Məhkəmə qərarları › İş №2(102)-1536/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-1536/2024

27.05.2024 · Sair mülki iş - Digər - Mülki hüquq pozuntularından (deliktl
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1536/2024 27.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin Cavabdeh qarşı iş üzrə QƏRARİ İş № 2(102)-1536/2024 Açar sözlər: müqavilə münasibətləri, icra edilməmiş öhdəlik Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1954/2023 nömrəli, 16 noyabr 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin h alları

1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər ki, xx.xx.2022-ci il tarixli izahata əsasən Cavabdeh əməkdaşlıq etdikləri 19 mağazadan əldə etdiyi 25389 manat məbləğində pulu şəxsi məqsədləri üçün istifadə etdiyini etiraf etmişdir. Cavabdeh mənimsədiyi malların adlarını və məbləğini qeyd edərək ümumilikdə 25389 manat məbləğində pul mənimsədiyini bildirməklə siyahı tərtib etmiş və imzalamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı MMC-nin direktoru Nümayəndə Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-dən əsassız olaraq əldə etdiyi, iddiaçıya məxsus olan 25389 manat pulun, 2000.00 manat dəymiş zərərin və ödənilmiş 167 manat dövlət rüsumunun, ümumilikdə 27556.00 manatın cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir

3. Daha sonra İddiaçı MMC tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, İddiaçı MMC-dən əsassız olaraq əldə etdiyi, həmin MMC-yə məxsus olan 25389 manat pulun, ödənilmiş 167 manat dövlət rüsumunun və hüquqi yardıma görə vəkilə ödədiyi 500 manat xidmət haqqının cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh 2021-ci ildən etibarən İddiaçı MMC-də “sürücü-ekspeditor” kimi fəaliyyət göstərmişdir. O, müəssisənin istehsal etdiyi məhsulları apararaq cənub bölgəsi üzrə dükanlara satıb pulunu isə yığaraq onlara ödəmişdir. Bu işin müqabilində də ona 5 % olmaql a zəhmət haqqı ödəyirmişlər. Məhkəmənin nəzərinə çatdırmışdır ki, bir müddət öncə görüşülmüş və hesabatda uyğunsuzluqlar yarandığı, pul əksikliyi olduğu aşkarlanmışdır. Bu işi araşdıranda müəyyən olunmuşdur ki, Cavabdeh tərəfindən yeyinti halı baş vermişdir. Bununla bağlı ondan izahat alınmış və o özü onlara etiraf etmişdir ki, bu günə kimi əməkdaşlıq etdiyi 19 dükandan aldığı pul vəsaitlərini - 25389 manat məbləğində pulu şəxsi məqsədləri üçün mənimsəmişdir. Onun bu hərəkətləri 3 ay ərzində davam etmişdir. Sonuncu dəfə də 3 oktyabr 2022-ci ildə etdiyi səfərdə əldə etdiyi və şirkətə verilməli olduğu pulu eyni qaydayla ödəməyərək şəxsi məqsədləri üçün istifadə etmişdir. Həmin dükanların adları və onlardan alınan pul məbləğlərini siyahıya qeyd edilmiş və bunu özü də izahatda təsdiq və etiraf etmişdir. Onlarda onun borclu olduğunu göstərən və sübut edən Cavabdeh alınan izahat vardır. Məhkəmədən kənar qaydada pulu geri tələb etsələr də, bu günə qədər də geri qaytarmamışdır. Onu da qeyd etmişdir ki, Cavabdeh ondan öncə də başqa bir şirkət olan “Veysəloğlu” firmasında da işləmiş və həmin firmaya da eyni qaydada ziyan vurmuş, hətta bir-iki gün müddətində həbs də edilmişdir Qeyd etmişdir, o cavabdeh tərəfindən zərərə məruz qalmış və bunun nəticəsində də onun sahibkarlıq fəaliyyətinə ciddi şəkildə zərər dəymişdir.

5. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia ərizəsinə dair etiraz verərək bildirmişdir ki, iddia tələbini qəbul etmir. Mənimsədiyi pulun etiraf edilməsi barədə ərizəni təzyiq göstərilməsi nəticəsində yazmışdır. Belə ki qarşı tərəf ailəsini, uşaqlarını hədələyirmiş. On un guya mənimsədiyi məbləğ 25300 manatdır. Əslində o, iddiaçı tərəflə gətirdiyi malın 5%-ni və 1500 manat əmək haqqı alacağı barədə razılaşmışdılar. Buna baxmayaraq ona 1500 manat əmək haqqı verilmirdi, o, da gətirdiyi malın 5%-ni və əlavə vəsaitlər götürürdü. Bildirmişdir ki, rəhbərliyin də bu barədə məlumatı var idi. Belə ki 36000 manatdan 25000 manat məbləğində pul götürmüş və onlara da məlumat vermiş və ona 10000 manatı qaytardıqdan sonra işinə davam edə biləcəyini demişdilər. Qeyd etmişdir ki, bu söhbətlər oktyabr ayının axırı olmuşdur. O həmin ödənişi edə bilməmiş və özünə məxsus maşını Etibarın qardaşı oğlu Ülvinin adına keçirtmişdir. Hətta bunu etibarnamə ilə yox, birbaşa mülki qaydada müqavilə əsasında etmişdir. Məhkəmənin nəzərinə çatdırmışdır ki, əgər işlədiyi yerdə pul mənims əyən insan olsaydı, o əldə etdiyi pulun hamısını mənimsəyərdi. Məhkəmənin diqqətinə çatdırmışdır ki, onunla iddiaçı arasında əmək müqaviləsi bağlanmamışdır, o, qeyri-rəsmi işləyirmiş, hətta ona vəd edilən əmək haqqı da verilmirdi. Qeyd etmişdir ki, o, əldə etdiyi pulu almadığı əmək haqqının əvəzi olaraq götürmuşdür. Əlavə olaraq onu da bildirmişdir ki, qaynatasının dostu Vüqar Şabanov zavodda icraçı direktor işləyir, əslində bu işi elə V.Şabanov ona təklif edibmiş. Həmin vaxt ona şəxsi maşının olmalı olduğu bildirilmiş və o, qaynatasınının köməkliyi ilə özünə maşın almışdır. Bildirmişdir ki, məhz həmin maşını Ülvinin adına keçirmişdir. Ülvi Etibarın qardaşı oğlu və onun yaxın dostudur. Ona mənimsəmə olduğu barədə məlumat verilməmiş, sadəcə 10000 manatı qaytarmalı olduğunu bildirmişdilər. 9 oktyabrda ona mağazalarda mənimsəmə etdiyini bildiriblərsə, dekabr ayına kimi onu işdə saxlamaqları sual doğurur. Belə ki onu həmin vaxt işdən çıxara bilərdilər. Daha sonra dekabr ayında bununla əlaqədar Polis Bölməsinə və Prokurorluğa müraciət etmişdirlər, mənimsəmə məsələsini o zaman öyrənmişdir. Qeyd etmişdir ki, o, özü ona edilən hədə-qorxu ilə bağlı heç yerə müraciət etməmişdir. Halbuki Etibar pulu ödəməyi üçün lazım gələrsə, iki qız övladını girov saxlaya biləcəyini də demişdir. Bununla bağlı şahidləri də var. Eyni zamanda ona 25000 manat mənimsədiyini qeyd etmədiyi halda V.Şabanovun evini əlindən alacaqları ilə onu hədələmişdilər. Əlavə olaraq onu da bildirmişdir ki, bundan əvvəl özəl şirkətdə, ondan da əvvəl “Veysəloğlu” şirkətində işləmişdir. “Veysəloğlu” şirkətində işləyəndə ger i qaytarma prosesində təxminən 14000 manat dəyərində problem yaranmışdı və oradan öz istəyi ilə çıxmışdı. Lakin o məsələ öz həllini tapmışdır. Cavabdeh qərar qəbul edilərkən qeyd edilənlərin nəzərə alınmasını və iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir.

6. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirmiş və əlavə olaraq qeyd etmişdir ki, cavabdeh tərəf pulu mənimsədiyi barədə ərizəni hədə qorxu altında yazdığını bildirsə də, hədənin nədən ibarət olduğunu bildirməmiş, bununla bağlı hər hansı bir orqana müraciət etməsi barədə məhkəməyə sübut təqdim etməmişdir. Cavabdeh tərəfin yad insana məxsus evin əlindən çıxmaması üçün təxminən 26000 mana t məbləğində borcu öz üzərinə götürməsi inandırıcı deyildir. Əlavə olaraq onu da bildirmişdir ki, qarşı tərəf şirkətin qanuna uyğun şəkildə işləməməsini iddia edirsə, bununla bağlı aidiyyətı orqanlara müraciət edə bilər. Bu məsələ hazırkı iddianın predmeti deyil. Bu iddianını predmeti cavabdehin mənimsədiyi puldur. Həmin pulun ödənilməsi üçün cavabdehə şərait də yaradılmış, lakin o, pulu ödəməkdən imtina etdiyi üçün iddiaçı məhkəməyə müraciət etməli olmuşdur. Onu da məhkəmənin nəzərinə çatdırmışdır ki, cavabdehin qeyd etdiyi qaimənin olmaması, cavabdehin əmək müqaviləsi əsasında işləməməsinin də hazırkı iddia tələbi ilə heç bir əlaqəsi yoxdur. Bununla bağlı cavabdeh Əmək Müfəttişliyinə və ya Vergilər Nazirliyinə müraciət edə bilər. İddiaçı tərəf kimi bu məsələdə onlar yalnız cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərara istinad etmirlər. Belə ki cavabdehin qeyd edilən məbləğdə malı mənimsədiyinə dair izahatı vardır. Bundan başqa cavabdeh həmin pulu əmək haqqının əvəzi olaraq götürdüyünü bildirmişdir. Lakin mənimsənilən məbləği aylara və günlərə böldükdə cavabdehin aldığı əmək haqqı etmirmiş. Cavabdeh tərəf məhkəməyə ziddiyyətli ifadələr vermiş, ən əsası isə izahatında qeyd etdikləri ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim edə bilməmişdir.

7. Məhkəmə iclasında iştirak edən Cavabdeh vəkili Vəkil1 iddia ərizəsinə dair izahat verərək bildirmişdir ki, iddiaçı tərəf iddia ərizəsində qeyd etdiyi hallara da məhkəməyə hər hansı bir inandırıcı və mötəbər sübut təqdim etməmişdir. İddiaçı ancaq cavabdeh tərəfindən verilmiş yazılı izahata istinad edirmiş. Halbuki Cav abdeh o izahatı hədə qorxu altında yazdığını bildirir. İzahat verilən kimi Cavabdeh 8 gün inzibati qaydada həbs olunmuşdur. İddiaçı eyni zamanda xırda xuliqanlıqla bağlı qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi barədə qərara istinad etmişdir. Halbuki həmin qərarın preyudisial əhəmiyyəti yoxdur. Cavabdeh şikayəti nəticəsində həmin qərar ləğv də oluna bilər. Vergi Məcəlləsinin tələblərinə əsasən malın topdan satışını təsdiq edən sənəd elektron qaimədir. Eyni zamanda tərəflər arasında əmək, podrat və ya tapşırıq müqaviləsi bağlanmamış, yol əmtəə qaiməsi olmamışdır. İddiaçı iki il ərzində vergi ödənişlərindən yayınmaq üçün cavabdehi müqaviləsiz işlədibmiş. Əslində mağazalara malın alınıb verilməsi zamanı müəyyən sənədlər hazırlanmalı və imzalanmalıdır. Verilən və alınan malla rın mövcudluğunu təsdiqləyən qaimələr olmalıdır. Bu məbləğ yalnız bir izahata istinad edilərək tələb edilə bilməz. Həmçinin müqavilə olmadan işləyən işçidən izahat alınması və onun məsuliyyətə cəlb olunması da sual doğurur. Vəkil qərar qəbul edilərkən qeyd edilənlərin nəzərə alınmasını və iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir.

8. Sumqayıt Şəhəri Məhkəməsinin 28 iyul 2023-cü il tarixli, 2(060)-2757/2023 nömrəli qətnaməsi ilə (hakim Günel Tanrıverdiyeva) iddia qismən təmin edilərək Cavabdeh 25389 (iyirmi beş min üç yüz səksən doqquz) manat məbləğində pul və 167 (bir yüz altmış yeddi) manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir

9. Məhkəmə müəyyən etmişdir ki, cavabdeh İddiaçı MMCdə işl ədiyi müddət ərzində əməkdaşlıq etdikləri 19 mağazada aldığı pul vəsaitlərini - 25389 manat məbləğində pulu şəxsi məqsədləri üçün mənimsəmişdir. Bu hal Cavabdeh tərəfindən yazılmış və imzalanmış iltizamla öz təsdiqini tapır.

10. Məhkəmə qeyd etmişdir ki, cavabdeh tərəfindən 25389 manat məbləğində pul mənimsəməsinə dair izahatın yazılması, imzalanması və ya məzmununu mübahisələndirməmiş, lakin həmin izahatı hədə-qorxu altında yazdığını, həmin pulun əslində onun əmək haqqı olduğunu, borcunun əvəzində özünə məxsus avtomobili iddiaçı tərəfə verdiyini bildirsə də, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir.

11. Məhkəmə hesab etmişdir ki, iş materiallarında cavabdehin iddiaçıya məxsus pulu mənimsəməsini etiraf etməsi barədə özünün sərbəst iradəsinə əsaslanaraq yazılan izahat ərizə sindən ibarət sübutun mötəbərliyini şübhə altına alan hər hansı əsas yoxdur.

12. Məhkəmə mövqeyini Mülki Məcəllənin 14.2.7, 386.1, 425.1, 1091, 1092-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 14.1, 14.2, 77.1, 216-220, 217.4, 284-6.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

13. Cavabdeh apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 28 iyul 2023-cü il tarixli, e-2(060)-2757/2023 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.

14. Apellyasiya şikayətində göstərilmişdir ki, məhkəmə tərəflər arasında yaranmış münasibəti mülki hüquq münasibəti hesab etməklə Cavabdeh borcunun olması barədə verdiyi iltizamnaməni mülki hüquqi müqavilə hesab etmişdir. Cavabdehla İddiaçı MMC arasında olan münasibət faktiki olaraq əmək münasibətləri dir. Onlar arasında hər hansı bir mülki müqavilə bağlanmamışdır. Ona görə də yaranmış münasibətlərə mülki qanunvericilik tələb oluna bilməzdi. Məhkəmə iddianı təmin edərkən qanunsuz olaraq Mülki Məcəllənin 14.2.7, 386.1, 1091 və 1092-ci maddələrinə əsaslanmışdır. Halbuki qeyd edilən qərara görə əmək münasibətləri mövcud olduğu halda belə bir müqavilənin bağlanması yolverilməzdir və iddianın təmin edilməsi üçün əsas ola bilməzdi.

15. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1954/2023 nömrəli, 16 noyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər İ.K.Dəmirov (sədrlik edən və məruzəçi), F.Ə.Məmmədov və L.E.Rəhimli) apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

16. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şi kayətində göstərdiyi dəlilləri formal mülahizələr kimi qiymətləndirərək hesab etmişdir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

17. Cavabdeh satdığı mallara görə həmin satılmış malların dəyərinin 5%-i məbləğində ona haqq verilməsi tərəflər arasında əmək münasibətlərinin mövcudluğunu təsdiq etmədiyini və özünə məxsus avtomobillə iddiaçıya xidmət göstərdiyini qeyd etmişdir.

18. Məhkəmə kollegiyası bildirmişdir ki, cavabdeh tərəfindən 25389 manat məbləğində pul mənimsəməsinə dair izahatın yazılması, imzalanması və ya məzmununu mübahisələndirməmişdir. Lakin həmin izahatı hədə-qorxu altında yazdığını, həmin pulun əslində onun əmək haqqı olduğunu, borcunun əvəzində özünə məxsus avtomobili iddiaçı tərəfə verdiyini bildirsə də, bununla bağlı məhkəm əyə hər hansı sübut təqdim etməmişdir.

19. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 14.2.7, 386.1, 425.1, 1091, 1092-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 14.2, 77.1., 106.1, 217.4, 384.0.1., 392, 393, 402 və 405-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

20. Cavabdeh (Vəkil1) kassasiya şikayəti verərək qətnamənin tamamilə ləğv edilib apelyasiya instansiya məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edilməsini xahiş etmişdir.

21. Şikayət bununla əsaslandırılmışdır ki, Cavabdeh cəmiyətin əsas fəaliyyət sahəsinə aid olunan işlərin yerinə yetirilməsinə cəlb olunmuş, onun yerinə yetirdiyi iş mütəmadi, sistematik və cəmiyyətin fəaliyyət istiqmatəinə uyğun olmuşdur. Bu hallar əmək münasibətlərinə xas olan xüsusiyyətlərdir. Lakin məhkəmə tərəfindən işin bu hallarına faktiki qiymət verilməmiş və nəzərə alınmamışdır. Halbuki təqdim edilən qaimə fakturaların nəzərdən keçirilməsi ilə iddiaçı ilə cavabdeh arasında olan münasibətlərin əmək münasibəti olması qənaətinə gəlmək olardı. İddianı təmin edən birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış münasibəti mülki hüquq münasibəti hesab etməklə Cavabdeh borcunun olması verdiyi iltizamnaməni mülki hüquqi müqavilə hesab etmişdir. Halbuki qeyd edilən qərara görə əmək münasibətlərinin mövcud olduğu halda belə bir müqavilənin bağlanması yolverilməzdir və iddianın təmin edilməsi üçün əsas ola bilməzdi. Cavabdeh iddiaçıya borcunun olması barədə alınmış iltizamnaməni məhkəmə qanunsuz olaraq b orcun etirafı kimi qəbul edərək əmək münasibətlərinə mülki hüquqi müqaviləni tətbiq etmişdir. Məhkəmə tərəfindən məktubunda Cavabdeh ilə İddiaçı MMC arasında olan münasibətlərin əmək münasibətləri olduğu qeyd edilən Abşeron-Xızı regional şöbənin 18 oktybar 2023-cü il tarixli 3-17-5/2-A-41365/2/2023 saylı məktubunda qeyd edilənlərlə bağlı heç bir araşdırma aparılmamış və qeyd edilən faktlara hüquqi qiymət verməmiş, həmin məktubda göstərilənləri hansı səbəbdən qəbul etməməsini göstərilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

23. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əm lak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

24. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

25. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidirlər. 2

6. Maddə 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür.

27. Maddə 779.1. Vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır.

28. Maddə 782.1. Vəkalət alan tapşırığın icrası nəticəsində əldə olunanların hamısını vəkalət verənə verməyə borcludur. Azərbaycan Respublikasının Mülki-Pr osessual Məcəlləsi

29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

30. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

31. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

32. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

33. Maddə 416.1. Kassasiy a instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

34. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

35. Kassa siya şikayətində qətnamə tam mübahisələndirldiyi üçün apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

36. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

37. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş materiallarını araşdıraraq bu qənaətə gəlmişlər ki, tərəflər arasında əmək münasibətləri deyil, mülki hüquq münasibətləri mövcud olmuşdur, cavabde hin iddiaçı qarşısında iddia təmin olunan həcmdə icra edilməmiş öhdəliyi onun özünün etirafı ilə təsdiqlənir. Belə olan halda iddianın qismən təmin edilməsi qanuni və əsaslı olmuşdur.

38. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və cavabdehin dəlillərinə qanunvericiliyə əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

39. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi s übuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

40. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

41. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

42. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər t utaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1954/2023 nömrəli, 16 noyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar