Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-70/2025 13.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2nə, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: zərərin əvəzinin ödənilməsi, subsidiar məsuliyyət Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və X1 ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1019/2024 nömrəli iş üzrə, 9 avqust 2024-cü il tarixli qətnaməsindən Cavabdeh6 tərəfindən verilmiş kassasiya şikayə tinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər:
2. Abşeron Rayon Məhkəməsinin 2(012)-564/2023 saylı, 25 yanvar 2023-cü il tarixli qətnaməsi ilə İddiaçı ilə Cavabdeh2 MTK arasında ünvan 1 ünvanında inşa edilən 15 mərtəbəli yaşayış evinin 3 bloku, 12-ci mərtəbəsində yerləşən ümumi sahəsi 134 kv.m olan, izolə olunmuş 4 otaqdan ibarət 66 saylı mənzilinə dair bağlanmış 670 a saylı, 07 dekabr 2020-ci il tarixli müqavilənin ləğv edilməsi, həmin müqavilə üzrə İddiaçı tərəfindən ödənilmiş olan 87.100 manat pul və 300 manat dövlət rüsumunun Cavabdeh2 MTK-dan alınıb iddiaçıya verilməsi qət edilmişdir;
3. Abşeron rayon İcra və Probasiya şö bəsinin xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-564/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən İddiaçı ilə Cavabdeh2 MTK arasında ünvan 2 ünvanında inşa edilən 15 mərtəbəli yaşayış evinin 12-ci mərtəbəsində yerləşən 66 saylı mənzilinə dair bağlanmış 670 a saylı, xx.xx.2020-ci il tarixli müqavilə ləğv edilməlidir. Borclu "xxxx" MTK-dan 87100 manat məbləğində pul vəsaiti və 300 manat dövlət rüsumu tutularaq tələbkar İddiaçı xeyrinə ödənilməlidir. Qeyd olunan icra sənədi xx.xx.2023-cü il tarixdə icraata başlanılmışdır. Borcluya verilmiş könüllü icra müddətində tələb təmin edilmədiyindən “EİİS” vasitəsiylə borclunun əmlak və gəlirləri yoxlanılmış lakin tələbin yönəldilə biləcəyi heç bir əmlak və gəlir aşkar edilməmişdir. Bununla belə, "xxxx" MTK-nın borclu olduğu müxtəlif tələblərlə bağlı icra sənədləri olduğundan icra sənədləri icra məmurunun müvafiq qərarı ilə “İcra haqqında” AR Qanunun 54-cü maddəsinə əsasən bir icraatda birləşdirilmişdir. Məlumat üçün bildirilir ki, daha öncə cavabdeh hüquqi şəxsin direktoru X4 barəsində inzibati protokol tərtib olunaraq Abşeron Rayon Məhkəməsinə təqdim olunmuşdur. Abşeron Rayon Məhkəməsinin 3(012)-1066/2016 saylı, xx.xx.2016-cı il tarixli qərardadı ilə inzibati protokol geri qaytarılmışdır. Görülmüş məcburi icra tədbirlərindən heç bir nəticə çıxarmayan X2 barəsində xx.xx.2018-ci il tarixdə təkrarən İXM-nin 528.1-ci maddəsinə əsasən inzibati protokol tərtib olunaraq baxılması üçün Abşeron Rayon Məhkəməsinə təqdim olunmuş, Abşeron Rayon Məhkəməsinin 3(012)-972/2018 saylı, xx.xx.2018-ci il tarixli qərardadı ilə Cavabdeh2 MTK-nın sədri X2 1200 (bir min iki yüz) manat məbləğində inzibati qaydada cərimə olunmuşdur. xx.xx.2018-ci il tarixdə borclu hüquqi şəxsə Cavabdeh3 sədr təyin olunmuşdur. Həmçinin xx.xx.2019-cu il tarixdə borclu hüquqi şəxsin bank hesabına təkrarən inkasso sərəncamı göndərilmiş, lakin müsbət nəticə olmamışdır. xx.xx.2019-cu il tarixdə Cavabdeh2 MTK-da şəxsən Cavabdeh3la danışıqlar aparılmış izahat verməsi tələb olunmuşdur. Sonuncu izahat verməkdən barəsində tərtib olunan protokolun surətini qəbul etməkdən həmçinin imzalamaqdan imtina etmişdir. Bununla bağlı müvafiq akt tərtib edərək icra sənədlərinə əlavə olunmuşdur. Cavabdeh3 barəsində tərtib olunmuş MN №0392992 saylı protokol xx.xx.2019-cu il tarixdə məhkəməyə təqdim olunmuş məhkəmə xx.xx.2019- cu il tarixdə inzibati protokola xitam verilmişdir. Qeyd olunan qərardan Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilmiş və məhkəmənin 3(105)-166/2020 saylı, xx.xx.2020-cı il tarixli qərarı ilə Abşeron Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ləğv edilərək Cavabdeh3 1200 (bir min iki yüz) manat məbləğində inzibati cərimə olunmuşdur. "xxxx" MTK-nın rəhbəri Cavabdeh3 bütün bunlardan nəticə çıxartmadığı və icra şöbəsinə gəlməkdən yayındığı üçün onun barəsində axtarış qərarı qəbul edilərək polis orqanlarına göndərilmiş yalnız polis əməkdaşlarının müdaxiləsindən sonra Cavabdeh3 şöbəyə gətirilmiş barəsində xx.xx.2021-ci il tarixdə yenidən AR İXM-nin 528.1-ci maddəsi ilə inzibati protokol tərtib edilərək Abşeron Rayon Məhkəməsinə təqdim edilmiş və məhkəmənin xx.xx.2021-ci il tarixli qə rarı ilə inzibati protokol təmin edilərək Cavabdeh3 2000 (iki min) manat cərimə olunmuşdur. Bundan sonra aparılmış tədbirlər bir nəticə vermədiyi üçün, həmçinin hüquqi şəxsin rəhbəri Cavabdeh3 qətnamələrin icrası üçün heç bir əməli hərəkət etmədiyindən xx.xx.2022-ci il tarixdə sonuncunun AR CM-nin 306.1-ci maddəsinə əsasən məsuliyyətə cəlb edilməsi üçün AR ƏN İcra Baş İdarəsinə müvafiq təqdimatla müraciət edilmişdir. Cavabdeh3 2022ci ilin dekabr ayında Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanılmış cinayət işi üzrə təqsirləndirilən şəxs qismində barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilərək həbs olunmuşdur; 4. 05.12.2019-cu il tarixli, **********972500 nömrəli kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən çıxarışdan görünür ki, Cavabdeh2 MTK-nın təsisçiləri Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7dur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehlər Cavabdeh2nə, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı "mənzil-tikinti kooperativinin ləğv edilməsi, zərərin əvəzinin ödənilməsi tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MTK-nın ləğv olunması, cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 müştərək qaydada maddi zərərin əvəzi kimi 87400 manat məbləğində pulun, hüquqi yardıma çəkilmiş 220 manat xərcin, o cümlədən dövlət büdcəsinə ödənilmiş 352,20 manat məbləğində dövlət rüsumunun ə vəzinin, cəmi 87.972,20 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron Rayon Məhkəməsinin 25 yanvar 2023-cü il tarixli qətnaməsi ilə ünvan 3 ünvanında inşa edilən 15 mərtəbəli yaşayış evinin 3 bloku, 12- ci mərtəbəsində yerləşən ümumi sahəsi 134 kv.m olan, izolə olunmuş 4 otaqdan ibarət 66 saylı mənzilinə dair bağlanmış 670a saylı, 07 dekabr 2020-ci il tarixli müqavilə ləğv edilmiş, həmin müqavilə üzrə iddiaçı tərəfindən ödənilmiş olan 87.100 manat pul və 300 manat dövlət rüsumuna görə pulun Cavabdeh2 MTK-dan alınıb iddiaçıya verilməsi qət edilmişdir. Abşeron Rayon Məhkəməsinin qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra icra olunması üçün Abşeron Rayon İcra və Probasiya Şöbəsi nə göndərilmişdir. Lakin MTK-nın əmlak və gəlirləri müəyyən edilmədiyinə görə icra məmuru tərəfindən arayış verilmişdir. İddia ərizəsinə əlavə olunmuş, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergiləri Baş İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan müəyyən olunur ki, cavabdehlər MTK-nın üzvləridir. Göründüyü kimi cavabdeh MTK-nın iddiaçıya münasibətdə 87.400 manat pul öhdəliyi olduğu halda, kooperativin vəzifəli şəxsləri icra məmuru tərəfindən qətnamənin könüllü icrası üçün xəbərdarlığın verilməsinə baxmayaraq, imperativ norma ilə müəyyən edilmiş 2 ay ərzində qətnamənin icra edilməsi üçün qanunda nəzərdə tutulmuş tədbirləri görməmişlər. Digər tərəfdən qətnamənin məcburi icra edilməsi üçün kooperativin əmlak və vəsaiti aşkar edilməmi ş, bununla da Mülki Məcəllənin 110.4-cü maddəsinə müvafiq olaraq, kooperativin məhkəmə qaydasında ləğv olunması və kooperativin bütün üzvlərinin subsidiar məsuliyyətə cəlb olunması üçün hüquqi əsaslar yaranmışdır.
7. Sumqayıt Şəhər Məhkəməsinin 12 mart 2024-cü il tarixli, 2(060)-186/2024 nömrəli qətnaməsi ilə (hakim Ş. Həxiyeva) iddia tələbinin qismən təmin edilməsi, Abşeron Rayon Məhkəməsinin 2(012)-564/2023 saylı, 25 yanvar 2023-cü il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi ilə Cavabdeh2ndən tutularaq İddiaçı verilməsi qət edilmiş – 87.100 manat pul vəsaiti və 300 manat dövlət rüsumu, cəmi 87400 (səksən yeddi min dörd yüz) manat məbləğində pul vəsaitinin subsidiar qaydada Cavabdeh2 MTK-nın təsisçiləri olan cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 müştərək qayda da tutularaq İddiaçı ödənilməsi, ödənilmiş 352,2 (üç yüz əlli iki manat, iyirmi qəpik) manat dövlət rüsumu və hüquqi yardım üçün vəkilə ödənilmiş 220 (iki yüz iyirmi) manat pulun əvəzinin cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 müştərək qaydada alınaraq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
8. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, qanuni qüvvəsini almış məhkəmə aktı tələbin yönəldilə biləcəyi heç bir əmlak və gəlir aşkar edilmədiyindən icrasız qalmışdır. Belə olan halda, iddiaçı Mülki Məcəllənin 110.4-cü maddəsini əsas götürməklə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.
9. Məhkəmə iddia tələbinin "Cavabdeh2 MTK-nın ləğv olunması” hissəsi ilə bağlı qeyd etmişdir ki, iddia tələbi həmin hissədə təmin edilməməl idir. Belə ki, iddiaçı sözügedən MTK-nın ləğv olunmasının zəruriliyini təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Konstitusiya Məhkəməsinin Plenumu vurğulayıb ki, kooperativin yaradılması zamanı qarşıya qoyulmuş məqsədə nail olunmuşsa, o cümlədən mənzil-tikinti kooperativi halında binanın inşası başa çatmışsa, həmin kooperativ mövcud və təsdiq olunmuş balans və maliyyə vəziyyətinə görə hər bir üzvə düşən pay müəyyən edilib verilərək ləğv edilməli və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə çevrilməsi barədə qərar qəbul edilərək, hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında qanunvericiliyə uyğun olaraq zəruri tədbirlər görülməlidir.
10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 110-3.1, 110-3.4, 110.4, 109.1-ci maddələri, A zərbaycan Respublikasının Konstitusiyasının 61-ci maddəsinin 1-ci hissəsi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 81, 82.3, 121.1, 119.1, 14.2, 76.1, 76.2, 77.1, 217.3, 217.4, 119, 216-220, 227, 233 və 360-cı maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. Cavabdehlər Cavabdeh6, Cavabdeh4 və K.S.Əliyev apellyasiya şikayəti verərək, qətnamənin qismən, iddianın təmin edilməsi hissəsində ləğv edilməsi, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək, iddianın rədd edilməsini xahiş etmişlər.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsi özünün mövqeyini onunla əsaslandırmışdır ki, kooperativin üzvləri kooperativin öhdəliklərinə görə subsidiar məsuliyyət daşıyırlar. Kooperativ tərəfindən qanunvericiliklə mü əyyənləşdirilmiş qaydada cəlb edilən vəsaitin həcmi kooperativin ümumi vəsaitlərinin (əmlakının) 50 faizindən çox olmamalıdır. Hesab edir ki, məhkəmənin bu mövqeyi əsassız və qanunsuzdur. Belə ki, iddiaçının hazırkı tələbinin qanuni əsasını Mülki Məcəllənin 110.4 və 110-3.4-cü maddələri təşkil edir. Həmin maddələrin dispozitiv tələblərinə görə kooperativ üzvlərinin kooperativin öhdəliklərinə görə subsidiar məsuliyyəti kooperativin öz öhdəliklərinin silinməsi üçün kifayət qədər vəsaitləri olmaması şərtinə bağlıdır. Başqa sözlə, kooperativ üzvlərinin subsidiar məsuliyyətinin yaranması üçün, kooperativin özünün yetərincə vəsaitinin olmaması tələb olunur. Həm də nəzərə alınmalıdır ki, bu hal, yəni kooperativin öz öhdəlilklərini yerinə yetirmək üçün imkanının (vəsaitlərinin) olmaması hansısa su byektiv fikir və mülahizələrinə əsasən deyil, mütləq qaydada məhkəmə qərarlarının icrasını həyata keçirən icra qurumunun qərarı ilə müəyyən edilməlidir. Göründüyü kimi, kooperativin öhdəliyinə görə kooperativ üzvlərinin o zaman subsidiar məsuliyyəti yaranır ki, kooperativin özünün kifayət qədər vəsaiti olmamış olsun. Yuxarıda qeyd olunduğu kimi, 87.972,20 manat məbləğində pulun Cavabdeh2 MTK-dan tutularaq İddiaçı ödənilməsi barədə qanuni qüvvəsini almış və icraya yönəldilmiş Abşeron Rayon Məhkəməsinin 25 yanvar 2023-cü il tarixli qətnaməsi mövcuddur. Həmin qətnamə üzrə icra sənədi (icra vərəqəsi) Abşeron Rayon İcra Şöbəsinin icraatındadır. İcra sənədi üzrə icra hərəkətləri davam etdirilir. İcra sənədi üzrə icraata xitam verilməmiş, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci və 23.1.3-cü maddələrinə əsasən məhkəməyə qaytarılmamışdır. Məhkəmə işə baxarkən icra sənədi üzrə icra işini Abşeron Rayon İcra Şöbəsindən tələb etməmiş, Abşeron Rayon İcra Şöbəsini 3-cü şəxs qismində işə cəlb etməmiş, icra işinin hansı mərhələdə olduğunu MTK-nın maliyyə və maddi vəziyyətinə aydınlıq gətirməmişdir. Həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 554.2.4-cü madəsinə görə, məhkəmə qərarına əsasən əmələ gələn tələb otuz il keçdikdən sonra qüvvəsini itirir. Bu qayda tələbin daha qısa müddətlə bağlı olduğu halda da tətbiq edilir. Abşeron Rayon Məhkəməsinin qətnaməsi üzrə verilmiş icra sənədi icraatda ola-ola, məhkəmə qətnaməsi ilə "xxxx" MTK-dan tutulması qət edilmiş pulun təkrarən və paralel olaraq MTK-nın təsisçiləri olan cavabdehlərdən tələb edilməsi qanusu zdur, əsassızdır, absurddur. Yəni 1 pul 2 dəfə ayrı-ayrı qətnamələrlə ayrı-ayrı şəxslərdən tələb edilə və ya tutula bilməz. Belə ki, həm məhkəmə qətnaməsi ilə 87.100 manat məbləğində pulun MTK-dan tutulması qət edilib, həm də paralel olaraq kooperativin öz öhdəliklərinin silinməsi üçün kifayət qədər vəsaitləri olmadıqda yaranır və bu Məcəllənin 110.4-cü maddəsinə müvafiq qaydada müəyyənləşdirilir. Hər iki qətnamə icra edilən zaman İddiaçı xeyrinə 87.100 manat yox, 174.200 manat tutulacaq ki, bu da qanunsuz və ədalətsizlikdir. Əvvəlki qətnamə üzrə bütün icra hərəkətləri həyata keçirilməyib. Həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, Cavabdeh2 MTK müflis elan edilməmişdir. MTK bu gün də fəaliyyət göstərir. Belə olan halda hesab edilməlidir ki, MTK-nın üzvləri olan cavabdehlərin MTK-nı n öhdəliklərinə görə subsidiar məsuliyyətə cəlb edilməsi üçün hüquqi əsas yoxdur. Digər tərəfdən qeyd olunmalıdır ki, Cavabdeh2 MTKnın icra edilməmiş öhdəliklərinə görə hazırkı iddia irəli sürən İddiaçı tərəfindən Mülki Məcəllənin 110-3.4-cü və 110.4-cü maddələrinin tələblərinə əməl olunmamışdır. Çünki, Mülki Məcəllənin 110.4-cü maddəsinin mənasına görə isə koopretiv üzvləri əmələ gəlmiş zərəri illik balansın təsdiqindən sonra iki ay ərzində əlavə haqlar vermək yolu ilə ödəməyə borcludurlar. Göründüyü kimi, kooperativin zərərinə görə kooperativ üzvlərinin məsuliyyəti yalınz hüquqi şəxsin illik balans təsdiq edildikdən sonra iki ay ərzində əmələ gəlmiş olur. Yəni, ilk öncə illik balans təsdiq edilməli, həmin balansla kooperativin gəliri və zərəri müəyyən edilməli, bundan sonra zərəri aradan qaldırmaq mümkün olmadıqda, iki ay ərzində kooperativ üzvləri əlavə haqq ödəmək yolu ilə zərəri qarşılamalıdırlar. Lakin iddia ərizəsindən görünür ki, İddiaçı iddia ərizəsi 2023-cü ilin noyabr ayında Sumqayıt Şəhər Məhkəməsinə daxil olmuşdur. Başqa sözlə, iddiaçı, maliyyə ili başa çatmadan, illik balansın təsdiqini gözləmədən və bunlara, habelə bu prosedurlara riayət olunmasını təsdiq edən sübutları məhkəməyə təqdim etmədən hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Mülki Məcəllənin 110.4-cü madəsinin tələbləri məhkəmə tərəfindən pozulmuş, araşdırılmamışdır. MTK üzvlərinin əlavə haqq verib-vermədiyinə, illik balans tərtib edilibedilmədiyi və s. araşdırılıb həqiqət müəyyən edilməmişdir. İşə baxan Sumqayıt Şəhər Məhkəməsi isə yuxarıda qeyd olunanları nəzərə almadan, əsassız olan iddia t ələbini qismən də olsa təmin etmiş, bununla da maddi və prosessual hüquq normalarının pozuntusuna yol vermişdir. Sumqayıt Şəhər Məhkəməsi tətbiq edilməli olduğu maddi hüquq normalarını tətbiq etməmiş, maddi hüquq normalarını səhv təfsir etmişdir. Məhkəmə nəzərə almamışdır ki, ümumiyyətlə cavabdeh olan 4 nəfərin MTK-ya heç bir aidiyyatı yoxdur. Onlar MTK-da fəhlə işləyiblər. MTK-nın sədri Cavabdeh3 onların xəbəri olmadan onları MTK-ya üzv kimi sənədləşdirmişdir. Onlar MTK-nı idarə etməmişlər, divident almamışlar, əmlakın satışında iştirak etməmişlər. Hazırda 4 nəfər cavabdehlər – Cavabdeh6, Zöhrab Yusifov, Cavabdeh7 və Cavabdeh5 bu məsələ ilə bağlı Hüquq mühafizə orqanlarına ərizələr də veriblər. Sumqayıt Şəhər Məhkəməsi işin hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış, cavabdeh tərə fin izahatında göstərilənləri nəzərə almamış, MPM-in 4-cü, 9-cu, 76-cı, 77-ci, 217-ci maddələrinin tələblərini pozmuş, nəticədə isə iş üzrə ədalətsiz, qanunsuz və əsassız qətnamə qəbul etmişdir.
13. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1019/2024 nömrəli, 9 avqust 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər A. Süleymanova - sədrlik edən və məruzəçi, M.Hüseynov və İ.Dəmirov) cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
14. Apellyasiya instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, apellyasiya şikayətində göstərilən dəlillər formal mülahizəyə əsaslanmaqla, əsassızdır. Belə ki, göründüyü kimi məhkəmə araşdırması za manı müəyyən edilmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktına əsasən, Kooperativdən iddiaçının xeyrinə 87.100 manat pul tutulması qət edilmiş, məhkəmə aktı qanuni qüvvəyə minərək icraya yönəldilsə də, icra sənədinin icrası qaydasında görülmüş tədbirlər nəticə verməmişdir.
15. Abşeron rayon İcra və Probasiya şöbəsinin xx.xx.2024-cü il tarixli, 17/75 94505 2V nömrəli cavabından görünür ki, Abşeron rayon icra və probasiya şöbəsinin icraatında olan Abşeron Rayon Məhkəməsinin 2(012)-564/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə xx.xx.2023-cü il tarixdə icraata başlanılmışdır. “Elektron icra” informasiya sistemi vasitəsilə borclunun əmlak vəziyyəti və gəlirləri yoxlanılmış, lakin adına gəlir və ya əmlak aşkar edilməmişdir. Hazırda "xxxx" MTK fəaliyyət göstərmir.
16. Məhkəmə koll egiyası şikayətin “eyni pul məbləğinin təkrarən MTK üzvlərindən tutulmasının qanunsuz olması barədə” dəlilini də əsaslı hesab etməmişdir. Belə ki, qanunvericiliyin tələbindən göründüyü kimi kooperativ üzvləri kooperativin öhdəliklərinə görə subsidiar məsuliyyət daşıyırlar.
17. Məhkəmə kollegiyası həmçinin “kooperativin müflis elan edilməməsi barədə” dəlilini də əsassız hesab etmişdir. Belə ki, mülki qanunvericilikdə kooperativin müflis elan edilməsi kooperativ üzvlərinin subsidiar məsuliyyətinin yaranması əsası kimi müəyyən edilməmişdir. Kollegiya eyni zamanda vurğulamışdır ki, Mülki Məcəllənin 110.4-cü maddəsi kooperativin fəaliyyəti nəticəsində üçüncü şəxslərə vurulmuş zərər üzvlər tərəfindən ödənilmədiyi halda kreditorun tələbi ilə kooperativin məhkəmə qaydasında ləğvini mümkün saysa da, həmin tələbi kooperativin ləğvi üçün birmənalı əsas kimi müəyyən etməmişdir. Yəni ki, bu əsasın olması imperativ xarakter daşımır. Bu baxımdan kooperativ üzvlərinin subsidiar məsuliyyətinin yaranması kooperativin ləğvindən və ya müflis elan edilməsindən asılı edilə bilməz.
18. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəllənin 109.1, 109.2, 110.1, 110-3.1, 110-3.4, 110.4-cü, MPM-in 372.2, 372.6, 372.7, 384.0.1, 402.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
19. Cavabdeh6 (Vəkil4) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddianın təmin olunmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
20. Şikayət onunla əsaslandırılmışd ır ki, məhkəmə işə baxarkən icra sənədi üzrə icra işinin Abşeron rayon İcra və Probasiya Şöbəsindən tələb etməmiş, onu 3-cü şəxs qismində işə cəlb etməmişdir. Həmçinin, Abşeron Rayon Məhkəməsinin 25 yanvar 2023cü il tarixli qətnaməsi üzrə verilmiş icra sənədi icraatda ola-ola, məhkəmə qətnaməsi ilə Cavabdeh2 MTK-dan tutulması qət edilmiş pulun təkrarən və paralel olaraq MTK-nın təsisçiləri olan cavabdehlərdən tələb edilməsi qanusuzdur, əsassızdır, absurddur. Belə ki, hər iki qətnamə icra edilən zaman İddiaçı xeyrinə 87.100 manat yox, 174.200 manat tutulacaq ki, bu da qanunsuz və ədalətsizlikdir.
21. Cavabdeh həmçinin qeyd etmişdir ki, məhkəmə nəzərə almamışdır ki, ümumiyyətlə cavabdeh olan 4 nəfərin MTK-ya heç bir aidiyyatı yoxdur. Onlar MTK-da fəhlə işləyiblər. MTK-nın sədri Cavabdeh3 onl arın xəbəri olmadan onları MTK-ya üzv kimi sənədləşdiribdir. Onlar MTK-nı idarə etməmişlər, divident almamışlar, əmlakın satışında iştirak etməmişlər. Hazırda 4 nəfər cavabdehlər - Cavabdeh6, Zöhrab Yusifov, Cavabdeh7 və Cavabdeh5 bu məsələ ilə bağlı hüquq mühafizə orqanlarına ərizələr də veriblər. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
23. Maddə 109.1. Kooperativ fiziki və (və ya) hüquqi şəxslərin birgə fəaliyyət göstərmək üçün üzvlüyə əsaslanan könüllü birliyi olub iştirakçılarının maddi və başqa tələbatının onun üzvlərinin əmlak pay haqlarının birləşdirilməsi yolu ilə ödənilməsi məqsədilə yaradılır.
24. Maddə 109.2. Kooperativ üzvü bu Məcəllənin tələblərinə cavab verən və kooperativin nizamnaməsində müəyyənləşdirilən qaydada və həcmdə üzvlük haqqı, mütləq və əlavə pay haqqı ödəmiş və kooperativə qəbul edilmiş, onun fəaliyyətində iştirak edən və səs hüququ (bu Məcəllənin 49-1.2-ci və 49-1.3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla) olan fiziki və (və ya) hüquqi şəxsdir.
25. Maddə 110.1. Kooperativin mülkiyyətində olan əmlak kooperativin nizamnaməsinə müvafiq surətdə onun üzvlərinin paylarına bölünür. Kooperativin əmlakı (vəsaitləri) onun əsas fondlarından, dövriyyə vəsaitindən və balansında göstərilən digər maddi dəyərlərdən ibarətdir. Kooperativin əmlakının formalaşdırılması mənbələri onun öz vəsaiti və cəlb edilmiş vəsait ola bilər. Kooperativin öz vəsaitini onun nizamnaməsində nəzərdə tutulmuş əmlak pay haqları, sahibkarlıq f əaliyyətindən, öz vəsaitlərinin banklarda və digər kredit təşkilatlarında, qiymətli kağızlarda yerləşdirilməsindən daxil olan gəlirlər, kreditlər, fiziki və hüquqi şəxslərin ianələri və qanunla qadağan olunmayan digər mənbələr hesabına formalaşdırır. Kooperativ tərəfindən qanunvericiliklə müəyyənləşdirilmiş qaydada cəlb edilən vəsaitin həcmi kooperativin ümumi vəsaitlərinin (əmlakının) 50 faizindən çox olmamalıdır. Kooperativin əmlakı onun xüsusi mülkiyyətindədir. Kooperativin üzvü onun mülkiyyətində olan əmlakı müqavilə əsasında istifadə edilmək üçün kooperativə verə bilər. Kooperativ ittifaqı onun mülkiyyətində olan əmlakı müqavilə əsasında istifadə edilmək üçün onun üzvü olan kooperativə verə və ittifaqın nizamnaməsində müəyyənləşdirilmiş digər məqsədlər üçün istifadə edə bilər.
26. Mad də 110-3.1. Kooperativ öz öhdəliklərinə görə ona məxsus olan əmlakı ilə cavabdehdir.
27. Maddə 110-3.4. Kooperativin üzvləri kooperativin öhdəliklərinə görə subsidiar məsuliyyət daşıyırlar. Kooperativ üzvlərinin kooperativin öhdəliklərinə görə subsidiar məsuliyyəti kooperativin öz öhdəliklərinin silinməsi üçün kifayət qədər vəsaitləri olmadıqda yaranır və bu Məcəllənin 110.4-cü maddəsinə müvafiq qaydada müəyyənləşdirilir.
28. Maddə 110.4. Kooperativin üzvləri əmələ gəlmiş zərəri illik balansın təsdiqindən sonra iki ay ərzində əlavə haqlar vermək yolu ilə ödəməyə borcludurlar. Bu vəzifə yerinə yetirilmədikdə kreditorların tələbi ilə kooperativ məhkəmə qaydasında ləğv edilə bilər. Kooperativin üzvləri onun öhdəlikləri üçün kooperativin hər bir üzvünün əlavə haqqının verilməmiş hissəsi həddin də birgə subsidiar məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
31. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
32. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hal larına uyğun olmamasına istinad etməyə yol verilmir.
33. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
34. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası m əhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
35. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
36. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
37. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş materiallarını araşdıraraq bu qənaətə gəlmişlər ki, Abşeron Rayon M əhkəməsinin 2(012)-564/2023 saylı, 25 yanvar 2023-cü il tarixli qətnaməsi ilə Cavabdeh2ndən İddiaçı xeyrinə tutulması qət edilmiş pul vəsaitinin hüquqi şəxsin əmlakı hesabına təmin edilməsi icra icraatında mümkün olmadığından, həmin vəsait MTK-nın üzvlərindən, o cümlədən Cavabdeh6 müştərək qaydada tutulmalıdır.
38. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və Cavabdeh6 dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
39. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədard ır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
40. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
41. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəm əsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
42. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1019/2024 nömrəli iş üzrə, 9 avqust 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.