Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1537/2024 07.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 (üçüncü şəxs qismində cəlb edilən Baş Dövlət Yol Polis İdarəsinin Gəncə Rayon Qeydiyyat İmtahan və X7) qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ (Açar sözlər: alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və mülkiyyət hüququnun təmin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 (üçüncü şəxs Baş Dövlət Yol Polis İdarəsinin Gəncə Rayon Qeydiyyat İmtahan və X7) qarşı “avtomobilə dair alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və mülkiyyət hüququnun təmin edilməsi” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-2399/2023 nömrəli, 22 noyabr 2023-cü il tarixli qətnaməsindən İddiaçı (Vəkil Nümayəndə) tərəfindən verilmiş kassasiya şikayətinə 07 may 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. İddiaçı Cavabdeh1 buraxılış ili 1989, mühərrik №-si **********7102, Ban №siWDB1240211A935909 olan “Mersedes Benz 200E” markalı **-LO-*** dövlət qeydiyyat nişanlı avtomobili sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarm aq, ərizə vermək səlahiyyətlərini etibar etmişdir. Cavabdeh1 buraxılış ili 1989, mühərrik №-si **********7102, Ban №-siWDB1240211A935909 olan “Mersedes Benz 200E” markalı **LO-*** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh2 4.000 manata satmışdır. 2. 15 aprel 2022-ci il tarixli “Nəqliyyat vasitəsinin alğı-satqı Müqaviləsi”nə əsasən, Cavabdeh1 buraxılış ili 1989, mühərrik №-si **********7102, Ban №-si WDB1240211A935909 olan “Mersedes Benz 200E” markalı **-LO-*** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh2 4.000 manata satmışdır.
3. Nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında etibarnamənin surətinə əsasən, iddiaçı Cavabdeh1 buraxılış ili 1989, mühərrik №-si **********7102, Ban №siWDB1240211A935909 olan “Mersedes Benz 200E” markalı **-LO-*** dövlət qeydiyyat nişanlı avtomobili sürü cülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək səlahiyyətlərini etibar etmişdir.
4. Gəncə şəhər Psixo-nevroloji dispanseri tərəfindən verilmiş məktuba əsasən, Gəncə şəhəri, Bəndər küçəsi ev 39-da yaşayan, 1983-cü il təvəllüdlü vətəndaş Cavabdeh2 “Şizofreniya, paranoid forma” diaqnozu ilə Gəncə şəhəri, rayonlararası Psixonevroloyi dispanseri tərəfindən 1 saylı Respublika Psixiatriya xətəxanasına stasionar müalicə üçün göndərilmişdir.
5. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məktubuna əsasən, Cavabdeh2 xx.xx.2018-cı il tarixli müraciətinə əsasən Nazirliyin səyyar tibbi-sosial ekspert komissiyası tərəfindən əyani müayinə edilmiş, “hərbi xidmət dövründə” xəstələnmə səbəbi ilə təy in olunmuş müddətsiz 2-ci dərəcə əlilliyi əsaslı hesab edilmiş ve Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti tərəfindən təsdiq edilmişdir.
6. Arayışa əsasən, Gəncə şəhəri Poçt qəsəbəsi Şəkinski küçəsi ev 51-də yaşayan Cavabdeh1 DİN-nin 102 xidmətinə, daha sonra isə 2-ci Polis Şöbəsinə ərizə ilə müraciət edərək özünə məxsus Mersedes markalı 99-L0-957 qeydiyyat nişanlı avtomobilini dostu Cavabdeh2 adına keçirməsini və dostunun maşını qaytarmamasını bildirmişdir. Toplanmış materialda Cavabdeh1 göstərdiyi faktların məhkəmə orqanlarının səlahiyyətlərinə aid olduğu müəyyə edilmişdir. Vətəndaş Cavabdeh1 bu məsələ ilə bağlı məhkəmə orqanlarına müraciət etmək hüququnun olduğu ona izah olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:
7. İddiaçı (bundan sonra iddiaçı) cavabdehlər Cavabdeh2 və Cavabdeh1 (bundan sonra cavabdehlər və ya ad, soyadı), üçüncü şəxs BDYPİ Gəncə Rayon Qeydiyyat İmtahan və X5rşı iddia ərizəsi ilə Gəncə şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh2lə nümayəndə olaraq onun adından bağlanmış xx.xx.2022-ci il tarixli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və avtomobilin dövlət qeydiyyat şəhadətnaməsinin ləğv edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir.
8. İddia ərizəsi işin yuxarıda qeyd olunan hallarına istinad olunmaqla onunla əsaslandırmışdır ki, iddiaçı özünə məxsus olan “Mersedes Benz 200E” markalı, **-LO-*** dövlət qeydiyyat nişanlı minik avtomobili cavabdehlərdən olan Cavabdeh1 idarə edilməsi üçün etibarnamə ilə vermişdir. Cavabdeh1 ona etibarnamə verdikdən sonra o, həmin avtomobi li onun razılığı olmadan mülkiyyət hüquqlarını pozaraq cavabdehlərdən olan Cavabdeh2 alğı-satqı müqaviləsi bağlayaraq satmışdır. Ona məxsus, mülkiyyətində olan avtomobilə dair bağlanmış alğı-satqı müqaviləsi onun iradəsinə uyğun olmayan bir müqavilədir. Qeyd olunan Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli alğı-satqı müqaviləsi görüntü xarakterli müqavilədir. Həmçinin qeyd olunmalıdır ki, Cavabdeh2 həbs olunmuş və həbs olunduqdan sonra fəaliyyət qabiliyyəti olmayan şəxs kimi barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 22-ci maddəsinin tələbinə əsasən məcburi müalicə tətbiq edilmişdir.
9. Cavabdeh1 iddianı qəbul etməyərək, verdiyi izahatında göstərmişdir ki, o, “Mersedes Benz 200E” markalı, **-LO-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini iddiaçıdan pulunu ödəməklə almış və iddiaçı onun adına etibarnamə vermişdir. Sonra sənədləri qaydasında olmadığı üçün avtomobili qohumu Cavabdeh2 adına sənədləşdirmişlər. Onlar arasında alğı-satqı olmamışdır. Sadəcə onun sənədləri qaydasında olmadığı üçün Qabilin adına sənədləşdirmişlər və Qabil ona heç bir pul ödəməmişdir. Odur ki, iddia əsassız olduğundan təmin edilməməsini məhkəmədən xahiş etmişdir.
10. Şahid qismində dindirilmiş X1 ifadə verərək bildirmişdir ki, Cavabdeh1 dediyinə görə “Mersedes Benz 200E” markalı, **-LO-*** dövlət qeydiyyat nişanlı minik avtomobili oğlu Cavabdeh2 adına sənədləşdirilmiş, lakin o, onların danışıqlarında iştirak etməmiş və danışıqlarına şahid olmamışdır.
11. Şahid qismində dindirilmiş X2 ifadə verərək bildirmişdir ki, Cavabdeh2 onun oğludur. Qohumu Raminin sənədlə ri qaydasında olmadığı üçün “Mersedes Benz 200E” markalı, **-LO-*** dövlət qeydiyyat nişanlı minik avtomobili oğlu Qabilin adına sənədləşdirilmiş, Qabil isə avtomobili götürərək qaytarmamışdır. Cavabdeh2 avtomobilə görə heç bir pul ödəməmişdir.
12. Gəncə şəhər Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(125)-3875/2023 nömrəli, 31 iyul 2023-cü il tarixli qətnaməsi ilə (hakim Mustafa Mustafayev), iddia tələbi əsassız hesab edilərək rədd olunmuşdur.
13. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, qanunvericilik əqdləri mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər olmaqla iki qrupa bölmüş və mübahisə edilən əqdlərin etibarsız sayılmasını müqavilənin mübahisə edilməsi və müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi ilə şərtləndi rmişdir. İddiaçı Cavabdeh1 ilə aralarında avtomobilin alğı-satqısını deyil, sadəcə “Mersedes Benz 200E” markalı, **-LO-*** dövlət qeydiyyat nişanlı minik avtomobili Cavabdeh2 adına sənədləşdirmək məqsədilə bağladığını göstərsə də, iş materiallarında olan Nəqliyyat vasitəsinin alğı-satqı müqaviləsindən görünür ki, Cavabdeh1 buraxılış ili 1989, mühərrik №-si **********7102, Ban №-si WDB1240211A935909 olan “Mersedes Benz 200E” markalı **-LO-*** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh2 4.000 manata satmışdır. İddiaçı cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli alğısatqı müqaviləsinin yalan əqd olmasını qeyd etsə də, bu xüsusatı təsdiqləyən yetərli sübutlar təqdim edə bilməmişdi. Məhkəmə şahid ifadələri ilə bağlı qeyd edib ki, şahidlər birbaşa alğı-satqı da iştirak etməmişlər və bu baxımdan məhkəmə onların ifadələrini yetərli hesab etməmişdir. Belə olan halda məhkəmə hesab etmişdir ki, iddia əsassız olduğundan təmin edilməməlidir.
14. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 337.2, 337.3, 340.2-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:
15. Qətnamədən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cаvаbdеhlə аrаlarındа bаğlаnmış аlğı-sаtqı müqаviləsi yаlа ndаn bаğlаnmış müqаvilə оlmuş, onun tərəfindən cаvаbdеhə аvtоmоbil fаktiki оlаrаq sаtılmаmışdır. Аzər Qаsımоv ilə еtibаrnаmə əsаsındа iştirаk еtmiş Rаmin Gözəlоv ilə Qаbil Аbdullаyеv аrаsındа xx.xx.2022-ci il tarixdə görüntü хаrаktеrli аlğı-sаtqı müqаviləsi bаğlаnmışdır. İş üzrə şаhid qismində dindirilmiş və cаvаbdеh Qаbil Аbdullаyеvin vаlidеynləri və Rаmin Gözəlоvun аnаsı Gözəlоvа Yаvər Murtuzа qızı dа şаhid qismində dindirilərək bildirmişlər ki, həqiqətən də Qаbil Аbdullаyеv аvtоmоbili digər cаvаbdеh Cavabdeh1 sаtmаmış və bunun üçün hеç bir pul ödəməmişdir. Qеyd оlunаn аvtоmоbil Rаmin Gözəlоvun istifаdəsində оlmuş, həmin аvtоmоbili Rаmin Gözəlоv öz аdınа rəsmiləşdirmək istəyərkən оnun pаspоrt qеydiyyаtının ləğv еdilməsi bахımındаn fоrmаl оlаrаq Qаbil Аbdullаyеv аvtоmоbili öz аdınа rəsmil əşdirmiş sоnrа isə аvtоmоbili оnа qаytаrmаq istəməmişdir. Cаvаbdеh Qаbil Аbdullаyеv digər cаvаbdеh Rаmin Gözəlоvun əmi nəvəsidir. Sаdəcə оlаrаq Rаmin Gözəlоvun yuхаrdа qеyd еdildiyi kimi pаspоrt qеydiyyаtı Gəncə İnzibаti Məhkəməsinin qərаrı ilə ləğv еdilmişdir. Lakin məhkəmə qətnаməsində tərəflər аrаsındа bаğlаnmış аlğı-sаtqı müqаviləsinin görüntü хаrаktеrli müqаvilə оlmаsının sübut оlunmаmаsı qənаətinə gəlsə də şаhid ifаdələrini qiymətləndirməyərək səhv nəticəyə gəlmişdir. İş mаtеriаllаrındа qеyd оlunаn аvtоmоbilin аlğı-sаtqısı üçün cаvаbdеh Qаbil Аbdullаyеv tərəfindən sаtqısı üçün cаvаbdеh Qаbil Аbdullаyеv tərəfindən cаvаbdеh Rаmin Gözəlоvа аvtоmоbilin аlğı-sаtqısı ilə bаğlı hər hаnsı pul vəsаitinin vеrilməsinə dаir hеç bir sübut yохdur. Məhkəmə tаm və оbyеktiv аrаşdırmа аpаrmаyаrаq qərə zli qətnаmə çıхаrmışdır. İşdə оlаn sübutlаrı düzgün qiymətləndirilməmişdir. Məhkəmə tərəfindən iş üzrə müvаriq cаvаbdеhlərin аrаsındа оlаn fаktiki münаsibətlər və cаvаbdеh Qаbil Аbdullyаеvin cаvаbdеh Rаmin Gözəlоvu аldаtmаsı nəticədə isə onun mülkiyyətində оlаn əmlаkındаn məhrum оlmаğı işin düzgün оlаrаq fаktiki hаllаrı аydınlаşdırılmаsınа bахmаyаrаq həm fаktiki hаllаrı və sübutlаrı düzgün qiymətləndirməməsi fаktiki dəlillərin аydınlаşdırılmаmаsı kimi qimətləndirilməlidir.
17. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiya məhkəməsi) 2(104)-2399/2023 nömrəli, 22 noyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Şamil Rzaquliyev (sədrlik edən və məruzəçi), Loğman Süleymanov və Afiq Hüseynzadə) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət olunmuşdur.
18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq mövqeyini onunla əsaslandırmışdır ki, İddiaçı buraxılış ili 1989, mühərrik №-si **********7102, Ban №-si WDB1240211A935909 olan “Mersedes Benz 200E” markalı **-LO-*** dövlət qeydiyyat nişanlı avtomobili sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək səlahiyyətlərini Nicad Əzizova, sonuncu isə Cavabdeh1 etibar etmişdir. Cavabdeh1 buraxılış ili 1989, mühərrik №-si **********7102, Ban №-si WDB1240211A935909 olan “Mersedes Benz 200E” markalı **LO-*** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh2 4.000 manata satmı şdır. Sonuncu avtomobilin dəyərini ödəməklə avtomobili aldığından və xx.xx.2022-ci il tarixli alğı-satqı müqaviləsinin yalan əqd olmasını iş materialları ilə təsdiq olunmadığından birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməkdə haqlı olmuşdur.
19. Apellyasiya şikayətinin xx.xx.2022-ci il tarixli alğı-satqı müqaviləsinin yаlаndаn bаğlаnmış müqаvilə оlmaqla, onun tərəfindən cаvаbdеhə аvtоmоbilin fаktiki оlаrаq sаtılmаdığı barədə dəlili ilə razılaşmayan məhkmə kollegiyası qeyd etmişdir ki, Azərbaycan Respubilkası Mülki Məcəlləsinin 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edil ir. İddiaçı nümayəndəsi tərəfindən Cavabdeh2 ilə bağlanmış müqavilənin yalan əqd olduğunu göstərmiş olsa da, işin hallarından həmin avtomobilin faktiki olaraq alıcıya təhvil verildiyi, avtomobilin hazırda Cavabdeh2 sahibliyində olduğu görünür. Bu isə, yəni alğı-satqı müqaviləsinin predmeti olan avtomobil alıcıya real olaraq təhvil verildiyindən həmin müqavilənin yalan müqavilə kimi qiymətləndirilməsini istisna edir. İddiaçı tərəfindən verilmiş etibarnamənin məzmunundan da görünür ki, o, etibarnaməni avtomobili sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək səlahiyyətləri ilə vermişdir. Göründüyü kimi etibarnamə verməkdə iddiaçının niyyəti avtomobili satmaq olmuşdur. Cavabdeh1 po lis orqanında verdiyi ərizədən də görünür ki, o, “Mersedes Benz 200E” markalı **-LO-*** dövlət qeydiyyat nişanlı avtomobili almışdır.
20. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini Mülki Məcəllənin 324.1, 324.2, 324.4, 324.5, 337.1, 337.2, 337.3, 337.4, 340.2-ci və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217.3, 384.0.1 və 385.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:
21. Qətnamədən iddiaçı (vəkil Nümayəndə) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddiа tələbin təmin еdilməsinə dаir yеni qərаr qəbul olunmasını xahiş etmişdir.
22. Kassasiya şikayəti apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd etmişdir ki, məh kəmə qətnаməsində göstərir ki, tərəflər аrаsındа bаğlаnmış əqdin yаlаn əqd hеsаb еdilməsi ilə bаğlı hаlı təsdiq еdən sübutu məhkəməyə təqdim еtməmiş və iş üzrə sübut kimi təqdim еdilmiş şаhidlərin izаhаtlаrının isə müqаvilənin bаğlаnmаsındа iştirаk еtməməsi ilə qiymətləndirməsi əsаssızdır. Qеyd оlunаn şаhid ifаdələri sübut növü kimi həm düzünə həmçinin dоlаyı sübut kimi qiymətləndirilməlidir. Şаhidlər müqаvilənin bаğlаnmаsındа iştirаk еtməsələrdə müqаvilədən əvvəl və sоnrа işin fаktiki hаllаrını məhkəməyə bildirmişlər dеməli həmin şаhidlər tərəflər аrаsındа həqiqi irаdə ifаdəsinin həqiqi hаllаrını bildirməklə iş üzrə sübut növü kimi qəbul еdilməklə dəyərləndirilməlidir.İşin həqiqi hаlı оndаn ibаrətdir ki, əgər əqd bаğlаnаrkən həqiqətəndə bаğlаnmışdırsа bunа dаir ən аzındаn pulun ödənilməsi ni təsdiq еdən sübut iş mаtеriаllаrındа cаvаbdеh tərəfindən təqdim еdilməli idi. Lаkin məhkəmə qətnаməsində tərəflər аrаsındа bаğlаnmış аlğı-sаtqı müqаviləsinin görüntü хаrаktеrli müqаvilə оlmаsının sübut оlunmаmаsı qənаətinə gəlsədə şаhid ifаdələrini qiymətləndirməyərək səhv nəticəyə gəlmişdir.İş mаtеriаllаrındа qеyd оlunаn аvtоmоbilin аlğı-sаtqısı üçün cаvаbdеh Qаbil Аbdullаyеv tərəfindən cаvаbdеh Rаmin Gözəlоvа аvtоmоbilin аlğı-sаtqısı ilə bаğlı hər hаnsı pul vəsаitinin vеrilməsinə dаir hеç bir sübut yохdur. Məhkəmə tаm və оbyеktiv аrаşdırmа аpаrmаyаrаq ədаlətli qətnаmə çıхаrmаmışdır. İşdə оlаn sübutlаrı düzgün qiymətləndirilməmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
23. Maddə 5.3 Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
24. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
25. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir.
26. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.
27. Maddı 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
28. Maddə 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
31. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
32. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
33. Maddə 217.4. Məhkə mə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
34. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
35. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
36. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilmə si şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
37. Maddə 417.1.1 Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
38. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:
39. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
40. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
41. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya i nstansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
42. Belə ki, məhkəmə kollegiyasının qənaətinə görə işə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsi işlə bağlı sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət vermişdir.
43. Əqdin etibarsız sayılmasının hüquqi əsası Mülki Məcəllənin 337.1-ci maddəsində nəzərdə tutulmuşdur. Qeyd olunan normaya əsasən, həmin Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
44. İşə baxmış apellyasiya məhkəməsi də işin hallarını həmin maddi hüquq norması əsasında yoxlamış, iddianın təmin olunması üçün qanunla müəyyən olunmuş dispozisiya şərtləri olma dığı qənaətinə gələrək, iddianı rədd etmiş birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamışdır.
45. Apellyasiya instansiya məhkəməsi iddianın rədd edilməsi ilə bağlı gəldiyi nəticəni hazırki qərarın 18-19-cu paraqraflarında qeyd olunan şəkildə əsaslandırmaqla hesab etmişdir ki, iddiaçı nümayəndəsi tərəfindən Cavabdeh2 ilə bağlanmış müqavilənin yalan əqd olduğunu göstərmiş olsa da, işin hallarından həmin avtomobilin faktiki olaraq alıcıya təhvil verildiyi, avtomobilin hazırda Cavabdeh2 sahibliyində olduğu görünür. Bu isə, yəni alğı-satqı müqaviləsinin predmeti olan avtomobil alıcıya real olaraq təhvil verildiyindən həmin müqavilənin yalan müqavilə kimi qiymətləndirilməsini istisna edir. İddiaçı tərəfindən verilmiş etibarnamənin məzmunundan da görünür ki, o, etibarnaməni av tomobili sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək səlahiyyətləri ilə vermişdir. Göründüyü kimi etibarnamə verməkdə iddiaçının niyyəti avtomobili satmaq olmuşdur. Cavabdeh1 polis orqanında verdiyi ərizədən də görünür ki, o, “Mersedes Benz 200E” markalı **-LO-*** dövlət qeydiyyat nişanlı avtomobili almışdır.
46. Bu baxımdan kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, iddiaçının kassasiya şikayətində qeyd olunan dəlillər apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq, işin hallarına düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlillər i araşdırmağa lüzum yoxdur.
47. Mülki Məcəllənin əqdlərin etibarsızlığı anlayışı və onun nəticələrini müəyyən edən 337-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Qeyd edilən maddədə etibarsızlıq hallarının iki növü göstərilmişdir. Bunlar mübahisə edilən əqdlər və əhəmiyyətsiz əqdlərdir. Tərəfin iradə ifadəsinin zədələnmiş olduğu hallarda (hakimiyyətdən sui-istifadə, aldatma, zorakılıq, hədə, vacib əhəmiyyətli yanılma və s. nəticəsində) əqdlər mübahisələndirilməklə etibarsız hala gəlir. İradə ifadəsi zədələnmiş şəxsin əqdi mübahisələndirməsinə qədər həmin əqd etibarlı əqd kimi qəbul edilir və müvafiq hüquqi nəticələrə səbəb olur. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsız hesab edilir. Tərəflər arasında əqdin etiba rsızlığı ilə bağlı mübahisə yaranarsa, məhkəmə qərarı əsasında əqdin etibarsızlığı halının mövcud olub-olmadığı müəyyən edilə bilər.
48. Məhkəmə kollegiyası onu da qeyd edir ki, kassasiya şikayətinin dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur.
49. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi a pellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. 50. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
51. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və o byektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.
52. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
53. Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-2399/2023 nömrəli, 22 noyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.