Məhkəmə qərarları › İş №2(102)-3276/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-3276/2024

01.11.2024 · Sair mülki iş - Digər - Mülki hüquq pozuntularından (deliktl
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3276/2024 01.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (kateqoriya: əsassız varlanma, əsassız varlanmadan irəli gələn tələblər üzrə iddia müddəti) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi hakim), Şamayev Elşad Yaquboviç və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-863/2024 nömrəli, 15 may 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 1 noyabr 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icra at qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. JN 349, 41013028 nömrəli dövlət aktına əsasən, X5 mülkiyyətinə Şamaxı rayonu Muğanlı Bələdiyyəsinin 24 aprel 2006-cı il tarixli 4 nömrəli qərarı ilə 1,0 ha torpaq sahəsi verilmişdir. 2. 2010-cü ildə tərəflər arasında torpaq sahəsinin alqı-satqısına dair razılaşma olmuşdur. İddiaçı bu məqsədlə Cavabdeh 3000 ABŞ dolları məbləğində pul vermiş, lakin tərəflər arasında notarial qaydada təsdiqlənmiş alqı-satqı müqaviləsi bağlanmadığından, cavabdeh həmin torpaq sahəsini başqa şəxsə satmışdır. 3. 03.11.2010-cu il tarixli ƏN-İ 120589 nömrəli etibarnaməyə əsasən, Cavabdeh Şamaxı rayonu Muğanlı kəndində yerləşən 0,10 ha torpaq sahəsini İddiaçı sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka (girov) qoymağı, pulu almağı, bu na dair müqaviləni imzalamağı, bu tapşırığın yerinə yetirilməsilə əlaqədar ondan adından ərizə verməyi və digər hərəkətləri etməyi etibar etmişdir.

4. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 14 saylı Şamaxı Ərazi İdarəsinin İddiaçı ünvanlanmış məktubuna əsasən, ünvan 2asında X3 əldə edilmiş 1,0 ha torpaq sahəsinə dair notarial qaydada alqı-satqı müqaviləsi bağlanmamışdır. Bundan əlavə 1,0 ha torpaq sahəsi hal-hazırda başqa şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh torpaq sahəsinin alınması üçün verdiyi 10000 manat pulun və 120 manat ödənilmiş dövlət rüsumunun alınaraq, ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, 2010-cu ildə Cavabdeh ona müraciət edərək bildirmişdir ki, Muğanlı kəndi ərazisində, yol kənarında torpağa mülkiyyət hüququna dair JN-0349 saylı 41013028 kodlu Dövlət Aktına əsasən, X6 məxsus olan torpaq sahəsinin 0,10 ha hissəsi satılır. Onun da 0,05 ha hissəsi tikinti altıdır. Cavabdeh bildirmişdir ki, torpaq xəstə bibisinin torpağıdır. Torpaq yol kənarında olduğundan, qiyməti baha idi. Onlar 0,10 ha torpaq sahəsinə görə 10000 manata razılaşmışdırlar. Onlar notariusa getmiş və pulu notariusun otağında Təyyara vermişdir. O, yaş lı qadındır, oxuyub-yazmağı bilməmişdir. Ona etibarnamə yazıb veriblər, o da, elə bilmişdir ki, alqı-satqı müqaviləsidir. Dövlət Aktının da əsli onda olmuşdur. Həmin vaxtdan da, torpaq sahəsi onun istifadəsində olmuşdur. Hətta o, 0,05 ha hissəsində tikinti işləri aparmağa dair razılıq da almışdır. 2023-cü ilin əvvəlində öyrənmişdir ki, həmin torpaq sahəsi yenidən başqa bir şəxsə satılıbdır. O, Təyyara zəng edərək, bunun nəyə görə belə olduğunu öyrənmək istəmiş, lakin sonuncu ona cavab verməkdən yayınmışdır.

7. Məhkəmə iclasında cavabdeh bildirmişdir ki, 2010-cu ildə İddiaçı ilə Şamaxı rayonu, Muğanlı kəndində yerləşən 0,10 ha torpaq sahəsinin alqı-satqısına dair aralarında razılaşma olmuş, bununla bağlı o, iddiaçıdan 3000 ABŞ dolları məbləğində pul qəbul etmiş, lakin iddiaçı notarial qayda da alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsinə razı olmadığına görə, müqavilə bağlanmamışdır. Bu səbəbdən, o, 2011-ci ildə həmin sahəni başqa bir şəxsə satmış və 0,10 ha torpaq sahəsinin dəyəri olaraq 6000 manat pulu İddiaçı qaytarmışdır. Göstərilənlərə əsasən, eyni zamanda, iddia müddəti keçdiyinə görə, iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Şamaxı Rayon Məhkəməsinin 2(074)-117/2024 nömrəli iş üzrə 29 yanvar 2024-cü il tarixli qətnaməsi ilə (hakim Fərid Yaqubov) iddianın qismən təmin edilməsi, cavabdehdən 3000 ABŞ dolları (Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ödəniş gününə manata uyğun məzənnə nəzərə alınmaqla) məbləğində pulun və ödənilmiş 71 manat dövlət rüsumunun əvəzinin tutularaq, iddiaçıya verilməsi qət edilmişdir.

9. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdeh iddiaçıdan torpaq sahəsinə görə 3000 ABŞ dolları məbləğində pulu qəbul etdiyini etiraf edərək, həmin pulun əvəzində iddiaçıya 6000 manat məbləğində pulun qaytarıldığını bildirsə də, pulun qaytarılması, eyni zamanda, iddiaçının cavabdehə 10000 manat pulun verməsi barədə dəlillər məhkəmə iclasında öz təsdiqini tapmamış və bununla bağlı tərəflər istinad etdiyi halları sübut edə bilməmişlər.

10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. İddia tələbi bilavasitə sübute tmə yükü ilə bağlıdır. Məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki mühakimə icraatında da, sübutetmə yükü bir qayda olaraq, inkar edənin deyil, iddia edənin üzərinə düşür.

11. İddia müddətinin tətbiq edilməsi barədə cavabdehin müraciəti ilə bağlı məhkəmə qeyd etmişdir ki, iddiaçı öz hüquqlarının pozulduğunu 2023-cü ilin əvvəlində bildiyindən, iddia müddəti keçməmiş və buna görə də, iddia müddətinin tətbiqi üçün əsaslar olmamışdır.

12. Məhkəmə hesab etmişdir ki, iddiaçı cavabdehdən pulunu tələb etməkdə haqlı olmuşdur.

13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 372.2, 373.1, 377.1, 1091 və 1092.1-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.4 və 218.1-ci ma ddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

14. Cavabdeh apellyasiya şikayəti verərək, Şamaxı Rayon Məhkəməsinin 29 yanvar 2024-cü il tarixli, 2(074)-117/2024 nömrəli qətnaməsinin ləğv edilərək, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

15. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə ilə razı deyil, qətnamə tamamilə qanunsuz və əsassız olaraq qəbul edilmişdir. Belə ki, 2010-cu ildə Şamaxı rayonu, Muğanlı kəndində ona məxsus 0,10 ha torpaq sahəsini İddiaçı 3000 ABŞ dollarına satmışdır. Həmin pulu o notariusun otağında yanında verdiyini iddia etsə də belə bir hal olmamışdır. O dəfələrlə məhkəməyə bildirmişdir ki, notarius çağrılsın bu halı təsdiq etsin ki o pulu onun yanında almışdır ya yox. Lakin bu hal araşdırılmamışdır. Eyni zamanda məhkəmə bildirmişdir ki, o deyib ki, Əsli gəlib onun yerini alsın. Tanıyıb bilmədiyi halda o necə deyə bilər ki, gəlib onun yerini alsın. O dəfələrlə özü müraciət etmişdir ki, yerini ona satsın. O, 2010-cu ildə torpaq sahəsini ona vermişdir. Daha sonra qohumunun Şamaxı rayonu Muğanlı kəndində 0,90 ha torpaq sahəsi var idi. İddiaçıda özünə məxsus 0,10 ha torpaq sahəsini satmağı ondan xahiş etmişdir. Əslində 0,10 ha torpaq sahəsi daxil olmaqla ümumilikdə 1 ha torpaq sahəsi 2011-ci ildə 60000-ə satılmış və o özü İddiaçı payına düşən 6000 manatı şəxsən əlbəəl ona vermişdir. Həmin pulu o Əsliyə verən zaman, həmkəndlisi X2 yanında vermişdir. X1 məhkəmədə şahid qismində çağrılmasını dəfələrlə xahiş etsə də onlar qanunu heçə sayaraq bunu etməmiş onu şa hid qismində məhkəməyə cəlb etməmişlər. Əslinin övladı rəhmətə getdikdən sonra keçirdiyi psixoloji travmadan dolayı hesab etmişdir ki, bu halı anlamır. Dəfələrlə ondan pul istəmiş, ona bildirmişdir ki həmin torpağının 6000 manatını şəxsən ona vermişdir. Bu halı İcra Hakimiyyətində qəbulda olarkən Sərdar müəllimin otağında özü şəxsən orada olmuş, gəlib ona pulu özünə verdiyini bildirdikdə isə sakitcə otaqdan çıxaraq uzaqlaşmışdır. 2018-ci ildə Sərdar müəllimin qəbulunda olanda artıq Əsli hüququnun pozulduğunu bilib, müraciət etmişdi və ona pulu şəxsən Namizədin yanında verdiyini bildirmişdir. Müqavilə tələbləri üzrə iddia müddəti 3 il təşkil etmişdir. 2018-ci ildə Əsli hüququnun pozulduğunu bildiyi halda 2024-cü il tarixdə ona qarşı iddiası tamamilə qanunsuz və əsassız olmuşdur. Birinci n övbədə pulu qaytarmışdır. İkinci növbədə isə iddia müddəti keçmişdir. Bununla bağlı yəni iddia müddətinin ötməsi barədə məhkəməyə ərizə versə də, məhkəmə bu halları araşdırmadan səthi qanunsuz qətnamə qəbul etmişdir.

16. Dövlət Notariat Arxivinin 10 aprel 2023-cü il tarixli 3-16-5/6-14- 2288/23 saylı məktubunda göstərilmişdir ki, Şamaxı rayon notariat ofisi tərəfindən arxivə təhvil verilmiş 2010-cu illərə dair daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair müqavilələrə baxış keçirilərkən, X9 tərəfindən rəsmiləşdirilmiş müqavilə aşkar edilməmişdir.

17. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-863/2024 nömrəli mülki iş üzrə 15 may 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Lalə Rəhimli (sədrlik edən və məruzəçi), İlqar Dəmirov və Fuad Məmmədov) cavabdeh tərəfindən verilmi ş apellyasiya şikayətinin təmin edilməməsi, Şamaxı Rayon Məhkəməsinin 29 yanvar 2024cü il tarixli, 2(074)-117/2024 nömrəli qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

18. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iş üzrə tələb iddiaçının torpaq alqı-satqısına dair razılaşma ilə bağlı cavabdeh tərəfə vermiş olduğu pulun qaytarılması barədədir. Eyni zamanda cavabdeh iddiaçının ona qarşı qaldırılmış tələb üzə iddia müddətini ötürdüyünü göstərib, mübahisəyə iddia müddətinin tətbiqi barədə ərizə vermişdir. Belə olan halda tərəflər arasındakı mülki mübahisə üzrə tətbiq edilməli olan maddi hüquq norması Mülki Məcəlləsinin əsassız varlanmaya dair normaları, tələbin hüquqi əsasını məhz həmin normalar təşkil etmişdir.

19. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı öz hüququnun pozulduğunu 2022ci ilin noyabr ayında bilmiş, hazırkı iddia ilə məhkəməyə 20 oktyabr 2023-cü il tarixdə müraciət etmişdir. Belə olan halda, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə razılaşmamış və hesab etmişdir ki, iddiaçı sözügedən pul vəsaitini geri tələb etmək üçün əsassız varlanmaya dair Mülki Məcəllənin 1095-ci maddəsində nəzərdə tutulan iki illik müddəti ötürməmişdir. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

20. Kollegiya hesab etmişdir ki, cavabdeh tərəfindən 6000 manat pulun qaytarılmasına dair hər hansı mötəbər sübut məhkəmə yə təqdim edilmədiyindən apellyasiya şikayətinin bununla bağlı dəlili əsaslı hesab oluna bilməz.

21. Məhkəmə kollegiyası hesab etmişdir ki, İddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla qismən sübut edə bilmişdir. Cavabdeh isə apellyasiya şikayətinin dəlillərini sübuta yetirə bilməmişdir.

22. Kollegiya yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərindən çıxış edərək, bildirmişdir ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla, eyni zamanda ədalətli və qanuni mövqedir.

23. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 12.2.6, 21, 21.2, 1091.1, 1091.2, 1092, 1095-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.3, 217.4, 384.0.1, 385.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

24. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin 15 may 2024-cü il tarixli, 2(105)-863/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia müddətinin tətbiqi barədə ərizəni tətbiq etməklə iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

25. Şikayət onunla əsaslandırılmışdır ki, kollegiya şikayətin dəlillərinə baxmamış, birinci instansiya məhkəməsinin əsaslandırılmamış mövqeyini müdafiə etmiş və formal yanaşma əsasında əsaslandırılmamış qətnamə qəbul etmişdir. Məhkəmə kollegiyası sahidin dəvət olunması barədə vəsatəti əsassız yerə rədd etmişdir. Eyni zamanda iddiaçının 2018-ci ildə hüququnun pozulduğunu bildiyi halda iddia müddətinin tətbiqinə dair ərizəni nəzərə almamışdır. Məhkəmə kollegiyası prosessual hüquq normalarının da tələbini pozaraq təqdim olunan sübutları və ifadələri nəzərə almamış, öz mövqeyini mötəbər sübutlarla deyil, ziddiyyətli ifadələr, saxta, təzyiq altında alınan qeyri-mötəbər sübutlarla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsi qeyri-obyektiv qətnamə qəbul etmişdir.

26. Kassasiya şikayəti Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin 5-ci bəndinə, 26, 60-cı maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1, 9.3, 14.1, 88-ci maddələrinə istinad edilərək əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

27. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azə rbaycan Respublikasının Mülki Məcəlləsi

28. Maddə 14.2.6. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də başqa şəxsə zərər vurulmasıdır.

29. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

30. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

31. Maddə 1092. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınma qla, əldə edilənlərdən götürülən faydaya; əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir.

32. Maddə 1095. Əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

33. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

35. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəz siz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

36. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

37. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

38. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş də lillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

39. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

40. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəm əsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

41. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

42. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən kassasiya şikayətinin dəlilərinə apellyasiya məhkəməsi tərəfindən düzgün hüquqi qiymət verilmişdir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.

43. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nət icələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

44. Buna görə də, kassasiya şikayəti təmin edilməməli, qətnamə dəyişiklik edimədən saxlanılmalıdır.

45. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-863/2024 nömrəli iş üzrə 15 may 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar