Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1983/2024 21.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: ailə-nikah münasibətlərindən irəli gələn mübahisələr Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı maddi və mənəvi ziyan ödənilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-253/2024 nömrəli iş üzrə 10 yanvar 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxara q, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı (bundan sonra – iddiaçı) ilə cavabdeh X9 (bundan sonra – cavabdeh) 2022-ci ilin iyul ayında rəsmi nikaha daxil olmadan ailə quraraq birgə yaşamağa başlamışlar. Sonradan tərəflər arasında münasibətlər pozulduğundan, onlar ayrılmışlar. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdehə qarşı iddia və iddia tələbinin artırılması barədə ərizələrlə məhkəməyə müraciət edərək cavabdehdən 2000 manat süd pulu, 1500 manat qız toyunun xərci, 4 bayramda hər birinə 500 manatlıq bayramlıq xərci olmaqla 2000 manat, 2000 manat müalicə xərci olmaqla, cəmi 7500 manat pulun, cavabdehin ona etdiyi xəyanət nəticəsində dəymiş mənəvi ziyana görə 20000 manat pulun və ödənilmiş 120 manat dövlət rüsumunun alını b ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ona və atasına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 22282 manat dəyərində əmlakın, 2500 manat dəyərində qızıl-zinət əşyalarının, məktəb şəkillərinin və məzun vinetkasının, 50 manat mediasiya xərcinin və 159 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Lakin həmin iddia tələbi əsassız olmuşdur. Belə ki, cavabdeh ilə ailə qurmaq haqqında razılığa gəlmişdir. Cavabdeh onların evinə gəlin gəldikdən sonra cavabdeh və onun valideynləri tələb irəli sürmüşlər ki, cavabdehin 2 aylıq müalicəyə ehtiyacı var və bu müddət ərzində ər-arvad münasibətlərinə girmək olmaz. Onlarla razılaşmış və cavabdehin müalicəsinə başlanılmışdır. Lakin müalicənin nədən ibarət olması ona məlum olmamışdır. İki aylıq müalicədən sonra cinsi əlaqəyə girdikdə məlum olmuşdur ki, cavabdeh onlara gəlin gələnə qədər bakirə olmamışdır. Bundan sonra cavabdehin valideynlərindən qızlarını aparmalarını tələb etmiş, onlar da gəlib cavabdehi aparmışlar. Ailə qurmaq və nikahlarını qeyd etdirmək niyyəti cavabdehin xəyanəti səbəbindən baş tutmamışdır. Cavabdehin onların evində qalan telefonundakı məlumatlardan aydın olmuşdur ki, cavabdeh görüntü yaratmaq məqsədi ilə ailə qurub. Sevgilisi ilə davamlı olaraq telefon əlaqəsi saxlayıb və ona qarşı mənfi fikirdə olub. Sevgilisi ilə telefon danışığından da görünür ki, sevgilisi ona onun başını qatmağı tapşırır. Hətta lazım gələrsə onu öldürməyə hazır olduğunu və cavabdehi xilas edəcəyini bildirir. O və ailə üzvlərinin cavabdehin telefon işlətməsindən məlumatları olmayıb. Cavabdeh telefon danışıqlarını gizli edib. Danışdığı telefonun kimə məxsus olması barədə məlumatı yoxdur. İki aylıq müalicə şərtini irəli sürməyinin məqsədi müxtəlif yollarla bakirəliyini bərpa etmək olsa da buna nail ola bilməyib. Ümumilikdə isə ərdə olub, sonra isə boşanıb görüntüsü yaratmaq olub ki, bunun da bir adı var ki, o da xəyanətdir. Adət-ənənəyə uyğun olaraq 2000 manat süd pulu, 1500 manat qız toyunun xərcini, 4 bayramda, hər birində 500 manatlıq bayramlıq- 2000 manat, 2000 manat müalicə xərci, 20000 mənəvi ziyanın və 120 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir.
4. Cavabdeh izahat verərək göstərmişdir ki, iddianı qismən qəbul edir. Həqiqətən iddiaçının valideynləri onun babasına 1000 manat süd pulu verib. İlkin olaraq anası 1000 manatı az olduğu üçün götürməmiş, atası həmin vaxt evdə olmamışdır. Az sonra atası zəng edərək 1000 manatı götürməyi tapşırmış və ata babası 1000 manatı götürmüşdür. Nişanıyla toy arasında cəmi 2 ay vaxt olub. İddiaçının qohumları bu müddətdə cəmi bir dəfə onlara gəliblər, onda da 2-3 kq konfet gətiriblər. Nişanla toy arasında olan qısa müddətdə adətən bayramlığa gedilən heç bir bayram olmayıb. (Orucluq, Ramazan, Yeni il və Novruz bayramı, ad günü) hamı yaxşı bilir ki, ancaq qeyd edilən bayramlarda qız evinə bayramlığa gedirlər. Müalicə xərci kimi 2000 manat pul xərclənməsi iddia olunsa da, bununla bağlı sübutlar, xəstəxanaların adları, ödəniş çekləri məhkəməyə təqdim edilməyib. Onu cəmi 1 dəfə Şamaxı dövlət xəs təxanasına aparıblar. Dövlət xəstəxanası isə pulsuzdur. Dərman alınması barədə isə heç bir sübut təqdim edilməyib. Müalicə üçün istədikləri vəsait tamamilə yalan və əsassızdır. Qız toyuna 1500 manat pul vermələri barədə də tələb yalandır. Bu barədə məhkəməyə heç bir sübut, şahid təqdim olunmayıb və oluna da bilməzdi. Əksinə qız toyuna 80-ə yaxın böyüklü-kiçikli adamlarla gəlib 200 manat pul yazdırıblar. 80 nəfər adamın toyda yeyib-içdiyi hesablansa, 200 manatdan çox edər. Mənəvi ziyanla əvvəlcə 2500 manat, daha sonra isə 20000 manat tələb isə tamamilə əsassızdır. Əvvəla guya onun bakirə olmamağını, iddiaçının toy axşamı və daha sonra 2 ay yaxın buraxmaması, guya başqa adamla mesajlaşması hallarını iddiaçı ilkin iddiada göstərmişdi və onun göstərdiyi kimi həmin hallar sonrakı məhkəmə icla slarında aydınlaşmayıb. Həmin ikinci iddia ərizəsi (ikinci iddia ərizəsi deyil, iddia ərizəsinin dəyişdirilməsi barədə ərizə yazılmalı idi) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinin tələbinə əsasən ikinci iddia ərizəsi verilməsi üçün heç bir əsas olmadığından iddia tələbi artırıla bilməz. Bundan əlavə 2500 manat əvvəlcə, sonra isə 20000 manat mənəvi zərər tələbi, bu da iddiaçının növbəti yalanı və böhtanına əsaslanan tələbdir. Əlfağayla ailə quran zaman bakirə olmuş, bu hal yengə ifadəsi ilə təsdiq olunur. İddiaçını 2 ay yaxına buraxmaması da yalandır. İddiaçı evdə olanda hər gecə onunla 3-4 dəfə cinsi əlaqədə olmuşdur. İddiaçının məhkəməyə təqdim etdiyi şəkildəki oğlan əvvəlki nişanlısı olub. Həmin şəkillər də nişanlı vaxtı çəkdirdiyi şəkillərdir. Telefondan ç ıxarılan mesajları isə o yazmamışdır. Belə ki, mesajlarda gün, ay, tarix yazılmayıb, çox güman ki, sonradan onun adından mesajlar yazıblar. Əgər o, kiminləsə mesajlaşsaydı, telefonu iddiaçının evində qoymazdı. İddiaçı mənəvi və ya fiziki iztirab keçirməsi barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Çünki iddiaçı onun barəsində dedikləri yalan olduğu üçün, o və onun yaxınları heç bir mənəvi iztirab və sarsıntı keçirə bilməz. İddiaçının belə haqsız olduğunu bilsəydi onunla ailə qurmazdı.
5. İddiaçının vəkili və nümayəndəsi Vəkil1 izahatında göstərmişdir ki, iddiaçının cavabdehə qarşı maddi və mənəvi ziyan tələbinə dair iş üzrə cavabdehin ər evinə gəlin gələnə kimi bakirəliyi pozulmuşdur. Cavabdeh bu eybini gizlətmək üçün onun iki aylıq müalicəyə ehtiyacı olduğunu bildirərək cinsi əlaqə yə girməyə məhdudiyyət yaratmışdır. İki aydan sonra cinsi əlaqə zamanı cavabdehin "qız" olmadığı aşkara çıxarılmış və iddiaçının tələbi ilə valideynləri cavabdehi evlərinə aparmalı olmuşlar. Ər evində olduğu 2 aylıq müddət ərzində ********** nömrəli telefonla gizli olaraq sevgilisi X11 ilə davamlı olaraq mesajlaşaraq bir-birlərinə olan sevgilərini dilə gətirmiş, Samin Mirzəyəv iddiaçının cavabdehə toxunacağından narahat olduğunu bildirərək iddiaçının başını qatmağı cavabdehə tapşırmışdır. Cavabdeh də öz növbəsində iddiaçı və onun ailə üzvlərinə mənfi münasibətini bildirmişdir. Sevgililərin arasındakı yazışmalarının bir qismi məhkəməyə təqdim olunub. Cavabdeh bakirəliyinin ərə gələndən sonra iddiaçı tərəfindən pozulduğunu bildirmişdir, iddia maddi və mənəvi ziyanla əlaqədar olduğundan və ca vabdehin niyyətinin ailə qurmaq deyil, ərdə olub görüntüsü yaratmaq olduğundan bakirəliyin nə vaxt pozulmasını müəyyən etmək əhəmiyyətlidir. Cavabdeh telefonun ona iddiaçının bacısı qızı tərəfindən verildiyini göstərsə də, həmin halı təsdiq edəcək sübutu məhkəməyə təqdim edə bilmədi. Əksinə məhkəməyə təqdim edilmiş sübutlardan görünür ki, telefonu cavabdehə sevgilisi X11 verib. X11 hadisədən sonra iddiaçı ilə mübahisə zamanı bildirmişdir ki, cavabdehin bakirəliyi onun tərəfindən deyil, başqa bir şəxs tərəfindən pozulub. Maddi ziyanla bağlı cavabdeh yalnız süd puluna görə 1000 manat aldıqlarını, bayramlarda isə yalnız bir dəfə hədiyyə aldıqlarını göstərmişdir. Məhkəməyə təqdim etdikləri sübutlarla təsdiq olunur ki, cavabdeh əxlaqi dəyərlərə əhəmiyyət vermir və yalnız onu əşyaları düşündürür. İddiaçının el içində rüsvay olunması barədə ümumiyyətlə düşünmür. X6 çəkdirdiyi şəkil onun mənəvi-əxlaqi kefiyyətlərindən xəbər verir. Baş verənlər nəticəsində iddiaçının el içində rüsvay olması və keçirdiyi həyəcanın miqyasını təsəvvür etmək çətin deyil. Lakin mənəvi zərərin təzahür forması yoxdur və gözlə görünmür. Bu səbəbdən də mənəvi ziyana qiymət verilməsi böyük həssaslıq tələb edir. Bu şəkilin orjinalı məhkəməyə təqdim edilib və işin materiallarında mövcuddur. Şəkildəki oğlan X8r. Onun boynundakı isə cavabdehdir. Ərə gedib ailə quracağına sevinir. Cavabdehin məhkəmədə yalan ifadə verməsi həm də onunla sübut olunur ki, telefonla sevgilisi ilə gizli danışdığından ər evində qalan telefonu tələb etdiyi əşyaların sırasına daxil etməmişdir. Telefonu gizlətməsi və mesajlaşması işin müb ahisəsiz halıdır.
6. X2 ifadəsində göstərmişdir ki, iddiaçı onun qardaşıdır. Qardaşı ilə cavabdeh 2022ci ilin iyul ayında evlənmişlər. Adətə görə süd pulu verilir. O da 2000 manat süd pulunu cavabdehin babasına özü vermişdir. Cavabdehin anası pulun məbləğinin az olduğunu dediyinə görə qız toyunda da 1500 manat pulu cavabdehin atasına vermişdir. Qız toyu ilə oğlan toyunun arası 4 ay çəkmişdir. Həmin müddətdə dörd dəfə bayramlıq aparmışlar. Bundan başqa cavabdehi bir neçə dəfə Şamaxı şəhərinə və Sədərək ticarət mərkəzinə geyim və başqa şeylərin alınması üçün aparmışlar, hər dəfə də 500-600 manat pul xərcləmişlər. Cavabdeh onların evinə gəlin gəldikdən sonra isə tez-tez həkimə gedirdi. Cavabdeh qardaşını iki ay aldatdıqdan sonra bütün bunların səbəbi məlum olmuşdur.
7. X1 ifadə verərək göstər mişdir ki, iddiaçı onun qardaşıdır. İddiaçı cavabdeh ilə evlənmişdir. Cavabdehi nişan və toyla evlərinə gəlin gətirmişlər. Cavabdeh nişanlı olduğu müddətdə dörd dəfə onlara bayramlıq aparmışlar. Qız toyuna köməklik etmişlər, lakin nə qədər olduğunu bilmir. Cavabdeh onların evinə gəlin gələrkən xalası və bibisi də onunla gəlmişdir. Cavabdehin xalası onlarda iki gün qalmış və bunun səbəbini bilmir. Çünki gündüzlər işdə olmuşdur. Cavabdeh toy gecəsi iddiaçını yaxın buraxmayaraq ağlamış, səhəri gün isə xəstə olduğunu demişdir. Cavabdehin yanında əmisi arvadı gəlmiş, o da səhəri gözləməyərək axşam çıxıb evinə getmişdir. Həmin günün səhəri cavabdehin anası və əmisi onlara gəlmişdir. İki gündən sonra isə onlar cavabdehin anasıgilə getmişlər. Sonradan cavabdehi Şamaxı şəhərinə Bikəxanim həkimin ya nına aparmışlar, həkim isə bakirəliyin yoxlanılması barədə icazəsi olmadığını bildirmişdir. Həmin xəstəxanada işləyən Nəzakət adlı həkim iki dərman yazmış, Rafiq həkim isə uziylə yoxlayaraq heç bir qorxulu xəstəliyin olmamasını onlara demişdir. Cavabdehin müalicəsi üçün 1000-1500 manat pul xərcləmişlər. Cavabdeh onlara gəlin gəldikdə qız olmadığı üçün iki ay onları aldatmışdır. Valideynləri gəlib onu öz evlərinə aparmışlar.
8. X5 ifadə verərək göstərmişdir ki, cavabdehin xalasıdır. Cavabdeh gəlin gedərkən cavabdehin bibisi ilə onun yanında yengə kimi getmişlər. Toy gecəsi el adətinə uyğun bakirəliyin nişanəsi olan ağı cavabdehin bacılarına göstərdikdən sonra səhərə yaxın oradan çıxıb yaşadıqları Xilmilli kəndinə getmişlər. Həmin ağı isə özləri ilə aparıb cavabdehin anasına vermişlər.
9. Qo bustan Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) e-2(026)-366/2023 nömrəli iş üzrə 02 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim Mirələm Quliyev) iddianın qismən təmin edilməsi, cavabdehdən süd pulu şəklində verilmiş 1000 manatın, bayramlıq və hədiyyə şəklində paltar alınmasına görə 250 manatın alınıb iddiaçıya verilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir.
10. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, iddiaçı cavabdehlə 2022-ci ilin iyul ayında evlənmiş, lakin nikahlarını rəsmiləşdirməmişlər. Birgə nikahdan övladları yoxdur. İddiaçının qardaşı Əlizadə Baloğlanov tərəfindən cavabdehin babasına 1000 manat süd pulu verilmiş, bir dəfə cavabdehin evinə getmə üçün 250 manat dəyərində xərc çəkmişlər.
11. İddia ərizəsində göstərilən qız toyuna çəkilmiş 1500 manat və müalicə üçün çəkilmiş 2000 manat xərci və mənəvi zərərə görə 20000 manat tələb olunması hissəsi ilə əlaqədar məhkəmə qeyd etmişdir ki, cavabdehin hərəkətlərinin iddiaçının mənəvi sarsıntı və fiziki iztirab keçirməsinə səbəb olmasını təsdiq edən sübutlar məhkəməyə təqdim olunmadığı üçün iddia həmin hissədə təmin edilə bilməz.
12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 14.2, 77.1, 217.3, 217.4-cü maddələrinə, Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 07 saylı qərarına istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
13. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi maddi ziyan tələbi üzrə iddianı qismən, 1250 manat məbləğində təmin edərək qalan hissədə təmin etməmişdir. Adət-ənənəyə uyğun olaraq 2000 manat süd pulu, 1500 manat qız toyunun xərcini, 4 bayramda, hər birində 500 manatlıq bayramlıq- 2000 manat və 2000 manat müalicə xərci ödəmişdir ki, bunun da cəmi 7500 manat təşkil edir. Nikahlarını rəsmiləşməsələr də ailə qurmaq barədə razılağa gəlmişlər. Hadisələrin gedişindən isə görünür ki, bu razılaşma pis niyyətlə bağlanılıb. Pis niyyətlə bağlanan razıl aşma razılaşdırılan andan etibarsızdır. Sübutların toplanması nəticəsində müəyyən olunmuşdur ki, Cavabdeh telefonun onun bacısı qızı tərəfindən verilməsi barədə yalan izahat verir və etdiyi xəyanətdən əsla peşman deyildir. Polis şöbəsindən alınmış sənədlərdən görünür ki, telefonu Şəfaya sevgilisi X11 verib. Həmin telefonla 2 ay ərzində Cavabdeh bir dəfə olsun belə ona zəng vurmaması, lakin sevgilisi X11 ilə dəfələrlə mesajlaşması onun telefondan gizli olaraq istifadə etdiyini göstərir. Səfa Xankişiyeva məhkəmə iclasında telefondan onun ailə üzvlərinin yanında aşkar istifadə etməsi barədə verdiyi izahat həm təkzib olunur, həm də inandırıcı deyil. Sabiq sevgilisi ilə ərinin evində aşkar danışması barədə verdiyi izahat nəinki onun (Əlfağa Balağlanovun), həm də onun ailə üzvlərinin aşkar təhqi r olunmasıdır, əxlaq normalarının heçə sayılmasıdır. Hadisələrin gedişatı bir daha təsdiq edir ki, Cavabdeh ailə qurmaq niyyəti olmamışdır. Cavabdeh telefonun ona məxsus olmasını polis şöbəsində izahat versə də əmlak tələbi barədə məhkəməyə verdiyi iddia ərizəsində telefon tələbi yoxdur. Yəni Cavabdeh növbəti dəfə yalan danışır. Telefon ona məxsus olmuş olsaydı və o telefondan aşkar surətdə istifadə etmiş olsaydı asanlıqla telefonu da iddia tələbinə daxil etmiş olardı. Sadalananlar onu göstərir ki, cavabdeh üçün hər hansı bir əxlaq norması mövcud deyil. Onun suallara yalnış cavab verməsi, adət-ənənələrə əhəmiyyət verməməsi bu insanın cəmiyyət üçün zərəli olmasının göstəricisidir. Cavabdehin tibbi ekspertiza təyin olunmasını qəbul etməməsi onun qızlıq bakirəliyinin ər evinə gələnə qədər poz ulmasının göstəricisidir. Yaranmış vəziyyətdə iddiaçının iztirab, psixoloji stress, sarsıntı,emosional gərginlik keçirməsinin əlavə sübuta ehtiyacı yoxdur. Belə vəziyyətdə vurulmuş mənəvi zərərin 2500 manat deyil, 20000 manat olduğu qənaətindədir. Nəzərə alınmalıdır ki, vurulmuş mənəvi zərərin yaratdığı əziyyət gözlə görününmür, daxilən hiss edilir. Mənəvi zərərə düzgün qiymət verilməsi özü yüksək əxlaqı dəyərlərə malik olmağı tələb edir.
15. Yaranmış vəziyyətdən görünür ki, pis niyyətlə ailə qurmaq məqsədi güdərək cavabdeh ona maddi və mənəvi ziyan vurub. Adət-ənənəyə uyğun olaraq 2000 manat süd pulu, 1500 manat qız toyunun xərcini, 4 bayramda, hər birində 500 manatlıq bayramlıq2000 manat və 2000 manat müalicə xərci ödəmişdir ki, bunun da cəmi 7500 manat təşkil edir. Eyni zamanda Şəfa bu xəyanəti ilə ona 20000 manat mənəvi ziyan vuraraq onu el içində hörmətdən salmışdır. Baş verənlərə əsasən 27500 manat ziyan Cavabdeh alınıb ona ödənilməlidir. Göstərilənlərə əsasən cavabdehdən 27620 manatın alınıb ona ödənilməsi barədə qətnamə çıxarması xahiş olunmuşdur. Məhkəmə iddianı qismən, maddi ziyan hissəsində 1250 manat məbləğində təmin etmiş, mənəvi ziyan tələbini təmin etməmişdir. Qətnamənin maddi və mənəvi ziyanın təmin olunmayan hissəsi əsassız və qanunsuzdur. İstər maddi zərərin təmin olunmayan hissəsi, istərsə də mənəvi ziyanın təmin olunmaması əsaslandırılmamışdır. Əksinə məhkəmə maddi ziyanı qismən təmin etməklə Cavabdeh qızlıq bakirəliyinin ər evinə gələnə qədər pozulduğunu qəbul etmişdir. Əks təqdirdə hədiyyənin geri qaytarılması mümkün olmazdı. Başqa sözlə məhkəmə gəldiy i ziddiyyətli nəticə ilə qanunsuz qətnamə çıxardığını sübut etmişdir. 1250 manatın cavabdehdən alınıb iddiaçıya verilməsinin hüquqi əsaslarından qətnamədə bəhs olunmamışdır. İş üzrə dindirilmiş şahidlərin ifadələrinə tənqidi yanaşılmalı olduğu göstərilmişdir. Lakin tənqidi yanaşmanın səbəblərindən bəhs olunmayıb. İddiaçı tərəfindən dindirilmiş şahidlər bir mənalı olaraq təsdiq ediblər ki, Cavabdeh xəstə olduğunu və müalicəyə ehtiyacı olduğunu bəhanə edərək 2 ay cinsi əlaqədən imtina etmişdir. İki ayın sonunda isə cavabdehin qız olmadığı aşkar olunmuş və o və bu səbəbdən ata evinə göndərmişlər. Göstərilən bu halların əlavə sübuta ehtiyacı yoxdur. Cavabdehin məhz 2 aydan sonra ata evinə yola salınması bir daha onu göstərir ki, Cavabdeh qızlıq bakirəliyi ər evinə gələnə qədər pozulmuşdur. 1
6. İddianın predmetini maddi və mənəvi ziyan təşkil etdiyi üçün məhkəmədən cavabdehin qızlıq bakirəliyinin nə vaxt pozulmasını müəyyən etmək üçün tibbi ekspertiza təyin olunması xahiş olunmuşdur. Cavabdeh tibbi ekspertiza olunmasına etirazını “mən əşyalarımı istəyirəm” cavabını vermişdir. Məhkəmə isə tibbi ekspertiza təyin etməməsini “telefondakı mesajlardan hər şey bəllidir” sözləri ilə əsaslandırmışdır. Cavabdehin tibbi ekspertizaya münasibəti ona qarşı qaldırılan iddiaya əhəmiyyət verməməsinin göstəricisidir. Yəni cavabdeh demək istəyir ki, bakirəlik, əxlaq, adət-ənənə onun üçün əhəmiyyətsizdir. Məhkəmədəki davranışı da cavabdehin baş verənlərdən peşman olmadığını göstərirdi. Təəsüf ki, mənəvi zərəri təmin etməməklə məhkəmə adət-ənənin və əxlaqın önəmsiz olmasına haqq qazandırmışdır. Ha kimin əxlaq məsələlərinə əhəmiyyət verməməsi anlaşılan deyil. Cavabdehin istinad etdiyi hallar məhkəmədə təkzib olunmuşdur. Cavabdehin digər yalanı, yəni hər gecə İddiaçıla 4-5 dəfə cinsi əlaqədə olması onun iki aylıq evliliyinin pozulması ilə də təkzib olunmuşdur. İş üzrə dindirilmiş şahidlər Əlzamin Baloğlanov və Ruqiyyə Baloğlanova süd pulu üçün 2000 manat, qız toyunun xərcinə 1500 manat, müalicə üçün 2000 manat xərcləndiyini təsdiq etdilər. Ruqiyyə Baloğlanov əlavə olaraq bildirdi ki, Cavabdeh cinsi əlaqədən qəti imtina etmiş, Əlfağanı yaxına buraxmamışdır. Məhkəmə təqdim olunmuş sübutları deyil, cavabdehin izahatını əsas götürmüşdür. Sübutları müqayisəli təhlil edib onlara qiymət verməmişdir. Məhkəməyə təqdim etdiyimiz sübutlarla təsdiq olunur ki, cavabdeh əxlaqi dəyərlərə əhəmiyyət v ermir və yalnız onu əşyaları düşündürür. İddiaçı el içində rüsvay olunması ona ləzzət edir. X6 boynuna minib çəkdirdiyi şəkil onun mənəvi-əxlaqi keyfiyyətlərindən xəbər verir. Məhkəmənin diqqətinə çatdırılmışdır ki, əxlaqi dəyərlər bütün maddiyyətlərdən öndə gəlir. Bir cəmiyyətin əxlaqı yoxdursa və əxlaqsızlığa haqq qazandırılırsa o cəmiyyət məhvə məhkumdur. Əks təqdirdə bakirəliyin pozulmasına haqq qazandırmaq gənc qızların yüngül həyat tərzi seçməsinə vəsilə ola bilər. Baş verənlər nəticəsində iddiaçının el içində rüsvay olması və keçirdiyi həyacanın miqyasını təsəvür etmək çətin deyil. İddiaçı el adəti ilə xərc çəkərək toy edir. Güman edir ki, ailə qurur. İki ay ərzində ailə qurmağı planlaşdırdığı şəxslə cinsi əlaqədə ola bilmir. Sonunda da bəlli olur ki, aldadılıb. İndi hamı onu tənə e dir və Bir cənub şəhərindəki filmdə olduğu kimi deyirlər ki,“kül sənin kişi başına”. Bundan artıq biabırçılıq ola bilərmi?! Lakin mənəvi zərərin təzahür forması yoxdur və gözlə görünmür. Bu səbəbdən də mənəvi ziyana qiymət verilməsi böyük həssaslıq tələb edirdi. Görünən odur ki, məhkəmə baş verənləri nümunəvi davranış kimi qiymətləndirmişdir. Məhkəmənin qənaətinə görə Şəfanın bu nümunəvi davranışlarından İddiaçı feyzab olurmuş və hazırda da sevinmədə davam edir. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürlməsi barədə qanunun tələblərinə əməl olunmamışdır. Məhkəmə verdiyim vəsatətləri təmin etməməklə ekspertiza rəyini və şahid ifadəsinin məhkəməyə təqdim olunmasının qarşısını almışdır.
17. Qətnamə çıxarılarkən maddi hüquq normasına istinad olunmamışdır. Mübahisəyə Mülki Məcəllənin 21.1, 21.2, 23.1, 23.4, 371.1-371.5, 339.1, 339.2, 341.2, 673.1.2,1096.1 və 1097.1-ci maddələri tətbiq olunmalı idi. Mülki Prosessual Məcəllənin 230, 233 və 360-cı maddələrinin qətnamə çıxarılması ilə heç bir əlaqəsi olmadığı həmin maddələrdəki normalara istinad olunmuşdur. Xüsusi ilə qeyd etmək lazımdı ki, apellyasiya məhkəməsində icraata aid olan 360-cı maddəyə əsaslanaraq qətnamə çıxarılması anlaşılmazdır.
18. İddiaçı instinad etdiyi halları sübut etdiyi halda cavabdeh istinad olunan halları təkzib edə bilməmişdir. Məhkəmə maddi ziyanı qismən təmin etməklə verilən iddianı qismən də olsa sübut edilmiş hesab etmişdir. Yəni cavabdehin hədiyyəni qəbul etməyə nə mənəvi, nə də hüquqi əsası olmamışdır. Əxlaqa və qanuna zidd əməlləri ilə iddiaçıya ziyan vurmuşdur. Nə qədər ki, məhkəmə maddi ziyanı qi smən təmin edirdisə ən azından mənəvi ziyanı da qismən təmin etməli idi.
19. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(105)-253/2024 nömrəli, 10 yanvar 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər: X15 (sədrlik edən və məruzəçi), X14 və X16) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(026)-366/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
20. Apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, işin hallarından görünür ki, İddiaçı ilə cavabdeh X9 qeyri-rəsmi ailə quraraq birgə yaşamağa başlamışlar. Tərəflər arasında münasibətlər pozulduğundan, onlar ayrılmışlar. Hal-hazırda isə iddiaçı cavabdehlə birgə yaşa malarından öncə adətənənəyə uyğun olaraq ödənilmiş 2000 manat süd pulunu, 1500 manat qız toyuna çəkilmiş xərci, 2000 manat bayramlıq xərcini, 2000 manat müalicə xərcini, Cavabdeh etdiyi xəyanətə görə ona dəymiş 20000 manat məbləğində mənəvi zərəri tələb edir. Birinci instansiya məhkəməsi yalnız 1250 manat məbləğində pulun ödənilməsi hissəsində iddianı təmin etmişdir. Apellyant tərəfindən mübahisələndirilən hissə iddianın təmin edilməyən hissəsidir.
21. Belə ki, iddiaçı cavabdeh tərəfindən ona zərər vurulduğunu bildirsə də, bunu təsdiq edəcək mötəbər sübutu məhkəməyə təqdim etməmiş, öz tələbinin əsası kimi istinad etdiyi halları qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla sübut edə bilməmişdir.
22. Apellyasiya instansiyası məhkəməsi bildirmişdir ki, hazırkı iş üzrə birinci instansiya məhkəm əsinin gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla, eyni zamanda ədalətli və qanuni mövqedir.
23. Bu baxımdan, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlilləri formal mülahizələr kimi qiymətləndirərək hesab etmişdir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
24. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 23.4, 666.1, 669, 673.1, 1097.1-ci, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.3, 217.4, 384.0.1, 385.2-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” 20 aprel 2020-ci il tarixli qərarlarına, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 03 noyabr 2008-ci il tarixli qərarına istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
25. İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və apellyasiya şikayətinin dəlillərini müzakirə edilməsi üçün apellyasiya məhkəməsinə qaytarılmasını xahiş etmişdir.
26. Kassasiya şikayəti onunla əsaslandırılımışdır ki, qətnamə çıxarılarkən maddi hüquq normasına istinad olunmamışdır. Yəni qanunsuz qətnamə çıxarılmışdır.
27. Mübahisəyəbu Mülki Məcəllənin 21.1, 21.2, 23.1, 23.4, 371.1- 371.5, 339.1, 339.2, 341.1, 341.2, 673.1, 673.1.2, 1096, 1097.1 maddələri r tətbiq edilməklə iddia təmin edilməli idi. Lakin Apellyasiya məhkəməsi Apellyasiya şikayətinin göstərilən dəlillərini müzakirə edib qiymət verməmişdir
28. Apellyasiya məhkəməsi apellyasiya şikayətinin dəlillərini ümumiyyətlə müzakirə edib qiymət verməmişdir. Başqa sözlə birinci instansiya məhkəməsi tərəfindən maddi və prossesual hüquq normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılmamış, ümumi ifadələr işlədilməsi ilə kifayətlənərək qanunsuz və əsassız qətnamə çıxarmışdır.
29. Yaranmış vəziyyətdə iddiaçının iztirab, psixoloji stress, sarsıntı, emosional gərginlik keçirməsinin əlavə sübuta ehtiyacı yoxdur. Beləvəziyyətdə vurulmuş mənəvi zərərin 2500 manat deyil, 20000(iyirmi min)manat olduğu qənaətindəyəm. Nəzərə alınmalıdır ki, vuru lmuş mənəvi zərərin yaratdığı əziyyət gözlə görününmür, daxilən hissedilir. Mənəvi zərərə düzgün qiymət verilməsi özü yüksək əxlaqı dəyərlərə malik olmağı tələb edir. Məhkəmə iddianı qismən, maddi ziyan hissəsində 1250 manat məbləğində təmin etmiş, mənəvi ziyan tələbini təmin etməmişdir.
30. Qətnamənin maddi və mənəvi ziyanın təmin olunmayan hissəsi əsasız və qanunsuzdur. İstər maddi zərərin təmin olunmayan hissəsi, istərsə də mənəvi ziyanın təmin olunmaması əsaslandırılmamışdır. Əksinə məhkəmə maddi ziyanı qismən təmin etməklə Cavabdeh qızlıq bakirəliyinin ər evinə gələnə qədər pozulduğunu qəbul etmişdir. Əks təqdirdə hədiyənin geri qaytarılması mümkün olmazdı. Başqa sözlə məhkəmə gəldiyi ziddiyyətli nəticə ilə qanunsuz qətnamə çıxardığını sübut edib. 1250 manatın cavabdehdən alınıb idd iaçıya verilməsinin hüquqi əsaslarından qətnamədə bəhs olunmayıb. İş üzrə dindirilmiş şahidlərin ifadələrinə tənqidi yanaşılmalı olduğu göstərilib. Lakin tənqidi yanaşmanın səbəblərindən bəhs olunmayıb. İddiaçı tərəfindən dindirilmiş şahidlər bir mənalı olaraq təstiq ediblər ki, Cavabdeh xəstə olduğunu və müalicəyə ehtiyacı olduğunu bəhanə edərək 2 ay cinsi əlaqədən imtina etmişdir. İki ayın sonunda isə cavabdehin qız olmadığı aşkar olunmuş və o və bu səbəbdən ata evinə göndərmişlər. Göstərilən bu halların əlavə sübuta ehtiyacı yoxdur. Cavabdehin məhz 2 aydan sonra ata evinə yola salınması bir daha onu göstərir ki, Cavabdeh qızlıq bakirəliyi ər evinə gələnəqədər pozulmuşdur. Cavabdehin istinad etdiyi hallar məhkəmədə təkzib olunub. Cavabdeh iddia edir ki, telefondan gizli istifadə etməyib və telefonu ona Əlfağanın bacısı qızı verib. Əksinə məhkəməyə təqdim etdiyi sübutlardan görünür ki, telefonu Şəfaya sevgilisi X11 verib. Həmin telefondan gizli istifadə etdiyi üçün 2 ay ərzində bir dəfə də olsun belə ərinə zəng vurmadığı halda sevgilisi ilə aramsız olaraq mesajlaşmışdır. Cavabdehin istinad etdiyi digər hal sevgilisi ilə mesajlaşmamasıdır. Hansı ki, məhkəməyə təqdim olunmuş mesayların mətnindən görünür ki, əsas məqsədi Əlfağanın başını qatmağa yönəlib. Sevgilisinə olan məhəbbətini və Əlfağaya olan nifrətini dəfələrlə dilə gətirib. Məhkəmə mesajların bəzilərini məhkəmə prosesində tədqiq etsə də yekunda onlara qiymət verməmişdir. Baş verənlər nəticəsində iddiaçının el içində rüsvay olması və keçirdiyi həyacanın miqyasını təsəvür etmək çətin deyil. İddiaçı el adəti ilə xərc çə kərək toy edir. Güman edir ki, ailə qurur. İki ay ərzində ailə qurmağı planlaşdırdığı şəxslə cinsi əlaqədə ola bilmir. Sonunda da bəlli olur ki, aldadılıb. İndi hamı onu tənə edidir və bir cənub şəhərindəki filmdə olduğu kimi deyirlər ki, “kül sənin kişi başına”. Bundan artıq biabırçılıq ola bilərmi?! Lakin mənəvi zərərin təzahür forması yoxdur və gözlə görünmür. Bu səbəbdən də mənəvi ziyana qiymət verilməsi böyük həssaslıq tələb edirdi. Görünən odur ki, məhkəmə baş verənləri nümunəvi davranış kimi qiymətləndirmişdir. Məhkəmənin qənaətinə görə Şəfanın bu nümunəvi davranışlarından İddiaçı feyziyab olurmuş və hazırda da sevinmədə davam edir... Qətnamənin 6-cı səhifəsinin 2-ci abzasında mənəvi ziyana qiymət verilməsini yekunlaşdıraraq göstərir ki, Mülki Məcəllənin 1097-ci maddəsi nə müvafiq o laraq mənəvi zərərin ödənilməsi barədə o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkət və hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Hazırkı iddiada bu hallar mövcud olsa da məhkəmə işin hallarına və tərəflərin qarşılıqlı münasibətinə əsaslanmayan qətnamə çıxarmışdır. Gəldiyi nəticəni yekunlaşdıraraq məhkəmə sonrakı abzasda göstəri ki, iddiaçı psixoloji sarsıntı keçirməmişdir. Yəni məhkəmə demək istəyir ki, psixoloji sarsıntı keçirib mənəvi zərərin baş verməsi üçün sarsıntı keçirib Maştağadakı 1 saylı xəstəxanada müalıcə olunmaq gərək imiş. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülm əsi barədə qanunun tələblərinə əməl olunmamışdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Hansı prizmadan yanaşırıq yanaşaq qətnamə qanunsuzdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
31. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin
32. Maddə 21.1. Hüququ pozulmuş şəxs ona vurulmuş zərərəin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
33. Maddə 21.2. Zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövrüyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
34. Maddə 23.4. Şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yay ılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır.
35. Maddə 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur.
36. Maddə
669. Nəyi isə bağışlamaq niyyəti ilə başqa şəxsə verən şəxs hədiyyə alan hədiyyəni qəbul edənədək istədiyi vaxt onu geri götürə bilər.
37. Maddə 673.1. Hədiyyə verən aşağıdakı hallarda bağışlamaqdan i mtina edə bilər: 1.hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə; 2. hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda; 3. o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə.
38. Maddə 1097.1 Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
39. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
40. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
41. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
42. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
43. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
44. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəti cələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
45. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
46. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
47. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin v ə ya nəticələnə bilsin. 48. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə, şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) başa düşülür. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. 49. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 03 noyabr 2008-ci il tarixli qərarının 2-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X7 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir.Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır.Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. 50. 8-ci bənd ində göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. 51. 10-cu bəndində göstərilir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.),habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalə tli olmalıdır. 52. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 aprel 2020-ci il tarixli qərarında göstərilir ki, Avropa Məhkəməsi Maksimov Rusiyaya qarşı iş üzrə 2010cu il 18 mart tarixli Qərarında qeyd etmişdir ki, kompensasiyanın hesablanması qaydası mürəkkəbdir. Fiziki və ya mənəvi iztirablara dair işlərə baxılarkən bu proses daha da çətinləşir. Ağrı və əzab, fiziki narahatlıq və əqli sıxıntı və iztirabın pul ilə ölçülə biləcəyi standart mövcud deyildir. Məhkəmələr dəymiş mənəvi zərərə görə ərizəçiyə təyin etdiyi kompensasiyanın həcmini qərarlarında kifayət qədər əsaslandırmalıdırlar. Əsaslandırmanın olmaması ərizəçiyə qeyri-mütənasib, az kompensasiyanın təyin edilməsi, pozuntunun adekv at və effektiv şəkildə aradan qaldırılması prinsipinə uyğun olmayaraq həll edilməsi ilə nəticələnə bilər. Kassasiya baxışının hədləri
53. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
54. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
55. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
56. Kassasiya şikayətinin dəlillərindən biri ondan ibarətdir ki, qətnamə çıxarılarkən maddi hüquq normasına istinad olunmamışdır.Məhkəmə kollegiyası həmin dəlili əısassız hesab edir. Belə ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə təsdi q olunur ki, məhkəmə müvafiq maddi hüquq normalarına istinad etmişdir.
57. Bundan başqa məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər apelyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir və həmin dəlillərin əsassız olduğu isə apelyasiya baxışında sübut edilmişdir.
58. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara, habelə iddiaçının kassasiya şikayətində göstərdiyi hallara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
59. Məhkəmə kollegiyası hesab edir ki, a pellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşki etmir.
60. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
61. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 yanvar 2024-cü il tarixli 2(105)-253/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.