

21. Belə ki, mübahisələndirilən vəsiyyətnamə notariat ofisindən kənar tərtib edilmişdir.

22. Məhkəmə kollegiyası qeyd etmişdir ki, izahatlardan və təqdim edilmiş digər sübutlardan görünür ki, vəsiyyətnamə tərtib edilərkən Qanunla nəzərdə tutulmuş hüquqi hərəkətləri (notariat hərəkətlərini) aparmağa müvəkkil edilmiş şəxs-notarius iştirak etməmişdir. Cavabdeh-Hacıqabul rayon notariat ofisinin notariusunun bildirdiyinə görə, (iş üzrə şahid olan) Anar Əliyev adlı şəxs notariat ofisinə yaxınlaşaraq ev şəraitində vəsiyyətnamə tərtib etmək lazım olduğunu bildirmiş, o, notariat əməliyyatını aparmağı notariat kontorunun mütəxəssisinə həvalə etmişdir.

23. Müəyyən edilmişdir ki, vəsiyyətnamə Qanunda nəzərdə tutulduğu kimi vəsiyyət edənin sözlərindən tərtib edilməmişdir. Notariusun və şahidlərin bildirdiyinə görə, vəsiyyətnamə əvvəlcə notariat ofisində kompyuterdə tərtib edilmiş, çap edildikdən sonra notariat kontorunun mütəxəssisi şahidlə rlə vəsiyyət edənin evinə getmişlər. Ofisdə tərtib edilmiş vəsiyyətnamə evdə imzalanmış, sonra notariat ofisinə gətirilib ofisdə təsdiqlənmişdir. Vəsiyyətnamə, notarius tərəfindən yazılmamış və qanunda nəzərdə tutulduğu kimi, notariusun yanında vəsiyyət edənin özü tərəfindən oxunmamışdır.

24. Məhkəmə kollegiyası qeyd etmişdir ki, vəsiyyətnamə tərtib edilməmişdən əvvəl, vəsiyyət edənə onun hüquqları notarius tərəfindən izah edilməmiş, onun bu hüquqların həyata keçirilməsi və qanuni mənafelərinin qorunması üçün ona müvafiq hüquqi köməklik göstərilməmiş, eləcə də hüquqi məlumatsızlığın vura biləcəyi ziyanın qarşısını almaq üçün notariat hərəkətlərinin aparılması nəticələri barədə vəsiyyət edən notarius tərəfindən xəbərdar edilməmişdir.

25. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, cavabd eh Hacıqabul rayon notariat ofisinin notariusu iddianı qəbul etmiş, vəsiyyətnamənin etibarsız hesab edilməli olduğunu bildirmişdir. Notarius izahatında bildirmişdir ki, sonradan vəsiyyət edənin qardaşı Məmmədxan Şükürov ona müraciət edərək, vəsiyyətnamənin düzgün tərtib edilmədiyini bildirmiş, ona görə o, vəsiyyət edənin evinə getmiş, orada vəsiyyət edən Muradxan Şükürov ona etdiyi vəsiyyətnaməni başa düşmədiyini, oğlunun ayrı evi olduğunu, bu evin özünə, bağ evinin isə oğluna məxsus olduğunu, bu evdən bir və ya iki otağını (dəqiq yadında deyil) vəsiyyət etdiyini bildirmişdir. Notariusun bildirdiyinə görə, vəsiyyət edənin son iradəsini ifadə edən yeni vəsiyyətnamə tərtib etmək üçün həmin ünvana getmiş, lakin vəsiyyət edənin arvadı (cavabdeh) sonrakı vəsiyyətnaməni tərtib etmək üçün ona şər ait yaratmamışdır.

26. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən hesab etmişdir ki, vəsiyyətnamənin etibarsız hesab edilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş əsaslar müəyyən edilməmişdir.

27. Məhkəmə kollegiyası isə hesab etmişdir ki, müvafiq nəticəyə gəlmək üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallara düzgün qiymət verilməmiş, birinci instansiya məhkəməsi qanunvericiliyin tələblərini, işin yuxarıda sadalanan faktiki hallarını, habelə cavabdeh Notariusun etirafı ilə bağlı izahatını nəzərə almamışdır.

28. Məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdehin nümayəndəsi izahatında, eləcə də birinci instansiya məhkəməsində təqdim etdiyi etirazında iddia müddətinin ötürdüyünü də qeyd etmiş və birinci instansiya məhkəməsi də hesab etmişdir ki, iddiaçının mübahisəli əqddən məlumatı olmuş, lakin iddia tələbini 3 il müddət ötdükdən sonra irəli sürmüşdür. Yəni iddia tələbi əsaslı olduğu təqdirdə belə, artıq qanunla müəyyən edilmiş müddət ötürülməklə iddianın qaldırılması aşkardır.

29. Məhkəmə kollegiyası bu hissədə də məhkəmənin mövqeyini əsassız saymış və iddia müddətinin tətbiqi ilə bağlı qeyd etməyi zəruri hesab etmişdir ki, ilk əqdin əhəmiyyətsizliyinin təsbit edilməsi ilə bağlı müddət yoxdur. Bununla yanaşı, qüvvədə olan qanunvericilikdə əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi ilə bağlı müddət nəzərdə tutulmuşdur.

30. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə, Mülki Məcəllənin 337.1, 337.4, 1167, 1168, 1179, 1179.1, 1179.2, 1180.1, 1180.2, 1225.1, 1225.2, 1225.3, 1229-cu maddələrinə, “Notariat haqqında” Azərbayca n Respublikasının Qanununun 1, 3, 9, 33, 47-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

31. Cavabdeh (vəkil Nümayəndə1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, apellyasiya şikayətinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

32. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən birinci instansiya məhkəməsinin hazırlıq iclası bitənə qədər Anar Əliyevin və Şahid4 məhkəmədə şahid kimi dindirilmələri barədə vəsatət verilmədiyi halda, apellyasiya icraatında zərurət yaranması adı ilə yeni sübut toplamaq və işi iddiaçının xeyrinə həll etmək məqsədilə şahidlərin dindirilməsi barədə qərar qəbul etməklə apellyasiya məhkəməsi MPM-in 372.2ci maddəsinin tələblərini pozmuşdur. Birinci instansiya məhkəməsində dindirilməsi barədə vəsatəti müzakirə edilməyən və dindirilməyən şahidin sonradan apellyasiya instansiyası məhkəməsində zərurətlə əlaqədar dindirilməsi qanunla yol verilən deyildir.

33. Bundan başqa, iddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı 2019-cu ildə atasının Cavabdeh2 vəsiyyətnamə verməsi barədə məlumatı olmuş və əmisi ilə birgə notariusu atasının yaşadığı ünvana göndərmişdir, lakin həmin notarius öz sözünə əməl etməyərək qeyd olunan vəsiyyətnaməni ləğv etmədiyini bir neçə ay əvvəl bilmişlər. Neçə illərdir elə zənn etmişlər ki, atasının 2019-cu ildə verdiyi vəsiyyətnamə notarius tərəfindən ləğb edilibdir. Göründüyü kimi, iddiaçı Müşfiq Şükürov özü, onun qardaşı və əmisi 2019-cu ilin martı nda mərhum atalarının cavabdehə vəsiyyətnamə verdikdən bir neçə gün sonra məlumatlı olmuşlar və Hacıqabul rayon Notariat ofisinin notariusu Nümayəndə2 həmin ünvana göndərmişlər ki, sonuncu qeyd olunan məsələni aydınlaşdırsın, həmin vəziyyətnaməni ləğv etsin. Bununla da, birinci instansiya məhkəməsində iddiaçı tərəfin və şahid Məmmədxan Şükürovun ifadəsindən, iddia ərizəsinin məzmunundan müəyyən olunmuşdur ki, iddiaçı və onun qardaşı mərhum atası Muradxan Şükürovun 2019-cu ilin martında Cavabdeh2 vəsiyyətnamə verməsi barədə tam məlumatlı olmuşlar. Belə olan halda iddiaçının həmin vaxtdan da hazırkı mübahisəli əqddən məlumatı olmuş, lakin iddia tələbini 3 il müddət ötdükdən sonra irəli sürmüşdür.X26 Məhkəməsi həmin faktları təhrif etməyə çalışmışdır.X29 tərəfindən verilmiş 19 mart 2021-ci il tarixli vəsiyyətnamənin etibarsızlığı üçün əsas olan və qanunda nəzərdə tutulmuş hallar aşkar edilmir və buna dair məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmişdir.

34. Kassator şikayətini Mülki Məcəllənin 1133.1, 1167, 1179.1, 1180.1, 1180.2, 1188ci maddələrinə istinad edərək əsaslandırmışdır. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

35. İddiaçı kassasiya şikayətinə qarşı etiraz göndərərək,şikayətin təmin edilməməsini və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

36. Maddə

29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onu n barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

37. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

38. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

39. Maddə 1167. Vəsiyyətnamənin tərtib edildiyi məqamda öz hərəkətləri barəsində şüurlu mühakimə yürüdə bilən və öz iradəsini aydın ifadə edə bilən yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli şəxs vəsiyyət edə bilər.

40. Maddə 1168.Vəsiyyətnaməni şəxsən vəsi yyət edən tərtib etməlidir. Vəsiyyətnamənin nümayəndə vasitəsilə tərtibinə yol verilmir.

41. Maddə 1179.1.Vəsiyyətnamə yazılı formada tərtib edilməlidir. Həm də notariat formasında və ya bunsuz yazılı vəsiyyətnaməyə yol verilir.

42. Maddə 1179.2. Notariat forması tələb edir ki, vəsiyyətnaməni vəsiyyət edən tərtib etsin və imzalasın, notarius, notariusun olmadığı yerlərdə isə müvafiq icra hakimiyyəti orqanları təsdiqləsin.

43. Maddə 1180.1. Vəsiyyətnaməni vəsiyyət edənin sözlərindən notariusun iki şahidin yanında yazmasına yol verilir. Vəsiyyətnamənin yazılması zamanı hamılıqla qəbul olunmuş texniki vasitələr tətbiq edilə bilər.

44. Maddə 1180.2. Vəsiyyət edənin sözlərindən notariusun yazdığı vəsiyyətnaməni vəsiyyət edən oxumalı və notariusun, şahidlərin yanında imzalamalıdır.

45. Maddə 1 225.1. Vəsiyyətnamə, ümumiyyətlə, əqdlərin etibarsızlığına səbəb olan hallar olduqda etibarsız sayılır.

46. Maddə 1225.2. Qanuna zidd olan vəsiyyət sərəncamları, habelə aydın olmayan və ya bir-birinə zidd olan şərtlər etibarsızdır.

47. Maddə 1225.3. Əgər vəsiyyətnamə bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydalar pozulmaqla, habelə şəxsin öz hərəkətinin mənasını başa düşə bilmədiyi və öz hərəkətini idarə edə bilmədiyi vəziyyətdə tərtib edilmişdirsə, məhkəmə tərəfindən etibarsız sayıla bilər.

48. Maddə 1229. Vəsiyyətnamənin etibarsız sayıldığı halda bu vəsiyyətnamə ilə vərəsəlik hüququndan məhrum edilmiş vərəsə mirası ümumi əsaslar üzrə ala bilər. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanunu

49. Maddə 1.Azərbaycan Respublikasında notariat dedikdə bu Qanunla nəzərdə tutulmuş hüquqi hərə kətləri (bundan sonra notariat hərəkətləri) aparmağa müvəkkil edilmiş şəxslər birlikdə başa düşülür.Azərbaycan Respublikasında rəsmi və doğru sənədlərin tərtibi üçün hüquqların, hüquqi əhəmiyyətli faktların təsdiqi və digər notariat hərəkətlərinin aparılması notariat fəaliyyətinə məxsusdur və belə fəaliyyət yalnız bu Qanunla müəyyən edilmiş qaydada və nəzərdə tutulmuş şəxslər tərəfindən həyata keçirilə bilər.

50. Maddə

3. Qanunun tələbinə görə, notariat fəaliyyəti ilə peşəkarcasına məşğul olan şəxs notarius adlanır.

51. Maddə

9. Notariusun vəzifələri təsbit olunmuşdur. Notarius öz vəzifələrini yerinə yetirərkən: 52. fiziki və hüquqi şəxslərə aparılan notariat hərəkətləri ilə bağlı onların hüquq və vəzifələrini izah etməli, bu hüquqların həyata keçirilməsi və qanuni mənafelərinin qorunması üçün köməklik göstərməlidir; 53. hüquqi məlumatsızlığın onlara vura biləcəyi ziyanın qarşısını almaq üçün notariat hərəkətlərinin aparılması nəticələri barədə onlara xəbərdarlıq etməlidir; 54. bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına əməl etməli, peşə fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar ona məlum olan məlumatları gizli saxlamalıdır.

55. Maddə 33.Notariat hərəkətlərinin aparıldığı yer-Notariat hərəkətləri qanunvericiliyə əsasən dövlət notariusunun, xüsusi notariusun, müvafiq icra hakimiyyəti orqanının və ya Azərbaycan Respublikası konsulluqlarının vəzifəli şəxslərinin müvafiq yerdə aparmalı olduğu hallar istisna edilməklə, Azərbaycan Respublikasının bütün ərazisində aparıla bilər.

56. Notariat hərəkətləri notariat ofisində, müvafiq icra hakimiyyəti or qanı və Azərbaycan Respublikasının konsulluqları yerləşən binada aparılmalıdır.

57. Şəxs notariat ofisinə gəlmədən, əvvəlcədən verilmiş bildiriş üzrə dövlət rüsumu və haqlar ödənilməklə notariat hərəkətləri notariat ofisindən kənarda da aparıla bilər.

58. Şəxs notariat ofisinə gələ bilmədiyi hallarda verilmiş bildiriş əsasında notariat hərəkətinin aparılması vaxtı (tarix və saat) razılaşdırıldıqdan, dövlət rüsumu və haqq ödənildikdən sonra bu Qanunla müəyyən edilmiş notariat hərəkətləri notariat ofisindən kənarda olan müraciət etmiş şəxslə videoyazı vasitəsilə aparıla bilər.

59. Notariuslar müvafiq icra hakimiyyəti orqanının “Elektron notariat” informasiya sistemindən istifadə edirlər.

60. Maddə 47.Notariuslar və notariat hərəkətlərini aparan digər vəzifəli şəxslər fəaliyyət qabiliyyəti olan ayrı-ayrı şəxslərin qanunvericiliyin tələblərinə uyğun surətdə tərtib etdikləri və şəxsən notariusa və ya notariat hərəkətlərini aparan digər vəzifəli şəxslərə təqdim etdikləri vəsiyyətnamələri təsdiq edirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

61. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

62. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

63. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

64. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı z aman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

65. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

66. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

67. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. La kin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

68. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

69. İşin mübahisəsiz halları ilə müəyyən edilmişdir ki, X14 Şəfiqə Məmməd qızının nikahlarından iddiaçı, onun digər iki bacı və qardaşı doğulmuşdur. İddiaçının anası Cavabdeh2 xx.x x.2002-ci ildə vəfat etmişdir. Muraxdan Şükürov xx.xx.2007-ci ildə Cavabdeh2 ilə ikinci nikaha daxil olmuşlar. Muradxan Şükürov xx.xx.2021-ci ildə vəfat etmişdir.

70. X8 ölən günədək ona məxsus olan bütün daşınar və daşınmaz əmlakını ünvan 6 ünvanda qeydiyyatda olan arvadı olan Cavabdeh2 vəsiyyət etmişdir.

71. İşin müəyyən edilmiş hallarından görünür ki, Şirvan şəhər Xaqani küçəsi 226 saylı bağ evi və onun yerləşdiyi 0,06 ha torpaq sahəsi, xx.xx.2022-ci il tarixdə Şirvan şəhər Xəqani küçəsi 30 saylı evin 18 saylı mənzilini bir hissəsi X4 adına (Cavabdeh2 Məmməd qızı, İddiaçı, X15 və X10 ilə birlikdə paylı mülkiyyətçi olmaqla) qeydiyyata alınmışdır.

72. Qeyd edilməlidir ki, Şirvan şəhəri Xaqani küçəsi 30 saylı evin 18 saylı mənzilinin bir hissəsi X4 adına qeydiyyata xx.xx.2022-ci il tarixdə alınmış və bu zaman Muradxan Şükürov artıq vəfat etmişdir.

73. İddiaçı iddia tələbində göstərir ki, cavabdeh 19 mart 2021-ci ildə atasının xəstə, imkansız, anlaqsız vəziyyətdə olmasından istifadə edərək, aldadaraq ondan bütün daşınar və daşınmaz əmlakın ona vəsiyyət edilməsi barədə qanunsuz yolla vəsiyyətnamə əldə etmişdir. Sağlığında atası bildirmişdir ki, o, yalnız yaşadığı evin bir otağını cavabdehə vəsiyyət etmişdir. Buna görə atası sağlığında vəsiyyətnamədən imtna etmişdir. Buna görə vəsiyyətnaməni tərtib edən notarius dəvət olunmuş, atası notariusa vəsiyyətnamədən imtina etdiyini və yalnız bir otağın cavabdehə vəsiyyət etmək istəməsi ilə bağlı notariusa fikrini bildirmişdir. Lakin sonradan cavabdeh yeni vəsiyyətnamənin tərtib olunmasına imkan verməmişdir. Yeni vəsiyyətnamənin tərt ib olunmaması isə ona və digər vərəsələrə miras qoyan – atalarının ölümündən sonra məlum olmuşdur.

74. Birinci instansiya məhkəməsinin mövqeyinə görə vəsiyyətnamənin etibarsız hesab edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar müəyyən edilməmişdir.

75. İşə baxmış apellyasiya instansiyası məhkəməsi mübahisələndirilən vəsiyyətnamənin Mülki Məcəllə ilə müəyyən edilmiş qaydaları pozmaqla tərtib edildiyi barədə gəldiyi qənaəti onunla əsaslandırmışdır ki, mübahisəli xx.xx.2021-ci il tarixli vəsiyyətnamə tərtib və təsdiq edilərkən Azərbaycan Respublikası Mülki Məcəllənin və qüvvədə olan digər qanunvericilik aktları ilə müəyyənləşdirilmiş qaydalar kobud şəkildə pozulmuşdur. Vəsiyyətnamə qanunda nəzərdə tutulduğu kimi vəsiyyət edənin sözlərindən tərtib edilməmişdir. Notarius və şahidləri n bildirdiyinə görə vəsiyyətnamə əvvəlcə notariat ofisində kompyuterdə tərtib edilmiş, çap edildikdən sonra notariat kontorunun mütəxəssisi şahidlərlə vəsiyyətedənin evinə getmişlər. Ofisdə tərtib edilmiş vəsiyyətnamə evdə imzalanmış, sonra notariat ofisinə gətirilib ofisdə təsdiqlənmişdir. Vəsiyyətnamə notaris tərəfindən yazılmamış və qanunda nəzərdə tutulduğu kimi, notariusun yanında vəsiyyətedənin özü tərəfindən oxunmamışdır. Vəsiyyətnamə tərtib edilməmişdən əvvəl vəsiyyət edənə onun hüquqları notarus tərəfindən izah edilməmiş onun bu hüquqlarının həyata keçirilməsi və qanuni mənafelərinin qorunması üçün ona müvafiq hüquqi köməklik göstərilməmiş, eləcə də hüquqi məlumatsızlığın vura biləcəyi ziyanın qarşısını almaq üçün notariat hərəkətlərinin aparılması nəticələri barədə vəsiyyət edənə notarius tərəfindən xəbərdarlıq edilməmişdir.

76. Göründüyü kimi iddiaçı vəsiyyətnamənin müxtəlif əsaslarla (vəsiyyət edənin xəstə, imkansız, anlaqsız vəziyyətdə olması, aldadılması, vəsiyyətnamənin tərtibinin qanunvericilikdə nəzərdə tutulmuş tələblərə cavab verməməsi) mübahisələndirmişdir.

77. Bu baxımdan məhkəmə kollegiyası ilkin olaraq qeyd edir ki, işin faktiki hallarını araşdırmaq səlahiyyətinə malik olan məhkəmələr vəsiyyətnamənin etibarsızlığının əqdlərin etibarsızlığının hansı növünə aid olmasını müəyyən etməli, bundan sonra müəyyən olunmuş etibarsızlıq növündən asılı olaraq uyğun olan maddi hüquqi əsaslar baxımından mübahisəni həll etməlidir.

78. Vəsiyyətnamə, ümumiyyətlə, əqdlərin etibarsızılığına səbəb olan hallar olduqda etibarsız sayılır. (Mülki Məcəllə (1225.1)

79. Nəzərə a lınmalıdır ki, əqdin keçərsiz olmasına təsir edən səbəblər müxtəlif mahiyyət və xüsusiyyətə malik olduğu üçün etibarsızlığın aşağıdakı növləri fərqləndirilir: əhəmiyyətsiz əqdlər, mübahisə edilən əqdlər, müvafiq razılığın olmamasına görə etibarsız olan əqdlər və məhkəmə qərarı ilə etibarsız sayılan əqdlər. Əqdin etibarlı və ya etibarsız sayılması yuxarıda qeyd edilən qiymətləndirmə nəticəsində məhkəmənin gəldiyi qənaətdir. Yuxarıda qeyd edildiyi kimi, etibarsızlığa səbəb olan bütün hallar məhkəmədən kənarda baş verən qanunazidd hallardır. Bu halların əqdin etibarsızlığı nəticəsini yaradıbyaratmaması isə onun növlərindən və müvafiq növün xüsusiyyətlərindən asılıdır. Belə ki, yuxarıda sadalanan ilk üç növdə, yəni əhəmiyyətsizlik, mübahisə edilən və müvafiq razılığın olmaması hallarında etiba rsızlıq nəticəsini əqdin tərəflərinin hərəkət və ya hərəkətsizliyi (məsələn, əhəmiyyətsizlik halında əqdin məcburi formaya zidd şəkildə bağlanması, mübahisə edilən əqdlərdə tərəfin əqdi məhkəmədənkənar qaydada mübahisələndirməsi, əqdin etibarlı sayılması üçün müvafiq razılığın alınmaması və s.), məhkəmə qərarı ilə etibarsız hesab edilən əqdlərdə isə bu nəticəni məhkəmənin qərarı meydana gətirir. Ona görə də məhkəmə əqdə əsaslanan mübahisəyə baxarkən bu halları təsbit etməklə iddianın və ya etirazın əsaslı olub-olmamasını da müəyyən etmiş olur.

80. Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin 2021-ci il 2 aprel tarixli qərarında əhəmiyyətsiz və mübahisə edilən əqdlərlə yanaşı, son iki etibarsızlıq halını ayrıca növ kimi təsnif et məklə mülki qanunvericilikdə əqdin etibarsızlığına səbəb olan halların tabe olduğu hüquqi rejim və şərtlərin fərqli şəkildə tənzimləndiyi vurğulanmışdır.

81. Belə ki, qərarda göstərilir ki, bəzən qanunvericilikdə məcburi qanun normalarına zidd olaraq bağlanan əqdlərin etibarsız hesab olunması üçün məhkəmə qərarı tələb olunur. Əqdin etibarsız hesab olunması üçün məhkəmə qərarı tələb olunan etibarsızlıq halları əqdlərin etibarsızlığına səbəb olan digər bir növü təşkil edir. Belə əqdlər qanunvericiliyə zidd olmalarına baxmayaraq məhkəmə tərəfindən etibarsızlığa dair qərar verilməyənədək müvafiq hüquqi nəticələri, yəni hüquq və öhdəlikləri yaradan etibarlı əqd kimi qəbul olunur. Məhkəmə tərəfindən etibarsızlığa dair qərar verildiyi təqdirdə isə həmin əqdlər bağlandığı andan etibarsız hesab olu nurlar. Qanunvericilikdə hərracın keçirilməsinin, qiymətli kağızların buraxılışının və vəsiyyətnamələrin yalnız məhkəmə qərarı ilə etibarsız hesab oluna biləcəyi nəzərdə tutulmuşdur (Mülki Məcəllənin 416, 107827.1.3 və 1225.3-cü maddələri).

82. Bir sıra əqdlərin etibarsızlığının yalnız məhkəmə qərarı ilə müəyyən edilməsi həmin əqdlərin mahiyyəti ilə bağlıdır. Belə əqdlər əsasən səlahiyyətli dövlət qurumlarının iştirakı ilə və ictimai şəkildə baş verdiyindən mülki hüquq subyektlərinin həmin əqdlərin etibarlılığı ilə bağlı etimad və inamını qorumaq zərurəti yaranır. Bu səbəbdən qanunvericilikdə bəzi əqdlərin yalnız məhkəmə qərarı əsasında etibarsız hesab edilməsi ilə bağlı normalar müəyyən edilmişdir.

83. Hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandı rılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir.

84. O da diqqətə alınmalıdır ki, əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir.

85. Qanunvericilikdə bütün əqdlər üçün tələb olunan etibarlılıq şərtləri ilə yanaşı, yalnız müəyyən növ əqdlər baxımından tələb olunan xüsusi etibarlılıq şərtləri də nəzərdə tutulmuşdur.

86. Əgər vəsiyyətnamə bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydalar pozulmaqla, habelə şəxsin öz hərəkətinin mənasını başa düşə bilmədiyi və öz hərəkətini idarə edə bilmədiyi vəziyyətdə tərtib edilmişdirsə, məhkəmə tərəfindən etibarsız sayıla bilər. (Mülki Məcəllə 1 225.3)

87. Göstərilən nomanın (Mülki məcəlləninin 1225.3) müəyyən etdiyi qayda baxımında vəsiyyətnamə yalnız məhkəmənin qərarı ilə etibarsız sayıla bilən əqdlərdən biri hesab olunur. Belə ki, vəsiyyətnamənin etibarsızlığına dair hüquqi nəticə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əmələ gəlir. Bu cür etibarsızlıq hallarının məhkəmədə mübahisələndirilməsi şəxsin öz iradəsindən kənarda baş verən qüsurlara (qanuni tələblərin pozulmasına) əsaslanır. Nəzərə alınmalıdır ki, belə əqdlər qanunvericiliyə zidd olmalarına baxmayaraq, məhkəmə tərəfindən etibarsız sayılanadək hüquq və öhdəliklər yaradan etibarlı əqd hesab olunur.

88. Eyni zamanda qeyd edilməlidir ki, əhəmiyyətsiz, müvafiq razılığın olmamasına görə etibarsız olan və məhkəmə qərarı ilə etibarsız sayılan əqdlər üzrə qaldırılmış iddial ara məhkəmələr tərəfindən Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulmuş kəsici müddətlərin tətbiqi yolverilməzdir. Lakin əqdin etibarsız hala gəlməsi üçün məhkəmə qərarının tələb olunduğu hallar baxımından iddia tələbləri əsasən müddətə tabe tutulmur. Çünki müddət əqdin məcburi hüquq qaydalarına zidd olması faktını aradan qaldırmır. Bununla belə nəzərə alınmalıdır ki, vəsiyyətnamə ilə bağlı müstəsna hallar baxımından etibarsızlıqla bağlı iddia tələbləri müddətə tabe tutula bilər.

89. Bu baxımdan qeyd edilməlidir ki, işə mahiyyəti üzrə baxan apellyasiya instansiya məhkəməsi bu qərarın 70-77-ci bəndlərində göstərilən halların aydınlaşdırlması ilə bağlı hər hansı araşdırma aparmamış, vəsiyyətnamənin etibarsızlığının etibarsız əqdlərin hansı növünə aid olmasını, məcburi hüquq qaydala rının pozulması ilə bağlı etibarsızılıq əsaslarının mövcud olub-olmamasını aydınlaşdırmamışdır.Belə aydınlaşdırmanın aparılması nəticəsində isə baxılan iş üzrə etibarsızlığın əsasları və irəli sürülmüş tələbə müddətinin təbiqinin mümkün olub-olmaması müəyyən oluna bilər.

90. Apellyasiya instansiya məhkəməsinin nəticəsindən aydın olur ki, vəsiyyətnamə qanunda nəzərdə tutulduğu kimi vəsiyyət edənin sözlərindən tərtib edilməmiş, ofisdə tərtib edilmiş vəsiyyətnamə evdə imzalanmış, sonra notariat ofisinə gətirilib ofisdə təsdiqlənmişdir. Vəsiyyətnamə notarius tərəfindən yazılmamış və qanunda nəzərdə tutulduğu kimi, notariusun yanında vəsiyyətedənin özü tərəfindən oxunmamışdır. Vəsiyyətnamə tərtib edilməmişdən əvvəl vəsiyyət edənə onun hüquqları notarius tərəfindən izah edilməmiş onun bu hüquqla rının həyata keçirilməsi və qanuni mənafelərinin qorunması üçün ona müvafiq hüquqi köməklik göstərilməmiş, eləcə də hüquqi məlumatsızlığın vura biləcəyi ziyanın qarşısını almaq üçün notariat hərəkətlərinin aparılması nəticələri barədə vəsiyyət edənə notarius tərəfindən xəbərdarlıq edilməmişdir.

91. Apellyasiya instansiya məhkəməsi eyni zamanda mirası qoyanın sağlığında onun özü və digər qohumlarının təsdiq edilmiş vəsiyyətnaməyə etiraz etməsi, notariusun mirasqoyanın yanında olması, yeni vəsiyyətnamənin tərtib olunması ilə bağlı iradəsinin mövcud olmasını qeyd etmişdir. Apellyasiya instansiya məhkəməsi iş üzrə iddiaçı tərəfin yeni vəsiyyətnamənin tərtib olunmasına cavabdehin mane yaratmasını göstərməklə kifayətlənmiş, mirası qoyanın ölümünədək hansı səbəbdən onun özü tərəfindən vəsiyyətnam ənin ləğv olunmaması və ya yeni vəsiyyətnamə verilməsi ilə bağlı imkanın olmasına baxmayaraq belə vəsiyyətnamənin tərtib edilməməsi bağlı hər hansı araşdırma aparmamışdır.

92. Nəzərə alınmalıdır ki, bəzi növ əqdlər üçün daha sərt forma tələbləri müəyyən etməklə faktiki olaraq həmin əqdlərlə bağlı mübahisələr zamanı onların məzmununun reallığı əks etdirmədiyini sübut etmək yükünü də əhəmiyyətli dərəcədə artırmışdır. Bu baxımdan yazılı və notariat qaydada təsdiq edilmiş əqdlərin etibarsızlığı barədə mübahisələrdə iddianın təmin olunması üçün daha mötəbər, yetərli və bilavasitə sübutların təqdim olunmasını tələb edilir.

93. Konstitusiya Məhkəməsi Plenumunun T.Qasımovanın şikayəti üzrə 2020-ci il 1 dekabr tarixli Qərarında qeyd olunmuşdur ki, müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yar anma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir.

94. Mülki prosessual qanunvericilik hakimin üzərinə öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmaq öhdəliyi qoyur və öz qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmağı qadağan edir. Qanun tərəflər arasında sübutet mə yükünü müəyyən etməklə yanaşı, işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılması, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməsi qaydasını müəyyən edir (MPM-in 9.3, 77.1, 88-ci maddələri).

95. İşin müəyyən edilmiş hallarından aydın olur ki, iş üzrə cavabdeh vəsiyyətnamənin icrası ilə bağlı müvafiq notariat kontoruna müraciət etmiş, lakin həmin vəsiyyətnamə üzrə onun payının müəyyən edilməsindən imtina olunmuşdur. Bundan sonra eyni tələblə cavabdeh vəsiyyətnamə üzrə miras əmlakda payının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etmiş, məhkəmə tərəfindən onun payı müəyyən edilmişdir. Həmin işin icraatında baxılan iş üzrə iddiaçı və digər vərəsələr iştirak etməmiş və irəli sürülmüş tələb üzrə etirazlarını bildirmək imkanından məhrum edilmişlər. Vəsiyyətnamə üzrə miras əmlaka payların müəyyən edilməsinə dair iş üzrə qəbul olunmuş məhkəmə aktı qüvvəyə minməmiş, onun icraatı baxılan iş üzrə qəbul olunacaq məhkəmə aktı qanuni qüvvəyə minənədək dayandırılmışdır.

96. Ali Məhkəmənin Mülki və Kommersiya kollegiyalarının “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” 02/2022 nömrəli, 2022-ci il 14 iyun tarixli qərardadında əksini tapmış hüquqi mövqelərinə görə inzibati icraat qaydasında işlərə baxılmasından fərqli olaraq, mülki icraat qaydasında hakimin tərəfə yardım etmə vəzifəsi olmasa da, MPM-in 14.1, 184.1-ci maddələrindən irəli gələn işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələr ini izah etmək, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar etmək, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərmək, habelə işin və mübahisənin vəziyyətini müzakirə etmək kimi vəzifələri vardır. Məhz bu vəzifələrin icrası baxımından hakim (məhkəmə) əqddən irəli gələn iddialara baxıldığı zaman tərəflərə əqdin etibarlılığına dair mümkün dəlil və etirazlarını məhz bu icraat çərçivəsində irəli sürülməli olduğunu izah etməli, bu hüquqlardan vaxtında istifadə edilməməsinin isə sonradan həmin əqdin etibarsızlığına dair müstəqil iddia qaldırmaq imkanını aradan qaldıracağı haqda xəbərdar etməlidir. Eyni zamanda nəzərə alınmalıdır ki, əqddən irəli gələn tələblərə baxıldığı zaman buna dair müstəqil tələb (iddia) irəli sürülmədən həmin əqdin (əqdlərin) etibarlılığına qiymətin verilməsi, yalnız əqdin bütün tərəflərinin işdə iştirak etməyə cəlb edildiyi halda əsaslı olacaqdır.Etibarsız sayılması üçün məhkəmə qərarının tələb olunduğu əqdlərə münasibətdə isə əqdin tərəfləri ilə yanaşı, müvafiq olaraq hərrac təşkilatı, notarius və digər aidiyyəti təşkilatlar işdə iştirak etməyə cəlb olunmalıdırlar. Belə ki, məhkəmənin işdə iştirak etməyə cəlb olunmamış şəxslərin hüquq və vəzifələrinə dair məsələni onların hüquqlarının pozulması ilə nəticələnən formada həll etməsi məhkəmə aktının ləğvi üçün əsasdır. O da qeyd edilməlidir ki, əqdə əsaslanan iddia irəli sürülənədək tərəflər həmin əqdin etibarsız hesab edilməsinə dair tələblə məhkəməyə müraciət etməkdə sərbəstdirlər. Sadəcə olaraq, bu tələbə baxılaraq qiymət verildiyi halda, sonradan həmin əqdə ə saslanan iddiaya baxılması zamanı əvvəlki iş üzrə etibarsızlıqla bağlı qanuni qüvvəsini almış məhkəmə aktı ilə müəyyən edilmiş hallar bu iş üçün preyudisial əhəmiyyət kəsb etməklə, təkrar qiymətləndirmə imkanını aradan qaldırmış olacaqdır.

97. Bu baxımdan məhkəmə kollegiyası qənaətinə görə hər iki işin bir icraatda baxılması zəruridir. Belə zəruriliyin təmin edilməsi isə yeni apellyasiya baxışında işlərin birləşdirilməsinin müzakirəsi nəticəsində müəyyən oluna bilər.

98. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).

99. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi qətnaməsi göstərilən maddi və prosessual hüquq normalarının tələblərinə cavab vermir.

100. Odur ki, qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir.

101. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, kassasiya şikayəti təmin olunmalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. İşə yenidən baxılarkən bu Qərarın əsaslandırıcı hissəsində istinad olunan maddi və prosessual hüquq normalarının tələblərinə cavab verən yeni məhkəmə aktı qəbul edilməlidir.

102. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin olunsun. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-195/2025 nömrəli iş üzrə 16 yanvar 2025-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar